Mirmehdi Ağaoğlu: "Rafiq Tağı və Sabirin heyrətamiz oxşarlığı"

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 833

 

Gənc yazıçıdan polemikaya fərqli yanaşma

 

Niyə bəs böylə bərəldirsən, a qare, gözünü?
M.Ə. Sabir 

Bütləri yıxmaq cəhdi Rafiq Tağıda birinci dəfə deyil. 

O hələ mən birinci sinfə gedən dövrlərdən istər Mirzə Cəlil, istər M. Axundov, istər ədəbiyyatımızın digər nəhəngləri haqqında tənqidi yazılar yazmışdı. 

Səməd Vurğun haqqında yazısına görə də AYB-dən xaric olunmuşdu.

Rafiq Tağının bu dəfəki hədəfi tamamilə fərqli idi. 

Rafiq Tağıyla Sabir bir-birilərinə o qədər bənzəyirlər ki, onun yazısı yüz illik məsafədən özünə atəş açmağa bənzəyir. 

Bir az düşünüb bu oxşarlıqların bəzilərini aşağıda yazdım. 

1.Mirzə Ələkbər Sabir şairlikdən əlavə həm də sabunçuluq edirdi. Sabun bişirib ailəsini dolandırırdı.

Rafiq isə Tağı həkim, kardioloqdur. 

2. Sabir görkəmcə arıq, cansız, çəlimsiz adam idi.

Rafiq Tağı isə arıq, çəlimsiz olsa da peşəsi həkimlikdir deyə sağlam olmağı bacarır. 

3.Sabir həyatda nə qədər, sakit, fağır olsa da yazılarında bir o qədər cəsarətli, qəzəbli idi. 

Rafiq Tağı da sakit, həlim adam olsa da yazılarında tam əksinə hədsiz qəzəbli, hikkəlidi. 

Adi həyatda gülərüzlə danışan, leksikonunda vulqarizmlərdən uzaq olan yazıçı yazılarında söyüş söyməkdən də çəkinmir.

4.Sabir satirası ilə klassik ədəbiyyata yeni nəfəs gətirsə də görkəmcə mühafizəkar idi. 

Əksər azərbaycanlılar kimi saqqal saxlayır, buxara papaq qoyurdu. 

Mühafizəkar geyim tipi onu dövrünün ziyalılarından fərqləndirirdi.

Rafiq Tağının görkəmi statistik azərbaycanlıdan fərqlənmir. İncə bığ saxlayır, adətən kostyum geyir. 

Geyimində qeyri-adilik , ekstravaqantlıq yoxdur. Heç vaxt şort geyməz.

5.Moltanılar, lotular Sabiri ölümlə hədələyirdilər. Buna görə müxtəlif (“Nizədar”, “Çuvalduz”, “Hophop”) imzalarla yazırdı. 

Rafiq Tağı “Avropa və biz” məqaləsinə görə bir il həbsdə yatmış, İran ayətullahlarından biri haqqında ölüm fətvası vermişdi.
6. Sabir satirik dillə xalqın eyblərini faş edirdi.

Rafiq Tağının müsahibəsindən bir cümlə bəs edər ki, sonuncu oxşarlığı tamamlayaq: “yalnız kabab çəkəndə qəhrəmana oxşayırıq”, “həqiqət azərbaycanlının başının daşıdı”. 

Bu müqayisəni bir az davam etdirmək olar. Lakin biz burada kəsək, ümumi mənzərəni təqdim etməyə bu da bəs edər.

Mirmehdi AĞAOĞLU

 

http://www.kulis.az/xeber_Rafiq_Ta%C4%9F%C4%B1_v%C9%99_Sabirin__1965.html

Digər xəbərlər

Rövşən Yerfi: "Sadə, səmimi, mehriban Rafiq Tağı"

Mədəniyyət və müharibə

Kurort zonasında müharibə

Simvollarımız. Dərdlərimiz

Yazıçılar Birliyinin “Ədəbiyyat” (divar) qəzeti

Şərhlər