BA­­­KI­­­NI BİR DƏ GÖR­­­MƏ­­­YƏ­­­CƏ­­­YƏM

Tarix: 06-05-2021 21:38
Baxış sayı: 610

 

-Y

ay de­­­miş­­­din, yay da gəl­­­di. İn­­­di bə­­­ha­­­nən nə­­­di?

- Sö­­­zü­­­müz söz­­­dü. Bakı qaç­­mır ki. Ha­­­çan de­­­yir­­­sən ge­­­dək.

- Üzün­­­dən ge­­­də­­­nə ox­­­şa­­­mır­­­san, axı...

- Ay də­­­li, ni­­­yə ox­­­şa­­­mı­­­ram? Adam və­­­tə­­­ni­­­nə get­­­məz? Or­­da oxu­­­ma­­­mı­­­şam? Elə Mosk­­vada bit­­mi­­şəm?

Ta­­­hir bu cür-bu tə­­­hər An­­­na­­­nın ağ­­­zı­­­nı bo­­­za ver­­­mək­­­də idi. Öz­­­lü­­­yün­­­dəsə, hə­­qi­­qə­­tən, bu il Ba­­­kı­­­nı tə­­­xi­­­rə sal­­­ıb. Bəl­­­kə heç yen­­­gi­­­də də, alt­­da­­­kı il də get­­­mə­­­di­­­lər. Axı, bil­­­dir ge­­­dib nə gör­­­müş­­­dü ki, bu il də ge­­­dib nə gö­­­rəy­­­di. Düz­­­dü, ne­­­çə gün dal­­­ba­­­dal adı­­­na tən­­­tə­­­nə­­­li qo­­­naq­­­lıq­­­lar açıl­­­mış­, Qı­­­rat ki­­­mi hüs­­­nü­­­nə tə­­­rif­­­lər söy­­­lən­­­miş­­­di. An­­­caq de­­­yir, in­­­san qar­­­nı üçün yox, qəd­­­ri üçün­­­dür. Əv­­­və­­­la, bu qo­­­naq­­­lıq­­­la­­­rı heç də onun qara qa­­şına-qara gö­­zünə, gül ca­­­ma­­­lı­­­na aşiq olub ver­­­mir­­­di­­­lər. Vaxt gə­­­lə­­­cək, mə­­­də­­­ni şə­­­kil­­­də çö­­­kə­­­cək­­­lər si­­­nə­­­si­­­nə: əvə­­­zi­­­ni çək ge­­­ri. Hər şe­­­yi gö­­­rə-gö­­­rə gə­­­lib. Çö­­­rə­­­yi bur­­­nu­­­na yox, ağ­­­zı­­­na ye­­­yir. İkin­­­ci­­­si də, ke­­­çən il qo­­­hum­­­la­­­rın dox­­­san doq­­­quz fa­­­i­­­zi gə­­lə­­cək­­lə­­rini eşi­­­dib, Ba­­­kı­­­dan di­­­dər­­­gin düş­­­mə­­­di­­­mi? Bu­­­nun üs­­­tün­­­dən uta­­­nıb-qı­­­zar­­­ma­­­ya­­caq, bu il də ge­­­dib de­­­yə­­­cək­­­di­­­lər sa­­­lam-əley­­­küm? Ay ye­­­nə bi­­­zik, xoş gəl­­­mi­­­şik?

Ta­­­hir dəng olub. Az qa­­­lır də­­­li ola. An­­­ya ge­­­cə­­­li-gün­­­düz­­­lü qu­­­la­­­ğı­­­nın di­­­bin­­­də arı ki­­­mi vı­­­zıl­­­da­­­yır: "Ge­­­dək Ba­­­kı­­­ya! Ba­­­kı­­­ya ge­­­dək!" An­­­caq onun xam xə­­­ya­­­lı - elə bi­­­lir, çox de­­­mək­­­lə­­­di, bu­­­nun­­­la Ta­­­hi­­­ri yo­­­la gə­­­ti­­­rə­­­cək.

On­­­da su­­­bay­­­lı­­­ğın da­­­şı­­­nı tə­­­zə­­­cə at­­­mış­­­dı. Ev­­­lən­­­mə­­­si­­­ni və­­­tən­­­də bir Al­­­lah bən­­­də­­­si bil­­­mə­­­miş­­­di. Ta­­­hir iş­­­dən qa­­­yı­­­dan­­­da, "de­­­qus­­­ta­­­si­­­ya za­­­lı"na dö­­­nüb, iri və dad­­­lı bir tort gö­­­tür­­­müş, An­­­na Ana­­­tol­­­yev­­­na Vas­­­ko­­­va­­­nı te­­­le­­­fon­­­la qo­­­naq ça­­­ğı­­­rıb, ona tən­­­tə­­­nə­­­li su­­­rət­­­də elan elə­­­miş­­­di: vəs­­­sa­­­lam, vaxt bit­­­di, onu alır. Bu gün­­­dən də fa­­­mi­­­li­­­ya­­­sı Vas­­­ko­­­va-zad yox, tə­­­miz­­­cə­­­nə Hə­­­sə­­­no­­­va­­­dır.

Qız əv­­­vəl­­­lər yol­­­da­­­şı­­­nın qo­­­hum­­­la­­­rı­­­nı heç cür ayırd elə­­­yə bil­­­mir­­­di. Ta­­­hir Ba­­­kı­­­da ya­­­şa­­­yan əmi­­­lə­­­rin­­­dən, ra­­­yon­­­da ya­­­şa­­­yan da­­­yı­­­la­­­rın­­­dan ağız do­­­lu­­­su da­­­nış­­­dıq­­­ca, on­­­la­­­rı tə­­­rif­­­lə­­­yib ala da­­­ğın kəl­­lə­­sinə yük­­­səlt­­dik­­­cə, An­­­ya çaş-baş qa­­­lır­­­dı. Bu qo­­­hum­­­lar yax­­­şı­­­lıq­­­da uc­­­dan­­­tut­­­ma bir-bi­­­ri­­­nə ox­­­şa­­­yır­­­dı­­­lar. Hər­­­dən An­­­na za­­­ra­­­fat­­­la - "əmi­­­lə­­­ri­­­ni da­­­yı­­­la­­­rın­­­la, xa­­­la­­­la­­­rı­­­nı bi­­­bi­­­lə­­­rin­­­lə qa­­­rış­­­ıq sa­­lı­­­ram", - de­­­yib ke­­­çi­­­nər­­­di gül­­­mək­­­dən.

...Hə­­­lə Ba­­­kı­­­ya ye­­ti­­şən an­­da Ta­­­hi­­­rə siq­­­nal çat­­­­dı ki, bö­­­yük əmi­­­si Qa­­­sım ar­­­va­­­da­­­ğa­­­sı­­­nı, bir də qa­­­ra-qu­­­ra bir cüt qı­­­zı­­­nı qol­­­tu­­ğuna vu­­rub, dü­­­nən­­cənə Kis­­­lo­­­vods­­ka da­­­ban alıb. Mat qal­­­ma­­­lı iş­­­di. Ki­­­şi bü­­­tün pa­­­yı­­­zı-qı­­­şı, elə ya­­­zı da -  ona həf­­­tə­­­də doq­­­quz kə­­­rə yaz­­­mış­­­dı ki, gəl­­­sin Ba­­­kı­­­ya, yay­­­da Ba­­­kı­­­ya gəl­­­sin. Bu­­­dur, bu­­yur, ar­­tıq yay gə­­lib, on­­­lar da atı­­­la-atı­­­la gəl­­­miş­­­di­­­lər. Əmisi hət­­­ta ar­­­va­­­dı­­­nın di­­­lin­­­dən ya­­­zar­­­dı: gə­­­lin­­­ba­­­la­­­mı­­­zı bir­ do­­­yun­­­ca gö­­­rə bil­­­əy­­­dik. Te­­­le­­­fon­­­la de­­­mək­­­dən də di­­­li qa­­­bar bağ­­­la­­­mış­­­dı.

Or­­­tan­­­cıl əmi vağ­­­zal­­­da­­­ca qey­­­bə­­­tin va­­­lı­­­nı qoy­­­du: qar­­­daş mə­­­nim­­­di, elə mən də de­­­mə­­­li­­­yəm ki, Qa­­­sım ar­­­vad ta­­­be­­çi­­­li­­­yin­­­də olan şəxs­­di. "Kab­­­luk" al­­­tın­­­da­­­dır. Müs­­­tə­­­qil de­­­yil. Val­­lah, yox­­­sa onun qiy­­­mə­­­ti ol­­­maz­­dı. Ney­­­lə­­­sin, ar­­­vad de­­­sə öl, ölə­­­cək, qal, qa­­­la­­­caq. Qar­­­da­­­şa ba­­­xı­­­ram, ürə­­­yi­­­min ba­­­şı so­­­ğan ki­­­mi so­­­yu­­­lur. La­­­zım özün­­­dən də çox­­­lu mi­­­sal­­­lar çək­­­di. Gu­­­ya on il sə­­­ra­­­sər ar­­­va­­­dıy­­­nan və­­­tən­­­daş mü­­­ha­­­ri­­­bə­­­sin­­­də olub. Bu de­­­yib dağ­­­dan-da­­­ğa, o de­­­yib bağ­­­dan-ba­­­ğa. Ar­­­vad düz­­gün məs­­­lə­­­hət ver­­­ən­­də də, bu hə­­­mi­­­şə əy­­­ri­­­si­­­nə ge­­­dib: qoy çaq­­­qal qı­­­zı öz ye­­­ri­­­ni bil­­­sin. De­­­yib qa­­­tıq ağ­­­dı, mən de­­­mi­­­şəm qa­­­ra­­­dı, ona da de­­­dirt­­mi­­­şəm. Qar­­­da­­­şoğ­­­lu, ama­­­nın gü­­­nü­­­dü, ci­­­lo­­­vu boş bu­­­rax­­­ma, ağ­­­zı­­­nı bərk sax­­­la! Nəs­­­il-nə­­ca­­bə­­ti­­­mi­­­zin adı­­­nı ba­­­tır­­­ma!

"Gö­­­rə­­­sən, An­­­na Ba­­­kı­­­ya ni­­­yə can atır?"

Bir gün iş­­­dən qan-tər için­­­də qa­­­yıt­­­dı.

- Bu da mən, - de­­­di. - Kö­­­mək elə­­­sə­­­nə! Nə du­­­rub­­­san?

İki əli də do­­­lu, dəh­­­liz­­­də da­­­yan­­­mış­­­dı. Ta­­­hir pi­­­ja­­­ma­­­sı­­­nı dar­­­tış­­­dı­­­ra-dar­­­tış­­­dı­­­ra göz­­­lə­­­ri­­­ni dö­­­yür­­­dü.

- Bun­­­lar nə­­­di?

- Özün tap.

- Ni­­­yə gec gəl­­­din? Sa­­­at gör ne­­­çə­­­di!

- Bu gün ma­­­aş gü­­­nü­­­müz­­­dü...

- Sən­­­dən so­­­ru­­­şur­­­lar, har­­­da­­­san?! Ma­­­aşı so­­­ruş­­­mur­­­lar!

- Get­­­miş­­­dim Ye­­­li­­­se­­­yev ma­­­ğa­­­za­­­sı­­­na.

- Tez da­­­nış­­­sa­­­na! Di­­­lin ağ­­­zın­­­da biş­­­ib?

- Bax, ha­­­mı­­­sı kon­­­fet­­­di bun­­­la­­­rın.

- Bir belə şey olar? Bir az da çox alay­­­dın...

- Özün de­­­mir­­­sən Ba­­­kı­­­ya ge­­­dək? Əlim aza gəl­­mədi.

- Sə­­­nin boş ba­­­şın­­­ca, Ba­­­kı­­­da kon­­­fet yox­­­du?

- Bir-bir ha­­­mı­­­ya pay qo­­­ya­­­rıq.

- Biz ge­­­də­­­nə­­­cən o kon­­­fet­­­lər qu­­­ru­­­yub qa­­­xa­­­ca dö­­­nər.

- Sən onun fik­­­ri­­­ni çək­­­mə.

An­­­ya van­­­na ota­­­ğı­­­na ke­­­çib su­­­yu aça­­­na­­­can, Ta­­­hir bir kon­­­fe­t gö­­­tü­­­rüb əv­­­vəl­­cə ya­­­zı­­­sı­­­nı oxu­­­du, son­­­ra da so­­­yub ağ­­­zı­­­na at­­­dı.

"Bu adam Ba­­­kı­­­da nə gö­­­rüb?"

...Tak­­­si mik­­­ro­­­ra­­­yon yo­­­lu­­­na bu­­­ru­­­lan­­­da, Ta­­­hir tə­­­əc­­­cüb­­­lə əmi­­­si­­­nə bax­­­dı. Axı, on­­­la­­­rın evi mər­­­kə­­­zi ki­­­tab­­­xa­­­nay­­­la üz­­­bə­­­üz ol­­­ma­­­lı­­­dı.

- Da­­yan, biz səhv get­­­dik.

La­­­zım din­­­mədi.

- Əmi, xe­­­yir ola, ha­­­ra be­­­lə?..

- İn­­­şal­­­lah, xe­­­yir olar ki, şər ol­­­maz. Ge­­­di­­­rik bi­­­zim ki­­­ru­­­xa­­­gi­­­lə.

- O kim­­­di elə?

- Özün gö­­­rüb­­­sən onu. Ma­­­ğa­­­zin­­­lər pad­­­şa­­­hı! Ya­­­dı­­­na düş­­­dü? Ağ­­­zı da - qı­­­zıl dü­­­ka­­­nı.

- Yox, gəl­­­sə­­­nə, dö­­­nək nə­­­nə­­­gi­­­lə!

- Bay. Sa­­­lam-əley­­­küm.

- Yad yeri ney­­lə­­yi­­rik...

- Sə­­­nin be­­­lə şey­­­lər­­­nən işin yox­­­du!

- Bi­­­zə ayıb ola­­caq. Ar­­xa­­mız­­ca ha­­­mı ağ­­­zı­­­nı kön­­­də­­­lən qo­­­yar.

- On­­­lar pa­­­paq­­­la­­­rı­­­nı gö­­­yə tul­­­la­­­sın­­­lar ki, Mosk­­va ki­­­mi yer­­­dən, özü də bu cür şan­­lı qo­­­naq­­­la­­­rı gə­­­lir.

An­­­ya lal-mat Ba­­­kı­­­nın qu­­­tu-qu­­­tu ev­­­lə­­­ri­­­nə, sı­­­nıq-sal­­­xaq kü­­­çə­­­lə­­­ri­­­nə ba­­­xır­­­dı.

Bö­­­yük əmi tə­­­zə mən­­­zi­­­lə kö­­­çən­­­də, pul ba­­­sıb çö­­­rək za­­­vo­­­du­­­nun ya­­­nın­­­da­­­kı iki­­­o­­­taq­­­lı­­sı­­­nı da öz ad­­­la­­­rı­­­na sax­­­la­­­mış­­­dı. Uşaq­­­lar il­­­dı­­­rım sü­­­rə­­­ti­­­lə bö­­­yü­­­yür. Gə­­­lə­­­cək­­­də bu­­­nun qız kö­­­çür­­­mə­­­yi, oğul ev­­­lən­­­dir­­­mə­­­yi var. On­­­da ev on­­­la­­­ra ha­­­va-su ki­­­mi gə­­­rək ola­­­caq. İn­­­di­­­lik­­­də nə­­­nə­­­ni pi­­­şim-pi­­­şim apa­­­rıb sal­­­mış­­­dı­­­lar ora. Qol­­­tu­­­ğu al­­­tı­­­na da ye­­­kə bir qar­­­pız qoy­­­muş­­­du­­­lar: bu­­­yur­­­sun, bu boy­­­da mən­­­zil onun­­­ku­­­dur. Əs­­­lin­­­də­­­sə bur­­­da onun ro­­­lu adi­­cənə qa­­­ro­­­vul­­­çu­­­luq­­­du, baş­­­qa bir şey yox. Ax­­­şam­­­lar işı­­­ğı yan­­­dı­­­rıb-sön­­­dü­­­rə­­­cək, "up­­­rav­­­dom"­dan tut­­­muş Bak­­­so­­­ve­t­­­də­­ki­­lə­­rə­­­cən - ha­­­mı da gö­­­rə­­­cək ki, mən­­­zil boş de­­­yil, için­­­də əməl­­­li-baş­­­lı in­­­san qa­­­lır - əl­ və ayaq­­­la­­­rı, iki gö­­­zü, iki də qu­­­la­­­ğı. Yəni ha­­­mı­­­sı cüt-cüt. Bir­­cə bur­­­nu tək­­di. Həm də elə qay­­­na­­­na gə­­­lin­­­dən ay­­­rı ya­­­şa­­­sa yax­­­şı­­­dır: baş-qu­­­la­­­ğı dinc olar. Üz-göz ol­­­maz­­­lar.

Əl­­­bət­­­tə, nə­­­nə ya­­­zı-po­­­zu bil­­­mir­­­di­­­sə də, avam da de­­­yil­­­di - oğ­­­lan­­­la­­­rı­­­nın na­­­nə­­­cib­­­li­­­yi­­­ni aş­­­ka­r gö­­­rür­­­dü. Ye­­­nə sağ ol­­­sun hö­­­ku­­­mət. Oğul­­­dan-qız­­­dan eti­­­bar­­­lı­­­dır: tə­­­qa­­­ü­­­dü­­­nü vax­­­t­lı-vax­­tın­­da ve­­­rir, xəs­­­tə­­­lə­­­nən­­­də yi­­­yə du­­­rur.

Bir gün Qa­­­sı­­­mın ar­­­va­­­da­­­ğa­­­sı bö­­­yük ota­­­ğın qa­­­pı­­­sı­­­nı bərk-bərk mis­­­mar­­­lat­­­dı ki, kənd­­çi-künd­­çü gə­­lib mən­­­zi­­­li kar­­­van­­­sa­­­ra­­­ya dön­­­dər­­­mə­­­sin. İt ölü­­­sü, kö­­­pək sü­­­rü­­­sü - qa­­­tar­­­dan dü­­­şən-dü­­­şə­­­ni cu­­­mur bu xa­­­ra­­­ba­­­ya. Qa­­­sı­­­mın üzünü xoş gö­­rüb­­lər, ya­­­xa­­­sı­­­nı yax­­­şı ta­­­nı­­­yıb­­­lar. Nə hır qa­­­nır­­­lar, nə zır. Qa­­­pı-pən­­­cə­­­rə on­­­la­­­rın əlin­­­dən lax­­­la­­­ma aza­­­rı­­­na dü­­­şüb. İt-pi­­­şik ki­­­mi də iy­­­lə­­­nir­­­lər. On­­­lar­­­dan son­­­ra üfu­­­nət otaq­­­lar­­­dan düz bir ay get­­­mir. De­­­yir, bu oca­­­ğa düş­­­mək­­­də it ki­­­mi pe­ş­­­man­­­dır. Rəh­­­mət­­­lik ma­­­ma­­­sı­­­nın sö­­­zü­­­nə bax­­­ma­­­dı. Düz de­­­yib­­­lər ki, qız­­­da ağıl ol­­­maz. Qızı öz­­ba­­şına bu­­ra­­xar­­san, ya zur­­na­­çıya ge­­dər, ya hal­­va­­çıya. Qa­­­ra­­­gün ma­­­ma­­­sı - ge­­­dir­­­sən tək oğ­­­la­­­na get, - çə­­nəsi çıx­­dı de­­mək­­dən. Ya­­zıq özü dedi, özü eşit­­di. Ar­­va­­dın bu Qa­­­sı­­­ma, onun qa­­­ra­­­çı tay­­­fa­­­sı­­­na axı­­­ra­­­can ürə­­­yi qız­­­ma­­­dı. Bir gün də - "Üzü­­­nü mür­­­də­­­şir yu­­­sun, - nə­­nəyə hədə biç­­di, - özün qal, an­­­caq bir də o çuş­­­ka­­la­­­rın aya­­­ğı bu­­­ra­­­la­­­ra dəy­­­sə, özün­­­dən küs. Elə hə­­­min gün kü­­­çə­­­də­­­sən".

- Bə ha­­­ra get­­­mə­­­li­­­yəm? - nə­­­nə sa­­­kit­­­cə so­­­ruş­­­du.

- Onu sən bil­­­mə­­­li­­­sən, mən yox! Xa­­­nım çı­­­xıb­­­san, ay ar­­­vad? Gö­­­bə­­­yin Ba­­­kı­­­ya atı­­­lıb?

- Ha­­­ya­­­na dö­­­nə, mən gə­­­lib oğ­­­lu­­­ma sı­­­ğın­­­ma­­­lı­­­yam. Bə oğu­­­lu ni­­­yə doğ­­­mu­­­şam?

- Ay kaf­­­tar, sən elə bir­­­cə Qa­­­sı­­­mı do­­­ğub­­­san?

- O bi­­­ri­­­lə­­­ri­­­ni də, onu da.

- Ağəz, sən nə sır­­­tıq adam­­­san? Yox­­­sa üzü­­­mü yum­­şaq gö­­­rüb­­­sən?

Mosk­­va­­­da Ta­­­hi­­­rin di­­­li ağ­­­zı­­­na sığ­­­maz­­­dı: Ba­­­kı­­­da, ra­­­yon­­­lar­­­da eti­­­bar­­­lı-mərd adam­­­la­­­rı var, hə­­­yat­­­da heç bir çə­­­tin­­­lik­­­dən, hət­­­ta azar-be­­zar­­­dan qor­­­xu­­­su yox­­­du. Kim inan­­­mır­­sa, Ba­­­kı­­­ya ya­­­lan­­­dan bir te­­­leq­­­ram uçur­­­sun ki, bəs, Ta­­­hir bərk ya­­­tır. İşin yox­­­du, gör sa­­­ba­­­hı təy­­­ya­­­rə­­­lər kül­­li-Ba­­­kı­­­nı Mos­­­k­va­­­ya tö­­­kür, ya yox. An­­­ya da konk­­ret so­­­ru­­­şan­­­da ki, yax­­­şı, bun­­­lar mə­­­lum, ge­­­dib Ba­­­kı­­­da kim­­­də qal­­­ma­­­lı­­­dı­­­lar, Ta­­­hir dö­­­şü­­­nə döy­­­müş­­­dü:

- Ras­­­tı­­­mı­­­za bi­­­rin­­­ci ki­­­min evi düş­­­sə, or­­­da!

- Elə şey olar?

An­­­caq ar­­­tıq gop­­­la­­­rı­­­nın üs­­­tü ya­­vaş-ya­­vaş açı­­­lır­­­dı. Bu qə­­­dər ada­­­mı-ar­­­xa­­­sı ola-ola, əmi­­­si­­­nin mam­­­lı­­­ma­­­ta­­­nı­­­gi­­­lə düş­­­mək ona ağır gə­­­lir­­­di. Yox, bir-iki gü­­­nə löv­­bə­­rini hök­­­mən nə­­­nə­­­nin ya­­­nı­n­­da sal­­malı. Əmi­­­dos­­­tu­­­su ha mı­­­rıl­­­da­­­sın. Hü­­­rüb-hü­­­rüb yo­­­ru­­­la­­­caq.

...Am­­­ma ke­­­çən il kən­­­də get­­­mə­­­di­­­lər. Ta­­­hir bu­­­na daş­­­dan ke­­­çən sə­­bə­­bə­­lər tap­­­dı. Gu­­­ya on gün nə vaxt­­dı ki, ora da ge­­­də­­­lər, hə­­­lə üs­­tə­­lik Ba­­­kı­­­nı da gə­­­zə­­­lər. Bir əl­­­də iki qar­­­pız tut­­­maq ya­­­ra­­­maz. Kən­­­də on gün yox, ən azı bir ay la­­­zım­­­dı ki, ha­­­mı­­­da, hər ev­­də qo­­­naq ola bi­­­lə­­­sən. Yox­­­sa baş­­­la­­­ya­­­caq­­­lar kü­­­süş­­­mə­­­yə. Fı­­­sış­­­ma­­­ğa. Yax­­­şı­­­sı bu­­­du, qoy bu də­­­fə Ba­­­kı­­­nısa do­­­yun­­­ca gəz­­­sin­­­lər. Kənd qaç­­­mır. Həm də gu­­­ya ra­­­yo­­­na get­­­sə­­­lər, tu­­­tub ona zor­­­la toy elə­­­yə­­­si­­­di­­­lər. Onun da zur­­­na-ba­­­la­­­ban­­­la əzəl­­­dən ara­­­sı yox. Beş par­­­ça kən­­­din məx­­­lu­­­qa­­­tı­­­nı yı­­­ğıb tö­­­kür­­­sən üs­­­tü­­­nə, ay nə var, iş bil­­­mi­­­şəm. Ana­­­dan əm­­­di­­­yin süd bur­­­nun­­­dan gə­­­lir. Hə­­­lə baş­­­qa sə­­­bəb də gös­­­tər­­­miş­­­di: gu­­­ya ra­­­yon­­­la­­­rı sər­­­həd zo­­­na­­­sın­­­da­­­dı, ora ara­­­yış­­­sız heç Al­­­la­­­hın ba­­­cı­­­sı oğ­­­lu­­­nu da bu­­­rax­­­maz­­­lar. Gu­­­ya Mosk­­va mi­­­lis ida­­­rə­­­sin­­­dən "pro­­­pusk" al­­­maq tə­­­miz ya­­­dın­­­dan çı­­­xıb. Hər şe­­­yi vax­­­tın­­­da plan­­­laş­­­dı­­­ra bil­­­mə­­­yib.

Əs­­­lin­­­də­­­sə Ta­­­hir özü­­­ci­­­yəz is­­­tə­­­mir­­­di kən­­­di. Ora get­­­mək bir də qal­­­dı qır­­­nan qi­­­ya­­­mə­­­tə, ne­­­cə de­­­yər­­­lər, ru­­­hun bə­­­dən­­­dən çıx­­­ma­­­ğı­­­na. Ata­­­sı iki­­­cə il əv­­­vəl tər­­­tə­­­miz Azər­­­bay­­­can di­­­lin­­­də ona de­­­mə­­­miş­­­di­­­mi ki, bir də bu­­­ra­­­la­­­ra gəl­­­mə­­­sin, gə­­­lib onun əsəb­­­lə­­­riy­­­lə oy­­­na­­­ma­­­sın. Gu­­­ya onu gö­­­rən­­­də, qan bey­­ninə vu­­rur, təz­­­yi­­­qi kəl­­­lə-çar­­­xa qal­­­xır. Ta­­­hi­­rin də "baş üs­­­tə"si ha­­zır: gəl­­­mə, gəl­­­mə­­­rəm. Göz üs­­­tə. Ana­­­sı on­­­da ağ­­­la­­­ya-ağ­­­la­­­ya əri­­­nin üs­­­tə dü­­­şüb­­­müş:

- Ca­­­nı­­­nı da alıb gə­­­lə­­­cək, gö­­­zü­­­nə ağ da sa­­­la­­­caq! Uşaq il­­­də bir yol ev üzü gö­­­rür, onu da bur­­­nun­­­dan tö­­­kür­­­sən! ...Ədə, onun acı­­­ğı­­­na il­­­də iki-üç də­­­fə gəl! Dörd-beş də­­­fə!

Ata­­­sı süf­­­rə üs­­­tün­­­də so­­­ruş­­­muş­­­du:

- Axı, Mosk­­va­­­da nə var - get­­­mi­­sən? Bi­­­zi də bas­­­da­­­dın. Sö­­­zü­­­mü­­­zü he­­­çə dön­­­dər­­­din.

- Bə kənd­­də nə var?

- Or­­­da qu­­­ru ma­­­aş­­­la nə di­­­ri­­­lə­­­cək­­­sən! Ma­­­ğıl bur­­­da... çax-çux olur.

- Mə­­­nim dün­­­ya ma­­­lın­­­da gö­­­züm yox­­­du.

- Çax-çux dün­­­ya ma­­­lı sa­­­yıl­­­mır.

- Bə nə sa­­­yı­­­lır?

- Pi­­­şi­­­yin ağ­­­zı ətə çat­­­ma­­­yan­­­da, de­­­yər iy ve­­­rir!

Bur­­­da Ta­­­hir cin atı­­­na min­­­miş­­­di.

- Alt­­mış il­­­di cə­­­hən­­­nə­­­mə kö­­­tük atır­­­san! Bə özün ney­­­lə­­­mi­­­sən? Nə yax­­­şı, bu evi də ba­­­bam ti­­­kib qo­­­yub ge­­­dib.

- Mən sə­­­nin ki­­­mi eş­­­şə­­­yin qar­­­nı­­­nı otar­­­mı­­­şam! De­­­dim bö­­­yü­­­yüb mə­­­nə şıl­­­laq at­­sın!

- Sağ ol.

- Sə­­nin kimi də - yed­­­di­­si­­nin.

- Uşaq­­­lar öz­­­lə­­­ri bö­­­yü­­­yüb. Gu­­­ya sən­­­siz bö­­­yü­­­mə­­­yə­­­cək­­­di­­­lər? Qı­­­rı­­­la­­­caq­­­dı­­­lar?

Lə­­­nət sə­­­nə kor şey­­­tan. Bu­­­nun­­­la da hər şe­­­yə nöq­­­tə qo­­­yul­­­du. Be­­­lə çı­­­xır ata­­­sı onu kənd­­dən iti qo­­­van ki­­­mi qov­­­muş­­­du. Bu­­­ra­­­sı Ta­­­hi­­­rə ya­­­man to­­­xu­­­nur­­­du.

Mosk­­va­­­ya yo­­­lu dü­­­şən kənd­­çi­­­lə­­­ri on­­­dan söz al­­­maq üçün bey­­­ni­­­ni eşər­­­di­­­lər:

- Adam şə­­­hər­­­li olan­­­da kən­­­di bə­­­yən­­­məz? Ni­­­yə gə­­­lib ata-ana­­­na dəy­­­mir­­­sən, ay və­­­lə­­­diz­­­na?

O, gü­­­nah­­­la­­­rı­­­nı ma­­­la­­­la­­­ma­­­ğa ça­­­lı­­­şar­­­dı. Gu­­­ya bu Mosk­­va­­­nın elə əc­­­laf cə­­­hət­­­lə­­­ri var ki. Baş qa­­­şı­­­ma­­­ğa da vaxt tap­­­mır­­­san. İnan­­­dır­­­maq üçün and içər­­­di.

Hə, ye­­­nə ke­­­çən ilin bə­­­di­­­hə­­­si. Or­­­tan­­­cıl əmi bəd­­­xərc­­lik edib bir həf­­­tə əv­­­vəl­­­dən Zin­­­yə­­­tin evi­­­ni hər cür naz-ne­­­mət­­­lə dol­­­dur­­­muş­­­du. Dün­­­ya­­­nın al­­­tı üs­­­tü­­­nə çev­­­ri­­­lə, xərc bat­­­ma­­­sın de­­­yə, qo­­­naq­­­la­­­rı ora apar­­­ma­­­lı idi. Apar­­­dı da.

- Bi­­­zim ar­­­vad-uşaq ra­­­yon­­­da­­­dır, - Ta­­­hi­­­rin qar­­­nı­­­nı de­­­şən su­­­a­­­la La­­­zım tak­­­si­­­də­­­cə özü ca­­­vab ver­­­di. - Gör­­­düm is­­­ti­­­dən ka­­­bab­­­dı­­­lar, apa­­­rıb tök­­­düm qay­­­na­­­na­­­gi­­­lə. İn­­­di evim­­­də bərk re­­­mont­­du.

Zin­­­yət­­­gil­­­də La­­­zı­­­mın xət­­­ri­­­nə, yə­­­qin həm də onun gös­­­tə­­­ri­­­şi ilə qo­­­naq­­­la­­­rı gü­­­lər üz­­­lə qar­­­şı­­­la­­­dı­­­lar. Kim­­­sə qə­­­fil­­­dən bom­­­ba ki­­­mi şam­­­pan part­­lat­­­dı. An­­­ya bərk dik­­­sin­­­di. Ba­­­lam, bu kim ola - "ki­­­ru­­­xa"nın əri. O, şam­­­pan part­­lat­­ma­­ğın "us­­­ta­"sı imiş. Həm də şə­­­rab bu­­­tul­­­ka­­­la­­­rı kol­­­lek­­­si­­­ya­­­çı­­­sı. Evin­­­də hət­­­ta çar döv­­­rü iç­­­ki­­­lə­­­ri­­­nin ən­­­d­ra­­­ba­­­di bu­­­tul­­­ka­­­la­­­rı du­­­rur. Məhz elə bu xü­­­su­­­siy­­­yə­­­ti­­­nə gö­­­rə Zin­­­yət ki­­­şi­­­si­­­ni baş­­­dan qıv­­­raq sa­­­yır­­­dı. İç­­­di­­­yi - ba­­­şa dü­­­şü­­­lən­­­di, adam da iç­­­mə­­­di­­­yi şe­­­yin boş bu­­­tul­­­ka­­­sı­­­nı evə sü­­­rüt­­­lə­­­yər? Əl­­­bət­­­tə, Zin­­­yət La­­­zı­­­mı "vneş­­­tat­­­nı" əri bi­­­lir­­­di. An­­­caq bu göy­­­çək ki­­­şi­­­ni el­­­gö­­­zü­­­nə əri­­­nin dos­­­tu ki­­­mi qə­­­lə­­­mə ver­­­miş­­­di. Yax­­­şı, dost­­du, dost ol­­­sun, ha­­­mı da bu­­­na inan­­­mış­­­dı. "Qa­­­nu­­­ni ər" özü də or­­­da-bur­­­da de­­­yər­­­di ki, La­­­zım ölə­­­nə­­­cən onun dos­­­tu­­­dur. Dos­­­tu da yox, sir­­­da­­­şı. Sir­­­da­­­şı da yox, qar­­­da­­­şı. İm­­­kan düş­­­dük­­­cə də "qar­­­daş" ona ta­­­nış-bi­­­li­­­şin içib bo­­­şalt­­dı­­­ğı əca­­­ib-qə­­­ra­­­ib fran­­­sız, şot­­­land, İs­­­tan­­­bul şə­­­rab bu­­­tul­­­ka­­­la­­­rın­­­dan gə­­­ti­­­rər­­­di. Bu boş bu­­­tul­­­ka­­­lar qar­­­da­­­şın qar­­­da­­­şa hə­­­diy­­­yə­­­si idi.

Uzun stol­­­da An­­­ya­­­nın Mosk­­va­­­da ya­­­tıb yu­­­xu­­­sun­­­da da gör­­­mə­­­di­­­yi növ­­­bə­­­növ tə­­­am­­­lar dü­­­zül­­­müş­­­dü. Par­­­laq mey­­­və­­­lər­­­dən ət­­­ra­­­fa şə­­­fəq sa­­­çı­­­lır­­­dı.

...Otuz ya­­­şa­­­can bu məm­­­lə­­­kət­­­də can çü­­­rüt, axır­­­da get­­­mə­­­yə məh­­­rəm bir ev tap­­­ma? Heç in­­­saf­­­dı ki, yad yer­­­dən gə­­­lib yad adam­­­la­­­rın qol­­­tu­­­ğu­­­na sı­­­ğı­­­na­­­san? Be­­­lə çı­­­xır, hə­­­min otuz ilin bir çü­­­rük qoz qə­­­dər qiy­­­mə­­­ti yox­­­muş. Ar­­­sız-ar­­­sız ar­­­va­­­dı da özüy­­lə sü­­­rü­­­yüb. Qo­­­hum-əq­­­rə­­­ba cəm­­­lən­­­sə, söz­­­süz, bir or­­­du dü­­­zə­­­lər. Di gəl in­­­di, La­­­zım sa­­­yıl­­­ma­­­sa, qan­­­sız­­­la­­­rın bir­­­cə­­­ciyi yox­­­du mey­­­dan­­­da. Hamı ara­­dan çı­­xıb. Qa­­­zı-qa­­­zı da on gün qa­­­baq­­­dan te­­­leq­­­ram vu­­­rub: gə­­­li­­­rik. Muş­­­tu­­­lu­­­ğun borc ol­­­sun. Ca­­­ma­­­a­­­tın gö­­­zü ay­­­dın! Te­­­leq­­­ra­­­mın nə­­­ti­­­cə­­­si nə ol­­­du - Ba­­­kı bo­­şal­­dı. Gə­­­rək xə­­­bər­­­siz gə­­­ləy­­­di, bax, on­­­da on­­­la­­­rı ye­­­rin­­­də­­­cə ya­­­xa­­­la­­­yar­­­dı. "Gəl" ya­­­zan­­­da, əmi­­­si­­­gil fi­­­kir­­­lə­­­şir­­­miş ki, bəl­­­kə gəl­­­mə­­­di. Öz­­­lə­­­ri­­­ni şi­­­rin sa­­­tır­­­mış­­­lar. Bir­­­dən Mosk­­va­­­lıq iş­­­lə­­­ri olar de­­­yə, onun ya­­­nın­­­da stul qa­­­za­­­nır­­­mış­­­lar. Mosk­­va elə şə­­­hər­­­di ki, alı­­­nıb bur­­­da sa­­­tı­­­la­­­sı şey­­­lə­­­rin xa­­­li­­­si or­­­da­­dır. Hələ şi­­­ka­­­yət üçün baş ida­­­rə­­­lər də or­­­da!

Bir tə­­­­rəf­­­­dən Ta­­­­hir özü­­­­nə tox­­­­taq­­­­lıq ve­­­­rir­­­­di. Av­­­­qust yu­­­­mur­­­­ta­­­­bi­­­­şi­­­­rən ay­­­­dı, düz­­­­dü­­­­mü? De­­­­mə­­­­yin nə­­­­di, əb­­­­ləh adam, ca­­­­ma­­­­at is­­­­ti­­­­ra­­­­hə­­­­ti­­­­nə get­­­­mə­­­­sin? Bur­­­­da qa­­­­lıb biş­­­­sin­­­­lər?! Sən ca­­­­nı­­­­nı is­­­­tə­­­­yir­­­­sən, on­­­­lar yox? On­­­­la­­­­rın bə­­­­də­­­­ni daş­­­­dan-də­­­­mir­­­­dən­­­­di? Ya po­­­­lad­­­­dan­­­­dı? Sən gə­­­­lir­­­­sən de­­­­yə, bur­­­­da ha­­­­mı dom­­­­ba­­­­laq aş­­­­ma­­­­lı­­­­dı? Yox­­­­sa Mosk­­­va­­­­nı Mək­­­­kə sa­­­­yır­­­­san? Ə, in­­­di han­­­sı zə­­­ma­­­nə­­­dir? Or­­­da düz-əməl­­­li bir və­­­zi­­­fən-za­­­dın da yox ki, gə­­­lib saq­­­qa­­­la sa­­­lam ver­­­sin­­­lər. Fəh­­­lə ba­­­ba­­­san, işin də­­­mir-dü­­­mür­­­nən­­­di. Ca­­­ma­­­at za­­­vo­­­du ney­­­nir! Dəz­­­gah­­­la­­­rı ye­­­yə­­­cək? Özün də ev­­­lə­­­nib sı­­­ra­­­dan çı­­­xıb­­­san. Ye­­­nə su­­­ba­­­yın az-çox hör­­­mə­­­ti olur.

Ta­­­hir­­­dən on yaş bö­­­yük ki­­­çik əmi də, or­­­tan­­­cı­­­lın de­­­mə­­­si­­­nə gö­­­rə, nə ət­­­di, nə ba­­­lıq. Dör­­­dil­­­lik əs­­­gər­­­lik­­­dən sə­­­feh­­­lə­­­yib qa­­­yıt­­­dı, tıs­­­ba­­­ğa ki­­­mi gir­­­di qı­­­nı­­­na. Onun­­­ku ev­­­di-iş­­­di, iş­­­di-ev­­­di. Ne­­­cə de­­­yər­­­lər, get na­­­xı­­­ra, gəl axu­­­ra. Za­­­lım xe­­­yir-şər bil­­­məz. La­­­zım­­­la bir tə­­­rə­­­zi­­­yə qo­­­yu­­lar­­­sa, ki­­­çik əmi göy­­­də qa­­­lar. İn­­­sa­­­fən, La­­­zım qo­­­hum­­­can­­­lı­­­dı, onun bir­­­cə gü­­­lər üzü nə­­­yə de­­­sən də­­­yər. İn­­­san da üzü­­­nə gül­­­dü - dəy­­­di min tü­­­mə­­­nə. An­­­caq hər gö­­­zə­­­lin bir ey­­­bi ol­­­du­­­ğu ki­­­mi La­­­zı­­­mın da ba­­­la­­­ca bir ey­­­bi var­­­dı. Gö­­­zü­­­nün işı­­­ğı ola, onu evi­­­nə bu­­­rax­­­maz. Bu sa­­­rı­­­dan ha­­­mı ona yad­­­dı. İn­­­san çiy süd əmib, de­­­yir. Ca­­­ma­­­a­­­tın nə­­­fə­­­si ya­­­la­­­na ge­­­dir. Heç qar­­­da­­­şa da eti­­­bar yox­­­du. Ar­­­va­­­dı qar­­­da­­­şa tap­­­şı­­­rıb ge­­­dər­­­sən, gə­­­lib gö­­­rər­­­sən "ilan ça­­lıb".

"İlahi, bu An­­­na xa­­­nım Ana­­­tol­­­yev­­­na Ba­­­kı­­­nın nə­­­yi­­­nə vu­­­ru­­­lub?"

Uzun sü­­rən qə­­­dim toy­­­lar ki­­­mi on­­­la­­rın Zin­­yət­­gil­­də mü­­sa­­fir­­liyi üç gün-üç ge­­­cə çək­­di. Qo­­­naq­­­lıq qo­­­naq­­­lıq üs­­­tün­­­dən. Ey­­­van­­­da bu­­­tul­­­ka­­­dan ayaq bas­­­ma­­­lı de­­­yil­­­di. La­­­zım dəm­­­lə­­­nib uca­­­dan - "Bu ki­­­çik məc­­­lis­­­lər­­­lə, de­­­yir­­­di, qar­­­da­­­şı ba­­­la­­­sı­­­nın bö­­­yük to­­­yu­­­nu ot­­­me­­­çat elə­­­yir. Qoy ha­­­mı gör­­sün və bil­­­sin: o, bu dün­­­ya­­­ya tor­­­paq güb­­­rə­­­lə­­­mə­­­yə gəl­­­mə­­­yib". Həm də gu­­­ya Mosk­­va­­­da ki özü baş çı­­­xa­­­rır, üzü­­­nə de­­­yə­­­cək, qar­­­da­ş­­bala bö­­­yük in­­­san­­­dır.

Zin­­­yə­­­tin "qa­­­nu­­­ni ər"i ba­­­şı­­­nı tər­­pə­­də-tər­­pə­­də gil­­lət­­mə­­yin­­də idi. Nə o, nə də Zin­­yə­­tin "qey­­ri-qa­­nu­­ni" əri məc­­li­­sin əv­­və­­lin­­dən ta axı­­rı­­na­­can gə­­lin­­lə yek kəl­­mə kəs­­mə­­di­­lər. Ara­­da pər­­də sax­­la­­yır­­dı­­lar. An­­caq La­­zım Zin­­yə­­tə bərk-bərk tap­­şır­­mış­­dı: gö­­zü üs­­tün­­də ol­­sun, ba­­şı­­nı qat­­sın. Bir­­dən da­­rı­­xar. Ça­­şıb ye­­məz.

Hər­­dən Ta­­hi­­rin ya­­dı­­na ata­­sı­­na de­­di­­yi qı­­lınc­dan iti söz­­lər dü­­şür­­dü - "Gu­­ya biz sən­­siz bö­­yü­­mə­­yə­­cək­­dik, qı­­rı­­la­­caq­­dıq".

"An­­ya Ba­­kı­­nın ye­­mək­­lə­­ri­­nə aşiq­dir!"

Zin­­yət ara­­ya söz qat­­dı: bu ya­­xın­­lar­­da Mosk­va­­ya təş­­rif apar­maq niy­­yə­­tin­­də­­di. Uşaq­­la­­ra, öz­­lə­­ri­­nə üst-baş tə­­da­­rük gö­­rə­­cək. Qar­­şı­­dan ağ­­göz qış gə­­lir.

- Mosk­va qəs­­tin­­sə­­lə­­rin­­də yer mə­­sə­­lə­­si in­­di ne­­cə­­dir?

- Bə biz nə­­yik or­­da?

- Düz de­­yir, biz­­də qa­­lar­­sı­­nız, - An­­ya da hə­­vəs­­lə­­nib dil­­lən­­di.

Bur­­da Zin­­yət şit çıx­­ma­­sın, həm də mə­­də­­ni alın­­sın de­­yə, naz­­lan­­dı:

- Ca­­nım, yox. Siz­­də yer nə gə­­zir.

- Biz­­də on beş ada­­ma da yer ta­­pı­­lar. Nə­­in­­ki si­­zə.

Hə, Zin­­yət Mosk­va­­da yer mə­­sə­­lə­­si­­ni in­­di­­dən çü­­rüt­­dü.

Ta­­hir üz­­də de­­yib-gü­­lür­­dü­­sə də, içə­ridə fi­­kir çə­­kir­­di: gö­­rən, nə­­nə ne­­cə do­­la­­nır? Mə­­nim də elə qu­­ru­­ca adım var. Özü­­mə söz ve­­ri­­rəm, sent­yabr­dan hər ma­­aş gü­­nü ona pul yol­­la­­ya­­ca­­ğam! Qoy mə­­nim he­­sa­­bı­­ma kef çək­­sin - yax­­şı şey­­lər alıb ye­­sin! Tək­­yə­­lə­­rə, pi­­rə get­­sin.

La­­zım öz bor­­cun­­dan çı­­xan­­dan son­­ra qo­­naq­­la­­rı nə­­nə­­gi­­lə gə­­tir­­di.

- Ay Ta­­hir, gə­­li­­ni­­miz nə göy­­çək­­di! - nə­­nə An­­na­­ya sar­­maş­­dı. - Ona qur­­ban ola­­ram. Özün qu­­ru qur­­ba­­ğa­­sı, ədə, sən Mosk­va­­nın lap gü­­lü­­nü də­­rib­­sən ki!

Öpü­­şüb-gö­­rü­­şüb otur­­muş­­du­­lar. La­­zı­­mın məs­­lə­­hə­­ti­y­lə öz­­lə­­ri­­ni də elə gös­­tə­­rir­­di­­lər ki, gu­­ya qa­­tar­­dan in­­di­­cə dü­­şüb­­lər. Hər hal­­da, qoy in­­ci­­mə­­sin. Öz de­­mə­­si­­nə gö­­rə, La­­zım ana­­sı­­nı dün­­ya­­lar qə­­dər is­­tə­­yir­­di. Qoy­­mur da kor­­luq çək­­sin. Əti-ya­­ğı onun boy­­nun­­a­­dı. Mer-mey­­və­­si­­di, kar­­to­f-so­­ğa­­nı­­dı - zən­­bil-zən­­bil da­­şı­­ya­­caq.

Bir­­dən ya­­dı­­na nə düş­­dü­­sə, Ta­­hir du­­rub bö­­yük ota­­ğın qa­­pı­­sı­­nı itə­­lə­­di. Çiy­­ni ilə bas­­dı. Yox, bərk mis­­mar­­la­­nıb. Bu sa­­at onu heç şey­­tan da aça bil­­məz. Nə­­nə­­nin söh­­bə­­tin­­dən bəl­­li olur­­du ki, Qa­­sı­­mın atəş­­pa­­ra­­sı hət­­ta bir vaxt ora­­nı ki­­ra­­yə­­yə ver­­mək is­­tə­­yib. Müş­­tə­­ri də ta­­pıb­­mış. Hə­­lə bu­­nun üs­­tün­­də nə qə­­dər atı­­lı­­şıb­­lar.

- Də­­də-ba­­ba­­mız be­­lə şey gör­­müş­­dü?

Vay, vay, da­­nış­­dıq­­ca ar­­va­­dın di­l-do­­da­­ğı tə­­pi­­yir. De­­yir­­din, onu in­­di if­­lic vu­­rar, bu sa­­at vu­­rar.

- Ay nə­­nə, bun­­lar heç. Sə­­nin əsl ke­­fin ne­­cə­­di?

- Də­­yib-do­­laş­­ma­­sa­­lar - dəf ki­­mi.

- Ağ­­lı olan Ba­­kı­­da ya­­şa­­maz, - bu vaxt La­­zım əlin­­də dəs­­mal van­­na ota­­ğın­­dan qa­­yı­­dır­­dı.

- Ni­­yə ki?

- Əmi­­nin öl­­mü­­şü­­nə, sə­­nin ma­­a­­şın bu­­ra­­nın heç ad gün­­lə­­ri­­nə çat­­maz.

- Or­­da da ad gü­­nü çox­­dur.

- Bur­­da­­kı­­lar toy­­dan be­­tər­­di­­lər.

- Tə­­ki şən­­lik ol­­sun.

- Yox, bur­­da in­­san­­la­­rın fik­­ri-zik­­ri bir-bi­­ri­­ni soy­­maq­­dı. Bi­­zə bax­­ma, bi­­zim fun­­da­­men­­ti­­miz var. Ba­­şı­­mız üs­­tün­­də də - "krı­­şa"mız. Tə­­pə­­mi­­zi ya­­ğış döy­­mür. İn­­di Ba­­kı­­da ev de­­yə­­nin di­­li­­ni kə­­sir­­lər.

Son­­ra nə­­nə tə­­zə gə­­lin­­lə kö­­mək­­li ba­­dım­­can qı­­zart­dı­­lar. Bi­­ri rus­­ca, bi­­ri azər­­bay­­can­­ca da­­nı­­şa-da­­nı­­şa. Süf­­rə­­yə uşaq to­­pu boy­­da­­na­­ca bir qar­­pız gəl­­di ki, tərs­lik­­dən o da ağ çıx­­dı.

Nə­­nə­­nin bü­­tün "mer-me­­bel"i mət­­bəx­­də idi. Bur­­da iki ala-bula şkaf yan­ba­yan­dı.  Künc­də dün­­ya­­nın ən ba­­la­­ca bir so­­yu­­du­­cu­­su du­­rur. Ta­­hir gu­­rul­­tu­­sun­­dan qu­­laq tu­­tu­­lan bu ba­­la­­ca­­lıq­­da, bo­­yu bir qa­­rış, saq­­qa­­lı iki qa­­rış so­­yu­­du­­cu­­nu hə­ya­tın­da ilk də­­fə gö­­rür­­dü. Bu­­nu ona La­­zım alıb, nənə dedi.

- So­­yu­­du­­cu evə bu qu­­tu­­dan va­­cib­­di - o, əli­­ni, ağ-qa­­ra ola-ola qa­­ra­­nı da ağ gös­­tə­­rən, qəd­­mi te­­le­­vi­­zo­­ra uzat­­dı. Nə­­nə yay-qış ev­­də­­dir. Kən­­də an­­caq ölü dü­­şən­­dən-dü­­şə­­nə ge­­dir. Onu da yal­­va­­rıb-ya­­xar­­ma­­sa, apar­­maz­­lar. Əl­­bət­­tə, yas onun üçün gəz­­mək ki­­mi bir şey­­di: di­­ri­­lə­­rin də ha­­mı­­sı­­nı ölü ye­r­lə­rin­­də gö­­rür. Hə, otaq­­da Nuh əy­­ya­­mın­­dan qal­­ma miz - di­­va­­ra söy­­kə­­li. Üs­­tü - cı­­zıq-cı­­zıq. Ba­­la­lar ki­­mi iki kə­­til də - kə­­na­­rın­­da. Əy­­lə­­şən­­də, stul­­lar­­dan çı­­ğı­­rış­­ma­­ya bən­­zər səs­­lər qo­­pur­.

Har­­da­­dı­­sa, di­­var ra­­di­­o­­su da - mo­­no­­ton cı­­ğıl­­da­­ma­­ğın­­da.

Yat­­maq vax­­tı La­­zım lap­­pa­­dan du­­rub get­­di "dos­­tu"gi­­lə.

- Bur­­da iki si­­çan sa­­vaş­­sa, bi­­ri qu­­yu­­ya dü­­şər, - nə­­nə de­­di.

Qa­­lan üç nə­­fə­­rin bir dəst yor­­ğan-dö­­şək­­də, bir də­­nə də "rask­la­­duş­­ka"da yat­­maq­­lı­­ğı tap-tap­­ma­­ca ki­­mi bir şey­­di. Nə­­yi ki­­mə? Kim har­­da? Bax, bu­­ra ri­­ya­­zi bi­­lik­­lər mey­­da­­nı­­dır. Yox, ən hör­­mət­­li yer "rask­la­­duş­­ka"dı ki - hök­­mən nə­­nə­­yə çat­­ma­­lı­­dı! Hay­­dı, dö­­şə­­yi də ona! Üs­­tə ört­mə­­yə mə­­lə­­fə bəs­­di. Tə­­zə­­bəy­­lə gə­­lin yor­­ğa­­nı dö­­şək ki­­mi ye­­rə sə­­rib, üs­­tün­­də baş-ayaq yat­­dı­­lar. Baş-ba­­şa yat­­ma­­ğa hə­­ya­­lan­­dı­­lar. Adam is­­ti­­dən bi­­şir - on­­la­­ra da bir mə­­lə­­fə!

- Zor­­nan de­­yil, in­­sa­­nın gə­­rək bəx­­ti-ta­­le­­yi ola... - nə­­nə do­­da­­ğı alt­da nə­­sə de­­yi­­nir­­di.

- Mə­­nə ləz­­zət elə­­di, - Ta­­hir yu­­xu­­dan du­­ran ki­­mi An­­na­­nın ağ­­zı­­nı ara­­dı.

- Mə­­nə də.

- Yum­­şaq yor­­ğan-dö­­şək onur­­ğa­­ya-be­­lə zi­­yan­­dır. Ağıl­­lı adam­­lar hə­­mi­­şə bərk yer­­də ya­­tır.

"Tap­maca de­yim ta­par­san? Üzünə xoş ba­xıl­ma­yıb­sa, An­­na­­nı Ba­­kı­­ya nə çə­­kir?"

O, kon­­fet qu­­tu­­la­­rı­­nı göz bə­­bə­­yi ki­­mi qo­­ru­­yur. Hə­­lə də ümid edir ki, bu il Ba­­kı­­ya ge­­də­­cək­­lər. Ha­­va haq­­qın­­da mə­­lu­­mat­­la­­rı bir gün də ötür­­məz.

Am­­ma ötən yay Ab­­şe­­ron çi­­mər­­lik­­lə­­rin­­də öz­­lə­­ri­­ni ya­­man­­ca yan­­dır­­mış­­dı­­lar. Göy­­nər­­ti­­dən ya­­ta bil­­mir­­di­­lər. Bə­­dən­­lə­­ri­­nə yum­şal­dıcı "ae­­ro­­zol" püs­­kürt­dük­­cə də, nə­­nə on­­la­­ra ba­­xıb gü­­lür­­dü.

Ta­­hir bö­­yük əmi­­si­­nin Pir­­şa­­ğı­­da­­kı bağ evi­­ni An­­na­­ya uzaq­­dan-uza­­ğa gös­­tə­­rib:

- O hün­­dür ağac tut­­du, - de­­miş­­di. - Yas­­tı-ya­­pa­­laq­­lar da - ən­­cir. Ən­­cir - ya­­dın­­da sax­­la.

- Mosk­va­­da ən­­cir ol­­mur.

- Yox bir, gəl ol­­sun. 

Son­­ra hə­­min bağ evi səm­­tin­­də­­cə də­­ni­­zə en­­miş­­di­­lər. Xi­­la­­set­­mə mən­­tə­­qə­­si­­nin ikin­­ci mər­­tə­­bə­­sin­­də zən­­ci ki­­mi qa­­ra oğ­­lan­­lar da­­yan­­mış­­dı. On­­lar də­­ni­­zə, ilk də­­fə gö­­rür­­müş ki­­mi, ba­­xır­­dı­­lar. İçə­­ri­­də maq­­ni­­to­­fon öz-özü­­nə oxu­­yur­­du. Kim­­sə də Çe­­len­­ta­­no­­ya mə­­həl qoy­­ma­­dan "Əzi­­zi­­nəm, Qa­­ra­­bağ" dö­­şə­­yir­­di.

Qum­­da bar­­daş qu­­rub otur­­du­­lar. An­­na də­­ni­­zə ba­­lıq­­qu­­la­­ğı­­la­­rı tul­­la­­yır, su­­ya düş­­dük­­cə də, on­­la­­rın sə­­si­­ni eşit­­mək is­­tə­­yir­­di. An­­caq dal­­ğa­­la­­rın gu­­rul­­tu­­su ba­­lıq­­qu­­la­­ğı­­la­­rın sə­­si­­ni ba­­tı­­rır­­dı.

Qo­­ca bir ki­­şi sa­­hil bo­­yu qum­­la­­ra atıl­­mış boş bu­­tul­­ka­­la­­rı yı­­ğa-yı­­ğa gə­­lib on­­la­­rın ya­­nın­­dan keç­­di. Baş­­qa bi­­ri­­si də va­­lay vu­­ra-vu­­ra on­­la­­ra yan al­­dı:

- Ay biş­­miş qar­­ğı­­da­­lı! Ay biş­­miş hey­­va!

On­­lar iki­­sin­­dən də alıb, gör­­mə­­miş­­cə­­si­­nə gah onu, gah bu­­nu diş­­lə­­ri­­nə çək­­di­­lər.

- Əmim­­gil Kis­­lo­­vods­ka get­­mə­­səy­­di­­lər, gə­­lib bur­­da qa­­la­­caq­­dıq, - o, baş bar­­ma­­ğıy­­la ar­­xa­­nı gös­­tər­­di, yə­­ni ba­­yaq gör­­dü­­yün bağ evin­­də.

- Yax­­şı olar­­dı.

- İs­­tə­­sək, in­­di də gə­­lib qa­­la bi­­lə­­rik. Öz əmim­­di. Doğ­maca.

- Gə­­lək.

Di­­lim-di­­lim ola­­san, di­­lim. Ya­­la­­nı ye­­nə öz ba­­şın­­da çat­­la­­dı. Onun hü­­nə­­ri nə­­di, ica­­zə­­siz ora qə­­dəm ba­­sa.

Bu An­­ya dəm­­də­­mə­­ki­nin lap ye­kəsi imiş: nə de­­yir­­sən, de­­yir hə.

- Sə­­nə beş də­­qi­­qə vaxt ve­­ri­­rəm, də­­rin­­dən fi­­kir­­ləş, - Ta­­hir ona tərs-tərs bax­­dı.

- Nə fi­­kir­­lə­­şim? Mən sö­­zü­­mü de­­dim.

- Ay ax­­maq, bə nə­­nə? Ay sə­­feh, nə­­nə­­ni şə­­hər­­də tək qo­­yaq? Biş­­sin or­­da?

- On­­da yax­­şı, get­­mə­­yək, - An­­ya tez də ruh­­dan düş­­dü. Ye­­nə qar­­ğı­­da­­lı­­dan bir diş­­dəm gö­­tür­­dü.

- Sən çi­­mər­­lik­­lə­­rin ha­­mı­­sı­­nı gör­­mə­­li­­sən. Tək Pir­­şa­­ğı­­dan nə çı­­xar?

An­­ya bir söz de­­mir, qar­­ğı­­da­­lı­­nı me­­xa­­ni­­ki su­­rət­­də çey­­nə­­yir­­di­­sə də, göz­­lə­­ri yol çə­­kir­­di.

"Elə de­­yir Ba­­kı! Elə de­­yir Ba­­kı!"

- Nə­­nən ya­­man xo­­şu­­ma gəl­­miş­­di. Gö­­rən anan nə tə­­hər­­di? - An­­ya hər gün Ta­­hi­­rin ba­­şı­­nı bi­­şir­­mək­­lə məş­­ğul­­du.

- Anam nə­­nəm­­dən yax­­şı­­dı, nə­­nəm - anam­­dan. Ne­­cə bə­­yəm?

- On­­da bu il həm Ba­­kı­­ya ge­­də­­rik, həm də kən­­də. Bax, ya­­dı­­na sa­­lı­­ram.

- Ya­­dım­­da­­dı, qorx­ma.

- Özü də nə­­nə nə­­və­­lə­­ri için­­də ən çox sə­­ni se­­vir.

- Nə bil­­din?

- Özü de­­yir­­di.

- Mə­­­ni gu­­­ya tək­­­cə nə­­­nə se­­­vir? Gu­­­ya bil­­­mir­­­sən, mə­­­ni əmi­­­lə­­­rim ne­­­cə is­­­tə­­­yir! Da­­­yı­­­la­­­rım! Hə­­­lə ata-anam, ba­­­cı-qar­­­daş­­­la­­­rım. Dost­­la­­­rı­­­mı de­­­mi­­­rəm!

- Bə ke­­­çən il atan­­­gil ya­­­nı­­­mı­­­za ni­­­yə gəl­­­mə­­­di?

Də­­­li­­­dən doğ­­­ru xə­­­bər. Sağ ol sə­­­ni, An­­­ya. Val­­­lah, bu onun öz sö­­­zü de­­­yil. İl­­­mə qo­­­hum­­­la­r­­­dan ke­­­çib. Bu, eşit­­­di­­­yi­­­ni tu­­­tu­­­qu­­­şu ki­­­mi tək­­­rar edən­­di.

- Ona gö­­­rə ki, bil­­­mə­­­miş­­­di­­­lər. De­­­mə­­­miş­­­dik.

- Bə ni­­­yə de­­­mə­­­dik?

- Sə­­­feh­­­li­­­yi­­­miz­­­dən.

- On­­­da özü­­­müz kən­­­də ni­­­yə get­­­mə­­­dik?

- Sən­­­dən əcəb yax­­­şı pro­­­ku­­­ror çı­­­xar­­­dı, - bur­­­da Ta­­­hi­­­ri od gö­­­tür­­­dü. - Sə­­­nə nə qə­­­dər de­­­mək olar ki, bi­­­zim yer sər­­­həd zo­­­na­­­sı­­­dı! Bu, bir! To­­­yun dər­­­din­­­dən get­­­mə­­­dik, bu, iki! Üçün­­­cü də, or­­dakı qo­­­hum­­­lar üs­­­tü­­­müz­­­də da­­­va sa­­­la­­­caq­­­dı­­­lar!

Qa­­­bır­­­ğa­­­la­­­rı­­­na nə qə­­­dər ya­­­lan-pa­­­lan dö­­­şə­­­miş­­­di­­­sə, onun­­­la bir yas­­­tı­­­ğa baş qo­­­yan qa­­­dın əri ba­­­rə­­­sin­­­də hə­­­lə də heç nə­­­yi doğ­­­ru-dü­­rüst bil­­­mir­­­di. Ta­­­hi­­­rin qo­­­hum­­­la­­­rı An­­­ya­­­nın nə­­zə­­rin­­də mə­­­lək tim­­­sa­­­lın­­­da şey­­­di­­­lər. Oğ­­­lan san­­­ki on­­­la­­­rın əl­­­dən çı­­­xa­­­ca­­­ğın­­­dan, bu az­­ğın zə­­ma­­nədə kim­­­sə­­­siz qa­­­la­­­ca­­­ğın­­­dan qor­­­xur, odur ki, on­­­la­­­rı hə­­­mi­­­şə tə­­­rif­­­lə­­­yir, ol­­­ma­­­zın şi­­­şir­­­dir­­­di. Elə bil An­­­ya hə­­­qi­­­qə­­­ti bi­­­lər­­­di­­­sə - ha­­­mı­­­ya fa­­­ti­­­hə! On­­­da kim­­­lə öyü­­­nər? Ki­­­mə ar­­­xa­­­la­­­nar?

Am­­­ma ki­­­çik əmi­­­si bil­­dir ona heç vız at­­­ma­­­dı da. On­­­la­­­rı qo­­­naq ça­­­ğır­­­ma­­­ğı özü­­­nə qal­­­sın, qu­­­ru­­­ca gö­­­rü­­­şə də gəl­­­mə­­­di. Ta­­­hir tez­­cənə bur­­­da An­­­ya­­­ya zır­­pı bir ya­­­lan sat­­­dı: son­­be­­şik əmi eza­­­miy­­­yət­­­də­­­di. Zor­­­la ba­­­sıb­­­lar ge­­­dib. Gəl­­­mə­­­yi­­­mi­­­zi eşi­­­dib get­­­mək is­­­tə­­­mir­­­miş. İşə bax, özü də bi­­­zim Rus­­­yət şə­­­hər­­­lə­­­ri­­­nə ge­­­dib.

"Ba­­­kı! Ba­­­kı!.. Ay Ba­­­kı! Ba­­­kı!"

- Bəl­­­kə qor­­­xur­­­san pu­­­lu­­­muz çat­­­maz? Ça­­­ta­­­caq, he­­­sab­­­la­­­mı­­­şam.

An­­­ya cür­­­bə­­­cür rə­­­qəm­­­lər­­­lə do­­­lu ka­­­ğı­­­zı ona uzat­­­dı.

- De­­­yir­­­sən ça­­­tar?

- Bəl­­­kə hə­­­lə ar­­­tıq qal­­­dı? Ar­­­tı­­­ğın da nə zi­­­ya­­­nı. Onu qa­­­yı­­­dan baş xərc­­lə­­­yə­­­rik.

...Yay be­­­lə­­­cə söz­­­lə-da­­­nı­­­şıq­­­la keç­­­di. Ta­­­hir ha­­­zır­­­ca­­­na bir si­­­çan - kon­­­fet­­­lə­­­rə gi­­­riş­­­miş­­­di. On­­­suz An­­­ya da­­­ha ona bir söz de­­­mir­­­di də. De­­­yən, ira­­­də­­­si sın­­­mış­­­dı. Həm də gö­­­rür­­­dü ki, ar­­tıq de­­­mə­­­yin xey­­­ri yox­­­du. Ağ­­zını niyə yor­­sun.

Sent­­yab­­­rın axır­­­la­­­rın­­­da Mosk­­va­­­da so­­­yuq­­­lar düş­­­dü. Elə bi­­­lir­­­din, in­­di Ba­­­kı­­­da da so­­­yuq­­­dur. Am­­­ma əs­­­lin­­­də Ba­­­kı­­­da hə­­­mi­­­şə so­­­yuq­­­du ya­­­yın cır­­­ra­­­ma­­­sın­­­da da. Oraya so­­­yuq adam­­­­­la­­­rın­­­dan gə­­­lir. Ba­­­kı­­­da tək­­­cə ha­­­va is­­­ti olur.

Bir yan­­­dan da An­­­ya­­­nın əh­­­va­­­lı dön­­­dü. Hə­­­kim­­­lər de­­­di uşa­­­ğa qa­­­lıb; ana­­­liz­­­lər üçün çox­­­lu ka­­­ğız-ku­­­ğaz ver­­­di­­­lər. Bir növ, po­­­lik­­­li­­­ni­­­ka fəs­­­li pa­­­yız­­­dan tez düş­­­dü.

- Ba­­­kı­­­ya bi­­­lə-bi­­­lə apar­­­ma­­­dın mə­­­ni!.. - An­­­ya gün uzu­­­nu ağ­­­la­­­yır, hə­­­mi­­­şə də şər qa­­­rı­­­şan­­­da gö­­­zü­­­nün su­­­yu­­­nu sel­­­lə­­­mə tö­­­kür­­­dü.

- Sə­­­nə ha­­­çan de­­­dim apar­­­mı­­­ram, ay də­­­li? Bu hal­­­nan təy­­­ya­­­rə­­­də otu­­­ra bi­­­lər­­­sən­­­sə, gü­­­nü bu gün ge­­­dək.

- Ge-edək! - An­­­ya na­­­ü­­­mid ona bax­­­dı. Ya­­­naq­­­la­­­rı­­­nı sil­­­mək is­­­tə­­­yən­­­də, göz yaş­­­la­­­rı­­­nı uşaq ki­­­mi üzü­­­nün hər tə­­­rə­­­fi­­­nə yax­­­dı.

- Bəl­­­kə qal­­­sın gə­­­lən ilə? - Ta­­­hir eh­­­ti­­­yat­­­la dil­­­lən­­­di. - Bə­­­bə­­­miz­­­lə bir­­gə ge­­­də­­­rik.

- Yox, Ba­­­kı­­­nı bir də gör­­­mə­­­yə­­­cə­­­yəm... Bəl­­­kə bu il öl­­­düm, ürə­­­yi­­­mə da­­­mıb, - An­­­ya hön­­­kür­­­dü.

- İn­­­di­­­yə­­­cən yax­­­şı gəl­­­miş­­­din. Bax, bur­­­da kor­­­la­­­dın.

- Ba­­­kı­­­nı gör­­­mə­­­yə­­­cə­­­yəm...

- Də­­­li­­­nin bi­­­ri də­­­li.

Ara sa­­­kit­­­lə­­­şən­­­də, Ta­­­hir bar­­ma­­qucu si­­vi­­şib iç ota­­­ğa keç­­di. Te­­­le­­­vi­­­zo­­­ru qoş­­­du. Çox se­­­vi­­­nir­­­di: Ba­­­kı­­­dan ya­­man ca­­­nı qur­­­tar­­­dı. İlk öv­­­la­­­dı­­­nın da, hə­­­lə dün­­­ya­­­ya gəl­­­mə­­­miş­­­dən, ata­­sına kö­­­mə­­­yi dəy­­­di. Bi­­lin­­mir oğ­­lan­­dı, ya qız, an­­caq sağ ol­­­sun, var ol­­­sun.

 

1982 - 2000, no­­­yabr


 

Digər xəbərlər

“Rafiq Tağı ilə dərdləşmə”

Mirzə Cəlillə ayrılıq məqamı

Rövşən Yerfi: "Ölümü ilə ölümsüzlüyə qovuşdu"

Düzbucaqlı “QİRYƏT” yazısı

Rafiq Tağının "Yanaşı ulduzlar"ı

Şərhlər