Tarix: 25-03-2015 10:54
Baxış sayı: 1899
- Rafiq Tağı yaradıcılıq yolunu və şəxsiyyətini hansı cümlələrlə mənalandıra bilər?
- Mənalandırdığım cümlələr bunlardır. Ədəbiyyatda özümü aldatmadım, yalansız yaşadım, həqiqəti axıracan dedim. Ədəbiyyatdan qazanc güdmədim; onu çörək ağacına çevirmək ağlıma gəlmədi də. Ədəbiyyat mənəvi uçuşlarımı təmin etdi.
...Məni elə bu əlamətlərə görə də tanıyırlar.
Yaradıcılıq məni intihardan qorudu.
- Bildiyimiz kimi, siz çox gözəl nasir, həm də bir çox adını şair qoyub, sinəsinə döyən adamlardan əla şairsiniz. Maraqlıdır ki, siz yaradıcılığa başlayanda ilk öncə şair kimi, yoxsa nasir kimi başladınız?
- Belə deyək, şair kimi. Ancaq insan ilk misralarını paralel düzəndə heç də anlamır ki o, şairdir. İnsan şairliyini bildisə, artıq o, şair deyil. Şairliyi sənət seçmək böyük fırıldaqçılıqdır. Mən bir dəfə yazmışdım: poeziya insanlığın xassəsidir, təklərin imtiyazı deyil.
Poeziya mənim nəsrimdə də qabarıq bir xassə olaraq üzə çıxır.
- Rafiq Tağının peşman olduğu hər hansı bir əməli varmı, yaxud Rafiq Tağı hansı əməlinə görə hələ də peşmançılıq çəkir?
- Zamanı əldən buraxmağıma peşmanam. Əfsus, zamanı öldürmək artıq məndə bir vərdişə çevrilib və bu vərdişdən heç cür qurtula bilmirəm.
...Siyasi ideologiyalara aldanmağıma da peşmanam.
- Bir neçə yerdən oxumuşam ki, siz dinləri “böyük yalan” adlandırırsınız. Sual olunur, siz bu qənaətə nə zaman gəldiniz və ya siz həmişə bu fikirdə olmusunuz?
- Mən ateist deyiləm. Lakin dinlərin Allahla bağlılığına da inanmıram. Dinlər bəşəriyyətin mifoloji təfəkkürünün məhsuludur. Din insanı faydalı əməkdən yayındırır; bəlkə elə bu səbəbdən də insanlıq indiki fəlakətli durumdadır. Cənnət-cəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceənnəmin elmi əsası yoxdur. Vəhylər psixopatoloji hallardan başqa bir şey deyil. Vəhyləri hallyusinasiyalar adlandırmaq daha düzgün olardı. Dinlər bəşəriyyətə ayrılmış zamanı məhv etmədədir. Onsuz dinlərin dediklərini həyat puça çıxardır, yalanlar gec-tez faş olur. Adicə bir zəlzələ, ya vulkan dini postulatları darmadağın edir. Özünüz fikirləşin, “zəlzələlər hicabsızlıqdandır” deyən bir İran üləmasının sözündə nə həqiqət ola bilər.
Uzaq gələcəkdə dinlərin perspektivi yoxdur.
Məndə bu ideyaları bəşəriyyəti tərəqqiyə aparan işıqlı insanlar formalaşdırıb.
- Hamıya aydındır ki, Allah uzaq eləsin, sabah repressiya olsa, yenə rus hakimiyyəti hökmranlıq etsə, Rafiq Tağı əqidəsindən dönməyəcək. Və təbii haldır ki, yenə də Allah uzaq eləsin, o zaman onu müşfiqlərin, cavidlərin, cavadların, hacıkərimlərin... aqibəti gözləyir. Bu, möhkəm əqidənin sahiblərinə xas əməldir. Çürük əqidə sahiblərinə – süleymanrüstəmlərə, vurğunlara... Rafiq Tağının münasibəti...
- “Çürük əqidə” deyirsiniz. Əslində əqidə yox, ortada bir lotuluq olub. Kütlələrin aldanışı hesabına rifah. Qoyunları sallaqxanaya aparan keçi rolu. Süleymanrüstəmlərlə səmədvurğunlara əslində yağlı bir keçi uğuru nəsib olmuşdur.
- Rafiq müəllim, “Beş şəkil” adlı hekayənizdə baş verənləri kənardan, yaxud yaxından seyr edəndə, bu gün hansı mətbu orqanda görürsünüz?
- Bu hekayədə konkret bir mətbu orqanı nəzərdə tutulmayıb. Mənim hekayələrim realistik kimi görünürsə də, əslində hamısı fantaziyadan gəlmədir. Özü də mən hər hansı hekayəni yazıb qurtarandan sonra onu unutmağa çalışıram. Kimsə xatırlatmasa, ordakı detallar ömrü boyu yadıma düşməz.
Mən hekayələrimin taleyinə qarışmıram. Yazıçı əsərlərinə azadlıq verməyə borcludur.
- “Ekstremal şeirlər”inizin hekayələrinizdən güclü olduğunu deyən olubmu? Deməyibsə, əgər kimsə desəydi, münasibətiniz necə olardı?
- Yaxşı. Məncə, bu analizi ilk dəfə siz aparırsınız, sağ olun. Qoy özümü bir az öyüm: mənim şeirlərimin oxucusu indi-indi yetişir.
- Bu suala həmişə cavab axtarmışam. Rafiq bəy bizdə “Nobel” almağa layiqli yazıçı, ya şair tanıyırmı?
- “Nobel”i konkret məqamda seçim yolu ilə məlum bir əsərə verirlər. Hər şey nisbidir. Nəzəri cəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceətcə, yığılmış zəif əsərlərdən ən yaxşısı bu mükafata layiq görülə bilər və ola bilsin, həmin əsər dünya ədəbiyyatındakı yaxşı əsərlərin ən pisindən də pisdir.
Bizdə layiqli müəlliflər də, layiqli əsərlər də çoxdur.
Bir də gəlin, Nobel mükafatını şişirdib göylərə qaldırmayaq. Bizdə korrupsioner oğlanlar var ki, ağılları olsa, dünya miqyaslı elə mükafatların beşini birdən təsis edər. Onsuz Nobelin kapitalı da, korrupsionerlərimizinki kimi, xalqın idi.
- Sonda Rafiq Tağının oxuculara hər hansı bir ismarıcı varmı?
- Azərbaycanı qurmağa və qorumağa çalışsınlar. Onda ədəbiyyat həyatlarının vacib komponentinə çevriləcək.
Söhbətləşdi: Hikmət Carçılı