ƏLİF­­BA MƏN­­ZƏ­­RƏ­­LƏ­­Rİ

Tarix: 25-06-2021 16:32
Baxış sayı: 644

 

Ə

lif­­ba ki­­ta­­bın­­da­­kı mən­­zə­­rə­­lər, mə­­nə elə gə­­lir, ba­­cım­­gi­­lin kən­­din­­dən gö­­tü­­rü­­lüb. Ağac­­la­­rı rəng­bə­rəng mey­­və­­lər­­lə "yol­­ka­"lar ki­­mi bə­­zək­­li... Üzü qib­­lə­­yə ev­­lər qar­­şı­­sın­­da­­kı, göy fon­­da san­­ki qəh­­və­­yi qə­­ləm­­lə çə­­kil­­miş dağ­­lar elə bi­­lir­­sən can­­lı­­dır­­lar: baş­­la­­rı da gah ağa­­rır, gah şa­­ba­­lı­­dı­­ya ça­­lır. Elə­­mə­­dim tən­­bəl­­lik, bir gün on­­la­­ra qol­­tu­­ğum­­da "Əlif­­ba" ki­­ta­­bıy­­la qo­­naq gəl­­dim. Yol­­da ki­­ta­­bı dik tu­­tub han­­sı sə­­hi­­fə­­ni açır­­dım­­sa, kən­­din bir gu­­şə­­si or­­da güz­­gü­­də­­ki ki­­mi əks olu­nur­du. Özü də "Əlif­­ba", de­­yə­­sən, tək­­cə ba­­cım­­gi­­lin kən­­di­­ni gös­­tə­­rən çox­­və­­rəq­­li bir güz­­gü idi.

Or­­da bu­­daq­­la­­rı əyən ağır al­­ma­­lar­­la Ye­­rin ca­­zi­­bə qüv­­və­­si­­ni bağ­­ça uşaq­­la­­rı­­na da sü­­but edər­­sən. Hə­­qi­­qə­­tən də, bu yer­­də uşaq­­lar Ye­­rin ca­­zi­­bə qüv­­və­­siy­­lə mək­­təb­­dən çox-çox qa­­baq ta­­nış olur­­lar: qu­­yu ağ­­zın­­da dur­­mur­­lar ki, bir­dən ora dü­­şər­­lər - alt­dan yer çə­­kər. Ye­­rin ca­­zi­­bə qüv­­və­­si­­ni on­­lar qıl­­lı və güc­­lü, həm də qor­­xunc bir əl ki­­mi tə­­səv­­vür edir­­lər. Hər­­çənd mer-mey­­və fəs­­lin­­də bu ca­­zi­­bə­­dən xoş­­la­­rı gə­­lir - onun sa­­yə­­sin­­də ye­­tiş­­miş su­­lu mey­­və­­lər düz bu­­run­­la­­rı ucu­­na enir. Bu­­ra­­la­­rın uşaq­­la­­rı ta­­nın­­maz-bi­­lin­­məz nyu­­ton­­lar­­dır. An­­caq on­­lar heç də ta­­nın­­maq-bi­­lin­­mək id­­di­­a­­sın­­da de­­yil­­lər. Qo­­lun­­dan tu­­tub han­­sı­­na de­­sən gəl sə­­ni ta­­nı­­daq, de­­yər bu, də­­li­­dir; gü­­lüb qa­­çar.

Ağac­­la­­rın­­da da­­im həm köh­­nə, həm də tə­­zə sı­­nıq bu­­daq­­lar gö­­rər­­sən. Pud­­luq mey­­və­­lər əyib bu­daq­ları sın­­dı­­rar­­kən, quş­­lar çar­­tıl­­tı­­la­r­­dan heç də qorx­mur; öy­­rə­­şib­­lər. Nar­­lar bağ­­la­­rın çı­­raq­­la­­rı­­dır. Bur­­da hər ağac­­dan, ya­­lan ol­­ma­­sın, bir ton gö­­yəm-ga­­va­­lı yı­­ğar­­san. Hər gə­­li­­şim­­də ba­­cım hər­­lə­­dib-fır­­la­­dıb sö­­zü il uzu­­nu tə­­zə kar­­tof ye­­mə­­lə­­ri üs­­tü­­nə gə­­ti­­rir; bir növ, bu­­nun­­la qar­­daş ya­­nın­­da qür­­rə­­lə­­nir. Əl­­bət­­tə, bil­­səy­­dim kar­­tof onu hə­­qi­­qə­­tən xoş­­bəxt edir, bir az ar­­xa­­yın olar­­dım - ba­­cım yax­­şı ye­­rə dü­­şüb, de­­yər­­dim, al­­nı­­na xoş gün ya­­zı­­lıb­­mış. Əri - Rus­­yət ava­­ra­­sı, ev­­də ta­­pıl­­mır­­sa, qoy ba­­rı kar­­tof ona tə­­səl­­li ol­­sun. Hə, yə­­qin ar­­tıq kar­­tof onun üçün hə­­yat rəm­­zi­­nə çev­­ril­­miş­­di. On­­suz ba­­cım özü çox­­dan bu qə­­na­­ə­­tə gə­­lib ki, ər-zad xoş­­bəxt­lik üçün de­­yil, ola bil­­sin, bəd­­bəxt­li­­yi bö­­lüş­­dür­­mək üçün­­dür. Bil­­di­­rə­­cən də il­­də iki yol səp­­dik­­lə­­ri və bu­­lud ki­­mi qal­­xan­­da, göm­­göy uc­­la­­rı bir bə­­ra­­bər­­də du­­ran so­­ğan­­lıq­­la­­rı ilə öyü­­nər­­di. Sö­­zü ağ­­zın­­dan qay­­ta­­ra-qay­­ta­­ra, gec ol­­sa da, qız­­la­­rı bu pe­­şə­­ni ona tər­­git­­di­­lər. Dü­­nən yu­­mur­­ta­­dan çı­­xıb­­lar, ana­­la­­rı­­nı bə­­yən­­mir, bu acı, həm də ucuz şey­­lə özü­­nü dart­dı­ğına-çək­­di­­yi­­nə gö­­rə onu la­­ğa qo­­yur­­du­­lar.

- Bu ar­­vad ada­­mın ba­­şı­­nı ye­­rə so­­xan­­dır.

- Çöl-ba­­yır gö­­rüb ki!

- Bay, anam tər­­bi­­yə­­li­­dir! - it qı­­zı son­­be­­şik uca­­dan şaq­­qa­­naq çə­­kib pən­­cə­­rə ağ­­zı­­na qaç­­dı. Sə­­si­­nin cin­­gil­­ti­­sin­­dən qu­­laq pər­­də­­lə­­rim, mən elə bi­li­rəm, yel­­kən ki­­mi yı­­ğı­­lıb-açıl­­dı­­lar.

Hə, ya­­dı­­ma düş­­dü, əl­­bət­­tə, çöl-ba­­yır gör­­mə­­mək bu­­ra­­lar­­da tər­­bi­­yə əla­­mə­­ti­­dir.

- Daş bun­­la­­rın gü­­lə­­yən ba­­şı­­na! Zür­­yət de­­yil­­lər ki! Tək bir şi­­rin şe­­yə qiy­­mət qo­­yan baş­­la­­rı­­na kül!

- Gö­­rün, be­­lə də ana olar! Elə bil düş­­mə­­nə qar­­ğış tö­­kür.

- Ay qar­­daş, sən ağ­­lı­­ba­­şın­­da bir in­­san­­san, bu ye­­tim­­çə­­lər­­dən gö­­zün nə su içir? Gör bun­­lar­­dan adam ola­­caq, ya yox?

- Mən si­­zin üçün fal­­çı­­yam-nə­­yəm?

- Bir­cə rədd olub ge­t­səy­di­lər!

Ba­­cım sö­­yüb-söy­­lə­­nən­­də üzü­­nü mə­­nə tu­­tur. Elə əs­­lin­­də ev­­də­­ki­­lə­­rin ha­­mı­­sı mə­­nə is­­ti­­nad­­la bir-bi­­rin­­dən şi­­ka­­yət edir. Mən bur­­da ol­­ma­­yan­­da, yə­qin bun­­lar qrup­­la­­şıb ki­­mi is­­tə­­sə­­lər tək­­lə­­yə bi­­lir­di. Be­­lə gö­­rü­­rəm, bu quz­­ğun­­lar ba­­cı­­mın göy­­də aşını bi­şi­rir, onu asan­ca bü­kür­lər.

- Eyy, gö­zəl­çə­lər, bax, si­­zə mən də de­­yi­­rəm: so­­ğan çox fay­­da­­lı şey­­dir, - məc­­bur qa­­lıb ba­­cı­­mın tə­­rə­­fin­­də du­­ra­­sı ol­­dum. Onun mü­­da­­fi­­ə­­si mə­­nim qar­­daş­­lıq bor­­cum­­du. - Özü də in­­san çö­­rə­­yi­­nə tə­­pik at­­maz. Bə­­yəm acı şey­­dən çı­­xan çö­­rək də acı olur? Buna gü­­lər­­lər? Vay, vay, mən sizi  yax­­şı uşaq bi­lər­dim.

Haq­­qü­­çü­­nə, şey­tan­lar mə­­nə ca­­vab qay­­tar­­ma­­dı­­lar, la­­kin hik­­mə­­ta­­miz söz­­lə­­rim, de­­yə­­sən, ürək­­lə­­ri­­nə yat­­ma­­mış­­dı. İşə bax, yə­­qin on­­lar məs­­lə­­hə­­ti-za­­dı ar­­tıq köh­­nəl­­miş şey bi­­lir­. Bir də­­fə ba­­cım özü mə­­nə de­­miş­­di: kim ağ­­zı­­nı açıb məs­­lə­­hət ve­­rir­­sə, bun­­lar de­­yir qo­­ca­­lıb. On­­lar­­da­­kı bu ye­­ni tə­­fək­­kür tər­­zi, gü­man ki, ge­­cə-gün­­düz te­­le­­vi­­zor qa­­ba­­ğın­­da şön­­gü­­mə­­lə­­rin­­dən­­di. Ba­­cım qız­­la­­rın­­da dün­­ya-za­­man haq­­qın­­da mil­­li­­lik­­dən çox uzaq il­­lü­­zi­­ya­­lar tö­­rən­­miş­­di. Qor­­xu­ram da bu on­­la­­ra bəd­­bəxt­lik gə­­ti­­rə.

- Sa­­rım­­saq so­­ğan­­dan da fay­­da­­lı! - ba­­cım ürək­­lən­­miş­­di. - Biz hə­­yət­­də sa­­rım­­saq da bas­­dı­­rı­­rıq.

- Da­­yı­­mı­zın iki gö­­zü də ay­­dın! - son­­be­­şik sö­z atıb bu də­­fə qa­­pı­­ya sa­­rı qaç­­dı.

- Ge­­dən­­də pay qo­­yar­­san.

- Eh, ay ana, sən ca­­nın, bu acı-zəh­­ri­­mar şey­­lər­­dən az da­­nış­! - bu, or­­tan­­cıl­­dı. Kü­­rən­­lik­­də, tor­­pa­­ğı sa­­nı ya­­şa­­sın, rəh­­mət­­lik nə­­nə­­mi­­zə çək­­miş­­di.

Bu kü­­rən­­lik ir­­sən ne­­cə ke­­çir, İla­­hi!

- Yox, bu in­­san bəl­­kə tez­­lik­cə is­­ti­­o­­ta da keç­­di.

- Üs­­tə­­lik, onun şi­­ri­­ni­­nə də yox, acı­­sı­­na!

- Ar­­vad şi­­rin şe­­yin qə­­ni­­mi­­dir.

- Şi­­ri­­ni xoş­­la­­yan­­la­­rı tər­­bi­­yə­­siz-bi­­hə­­ya sa­­yır!

- Ana­­mız hə­­yat­­da şi­­rin­­dən acı səm­­tə get­­mək­­də­­dir.

- Mən sa­­rım­­sa­­ğı uşaq­­lıq­­da ye­­di­­yim­­di. Qar­­nım ge­­dən­­də, - ba­­la­­ca hə­­lə uşaq sa­­yı­­lır­­dı­­sa da, elə bil ar­­tıq bö­­yü­­müş­­dü və in­­di uşaq­­lıq xa­­ti­­rə­­lə­­rin­­dən da­­nı­­şır­­dı. - Onun da­­dı-qo­­xu­­su in­­di­­yə­­cən ya­­dım­­da­­dı.

- Ne­­cə­­di ki?

- Ay! De­­mə!

- Mən hə­­lə in­­di­­yə­­cən on­­dan ye­­mə­­mi­­şəm.

- Elə ye­­mə­­sən yax­­şı­­dır.

- Eş­­şək nə bi­­lər zə­­fə­­ran nə­­dir!

Ba­­ho, ba­­cım da düz elə­­mir, ağ­­zı­­nı açan sa­­at təh­­qi­­rə ke­­çir.

- Sa­­rım­­saq zə­­fə­­ran de­­yil.

- Am­­ma ye­­ri gə­­lən­­də zə­­fə­­ran­­dan üs­­tün­­dür, - bu ye­­nə or­­tan­­cıl­­dı.

- Ay qız, bö­­yük nə de­­di, ona da bax. Ana­­mız ağ­­saq­­qa­­lı­­mız­­dı.

- Bay, çaş­­dı. Ar­­va­­da ağ­­saq­­qal yox, ağ­­bir­­çək de­­yər­­lər, - son­­be­­şik at­­ma­­ca­­la­­rın­­dan qal­­mır­­dı.

- Mə­­nim nə ağ­­saq­­qal, nə də ağ­­bir­­çək­­lə­­ri gö­­rən gö­­züm var!

Əl­­bət­­tə, bö­­yük qız in­­san­­lar­­dan ya­­nıq­­lı idi: on­lar­dan xe­­yir yox, da­­im zi­­yan gör­­müş­­dü. Onu on­­suz ni­­şan­­la­­mış, ai­­lə qur­­ma­­mış da elə öz­ləri ni­­şa­­nı qay­­tar­­mış­­dı­­lar. Heç on­­dan so­­ruş­­ma­­mış­­dı­­lar da ayın ne­­çə­­si­­dir. Elə bil onun bu işə dəx­­li yox­­du. İn­­di­­yə­­cən bil­­mir də oğ­­la­­nın si­­fə­­ti sa­­rı idi, yox­sa ağ. Bəl­­kə elə o, zən­­ci imiş. İn­­cə­­va­­ra, mən bir ağ­­saq­­qal ki­­mi hə­­min vaxt res­­pub­­li­­ka­­da ol­­ma­­mı­­şam. Onu de­­yim ki, bir ağ­­saq­­qal ki­­mi nü­­fu­­zu­­nun az-çox qal­­ma­­sı­­nı is­­tə­­yir­­sən­­sə, gə­­rək çə­­tin mə­­qam­­lar­­da res­­pub­­li­­ka­­da ol­­ma­­ya­­san. Be­­lə can ra­­hat­­lı­­ğı­­dır. Hə-ə, elə onun­­la da adı qız­­lar si­­ya­­hı­­sın­­dan si­­lin­­miş­­di.

Bun­­la­­rın ata­­la­­rı Rus­­yət­­dən be­şəl­­li ya­­pı­­şıb. O, kü­­rə­­kə­­nim, gu­­ya ca­­nım-ci­­yə­­rim­­di, an­­caq kü­­çə­­də qa­­ba­­ğı­­ma çı­­xa, ta­­nı­­ma­­ram. İn­­sa­­fən, qız­­la­­rın di­­lin­­dən ata­­la­­rı haq­­qın­­da bir­cə ya­­man söz eşit­­mə­­miş­­dim. Pis ora­sın­da­dır ki, nə də bir yax­­şı söz. On­­lar ata­­la­­rı­­na mü­­na­­si­­bət­­də neyt­ral­­dı­­lar. Bəl­­kə onu heç sev­­mir­­­lər də, la­­kin heç vaxt ol­ma­yan öv­­lad sev­­gi­­lə­­ri haq­­da ya­­lan sat­­mır­­­lar da. Ona qə­­tiy­­yən nif­­rət­­lə­­ri yox­­du. Bir də axı bur­­da ol­­ma­­yan in­­sa­­nın nə­­yi­­nə və ne­­cə nif­­rət edə­­sən. Bu nif­­rət mü­­cər­­rəd bir şey ola bi­­lər­­di, on­­da da ki, hiss olun­­maz­­dı. Yə­­qin da­­ha on­­lar­­da  heç əmr və gös­­tə­­riş­­lər­lə də nif­­rət ha­­si­­lə gəl­­məz­­di. Üs­­tə­­lik, on­­lar üçün "evin əsas ki­­şi­­si"nin bur­­da ol­­ma­­ma­­sı ol­­ma­­sın­­dan sər­­fə­­li idi: heç ol­­ma­­sa, məs­­lə­­hət sa­rı­dan qu­laq­ları dinc­di.

Am­­ma ye­­ri düş­­dü-düş­­mə­­di, ba­­cım onun köl­­gə­­si­­ni qam­­çı­­la­­yır, da­­lı­­sın­­ca əsib-co­şur, onu qi­yabi asıb-kə­­sir. Rus­­yət­­də ve­­yil­­lə­­nən bir in­­sa­­nın, de­­yir, qız­­la­­rı ya ev­­də çü­­rü­­yər, ya da axır çö­­lə­­düş­­mə olar. Hə­­lə yax­­şı­­dı ki, on­­la­­ra pis göz­­lə bax­­mır­, ad­­la­­rı­­na söz çı­­xar­­mır­­lar. Kül onun na­­mu­­su el adət­­lə­­riy­­lə qo­­ru­­nan ba­­şı­­na!

- Bur­­da çö­­rək yox­­dur. Ney­­lə­­sin?

- Ney­­lə­­sin - qə­­bir qa­­zıb gir­­sin ye­­rə! Bur­­da çö­­rək yox­­dur­­sa, bə ca­­ma­­at ni­­yə qı­­rıl­­mır? İn­­di­­yə­­cən kim acın­­dan ölüb?

Biz onun­­la qo­­hum­­çu­­luq­dan hə­­lə çox-çox əv­­vəl­­lər­ ya­­xın ol­­mu­­şuq; bir-bi­­ri­­mi­­zin xət­­ri­­ni dün­­ya­­lar­­ca is­­tə­­mi­­şik. Ək­­si­­nə, əla­­qə­­lər qo­hum­çu­luq­dan son­­ra kə­­sil­­di. Am­­ma tə­­zə­­lik­­cə fi­­kir­­lə­­şir­­dim də: axı, ona ni­­yə bir kö­­mə­­yim dəy­­mə­­yir? Çə­­tin mə­­qam­­lar­­da onun mən­­dən baş­­qa da­­ya­­ğı kim ol­­ma­­lı idi? İn­­di­­yə­­dək mə­­nim ona, yə­­ni əs­­lin­­də ba­­cı­­ma kö­­mə­­yim vur-tut nov­­ruz­­lar­­da, el­­gö­­zü­­nə on­­la­­ra baş çək­­mə­­yim olub. Mə­­nim ba­­cı ai­­lə­­si­­nə kö­­mə­­yim qoz-fın­­dıq, uzaq ba­­şı iy­­də-şa­­ba­­lıd sə­­viy­­yə­­sin­­dən yük­­sə­­yə qalx­ma­­mış­­dı.

Son­­be­­şik su­­yu­­mun­­dan ba­­cım özü idi. Ba­­cım san­­ki uşaq­­la­­şıb tə­­zə­­dən bö­­yü­­mə­­yə baş­­la­­mış­­dı. Ona ba­­xan­­da özüm də uşaq­­la­­şır və tə­­zə­­dən bö­­yü­­mə­­yə üz qo­­yur­­dum. Mən ona ba­­xan­­da uşaq, ba­­cı­­ma ba­­xan­­da­­sa dər­­hal bö­­yük olur­­dum.

Am­­ma bö­­yük - bi­­bi­­mi­­zə çək­­miş­­di. Gu­­ya ye­­rik vax­­tı bi­­bim ba­­cı­­ma nə­­sə ye­­diz­­di­­rə­­si, ona gö­­rə də uşaq is­tər-is­tə­məz bi­­bi­­mə ox­­şa­­ya­­sı. Tez-tez dan­­la­­yıb-dan­­sı­­yır­­sa da, ba­­cım qız­­lar­­dan hər bi­­ri­­ni əziz­­lə­­rin­­dən ki­­mə­­sə ox­­şat­­dı­­ğı­­na gö­­rə is­­tə­­yir. Uşaq­­lıq­­da on­­la­­rı saç­­la­­yıb dö­­yən­­də (in­­di gü­­cü çat­­mır), son­­ra­dan ne­­çə gün qəl­­bi göy­­nə­­yər­­di. Elə sa­­nar­­dı ki, əziz­­lə­­ri­­nə qar­­şı qa­­na­­caq­­sız­­lıq edib, on­­la­­rın öz­­lə­­ri­­nicə əziş­­di­­rib.  "Döy, döy, on­­suz öz rəh­­mət­­lik nə­­nə­­ni dö­­yür­­sən - mə­­nim heç ke­­fi­­mə də de­­yil," - or­­tan­­cıl çəm ta­­pıb ana­­sı­­nın əli­­ni özün­­dən yı­­ğış­­dı­­ra bil­­miş­­di. Nə­­nə­­miz di­­ri ol­­say­­dı, ba­­cım bəl­­kə qı­­zı döy­­mə­­yin­­dən qal­­ma­­ya­­caq­­dı da. Ne­­cə ki bö­­yük­­lə (bi­­bi­­miz) son­­be­­şi­­yi (özü) hər­­dən az qa­­lır bo­­ğa.

Son­­be­­şik il­­də bir, uzaq ba­­şı iki də­­fə mə­­nə si­­fa­­riş ve­rib gə­­tirt­di­­yi tort­la­­rı ça­­ta­­çat göz­­lə­­ri­­nə tə­­pər­­di. An­­caq qız tor­­tu ye­­dik­­cə, dü­­zü, mən də ürə­­yi­­mi ye­­yər­­dim - bir­­dən zə­­hər­­lə­nər. Ba­­kı­­dan bu­­ra yol öl­­çən tort­dan nə çı­xar! Üs­­tü ba­­taq­­lıq ki­­mi dal­­ğa-dal­­ğa... Gül­­lə­­ri də ba­­taq­­lıq gül­­lə­­ri ki­­mi sol­­ğun. Uzaq­­dan tort, hə­­qi­­qə­­tən, təy­­ya­­rə­­dən gö­r­sə­­nən ba­­taq­­lı­­ğa bən­­zə­­yər­­di.

Bu üç qız bir-bi­­ri­­ni az qa­­la ötə-ötə, qa­­çat­­bas­­dı bö­­yü­­yür, hər­­çənd elə qa­­mış ki­­mi də na­­zik qa­­lır­­dı­­lar. Öz söz­­lə­­ri­­dir, gu­­ya in­­san əv­­vəl uzu­­nu­­na, son­­ra eni­­nə ar­­tar. An­­caq bun­­lar­­da boy­­la bə­­ra­­bər, sən de­­mə, dil də uza­­nır­­mış. Ba­­cım de­­yir ki, bun­­la­­rın hə­­rə­­si­­nin düz bir metr uzun­­luq­­da di­­li var. Fi­­kir-zi­­kir­­lə­­ri də kö­­kəl­­mək­­di. Gu­­ya kö­­kə­­lən­­də, da­­yı­­la­­rı, göy­­çək ola­­caq­­lar. Utan­­maz­­lar! Qı­­zar­­maz­­lar! Bun­­la­­rın sö­­zü­­nə bax! Gö­­rün ər­­gən qız da da­­yı­­sı­­na kö­­kəl­­mək­­dən da­­nı­­şar! Biz də qız ol­­mu­­şuq! Açı­­ğı, kö­­kəl­­mə­­yin mə­­na­­sı ki­­min­­sə xo­­şu­­na gəl­­mək­­dən iba­­rət­­dir ki, bu da on­­la­­rın ya­­şın­­da heç cür ədəb­­li şey sa­­yı­­la bil­­məz. De­­yə­­sən, bun­­la­­rın hə­­ya­­tın­­da ən va­­cib iş elə ərə get­­mək­­di. Əs­­lin­­də də, qı­­zın mə­­mə­­si çıx­­dı­­sa, rədd olub get­­mə­­li­­dir. Qız ev­­də qal­­dıq­­ca dur­­ğun göl ki­­mi iy­­lə­­nər. Bir az da də­­ri­­nə get­­sək, qı­­zın ev­­də qal­­maq­­lı­­ğı dün­­ya­­da nə­­yin­­sə düz­­gün ol­­ma­­maq­­lı­­ğı əla­­mə­­ti­­dir. Mə­­sə­­lən, qız­­lar ən çox mü­­ha­­ri­­bə­­lər­­də ev­­də qa­­lır. Aran ye­­rin qız­­la­­rı her­­bi­­sid, ya su­­per­­fos­­fat "dağ"­la­­rı ətək­­lə­­rin­­də qa­­rı­­yır­­lar. Bu ra­­yon­­da iki cür qız olur: əsl dağ ya­­nın­­da­­kı­­lar - on­­ları al­­ma­­ya­­naq-sağ­­lam gö­rər­sən, bir də her­­bi­­sid-su­­per­­fos­­fat "dağ­" ətək­­lə­­rin­­də­­ki­­lər - on­­lar isə sol­­ğun üz­­lü, ya­­naq­­la­­rı sal­­laq­­dı­­lar; qıç­­la­­rı da na­­zik və əy­­ri. Qıç qız ta­­le­­yi­­ni mü­­əy­­yən­­ləş­­di­­rən çox va­­cib ün­­sür­­dür. Qı­­zın ta­­le­­yi al­­nın­­da-ya­na­ğın­­da yox, məhz qıç­­la­­rın­­da ya­­zı­­lır. Ba­­cım qız­­la­­rı­­nın qıç­­la­­rı, Al­­la­­ha şü­­kür, əyiş-üyüş de­­yil­­di­­lər. Düz qıç­­la­­rın­­da yə­­qin ta­­le­­lə­­ri də düz ya­­zıl­­mış olar. La­­kin ürə­­yi­­mə dam­­mış­­dı da: on­­lar­­dan bi­­ri hök­­mən qa­rı­yıb ev­­də qa­­la­­sı­­dır. Çün­­ki bu dün­­ya­­nın iş­­lə­­ri hə­­mi­­şə­­ki ki­­mi heç də yax­­şı get­­mir­­di. Hə, bö­­yük qı­­zın ta­­le­­yi, hə­­qi­­qə­­tən, qıç­­la­­rın­­da ya­­zı­­lan­­lar­­la düz gəl­­mə­­di.

Bu ara­­da ar­­mu­­du stə­­kan­­lar ota­­ğa do­­lu və rəng­li tərz­də gə­­lir, boş və rəng­siz qa­­yı­­dır­­dı­­lar.

Ba­­ho, din­mə, bu gə­­lən üç ba­­cı­­nın tək qar­­da­­şı, mə­­nim gö­­zəl ba­­coğ­­lum ol­maya! Gəl­­di və yal­­nız gə­­lən­­dən son­­ra bil­­dim ki, onu göz­­lə­­mir­­mi­­şəm. Ən­­gə ver­­di­­yim bu ne­­çə sa­­at­­da, in­­sa­­fım qu­­ru­­sun, onu bir kəs­­dən so­­ruş­­ma­­mış­­dım. Elə hə­­mi­­şə be­­lə olur: bu oğ­­lan özü gə­­lib göz­­lə­­ri­­mə gir­­mə­­sə, ya­­dı­­ma düş­­məz. Di gəl, gu­­ya doğ­­ma­­sı, iki gö­­zü, əziz-gi­­ra­­mi­­si­­yəm. Sa­­lam-ka­­lam­­sız ke­­çib elə­­cə do­­la­­bın göz­­lə­­ri­­ni açıb-bağ­­la­­yır, ora­­lar­­da nə­­sə ax­­ta­­rır­­dı. İşi­­ni qur­­ta­­rıb di­­kə­­lən­­də, şə­­ha­­dət bar­­ma­­ğım­­la ona "ya­­xın gəl" işa­­rə­­si ver­­dim. Adə, ay qu­rum­saq, gəl, üzün­­dən öpək! Gəl­­di, an­­caq mən maç elə­­yən­­də, üzü­­nü ya­­na çe­­vir­­di; on­­da öpü­­şüm ey­­bə­­cər bir səs şək­­lin­­də ha­­va­­dan ası­­lı qal­­dı. O heç də da­­yı öpü­­şün­­dən öt­­rü də­­li-di­­va­­nə de­­yil­­miş. Ya  bəl­­kə on­­la­­rın kən­­din­­də ki­­şi öpüş­­mə­­lə­­ri ənə­­nə­­si yox­­du. Gö­­rə­­sən, mən bu gə­­də­­ni ni­­yə sev­­mir­­dim? Hər­­gah ba­­cım ba­­la­­sı ol­­ma­­say­­dı, inan, ona nif­­rət edər­­dim. O, bö­­yük qız­­dan ki­­çik, ki­­çik­­dən bö­­yük­­dü­­sə də, onun or­­tan­­cıl­­dan bö­­yük, ya ki­­çik­­li­­yi­­ni anış­­dır­­mır­­dım. Bu tək oğ­­lan ai­­lə­­də yal­­qu­­zaq ki­­mi tov­­la­­nır­­dı. Ev­­də onu an­­la­­yan bir kim­­sə­­nə yox­­du. Ola bil­­sin, bir ata­­sı an­­la­­yar­­dı, o da dün­­ya­­nın qur­­ta­­ra­­ca­­ğın­­da. Hər hal­­da, onu az-maz ba­­şa dü­­şən­­lər də evin için­­də yox, çö­­lün­­dəy­­di­­lər. Onun çö­­kək yol bən­­zər­­li pey­­sə­­rin­­də da­­im gün­­də sim ki­­mi işa­­ran tük­­lər gö­­rər­­sən. Dəl­­lək bu cür tü­­kə "ye­­tim tü­­kü" de­­yir. Dü­­zü, dəl­­lək­­dən eşi­­də­­nə­­cən mən "ye­­tim tü­­kü" ifa­­də­­si­­nin eti­­mo­­lo­­gi­­ya­­sın­­dan xə­­bər­­siz­­dim.

Bu uşaq­­la­­rın bir­­cə­­ci­­yi dərs-mərs bil­­məz - on­­lar hət­­ta ne­­çə­­də oxu­­yub-oxu­­ya­­caq­­la­­rı­­nı da çaş-baş sa­­lır­­dı­­lar. Ər­­lik qız ne­­çə­­də oxu­­muş olar - yə­­qin doq­­quz­­da-on­­da. Ya­­xud "on"dan yu­­xa­­rı si­­nif olar­­sa - on­­da. Di gəl, bö­­yük düz üç il­­di elə­­cə "on" de­­yib du­­rur. Ağ­­lı­­na gəl­­mir də hər də­­fə bir il ar­­tır­­sın. Heç si­­nif­­də qal­­ma­­yıb da, am­­ma heç cür xə­­ya­­lı­­na gəl­­mir ki, mək­­tə­­bi "qur­­tar­­sın". Ke­­çən il "on" de­­mə­­si­­ni bu il unu­­dur­­du.

Oğ­­lan özü də or­­tan­­cıl­­dan bö­­yük, ya ki­­çik ol­­du­­ğu­­nu kəs­­dir­­mir. Çox uza­­nan­­da boy­­ca ba­­cı­­la­­rın­­dan han­­sı­­nı­­sa ötüb ke­­çir, on­­da de­­yir on­­dan bö­­yü­­yəm, oxu­­du­­ğu sin­­fin də bö­­yü­­yü­­nü de­­yir. "Yed­­di" de­­sə­­lər, bu, təx­­mi­­nən "sək­­kiz", ya "doq­­quz" de­­yə­­cək. Bir­­dən ça­­şıb "on bir" de­­sə­­lər, yə­­qin bu, "on iki" de­­yər. "On bir"dən yu­­xa­­rı si­­nif ol­­ma­­dı­­ğı­­nı bəl­­kə an­­la­­mır da. Bəl­­kə elə bi­­lir in­­san 20-30-cu sin­­fə­­cən oxu­­yur. Gö­­rə­­sən ar­­tıq bı­­ğı çıx­­maq­­da olan bu oğ­­lan ne­­çə­­yə­­cən sa­­ya bi­­lər­­di. Hə, o, in­­san­­la­­rın bö­­yük-ki­­çik­­li­­yi­­ni yaş­­la yox, boy­­la öl­­çür. Yə­­ni hət­­ta bir gün uzun­­luq­­da ana­­sı­­nı ötər­­di­­sə (ata­­sı­­nın bo­­yu­­nu ar­­tıq xa­­tır­­la­­mır), de­­yə­­cək­­di on­­dan bö­­yük­­dür; be­­lə çı­­xa­­caq­­dı ki, əv­­vəl dün­­ya­­ya gə­­lib, son­­ra ana­­dan olub. Bəl­­kə bö­­yü­­dük­­cə bə­­zi şey­­lə­­ri dərk edir­­di­­sə də, kor tut­­du­­ğu­­nu bu­­rax­­ma­­dı­­ğı ki­­mi, elə­­cə boy­­dan tu­­tub du­­rur­­du. İş­­lər fı­­rıq­­dı - bir az keç­­sə, o, ağ­­saq­­qal­­lı­­ğa bo­­yu uzun, ağ­­lı gö­­dək in­­san­­la­­rı la­­yiq bi­­lə­­cək.

Ata­­sı onun adı­­nı öz adı­­na həm­­qa­­fi­­yə qoy­­muş­­du: Na­­zim - Ni­­zam. Ni­­zam tez-tez otaq­­dan, bə­­zən hə­­yət­­dən də ba­­yı­­ra çı­­xır və üç-beş də­­qi­­qə keç­­mə­­miş, bir də gö­­rür­­dün, bu­­dey, fit ça­­la-ça­­la ye­­nə qa­­yıt­­dı. Bu, de­­yə­­sən, da­­yı ol­­du­­ğu­­mu, mə­­nim bu mö­­tə­­bər rüt­­bə­­mi unu­­dur­­du. Ola bil­­sin, mə­­ni da­­yı­­lıq­­dan sil­­miş­­di də. Ma­­ğıl qız­­lar hə­­lə da­­yı-ma­­yı qı­­dır­­dı­­lar; hər­­dən şi­­rin-şi­­rin "da­­yı" de­­mək­­lə­­ri var. Düz­­dü, bəl­­kə də mə­­nim on­­la­­ra hə­­lə ka­­ra gə­­lə­­cə­­yi­­mi zənn edir­­di­­lər; hör­­mət-iz­­zət ona gö­­rə idi. Hər­­çənd mən özüm gə­­lə­­cək­­də on­­la­­ra ne­­cə "ka­­ra gə­­lə­­cə­­yi­­mi" hə­­lə heç cür "zənn edə" bil­­mir­­dim. Nağ­­dı, on­­lar bu­­nu kənd­lə­­rin­­də­­ki di­­gər qey­­rət­­li da­­yı­­la­­rın təc­­rü­­bə­­sin­­dən gö­­tü­­rür­­dü­­lər. On­­la­­rın tə­­səv­­vü­­rün­­cə, da­­yı­­la­­rı­­nın qey­­rət işi hə­­lə irə­­li­­də idi. Am­­ma ba­­şı­­nı­­zı ağ­­rı­­dıb ye­­nə de­­mə­­li­­yəm ki, bu sa­­yaq iş­­lək­­lə­­rin me­­xa­­niz­­mi mə­­nim üçün hə­­lə çox qa­­ran­­lıq­­dı. Ay ba­­lam, mən mə­­nəm­­sə, öz kə­­ra­­mə­­ti­­mə bə­­lə­­dəm. Mə­­nim ən "qey­­rət­­li iş"im ol­­sa-ol­­sa ay­­rı­­lıq­­da on­­la­­rın hər bi­­ri­­nin to­­yu­­na bə­­qəd­­ri-qüv­­və pul sal­­maq­­dan iba­­rət ola bi­­lə­­cək, di qur­tar­dı get­di.

Ni­­zam qa­­ra­­nə­­fəs so­­yu­­du­­cu­­dan bu­­tul­­ka­­nı qa­­pıb qur­­ta­­qurt­la ba­­şı­­na çək­­di; şiş hül­­qu­­mu şa­­qul gös­­tə­­ri­­ci­­si ki­­mi qal­­xıb-enir­­di.

- Ey, qı­­rış­­mal, adam tər­­li-tər­­li so­­yu­­du­­cu­­dan su içər?

- Nə bil­­din tər­­li­­yəm? Bəh, elə bil bu­­laq­­dan gö­tü­rüb içir­­sən.

- So­­yu­­du­­cu bu­­laq de­­yil.

- Am­­ma ona ox­­şa­­yır.

- ...Mə­­nim so­­yu­­du­­cu­­dan su iç­­di­­yim ya­­dı­­ma gəl­­mir, - mən bu söz­­lə­­ri həm tər­bi­yəvi məq­səd­lə, həm də ba­­cı­­ma eşit­­dir­­mək üçün de­­dim. Bu xa­­siy­­yə­­tim onu se­­vin­­di­­rə­­cək­­di­­sə, qoy se­­vin­­dir­­sin.

- Biz su­­yu hə­­mi­­şə buz­lu içi­­rik.

- Biz yox. Heç­cə bi­­ri­­miz!

- Afə­­rin! Ba­­kı elə­­di də-ə. Bom­­ba yer­­di.

- Sən lağ elə.

- Mən bərk su­­sa­­mı­şam­sa, lap qur­­ba­­ğa­­lı göl­­­dən də ovuc­la­yıb içə­­rəm.

- Zi­­rək­­sən! Da­­yı­­sı, gö­­rür­­sən onun kə­­si­­lə­­si uzun di­­li­­ni! Də­­də­­si ki­­mi qa­­bi­­liy­­yət­­siz­­dir!

- Mən hə­­lə­­lik qa­­bi­­liy­­yət­­siz­­li­­yi də­­dəm­­də yox, bir tək sən­­də gör­­mü­­şəm.

- Kəs, ədə!

- Də­­dəm qa­­bi­­liy­­yət­­siz­­di­­sə, ona get­­mə­­yəy­­din. Ma­­ğıl on­da biz də ol­­maz­­dıq.

- Ə! - mən onu ça­­ğır­­dım. - Na­­zim!

- "Ə" yox da-a, ay da­­yı. Özü də mən "Na­­zim" de­­yi­­ləm.

- "Mi­­zan" ol! "Ni­­zam" ol! İn­­di qu­­la­­ğı­­nı çə­­kib eş­­şək qu­­la­­ğın­­dan uzun elə­­yə­­rəm, on­­da bi­­lər­­sən! Ana­­nı ni­­yə in­­ci­­dir­­sən?

- Ona söz de­mək də ol­­maz? - o, ya­­lan­­dan, zo­­rən gü­­lüm­­sün­­dü.

- Ol­­maz!

- Ni­­yə? Mü­­qəd­­dəs­­di ki?

- Bə­­yəm ana mü­­qəd­­dəs de­­yil?

- Heç də hə­­mi­­şə yox.

- Bax, bu ol­­ma­­dı! Sə­­nin­­ki lap "oy­­na­­mı­­ram"dı.

- Ana haq­­qın­­da radio­dan eşit­­di­­yi mah­­nı­­lar onun gö­­zü­­nə gir­­sin! - ba­­cım hə­­mi­­şə­­ki ki­­mi bal­­ta­­nı kö­­kün­­dən vu­­rur, an­­caq ara­­da­­kı tə­­sa­­dü­­fi fa­­si­­lə­­də qə­­fil­­dən yum­­şa­­lır da. - Elə bil gün­­də bo­­ğa­­zı gə­­lən bu de­­yil, mə­­nəm. Ha­­va bu­­lud­­la­­nan ki­­mi də diz­­lə­­ri top ki­­mi şi­­şir.

- Bu ge­­nə baş­­la­­dı! Elə bil hə­­kim­­dir.

- Bü­­tün ana­­lar elə hə­­kim ki­­mi­­di­­lər.

- Ge­­cə-gün­­düz da­­nış­­dı­­ğı - xəs­­tə­­lik­­lər­­dən­­di. Azar-be­­zar­­dan xo­­şu gə­­lir.

- Yax­­şı, bun­­lar heç. Ba­­rı dər­­sə-za­­da ge­­dir­­sən?

Bur­­da oğ­­lan din­­mə­­di.

- Sən­­nə­­nəm!

- Dərs ol­­sun ki - ge­­dim.

- Ne­­cə yə­­ni "ol­­sun"? Bu nə söh­­bət­­dir?

- "Dərs"i so­­ruş­­ma­­dın?

- So­­ruş­­dum.

- Mən də de­­yi­­rəm ki, biz­­lər­­də elə şey-zad ol­­mur. Ba­­kı­­ya xa­­hi­­şin get­­mə­­sin.

- Bu­­nun mü­­əl­­lim­­lə­­ri də ata­­sı ki­­mi­­di­­lər. Həm də qar­­daş, bun­­la­­rın­­kı al­­ve­­rə get­­mək de­­yil, ge­­dib or­­da ar­­vad al­­maq­­dır. Or­­da hə­­rə­­si­­nin ikisi-üçü var.

- Yox bir, beş-on olar. Har­­dan bil­­ir­sən?

- Çı­­xıb yol­­da kim­­dən so­­ruş­­san, bu­­nu de­­yər.

- Özü də yax­­şı an­­la­­ma­­dım - nə ar­­vad axı?

- Ədə, özü­­nü avam­lığa vur­­ma. Sən də mə­­nə...

- Mə­­nim bil­­di­­yim odur ki, on­­lar Rus­­yə­­tə çö­­rək da­­lın­­ca ge­­dir­­lər.

- Sən tər­­bi­­yə­­li adam­­san, odur ki, elə də fi­­kir­­lə­­şir­­sən. Ava­­ra-sər­­gər­­dan üçün çö­­rək bə­­ha­­nə­­dir.

- Ni­­zam, bir de gö­­rüm Rus­­yət biz­­dən şi­­mal­­da­­dır, yox­­sa cə­­nub­­da? - mən söh­­bə­­tin va­lını də­­yiş­­mək is­­tə­­dim.

- Yə­­ni bü­­töv Rus­­yət?

- Rus­­yə­­tin bü­­tö­­vü-ya­­rım­­çı­­ğı da olur? Bu ne­­cə su­­al­­dı?

- Da­­ğıs­­tan - Rus­­yət­­dir?

- Tu­­taq ki.

- Bax, Da­­ğıs­­tan şi­­mal­­da­­dır. Qa­­lan yer­­lər­­lə nə işim!

- Da­­ğıs­­tan şi­­mal­­da­­dır­­sa, Rus­­yə­­tin qa­­lan his­­sə­­si cə­­nub­­da ol­­ma­­ya­­caq ki!

- Axı, da­­yı, bu şi­­mal-cə­­nu­­bun nə əhə­miy­yəti var?

- Əhə­miy­yəti çox­­dur.

- Mə­­sə­­lən.

- Ədə, üzü­nün suyu tö­kül­sün, ay ölə­­sən, biz də uşaq ol­mu­şuq, adam da­­yı­­sıy­­la göz-gözə su­­al-ca­­vab elə­­yər?! - Bir var, bu­­nu bi­­lə­­sən, bir də var - yox. Han­­sı yax­­şı­­dır? Əl­­bət­­tə, bil­­mək.

- Elə bu? Mən bu cür bi­­lik­­lə­­rə bir qram qiy­­mət qoy­­mu­­ram.

- On­­da coğ­­ra­­fi­­ya-zad keç­­mə­­sin­­lər də-ə. Ni­­yə ke­­çir­­lər?

- Ağıl­­la­­rı ol­­sa, keç­­məz­­lər.

- Yax­­şı, on­­da de gö­­rüm, bə bi­­zim İran har­­da­­dır?

- Da­­yı, İran itib ki, onu mən­­dən so­­ru­­şur­­san?

- Hə, itib.

- Da­­yım elə bil it­­miş inək ax­­ta­­rır, - son­­be­­şik bur­­da gül­mək­dən qəşş elə­­di.

- Hər hal­da, İran cə­­nub­­da olar. Rus­­yə­­tin əks tə­­rə­­fin­­də. On­lar bir-bi­rinə hə­mişə əks olub. An­­caq mə­­nim üçün bun­­la­­rın "nol" əhə­­miy­­yə­­ti var.

- Eş­­şə­k nə bi­lə­cək zə­fə­ran nədi! - ba­­cım ye­­nə əsib-coş­­du.

- Gu­­ya İra­­nın şi­­mal­­da, ya cə­­nub­­da ol­­du­­ğu­­nu ana­­mız özü bi­­lir.

- Ba­­cı­­lı, gəl­­sə­­nə bi­­zim iş­­lə­­ri­­mi­­zə qa­­rış­­ma­­ya­­san.

- Hey­­van də­­də­­sin­­dən ar­­tıq ola­­caq?!

- Gəl sən özü bur­­da ol­­ma­­yan ada­­mın adı­­nı çək­­mə! O elə sə­­nin boz üzün­­dən qa­­çaq dü­­şüb! Dal­­ca da­­nış­­maq nə adət­­di sən­­də! - Ni­­zam xü­­su­­si sərt­lik­­lə otaq­­dan çı­­xıb qa­­pı­­nı da bərk çırp­dı. Yox, bu uşaq in­­san ki­­mi yox, qan­­qal ki­­mi bö­­yü­­yür­. Ya­­şı ça­­tan­­da, döv­­lət onu əs­­gər­­li­­yə, elə bil qan­­qa­­lı də­­rib yol­­la­­ya­­caq. Bu­­nun dü­­zəl­­mə­­yi qal­­dı "mar­­şi­­rov­­ka"la­­ra. Bur­­nu po­­mi­­dor ki­­mi əzil­­mə­­yin­­cə də adam ola­­na ox­­şa­­mır. Uzund­raz­­lı­­ğı­­na­­sa heç cür bö­­yü­­mək de­­mək ol­­maz­­dı. Barı şah­mat ola, mək­­tə­­bin ən azı yed­­di-sək­­kiz ili­­ni nərd at­­mış­­dı. Bir az da atıb, elə nərd təc­­rü­­bə­­si ilə də hə­­yat qu­­ra­­sı idi. O, ad­­sız-san­­sız ol­­ma­­ğa in­­di­­dən məh­­kum­­du. De­­yək qız­­lar heç, on­­lar üçün ad-san lü­­zum­­suz­du. İtib hə­­rə­­si bir ye­­rə ge­­dən­­də, hə­rif-zad bil­­mə­­mə­­lə­­ri­­nin eyi­­bi ta­­mam ör­­tü­­lə­­cək­­di. Ərə get­­mək "ağ ya­­nı"ya çıx­­maq ki­­mi bir şey­­di; on­­da bü­­tün əyər-əs­­kik­­lər üs­­tün­­dən gö­­tü­­rü­­lür.

- Bay, muş­­tu­­lu­­ğu­­mu ve­­rin, Ni­­zam-in­­ti­­zam ye­­nə qa­­yıt­­dı.

- Da­­yı­­sı, sən de, bu də­­li­­mi­z­lə ney­­lə­­yək? - ana­­sı tut­­ma şək­­lin­­də tə­­zə nə­­va­­ziş və il­­ti­­fat­­la dil­­lən­­di. Elə bil ba­­yaq­­kı gər­gin əsəb onun de­­yil­­miş.

- Biz də­­li de­­yi­­lik.

- Qoy ta­­mam bö­­yü­­sün, on­da gö­­rək ney­­ni­­rik.

- Qoy hə­­lə ba­­şım pa­ta­loka dəy­­sin...

- Bu gün-sa­­bah sək­­ki­­zi qur­­ta­­rır, inan, hə­­lə adı­­nı düz­­gün ya­­za bil­­məz də, - bur­­da ana­­nın di­­li tə­­zə­­dən dinc dur­­ma­­dı.

- Ni­­yə ya­­lan de­­yir­­sən? Mən hət­­ta sə­­nin ey­­bə­­cər adı­­nı da də­qiq ya­­za­­ram!

Bax, bur­da on­dan xo­­şum gəl­­di. Yer­­siz ira­­da elə bu cür də ca­­vab ve­­rər­­lər. Ana ol­­mur, kim olur ol­­sun.

- Ay qar­­daş, gö­rür­sən, mə­­nim gü­­nüm-gü­­zə­­ra­­nım bu­­dur.

- Gü­­na­­hın ço­­xu sən­­də­­dir. Özün yax­­şı bi­­lir­­sən ki, tər­­bi­­yə be­­şik­­dən baş­­la­­nır, da­­yı gə­­lən­­dən-gə­­lə­­nə ve­­ril­­mir.

- Be­­şi­­yi­­miz olub ki? - bu, son­­be­­şik­­di. - Bi­­zim heç vaxt be­­şi­­yi­­miz ol­­ma­­yıb.

- Biz ha­­mı­­mız yer­­də ya­­tıb-bö­­yü­­mü­­şük, - bu da or­­tan­­cıl.

- Kül si­­zin də küt ba­­şı­­nı­­za! Bu sa­­at ge­­dib han­­sı hə­­kim­­dən so­­ruş­­san, de­­yə­cək yer­­də yat, xe­­yir­­dir.

- Yayı-qışı be­­li­­miz ter­­mo­­metr ki­­mi ye­­rin so­­yuq­­lu­­ğu­­nu öl­­çüb, - bu da bö­­yük. Uzun fa­­si­­lə­­dən son­­ra axır onun da di­­li açıl­­dı.

- Ey, qə­şəng­lər, siz or­da ye­­nə nə qar-qur sal­­dı­­nız! Mən "be­­şik" sö­­zü­­nü o mə­­na­­da iş­­lət­­mə­­dim.

- De­­nən, də­­də olan bən­­də, in­­di­­yə­­cən uşaq­la­­rı­­na ba­­rı ucuz bir qə­­ləm, ya bir cüt oni­ki­və­rəq­lik alıb­­san? Heç so­­ru­­şub­­san ki, arıq eş­­şə­­yim, har­­da ölüb­­sən?

- "Eş­­şək" sö­­zü ana­­mı­­zın di­­lin­­də gül kimi bi­­tib.

- ...Gə­­də in­­di­­dən qo­­ca­­lar ki­­mi ös­­kü­­rür. Ös­­kü­­rən­­də də içi az qa­­lır sö­­kü­­lə.

- Nə­­yi ol­­ma­­sa da, anam bu­­nu düz de­­yir. Ci­­bin­­dən da­­im cür­­bə­­cür si­­qa­­ret qu­­tu­­la­­rı çı­­xır, di gəl, çək­­di­­yi­­ni ona sü­­but edə bil­­mi­­rik.

- Çək­­mə­­yi­­ni giz­­lə­­dir­­sə, de­­mək, tər­­bi­­yə­­si var.

- Ədə, on­­da tər­­bi­­yə nə gə­­zir! İş tər­­bi­­yə­­də de­­yil.

- Gu­­ya özü tər­­bi­­yə­­li­­dir. Axa­­şa­­ma­­can onu-bu­­nu sö­­yür. Gö­­rün qa­­dın da sö­­yüş sö­­yər?

- Da­­yı, ay da­­yı, - son­­be­­şik üs­­tü­­mü tə­­miz­­lə­­yir­­miş ki­­mi çiy­­ni­­mi dö­­yəc­­lə­­di. - Bun­­lar bir də­­fə onun ci­­bin­­dən flo­­mast­r qu­­tu­­su tap­­mış­­dı­­lar, ax­­şa­­ma­­can ya­­zı­­ğın tü­­kü­­nü did­­di­­lər ki, si­­qa­­ret çə­­kir­­sən...

- Onu ya­­zıq ilan vur­­sun, - bu­­nu yaş­­ca ana­­sı­­na ya­­xın olan bö­­yük qız de­­di.

- Ay ar­­vad, sən uşa­­ğa ni­­yə hə­­mi­­şə pis de­­yir­­sən! Da­­yım da elə bi­­lə­­cək hə­­qi­­qə­­tən pis­­dir.

- Bə imam öv­­la­­dı­­dır? Da­­yı­­sı, bax, bu za­­val da mə­­ni çox in­­ci­­dir. Qa­­nı­­mı qal­­dı­­rır, - ana­­sı Ni­­zam­­dan əl gö­­tü­­rüb düş­­dü or­­tan­­cı­­lın üs­­tü­­nə. - Bun­­dasa tər­­bi­­yə ad­­lı şey­dən bir dam­­cı da yox­­dur.

- Yox­­dur, de­­mək, ver­­mə­­mi­­sən. Yox­­dan var ola bil­­məz ki.

- Vay, in­­di də ana­­mın cay­­na­­ğı­­na bu keç­­di! - son­­be­­şik qaq­­qıl­­da­­yıb ey­­va­­na qaç­­dı.

- Bu­­nun gö­zün­də şən ol­­maq tər­­bi­­yə­­siz­­lik­­dir.

- Kim de­­yir şən ol­­ma. Ol, an­­caq həd­­din­­də. Də­­qi­­qə­­ba­­şı da üs­­tü­­mə be­­şa­­çı­­lan ki­­mi açı­­lır­­san.

- Yox bir, ona­­çı­­lan ki­­mi!

- Sən­­də qə­­ti gü­­nah yox­­dur. Ata­­sı ar­­vad­­la­­rı əl­­cək ki­­mi də­­yi­­şən in­san bun­­dan ar­­tıq ola da bil­­məz.

- Gəl sən boş-bo­şuna ata­­mı­­zın adı­­nı tut­­ma. Qoy Rus­­yət­­də ne­­cə qa­­lıb, elə də qal­­sın.

- Hə, elə bil ölüb, qoy qə­bir­də ra­­hat yat­­sın... İtin qı­­zı­­yam, əgər in­­dən be­­lə on­­dan bir kəl­­mə de­­səm! Mə­­nim ke­­fi­­mə də de­­yil! Axı, nə işi­­mə­­di!

- Rus­­yət elə yer­­di - ora ha­­mı ge­­dir.

- Hə­­mi­­şə­­li­­yə ge­­dir­­lər? Niyə əkib-tö­­küb ara­­dan çı­­xıb?

- Ay ba­­cı, axı, biz də Ay­­dan düş­­mə­­mi­­şik. Görə-görə gə­li­rik. Bü­­tün Azər­­bay­­can il uzunu Rus­­yət­­də de­­yil? Ki­­şi­­ni lap "xalq düş­­məni" elə­­mi­­sən.

Doğ­­ru­­dan da, beş ima­­ma ağ­­la­­yan­­da, gə­­rək bir də ye­­zidə ağ­­la­­ya­­san. Kü­­rə­­kən an­caq elə onu edir ki, qa­­za­­nıb-qır­­tıb bun­­la­­rın ağ­­zı­­na atır. Val­­lah, şad­­lıq­­la­­rı­­na şit­­lik edir­­lər. Əcəb rəs­­sam ola­­san, acıq­­ca bun­­la­­rın ha­­mı­­sı­­nı Rus­­yət səm­­ti­­nə, ağız­­la­­rı­­nı da açıq və yum­­ru hal­­da çə­­kə­­sən. Ba­­cım ağ elə­yir, göy­­nən ge­­dir, bir şey olan ki­­mi də cəzm olub özün­­dən çı­­xır. Hər söz­­dən bir söz çı­­xa­­rır. Şi­­rin­cə da­­nı­­şı­­ğı da­­va­­dır. Dili öy­rə­şib: da­­im də şi­­ka­­yət­­çi­­dir. Yox bir, Na­­zim or­­da ev­­lə­­nib! Əşi, ev­lə­nib, əcəb elə­­yib, əli­­nin için­­dən gə­­lib! Otu­­rub sə­­nin qır-qı­­rı­­na qu­­laq as­­ma­­lı idi?

Əs­­lin­­də qi­­ya­­bi gü­­nü­­lə­­ri mü­­tə­­ma­­di onun fan­­ta­­zi­­ya­­sın­­dan pər­­vaz­­la­­nır­­dı­­lar. O elə fan­­ta­­zi­­ya­­sın­­da­­ca ət­­li-can­­lı ar­­vad­­lar "xəlq elə­­yir", uzaq­­dan-uza­­ğa on­ları əri­­nə ya­xır­dı. Qıs­­qan­­dı­­ğı da arıq­­lar yox, hə­­mi­­şə kök­­lər olur. Hət­­ta gon­­bul qo­­hum­­la­­rı­­nı da ona qıs­­qa­­nar­­dı. Sən de­­mə, ba­­cım kən­­din bü­­tün gon­­bul ar­­vad­­la­­rı ilə kü­­sü­­lü imiş. O, mal sat­­dır­­maq üçün əri­­nin tut­­du­­ğu bü­­tün qa­­dın­­la­­rı haq-na­­haq onun adı­­na çı­­xır­­dı. Ba­­lam, in­­sa­­nın nə qə­­dər ar­­va­­dı olar­­mış!

- Kim de­­yər, onun sa­­tı­­cı­­la­­rı ni­­yə hə­­mi­­şə po­­ta­­ça olur?

- Biz nə bi­­lək?

- Çün­­ki elə­­lə­­ri­­nin də­­li­­si­­dir. Za­­lım­­da bir­­cə­­ci­­yi də arıq-tu­ruq de­­yil!

- Mən elə bi­­li­­rəm, on­­da sa­­tı­­cı­­lar tə­­sa­­dü­­fən kök alı­­nır. Bir də axı Rus­­yət­­də arıq ar­­va­­dı gün­­düz fə­­nər­­lə də tap­­maz­­san.

- Hə, sən də bu yan­dan ba­­şı­­mı piy­­lə! Ədə, o, gon­­bul­­la­­rın ölü­­sü­­dür, bu­­nu mən­­dən so­­ruş.

-  Axı, anam özü gon­­bul­­dur - bu sir­­ri o biz­­dən yax­­şı bi­­lər, -  şey­­tan son­­be­­şik ye­­nə sö­z atıb ara­­dan çıx­­dı. Qız sa­­çı yo­­lun­­ma­­sın de­­yə, hə­­mi­­şə bir aya­­ğı­­nı eşik­də qo­­yur. Yal­­nız özü-sözü yad­­dan çı­­xan­­da, ara sa­­ki­­tə­­lə­­şən­­də ge­­ri qa­­yı­­dır.

- Ba­­cı, sən Rus­­yət qı­­şı­­nı gör­­mə­­mi­­sən. Ora­­nın üs­­tü­­a­­çıq ba­­zar­­la­­rın­­da arıq in­­san heç vaxt du­ruş gə­tir­məz, mal sa­­ta bil­­məz. Or­­da şax­­ta in­­sa­­nın içi­­ni şü­­şə ki­­mi kə­­sir. Al­­ver üçün kök­­lə­­ri ona gö­­rə əl-əl ax­­ta­­rır­­lar.

- Ay ya­­zıq, sən də or­­ta­­da qal­­mı­­san, heç bil­­mir­­sən nə de­­yə­­sən! Bə on­­da saçı-saq­qalı dü­mağ, ai­­lə­­li bir ki­­şi sa­­tı­­cı­­sıy­­la şə­­kil çək­­di­­rər?

- Ni­­yə də yox? Sa­­tı­­cı in­­san de­­yil? Bəl­­kə elə ona ya­zığı gə­­lib. Mən özüm Rus­­yət­­də on il­­lər­­lə şə­­kil çək­­dir­­mə­­yən qa­­dın­­lar gör­­mü­­şəm.

- Yax­şı, bəs­­di mə­­ni ax­­maq ye­­ri­­nə qoy­­dun! Ye­­ri gəl­­miş­­kən, elə sən də onun ta­­yı­­san. Bü­­tün ki­­şi­­lər bir be­­zin qı­­ra­­ğı­­dı­­lar!

- Bir az düz­­gün da­­nı­şan­da nə olar?

- İni­­şil sa­­tı­­cı­­sı qo­­ca bir "ba­­buş­­qa" imiş. Ana, bu­­nu ni­­yə de­­mir­­sən? No­­ol­­du, ona da gözü düş­dü? - or­­tan­­cıl ye­­nə ata­­sı­­nın tə­­əs­­sü­­bü­­nü çək­­di.

- Qo­­ca de­­yən­­də, mən­­dən ca­­van­­dı. Bir də qo­­ca, ya ca­­van - ar­­sı­­za nə tə­­fa­­vü­­tü!

- Ay ar­­vad, iman­­sız da­­nış­­ma.

- Di­nini itir, ima­nını itir­mə!

- Kül onun qo­­ca­­lıq­­da yor­­ğa ye­­ri­­yən ba­­şı­­na!

- Yax­­şı, bu söh­­bə­­ti qur­­tar­­dıq! - mən əli­­mi ye­­rin­­də lax­­la­­yan  mi­­zə çır­­pıb gös­­tə­­riş ver­­dim. - Eyy, sən bu­­ra gəl! - uzaq­­dan ki­­çik qı­­zı ya­­nı­­ma səs­­lə­­dim.

- Mən elə ya­­xın­­da­­yam, - o elə bil­­di qa­­baq­­lar bir də­­fə ol­­du­­ğu ki­­mi qu­­la­­ğı­­nı çə­­kə­­cə­­yəm.

- Gö­­rür­­sən onun di­­rəş­­mə­­yi­­ni! Ay eş­­şək, sə­­ni biz yox, da­­yın ça­­ğı­­rır!

- Ba­­cı, sə­­nin bi­­zim­­lə işin yox­­du! Qız, axı, sən ya­­xın­­da de­­yil­­sən, qa­­pı ağ­­zın­­da­­san.

- Mən bi­­li­­rəm, o, yenə sö­z atıb qaç­­maq üçün or­­da du­­rub.

- Ad­dım­la­rımı atı­ram, bu da mən, - qız qor­­xa-qor­­xa ya­­xı­­na gəl­­di. Zənd­lə bax­­dım, onun bə­­yaz çöh­­rə­­sin­­də zər­­rə qə­­dər də qü­­sur yox­­du. Göz­­lə­­ri ür­­kək cey­­ran göz­­lə­­ri ki­­mi mə­­na­­lı tərz­də yu­­mu­­lub-açı­­lır­­dı­­lar.

- Ne­­çə­­də oxu­­yur­­san?

- Da­­yım gu­­ya bil­­mir.

- Gu­­ya da­­yı hər şe­­yi...

- Bə bil­­mə­­li de­­yil? De­­yir­lər beş­­də­­yəm.

- Bay, di­­li­­nə gəl­­di, de­­di, - bö­­yük qız ona şə­­bə­­də elə­­di.

- Bə ne­­çə­­də­­yəm? - ki­­çik ona bo­­zar­­dı.

- Biz yox, onu sən bil­­mə­­li­­sən. Özün.

- Tək mən yox, elə sən də! Bö­­yük ba­­cım de­­yil­­sən?

Bö­­yük özü üst-üs­­tə cə­­mi iki il dər­­sə get­­miş­­di. Onun mək­­təb xa­­ti­­rə­­si çan­­ta­­sı­­na qoz-fın­­dıq, kon­­fet-şo­­ko­­lad dol­­du­­rub or­­da gə­­və­­lə­­mə­­sin­­dən iba­­rət­­di. De­­mə­­si­­nə gö­­rə, gu­­ya elə dər­­sin or­­ta­­sın­­da­­ca xı­­rıd edir­­miş­­lər. Or­­tan­­cıl - "bu elə ona gö­­rə po­­ta­­dır, - de­­yir, - özü­­nü on­­da tut­­du­­ğu­­dur". Po­­ta­­lar da adə­­tən tez ərə ge­­dir­­lər. Düz­­dü, bir də­­fə ni­­şan­­la­­nıb oxu da­­şa dəy­­miş­­di­­sə də, po­­ta­­lı­­ğı hə­­lə ona çox ka­­ra gə­­lə­­cək­­di. Bu­­nun­­la bir qız otu­­rur­­muş: qoz-fın­­dıq gü­­cü­­nə o da yum­­ru-yu­­mur­­ta imiş - in­­di çox­­dan atı­lıb ge­dib ərə.

- Utan­­maz! Gör da­­yı­ ya­­nın­­da nə­­lər da­­nı­­şır! Gəl gör bu bir yad olay­dı! Ay Al­­lah, bu­­nu ni­­yə öl­­dür­­mür­­sən! Di­­li­­ni lal elə­­mir­­sən! Bun­­la­­ra ni­­yə abır-hə­­ya ver­­mə­­mi­­sən?

- Abır-hə­­ya­­nı Al­­lah yox, ata-ana ve­­rir.

- Ay ar­­vad, doğ­­ru söz ayıb­­dır?

- Hər doğ­­ru sö­­zü di­­lə gə­­ti­­rər­­lər?

- Bə di­­lə an­­caq ya­­la­­nı gə­­ti­­rər­­lər?

Nə de­­yə­­sən, qız­­la­­rın hə­­qi­­qət haq­­qın­­da bir ba­­la­­ca tə­­səv­­vür­­lə­­ri var­­dı­­sa da, ya­­rım­­çıq və yan­­lış­­dı­­lar.

- Da­­yı, biz­­də qa­­rı­­mış­­la­­rın ək­­sə­­ri arıq­­lar­­dır. Heç arıq da qız olar? Qız ol­­dun, gə­­rək ət­­li-ən­­dam­­lı ola­­san.

- Qız­­lar yox, ar­­vad­­lar ən­­dam­­lı ol­­a bi­lər.

Ürə­yin­dən ke­çən­ləri oxu­yu­ram, ba­­la­­ca hər­­dən mə­­nə elə ba­­xır, san­­ki kö­­mək umur­­du - "da­­yı, ba­­şı­­na dö­­nüm, ça­lış mə­­ni kö­­kəlt, bir­cə qram arıq­­la­­ma­­ğa da qoy­­ma. Tez-tez gəl, özü də la­­fet tə­­kə­­ri boy­­da tort­lar­­la. Tort ada­­mı kö­­kəl­­dir, həm də gö­­zəl­­ləş­­di­­rir."

- Or­­da ar­­vad alıb­­san­­sa, ay al­­çaq ki­­şi, ba­­rı gəl de­­nən sə­­ni bo­­şa­­yı­­ram!

- İşə düş­­mə­­dik, bu qa­­ra­­çı­­nın dər­­di tə­­zə­­dən açıl­­dı!

- Tək bir "bo­­şa­­yı­­ram" de­­mək­­dən öt­­rü or­­dan ba­­sa-ba­­sa bu­­ra gəl­­sin? - bu, bö­­yük­­dü.

- Əcəb de­­yir, ha­­çan gəl­­sə on­­da bo­­şa­­yar da-a. Nə tə­­lə­­sir­­sən?

- He­­sab elə bo­­şa­­yıb, ni­­yə na­­ra­­hat­­san?

- Bax, ay ba­­cı, sə­­nə dö­­nə-dö­­nə tap­­şı­­rı­­ram. Gü­­nü bu gün­­dən elə sö­­zü di­­li­­nə gə­­tir­­mir­­sən! İl­lah da uşaq­­la­­rın ya­­nın­­da.

Doğ­ru­dan, şə­­ri­­ət ica­­zə ve­­rir­­di­­sə də, ki­­şi­­nin iki-üç, ya üç-dörd ar­­vad al­­maq­­lı­­ğı, ya hət­­ta al­­ma­­sa da, bu ba­­rə­­də söh­­bə­t­lə­rin özü uşaq­­la­­rın tər­­bi­­yə­­si­­ni po­­za bi­­lər­­di. Ar­­tıq ikin­­ci ar­­vad­­da on­­lar yüz cür şey fi­­kir­­lə­­şə­­cək­­di­­lər. Xü­­su­­sən qız­­lar şey­­tan olur; ata­­la­­rı ota­­ğa ke­­çib qa­­pı­­nı dal­­dan cəf­­tə­­lə­­yən sa­­at on­­la­­rın fan­­ta­­zi­­ya­­la­­rı əy­ri­sinə işə dü­şə­cək­di.

- Yax­­şı, mən çıx­­dım ha­­va­­ya! Otur­­maq­­dan ayaq­­la­­rım su gə­tir­di.

* * *

Sübh er­­kən, ha­­mı hələ yu­xu­day­kən, du­­rub get­­mə­­yə ha­­zır­­laş­­dım. "Ha­­zır­­laş­­dım" de­­yən­­də, tə­­lə­­sik üzü­­mə su vur­­dum. Bu kü­­çük­­lər­­lə tə­­zə­­dən nə ba­­rə­­də­­sə ix­­ti­­lat elə­­mə­­yə, hət­­ta on­­lar­­la xu­­da­­ha­­fiz­­ləş­­mə­­yə də səb­­rim-höv­­sə­­ləm qal­­ma­­mış­­dı. Yox, bun­­lar ke­­çən də­­fə be­­lə de­­yil­­di­­lər; ta­­mam xa­­rab ol­­muş­­du­­lar. Mən bur­­dan, bir növ, baş gö­­tü­­rüb qa­­çır­­dım. La­­kin in­­di qa­­çır­­dım­­sa da, on­­suz ha­­çan­­sa tə­­zə­­dən bu­­ra gəl­­mə­­yə məc­­bur idim. Heç mə­­zu­­niy­­yət­­lə­­ri de­­mi­­rəm, ən azı nov­­ruz­­lar­­da. Hər hal­­da, ya­­ra­­la­­rı­­na dər­­man ol­­ma­­ya­­caq­­dım­­sa da, bir da­­yı ki­­mi mən on­­lar ba­­rə­­sin­­də fi­­kir çək­­mə­­li idim. Qey­­rət nə­­zə­­ri cə­­hət­­cə mə­­ni heç cür ra­­hat bu­­rax­­mır­­dı.

Sə­­hər qa­­ta­­rın­­da otu­rub, hə­lə­lik mür­gü­lə­mi­rəm, on­­la­­rın ta­­le­­yi ba­­rə­­sin­­də bir plan cız­­ma­­ğı özü­­mə borc bil­­dim. Bi­­lir­­dim də ki, göz­­lə­­ri­­min acı­­sı­­nı al­mış ol­sam, hə­­min plan yad­­da­­şım­­dan si­­li­­nib ge­­də­­cək. 

Əlif­­ba tə­­zə­­cə dol­­du­­rul­­muş fo­­to­­al­­bom ki­­mi çan­­tam­­day­­dı.

Taq-taq-traq... Bay, qa­­ta­­rın sə­­si ey­­nən dü­­nən­­ki idi.

 

18.IX.1997 - 25.X.1998

 

Digər xəbərlər

AN­­­­NA KA­­­­RE­­­­Nİ­­­­NA İLƏ MƏH­­­­KƏ­­­­MƏ ÇƏ­­­­KİŞ­­­­MƏ­­­­Sİ PERS­­­PEK­­­­TİV­­­­LƏ­­­­Rİ

Geriyə transformasiyalar (iki hissəli məqalə)

KÜ­­LƏK AĞ­­ZIN­­DA YAR­­PAQ

Qış

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Şərhlər