Rafiq Tağının qatili tapılmadı

Tarix: 25-03-2015 11:10
Baxış sayı: 722

 

Yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə icraat dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə R. Tağının hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov “Facebook” sosial şəbəkəsində status yazıb.

O, Baş Prokurorluq tərəfindən adına göndərilmiş məktubun fotosunu da paylaşıb. Həmin məktubda icraatın dayandırıldığı qeyd olunub.

Qeyd edək ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. 


İnterpress.az


http://interpress.az/news.php?id=970#.U0j3MPl_srj

Digər xəbərlər

Geriyə transformasiyalar (iki hissəli məqalə)

Ədəbiyyatda azadlığım həyatımda azadlıq illuziyası yaradır

Gözəllik və əxlaq mövzusunda yazıb unutduqlarımın davamı

Hayıf, övlad da qocalır

Ekspert Bakını Rafiq Tağıya görə İrana nota verməyə çağırır

Şərhlər