Qış

Tarix: 22-07-2017 16:30
Baxış sayı: 1920

Qış

Buludla soyudu Günəşin odu,

Budaqda titrədi sonuncu payız.

Son öpüş saralmış yarpaqlar oldu.

Payıza əlvida dedi dünyamız.

 

Qışın ilk nübarı düşdü torpağa,

Körpə qaranquşlar yumdu gözünü.

Çöllər də dözməyib sanki soyuğa,

Yorğanın altına saldı özünü.

 

Uşaq tək necə də ağlayır külək,

Onu sinəsinə sıxıbdı dağlar.

Paltarı boxçaya yığan nənəm tək,

Qarı dərələrə yığıbdı dağlar.

 

Torpağa döşənib yağan quşbaşı,

Göylər öz varını yerə göndərib.

Ovçunun vurduğu ana bir quşu

Şaxta qar içində daşa döndərib.

 

Dəlisov küləklər dönər silləyə,

Çırpınan evlərin rəngi ağarar,

Budaqlar əl kimi ucalar göyə,

Baharı özünə kömək çağırar.

 

Sanmayın dünyanın çırağı sönüb.

İnsanda Günəşin hərarəti var.

Hər ürək bir parça günəşə dönüb.

Günəşi köksünə sıxıb adamlar.

 

15 fevral, 1969-cu il

Rafiq Tağıyev

Digər xəbərlər

Azərbaycanda hüquq

Ölü Həsən

“Demokratiya-diktatura oyun növü” yazımdan qalan fikirlər və onlara əlavələr. Konspekt

Siyasət və mən

“Yazıçı laboratoriyası”

Şərhlər