Tarix: 25-03-2015 11:10
Baxış sayı: 2640
Yanvarın 2-də yazıçı Rafiq Tağının ölümünün 40-cı günü tamam olub.
Həmkarları, jurnalist dostları Rafiq Tağının qəbri üstündə anım mərasimi keçiriblər.
Yazıçı-publisist Əjdər Ol və filosof Asif Atanın davamçılarından İşıqlı Atalı çıxış edərək Rafiq Tağının Azərbaycan üçün əhəmiyyətindən danışdılar, ümid etdilər ki, yazıçının qatili tezliklə tapılacaq.
Noyabrın 19-da Rafiq Tağını naməlum şəxs bıçaqlamışdı. O, çoxlu bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxa bilmişdi. Noyabrın 23-də isə yazar xəstəxanada keçinib.
Rafiq Tağı həm İran rejimi, həm də hakimiyyət əleyhinə tənqidi yazılarla tanınırdı.
Yazıçı-publisist Rafiq Tağı xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.