Rafiq Tağı kulis.az ("Yazıçı laboratoriyası") saytına müsahibəsi

Tarix: 25-03-2015 10:54
Baxış sayı: 1819


- Günün hansı vaxtı yazırsınız?

- Yazmağım planlı deyil. Məndə yazı qəfil alınır. Gözləmədiyim bir aləmə günün istənilən vaxtı düşə bilərəm. Hekayəni iki-üç saata yazıb qurtarıram. Əlbəttə, sonradan onun üzərində işləmək başqa söhbətdir; səh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceərlər - açıq başla, bu daha effektli alınır. Bir iş də var ki, həkimlik məni yormasa, iş qabiliyyətim hər zaman yüksək olar. Açığı, həkimlikdən yoruluram, ədəbiyyatdan yox. İnsafən, 16 yaşdan taleyimi bağladığım həkimlikdən də yorulmazdım, yaradıcılıqdan uzaq bürokrat səhiyyə rəhbərləri işə lüzumsuz-küt əlavə və tələblər qoymasalar.

- Ardıcıl neçə saat yaza bilirsiniz?

- Bayaq dedim, ilhamla gələn yazı qəfil səni çulğayır, sözlər bir-birini qovur. Spontan cümlələrdən uzun növbə yaranır və mən onu tənzimləyəsi oluram. Bu, bir-iki, ya üç-dörd saat çəkə bilər. Sonda bu yaradıcı ildırımdan doğan ozon içinə xoşbəxtlik kimi dolur.

- Yazı ilə bağlı xüsusi bir vərdişiniz varmı? Misal üçün, bəzi yazıçılar kofe içə-içə yazır, bəziləri isə hay-küydə.

- Mənim üçün ideal vəziyyət təklikdir. Amma ətrafda sakit oturmuş insanların da
"Sonuncu cümlələr məndə çox asan alınır; hekayəni bir neçə variantda bitirə bilərəm. Bir variantı saxlayandasa, o birilərə hayıfım gəlir. Onları yadıgar saxlamaq istərdim. Ancaq kopüterdə yazdığımdan, silirəm gedir".

heç bir ziyanı yoxdur. Məsələn, kitabxanada.
Əksinə, bu adamlar sənə o qədər doğma, hətta mifoloji-ideal görsənir ki, hərdən durub onları bir-bir qucaqlamaq istəyirsən.
Yazı prosesində hay-küy mənim ölümümdür.
Təkliyi xoşlayıramsa da, tənhalığı xoşlamıram.
Yazıdan kənar vaxtlardasa, əksinə, gur yerlərə can atıram. Kütlə mənə həmişə təzə və maraqlı görsənir. Həm də axı, əlindən acılar çəkdiyim kütlə tədqiqat obyektlərimdəndir.

- Əllə yazırsınız, yoxsa bilgisayarla?

- Yeri gəlmişkən, “bilgisayar” – bu süni söz “kompüter”in zorla türkləşdirilməsindən alınıb və mənaca “kompüter”ə heç də adekvat deyil. Bu texniki bulmaca bilgini sayır ki? İcazə versəniz, daim “kompüter” sözü işlədərdim.
...Bəli, 2006-dan ancaq kompüterdə yazıram.
Özü də başıma gələn bir vaqeəni artıq hamı bilir: ömrümdə ilk dəfə kompüterdə yazı yığdım, ilk dəfə o yazını İnternetlə redaksiyaya göndərdim və tutub basdılar. Söhbət “Avropa və biz”dən gedir.
Hər hansı xurafatçı bundan sonra bir də bu “şeytan əmələ”sinə (Firuz Haşımov) yaxın durmazdı.

- Yazmamışdan qabaq qeydlər edirsinizmi?

- Qətiyyən. Divin canı şüşədə olduğu kimi, yazılarımın da canı bir-iki cümləlik qeydlərdədir. Qeydlərdən yazı ölür. İlk gənclikdəki bir-iki sınaq bunu dərk etmək üçün mənə kifayət edib.

- Özünüzlə bloknot gəzdirirsinizmi?

- Ömründə ola bilməz. Həyatdan fakt toplayıb bloknota doldurmaq yazıçıya yaraşmaz. Bu, məğmunluqdur. Belə yazmaq bir həyat faciəsidir. Onsuz həyat faktları mənim təcrübəmdə ötəri rola malikdir. Fakta oxşar məlumatlar yazıçıya onun içindən – Allahın qoyduğu kodlardan gəlməlidir. Kodlar qoyulmayıbsa, heç nə alınmayacaq, tonlarla məlumatı-məmulatı yan-yana düzsən də.
Mənim fantaziyam sonsuzluğacan uça bilir.

- Sevmədiyiniz sözlər varmı?

- “Öldür!”

- İmtina etdiyiniz yazılar varmı?

- Cəmi 2 ədəd. İkisi də jurnalist yazısı: 1971-ci ildə “Azərbaycan Gəncləri”
qəzetində dərc olunublar – “Müasir nağıl” və “Adamlar, ay adamlar!” Yadımdadır, bu ikincinin “Molodyoj Azerbaydjana” qəzetində belə anonsu getmişdi – “O, lyudi!”
O dövrdə şeirlərimi redaksiyalarda “rüşvət deyildi deyə, almırdılar”, məcbur idim belə yazılar yazam. Görünmək, bir növ, imtahana çəkilmək istəyirdim. Hər bir gənc üçün xarakterik olan cəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceət məndə çox qabarıqdı: cəmiyyətdə tezliklə təsdiqimi tapmaq arzusundaydım.
Bu yazılarda saxtakarlıq yoxdusa da, uydurmalar bol idi. “Adamlar, ay adamlar!” adlı məqaləmdə Bakı Kamvol Kombinatının qabaqcıl işçisi olan subay bir xanım haqqında yazmışdım ki, guya biz kombinatdan çıxıb şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceərdə də söhbət edirik. Onu sosialist şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceərinə çıxarmaqla xarakterini guya bir qədər də geniş açmaq niyyəti güdmüşdüm. Bayaq süjet dedik; bax, elə həmin süjetlərdən birinicə quraşdırmışdım. Bütün süjetlər əslində bu cür uydurma və lüzumsuzdur. Oxucunu süjetlə yox, mətnlə heyran etmək lazımdır. Hə, yazı çıxdı, ancaq üstündən neçə gün keçib, görürəm qız üzümə də baxmır, “sağol” cəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceənnəm, məni görüb yan keçir. Onda mən institutda oxuya-oxuya həmin kombinatın tibb məntəqəsində “tibb qardaşı” işləyirdim. Axır dözməyib soruşuram: bağışlayın, oxudunuzmu? Qız mənə boz üz göstərəsi: ədə, o nədir yazıbsan? Evdə-işdə biabır olmuşam. Qardaşım məni öldürür ki, niyə yad oğlanla şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceərə çıxıbsan. Deyirəm, çıxmamışam, inanmır. Burda mən ona deyirəm: axı, həqiqətən, çıxmamısan... Onda qız soruşur: çıxmamışam, həə? “Hə”, deyirəm. “Bə onda niyə gop yazıbsan: şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceərə çıxdıq! Sən kimsən ki. Üzün də tey sızanaq, mən səninlə şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceərə çıxaram? Gəzəyənəm mən? Yoxsa şortuyam? Haqlı sualdır. Ancaq burdan başqa bir sual doğur: xanım şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceərə çıxıb təmiz bir oğlanla romantik söhbətlər edəndə şortu olurmu? “Gəzəyənəm?”-“şortuyam?” suallarını mənə elə verdi ki, gördüm bu sosialist əməyi qabaqcılı həm gəzəyəndir, həm də şortu.
Jurnalistlərin xətrinə dəyməsin, odu-budu, jurnalistikadan iyrəndim. Bəlkə sonra həmin yazıya görə “yazıq qız” ailə də qura bilməyib. Yad oğlanla şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceərdə gəzən bir qızı kim alardı? Mağıl gizlində gəzir və qız olaraq da “qalırdı”. Lakin elə bil Allahdandı, artıq “gəzdiyi” “dokumentalnı-sübutalnı” qəzetdə tarixə həkk olunmuşdu.
“Müasir nağıl” da, bu dəfə əməkdar inşaatçı Məh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceəmməd Hüseynov haqqında, uydurma şeylərlə dolu idi. “Azərbaycan Gəncləri” qəzeti, Heydər Əliyev bir çıxışında yoldaş M.Hüseynovun adını çəkdiyinə görə, ona önəm vermişdi. Belə çıxır, mən o yazımda istər-istəməz kompartiya siyasətinin təbliğatçısı olmuşdum. Bu yazıyla da jurnalistikadan tamam sidqim sıyrıldı və həyatımın aldanış mərhələsinə nöqtə qoydum.
İctimai əxlaqsızlığın bu kiçik təcrübələri mənə böyük dərs oldu. Uydurma və saxtalıqlardan ömürlük ayrıldım.

- Yazının süjeti haqda əvvəlcədən fikirləşirsiz, yoxsa süjet yazı prosesində yaranır?

- Məndə süjet qısa və qırıq-qırıq olur, önəm kəsb etmir, yazı prosesində öz-özünə yaranır. Süjet talant məhsulu və əlaməti deyil. Mənim yazılarımda süjet azad bir varlıqdır; istəsə, əsərimdən çıxıb gedə də bilər. Ən ilhamsız vaxtlarımda belə yüzlərlə süjet quraşdıra bilərəm, amma axı, bunlar nəyə lazımdır. Çıx küçəyə, hər şey süjetdir, süjetlidir. Məqsəd oxucunu aldatmaq, tələyə salmaq, əsərlərini ona sırımaqdısa, mən bu fırıldaqlara yoxam. İstəmirəm, bacarmıram!

- Obrazlarınızı şəxsən tanıyırsınızmı, ya da onlara rast gəlmisinizmi?

- Elə də olur, belə də. Tanıdıqlarım əsərdə olduğu kimi üzə çıxmır və elə tanımadıqlarıma bənzəyirlər. Həyatdakı adam əsərə realistcə daxil oldusa, öləcək. Ədəbiyyat insanı həyatdakı kimi sevmir. İnsan bədii əsərdə yazıçı fantaziyası gücünə yaşayır. Yazıçı fantaziyası yoxdursa, insan ədəbiyyatda bədəndəki yad cisim kimi görsənəcək.
Bəzən həyatdan bir adam özündə gəzdirdiyi təbii ideya hesabına da yazıya daxil ola bilər. Bir misal çəkim. Mənim ədəbiyyatçı-tərcüməçi bir dostum var: “rusdilli” Nadir Ağasıyev. Onu yazarların çoxu tanıyır. Tərbiyəli-qabiliyyətli bir insandır. Qabaqlar “Literaturnıy Azerbaydjan” jurnalında redaktor idi. Mənim də bir neçə hekayəmi ruscaya çevirib. Bir neçə ay əvvəl ona zəng edirəm: Nadir bəy, hekayələrimdən yenə bir neçəsini tərcümə edərsinizmi? O: “Olar, ancaq içində müharibə olmasın”. Mən: “Necə yəni? Müharibəsiz həyat olar? Birdən oldu?” O: “Nəinki müharibə, heç bu söz özü də işlənməsin”. Bax, Nadir artıq sanki avtomatik surətdə hekayə obrazına çevrildi. Yazmışam bu hekayəni; bu yaxınlarda üzə çıxaracağam.

- Birinci və sonuncu cümlə sindromunuz varmı?

- Sonuncu cümlələr məndə çox asan alınır; hekayəni bir neçə variantda bitirə bilərəm. Bir variantı saxlayandasa, o birilərə hayıfım gəlir. Onları yadıgar saxlamaq istərdim. Ancaq kopüterdə yazdığımdan, silirəm gedir. Kompüterə qədərki “əlyazma erası”nda bütün digər variantlar qaralamalarda qalır.
İdeya gəlibsə, ilk cümləni də çox axtarmıram: yubanmamaq üçün başlanğıcda istənilən sözləri yaza bilərəm, təki “motor” işə düşsün. Onsuz sonra dəyişəcəyəm.
Etiraf etməliyəm: hər halda, ilk cümlənin yazılması son cümlədən uzun çəkir.

- Yazı prosesində ilişəndə neynirsiniz?

- İlişik yerləri cəld adlayıram. Orda qaldınsa, batdın, qarşında açılmış təsadüfi gözəlliklər birdən uçub gedə bilər.
Yazı prosesindəki ilişikliklərə vaxt ayırmaq yazıçı cinayətlərindəndir.

Kulis.az

Digər xəbərlər

“Azərbaycan siyasətində aryerqardçı düşüncələr” Konspekt.

Rafiq Tağının cinayət işi dayandırıldı

Zaur Qasımov: "Rafiq Tağının İran mədəniyyəti haqda fikirləri təəssüfedicidir"

"ÖLÜ ƏDƏBİYYATIN ƏLAMƏTLƏRİ"

Satiraya Rafiq Tağı baxışı

Şərhlər