Toğrulnərimanbəyov rəssamlar

Tarix: 22-07-2017 16:29
Baxış sayı: 2546

Toğrulnərimanbəyov rəssamlar

Fatal qəmlər yemədi,

Qarabağdan

batal rəsmlər çəkmədi

toğrulnərimanbəyov

rəssamlar.

Qocalıqda da

çəkinmədilər

Nyu-Yorkda, Parisdə

dünyadan kam almaqdan.

hirsdən

üzümdə

dermatoloji mənzərələrlə

oyanıram səhərlər.

Batal rəsmli

xoşbəxt müharibələri

gördükcə Avropada

it-bata

düşən

Qarabağ savaşlarına

ağlayıram yavaşca.

Müsibətləri Qarabağın

müsbət

məsbitini

Tapmadı sənətdə.

Fatal qəmlər yemədi

Qarabağdan

batal rəsmlər çəkmədi

toğrulnərimanbəyov

Rəssamlar. 

Digər xəbərlər

Heyvanlar üçün karvansara

QA­­RA­­ÇU­­XA

Adil Qeybulla: "Xalqın bağrından çıxan səs"

Düşmən dostlar

Bir neçə anlıq macəra

Şərhlər