Vulqar fəlsəfəçilik dövrü

Tarix: 20-05-2019 15:29
Baxış sayı: 150

Beş­­­də-üç­­­də İd­­­ris mü­­­əl­­­lim­­­lə rast­­la­­­şıb vağ­­­za­­­la­­­can bir get­­­mə­­­yi­­­miz var. Ya vağ­­­zal­­­dan - evə gəl­­­mə­­­yi­­­miz. "Elekt­­riç­­­ka"da ka­­­sıb­­­çı­­­lı­­­ğı­­­mı­­­zı çal­­­xa­­­la­­­yı­­­rıq. Bir­­­cə da­­­ya­­­na­­­ca­­­ğa "blisk­­riq" dərd­­ləş­­­mək­­­dən heç ol­­­maz. Hər­­­dən də su­­­sur, gö­­­zü yol çə­­­kir. On­­­da fik­­­ri­­­ni da­­­ğıt­­­maq üçün or­­­ta­­­lı­­­ğa ən­­­d­ra­­­ba­­­di söz­­­lər atı­­­ram:

- "Elekt­­riç­­­ka" nəq­­­liy­­­ya­­­tın klas­­­si­­­ka­­­sı­­­dır.

Gəl bun­­­dan baş aç!

- Təy­­­ya­­­rə­­­dən pi­­­si yox­­­dur, - o, yu­­­xu­­­lu ki­­­mi dil­­­lə­­­nir. Am­­­ma de­­yən, sö­­­zü­­­mü ba­­­şa dü­­­şüb.

- Gö­­­rən, ve­­­lo­­­si­­­ped də nəq­­­liy­­­yat sa­­­yı­­­lır­­­mı? - onun ca­­­va­­­bı qar­­­şı­­­sı­­­na bir su­­­al  di­­­yir­­­lə­­­di­­­rəm.

Uca bo­­­yu gənc­­lik­­­dən ona hör­­­mət gə­­­ti­­­rib. Ölü­­­dü­­­sə, bu hör­­­mət­­­lər­­­lə di­­­ri­­­lib. Hə­­­lə in­­­di ca­­­nı dü­­­şüb; ca­­­mış ki­­­mi iricə sü­­­mük­­­lə­­­ri qa­­­lır. Şux çağ­­­la­­­rın­­­da özü­­­nü is­­­tə­­­ni­­­lən məc­­­li­­­sin şa­­­hı sa­­­yar­­­mış. Har­­­da otu­r­­du­­­sa, ha­­­mı gö­­­zü­­­nü onun ağ­­­zı­­­na di­k­­məli imiş.

"Cə­­­fər Cab­­­bar­­­lı"nın ya­­­nın­­­da: 

- Sən ha­­­ra? - so­­­ru­­­şa­­­caq. - Be­­­lə­­­yə­­­mi?

Əl-qol hə­­­rə­­­kət­­­lə­­­ri onun üçün fi­­­kir iz­­­ha­­­rı­­­nın kö­­­mək­­­çi va­­­si­­­tə­­­lə­­­ri­­­dir.

- Hə, mən be­­­lə­­­yə.

Mü­­­əl­­­lim­­­lə "bə­­­li-xeyr"lə da­­­nı­­­şar­­­lar, mə­­­nim­­­kisə - "hə-yox"du.

- Mən -­ bu yana, - o, ba­­­şı­­­nı çön­­­dər­­­di­­­yi səm­­­tə əli­­­ni də uza­­­dır.

- On­­­da hə­­­lə­­­lik, -  mən tez de­­­yi­­rəm.

İd­­­ris mü­­­əl­­­lim "kə­­­ma­­­ğıl­­­lar mək­­­tə­­­bi"nin di­­­rek­­­to­­­ru­­­dur. Hə­­­mi­­­şə za­­­ra­­­fat­­­la nə qə­­­dər be­­­lə de­­­yib­­­sə, bəl­­­kə öz mək­­­tə­­­bi­­­nin dü­­­rüst adı­­­nı unu­­­dub da. Onun mək­­­tə­­­bin­­­də təd­­­ris axı­­­ra­­­can ib­­­ti­­­da­­­i­­­dir. Ri­­­ya­­­ziy­­­yat he­­­sab sə­­­viy­­­yə­­­sin­­­dən yük­­­sə­­­yə qalx­­maz. Hərf­­lə­­­ri uşaq­­­la­­­ra hey­­­van­­­lar ki­­­mi, hey­­­van­­­la­­­rı­­­sa  hərf­­lər ki­­­mi ta­­­nı­­­dır­­­lar. Mə­­­sə­­­lən, dov­­­şa­­­nı gös­­­tə­­­rib bığ ye­­­ri tə­­­zə­­­cə tər­­­lə­­­miş bir "öküz"­dən so­­­ru­­­şur­­­lar - "Bu nə­­­dir?" "D", - "öküz" de­­­yir. Or­­­da­­­kı­­­la­­­ra Azər­­­bay­­­ca­­­nın öl­­­kə ol­­­du­­­ğu­­­nu hə­­­lə də an­­­la­­­da bil­­­mə­­­yib­­­lər. Öl­­­kə­­­yə da­­­ir hey­­­van şək­­­li yox­­­dur. Bə­­­zi­­­lə­­­ri elə bi­­­lir Azər­­­bay­­­can ye­­­mə­­­li şey­­­dir. Dər­­­sin or­­­ta­­­sın­­­da­­­ca al­­­ma-hey­­­va tə­­­piş­­­di­­­rər, fı­­­sıl­­­da­­­şa-fı­­­sıl­­­da­­­şa yer­­­kö­­­kü gə­­­mirt­­lə­­­yər­­­lər. Dərs on­­­lar üçün kol­­­lek­­­tiv oyun ye­­­ri­­­dir. İd­­­ris mü­­­əl­­­lim özü çox­­­dan on­­­la­­­rın ta­­­yı olub. Bir tək uzaq­­­dan sa­­­lam­­­laş­­­ma­­­ğı­­­nı gö­­­rən, "bu­­­nun ba­­­şı çat­­­mır", de­­­yər.

- E-e-a-a-e! - bu onun mə­­­ni səs­­­lə­­­mə­­­si­­­dir. Bəl­­­kə onun­­­la ar­­­tıq dos­­­tuq­­­sa da, de­­­yən, hə­­­rif adı­­­mı bil­­­mir.

- Ay sa­­­lam! Sa­­­lam! - bu da mən.

- İı-ü-e? - la­­­lın di­­­li­­­ni ana­­­sı bi­­­lər - bu, "nə var, nə yox?" mə­­­na­­­sın­­­da­­­dır. Ya ola bil­­­sin - "ne­­­cə­­­sən?" An­­­caq "nə var, nə yox" elə "ne­­­cə­­­sən"in si­­­no­­­ni­­­mi­­­dir. On­­­suz mə­­­nim hə­­­ya­­­tım­­­da heç bir şe­­­yin onun üçün əhə­­­miy­­­yə­­­ti yox­­­du; odur ki, ca­­­vab­­­dan vaz ke­­­çi­­­rəm.

- Bə siz­­­də nə var, nə yox? Be­­­lə­­­yə ge­­­dir­­­si­­­niz? - gu­­­ya onun ha­­­ra yol ölç­­mə­­­yi­­­nin də mə­­­nə bir is­­­ti-so­­­yu­­­ğu var. O, uzun qo­­­lu­­­nu ra­­­zı­­­lıq əla­­­mə­­­ti ola­­­raq, həm də "otur" işa­­­rə­­­si ve­­­rən ki­­­mi yu­­­xa­­­rı qal­­­dı­­­rıb, aşa­­­ğı en­­­di­­­rir.

- "Sı­­­nız, si­­­niz!"

Mü­­­əl­­­lim ki mü­­­əl­­­lim, di­­­lim­­­də sü­­­ni səs­­­lə­­­nən şə­­­kil­­­çi­­­lə­­­ri gör ne­­­cə tut­­­du.

Mək­­­təb­­­də ağıl gə­­­rək ol­­­ma­­­dı­­­ğın­­­dan, o, hə­­­ya­­­tın hər sa­­­hə­­­sin­­­də ağ­­­lın və sö­­­zün ro­­­lu­­­nu mi­­­ni­­­mu­­­ma en­­­di­­­rib. Axı, ağız-do­­­daq əyiş­­­dir­­­mək­­­lə ca­­­vab ver­­­mək olur­­­sa, sö­­­zə nə ha­­­cət. Dü­­­şün­­­cə­­­lə­­­rin­­­də mən­­­ti­­­qə yer ayır­­­mır da. Di­­­li­­­nin ucu­­­na bi­­­rin­­­ci nə gəl­­­di­­­sə, söh­­­bə­­­ti onun əsa­­­sın­­­da qu­­­ra­­­caq. An­­­caq əsas möv­­­zu ke­­­fəh­­­val­­­laş­­­ma­­­ğı­­­mız­­­dı. Bu­­­nun­­­sa qiy­­­mə­­­ti ma­­­hiy­­­yət­­­cə sı­­­fı­­­ra bə­­­ra­­­bər­­­dir. Onun da, mə­­­nim də "yax­­­şı­­­yam" ca­­­vab­­­la­­­rı­­­mız bir-bi­­­ri­­­miz­­­dən xi­­­las şan­­­sı ki­­­mi də­­­yər­­­lən­­­di­­­ri­­­lə bi­­­lər.

Bi­­­zim onal­­­tı­­­mər­­­tə­­­bə­­­dən on­­­la­­­rın yas­­­tı-ya­­­pa­­­laq bir­­­mər­­­tə­­­bə­­­lə­­­ri ovuc içi ki­­­mi gör­­­sə­­­nir. Bir­­­mər­­­tə­­­bə­­­lə­­­ri kə­­­sən hə­­­yət dar bir dəh­­­li­­­zi xa­­­tır­­­la­­­dır. Sağ-sol­­­da­­­kı ev­­­lə­­­rin adam­­­la­­­rı yu­­­va­­­la­­­rı­­­na  gi­­­rib-çı­­­xan si­­­çan-si­­­ço­­­vul tə­­­si­­­ri ba­­­ğış­­­la­­­yır. Da­­­mı qır ba­­­sı­­­lı mən­­­zil­­­lə­­­rə yay cə­­­hən­­­nəm ki­­­mi gə­­­lir. Xəz­­­ri bu cə­­­hən­­­nə­­­min üs­­­tün­­­dən əsir. Mü­­­əl­­­lim özü boy­­­nu­­­na alır: qır be­­­yin­­­lə­­­ri­­­ni əri­­­dib. İnan, de­­­yir, kəl­­­lə ol­­­ma­­­sa, bey­­­ni­­­miz həl­­­mə­­­şik bir ma­­­ye ki­­­mi sü­­­zü­­­lüb ge­­­dər. O hər söh­­­bə­­­tin­­­də kəl­­­lə­­­yə min­­­nət­­­dar­­­lı­­­ğı­­­nı bil­­­di­­­rir. Bu­­­nu da boy­­­nu­­­na alır ki, heç vaxt düz-əməl­­­li mək­­­təb­­­də iş­­­lə­­­yə bil­­­məz­­­di. Kə­­­ma­­­ğıl­­­lar -  al­­nına ya­­­zı­­lıb.  Nor­­­mal şa­­­gird onun üçün qə­­­bu­­­le­­­dil­­­məz­­­di.

"Dəh­­­liz" ge­­­dib-ge­­­dib də­­­mir yo­­­lu­­­na di­­­rə­­­nir. Yük və sər­­­ni­­­şin qa­­­tar­­­la­­­rı qu­­­laq­­­la­­­rı­­­nın di­­­bin­­­dən ötür. On­­­da pən­­­cə­­­rə­­­lə­­­ri cin­­­gil­­­də­­­şir. Kim daş ki­­­mi ya­­­ta ha, ye­­­nə dik­­­si­­­nə­­­cək, qın­­­ca­­­nıb-za­­­rı­­­ya­­­caq. Ya kim­­­sə bir böy­­­rü üs­­­tün­­­dən di­­­gə­­­ri­­­nə aşa­­­caq. Stan­­­si­­­ya nə­­­za­­­rət­­­çi­­­lə­­­ri ki­­­mi də yat­­­dı­­­ğı yer­­­də­­­cə gə­­­lən-ge­­­dən qa­­­tar­­­la­­­rı sa­­­yır. "Ba­­­kı-Mosk­­va" ada­­­mın qu­­­la­­­ğı­­­na qı­­­yıq kimi san­­­cı­­­lır. Yal­­­nız ara sa­­­kit­­­lə­­­şən­­­də mür­­­gü dö­­­yər. Ev­­­də yat­­­ma­­­ğı iş­­­də yat­­­maq ki­­­mi bir şey­­­dir. "Mən­­­də də­­­mir yo­­­lu xəs­­­tə­­­li­­­yi var", de­­­yir. Dik­­­si­­­nə-dik­­­si­­­nə yat­­­maq bu­­­nun ən bi­­­rin­­­ci əla­­­mə­­­ti­­­dir. İn­­­di be­­­lə  çı­­­xır, zəq­­­qum rəng­­li sər­­­ni­­­şin və ala­­­bə­­­zək yük qa­­­tar­­­la­­­rın­­­dan yal­­­nız öl­­­mək­­­lə qur­­­tul­­­maq müm­­­kün­­­dür. An­­­caq hər ne­­­cə ola, İd­­­ris mü­­­əl­­­lim ye­­­nə də­­­mir yo­­­lu­­­nu tram­­­vay xət­­­tin­­­dən üs­­­tün tu­­­tur. Əşi, tram­­­vay ada­­­mın ca­­­nı­­­nı alır; hər ötüb-ke­­­çən­­­də, de­­­yir­­­sən, hə­­­yət­­­də zəl­­­zə­­­lə qo­­­pur. "Mon­­­tin"də­­­ki tram­­­vay xət­­­ti üs­­­tün­­­də qə­­­dim bir dos­­­tu qa­­­lır; əsl zəl­­­zə­­­lə­­­ni ta­­­nı­­­maz. İd­­­ris hər iş­­­də özü­­­nü onun­­­la öl­­­çür. Gu­­­ya on­­­dan qat-qat xoş­­­bəxt­­dir. Bu xoş­­­bəxt­­li­­­yi ri­­­ya­­­zi he­­­sab­­­la­­­maq da olar: ke­­­çən tram­­­vay­­­la­­­rın sa­­­yı­­­nı qa­­­tar­­­la­­­rın­­­kı­­­na böl­­­mək­­­lə. Hə, tram­­­vay on­­­la­­­rı qı­­­rıb-çat­­­maq­­­da. Tram­­­vay xət­­­ti üs­­­tün­­­də­­­ki­­­lər də­­­mir yo­­­lun­­­da­­­kı­­­la­­­ra hə­­­səd apa­­­rar. Dos­­­tun­­­da qan təz­­­yi­­­qi on­­­da­­­kın­­­dan hə­­­mi­­­şə yük­­­sək olur. "Ürə­­­yi­­­mə da­­­mıb, o mən­­­dən tez ölə­­­cək", - İd­­­ris de­­­yir. "Al­­­lah elə­­­mə­­­sin", -  bu mə­­­nəm. "Ca­­­nı da çı­­­xa­­­caq", - İd­­­ris dil bo­­­ğa­­­za qoy­­­mur. Gö­­­rü­­­nür, za­­­ra­­­fat­­­la­­­rı var. "Mən hə­­­lə 20 il qa­­­baq Ba­­­kı­­­nın cən­­­nət bir gu­­­şə­­­sin­­­də ona ev tap­­­mış­­­dım, qu­­­dur­­­du. İn­­­di qoy öl­­­sün or­­­da, ona haqq olur". Mən axı­­­ra­­­can mə­­­də­­­ni qal­­­maq­­­da­­­yam - "al­­­la­­­he­­­lə­­­mə­­­sin"lə­­­ri sa­­­pa düz­­­mü­­­şəm. Gü­­­ya mən üzü­­­nü gör­­­mə­­­di­­­yim dos­­­tu­­­nu onun özün­­­dən çox is­­­tə­­­yir­­­dim.

Mü­­­əl­­­lim get-ge­­­də qo­­­ca pa­­­lı­­­da bən­­­zə­­­mək­­­də. Yə­­­qin qə­­­fil yı­­­xı­­­la­­­caq. Dü­­­zü, mə­­­nim gö­­­züm yı­­­xı­­­la­­­sı adam­­­la­­­rı uzaq­­­dan alır. Bu ba­­­rə­­­də "is­­­pi­­­sə­­­list" ol­­­mu­­­şam. Ən çox da nə­­­və­­­lə­­­ri­­­ni qu­­­ca­­­ğı­­­na alıb mə­­­lul otur­­­ma­­­la­­­rın­­­dan, dün­­­ya­­­nı ça­­­lıb-ça­­­pan­­­lar ba­­­rə­­­sin­­­də na­­­ə­­­lac da­­­nış­­­ma­­­la­­­rın­­­dan.

* * *

Bir gün obaş­­­dan tax­­ta-də­­­mir sə­­­si­­­nə oyan­­­dım. Gü­­­nəş hə­­­lə yat­­­mış­­­dı. Ha­­­va işıq­­­la­­­şa­­­na­­­can bir­­­mər­­­tə­­­bə­­­lər­­­lə bi­­­zim "onal­­­tı"mız ara­­­sın­­­da bre­­­zent bir ma­­­ğar ar­­­tıq ha­­­zır idi. Hər hal­­­da, onu toy üçün qur­­­ma­­­mış­­­dı­­­lar. Gi­­­riş­­­də ke­­­şik­­­çi­­­lər  sa­­­ya­­­ğı gör­­­sə­­­nən iki iri sa­­­mo­­­var ada­­­mın ca­­­nı­­­na üşüt­­­mə sa­­­lır­­­dı. Ey­­­van­­­dan içə­­­ri cu­­­mub qış­­­qır­­­dım - "Or­­­da kim­­­sə ölüb!" An­­­caq son­­­ra gör­­­düm yer­­­siz qış­­­qır­­­mı­­­şam. Tə­­­ləs­­­mi­­­şəm. Ək­­­si­­­nə, bu ölüm hə­­­mi­­­şə­­­ki­­­lər ki­­­mi mə­­­nə məm­­­nun­­­luq gə­­­tir­­­mə­­­li idi. Az keç­­­mə­­­di, gə­­­tir­­­di də. Ar­­­vad da ey­­­va­­­na tez-tez gi­­­rib-çı­­­xır, fak­­­tı sa­­­kit­­­cə­­­nə təs­­­tiq­­­lə­­­yir­­di - "Hə, or­­­da ölən var". Şü­­­kür kə­­­ra­­­mə­­­ti­­­nə, İla­­­hi, bu şo­­­ğə­­­rib də mə­­­nim sö­­­zü­­­mü gö­­­yər­­­dər­­­miş. Onun­­la daim di­­diş­­mə­­də­­yik; in­­di ba­­­rı­­­şan ki­­­mi ol­­­duq. Həm də san­­­ki hə­­­rə­­­kət­­­lə­­­ri­­­miz art­­dı. Nə­­­dən­­­sə, ölüm adı eşi­­­dən­­­də, adam ci­­­və­­­yə dö­­­nür. Hə, ar­­­vad­­­la sö­­­zü­­­müz yal­­­nız ölən­­­lə­­­rin təs­­­diq­­­lən­­­mə­­­si ba­­­rə­­­sin­­­də düz gə­­­lir­­­di. De­­­yi­­­rəm, kaş elə hə­­­mi­­­şə kim­­­sə ölə, mən onun sö­­­zü­­­nə "hə" de­­­yəm, o - mə­­­nim. Bu həm də sev­­­gi­­­yə bən­­­zə­­­yər­­­di. Ölən kim­­­di­­­sə, yad­­­dı. Çün­­­ki bi­­­zə bir zəng-zad gəl­­­mə­­­di. Tə­­­ki yad ol­­­sun, doğ­­­ma ol­­­ma­­­sın. Yad ölü­­­mü evə bay­­­ram ki­­­mi gə­­­lir. Da­­­yan, qoy yad­­­da­­­şı­­­mı tə­­­zə­­­dən qur­­­da­­­la­­­yım: axı, bu hə­­­yət­­­də bi­­­zə sim­­­sar kim olar? Yə­­­qin mü­­­əl­­­lim­. On­­dan sa­­­va­­­yı heç kim. Bəl­­­kə heç o da yox. Nə ol­­­sun ki, hər­­­dən rast­­la­­­şıb dağ­­­dan-bağ­­­dan da­­­nı­ş­­ma­­ğı­­mız var­­dı. Hə­­­tə­­­rən-pə­­­tə­­­rən söz­­­lə­­­rə nə ve­­­rər­­­lər. Biz min il rast­­la­­­şıb söz söy­­­lə­­­yək, ye­­­nə doğ­­­ma ol­­­ma­­­rıq. Ölüb-ölüb də-ə - bur­­­da nə prob­­­lem ola bi­­­lər. Ha­­­mı ha­­­çan­­­sa öl­­­mə­­­li­­­dir; bu in­­­di ölür.

Ma­­­ğar ge­­­cə­­­yə­­­cən du­­­ra­­­sı idi. Am­­­ma bu gün uşaq­­­la­­­rın hə­­yət­­dəki fut­­­bo­­­lu qal­­­dı. Bir növ, yas Azər­­­bay­­­can fut­­­bo­­­lu­­­nun tə­­­rəq­­­qi­­­si­­­nə ən­­­gəl tö­­­rət­­­di.

Za­­­ra­­­fat öz ye­­­rin­­­də, ölən bir­­­dən ça­­­şıb İd­­­ris mü­­­əl­­­lim olar. Əv­­­vəl bir az na­­­ra­­­hat­­­lıq ke­­­çir­­­dim­­­sə də, son­­­ra tez özü­­­mü ələ al­­­dım. Ba­­­yaq de­­­dim: nə ol­­­sun İd­­­ris­­­di? Ölüb, lap yax­­­şı edib. Qoy ya­­­dım­­­dan çıx­­­ma­­­mış de­­­yim ki, Al­­­lah ona rəh­­­mət elə­­­sin. Özü də məs­­­lə­­­hət­­­di­­­sə - qə­­­ni-qə­­­ni. Gu­­­ya bir az gec öl­­­sə, dün­­­ya dü­­­zə­­­lə­­­cək? Ya tez ölər­­sə, dün­­ya da­­ğı­­la­­caq? Al­­­lah şey­­­ta­­­na lə­­­nət elə­­­sin, bu sa­­­at mən ba­­­ya­­­ğı fəl­­­sə­­­fə­­­çi­­­li­­­yə yu­­­var­­­lan­­­maq­­­da­­­yam. Am­­­ma ölən odur­­­sa, nə ca­­­nı qur­­­tar­­­dı! Mə­­­nim də onun­­­la gö­­­rüş­­­lər­­­i­­miz­­də­­­ki vaxt it­­­ki­­­lə­­­ri­­­nə son qo­­­yul­­­du. Ən­­­gə ve­­­rin­­­cə, yol­­­da "cey­­­ran"­la­­­rı seyr edə­­­rəm; on­­­lar­­­dan gö­­­züm doy­­­mur. Hə, İd­­­ris mü­­­əl­­­li­­­min ölü­­­mü mə­­­nim üçün yox yer­­­dən qa­­­zanc idi. Ha­­­zı­­­ra na­­­zir ol­­­muş­­­dum. Da­­­yan, bur­­­da bir iş var, iki əməl: tu­­­taq, heç doğ­­­ma-zad da de­­­yil, bir hə­­­yət qon­­­şu­­­su ki­­­mi mən İd­­­ris mü­­­əl­­­li­­­min hü­­­zü­­­rü­­­nə get­­­mə­­­li­­­yəm­­­mi? Ümu­­­miy­­­yət­­­cə, gö­­­rən, bu dün­­­ya­­­da mə­­­nə də əziz olan bir in­­­san var­­­mı? Sən bir sö­­­zə bax - "əziz". Qo­­­hum-əq­­­rə­­­ba bəl­­­kə də elə­­­sin­­­dən­­­di. Özü də ma­­şal­­lah, it ölü­­­sü, kö­­­pək sü­­­rü­­­sü­­­dü­­­lər. Gö­­­rən, on­­­lar­­­dan hər han­­­sı bi­­­ri ölər­­­sə, bu­­­na ya­­­na­­­ram­­­mı? Ha fi­­­kir­­­lə­­­şi­­­rəm, bu yan­­­ğı­­­nı tə­­­səv­­­vür edə bil­­­mi­­­rəm. Mən ol­­­sa-ol­­­sa uşaq­­­la­­­rı­­­mın ölü­­­mü­­­nə ya­­­na­­­ram. Bu­­­nu yax­­­şı fərz edi­­­rəm. Ha­­­ya­­­na dö­­­nə, ye­­­nə ins­­tink­­tlə­­­ri­­­mə borc­­lu­­­yam; ba­­­rı on­­­lar mə­­­ni in­­­sa­­­na ox­­­şa­­­dır. Ya­­­tan­­­da, ba­­­la­­­la­­­rım güc­­­lə nə­­­fəs alır. İki­­­si­­­nin də bur­­­nun­­­da "ar­­­tıq ət" var. Öz­­­lə­­­ri bö­­­yü­­­yür, "ar­­­tıq ət" də on­­­lar­­­la bir­­­gə. Düz on il­­­di bu işə nöq­­­tə qo­­­ya bil­­­mi­­­rəm. Mən - ömür sü­­­rün­­­dür­­­mə­­­çi­­­si­­­yəm. Am­­­ma on­­­la­­­rın bur­­­nun­­­da­­­kı "ət" hə­­­yat­­­da mə­­­nə öz ye­­­ri­­­mi gös­­­tə­­­rib. At­­­da­­­nıb-düş­­­mə­­­yi­­­nə dəy­­­məz. Mə­­­nim da­­­nış­­­ma­­­ğa di­­­lim ol­­­ma­­­ma­­­lı­­­dır. Tə­­­zə­­­lik­­­cə in­­­qi­­­lab­­­çı­­­lı­­­ğı da tul­­­la­­­mı­­­şam. Bir da­­­yan, ar­­­va­­­da­­­ğam ölər­­­sə, bu­­­na ürə­­­yim ya­­­nar­­­mı?  Çox hıq­­­qa­­­nıb-gü­­­cən­­­dim­­­sə də, bu­­­nu tə­­­səv­­­vür edə bil­­­mə­­­dim. Di gəl, bəl­­­kə özüy­­­lə apa­­­ra­­­ca­­­ğı öd daş­­­la­­­rı­­­nı xa­­­tır­­­la­­­yıb dərd çə­­­kər­­­dim də. Evi yı­­­xıl­­­ma­­­mı­­­şın qı­­­zı get­­­dik­­­cə daş­­­la­­­şır. Hə­­­lə böy­­­rək­­­lə­­­rin­­­də də xey­­­li­­­si ta­­­pı­­­lıb. O san­­­ki öz için­­­dən hey­­­kə­­­lə dön­­­mək­­­də­­­dir. "Sağ­­­lam" öl­­­səy­­­di, bəl­­­kə ona bir elə yan­­­maz­­­dım da.

Bu dü­­­şün­­­cə­­­lər için­­­dən İd­­­ris mü­­­əl­­­lim tə­­­zə­­­dən "baş qal­­­dır­­­dı". Ey­­­va­­­na çı­­­xıb aşa­­­ğı boy­­­lan­­­dım. Ma­­­ğar üst­­dən düz­­­bu­­­caq­­­lı şək­­­lin­­­də gör­­­sə­­­nir­­­di. Or­­­da-bur­­­da çı­­­xın­­­tı­­­la­­­rı var­­­dı. Bre­­­zen­­­tin ad­­­da-bud­­­da yer­­­lə­­­rin­­­də quş zı­­­lı gö­­­zə də­­­yir­­­di; bil­­­mək ol­­­mur, bu, tə­­­zə­­­si idi, yox­­­sa köh­­­nə­­­dən qa­­­lıb qu­­­ru­­­yan­­­dı. Ma­­­ğar az qa­­­la bir ki­­­lo­­­metr uzun­­­lu­­­ğun­­­da­­­dır. Ölən kim­­­di­­­sə, hör­­­mət­­­li şəxs­­di. An­­­caq heç cür kəs­­­dir­­­mir­­­dim: axı, bu hə­­­yət­­­də hör­­­mət­­­li kim ola? İn­­­di­­­yə­­­cən onu ni­­­yə ta­­­nı­­­ma­­­mı­­­şam! Yə­­­qin ev­­­lə­­­rin yas­­­tı-ya­­­pa­­­laq­­­lı­­­ğı­­­na gö­­­rə or­­­da­­­kı in­­­san­­­lar­­­a bir elə ma­­­raq gös­­­tər­­­mə­­­mi­­­şəm. An­­­caq fakt fakt­­lı­­­ğın­­­da qa­­­lır: iç­­­lə­­­rin­­­də bö­­­yük adam da var­­­mış. Ax­­­ta­­­rı­­­şa nə ha­­­cət, bur­­­da ye­­­nə İd­­­ris mü­­­əl­­­lim hör­­­mət sa­­­hi­­­bi ola bi­­­lər­­­di. Mü­­­əl­­­li­­­mə hör­­­mət ənə­­­nə­­­vi­­­dir. Hər­­­çənd ma­­­ğa­­­rın uzun­­­lu­­­ğu  onun qa­­­zan­­­dı­­­ğı hör­­­mət­­­lə heç cür tut­­­uş­­mur­­­du. Ona xud­­­ma­­­ni bir ma­­­ğar bəs edər­­­di. İf­­­ra­­­ta var­­­mış, öl­­­çü göz­­­lə­­­mə­­­miş­­­di­­­lər. Ma­­­ğa­­­rın için­­­də at çap­­­maq olar­­­dı. Hü­­­zü­­­rə gə­­­lən­­­lə­­­ri bu "cı­­­dır mey­­­da­­­nı"nın bir kün­­­cün­­­də asan­­­lıq­­­la yer­­­ləş­­­dir­­­mək müm­­­kün­­­dü. Hə, nə­­­zə­­­ri cə­­­hət­­­cə yük vağ­­­za­­­lı hən­­­də­­­və­­­rin­­­də­­­ki bu kös­­­tə­­­bək ev­­­lər­­­də "bö­­­yük in­­­san" ye­­­tiş­­­mə­­­mə­­­li, elə­­­si bu mə­­­kan­­­da ya­­­şa­­­ma­­­ma­­­lı idi. Bu nə­­­həng ma­­­ğar şə­­­hər­­­də rast gə­­­li­­­nən "nə­­­həng"lə­­­rin təq­­­li­­­din­­­dən doğ­­­muş­­­du. An­­­caq ola bil­­­sin də ki, ölən məhz elə İd­­­ris mü­­­əl­­­lim­­­di. Çün­­­ki həm də ora­­­da top­­­la­­­şan­­­lar ara­­­sın­­­da gö­­­zü­­­mə dəy­­­mir­­­di. Axı, ölən o de­­­yil­­­sə, gö­­­zə dəy­­­mə­­­li idi. Be­­­lə iş­­­lər­­­də baş­­­dı. Ən azı qa­­­pı­­­sın­­­dan si­­­çan-si­­­ço­­­vul­­­lar ki­­­mi çö­­­lə çıx­­­ma­­­lı idi. Əl­­­bət­­­tə, bur­­­da yox­­­du­­­sa, ölüb. Am­­­ma in­­­di ney­­­lə­­­yək, vu­­­raq özü­­­müz tey­­­lə­­­yək? Bə­­­ri baş­­­dan bir da­­­ha de­­­yi­­­rəm ki, Al­­­lah ona rəh­­­mət elə­­­sin. Özü də məs­­­lə­­­hət­­­di­­­sə -  qə­­­ni-qə­­­ni. Bə­­­yəm bu, az­­­dı? Son­­­ra la­­­zım gə­­­lər­­­sə, rəh­­­mət­­­lər­­­dən ye­­­nə gu­­­rul­­­da­­­da­­­ram ge­­­dər. Tu­­­ta­­­lım, heç öl­­­mə­­­yib beş il də ar­­­tıq dərs de­­­di - ma­­­aş al­­­dı, ye­­­di-iç­­­di. Və sa­­­ir. Nə də­­­yi­­­şə­­­cək? Hə­­­mi­­­şə tut­­­ma şək­­­lin­­­də gə­­­lən bu vul­­­qar fəl­­­sə­­­fə­­­çi­­­lik­­­dən qur­­­tul­­­maq üçün özü­­­mü tez içə­­­ri atıb, ağ­­­lı­­­ma gə­­­lən fik­­­ri ar­­­va­­­da çat­­­dır­­­dım:

- Ölən - mü­­­əl­­­lim­­­di!

- Nə bil­­­din? O kim­­­di elə?

İla­­­hi, baş yol­­­da­­­şı da adam­­­la in­­­san ki­­­mi da­­­nı­­­şar­­­mış!

- Onun ba­­­rə­­­sin­­­də sə­­­nə de­­­mə­­­mi­­­şəm?

- Eşit­­­di­­­yim in­­­di­­­di.

- Pa aton­­nan, kişi axır öl­­­dü...

- "Rəh­­­mə­­­tə get­­­di" de­­­yər­­­lər, "öl­­­dü" yox.

- Ke­­­çəl Hə­­­sən, Hə­­­sən ke­­­çəl - nə fər­­­qi...

Hə­­­yət­­­də elə bil bay­­­ram­­­dı. Ha­­­mı şad-xür­­­rəm gə­­zib-do­­­la­­­şır­­­dı. Ta­­­ma­­­şa­­­ya du­­­ran­­­lar get-ge­­­də ço­­­xa­­­lır­­­dı. Mən də üzü­­­mü ta­­­raş edib aşa­­­ğı düş­­­düm. Yox, yox, or­­­da qə­­­ti du­­­ra­­­sı de­­­yi­­­ləm. Bə­­yəm ava­­­ra­­­ya ox­­şa­­yı­­ram? Sa­­­də­­­cə, işə tə­­­lə­­­si­­­rəm. İn­­­şal­­­lah, bu gün mü­­­əl­­­lim­­­lə rast­­laş­­­ma­­­ram; o çı­­­xıb ge­­­dib "əsas iş"inin da­­­lın­­­ca. Am­­­ma gö­­­rən, "Mon­­­tin"də­­­ki dos­­­tu öl­­­mək­­­də onu qa­­­baq­­­la­­­yıb­­­mı? De­­­yir­­­di, qa­­­baq ölə­­­cək, yə­­­qin elə də ol­­­muş olar. Bu in­­­di ge­­­dir­­­sə, o çox­­­dan ge­­­dib. Axı, tram­­­vay xət­­­ti üs­­­tün­­­də­­­ki­­­lə­­­rin qan təz­­­yi­­­qi də­­­mir yo­­­lun­­­da­­­kı­­­lar­­­dan yük­­­sək olur. Əgər tə­­­sa­­­dü­­­fən öl­­­mə­­­yib­­­sə, ay ba­­­lam, on­­­da mən­­­tiq po­­­zu­­­lub. Mi­­­zan-tə­­­rə­­­zi itib. De­­­mək, atom era­­­sın­­­da ge­­­ne­­­tik kod­­lar ki­­­mi mən­­­tiq də po­­­zu­­­la bi­­­lər. Öl­­­mə­­­yib­­­sə, bu gün yas­­­da ola­­­sı­­­dır. Əf­­­sus, onu ta­­­nı­­­mır­­­dım. Yox­­­sa ya­­­xın­­­dan ma­­­raq gös­­­tə­­­rər, üzü­­­nə diq­­­qət­­­lə ba­­­xar­­­dım. Ma­­­ğa­­­rın qa­­­ba­­­ğın­­­da iki­­­bir-üç­­­bir da­­­ya­­­nan­­­la­­­rın ya­­­nın­­­dan ke­­­çi­­­rəm. Bur­­­da heç ki­­­mi ta­­­nı­­­mı­­­ram, bir kəs­­­lə alış-ve­­­ri­­­şim ol­­­ma­­­yıb. Ölə­­­nin kim­­­li­­­yi­­­ni so­­­ruş­­­ma­­­dım da; yax­­­şı de­­­yil. Gö­­­rü­­­nən yo­­­la nə bə­­­ləd­­­çi: ölən İd­­­ris mü­­­əl­­­lim­­­di. Hə, onun ai­­­lə­­­sin­­­də də mə­­­ni ta­­­nı­­­yan yox­­­du. On­­­da hü­­­zü­­­rə ni­­­yə get­­­mə­­­li­­­yəm? Ge­­­dib ki­­­mə baş­­­sağ­­­lı­­­ğı ve­­­rim? Həm də ona bor­­­cum var? Ya də­­­də­­­si­­­nə bor­­­cum olub? Yax­­­şı, beş­­­də-üç­­­də onun­­­la Cə­­­fər Cab­­­bar­­­lı hey­­­kə­­­li­­­nə­­­cən bir get­­­mi­­­şəm, get­­­mə­­­miş olum. Ya­­­vaş-ya­­­vaş özü­­­mü tə­­­mi­­­zə çı­­­xa­­­rır, ya­­­sa get­­­mə­­­mə­­­yə bə­­­ha­­­nə­­­lər ta­­­pır­­­dım. Doğ­­­ru­­­dan da, qoy rədd ol­­­sun. Nə dər­­­di­­­mə qa­­­lıb! İş-pe­­­şəm qur­­­ta­­­rıb? Uzund­­raz - bi­­­na­­­maz, xey­­­rə-şə­­­rə ya­­­ra­­­ma­­­zın bi­­­ri­­­siy­­­di.

 Ax­­­şam­­­ça­­­ğı mən iş­­­dən dö­­­nən­­­də, mü­­­əl­­­li­­­mi dəfn edib tə­­­zə­­­cə geri qa­­­yıt­­­mış­­­dı­­­lar. Mol­­­la "ka­­­pi­­­tan-ko­­­man­­­da" ki­­­mi qa­­­baq­­­da dur­­­muş­­­du. Əl­­­lə­­­rə gü­­­lab sə­­­pir­­­di­­­lər. Mü­­­əl­­­li­­­min ölü­­­mü mə­­­nə qa­­­lıb-qa­­­lıb yer elə­­­yir­­­di. İt­­­di-qurd­­du, hər hal­­­da, bir vaxt onun­­­la ta­­­nış ol­­­mu­­­şuq. Son borc­­dan çıx­­­maq üçün mən də gə­­­lib sı­­rada da­­­yan­­­dım. Ney­­nək, qı­­­lın­­­cı­­­mın qa­­­şı düş­­­məz. On­­­suz dün­­­ya ya­­­lan-pa­­­lan üzə­­­rin­­­də qu­­­ru­­­lub. İd­­­ri­­­sin ya­­­sın­­­day­­­dım­­­sa da, işə bax, di­­­ri­­­lər ara­­­sın­­­da da gö­­­züm onu ax­­­ta­­­rır­­­dı. Yox, ki­­­şi bur­­­da yox­­­du - öl­­­mə­­­yi sə­­­hih­­­dir. Ha­­­mı sa­­­la­­­vat çe­­­vi­­­rən­­­də, mən də çe­­­vir­­­dim. "Al­­­lah rəh­­­mət elə­­­sin", - bu­­­nu sə­­­hər de­­­miş­­­dim­­­sə də, ye­­­nə de­­­dim. Zə­­­rə­­­ri "ni­­­çe­­­vo". Ha­­­lal xo­­­şu ol­­­sun. Rəh­­­mə­­­tin ar­­­tıq­­­lı­­­ğı heç vaxt zi­­­yan gə­­­tir­­­məz. Axır onun­­­la ta­­­mam üzü­­­lüş­­­düm. Əşi, qo­­­cal­­­mış­­­dı, öl­­­dü. Bur­­­da nə tə­­­əc­­­cüb­­­lü iş var? Bu dün­­­ya­­­nı tu­­­tub get­­­mə­­­yə­­­cək­­­di ki! Bur­­­da nə pis iş olub.

Ü ç   bir göz qır­­pı­­mın­­da fı­­­rıl­­­da­­­yıb keç­­­di;  y e d ­d i   də öt­­­dü (yed­­­di hə­­­mi­­­şə də­­­mir in­­­ti­­­zam­­­la üç­­dən son­­­ra gə­­­lir). Hər də­­­fə də ma­­­ğar  sə­­­hər qu­­­rul­­­du, ax­­­şam sö­­­kül­­­dü. Ya­­­sın­­­da İd­­­ris mü­­­əl­­­li­­­mi ye­­­nə gör­­­mə­­­dim. Onun öl­­­mə­­­si ar­­­tıq mə­­­nə gün ki­­­mi ay­­­dın idi.

* * *

Yed­­­di­­­dən cə­­­­mi üç həf­­­­tə keç­­­­miş­­­­di. Bir gün sə­­­­hər buğ­­­­la­­­­na-buğ­­­­la­­­­na ye­­­­nə işə ge­­­­dir­­­­dim. Gör­­­­düm ta­­­­nış bir səs mə­­­­ni ha­­­­ray­­­­la­­­­yır:

- E-e-a-a-e!

Evin yı­­­­xıl­­­­sın, fə­­­­lək, bu mü­­­­əl­­­­lim diri imiş! Ya da ölüb xort­­­­da­­­­yıb. An­­­­caq özü­­­­mü o ye­­­­rə qoy­­­­ma­­­­dım. Hə­­­­mi­­­­şə­­­­ki ki­­­­mi:

- Ay sa­­­­lam! Sa­­­­lam! - de­­­­dim.

Xəs­­­­tə ki­­­­mi də sə­­­­sim zə­­­­if­­­­di. İn­­­­di ölüm­­­­dən hə­­­­ya­­­­ta ne­­­­cə ad­­­­la­­­­yım? Yox­­­­luq­­­­dan var­­­­lı­­­­ğa ne­­­­cə hop­­­­pa­­­­nım?

-İı-ü-e?

-Sağ olun... Bə siz ne­­­­cə­­­­si­­­­niz?

Ya­­­­sı­­­­nı tə­­­­zə­­­­cə yo­­­­la ver­­­­di­­­­yi­­­­miz adam sağ qo­­­­lu­­­­nu han­­­­tel ki­­­­mi yu­­­­xa­­­­rı qal­­­­dı­­­­rıb, aşa­­­­ğı sal­­­­dı. Yə­­­­ni - yax­­­­şı­­­­yam. "Dəfn"in­­­­də bu ya xəs­­­­tə ya­­­tıb, ya da ra­­­­yon­­­­da olub. Ha­­­­yıf mə­­­­nim zəh­­­­mə­­­­tim­­­­dən. Ha­­­­yıf mə­­­­nim sa­­­­la­­­­vat­­­­la­­­­rım­­­­dan. Onun "ölüm"ü mə­­­­nə xey­­­­li se­­­­vinc­­­lər gə­­­­tir­­­­miş­­­­di. Gö­­­­rən, in­­­­di "di­­­­ril­­­­mə­­­­si"nə də se­­­­vin­­­­mə­­­­li­­­­yəm­­­­mi? Bəl­­­­kə kə­­­­dər­­­­lən­­­­mə­­­­li­­­­yəm? Ye­­­­nə vul­­­­qar fəl­­­­sə­­­­fə­­­­çi­­­­lik döv­­­­rü­­­­nə düş­­­­düm. Mən­­­­tiq üz­­­­rə, onun sağ­­­­lı­­­­ğı­­­­na se­­­­vin­­­­mə­­­­li, ölü­­­­mü­­­­nə kə­­­­dər­­­­lən­­­­mə­­­­li idim. Mən­­­­də tər­­­­si­­­­nəy­­­­di. Sağ­­­­lı­­­­ğı­­­­na ba­­­­tin­­­­də kə­­­­dər­­­­lən­­­­miş­­­­dim­­­­sə də, za­­­­hir­­­­də se­­­­vi­­­­nir­­­­dim.  Bu­­­­na məc­­­­bu­­­­ram. "Ölü"lü­­­­yün­­­­də­­­­ki se­­­­vin­­­­cim­­­­lə "di­­­­ri"li­­­­yin­­­­də­­­­ki kə­­­­də­­­­rim tə­­­­bii, "di­­­­ri"li­­­­yin­­­­də­­­­ki se­­­­vin­­­­cim­­­­lə "ölü"lü­­­­yün­­­­də­­­­ki kə­­­­də­­­­rim­­­­sə sü­­­­ni idi. Al­­­­lah mə­­­­ni ba­­­­ğış­­­­la­­­­yar.

An­­­­caq qoy yu­­­­xa­­­­rı qal­­­­xım, bir gö­­­­rüm ar­­­­va­­­­da­­­­ğa buna nə de­­­­yir.

 

2001, sent­­­yabr - 2002, may


 

Digər xəbərlər

Yadlar

Rafiq Tağının "Xural"a müsahibəsi

Mədəniyyət və müharibə

Qaçılmaz ön söz

Faciə janrlı puplisistika

Şərhlər