Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Tarix: 13-06-2024 00:09
Baxış sayı: 121

İslam Şərqi Qərbdən geri qoydu   

 II yazı

İslama şübhələr onun təşəkkülünün ilk çağlarından mövcud olub. Çünki insan
təbiətinə yad olan bu böyük yalan naşıcasına uydurulmuşdu. Həri, islam Allahla
bağlı fantastik yalanlar silsiləsidir. İstənilən millət başlanğıcda islamı bir faciə kimi
qavrayıb, ona yox deyib. Zorla ictimai həyata yeridilən bir nəsnə artıq sonradan
azad vicdan atributu kimi qələmə verildi. Halbuki tutalım, Azərbaycanda islam
vicdan azadlığı təzahürü kimi yox, daşlaşmış ənənə formasında üzə çıxır. Bu ictimai
yalanla mübarizə, hətta mübahisə cəhdləri həmişə də qəddarlıq və zorakılıqlarla
üzləşib. Həzrəti-Məhəmməd birtərəfli və birmənalı şəkildə müqəddəs sayılmalıdır,
qurtardı getdi. İkinci bir söhbət, hər hansı tənqidi baxış mürtədlikdir. Yad fikir
daşıyıcıları ölümə məhkumdur. Salman Rüşdünün acı və ibrətamiz-acınacaqlı
təcrübəsi hamıya bəlli. İraqla müharibədə 1,5 milyon müsəlmanı «şəhidlik
zirvəsi»nə yüksəldən, «aftava-ləyən» ayətüllahlarından olan Ruhulla Xomeyni
beynəlxalq hüququ, ümumiyyətcə, hüququ anlamayan bu ruhani, yad ölkənin
vətəndaşına qiyabi ölüm hökmü kəsməmişdimi? Ölüm və qan islamın vacib
komponentləridir. İslam Yer üzündə ölüm-qanla bərqərardır. Şəriət qanunları
məntiqsiz və bütünlüklə antibəşəri mahiyyətlidir. Şəriət dünya malını insandan
üstün tutur və əslində dünya malını insandan qorumaq üçündür.
İslama bir rəmz olaraq yaşıl yox, qırmızı daha çox uyğun gəlir.
Qardaşlar, A.Şopenhauerin mənim fikrimi təsdiqləyən fikrini təsdiqləyərək,
deməliyəm ki, «Quran» indiyəcən oxuduğum ən maraqsız kitablardandır.
«Qorxunamədir» (Asif Ata). «Zülm, istibdad, cəza, qisas; müftəxorluq, varidatçılıq,
şəhvətpərəstlik... «Quran»da təbliğ olunur» (Soylu Atalı).
«Quran» insana yalnız pessimizm aşılayır, onun nisbi optimistlik anlarına da yasaq
qoyur. İslam yaradıcılığın qənimidir və insanı yaradıcılıq sevinclərindən məhrum
edir. Yaradıcı ruh islam üçün açıq təhlükədir. Əlbəttə, yaradıcılıq - azadlığı təxmin
edir. Azadlıq isə islamda «vacibat»dan deyil. Bəs nəyə görə hələ ilk müsəlmanlar
şairlərə gülür, onları ələ salırdılar? Hər bir poetik misra əslində vəhy bənzərlidir.
Vəhy də, belə hesab olunur ki, Məhəmməd «peyğəmbər»dən savayı bir kimsəyə
verilə bilməz. Bir sözlə, vəhylər erası Məhəmmədlə bitib. Nə əcəb, Allahın

bəşəriyyətə sözümü qurtarıb?.. Yoxsa Allah artıq heç bir ideyaya malik deyil?
Yainki Allahın əbədi-sonsuz yaradıcılıq imkanlarını islam inkar edir? Üstəlik,
«Quran»da Allah qəzəbli-qəddar, mücərrəd-qorxunc bir varlıq kimi ortaya çıxır və
çaşqın bəşər - «ondan nə qədər uzaq olsan yaxşıdır», düşünür. Belə
çıxır, Allah köləlik aşiqidir, çünki insandan yalnız itaət tələb edir. «Quran» insana
hətta arvad alıb-boşamaq  azadlığını da çox görür. Əcəba, Allah niyə bu qədər
xırdaçıdır? Niyə hicab, zifaf, qüsl kimi «elm» sahələri onu da çəkir? İtaət ona niyə
bu qədər vacib olub? Mən insan itaətinə möhtac Allahı təsəvvür edə bilmirəm.
Qardaşlar, bütün başqa dinlərdəki kimi, islamda da Allahın interpretasiyası
səhvdir. Bir dəfə yazmışam, yenə yazıram ki, dinlər Allah adından şarlatanlıqdır.
Dinlərin yalan olması onların müxtəlifliyindən bəlli. Qədim yunanların çoxsaylı
allahları indi bizə gülməli göründüyü kimi, mövcud dinlər də gələcəkdə hökmən
gülünc görsənəcək. Dinlər bəşəriyyətin ibtidai-metafizik durumunun bariz
göstəricisidir. İndiki dinlər gələcəkdə olsa-olsa tarixi əhəmiyyət kəsbedəcək.
Bunun üçün get-gedə toplanan elmi biliklərin kifayət həddə çatması, müəyyən
kondisiyaya yetişməsi vacibdir.
Gəlin, hər ictimai görüntüyə mədəniyyət adı verməyək. İslam Azərbaycanda
mədəniyyət hadisəsi yox, zor və istila qalığıdır. İslam Azərbaycanda həyatı, onun
bütün qatlarını təcridlərə məruz qoydu, iflic vəziyyətinə saldı. Hər hansı inkişafın
qabağını aldı. «Allah bədəvi psixologiyasının məhsulu kimi təzahür edir» (Soylu
Atalı). Qardaşlar, üstəlik, bacılar, «Quran» bir nağıl effektlidir. Əlbəttə, ərəblərin
nağıl uydurmaq qabiliyyəti danılmazdır, bu onlarda daim güclü olub. Amma ən
güclü nağılı da həmişə ən gopçu xalqlar uydurub. Ona qalsa, Azərbaycanda öz
doğma gopçu xalqımız yaşayır, yaxşı olardı, elə onun yaratdıqlarına etiqad edək.
Yalnız öz içindən doğulan mədəniyyət millətə doğma ola bilər. Tərəqqiyə
aparmayan islam adlı yad bir mədəniyyətdən qurtulmağın vaxtı çoxdan çatıb.
Onun Azərbaycanda ləğvi vacib. İnsanlarımızın qəlbində bu tələbat hədsiz
güclüdür. İntəhası, kim qorxudan bunu dilə gətirə bilər? Yəqin qəhrəmanlıq haləli
sözləri demək ancaq bizim alnımıza yazılıb. Bizi cəmiyyətin indiki nə ət, nə balıq
miyanələri yox, gələcəyin başqa cür insanları - azmanları hökmən başa
düşəcək. «Вaşqa insanlar həmişə S О N R A doğulur» (F.Nitsşe).
Qardaşlar, dinini dəyişmək heç də millətin məhvinə gətirib çıxarmaz. Milli
orqanizm tamam fərqli qanunauyğunluqlarla yaşayır. Təbii harmonik qanunlar
arasında dinə qəti yer yoxdur. Heç bir din bəşəriyyət üçün həyati vacib şərt deyil.
Din - bekarçılıq sənəti, zəkanın bihudə məsrəfidir. Adətən, islam Azərbaycan

insanının boş və avara vaxtına, əsasən də onun qocalığına təsadüf edir. İslama sərf
edilən əmək ictimai faydasızdır. İslam dəyərləri milli əxlaqın təqlidi olmaqla ikincili,
beləliklə də, gərəksiz, hətta ziyanlıdır. İslamın ləğvi tərəqqimizə, Azərbaycanda
madəniyyət sıçrayışlarına səbəb olardı.
Di yaxşı, Allah «günah» qabiliyyətini ilk-başlanğıcda özü insana  vermişdisə,
«Quran»da bu qabiliyyəti niyə yasaqlamalı idi?  Yoxsa Allah kamil insan yarada
bilməyib? Ya yaratdığına peşiman olub? Əstəğfürullah, bəlkə onun öz əməllərində
naqislik var? Ancaq qardaşlar, Allah bəşəri dəyər meyarlarından nəhayətsiz
dərəcədə üstündür. Allah yalnız bəşər məntiq dairəsində eybəcər görsənir.
Əslində «günah» - yoxdur. «Günah» deyilən şey - insanın dolğun həyatıdır. Yəni
«dolğun həyat» islamda «günah» kimi tövsif olunur. «Günah» bəşərin boynundan
asılmış parlaq bir yarlıqdır. «Günah» - insanın insanı ləkələmək cəhdidir. «Günah»
- insanın insanı ram eləməsi metodudur. Halbuki insan yalnız «günah»larıyla güclü
və harmonikdir. 
İslam dünya quruculuğunda əngəldir. Bəşəriyyətin enerjisi islamla tükənir.
İslam Şərqi Qərbdən geri qoydu. Çünki Şərq «Quran»dakı elmi «nailiyyət»lərlə
kifayətləndi. Daim yüksəlişdə olan Qərb mədəniyyəti islamsız inkişaf nümunəsidir.
Xristianlıq islamdan fərqli olaraq bəşər yaradıcılığına mane olmayıb. İslamçıların
fikri-zikri «peyğəmbər» dövrünün antisanitar «təmiz»liyinə - VII əsrə qayıtmaqdır.
Gələcəkdən qorxan islam həmişə keçmişə, yəni geriyə can atır. Həyat geridə
güman edilir.  
Dünya malı ilə müqayisədə insan həyatı islamda heç bir əhəmiyyət kəsb etmir.
Oğurluğa görə qol dibindən kəsilib atıla bilər. Ozü də bu nə məntiqsizlikdir: axı
niyə məhz qol? Ona qalsa, oğurluqda qol yox, baş günahkardır. Naqis niyyət
başdan süzülür. İnsan islamda sevilmir, ona zərrə qədər də hörmət qoyulmur.  
Bir az gedək о yana. Peyğəmbərlik nəhəng yəhudi-semit fırıldağıdır. Əksər dinlər
praqmatik yəhudilərin dünyaya uyğunlaşma reaksiyasıdır. Yəhudilər özlərinə
əsasən dinlərlə təsdiq tapıblar. Din - cinayət xarakterli düşüncə halıdır. Fikir
veribsinizsə, hələ heç bir əxlaqlı xalqda peyğəmbər görsənməyib. Yeri gəlmişkən,
axtarsan, Avropa Birliyi, Dünya Bankı və bu kimi başqa beynəlxalq qürumlar da
yəhudi-mason qardaşlığı filiallarıdır.              
Tez də gələk bu yana. Həri, Azərbaycan türkü islamda özünü naqolay hiss edir.
Özünü tapmağa gedən bütün yollar islamla kip bağlanıb. İslam - mənəviyyat
dalanıdır. İslam Azərbaycanda fatal bir bədbəxtlik kimi qavranılır. Babəki indiyə

qədər qəhrəman saymağımız da bunun əlamətidir. Azərbaycanda islam -
babəkizm uğursuzluğudur.    
Qardaşlar, həm də bacılar, dünyada islam həmrəyliyi yerli-dibli yalandır. Bu bir
mifdir. İslamda olsa-olsa müvəqqəti terror qardaşlaşması sezilə bilər. Ərəb
dünyasının çağdaş acınacaqlı durumu bunu düşünməyə və deməyə əsas verir.
Zaman-zaman Azərbaycan işğallara məruz qalıb: hansı islam ölkəsindən ciddi
kömək görmüşük? İranın Azərbaycana ədyal-palaz köməyi şər diktəsi, məkr
nümunəsi idi. Türkiyənin köməyisə heç vaxt «kardeşlik» elanından uzağa
getməyib. İslam dünyası Azərbaycan faciələrinin dördgöz tamaşaçısıdır. Xoş günün
dostu olan Azərbaycan müsəlmanlarının da İraqdakı faciələrdən tükü tərpəndimi?
Ümumiyyətlə, İslam sosial yararsız insanların fəaliyyət dairəsidir. İslam yüzillər
boyu tüfeylilər sürüsü yetirib. İndilikdə islam ən çox siyasətdir, ən az - din.
İslamdan kənarda hər hansı xomeyni cılız, boş, mənasız və gülünc, bir heçlikdir.
İnsanın qüdrəti (əgər varsa) yalnız dinin dışında üzə çıxa bilər. Din müstəvisində
hər hansı yüksəliş patetik bir yalandır, hap-gopdan savayı bir şey deyil. İslam
əxlaqı bir zindan, insan təbiətinə münasibətdə zinadır. «İslam əxlaqı» insanı dünya
sevinclərindən məhrum edir. İslam insanı əxlaqdan çiyrindirir. İnsan islamda öz
xislətiylə uyuşmayan qondarma bir əxlaq dairəsinə sürüklənir. İnsan «Quran»
«şparqalka»sına baxıb da hərəkət etməli olur.    
Şərqdə tiraniya - islam əxlaqının törəməsidir.                
Qardaşlar, bayaq dediyim kimi, insanların mənəviyyatını deformasiyaya uğradan
islam adlı yad mədəniyyətdən Azərbaycanın qurtulması mənə olduqca vacib
görünür. Nəhayət, gəlin başa düşək, «Quran»dan elm sızdıranlar yanılırlar.
Orada elmdən əsər-əlamət yoxdur. Allah «Quran» adlı kitabdan
xəbərsizdir. Allah «Quran»dakı cılız fikirlər səviyyəsində məhdud deyil.
«Quran» - hiyləgər bəşər təfəkkürünün məhsuludur.    
Z.Freyddən təxmini iqtibasla deməliyəm ki, «insan dindən söhbət düşəndə,
həmişə qeyri-səmimi olur». Azərbaycan insanı da islama münasibətdə səmimi
deyil. Bir qrup Azərbaycan insanı gəlir mənbəyi kimi islamdan beşəlli yapışıb.
Azərbaycanda islam mafiya strukturludur və Heydər Əliyev kimi bir şəxsiyyət də
onunla hesablaşmağa məcbur idi. Heydər Əliyev islamı sevməsə də, «sevirdi».
Amma əksəriyyətimiz üçün islam yersiz-məcburi islah əməyidir. Azərbaycan
insanının islamdan kənarda işıqlı bir iç dünyası var ki, yalnız orada tam azad və
rahatdır. Zahiri islamdan batini özümlüyünə - dışdan içə qaçış onun amalıdır.

Gəlsənə, onun bu işıqlı dünyasına sayğıyla yanaşaq, «göydən düşən» və
göydəndüşmə xarakterli islam adlı çoxəsrlik kötü bir ağılsızlığa yox deyək.
 
                                                                                     2004, iyul - avqust

Digər xəbərlər

“Əsəd və Zeynəb” Həyat faciəmizin Ədəbiyyatdakı Təzahürüdür.

Rafiq Tağı: “Yalnız kabab çəkəndə qəhrəmana oxşayırıq”

ŞƏRQ­Lİ­­YƏ OX­­ŞA­­MAQ

Faciə: şərq-qərb konteksti

Yazıçılar Birliyinin “Ədəbiyyat” (divar) qəzeti

Şərhlər