Pyotr Çaadayev ruhunda yazı

Tarix: 24-01-2017 05:32
Baxış sayı: 545

Yaxşı pisdən yaxşıdır, pis yaxşıdan  - pis. Heyvanat insanatdan çoxdur. İnsanda söz çox, əməl azdır. Qardaşlar, tryuizmlərin yeri gəlib, bir də gəlməyəcək, qoy təzələrini də deyim: rus çeçendən çoxdur, çeçen rusdan – az. Çox azala bilir, az – çoxala. Vaxtilə çox az olub, az – çox. Ancaq heç cür demək olmaz da ki, az az qiymətlidir, çox – çox. Ruslar fəlsəfələrini çoxluqdan yapıb, işğal hüququnu ədədi çoxluqlarından quraşdırıblar. Pyotr Çaadayev deyərdi – “bizən çox şimal xalqıyıq”, ancaq “dünyaya görsənmək üçün Berinq boğazından Oderə qədər uzanmalı olmuşuq”. Düzdü, ruslarda işğal fəlsəfəsi həm də Rusiyanın işğalı təcrübələrindən doğulmuşdur. Ruslarda hər hansı fəlsəfi görüşdə intiqam ruhu taparsan.

 

“Büsbütün xristianlıqdan törənən” (P.Çaadayev) ruslar özünü xalq kimi tək-tək passionar nüsxələri hesabına təsadüfən tanımışdır. Ancaq özünü yalnız passionarları ilə tanıyan xalq əbədi yarımçıqlığa düçardır. Bəlkə elə ona görə və həm də “qanımızda elə şey var ki, hər hansı proqres bizə yaddır” (P. Çaadayev). Alkoqolizmə mübtəla rus xalqı öz passionarlarının boynundan ağır daşlar kimi asılmışdır. Bu bir deqradasiya əlamətidir ki, xalq mənəvi qanunlarla yox, bürokratik dövləti qanunlarla yaşamına üstünlük verir. Ruslarda “anlaqlı patriotizm” yox, yalnız “instinktiv patriotiklik” var (yenə P.Çaadayev). Filhəqiqə, rus hərb maşınına oturdulub instruksiya üzrə hərəkət edərkən, mexaniki surətdə - heç özü də bilmədən qəhrəmana çevrilir. Bu baxımdan rusların çeçenlər üzərində qələbəsi mümkünsüzdür. Ruslar yalnız “slujba” dövründə, çeçenlərsə hətta yatanda da qəhrəmandırlar. Di gəl primitiv faşizm ideologiyası rus xarakteri üçün səciyyəvidir. Bu hələ Rusiya tarixindəki yəhudi talanlarından bəllidir. Rus cəmiyyəti çeşidli qaraguruh qüvvələrlə həmişə alabəzək olub. Rusiyada total faşizm yalnız rusların əzəli-əbədi intizamsızlığı ucbatından baş tutmayıb. Rusların intizamsızlığı bəşəriyyətin xoşbəxtliyidir. Həm də rus cəmiyyəti kommunizm ideologiyası ilə süsləndiyindən faşizmə vaxt qalmadı.

 

Ruslarda mədəniyyət Avropadan köçürülmədir. Rusiyanı Avropa saymaq  I Pyotrun xoşuna gəlirdi. Mən Rusiyada konservatoriya pəncərələrindən daim yalnız Qərb musiqisi eşitmişəm. Mən çox sevdiyim XIX əsr rus ədəbiyyatını da, əlbəttə, Avropa təzahürü sayıram. Rus ədəbiyyatı Avropanın Asiyaya calağından törənib və onun “calaq ədəbiyyat” adlandırılması daha düzgündür. Rusiya həmişə Avropanın, ancaq hətta Asiyanın da əyaləti olmuşdur. Rusiyada əyalət psixologiyası, əyalət ehtirasları hökmfərmadır. Onun hətta siyasi “elita”sında da “takt hissi”, mərifət yoxdur. Xəstələn saat prezidentin istefası tələbi rus siyasətçilərində insanlıqdan biabırçı uzaqlığın əlamətidir. Rusiyada mədəniyyə batalistikdir və XIX əsrdə hətta aristokratizm də müharibəyə münasibətlə dəyərləndirilirdi. Rusiya barı iftixar etdiyi müharibə mədəniyyətinə görəsə monqol-tatarlara minnətdar olmalı idi. Rusiyada sivilizasiya kütləvi ölümlərlə seçiləndir. Rusiyanı yazılı tarixində gerçəklik yoxdur. Rusiyanın Sovet dövrü tarixi oratoriya tiplidir, yalnız “rus böyüklüyü”nün təşviqi üçün yazılıb və öz yalanları ilə bütün digər xalqların tarixinə də siyasət etmiş, ona əngəllər törətmişdir. Rusiyaya mədəniyyət gətirmiş, adına dünyanın indi də heyran qaldığı türk fatehlərini rus tarixçiləri “barbar” adlandırmışlar. Rusiya tarixi hədsiz ideolojiliyi üzündən dünya üçün əhəmiyyətsizdir. Rusiya tarixi, demək olar, informasiyasızdır. Rus xarakterindəki aqressivlik çağdaş nəhəng hərbi-sənaye kompleksindən bəllidir. Leksikoloji humanist maska qoparılıb atılarsa, Rusiya siyasətçilərindəki qəddarlıq çıl-çılpaq görsənər. Onsuz dünya siyasətçiləri “rus ayısı”nın dabbaqda gönünə bələddir. Kamuflyajsız Rusiya siyasətçiləri şəxsiyyətcə deqradasiyalı “alkaş”lardan başqa bir şey deyillər. Boris Yeltsin təmizcənə alkoqolikdir. Onsuz əslində çağdaş Rusiyanın əksər siyasətçiləri bu və ya digər dərəcədə alkoqolik törəmələridir. Məişətdə ədalətli görsənən hər hansı rus siyasətçisi əslində tarixi ədalətin bərpası işində ədalətdən hədsiz uzaqdır. Rusiya gec-tez Şimalda “lokallaşası” ölkə olduğunu etiraf etməlidir. Yalnız onda Şimal koloritli bir ölkə dünya mədəniyyətində yerini tapa bilər. Silah bənzərli rus məktəblərilə dünya üzərinə yeriməklikdən bir şey çıxmayacaq. Onsuz azsaylı Sibir xalqlarının assimilyasiyasındakı cinayət büsbütün Rusiyanın boynundadır.

Kiçik millətlərin ruslaşdırılması etnoqəza sayılmalıdır. Başını dikəldən millətlərin ram edilməsində kommunizm ideyası ruslar üçün göydəndüşmə olmuşdu. Heç bir sivil ölkədə kommunizm Rusiyadakı tələskənliklə quraşdırıla bilməzdi. Həqiqətən məğrur Qafqaz xalqları Rusiyadan daim təzyiqlər görmüşlər. Cəfakeş çeçen xalqının mədəniyyəti Rusiya tərəfindən udulmuş və həzmi-rabedən keçirilmişdir. Ruslar çeçenlərin mədəniyyətini ləğv etmiş, sonra da bu mədəniyyət barəsində “yoxdur” demişlər. Çeçen mədəniyyəti faktını ruslar tarixdən silmişlər. Çeçenlərin soyqırımı soldafon rusların milli özbaşınalığıdır və Rusiya siyasətinin patolojiliyinə dəlalət edir. Paransid Rusiya siyasəti dünya üçün hədsiz təhlükəlidir. “Zaman təcrübəsi bizim üçün mövcud deyil” (P.Çaadayev). Ancaq hər halda, çeçenlər ruslarla vuruş mədəniyyətinə malikdir; ümid təkcə bunadır.

 

Qardaşlar, Rusiya gec-tez parçalanmaya məhkumdur. Dünyanı yeni etnomədəniyyət sıçrayışları gözləyir. Qondarma bir federasiya dünya mədəniyyətini çox-çox geri atmışdır. Rusiya Federasiyasında mədəniyyət həmişə irəliyə yox, geriyə vərəqlənib. Sibirdəki aborigen millətlər indi təkcə gözlərindən tanınır. Onlar bu gen dünyaya hündür almacıqları üstündəki gözcüklərdən tamaşa edirlər. Rusiya dünyaya acınacaqlı anti-kultroloji təcrübələr qoymuşdur.

Rusiya Azərbaycanı da dəfələrlər ilhaq etmiş, onun mədəniyyətini təhriflərə uğratmışdır. Milləti özümləşdirən mədəniyyət faktları mütəmadi sıradan çıxarılmışdır. Hegemon ruslar ötən əsrdən bəri azərbaycanlılara ancaq natamamlıq hissi aşılamaq cəhdində bulunmuşlar. Ruslar muğama “ulamaq” deyərdilər, diz də ağzımızı ayırıb gülərdik. Azərbaycanın Sovet dövrü ədəbiyyatı və musiqisindən “rus qoxusu” gəlirdi.

 

 

Həri, dünyanın işləri uzundur. Kiminin əvvəli, kiminin – axırı. Rus çeçendən çox, ancaq çeçen rusdan qüdrətlidir... Qardaşlar, zaman hər şeyi öz taxçasına düzəcək, onda dünya hökmən gözəl görünəcək. Mən zamana “əlahəzrət” deməyə bilmirəm.

 

 

“Hürriyət”, 16.10.1999 

Digər xəbərlər

Seymur Baycan: "Doktor"

Eyvaz Zeynalov: "Rafiq Tağını xatırladım"

Ramin Cabbarlı: "Bəlkə Rafiqi "bəlkə"lərinə görə öldürdülər?!"

Rafiq Tağı ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır

Safruh: "Rafiq Tağı bizim itkimizdir"

Şərhlər