Üç dayıqızı

Tarix: 21-05-2019 12:32
Baxış sayı: 196

İs­tə­­mə­­yi­­nə da­­yı­­sı onu is­­tə­­yir. An­­caq həm də ona ümid­­lə­­ri baş­­qa­­dır. Ba­­cı­­sı­­nın tək ba­­la­­sı qa­­rı­­maq qor­­xu­­su al­­tın­­da olan üç öl­­mü­­şün­­dən bi­­ri­­nə yi­­yə dur­­ma­­lı­­dır, di qur­­tar­­dı get­­di. Da­­yı­­sı­­na sev­­gi­­lə­­ri həqiqidirsə, Qi­­yas bu­­nu əmə­­li sü­­buta yetirmə­­li­­dir. Uşaq­­lıq­­dan adı di­­lin­­dən düş­­məz, an­­caq ha­­nı bə? Ha­­mı­­sı ya­­lan­­dan. Gop. Ciddi bir hə­­rə­­kət yox­­sa, sö­­zə nə ve­­rər­­lər? Söz boş şey­­di, üfü­­rür­­sən, sabun köpüyü kimi uçur ha­­va­­ya, yox olub ge­­dir. Axı, bu ava­­ra­­nın da­­yı­­sı­­na nə əcəb ya­­zı­­ğı gəl­­mə­­sin? Vic­­da­­nı var­­sa, onun üç kə­­sik ba­­la­­sı­­nın qan­­qal ki­­mi qar­­tı­­ma­­sı­­na gə­­rək özü döz­­mə­­yə. Yox, düz fi­­kir­­ləş­­mir o. Adam da­­yı­­qızı­­la­­rı­­na heç də ba­­cı ki­­mi bax­­maz. Həm də da­­yı­­qı­­zı­­nı kef üçün al­­mır­­san ki. Bəd­­bəxt ol­­ma­­mağa alır­­san. Birgə dərd çəkməyə. Bu hə­­lə­ də yad-yad ai­­lə­­lər­­dən ya­­pı­­şır; ar­­vad alıb-bo­­şa­­maq­­la məş­­ğul­­du. An­­caq is­­tər yü­­zün­­cü­­nü ala, hər də­­fə bo­­şan­­ma­­nın yek sə­­bə­­bi da­­yı­­qız­­ılar­­dan bi­­ri­­nin göy­­də onun adı­­na ya­­zıl­­ma­­sı­­dır. Qis­­mət­­dən qa­­ça bil­­məz. Necə ki bil­­mir də. Ma­­ğıl qız­­lar­­dan bi­­ri onun­­la bis­­mil­­la­­hı­­nı elə­­səy­­di, in­­şal­­lah, qa­­lan­­la­­rı­­na da yol açı­­lar­­dı. Ya bir cı­­ğır.

Hə, Qi­­yas bi­­rin­­ci ar­­vad­­la bir, ikin­­ciy­­lə iki, üçün­­cüy­­ləsə üç il ya­­şa­­mış­­dı. Hər ar­­vad­­da ai­­lə təc­­rü­­bə­­si bir il ar­­tır­­dı. Bi­­rin­­ci­­dən bir, ikin­­ci­­dən iki, üçün­­cü­­dən­­sə üç öv­­la­­dı var. İn­­di boş otu­­rub. Ömür­­dən ke­­çən hər boş il həm də bir öv­­lad it­­ki­­si­­dir.

Qi­­yas ev­­lə­­nən­­də da­­yı­­sı mə­­yus olur, ay­­rı­­lan­­da­­sa ey­­ni açı­­lır.

Qi­­yas onun­­cu­­ya gə­­lib çıx­­sa, yə­­qin ar­­vad­­la bir on il də bir­­gə ya­­şa­­ya­­caq.

Ney­­nək, qız­­lar­­dan bi­­ri qoy elə axır­­da­­ca onun ol­­sun. Ba­­c­­oğ­­lu­­na qo­­ca­­lıq­­da ha­­yan du­­rar. An­­caq öl­­mə­­li­­lər ya­­man arıq­­dı­­lar; sü­­mük­­lə­­ri sa­­na­­nır. Yan­­çaq­­lar­­da bir-iki çim­­dik əti Al­­lah on­­la­­ra çox gö­­rüb. Bəl­­kə qurd­la­­rı var? Ürəklə­rin­də olmasa da, qarınlarında. Gə­­rək on­­la­­rı ana­­li­­zə apa­­ra. Həm də qurd­la­­rı qoy­­mur on­­la­­rı gö­­zəl­­ləş­­mə­­yə. Xoş­­bəxt­li­­yə ən­­gəl tö­­rə­­dirlər. Ar­­tıq əx­­laq-na­­mus­­la­­rı da baş­­la­­rı­­nda qa­­xın­­ca çev­­ri­­lib. Qız qa­­rı­­yır­­sa, onun əx­­laq-na­­mu­­su gü­­lünc-gül­­mə­­li bir şe­­yə çev­­ri­­lir.

Qi­­yas dör­­dün­­cü ar­­va­­da əl atan­­da, da­­yı­­sı­­nın be­­li qı­­rıl­­dı. Süf­­rə ba­­şın­­da hey bı­­çaq­­la sto­­lu deş­­mək­­də idi. Hir­­sin­­dən diş­­lə­­ri ki­­lid­­lə­­nir, xır­­çıl­­da­­yır­­dı. Çırt­ma vur­­san, qa­­nı da­­mar­­dı. "Sar­­sa­­ğın bi­­ri! - ürə­­yin­­də də Qi­­ya­­sın da­­lın­­ca de­­yi­­nir. - Sən gö­­rər­­sən!" Tə­­la­­tüm­­lər yal­­nız ürə­­yin­­də baş ve­­rir­­di. Tə­­la­­tüm­­lər uzaq ba­­şı bey­­ni­­nə qan sız­­maq­­la üzə çı­­xa bi­­lər­­di. Al­­la­­ha şü­­kür, bu hə­­lə yox­­du.

Bu­­yur, qız­­lar in­­di də gə­­rək ən azı dörd il göz­­lə­­yə­­lər. Qır­­dı-qaç­­dı bi­­bi­­oğ­­lu­­nun gə­­rək dörd uşa­­ğı da ola, son­­ra bu bəd­­bəxt­lə­­rə xoş­­bəxt­lik qa­­pı­­sı açı­­la. Gö­­rük­­məz-mö­­cüz bir iş­­di, kim də ona to­­xu­­nur, uşa­­ğa qa­­lır. "Biz ona to­­xun­­ma­­ğa qor­­xu­­ruq, - mək­­təb yol­­daş­­la­­rı za­­ra­­fat­­la de­­yir. - Ol­­ma­­dı elə, ol­­du be­­lə".

Am­­ma da­­yı­­sı qız­­la­­rın­­dan bi­­ri gec-tez oca­­ğı­­nın qa­­ra da­­şı ola­­caq. Ona­­can sək­­kiz-doq­­qu­­zu­­nu alar­­sa da, al­­sın. On­­suz bu ye­­tim hə­­lə­­lik ar­­va­­dları ai­­lə qur­­ma­­ğa yox, kef çək­­mə­­yə alır. Özü di­­lin­­dən qa­­çı­­rıb: ar­­vad - dün­­ya ne­­mət­­lə­­ri sı­­ra­­sın­­da­­dır. Ar­­vad - ləz­­zət­­lər içə­­ri­­sin­­də əvə­­ze­­dil­­məz­­dir. Onun üçün uşaq-mu­­şaq ikin­­ci də­­rə­­cə­­li şey­­di. On­­dan ol­­sa, göy­­çək ar­­vad­­la­­rı ilə, on­­la­­rı bo­­şa­­yan­­dan son­­ra da, "kef çək­­mə­­yə" ha­­zır­­dı. Bir­­cə xa­­siy­­yət­­lə­­ri işi kor­­la­­yır. Əcəb ya­­ta­­ca­­ğın ar­­vad heç vaxt heç nə da­­nış­­ma­­ya, dil­­siz-ağız­­sız bir hey­­van­­cı­­ğaz ola. Elə­­si var, di­­şi­­ni çı­­xar, tə­­pə­­si­­nə vur - if­­ri­­tə on­­dan min pay yax­­şı­­dır. Nə ol­­sun, Al­­lah döş-ba­­şı if­­ri­­tə­­yə də ve­­rir. Yox, hər­­lə­­nib-fır­­la­­nıb da­­yı­­qızı­­lar­­dan bi­­ri­­nin üs­­tü­­nə gə­­lə­­cək. Özü də mələyə-mələyə. Vallah, bu­­nun ge­­ci-te­­zi var. Həm də ar­­tıq onu bo­­şa­­ya­­sı de­­yil. Onun­­cu­­su ol­­muş olar­­sa, onun­­la ən azı on il ömür sü­­rə­­cək. Əs­­lin­­də Qi­­yas da qo­­ca­­lı­­ğı on il­­dən ar­­tıq is­­tə­­mir. Da­­yı­­sı qı­­zı yal­­nız xid­­mət­­çi­­si ola­­caq. Axı­­ra­­can da ona qar­­daş gö­­züy­­lə ba­­xa­­caq.

Da­­yı­­sı ona­­can ölər.

Qi­­yas hə­­lə bi­­rin­­ci ar­­va­­dı alan­­da, bi­­rin­­ci da­­yı­­qı­­zı öz-özü­­nə sı­­ra­­dan çıx­­mış­­dı. De­­mək, onu bə­­yən­­mə­­yib. Növ­­bə ikin­­ci­­nin­­di. İkin­­ci ar­­va­­da ke­­çən­­də, ikin­­ci da­­yı­­qı­­zı da get­­di işi­­nin da­­lın­­ca. Onu da bə­­yən­­mə­­di. Üç­­də - üçün­­cü get­­di. Bu ye­­tim doğmaca da­­yı­­qızı­­la­­rı­­nı bə­­yən­­mir, bə­­yən­­di­­yi ar­­vad­­lar­­la­­sa uzun ya­­şa­­mır­­dı. Hər ev­­li­­li­­yin­­də bir da­­yı­­qı­­zı, bir də bir ar­­va­­dı pay­­mal olur, he­­çə-pu­­ça çı­­xır­­dı. Üçün­­cü­­nü bo­­şa­­yan­­da ar­­tıq bə­­yə­­nə­­cə­­yi da­­yı­­qız­­ıla­­rı da qur­­tar­­mış­­dı.

Bi­­bi­­lə­­ri­­nin ma­­dar ba­­la­­sı­­na qız­­la­­rın ürə­­yi ya­­nar, ya­­zı­­ğı gə­­lər­­di. Axı, hər dəfə subay qalanda, qu­­ruca ye­­mək­­lər­­dən, kon­­serv­dən-zad­­dan mə­­də­­si de­­şi­­lə bi­­lər. Ana­­sı, bu hə­­lə əs­­gər­­li­­yə get­­mə­­miş, və­­fat edib. Ata da ge­­dib Rus­­yət­­də öl­­dü. Or­­da iki-üç yol ev­­lə­­nib-ay­­rı­­lan­­dan, xoş­­bəxt­li­­yi dişinə vurandan son­­ra ölməli bir "bomj"a çev­­ri­­lib­­miş. De­­yi­­lən­­lə­­rə gö­­rə, ske­­le­­ti şə­­hər ana­­to­­mi­­ya mu­­zey­­lə­­rin­­dən bi­­ri­­nə - tə­­lə­­bə­­lə­­rin is­­ti­­fa­­də­­si­­nə ve­­ri­­lib.

Qi­­yas da­­yı­­sı­­gi­­lə az-az ge­­dər­­di. Qız­­lar­­dan bi­­ri­­nə vu­­rul­­maq qor­­xu­­su­­na gö­­rə. Sev­­gi bə­­zən ayıb olur. Hər han­­sı da­­yı­­qı­­zı­­na baş­­qa gözlə bax­­ma­­ğı şit bir hə­­rə­­kət bi­­lər­­di. Da­­yı­­qız­­ıla­­rı uşaq­­lıq­­da on­­la­­ra süd-qa­­tıq gə­­ti­­rər­­di. İri-iri ka­­sa­­la­­rı əl­­lə­­rin­­də güc­­lə sax­­la­­yır­­dı­­lar. Üz­­lə­­ri­­ni on­­da gör­­dü­­yü idi. İn­­di­­yə bö­­yü­­yüb-də­­yiş­­miş olar­­lar. Mək­­təb­­dən son­­ra gör­­­mə­­yib. Düz­­dü, bir gün ana­­sı öz sağ­­lı­­ğın­­da tə­­sa­­dü­­fən üçü də bir­­dən on­­la­­ra qo­­naq gəl­­miş qar­­da­­şı ba­­la­­la­­rı­­na: "Kö­­pək qız­­la­­rı, bi­­zə tez-tez gə­­lin ki, - de­­miş­­di, - bö­­yü­­yən­­­də bi­­ri­­niz bi­­zə gəl­­sin". On­­lar tap-tap­­ma­­ca­­ya bən­­zər bu mü­­əm­­ma­­lı söz­­lər­­dən bir şey ba­­şa düş­­mə­­yib - "Elə gəl­­mi­­şik də-ə, ha­­mı­­mız bur­­da­­yıq", - de­­miş­­di­­lər.

Qi­­yas ar­­vad­­lar əlin­­də girinc-gi­­rif­­tar qal­­dı. Çox­­la­­rı bu­­nu bö­­­yük­­süz­­lü­­yə-baş­­sız­­lı­­ğa yoz­­du. Öm­­rün­­də xe­­yir-dua gör­­məmiş­­di. "Xo­­ruz to­­yu­­ğu alan ki­­mi alır Qi­­yas ar­­va­­dı", - mək­­təb yol­­daş­­la­­rı ona lağ edər­­di.

Dör­­dün­­cü ar­­va­­dı qa­­paz­­la­­yıb-qol­­tu­­ğu­­na vu­­rub - hay­­dı, Türk­mə­­nis­­ta­­na! Ca­­ma­­at or­­da ona dörd il ai­­lə­­lik kəs­­di. Da­­yı­­qız­­ıla­­rı - "Al­­lah elə­­mə­­sin, - de­­yir­­di­­lər. - Qoy ai­­lə­­si ömürbillah da­­ğıl­­ma­­sın".

Qi­­yas Ma­­rı­­da get-ge­­də qə­­rib­­sə­­yir, da­­yı­­qız­­ıla­­rı­­na da hə­­diy­­yə al­­maq fik­­ri­­nə dü­­şür­­dü. An­­caq hər mə­­zu­­niy­­yə­­tin­­də bu­­nu son­­ra­­ya sax­­la­­yır. Özü, tən­­bəl­­lik­­dən­­di, de­­yir, an­­caq həm də bir az si­­mic­­lik­­dən­­. İl­­bə­­il də uşaq­­la­­rı ar­­tır. Bi­­rin­­ci yay bir, ikin­­ci­­də iki, üçün­­cü­­də üç uşaq­­la gəl­­miş­­di. On­­lar kənd­­də­­ki üç ar­­vad­­dan al­­tı uşa­­ğı­­na əla­­və idi. "Qi­­ya­­sın uşaq­­la­­rı­­na ay­­rı­­ca bir bağ­­ça la­­zım­­dı", - itoy­­na­­dan mək­­təb yol­­daş­­la­­rı ona gü­­lər­­di­­lər.

Axı, da­­yı­­qızı­­la­­rı­­na nə al­­sın? Bat­­mış­­la­­rı ya­­man is­­tə­­mə­­yə baş­­la­­yıb. On­­lar, öl­­sə üs­­tün­­də ağ­­la­­ya­­sı "za­­pas" in­­san­­lar­­dı.

Qi­­yas hər yay da gə­­lib bir keç­­miş ar­­va­­dı­­nın "bəd xə­­bər"ini eşi­­dir: on­­lar pə­­ra­­kən­­də şə­­kil­­də, ba­­la-ba­­la ərə ge­­dir­­di­­lər. Axı­­rın­­cı bo­­şa­­nan bi­­rin­­ci at­­la­­nıb get­­miş­­di. Sikl elə bil ar­­xa­­dan önə tən­­zim­­lə­­nir­­di. Ca­­van­­dan yaş­­lı­­ya. İkin­­ci yay ikin­­ci, üçün­­cü yay bi­­rin­­ci ar­­va­­dı­­nın "xə­­bər"ini al­­dı.

Hə­­lə stan­­si­­ya­­da­­ca - qa­­tar­­dan dü­­şən ki­­mi da­­yı­­dos­­tu­­su­­nun öl­­dü­­sü­­nü ona çat­­dır­­dı­­lar. Sa­­də­­cə, qış­­dan çıx­­ma­­yıb. "Qış bu yer­­lər üçün ölüm fəs­­li­­dir", - bu da hə­­min xə­­bə­­ri çat­­dı­­ra­­nın  fəl­­sə­­fi əla­­və­­si.

Stan­­si­­ya­­dan kən­­də qu­­ru­­yub çat-çat ol­­muş tor­­paq yol­­la ge­­dir­­di­­lər. Əri­­ni iz­­lə­­yir­­miş ki­­mi qa­­ra­­ba­­qa­­ra onun da­­lın­­ca gə­­lən, "Türk­mən"də­­ki ba­­cı­­sı­­nın cub­­bu­­lu­­la­­rı­­nı da özüy­­lə gö­­tür­­müş ar­­va­­dı hər­­dən­­bir oy­­naq­­la­­şa-oy­­naq­­la­­şa, hop­­pa­­na-hop­­pa­­na ye­­ri­­yən uşaq­­la­­ra acıq­­la­­nır:

- Dinc olun! Bax, qı­­çı­­nız ça­­ta düş­­sə, mən­­lik de­­yil.

- Özü­­müz çı­­xar­­da­­rıq.

- Sı­­nan­­dan son­­ra?

- Sın-maz! Sın-maz!

- Mə­­nim sı­­nıq­­çı­­ya-za­­da get­­mək ha­­lım yox­­du.

- Sı­­nıq­­çı nə­­di?

Dün­­ya ancaq on­­la­­rın­­dı.

Qi­­yas da­­yı­­qız­­ıla­­rı­­nın üz-gözü­­nü ta­­mam unu­­dub. Gör­­sə, ta­­nı­­maz. Bir­­cə­­ci­­yi­­nin adı ya­­dın­­da qa­­lıb - Bə­­növ­­şə. Qa­­lan ad­­la­­rı heç cür xatırlamır; bir o ya­­dın­­da­­ qalıb ki, qə­­şəng ad­­lar­­dı. Kim de­­miş, o hər də­­fə "hə­­ya­­sız­­ka"la­­rı on­­lar­­dan üs­­tün tu­­tdu.

Türk­mə­­nis­­tan Qi­­ya­­sı da, ar­­vad-uşa­­ğı da kö­­mür ki­­mi qa­­ralt­mış­­dı. De­­yir­­din, kən­­də qa­­ra­­çı kö­­çü ya­­xın­­la­­şır. Qar­­şı­­dan gə­­lən ko­­sa­­ra bir arvad on­­lar­­la yan­­ba­­yan olan ki­­mi tez­­cə­­nə sa­­lam ve­­rib keç­­di. Nə Qi­­yas ona, nə də o, Qi­­ya­­sa  bax­­dı. Bu kənd­də qa­­dın­­la ki­­şi­­nin ba­­xış­­ma­­sı qə­­ba­­hət­­dir. Bir də gör­­dü ar­­va­­dı cır sə­­siy­­lə ar­­xa­­dan onu ça­­ğı­­rır:

- Ədə, bir ayaq sax­­la! Ha­­ra qa­­çır­­san?

Geri çöndü. Bay, bu iki qa­­dın­­ gah həsrətlilər kimi bir-birinin üzünə baxır, gah da lap­­dan-lap­­dan qu­­caq­­la­­şıb-öpüşür­­dülər. Qi­­yas on­­la­­ra sa­­rı gəl­­di. Uşaq­­lar dır­­naq­­la­­rı­­nı diş­­lə­­yə-diş­­lə­­yə hə­­yə­­can ke­­çi­­rir, bu gon­­bulçanın on­­la­­rı da öp­­mə­­si­­ni göz­­lə­­yir­­di­­lər. On­­lar ana­­la­­rı və elə bu xa­­la­­la­­rı­­nın "Türk­mən"də­­ki rə­­fi­­qə­­lə­­ri­­nin öpüş­­lə­­ri­­nə vər­­diş­­kar­­dı­­lar. Sonradan gon­­bul, hə­­qi­­qə­­tən, qız­­la­­rı qu­­caq­­la­­dı da, öp­­dü də. Şar ki­­mi yün­­gül və top­­puş­­la­­rı­­nı­­sa yu­­xa­­rı qal­­dır­­dı da.

- Ay qar­­daş, ay Qi­­yas, bu sən­­sən?

- Yox, mən de­­yi­­ləm, - gu­­ya gü­­lüm­­sü­­nür, an­­caq həm də dü­­şü­­nür - "Ay Al­­lah, bu kim ola?.."

San­­ki tən­­di­­rə sa­­lı­­nıb-çı­­xa­­rıl­­mış, si­­fə­­ti qa­­ra-qır­­mı­­zı ar­­va­­da­­ğa­­sı çü­­rük diş­­lə­­ri­­nə tax­­dı­­ğı hı­­rıl­­tıy­­la ona ba­­xır, ke­­çi­­nir­­di gül­­mək­­dən. Araz aşı­­ğın­­dan­­dı, Kür to­­pu­­ğun­­dan. Bu dün­­ya­­da bir yanını gə­­rək elə boş buraxasan. Arsızlıq yaxşı şeydir.

- Bə ta­­nı­­ma­­dın mə­­ni?

- Rəh­­mət­­li­­yin qı­­zı, de, söylə, ta­­nı­­yaq da-a, - Qi­­yas axır cin atı­­na mi­­ndi. - Mən nə bi­­lim kim­­sən?

Ma­­rı­­da sə­­bir­­siz və sərt ol­­muş­­du.

­Gon­­bul onun boy­­nu­­na sa­­rıl­­dı:

- Be­­lə ba­­şı­­na dö­­nə­­rəm...

- Yax­­şı, yax­­şı.

- Ki­­məm mən?

- Ki­­lim­­çi.

- Adım nə­­dir?

- Adı­­bi­­lin­­məz.

Ar­­va­­dı gen­­dən şaq­­qa­­naq çək­­di - kor-kor, gör-gör, əri çaş-baş qal­­mış­­dı.

- Bə­­növ­­şə­­sən! - Qi­­yas san­­ki qəflət yu­­xusun­­dan ayıl­­dı. Qə­­fil­­dən də mum ki­­mi yum­­şal­­dı.

- Yox bir, Nər­­giz­­gü­­lü, Nov­­ruz­­gü­­lü, - od par­­ça­­sı olan bu dör­­dün­­cü ar­­vad hələ öz ke­­fin­­də-za­­ra­­fa­­tın­­day­­dı. "Vax­­tı" qur­­ta­­rır­­dı­­sa da, Qi­­yas­­dan ay­­rı­­la­­na-za­­da ox­­şa­­mır­­dı. 

- Bə­­növ­­şə - mənim or­­tan­­cıl ba­­cım­­dır.

- Bə­­növ­­şə, bən­­də dü­­şə...

- Mən - Lə­­ti­­fə­­yəm. Bi­­rin­­ci qız.

- Hə, ya­­dı­­ma dü­­şür.

- Gör­­dün? Adı gül adın­­dan de­­yil.

- Sən sus!

Ar­­vad du­­rux­­du. Da­­yı­­qı­­zı da alın­­dı. De­­yən, onun za­­ra­­fat­­lıq ha­­lı yox­­du. Əs­­lin­­də Lə­­ti­­fə də za­­ra­­fat elə­­mir­­di ki: üzü gülür, içi ağlayırdı. An­­caq əli­­nə gi­­rə­­və düş­­dü - tamam keç­­di ağ­­la­­ma­­ğa.

- Ar­­tıq anam da dün­­ya­­da yox­­, ay biboğ­­lu-u!

- Hə, elə in­­di­­cə, vağ­­zal­­da eşit­­dim. Vay-vay.

­- Barı di­­lin­­dən bir rəh­­mət eşidək, - ar­­va­­dı pı­­çıl­­tıy­­la əri­­nə gös­­tə­­riş ver­­di.

"Qoy bir  sağ-sa­­la­­mat Ma­­rı­­ya dönək, sə­­ni tə­­pik al­­tı­­na sal­­maq mə­­nə borc ol­­sun", - Qi­­yas ba­­xış­­la­­rıy­­la ona bu sərt söz­­lə­­ri de­­di.

- Əl­­bət­­tə ki, Al­­lah rəh­­mət elə­­sin.

­Lə­­ti­­fə­­nin, bir tək ana­­sı­­nı de­­mə­­yin­­dən, ata­­sı hə­­lə du­­rur. Ona gö­­rə də Qi­­yas inam­­la so­­ruş­­du:

- Da­­yım ne­­cə­­dir? 

- Əşi, necə olacaq? Ölən öl­­mə­­sin...

- No­­o­­lub ki?

- Ana­­mın qır­­xı­­nı göz­­lə­­mə­­di.

- Yox­­sa ki­­şi də rəh­­mə­­tə ge­­dib?

- Kişi - ar­­vad al­­dı.

Bu yer­­də Qi­­yas bil­­mə­­di da­­yı­­sı­­nı öysün-tə­­rif et­­sin, yox­­sa qı­­na­­ğa tut­­sun. Özü dal­­ba­­dal ar­­vad alan­­da, elə bi­­lər­­di yax­­şı iş gö­­rür, in­­di gö­­rür­­dü yox. Nə xa­­rab iş­­di, ə, bu! Özü də barı ar­­va­­dın qır­­xı­­nısa göz­­lə­­mə­­yib! Yox, yün­­gül imiş da­­yı­­sı! Qız­­la­­rı ev­­də çürüyür, bu, ay­­ğır­­lıq edir.

"Qa­­ra­­çı kö­­çü" kör­­pü­­yə yan alan­­da, Qi­­yas ar­­tıq ürə­­yin­­də qə­­ra­­ra gəl­­miş­­di: gü­­nü bu gün bir qoç alıb kəs­­dir­­mə­­li. Da­­yı­­qız­­ıla­­rı­­nı ba­­şı­­na yı­­ğıb mü­­ba­­rək üz-göz­­lə­­ri­­ni gör­­mə­­yin məhz bu gün vax­­tı­­dır. On­­la­­rın uşaq­­lıq üz­­lə­­ri­­ni yad­­da­­şın­­dan sil­­mək, "tə­­zə üz"lə­­ri on­­la­­rın ye­­ri­­nə qoy­­maq. Son­­be­­şi­­yin adı­­nı da öy­­rə­­nər.

Ar­­va­­dı Lə­­ti­­fəy­­lə bir-iki ağız da da­­nış­­maq üçün yu­­ban­­mış­­dı. Kör­­pü­­nün or­­ta­­sın­­da­­ca on­­la­­rı haq­­la­­dı.

- Ey-y, qa­­çın qa­­ba­­ğa, aya­­ğa do­­laş­­ma­­yın, - çatan kimi də uşaq­­la­­ra tə­­pin­­di. - Ay sə­­nin də gö­­zün ay­­dın...

- Öz-özü­­nə da­­nı­­şır­­san, ya yu­­xu gö­­rür­­sən? - Qiyas ona qıyğacı baxdı.

- Da­­yın sə­­nin bi­­rin­­ci ar­­va­­dın­­la çaş­­qa-loş­­qa imiş. Görüb biabır olacaq, alıb onu.

- Nə? Bir də de!

- Lap iki də­­fə de­­yə­­rəm.

- Yat­­dın, yu­­xu­­da gör­­dün?

- Bə ni­­yə da­­la qa­­mış­­dım?

Yox, qoç - qal­­dı. Bir­­dən Qi­­ya­­sa elə gəl­­di ki, bey­­ni­­ni ba­­şı için­­də sa­­at ki­­mi bu­­rub, ye­­ri­­ni də­­yiş­­di­­lər, ayrı cür qurdular. Qar­­şı­­da de­­di-qo­­du­­lar­­la lə­­bə­­ləb, şa­­yiə ilə ağ­­zı­­na­­can do­­lu kənd onu göz­­lə­­yir­­di. Qız­­la­­rı­­nı al­­ma­­dı­­ğı­­na gö­­rə, acıqca, da­­yı­­sı onun keç­­miş ar­­va­­dı­­nı alıb: öz fər­­ziy­­yə­­si­­nə gö­­rə, şa­­yi­­ə­­lər bu cür in­­ti­­qam məz­­mun­­lu ola bi­­lər­­di.

Qi­­yas evə ça­­ta­­çat­­da, hə­­ya­­tın­­da ilk də­­fə ola­­raq, qey­­rə­­tin ta­­mı­­nı duy­­du.

Ge­­cə ye­­ri­­ni ey­­van­­da sal­­dır­­dı. Tək. Göy­­də ul­­duz­­lar işıq­­lı ya­­ğış­­lar ki­­mi gör­­sə­­nir­­di.

Sübh tez­­dən ha­­di­­sə­­lər təzədən ge­­ri­­yə - ge­­cə­­nin or­­ta­­sı­­na doğ­­ru sü­­rət­­lə çö­­zül­­mə­­yə baş­­la­­dı. Əv­­vəl Qi­­yas ye­­rin­­də ta­­pıl­­ma­­dı, son­­ra onun da­­yı­­sıy­­la keç­­miş ar­­va­­dı bal­­ta­­lan­­mış hal­­da ya­­taq­­la­­rın­­da­­ca ta­­pıl­­dı­­lar.

Qi­­yas tez qa­­çıb Türk­mə­­nis­­ta­­na get­­miş­­di ki, tu­­tul­­ma­­ğa ge­­cik­­mə­­sin - tez də qa­­yı­­dıb tu­­tul­­sun. Ona Ma­­rı­­da­­kı borc­la­­rıy­­la üzü­­lüş­­mək, qəlb ra­­hat­­lığı va­­cib ol­­muş­­du. Qoy or­­da onu hə­­mi­­şə yax­­şı oğ­­lan ki­­mi ya­­da sal­­sın­­lar.

 

De­­kabr, 1996 - 19 no­­yabr 2003-cü il

Digər xəbərlər

Toğrulnərimanbəyov rəssamlar

Bizim dağlar

Əks-səda ilə oyun

Elşad Abdullayev yazıçının "ölüm müəmması"nı yenidən gündəmə gətirdi

İran və qloballaşma qaçılmazlığı

Şərhlər