Fikircil

Tarix: 21-05-2019 12:31
Baxış sayı: 347

İn­di uşaq­­la­­rı­­nın öz uşaq­­la­­rı var.

İm­­ran­­la Rə­­biy­­yə qız kö­­çü­­rə-kö­­çü­­rə, əs­­gər­­li­­yə oğul yo­­la sa­­la-sa­­la ay­­rı­­lı­­ğa öy­­rəş­­miş­­di­­lər. Həm də öz göz­­lə­­riy­­lə gör­­müş­­dü­­lər və eti­­qad­­la­­rı be­­ləy­­di ki, ay­­rı­­lıq heç vaxt da­­i­­mi ol­­mur. Ona gö­­rə ay­­rı­­lan­­la­­ra yax­­şı da tə­­səl­­li ve­­rir­­di­­lər. Yox, öv­­lad­­la­­rı saf çıx­­mış­­dı, on­lar xoş­­bəxt qə­­lə­­min­­dəy­­di­­lər. Ev­­də­­ki bə­­zi kor­­luq­­la­­rı­­na gö­­rə öz xoş­­bəxt­lik­­lə­­ri­­nə şəkk gətirən­­də, çı­­xar­­dı­­lar adam ara­­sı­­na: gör­­sə­­lər ha­­mı on­­la­­rı bəx­­tə­­vər sa­nır, na­­ə­­lac qa­­lıb öz­­lə­­ri də hə­­min qə­­na­­ə­­tə gə­­lər­­di­­lər.

...İm­­ran tə­­zə xa­­siy­­yət ta­­pıb - adam­­lar­­dan qa­­çır. Elə­ bi­­lir se­­və-se­­və bax­­maq­­la onu do­­la­­yır, hör­­mət-iz­­zət­­lə sa­­lam­­laş­­maq­­la, ona söz atır­­lar.

"Rə­­biy­­yə xoş­­bəxt­dir, bu­­na ix­­ti­­ya­­rı var. Mən də xoş­­bəx­­təm, an­­caq bu­­na ix­­ti­­ya­­rım yox­­dur".

 

Kənd evi ne­­cə olar - on­­la­­rın­­kı da təx­­mi­­nən ha­­mı­­da olan­­dan­­dı.

Üst mər­­tə­­bə­­nin gün­­ba­­tan gö­­zü na­­har-şam, uşaq­­la­­rın ya­­zı-po­­zu­­su, axır­­da da ha­­mı­­lıq­­la yat­­maq üçün­­dü. Te­­le­­vi­­zor da or­­ta­­lıq­­qu­­şu ki­­mi or­­da. Gün­­çı­­xan isə mer-me­­bel­­li, xal­­ça­­lı-ki­­lim­­li, or­­ta­­sı dörd­künc miz­li! Ha­­yıf, me­­be­­lə tax­­ta­­qur­­du dü­­şüb; qu­­laq ve­­rən­­də, elə bi­­lir­­sən içə­­ri­­də xar­­rat iş­­lə­­yir. Bu­­ra qo­­naq ota­­ğı idi, an­­caq on­­lar kim­­li­­yi­­nə bax­­ma­­dan, gə­­lən-gə­­lə­­ni gün­­ba­­ta­­na çə­­kir­­di­­lər. Bum­­buz gün­­çı­­xan­­da əy­­ləş­­din­­sə, gə­­rək özü­­nü rəs­­mi apa­­ra­­san, ay­­rı cür da­­nı­­şıb, ay­­rı cür gü­­lə­­sən. Bax, İm­­ran­­gil bu sa­­rı­­dan məğ­­mun­­du­­lar - tən­­tə­­nə­­ni ba­­car­­mır­­dı­­lar.

Rə­­biy­­yə ata evin­­də ona qo­­şu­­lan xa­­lı­­dan kən­­din bü­­tün yay­­lıq­­lı­­sı­­na - hər bi­­ri­­nə ay­­rı-ay­­rı­­lıq­­da, uzun-uzun na­­ğıl­­lar aç­­mış­­dı. Elə in­­di də açır. Gün­­çı­­xan gö­­zə işıq­­dı xa­­lı! Bu otaq­­da Ni­­ko­­la­­yın on­­luq qı­­zıl­­la­­rın­­dan beş ədəd, bir cüt qı­­zıl qol­­baq, bir cüt as­­ma sır­­ğa da sax­­la­­nır. Qa­­ra gün üçün. Ölüm haq­­dı, an­­caq ya­­man xərc is­­tə­­yir... Bir də sə­­nəd­­lər­­di. Yə­­ni uşaq­­la­­rın met­­ri­­ka­­la­­rı, öz­­lə­­ri­­nin kə­­bin ka­­ğı­­zı, ço­­x­u­­şaq­­lı ana me­­dal­­la­­rı, bir də İm­­ra­­nın gənc­lik­­də şək­­li çı­­xan ra­­yon qə­­ze­­ti.

Uşaq­­la­­rın bu ota­­ğa qə­­dəm bas­­ma­­la­­rı qa­­da­­ğan­­dı. Tə­­sa­­dü­­fən ana­­la­­rıy­­la ora gi­­rən atüs­­tü di­­var­­la­­ra göz gəz­­di­­rir, şkaf­­la­­rı dar­­tış­­dı­­rıb yox­­la­­maq is­­tə­­yir. La­­kin şkaf­­lar bağ­­lı, açar­­lar ata­­la­­rın­­da. Bə­­dən­­nü­­ma güz­­gü­­də öz əks­lə­­riy­­lə aza­­cıq za­­ra­­fat­­la­­şıb, axır­­da yenə uzun müd­­də­­tə ay­­rı­­lır­­dı­­lar - uşaq­­lar be­­lə-be­­lə ay­­rı­­lı­­ğı da­­dır­­dı­­lar.

Şa­­ma otu­­ran­­da, Rə­­biy­­yə qa­­za­­nın böy­­rü­­nə ada­­mın sa­­yı qə­­dər gül­­lü qab­­lar dü­­zə­­cək (on­­suz qab­­la­­rı­­nın ha­­mı­­sı gül­­lü­­dür). Uşaq­­la­­rın onu göz­­lə­­mə­­yi öz­­gə ləz­­zət­­di! Baş­­qa yer­­lə­­rə beş-üç gün­­lü­­yə qo­­naq ge­­dən­­də də, bu göz­­lə­­mə­­lər üçün bur­­nu­­nun ucu göy­­nə­­yər. Həm də yad yer­­də, de­­yir, ki­­min­­sə qa­­ba xö­­rək çə­­kib sə­­nin qa­­ba­­ğı­­na qoy­­ma­­ğın­­dan xə­­ca­­lət­­li iş yox­­du dün­­ya­­da.

Rə­­biy­­yə ilk əv­­vəl İm­­ra­­nın pa­­yı­­nı çə­­kə­­cək (ar­­va­­dın ev­­də əri baş bil­­mə­­si­­ni İm­­ran öz zəh­­mə­­ti­­nin bəh­­rə­­si sa­­yır). Qa­­lan xö­­rə­­yi də yed­­di uşa­­ğa bö­­lüş­­dü­­rür. Qa­­za­­nın di­­bin­­də, ya uşaq­­la­­rın qa­­ba­­ğın­­dan qa­­lan­­sa özü­­nün­­dü. On­­suz uşaq­­la­­rın­­kı nə­­di - quş yeməyi, sər­­çə pa­­yı. Qa­­rın­­la­­rı ba­­la­­ca ol­­du­­ğun­­dan, az da ye­­mə­­li­­dir­­lər. İm­­ran be­­lə de­­yib, on­­lar da ina­­nıb. İl­­lər bo­­yu da elə­­cə bir də­­ri­­də qa­­lır­­lar. Ki­­şi tez-tez üst-baş­­dan öt­­rü onun­­la hö­­cət­­lə­­şən ar­­va­­dı­­nı dər­hal ye­­rin­­də otuz­­du­­rur.

- İn­­di­­dən xam öy­­rə­­dirsən, qo­­ca­­lan­­da ba­­şı­­mı­­za çı­­xa­­caq­­lar. De­­yə­­cək­­lər siz kim­­si­­niz!

- Qo­­ca­­lı­­ğa çox var!

Rə­­biy­­yə axır yum­­şa­­lır­­dı. Gə­­lə­­cək-ge­­də­­cək haq­­qın­­da kə­­lam­­la­­rı başqa har­­dan eşit­­sin - ki­­şi­­si onun üçün can­­lı fi­­lo­­sof­­du. Bir də ki, heç bir ata qa­­nı qa­­nın­­dan, canı canın­dan ola­­na pis­­lik is­­tə­­məz. Am­­ma İm­­ran ev­­də ol­­ma­­yan­­da, tər­­bi­­yə­­ni po­­za­­caq­­sa da, dad­­lı-lə­­ziz ye­­mək­­lə­­ri bi­­rin­­ci uşaq­­la­­rın ağ­­zı­­na tə­­pə­­cək. Nə ola-ola!

Ata­­la­­rı­­na məx­­su­­si süf­­rə açı­­ldımı, uşaq­­lar göz­­lə­­ri­­ni zil­­lə­­mə­­li­­di­­lər ki­­ta­­ba. Ye­­yən vax­­tı kim ağ­­zı­­na bax­­sa, ki­­şi ko­­ra­­ma­­la dö­­nər­­di. "Be­­lə oxu­­ma­­ğa bir qoz!" Oğ­­lan­­la­­ra - "ço­­ban", qız­­la­­ra­­sa - "qab­­yu­­yan ola­­caq­­sı­­nız!" - de­­yər­­di.

Rə­­biy­­yə­­nin to­­yuq-cü­­cə­­si hə­­yət­­dən il bo­­yu əs­­kil­­məz. La­­zım gə­­lən­­də, oğ­­lan­­lar­­dan, ya qız­­lar­­dan cu­­muz­­du­­rur bir can­­ta­­ra­­ğı­­nın üs­­tü­­nə. Uşaq­­lar da qov­­ha­­qov, tut­­ha­­tut - bi­­ri qa­­ba­­ğı­­nı kə­­sir, bi­­ri qə­­fil­­dən bö­­yür­­dən çı­­xıb əl atır. İm­­ran da boy­nunu üzən­də, top­­la­­şır­­lar ba­­şı­­na.

- Pə­­tə­­nə­­si mə­­nim! - be­­çə­­ni tu­­tan de­­yir.

- Bu­­du mə­­nim! - qa­­ba­­ğı­­nı kə­­sən de­­yir.

İm­­ra­­nın de­­di­­yi­­sə ta­­mam ay­­rı şey­­lər­­di.

- Səni kor ola­­san, bı­­ça­­ğı tap­­da­­dın!

Ya­­xud:

- Ay hey­­kəl, ved­­rə­­ni ya­­rım yox, dol­­du­­rub gə­­ti­­rər­­lər!

On­­suz ar­­xa­­yın­­dı ki, ye­­mə­­li yer­­lər yüz fa­­iz onun­­dur; uşaq­­la­­rın­­kı be­­ka­­ra Aya hür­­mək­­dir.

Rə­­biy­­yə ba­­la­­la­­rı­­na çək­­di­­yi xö­­rə­­yi bil­­məz ne­­cə tə­­rif­­lə­­sin. Bi­­ri­­nə de­­yə­­cək:

- Qol­­la­­rın na­­zik­­di - qa­­nad ye, qa­­nad­­lan!

Di­­gə­­ri­­nə:

- Sə­­nin boy­­nun na­­zik­­di, gə­­rək bo­­yun ye­­yə­­sən, - de­­yir.

Di gəl, İm­­ra­­nın bu­­du yo­­ğun ol­­sa da, bud hə­­mi­­şə ona dü­­şür­­dü. Uşaq­­lar bu tərs-məz­­həb iş­­dən heç cür baş aç­­mır­­dı­­lar.

Rə­­biy­­yə­­yə da­­im qa­­bır­­ğa dü­­şür - bax, bu­­nu ada­­mın ağ­­lı kə­­sir: yə­­qin onun qa­­bır­­ğa­­la­­rı çöp ki­­mi­­dir.

- Şən­­di­­ri ney­­ni­­rəm? - bir də gö­­rür­­dün, Sə­­fər kü­­süb çıx­­dı eşi­­yə.

- Kü­­sə­­nə heç nə düş­­mür! - bu, İm­­ran­­dı.

Küs­­mə­­yən­­lər baş­­la­­yır­­dı­­lar ağız­­la­­rı­­nı mar­­çıl­­da­­da-mar­­çıl­­da­­da, gu­­ya iş­­tah­­la ye­­mə­­yə ki, ata­­la­­rı­­nın hör­­mə­­ti­­ni qa­­zan­­sın­­lar.

Bə­­zən heç nə çat­­mır, Rə­biy­yə quru çö­rək­lə ke­çi­nir. Bu heç kə­­sin ve­­ci­­nə ol­­mur­; heç onun özü­­nün də. On­da nə­­zi­­rək qız mə­­zəm­­mət­­lə ana­­sı­­na ba­­xar. Ana gü­­lüb ay­­dı­­rır: "Mən pa­­yı­­mı çox­­dan aşır­­mı­­şam". Axı, ha­­çan? Yox­sa bu ar­­vad göz­­bağ­­lı­­ca­ gös­tə­rir?

İn­­di o uşaq­­la­­rın öz uşaq­­la­­rı var. Tez-tez də evə mək­­tub ya­­zır­­­lar. İm­­ran­­la Rə­­biy­­yə­­nin da­­rıx­­ma­­ğa ma­­cal­­la­­rı yox. Bi­­ri­­nin mək­­tu­­bu­­nu oxu­­yub, onun ai­­lə­­sin­­də­­ki ye­­ni­­lik­­lər­­dən iki-üç gün da­­nı­­şır­­dı­­lar ki, bay, bir də gör­­dün o bi­­rin­­dən gəl­­di. İn­­di on­­la­­rın ən əziz qo­­naq­­la­­rı mək­­tub­­lar­­dı. İm­­ran on­­la­­rı iki-üç həf­­tə üs­­tün­­də gəz­­di­­rir, axır­­da apa­­rıb qo­­yur bə­­zək­­li gö­­zə.

Hər­­dən uşaq­­lar vu­­rub öz­­lə­­ri gə­­lir. İm­­ra­­nın gör­­dü­­yü bi­­rin­­ci nə olur: öv­­lad­­la­­rı­­nın ba­­la­­la­­rı ata-ana­­la­­rın­­dan yax­­şı ge­­yi­­nib­­lər, özü də, ay ma­­şal­­lah, top ki­­mi­­di­­lər.

Kim­­dən­­sə gec ka­­ğız gə­­lən­­də, İm­­ran xof­­la­­nır. On­­da ki­­şi­­nin yat­­ma­­ğı min cür yu­­xu gör­­mək olur.

"Yə­­qin qan­­sız­­lı­­ğı­­mı du­­yub­­lar - vax­­ti­­lə ye­­mək­­lə­­rin xa­­sı­­nı özüm tıx­­dı­­ğı­­mı, on­­la­­rı il­­lər bo­­yu bir də­­ri­­də-qa­­bıq­­da sax­­la­­ma­­ğı­­mı. Yə­­qin mən­­dən zənd-zəh­­lə­­lə­­ri ge­­dir. Bəl­­kə əda­­lət­­siz­­li­­yi­­mi gör­­mə­­yi­­mə ba­­ğış­­la­­ya­­lar mə­­ni. Axı, mən öl­­mə­­miş­­dən - özüm bu­­nu gör­­düm..."

Mək­­tub al­­dı­­mı, elə bil bu­­lud­­lu ha­­va­­da qə­­fil­­dən gün çı­­xır - İm­­ra­­nın ke­­fi du­­ru­­lur­­du.

"Yox, mə­­nim uşaq­­la­­rım mərd­di­­lər. Ana­­la­­rı­­nı ne­­cə, mə­­ni də elə is­­tə­­yir­­lər. Ke­­çən il ona co­­rab al­­mış­­dı­­lar, mə­­nə köy­­nək. Ona da ayaq­­qa­­bı, mə­­nə də. Ay­­rı­­lan­­da, iki­­mi­­zi də bərk-bərk qu­­caq­­la­­dı­­lar..."

Tək qa­­lan­­dasa, onu ye­­nə qa­­ra ba­­sır. Ya­­ra ki­­mi zoq­­qul­­da­­yan bir fi­­kir­­dən hey ölüb-di­­ri­­lir. "Rə­­biy­­yə xoş­­bəxt­dir, bu­­na ix­­ti­­ya­­rı var. Mən də xoş­­bəx­­təm, an­­caq bu­­na ix­­ti­­ya­­rım yox­­dur..."

 

1985, ap­­rel - iyun

 

Digər xəbərlər

Rafiq Tağının şlyapa söhbəti

"Xəstəxanada öləcəyini hiss etdim, hər yandan mühasirəyə alınmışdı..."

“Ədəbiyyatda məqsədim əbədiyyətə çatmaqdır. Mən xoşbəxtliyi yalnız əbədiyyətdə yaşamaqda görürəm”

Rafiq Tağı ilə Arzu Abdulla söhbətləşdi

Hayıf, övlad da qocalır

Şərhlər