Azərbaycanda hüquq idilliyası həsrəti

Tarix: 23-01-2017 03:50
Baxış sayı: 1796

Qardaşlar, Azərbaycanda şər yenə fəallaşdı, hüquq aktuallaşdı. Əfsus, bizdə hüquq qazı təcrübəsindən formalaşıb. Çağdaş qazılarımız cinayət və cəzanı kasıb-kusuba, yetim-yesirə aid işlər bilir. Bizdə əsl canilər müqəddəs kimidilər. Bizdə müqəddəs cinayət edib cəza görməyən insana deyilir. Əlbəttə, bu heç.

 

Həri, Azərbaycanın baş prokuroru timsalında hüquqi profanasiyanın da şahidi olduq. O, təqsirsizlik prezumpsiyasından bixəbərmiş. Ona qalsa, 1913 təvəllüdlü, prezumpsiyadan bixəbər nənəmin də baş prokuror olması mümkündür. Təqsiri yox, ən birinci təqsirsizliyi əsas götürməsi baş prokurorun əxlaq göstəricisi sayıla bilərdi. Görün ki, hüquq pompadurumuz hələ təsdiqlənməyənlər barəsində  - “onlar cəzadan qurtula bilmərəm: cinayətim vacib deyil. Yox ancaq, onsuz cinayətim var: bu, insan haqlarını tapdalayan padşahın əməllərinə göz yummağımdır.

 

Azərbaycana hüquq Avropadan gətirilib; bu alabəzək toyuq yerli şəraitdə heç cür yumurtlamır.

Onun Avropa Şurasına girməklə demokrat olacağı mənim haçansa dönüb erməni olacağım ehtimalı qədərdir. Bilən bilir, bilməyən bilsin, kommunist heç vaxt dəyişməz. Həm də onu desəm olar, deməsəm olmaz ki, əsl kommunist güləndə də iblis kimi gülür. Mən kommunistləri qıdıqlamaqla onlara həqiqi gülüş öyrətmək istərdim.

 

Həri, qardaşlar, üstəlik, bacılar, dövlət başçısı tutdu-basdı kommunizm nostaljisinə düçardır... Gözlədiyim kimi də, zəhmətkeşlər yenə qabağa çıxmada, dövlət başçısından hərəkət tələb etmədə...Ə, bu “zəhmətkeşlər” nə tərbiyəsiz şeydilər! Həm də həyasız. Mən “zəhmətkeş” dilinə düşməyi düşmənimə də rəva bilməzdim; düşmənin də bala-bulası var. Azərbaycanda “zəhmətkeş” demək nə demək: şər xidmətçisi. Bu “zəhmətkeşlər xalqımın əxlaqsızlaşması əlamətidir. Bizim indiki “zəhmətkeşlər” keçmiş Sovet zəhmətkeşlərinin törəmələri və həm onların oxşarıdırlar. Bir az gedək o yana. Padşahımızda totalitarlığa imkan yox. Buna onun gümanı da yox. Respublikamızın bir-iki bombalıq canı var. Həm də yeriyəndə güllələməyələr, sərhədlərimizi beş-üç günə piyada gəzib qurtarmaq olar. Padşahımızın qismətinə balaca respublika düşüb; onun Allahı tanımamağa ixtiyarı var. Azərbaycanda güc strukturları yalnız öz xalqının başında qoz sındırmağa qadirdir. Bunun texnolojisi belədir: qozu qoyurlar adamın başına, çırt, üstdən vurub sındırırlar. Düzdü, bu zaman qoz başın içinə də girə bilər. Hərbçilərimiz atəşi havaya yağdıranlardır; güllələrimiz yalnız oksigen atomlarını dəlib keçir. Polisimiz sanki xırda işləri açmaq üçün yaradılıb. MTN-in şakəri yalançı dövlət çevrilişləridir. Ancaq mağıl onun “tapdığı” “krupnı” cinayətlər ölkəmizi Avropa dövlətlərinə bənzədir. İndi də gələk bu yana.

 

“Azərbaycanda məhkəmə xalq teatrı növüdür” – haçansa dediyim, sonra da yazdığım bu köhnə fikrin üstünə təzədən qayıdıram. Sosrealizm üslubunda olacaqsa da, vodevil səciyyəli bu təzə tamaşanın personajları artıq seçilib. Burda bizim işimiz nə: baxmaq, zar-zar ağlayıb, qah-qah gülmək...

 

 

“Üç nöqtə”, xüsusi buraxılış, 27.08.2000

Digər xəbərlər

“Bayıl”a gəlmişdi rəhmətlik atam

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Eklektik fikirlər

Rafiq Tağı məsələsinin İranda müzakirəsi

Göylü Atalı : "Rəzalətin yaratdığı hədələr"

Şərhlər