İmam Hüseyn və qardaşım

Tarix: 20-05-2019 16:18
Baxış sayı: 1340

Qar­­da­­şım­­la İmam Hü­­sey­­nin şə­­hid­­lik­­lə­­ri bir gü­­nə düş­­dü. Qo­ra­bi­­şi­­rən qay­nar ha­va­lar­da adi me­­yit­­lər ki­­mi şə­­hi­­di də çox sax­­la­­maq ol­­maz­­mış (tə­­bi­­ət qa­­nun­­la­­rı boş şe­­yə bən­­zə­­yən mə­nə­­viy­­yat qa­­nun­­la­­rı­­nı rədd edir). Ona gö­­rə də qar­­da­­şı­­mı elə ke­­çin­­di­­yi yer­­də­­cə tor­­pa­­ğa göm­­müş­­dü­­lər: onun bas­­dı­­rıl­­ma­­sı­­na şə­­hi­­də la­­yiq qiy­­mət­­li dö­­yüş mə­­qam­­la­­rı sərf elə­­miş­­di­­lər. Qar­­da­­şım mol­­la­­sız-ya­­sin­­siz, mü­­ha­­ri­­bə şə­­fəq­­lə­­ri al­­tın­­da, atəş­­pə­­rəst­cə­­si­­nə dəfn olun­­muş­­du. ...Gü­­man, imam Hü­­sey­­ni də çox yu­­bat­­ma­­yıb­­lar. Ma­­ğıl biz­­lər­­də hər­­dən sə­rin meh əsir - Kər­­bə­­la çöl­­lə­­rin­­dəsə yə­­qin ha­­va nə­­fəs çək­­mə­­yə də bəs elə­­məz.

Nəhs xə­­bər bi­­zi ima­­mın üçün­­dən son­­ra haq­­la­­dı, yəni qar­­da­­şı­­mın da ke­­çir­­mə­­di­­yi­­miz üçün­­dən son­­ra. Ona­­can şiə qır­­ğın­­la­­rı haq­­qın­­da mol­­la­­mı­­zın min­­bər­­dən zikr elə­­di­­yi hə­­dis­­lə­­rə ləz­­zət­­lə qu­­laq as­­mış­­dım. VII əs­­rin in­­for­­ma­­si­­ya­­sı hə­­mi­­şə­­ki qay­­da­­da tək­­rar­­la­­nır, in­­san­­la­­rı tə­­zə­­dən riq­­qə­­tə gə­­ti­­rir, at boy­­da ki­­şi­­lə­­ri hön­­kür-hön­­kür ağ­­la­­dır­­dı - o ki­­şi­­lə­­ri ki, Azər­­bay­­ca­­nın iş­­ğa­­lı bo­­yu, məhz ki­­şi ol­­duq­­la­­rı­­na gö­­rə, göz­­lə­­rin­­dən seç­­mə boy­­da bir­­cə gi­­lə yaş sız­dır­ma­­mış­­dı­­lar. On­­lar öz fa­­ci­­ə­­lə­­ri­­ni qup­­qu­­ru göz­­lər­­lə seyr et­­mə­­yə adət­­kər­­dəy­­di­­lər.

Yə­­qin imam mü­­si­­bə­­ti­­nin ki­­şi­­li­­yə dəx­­li yox­­dur.

Azər­­bay­­can­­da IX əs­­rə­­cən bu mü­­si­­bə­­tə ağ­­la­­ma­­yıb­­lar. On­­dan bir kəs xə­­bər tut­­ma­­yıb da. Hən­­ga­­mə üç əsr son­­ra baş­­la­­yıb.

Mə­­nim qar­­daş mü­­si­­bə­­tin­­dən üç gün son­­ra xə­­bər tut­­ma­­ğım bi­­zim şiə mü­­si­­bət­­lə­­rin­­dən üç əsr son­­ra xə­­bər tut­­ma­­ğı­­mız ki­­mi bir şey­­di. Üç gün üç əs­­rin ki­­çil­­dil­­miş for­­ma­­sı idi.

Ək­­si­­nə, mə­­ni bəx­­tə­­vər­­li­­yə gö­­tür­­müş­dü­­lər: qar­­da­­şı­­ma imam Hü­­seyn­lə bir gün­­də şə­­hid­­lik ça­­tıb. Bu mü­­na­­si­­bət­­lə az qal­­ır­dı mə­­ni çim­­dik­­lə­­yə­­lər, hət­­ta gül­­dür­­mək üçün qı­­dıq­­la­­ya­­lar da. Hə­, mən se­­vin­­cdən uç­­ma­­lı idim; axı, şə­­hid­­li­­yin nə ey­­bi, həm də nə zi­­ya­­nı. Əl­­bət­­tə, in­­di­­ki şə­­hid­­lik 20-30 il son­­ra boş-bo­ş xəs­tə­lik­lər­lə öl­­mək­­dən min pay yax­­şı­­dır. Be­­lə şe­­yi əl­­dən bu­­rax­­maq sə­­feh­­lik olar­­dı. Bir gör qar­­da­­şım nə gö­­zəl in­­san imiş: hər adama nə­­sib ol­­ma­­yan gün­­də Yer üzü­­nün elə-be­­lə ölü­­lə­­ri­­nə yox, şü­­hə­­da­­la­­rı­­na qo­­şul­­muş­­du. Ya­­pon­­la­­rın­­mış ki­­mi mü­­kəm­­məl bir cən­­nət əli­­nə ha­­va­­yı düş­­müş­­dü. Sən de­­mə, bu al­­ma­­ya­­naq, can­­la­­rı buz bal­­ta­­sı ki­­mi möh­­kəm in­­san­­lar şə­­hid­­lik­­dən, özü də onun imam Hü­­seyn­lə bir gün­­də ola­­nın­­dan öt­­rü ölür­­müş­­lər. Bə nə, gö­­zəl gün­­dür. İlin bəl­­kə də ən mü­­ba­­rək gü­­nü­­dür. Dün­­ya­­da­­kı ölən­­lə­­rin 365, dörd il­­dən bir də 366-da bir his­­sə­­si ca­­nı­­nı hə­­min gün tap­­şı­­rır - de­­mə­­li, bəx­­tə­­vər in­­san­­lar­­dır. Hə­­min bəx­­tə­­vər­­lər il­­bə­­il ço­­xa­­lır, hər­­çənd bir uc­­dan unu­­du­­lur­­lar da. Bəx­­tə­­vər­­lik əbə­­diy­­yə­­tə də­­la­­lət et­mir. Hə, bə­­şə­­riy­­yə­­tin ən azı imam Hü­­seyn­lə bir gün­­də şə­­hid olub xoş­­bəxt­li­­yə çat­­ma im­­ka­­nı var­­mış. Ölü­­lər di­­ri­­lər­­dən şans­lı­­dır. Elə bil qar­­da­­şı­­mın lo­­te­­re­­ya­­sı udu­­şa düş­­müş­­dü. Qar­­da­­şı­­ma gö­­rə mən də üzüm­­də lo­­te­­re­­ya­­sı uduşa dü­şən­lər sa­­ya­­ğı tə­­bəs­­süm gəz­­di­­rir­­dim. Qoy gör­­sün­­lər ki, heç də qar­­da­­şı­­mın imam Hü­­seyn­lə bir gün­­də şə­­hid­­li­­yi­­nə, elə imam Hü­­sey­­nin öz cə­­la­­lı xa­­ti­­ri­­nə, tə­­əs­­süf­­lən­­mi­­rəm. Bu­­yu­­rub şə­­ha­­dət­­lik elə­­sin­­lər. Qoy mə­­nim əsa­­sən üst do­­da­­ğı­­ma qo­­nan tə­­bəs­­süm­­lər dil­­lər­­də das­­tan ol­­sun. İmam Hü­­sey­­nə eh­­ti­­ra­­mı­­mı ha­­mı - əsas da bi­­zim cə­­nab qa­­ra mol­­la gör­­sün. Mol­­la bil­­di - aləm bil­­di. Qoy mol­­la bu tə­­bəs­­sü­­mə gö­­rə də, bir əla­­və ola­­raq, mə­­nim dün­­ya­­dan kö­­çən­­lə­­ri­­mə sa­­la­­vat çe­­virt­dir­­sin.

Am­­ma bə­­şə­­riy­­yə­­tin in­­sa­­na heç də ləz­­zət elə­­mə­­yən bu cür yer­­siz xoş­­bəxt­lik­­lər uy­­dur­­ma­­ğı ol­­ma­­ya da-a. ...Özü də üst do­­da­­ğım­­da­­kı hə­­min tə­­bəs­­sü­­mü ko­­bud­­ca­­sı­­na yox, zə­­rif tərz­də - imam Hü­­sey­­nin xa­­ti­­ri­­nə uy­­du­­rul­­muş ağ­­lar üz­­də sez­­dir­­mə­­liy­­dim. Üst do­­daq­­da tə­­bəs­­süm və onun al­­tın­­da ağ­­lar üz iki­­qat akt­yor­­luq­­la müm­­kün­­dü.

İma­­mın üçü­­nə­­cən qar­­da­­şı­­ma da ağ­­la­­maq əvə­­zi­­nə tək­­cə imam Hü­­sey­­nə ağ­­la­­mı­­şam (nə yax­­şı, bu il çö­­rək da­­lın­­ca Rus­­yə­­tə-za­­da get­­mə­­dim). Hər­­çənd bu ağ­­la­­ma­­lar­­da ürə­­yim yay ya­­ğış­­la­­rı ki­­mi tez bo­­şa­­lır­­dı. İmam Hü­­sey­­nə ağ­­la­­ma­­lar üç-beş də­­qi­­qə­­yə, özü də qə­­fil­­dən qur­­ta­­rır, dər­­hal da qəl­­bim­­də Gü­­nəş şək­­lin­­də se­­vinc do­­ğu­­lur­­du. Hər hal­­da, qar­­da­­şı­­mın ba­­şı­­na gə­­lən oyun­­dan son­­ra ağ­­la­­mı­­şam. Şaq­­qa­­naq çə­­kib gül­­mə­­mi­­şəm ki. Üçə­­cən toy-şən­­lik­­də ol­­ma­­dı­­ğı­­mı ha­­mı gö­­rüb, hər­­çənd qur­­ba­­nol­­du­­ğu­­muz ol­­ma­­say­­dı, da­­ha doğ­­ru­­su, o, şə­­hid ol­­ma­­say­­dı, ola bil­­sin, ola­­caq­­dım. Al­­la­­ha çox şü­­kür ki, ar­­vad­­la bir­­cə kə­­rə yat­­ma­­ğı say­­ma­­sam, hər şey ma­­tə­­mə uy­­ğun tərz­də ke­­çib. Əs­­lin­­də ar­­vad­­la is­­tə­­ni­­lən mə­­qam­­da ya­­ta da bi­­lər­­sən - bu, əx­­la­­qa zidd hə­­rə­­kət de­­yil, ək­­si­­nə, ona tam uy­­ğun­­dur. Yə­­qin şə­­ri­­ət­­də gös­­tə­­ril­­mə­­miş ol­­maz ki, mü­­səl­­man dün­­ya­­sın­­da ar­­vad­­la ke­­fin­­dən yox, bəl­­kə də dərd­dən ya­­tır­­lar. Dər­­di azalt­maq üçün. Həm də əsa­­sən nə­­sil ar­­tır­­ma­­ğa. Nə­­sil prob­­le­­mi ol­­maya, han­sı ko­po­yoğ­lu ar­vad­la ya­tar! Bəl­­kə şə­­ri­­ət də ar­­vad­­la yat­­ma­­ğı ya­­saq bu­­yu­­rar­­dı. Mən ar­­vad­­la həm də plan xa­­ti­­ri­­nə yat­­mı­­şam: onun gül ağ­­zı açıl­ma­sın de­­yə. Qar­­da­­şı­­mın ru­­hu qa­­nun­­la mə­­ni qı­­na­­ma­­ma­­lı­­dır: yə­­qin rəh­­mət­­li­­yin özü­­nə əyan­­­­dır ki, plan na­­mi­­nə olan hər şey mə­­şəq­­qət­­dir. Plan üz­­rə ar­­vad­­la yat­­maq şax­­sey-vax­­sey ki­­mi zü­­lüm bir iş­­dir. Fil­­hə­­qi­­qə, qar­­da­­şı­­mın mü­­ba­­rək ru­­hu qar­­şı­­sın­­da al­­nım açıq, üzüm ağ­­dı.

İma­­mın yed­­di­­sin­­də qar­­da­­şı­­mın yed­­di­­si­­ni ve­­rə­­si ol­­dum. Bü­­tün şiə alə­­mi bu də­­fə san­­ki tək bir imam Hü­­sey­­nə yox, həm də qar­­da­­şı­­ma yas tu­­tur­­du. İmam Hü­­seyn­lə qar­­da­­şı­­mın yed­­di­­lə­­ri gü­­nü bir­­cə mü­­səl­­man ai­­lə­­sin­­də şad­­ya­­na­­lıq-zad ol­­ma­­dı.

Ha­­yıf, Aşu­­ra gə­­zər­­gi­­dir; gə­­lən il on gün qa­­ba­­ğa qa­­ça­­caq. On­­da qar­­da­­şı­­mın ili Aşu­­ra­­dan on­­ca gün da­­la dü­­şə­­cək. Gə­­rək il tə­­zə­­dən 36,5, ya 36,6 də­­fə fır­­la­­na-də­­yi­­şi­­lə ki (bəl­­kə ona­­can özüm dün­­ya­­mı də­­yiş­­dim), ye­­nə qar­­da­­şım­­la imam Hü­­sey­­nin ələm gün­­lə­­ri üst-üs­­tə dü­­şə. Ba­­rı in­­di­­dən baş­­da­­şın­­da­­sa onun şə­­hid­­li­­yi imam Hü­­sey­­nin qətl gü­­nü ilə uz­­laş­­dı­­rı­­la... Əf­­sus, hə­­lə­­lik bu­­na müm­­kü­­nat yox­­du; onun qəb­­ri iş­­ğal al­­tın­­day­­dı. Özü də düş­mən iş­­ğal tor­­paq­­la­­rı­­mı­­zın tə­­sər­­rü­­fa­­ta ya­­rar­­lı sa­­hə­­lə­­ri­­ni qə­­bi­­ris­­tan­­lıq­­la­­rı­­mız qə­­dər ar­­tı­­rıb; qə­­bi­­ris­­tan­­lıq­­la­­rı­­mız əkin-bi­­çin yer­­lə­­ri­­nə çev­­ri­­lib. Qor­­xa­­san, biz də­­bə­­rib tor­­paq­­la­­rı ge­­ri ala­­na­­can qar­­da­­şı­­mın qəb­­ri də yer­­lə bə­­ra­­bər­­ləş­­di­­ri­­lə. Mü­­səl­­man­­ca ola­­caq­­dı­­sa da, dü­­zü, onun qəb­­ri­­nin it­­mə­­yi­­ni heç cür is­­tə­­mir­­dim. Ya­­xud onun bas­­dı­­rıl­­dı­­ğı ye­­ri gö­­rən dost­la­­rı ha­çan­sa hə­­lak olub qur­­ta­­ra bi­­lər­­di­­lər: ar­­tıq üçü öl­­müş, hələ ölən­­lər­­dən bi­­ri mil­­li qəh­­rə­­man adı da al­­mış­­dı. Bəl­­kə də qar­­da­­şım özü­­mü­­zün­­kü­­lə­­rin za­­va­­lı­­na gəl­­miş­­di. Ney­­lə­­yə­­sən ki, iş­­ğal bü­­tün təh­­qi­­qat­­la­­rı if­­lic elə­­yib və yə­­qin əda­­lət bu tez­­lik­­də bər­­qə­­rar ola bil­­mə­­yə­­cək­­di.

Hə, Azər­­bay­­can yal­­nız mə­­hər­­rəm ayın­­da mü­­ha­­ri­­bə ge­­dən öl­­kə­­yə ox­­şa­­yır. Yal­­nız VII əs­­rin hər­bi-dini qov­­ğa­­la­­rı ağ­­lar ov­­qat ya­­rat­­ma­­ğa qa­­dir­­di. Xo­­ca­­lı qır­­ğı­­nı gün­­lə­­rin­­də mil­­lət imam­­la­­ra zar-zar ağ­­la­­yır­­dı. Qaç­­qın­­lar öz­­lə­­ri yol bo­­yu yal­­lı­­ya bən­­zər hə­­rə­­kət­­lər­­lə "şah Hü­­seyn, vah Hü­­seyn" qış­­qı­­rır, göz­­lə­­ri­­nin mü­­zü­­yü­­nü kön­­də­­lən ya­­ğış­­lar ki­­mi sa­­ğa-so­­la sə­­pə­­lə­­yir­­di­­lər. Mər­­si­­yə­­xan ar­­vad­­lar (nə­­dən­­sə, on­­la­­rın ək­­sə­­riy­­yə­­ti bo­­şan­­mış olur) çöl­lü-bi­­ya­­ba­­nın cə­­hən­­nəm is­­ti­­sin­­də  ca­­ma­­a­­ta şər­­bət içiz­­di­­rir, həm də  şip­­şi­­rin cövr­lər çək­­di­­rir­­di­­lər.

Mə­­hər­­rəm­­lik qur­­ta­­ran ki­­mi hər yanı yek­­nə­­səq gün­­lər qap­sadı. An­­caq rəh­­mət­­lik qar­­da­­şım hər cə­­hət­­cə mü­­qəd­­dəs­­lə­­rə ox­­şa­­ma­­ğa baş­­la­­mış­­dı. Ya­­xud ata-ana­­sı mə­­nim də atam və anam olan in­­san bəl­­kə ar­­tıq mü­­qəd­­dəs ol­muş­du  Al­­lah, sə­­ni ta­­nı­­ma­­ya­­na lə­nət!..

 

21.VII.1995 - 31.VII.1996

 

Digər xəbərlər

Rafiq Tağıya elegiya

Qara azadlıq etüdləri

Qardaşı İlqar Tağının Rafiq haqqında müsahibəsi

Cavanşir Yusifli: "Uzun namlu silahlar..."

Əbülfəz Elçibəy / GÖY DASTAN

Şərhlər