Mariya xala

Tarix: 21-05-2019 12:28
Baxış sayı: 161

Mət­­bə­­xin pən­­cə­­rə­­lə­­ri ye­­nə tut­­qun­du - de­­mək, han­­sı bay­­ra­­ma­­sa az qa­­lır. On­­la­­rın si­­lin­­mə­­yi bay­­ram­­dan-bay­­ra­­ma­­dır. Şö­­bə mü­­di­­ri bu iş­­lə­­ri hə­­mi­­şə də Ma­­ri­­ya xa­­lanın üstünə atacaq. Xa­­hiş et­­sə, yenə dərd ya­­rı­­dır, on­­da ən qa­­ra iş­­lə­­ri də oy­­na­­ya-oy­­na­­ya gö­­rər. An­­caq əmr­lə de­­yir, zə­­hər­­lə­­mək­­lə. Gu­­ya bu, onun və­­zi­­fə­­si­­dir. Və­­zi­­fə­­si də yox, mü­­qəd­­dəs bor­­cu. On­­da ar­­vad az qa­­lır ha­­va­­la­­na, san­­ki ba­­şın­­dan bir qa­­zan qay­­nar su ən­­də­­rir­­lər.

Biz onun­­la an­­caq dəh­­liz­­də gö­­rü­­şər­­dik. Ya mən, ya o, işə gə­­lən­­də; ya o, ya mən iş­­dən ge­­dən­­də. Ya mə­­nim otaq­­dan, onun mət­­bəx­­dən dəh­­li­­zə çıx­­ma­­ğı­­mız bir vax­­ta dü­­şən­­də. Sa­­lam-xu­­da­­ha­­fiz, di vəs­­sa­­lam. Hə, bun­­la­­rın da üs­­tün­­dən - tə­­bəs­­süm. Mə­­nim tə­­bəs­­sü­­müm bö­­yük olan­­da, onun­­ku da bö­­yük olur. O, tə­­bəs­­sü­­mün bö­­yü­­yü­­nə ya­­man se­­vi­­nir; on­­da mən də se­­vi­­ni­­rəm. Öz tə­­bəs­­sü­­müm axır ki, öz se­­vin­­ci­­mə sə­­bəb olur. Adam əv­­vəl se­­vi­­nər, son­­ra üzü­­nə tə­­bəs­­süm qo­­nar; mən­­də ək­­si­­nə­­dir.

Ma­­ri­­ya xa­­la in­­di­­yə­­cən dü­­rüst kəs­­di­­rə bil­­mir: ka­­fed­­ra­­da­­kı­­lar onun or­­da iş­­lə­­mə­­yin­­dən xə­­bər­­dar­­dı­lar, ya yox. Az qa­­la Ni­­ko­­lay­­dan bə­­ri bu xa­ra­bada cə­­hən­­nə­­mə kö­­tük atır, di gəl, sa­­lam kəs­­miş­­lər sa­­la­­mı­­nı elə alır, al­­ma­­sa­­lar on­­dan yax­­şı­­dır. Nə də aş­­paz­­lıq­­dan öz­­gə bir im­­ka­­nı var ki, on­­la­­rın gö­­zün­­də bö­­yü­­sün. Özü or­­da-bur­­da on­­lar­­la öyü­­nə­­cək, am­­ma inan­­ma ki, on­­lar onu heç ol­­ma­­sa ta­­nı­­ya­­lar, adı­­nı bi­­lə­­lər.

Sə­­hər işə ilk tram­­vay­­la gə­­lər. İlk tram­­vay­­da otu­­ran­­la­­rın bəl­­kə də ha­­mı­­sı aş­­paz­­dır - hər hal­­da, ona elə gə­­lir. Ada­­mın hə­­lə ayaq üs­­tə dur­­muş köl­­gə şək­­lin­­də gör­­sən­­di­­yi qa­­ran­­lıq mət­­bəx­­də əl atır qab-qa­­ca­­ğa. San­­ki on­­lar­­la da­­va­­sı var. Qa­­zan­­la­­rı da­­ran­­qa-du­­runq­la ara­­ba­­cı­­ğa yı­­ğır: hay­dı, ye­­mək blo­­kun­­dan xö­­rək­­lə­­ri gə­­tir­­mə­­yə. Alt­mış-yet­­miş xəs­­tə­­nin qar­­nı­­na qul­­luq asan iş de­­yil. La­­kin bu qan­­sız­­la­­rın bi­­ri də in­­di­­yə­­cən ona "sağ ol" de­­mə­­yib. Ye­­di­­lər-iç­­di­­lər - di ya Al­­lah. Ya da ək­­si­­nə, xö­­rək kef­­lə­­ri­­nə bat­­ma­­yan­­da, üs­­tü­­nə çım­­xı­­rır­­lar. Bəl­­kə də on­­lar üçün xö­­rə­­yin dad­­sız­­lı­­ğı dad­­lı­­lı­­ğın­­dan sər­fə­­li­­dir; elə bil qış­­qır­­ma­­ğa bə­­ha­­nə gə­­zir­­lər. O da acıq­­ca on­­la­­ra arxa çe­­vi­­rir - qoy nə qə­­dər kef­­lə­­ri­­di, hür­­sün­­lər. Kra­­nın su­­yu­­nu gur açır. Bəs­­dir al­­çal­­dı! Ye­­tər da­­ha!

Son ay­­ları qaç-qov­­da ya­­şa­­yır­­dı. Bir də gör­­əm, dim­­dik qar­­şım­­da dur­ub. Üzün­­də də min rən­gə ça­lan tə­­bəs­­süm­lər (han­­sı­­nı xoş­­la­­sam se­­çim de­­yə). Bay, mən­­dən borc is­­tə­­di. Baş üstə, göz üs­tə - mən də ça­­ta­­çat ver­­dim. Borc ver­­mək ən asan ba­­şa gə­­lən yax­­şı­­lıq­­dır. Mən üs­­tüm­­də da­­im əla­­və pul gəz­­di­­ri­­rəm ki, is­­tə­­yə­­ni yu­­ban­­ma­­dan razı sala bi­­lim. Borc­lu is­­tər-is­­tə­­məz sə­­ni ha­­çan­­sa xa­­tır­­la­­yır ki, bu da ada­­ma xoş gə­­lir. Xa­­tır­­lan­­maq is­­tə­­yir­­sən­­sə, borc ver.

Val­lah, bu gon­bul-ko­­sa­­ra, diş­­dən mı­­rıq ar­­va­­dı gö­­rən­­də, ürə­­yim hə­­mi­­şə qa­­na dö­­nür. Şə­­hə­­rin or­­ta gö­­bə­­yin­­də­­cə - elə bil uc­­qar bir kənd­də döv­­ran sü­­rür. Ağır gü­­zə­­ran şə­­hər­­liy­­lə kənd­çi­­ni əzib ey­­ni şək­­lə sa­­lan­­dır.

Ma­­aş gün­­lə­­ri özüm on­­dan kə­­nar qa­­çır­­dım. Qoy heç tə­­sa­­dü­­fən də rast­laş­­ma­­yım, qoy elə san­­ma­­sın ki, alacağım­dan öt­­rü gö­­zə girirəm. An­­caq özüciyəz mə­­ni tu­­ta­­caq, sə­­li­­qəy­­lə aybaay de­­yə­­cək ki, hər şey ya­­dın­­da­­dır, da­­rıx­­ma­­yım. Düz­­dü, mən də de­­yi­­rəm ki, da­­rıx­­mı­­ram. Hər­­çənd özü­­mə bir o qə­­dər eti­­ba­­rım yox­­du - ola bi­­lər­­di ki, da­­rı­­xım da. Hər də­­fə mə­­nə ya­­na­­şan­­da, elə bi­­li­­rəm ona ye­­ni­­dən borc ve­­ri­­rəm. Bir yol ve­­ri­­lən borc mə­­nə tək­­rar-tək­­rar hör­­mət gə­­ti­­rir. Nə­­dən­­sə, mə­­nim hör­­mə­­tim yal­­nız borc ver­­dik­­lə­­ri­­min ya­nın­­da­­dır. De­­yə­­sən, hör­­mət ası­­lı­­lı­­ğa da­­ir şey­­dir. An­­caq mən ki on­­dan ası­­lı de­­yi­­ləm - ona hör­­mə­­tim var.

O, nim­­daş ge­­yi­­miy­­lə əsr­lər bo­­yu zil­­lət gör­­müş bir xal­­qın tim­­sa­­lı­­dır. Ma­­ri­­ya xa­­la elə bil ke­­çən əsr­lər ta­­ri­­xi­­nə il­­lüst­ra­­si­­ya idi.

On ilə ya­­xın­­dı ki, ha­­çan­­sa ona öz dö­­şüm­­dən bir yax­­şı­­lıq elə­­mək is­­tə­­yi­­rəm. An­­caq elə de­­yi­­rəm - son­­ra. Əşi, bu gün nə va­­cib­­di - sa­­bah. San­­ki onu yax­­şı­­lı­­ğa da­­dan­­dır­­maq, qu­­durt­maq is­­tə­­mi­­rəm. Borc - onun tə­­şəb­­bü­­süy­­lə olan yax­­şı­­lı­ğım­dı de­­yə, ürək­­dən ti­­kan çı­­xar­­mır­­dı. Heç in­­di­­yə­­cən onun har­­da, kim­­lə ya­­şa­­dı­­ğı­­nı bil­­mi­­rəm, ka­­fed­­ra­­mız­­da­­kı­­lar sa­­ya­­ğı bil­­mək is­­tə­­mi­­rəm də. Onun­­la mən hər gün işə me­­te­­o­­rit­­lər ki­­mi na­­mə­­lum göy­­lər­­dən gə­­lir, bir-bi­­ri­­mi­­zin ya­­nın­­dan ötüb ke­­çir­­dik.

Borc ve­­rən­­dən son­­ra bir gün eşi­­dəm, oğ­­lu ölüb (de­­mək, oğ­­lu var­­mış). Ası­­lı­­lıq­­la­­rı ol­­ma­­dı­­ğın­­dan, ka­­fed­­ra­­da ona baş­­sağ­­lı­­ğı ver­­mə­­di­­lər. De­­yə­­sən, baş­­sağ­­lı­­ğı da ası­­lı­­lı­­ğa da­­ir iş­­di. Ma­­ri­­ya xa­­la­­nın bir ona gü­­ma­­nı gə­­lir­­di ki, öv­­la­­dı­­nın, ci­­yər­­pa­­ra­­sı­­nın hə­­la­­kıy­­la­­sa özü­­nü ad­­la­­rıy­­la fəxr elə­­di­­yi bu adam­­la­­ra ta­­nıt­­dı­­rar. Yox, xey­­ri ol­­ma­­dı. Eşit­­miş­­di ölüm­­lə­­rin xey­­ri də olur - ya­­lan­­mış.

Mən xəl­­və­­tə sa­­lıb ona baş­­sağ­­lı­­ğı ver­­dim, aş­­kar­­da - gü­­lər­­di­­lər. Baş­­sağ­­lı­­ğı mə­­qam­­la­­rın­­da ət­­ra­­fa göz qo­­yur­­dum ki, gə­­lən ol­­sa, tez xu­­da­­ha­­fiz­­lə­­şib ay­­rı­­lım. Mən yal­­nız özüm­­dən yu­­xa­­rı­­lar­­la xoş da­­nış­­ma­­ğa məh­­ku­­mam. An­­caq bir aza­­rım var ki, elə­­cə özüm­­dən aşa­­ğı­­­lar­­la da da­­nış­­maq is­­tə­­yi­­rəm.

- Mə­­ni yan­­dı­­ran nə ol­­du? Əlim aşağıydı, uşa­­ğın dəf­­ni­­ni beş gün ge­­cik­­dir­­dim. Me­­yit or­­ta­­da qal­­mış­­dı... İn­­di borc­la­­rı­­mın ço­­xuy­­la üzü­­lüş­­mü­­şəm, bir­­cə sə­­nin­­ki qa­­lır.

Onun bor­­cu­­mu axı­­ra sax­­la­­ma­­ğın­­da mən bir ya­­xın­­lıq-məhrəmlik gö­­rür, simsarlıq duyur, bun­­dan se­­vi­­nir­­dim. Həm də us­­ta­­lıq iş­­lə­­dib özüm­­dən aşa­­ğı adam­­la tək­­lik­­də söh­­bət elə­­yə bil­­di­­yim­­dən, ka­­fed­­ra­­da da hör­­mə­­ti­­mi sax­­la­­yır­­dım.

Kaş Ma­­ri­­ya xa­­la ölə­­nəcən diş­­lə­­ri­­ni də dü­­zəlt­di­­rə. On­­da elə bi­­lə­­rəm, ka­­sı­­bın da üzü­­nə ağ gün do­­ğar...

 

1983 - 1987

Digər xəbərlər

Rafiq Tağı ittihamlara cavab verdi

SİYASƏTÇİ Sərdar Cəlaloğlu və SƏNƏTÇİ Rafiq Tağı

Kənddə qar

Qoca oğlan

Habil-Qabil əhvalatı

Şərhlər