Böyük bacı

Tarix: 21-05-2019 12:29
Baxış sayı: 1273

Yəqin da­­ha heç kəs Gü­­la­­rə­­nin adı­­nı tut­­maz: otuz yaş qız üçün az de­­yil, aza­­cıq de­­yil. Onun ya­­şıd­­la­­rı­­nı mək­­tə­­bi qur­­ta­­rar-qur­­tar­­maz qa­­paz­­la­­mış­­dı­­lar. Ma­­şal­­lah, in­­di uşaq­­la­­rı boy-bu­­xun­­da vu­­rub öz­­lə­­ri­­ni də ke­­çir. Am­­ma ba­­rı tə­­səl­­li üçün bir­­cə­­ciyi on­­la­­rın qa­­pı­­sı­­nı aç­­ma­­dı. Özün­­dən ki­­çik ba­­cı­­sının da qa­­ba­­ğı­­nı kö­­tük ki­­mi kə­­sib. Sə­­da­­qə­­tin de­­mə­­si­­nə gö­­rə, bir­­cə yol kir­­pik en­­dir­­sə, onun el­­çi­­lə­­ri yüz yer­­dən tö­­kü­­lüb gə­­lər. An­­caq oğ­­lan­­lar hə­­lə­­lik qə­­lət­ elə­­yə­­cək. On­­lar­­dan mi­­ni gə­­lə ha, o, bö­­yük ba­­cı­­sı­­nı tap­da­­yıb keç­­məz. Özü də mək­­tə­­bi qur­­ta­­ra­­lı "mü­­vəq­­qəti" iş­­lə­­mir­­di. Onun ipək də­­ri­­si hö­­ku­­mət nö­­kər­­çi­­li­­yi­­nə ya­­ran­­ma­­yıb, de­­yir­­di. Ax­­şam­­ları da naz-qəm­­zə­­li rə­­fi­­qə­­si­y­lə toy­­la­­ra ge­­dən­­də, Gü­­la­­rə­­ni gö­­tür­­məz­­di­­lər. Gu­­ya hər ev­­dən to­­ya bi­­ri ge­­dər, yü­­zü yox. İs­­tə­­mir di­­lə-di­­şə düş­­ə­­lər ki, bun­­lar qa­­rın­­la­­rı­­nı otar­­ma­­ğa yer gə­zir. Am­­ma əs­­lin­­də iş alayı cür­­dü: Gü­­la­­rə on­­la­­rın nə­­zə­­rin­­də qo­­ca inək ki­­mi bir şey­­di - onun­­la ya­­na­­şı gö­­rün­­mə­­yi öz­­lə­­ri­­nə rə­­va bil­­mir­­di­­lər.

Sə­­da­­qə­­tin ye­­ri­­nə kolxoz işinə son­­be­­şik ba­­cı ge­­dir­­di. Yə­­ni Sa­­mi­­rə iş­­lə­­yir­­di, "ve­­do­­mos"la­r­­da Sə­­da­­qə­­tin adı ya­­zı­­lır­­dı. Ço­­pur bri­­qa­­dir bu işə "yox" de­­mə­­miş­­di: mən ra­­zı, an­­caq gə­­rək bir az gö­­rüm-bi­­lim edə­­lər; gə­­lib-ge­­də­­nin ağ­­zı­­na bir şey ata­­caq.

"İna­­nan da­­şa dön­­sün".

- Əgər ve­­rə­­cə­­yi­­niz­­də gö­­züm var­­sa, ba­la­la­rım öl­sün.

"Öl­sün".

İns­ti­­tut üçün staj Sə­­da­­qə­­tə ha­­va-su ki­­mi la­­zım­­dı; sta­­jı ola­­na bi­­lik ikin­ci də­rə­cə­lidi. On­­suz Sa­­mi­­rə öz­dö­­şü­­nə nə­­in­­ki ins­ti­­tu­­ta, ya tex­­ni­­ku­­ma, heç "pe­­şə"yə də gi­­rə bil­­məz. Al­­lah gö­­zəl­­lik pay­­la­­yan­­da da, ge­­cik­­miş­­di: boy­­da iki Sə­­da­­qət uzun­­luq­­da, di gəl, qıl­­ça­­la­­rı - çöp.

İn­­di­­yə­­cən Gü­­la­­rə­­nin əli­­nə ki­­şi əli, üzü­­nə ki­­şi nə­­fə­­si dəy­­mə­­miş­­di. Bu yal­­nız ərə ge­­dən­­də müm­­kün­­dü. Ərə ge­­də­­nə­­cən ki­­şi xey­­la­­ğı­­nı gə­­rək qur­­ba­­ğa cil­din­­də gö­­rə­­sən. Əgər is­­tə­­yir­­sən kənd­də adın tə­­miz­­li­­yə çə­­kil­­sin, ba­­şı­­nı sal aşa­­ğı, biş-dü­­şün­­də, sə­­li­­qə-sah­­ma­­nın­­da ol. Ti­­kiş tik! Qis­­mə­­tin özü gə­­lib sə­­ni ta­­par.

Bir vaxt bay­­ram­­lar­­da Va­­qif ona Ba­­kı­­dan təb­­rik­­lər gön­­də­­rər­­di. Hər­­dən uzun-uzun mək­­tub­­lar da ya­­zar­­dı. Gü­­la­­rə özü­­nü lal-kar ki­­mi apa­­rır­­dı. Kənd­çi­­lə­­ri eşi­­dib onu məs­­xə­­rə­­yə qo­­yar, "özü­­nə müş­­tə­­ri gə­­zir", de­­yər­­di­­lər. Cü­­rə­­ti çat­­ma­­dı ca­vab yaz­­ma­­ğa. Qoy elə Va­­qif özü də elə xə­­yal et­­mə­­sin ki, Gü­­la­­rə on­­dan öt­­rü ölür. Özü­­nü dart­ma­­sın. Ev­­lə­­nən­­də onun mək­­tub­­la­­rı­­nı xa­­nı­­mı­­na gös­­tə­­rib si­­nə­­si­­nə döy­­mə­­sin.

Üç il be­­lə, beş il be­­lə, Va­­qif gör­­dü ona mə­­həl qo­­yan yox­­du, təb­­rik­­lə­­ri­­nin ara­­sı­­nı kəs­­di. İn­­di düz iki il­­di Gü­­la­­rə bay­­ram­lar ərə­­fə­­sin­­də Va­­qi­­fin gül­­lü "otk­rıt­­ka"­la­­rın­­dan öt­­rü da­­rı­­xır. Özü­­nü hey dan­­la­­yır, sö­­yür: "Al­­lah sə­­ni eş­­şək ya­­ra­­dıb! Şalban daşımağa. Tə­­nək di­­bi bel­­lə­­mə­­yə. Gün ba­şını deşə-deşə üzüm yığmağa. Qa­­ra iş­­lər adı­­na ya­­zı­­lıb. Anan sə­­ni do­ğun­ca, kaş elə qa­­ra bir daş do­­ğay­­dı". Te­­le­­vi­­zor­­da öpüş­­mə səh­­nə­­lə­­ri gös­­tə­­ri­­lən­­də də, xə­­ca­­lət­­dən bil­­məz ca­­nı­­nı ha­­ra qoy­­sun. Ölüb ye­­rə gir­­mək is­­tə­­yir. Gu­­ya iş gö­­rür: qab-qa­­ca­­ğı cin­­gil­­də­­dir­­di. Sə­­da­­qət isə bir söz de­­mə­­sə də, gö­­zü­­nü ek­­ran­­dan çək­­məz. Özü də hə­­mi­­şə mo­­da­­baz dik­­tor­­la­­rın pal­­tar­­la­­rın­­dan nü­­mu­­nə gö­­tü­­rür. Həf­­tə sək­­kiz, mən doq­­quz çö­­kür ev­­də­­ki­­lə­­rin si­­nə­­si­­nə: "ma­­ni-ma­­ni"dən dü­­şün bə­­ri. Bir az ana­­sı­­nın tə­­qa­­ü­­dün­­dən çır­­pış­­dı­r­sa, ço­­xu­­nu Gü­­la­­rə­­dən, azı­­nı Sa­­mi­­rə­­dən qo­­par­­dan­­da, ən son dəbdə do­­nun işi dü­­zə­­lir­­di.

...Am­­ma də­­li Mir­­za­­ğa­­nın ha­­çan­­sa de­­di­­yi söz də vaxt-bi­­vaxt Gü­­la­­rə­­nin qu­­laq­­la­­rın­­da cin­­gil­­də­­yir - "Ca­­nı­­nı ye­­yim!"

Mir­­za­­ğa­­gi­­lin evi də­­mir yo­­lu stan­­si­­ya­­sın­­da, yo­­lun lap qı­­ra­­ğın­­da­­dır. O, ax­­şa­­ma­­can ta­­xıl mən­­tə­­qə­­si­­nin, də­­mir yo­­lu xət­­ti­­nin hən­­də­­və­­rin­­də gi­­rə­­lə­­nər. İki əli­­ni birdən yel­­lə­­mək­­lə də gə­­lib-ge­­dən qa­­tar­­la­­ra yax­­şı yol ar­­zu­­la­­yır. Qo­­ca-ca­­van­­lı­­ğı­­na bax­­ma­z, pən­­cə­­rə­­lər­­də gö­­rü­­nən qır­­mı­­zı-sa­­rı pal­­tar­­lı qa­­dın­­la­­rın ha­­mı­­sı­­na öpüş gön­­də­­rər. Çər­­pə­­lən­­gi­­ni də qa­­ta­­ra "ili­­şib gə­­lən" kü­­lə­­yə tu­­tur. On­­da pər­­lə­­r iti-iti fır­­la­­nır.

"Kü­­lək­­lə­­ri qa­­tar apar­­dı", - bür­­kü­­lü gün­­lər­­də bi­­kef gə­­zəcək.

Ana­­dan­­gəl­­mə ağ­­lı çat­­ma­­dı­­ğın­­dan, əlin­­dən nə yava iş çıx­­a, ona gül­­dən ağır söz de­­məz­­lər. Ağır söz de­­yə­­ni də el qınayar­­dı. Dərs­dən-mək­­təb­­dən, hər­­bi­­dən, ai­­lə ham­­bal­­çı­­lı­­ğın­­dan azad­­dı.

Bir gün o, qız­­lar iş­­dən dö­­nən­­də, əlin­­də ver­­tol­­yo­­ta bən­­zər çər­­pə­­ləng, kü­­lə­­yi yox­­la­­ya-yox­laya qa­­çıb Gü­­la­­rə­­nin qən­­şə­­rin­­də dim­dik da­­ya­­nan­­da, hə­­min ca­­na­­lıcı söz­ləri de­­miş­­di: "Ca­­nı­­nı ye­­yim!" On­­da Gü­­la­­rə turp kimi qı­­zar­­mış­­dı. Qız­­lar­­sa göz­­lə­­ri ya­­şa­­ra­­na­­can, qəşş elə­­yə­­nə­­cən gül­­müş­­dü­­lər. Am­­ma ax­­şa­­mı Gü­­la­­rə ev­­də ke­­fi­­saz, da­ma­ğı­çağ gəz­­di. Bəd­­xərc­lik edib Sə­­da­­qə­­tin ov­­cu­­na pul da bas­­dı ki, ge­­dib özü­­nə ha­­zır don al­­sın. Ya par­ça alıb əyninə tik­­dir­­sin. Həm də qəl­­b  sir­­rin­­dən onu agah elə­­di: mə­­ba­­da ins­ti­­tut sa­­rı­­dan ürə­­yi­­ni sı­­xa. Bö­­yük ba­­cı­­sı hə­­lə öl­­mə­­yib. Qorx­ma­sın, al­­dı­­ğı mü­­ka­­fat­­lar­­dan giz­­li­­cə bu iş üçün ayı­­rıb. Mə­­qa­­mı ça­­tan­­da, gö­tür­sün, onun­­dur. Sə­­da­­qət də bu söz­­lə­­rin əvə­­zin­­də onu öpü­­şə qərq et­­di.

Son­­ra­­lar ac­­qa­­rı­­na yüz yol gör­­müş­­dü­­sə də, Mir­­za­­ğa de­­dik­­lə­­ri­­ni bir də di­­li­­nə gə­­tir­­mə­­miş­­di. Eh, o da bir iş­­di. Başı çatmır. Də­­li şey­­di. İn­­di  Mir­­za­­ğa ona heç vız at­­mır da. Si­­nop­­tik­­lər sa­­ya­­ğı elə­­cə ha­­va­­nı yox­­la­­yır­­dı.

An­­caq onun kəl­­mə­­lə­­ri Gü­­la­­rə­­nin qu­­la­­ğın­­dan heç cür getmir. Ki­­şi ad­­lı məx­­luq­­dan eşit­­di­­yi ye­­ga­­nə ləz­­zət­­li söz bu idi. Gör in­­di ki­­şi­­lər­­də ne­­cə şi­­rin söz­­lər olur! Ba­­şı düz iş­­lə­­sə, val­­lah, Mir­­za­­ğa kon­­fet ki­­mi oğ­­lan­­dı: qədd-qa­­mət­­li, üs­­tə­­lik də, qa­­ra­­qaş-qa­­ra­­göz və qa­­ra­­bığ. Gö­­zəl­­lik üçün ta nə gə­rək­di. Am­­ma öz ara­­mız­­dır, adama bi­­ca ye­­rə ni­­yə "ca­­nı­­nı ye­­yim" de­­yər­­miş­­lər. Yə­­qin onun da hüsn-ca­­ma­­lın­­da gö­­zəl­­lik adın­­da bir şey var. Yə­­qin onu da bə­­yə­­nir­lər. Kənd­çi oğ­­lan­­lar yün­­gül-yün­­gül gə­­lib de­­mə­­yə­­cək­­di­­lər ki, Gü­­la­­rə, sə­­nin oran nə yax­­şı­­dı, ay Gü­­la­­rə, sə­­nin bu­­ran nə göy­­çək­­di və biz də sə­­nin ca­­nı­­nı ye­­yək. Bu olar­­dı zırramalıq. Özü­nün də xoşu gəl­məz­di. Sö­­zün doğ­­ru­­su­­nu an­­caq də­­li­­dən eşit.

İki il­­dən çox­­du da Sa­­mi­­rə Sə­­da­­qə­­tə il top­­la­­maq­­day­­dı. Sə­­da­­qət hə­­lə­­lik  qə­­bu­­la iki də­­fə get­­miş­­di­­sə də, iki­­sin­­də də al­­nı­­na iki ya­­pış­­dı­­rıb qay­­tar­­mış­­dı­­lar ge­­ri. Am­­ma gu­­ya fi­­qu­­ra­­sıy­­la ins­ti­­tut mü­­əl­­lim­­lə­­ri­­ni də ha­­yıl-ma­­yıl elə­­yib gəl­­miş­­di.

Ki­­çik "yax­­şı iş­­çi" ol­­du­­ğun­­dan, bri­­qa­­dir or­­tan­­cıl ba­­cı­­nı par­­ti­­ya sı­ra­­la­­rı­­na na­­mi­­zəd gös­­tər­­di. "Yu­­xa­­rı­­da Al­­lah, aşa­­ğı­­da bu qa­­ra əmi­­nin sa­­yə­­sin­­də get irə­­li! Part­bi­­let irə­liyə bö­­yük tə­­kan­­dı". Bu də­­fə ba­­la­­la­­rı­­nın öl­­mü­­şü­­nə and iç­­di ki, in­­di­­yə­­cən part­bi­­let­­dən bir kəs zi­­yan gör­­mə­­yib. Özü də hələ onun "ən ucu­­zu" biz­­də ba­­şa gə­­lir.

- Ucuz, yəni nə qə­­dər? - Sə­­da­­qə­­tin ana­­sı bir­­ba­­şa qa­­ra qı­­zın dər­­di­­ni so­­ruş­­du.

- ...Mə­­zən­­nə­­dən bir­­cə qə­­pik ar­­tıq gö­­tür­­mə­­rəm!

Axır qan-qır­­mı­­zı bi­­le­­ti alıb ça­­ma­­dan­­da­­kı di­­gər sə­­nə­­da­­tın içə­ri­sin­­də giz­­lə­­dən­­də, Sə­­da­­qə­­tin ürə­­yi ye­­ri­­nə qa­yıt­dı. İn­­şal­­lah, bu il ali mək­­tə­­bə şıp­­pıl­­tıy­­la gi­rə­­cək! Hə­­lə ötən yay bir oğ­­lan özü tə­­lə­­bə bi­­le­­ti alan günü şpar­­qal­­ka­­la­­rı­­nı ona ba­­ğış­­la­­yıb. Am­­ma oğ­­lan nə oğ­­lan, ha­­zır şə­­kil! İn­­di onun­­la mək­­tub­­la­­şır da. Hə­­mi­­şə də mək­­tub­­la­­rı­­nın axı­­rın­­da ya­­zır: "Öpü­­rəm. Gən­­cə­­li ba­­la­­sı".

...Tə­­zə 8 Mart­da Va­­qif­­dən ye­­nə bir səs-so­­raq çıx­­ma­­dı. Gü­­la­­rə ne­­çə gün qa­­nı­­qa­­ra gəz­­di. Özün­­də-sö­­zün­­də ol­­ma­­dı. Ye­­di­­yi­­ni-iç­­di­­yi­­ni bil­­mə­­di. Bə­­li, Va­­qif on­­dan bil­­mər­­rə üz dön­­dər­­miş­­di. Əl­­bət­­tə, bu­­nun gü­­na­­hı­­nı özün­­də gö­­rür: ba­­lıq ki­­mi so­­yuq olar­­san, ha­­mı da sən­­dən qa­­çar. An­­caq onu yan­­dı­­ran bu idi ki, axı, əs­­lin­­də o, Va­­qi­­fə so­­yuq de­­yil­­di. Üz­­dən - hə, ola bi­­lər. Va­­qif uşaq­­lıq­­da bir­­gə qa­­çıb-oy­­na­­dı­­ğı, bir­­gə gül­­dü­­yü oğ­­lan­­dı. Qız ola-ola onun­­la gü­­ləş­­miş­­di də. On il bir si­­nif­­də oxu­­maq sənə za­­ra­­fat gəl­mə­sin. Qı­­na­­yan ol­­ma­­sa, Va­­qi­­fə gün­­də­-günaşırı mək­­tub ya­­zar, onun iş-gü­­cü­­nü so­­ru­­şar. La­­zım gəl­­sə, ona pul da yol­­la­­yar - bəl­­kə elə Ba­­kı­­nın ya­­şa­­yı­­şı çə­­tin­­di. An­­caq gec-tez bu­­nu Va­­qi­­fin söz­­baz ana­­sı hök­­mən eşi­­dər, bi­­ri­nin üs­­tü­­nə be­­şi­­ni də qo­­yub alə­­mə car çə­­kər ki, ay ca­­ma­­at, oğ­­lu­­na eşq­na­­mə oxu­­yan var. Uşa­­ğı­­nı yol­­dan çı­­xa­­rır, əlin­­dən alır­­lar.

Sev­­mək on­­la­­rın kən­­din­­də ayıb­­dı.

 

Ne­­çə gün­­dü evin gün­­çı­­xa­­nın­­da­­kı yol­­dan "üç­­tə­­kər" mo­­to­­sikl­də iki ki­­şi elə­­dən elə­­yə ke­­çir, be­­lə­­dəy be­­lə­­yə. On­­lar­­dan bi­­ri­­ni Gü­­la­­rə ta­­nı­­yır - cır Əli­­mux­­tar­­dı. Mo­­to­­sikli sü­­rə­­ni­­sə ilk də­­fə gö­­rür; bə­­dən­­cə də iki Əli­­mux­­tar boy­­da. Gic­­bə­­sər yo­­lu ötüb ke­­çə­­nə­­cən gö­­zü­­nü on­­dan çək­­mir. Elə bil boy­­nu əy­­ri bi­­tib.

Bir də­­fə Gü­­la­­rə iş­­dən tə­­zə­­cə qa­­yı­­dıb qu­­yu­­dan su çə­­kir­­di. Ol­­ma­­yan iş, cır Əli­­mux­­ta­­rın ha­­cı­­ley­­lək ar­­va­­dı on­­la­­rın hə­­yə­­ti­­nə bu­­rul­­du. Gə­­lib onun­­la ax­­şa­­mın­­xe­­yir elə­­di, ana­­sı­­nı da ça­­ğırt­dı­­rıb, xoş-beş­­dən son­­ra dər­­hal mət­­lə­­bə keç­­di:

- Aaz, əmim oğ­­lu bö­­yük qı­­zı­­nı­­zı ar­­vad­­lı­­ğa gö­­tü­­rür.

Vay, vay, ni­­yə be­­lə kön­­töy... bu nə da­­nı­­şıq­­dı! Əs­­li baş­­qa yer­­dən ol­­du­­ğun­­dan, elə ora­­nın da ləh­­cə­­si­­ni sax­­la­­mış­­dı.

- Bi­­rin­­ci­­miz it çıx­­dı, ona gö­­rə da­­lın­­dan dəy­­dik. Məh­­kə­­mə­­nin əliy­­lə uşa­­ğın üçü­­nü özü­­mü­­zə gö­­tür­­mü­­şük. Ço­­xu­­nu ver­­dik ona. Qoy cə­­hən­­nəm ol­­sun! Am­­ma se­­çib qu­­zu ki­­mi sa­­kit­­lə­­ri­­ni gö­­tür­­mü­­şük.

İl­­dı­­rım vu­­rub­­muş ki­­mi, Gü­­la­­rə ye­­rin­­də­­cə qu­­ru­­yub qal­­mış­­dı. Di­­li söz tut­­mur­­du. Ba­­şı gi­­cəl­­lə­­nib göz­­lə­­ri qa­­ran­­lıq ça­­lan­­da, ya­­xın­­lıq­­da­­kı tut ağa­­cı­­na söy­­kən­­di.

- Ba­­cı, bi­­zim dul ki­­şi­­lik qı­­zı­­mız yox­­du, - ana­­sı de­­di.

- Bə­­yəm dul pis­­di? Hə­­ya­­tın hər üzü­­nü gö­­rüb-bi­­lir...

- Bax, elə bu­­ra­­sı pis­­di.

- Özün bil, an­­caq qı­­zın bəx­­ti bir də­­fə açı­­lar. Un çu­­va­­lı­­na tay elə­­mə­­yə­­cək­­sən ki. Qız yü­­kü, duz yü­­kü, ba­­şın­­dan rədd elə get­­sin. Qız qal­­dıq­­ca dər­­d ar­­tı­­rar.

Gü­­la­­rə o ge­­cə yu­­xu­­da də­­li Mir­­za­­ğa­­nı gör­­dü. Gör­­dü Mir­­za­­ğa ye­­nə qa­­ba­­ğı­­nı kə­­sib ona tez-tez de­­yir: "Ca­­nı­­nı ye­­yim! Ca­­nı­­nı ye­­yim!" Hər­­dən də di­­li­­ni çı­­xa­­rıb onun üzü­­nə to­­xun­­du­­rur; bu, Mir­­za­­ğa­­nın öpü­­şü idi. Son­­ra gor­­dü hə­­min sö­­zü ona de­­mək üçün cür­­bə­­cür ki­­şi­­lər­­dən növ­­bə düz­­lə­­nib. Mir­­za­­ğa­­nın ar­­dın­­ca po­­ta mo­­to­­sikl­çi gə­­lir­­di. Bir­­dən qa­­ram­­tıl, üfu­­nət qo­­xu­­yan ağ­­zı­­nı açıb, onun yum­­ru ya­­na­­ğı­­nı ud­­maq ist­yən­­də, Gü­­la­­rə yu­­xu­­dan ərə­­sən qalx­dı. Hə­­lə­­lik ye­­ri­­nin için­­də­­cə otur­­du. Ba­­şı özü­­nün de­­yil­­di.

Am­­ma bu ip­­lə­­mə Mir­­za­­ğa­­nın da söz­­lə­­rin­­də sev­­gi ad­­lı şey­­dən əsər-əla­­mət yox imiş. Onun­­ku qa­­mar­­la­­maq, bas­­mar­­la­­maq­­dı. Bə ne­­cə olub bu­­nu in­­di­­yə­­cən bil­­mə­­yib. Yox, bir də onu se­­vən ol­­ma­­ya­­caq! İn­­dən be­­lə ona ol­­sa-ol­­sa "ca­­nı­­nı ye­­yim" de­­yə­­cək­­lər, vəs­­sa­­lam. Eşşək­­li­­yə bax: ca­­nı­­nı ye­­yim. Varlı-karlı qı­­zı­­na be­­lə söz de­­mə­­yə cü­­rət et­­məz­­lər. Bir tək Va­­qi­­fin söz­­lə­­rin­­də sev­­gi işar­­tı­­sı var­­dı; han­­sı bay­­ram­­da­­sa ona - "bərk-bərk əli­­ni sı­­xı­­ram", yaz­­mış­­dı. O da ki be­­lə. Əcəb kənd­çi­­lə­­ri bil­­mə­­yə, özü­­ci­­yəz Va­­qi­­fə mək­­tub ya­­za. Açıq­­ca ya­­zar­­dı ki...

Bir­­dən ana­­sı­­nın qiy­­yə­­si­­ni eşit­­di:

- Ay-y Gü­­la­­rə!..

- Nə­­di? Nə olub? - xə­lə­tini cəld əy­­ni­­nə ta­­xıb, ey­­va­­na çıx­­dı.

- Evi­­miz yı­­xıl­­dı, Gü­­la­­rə! Ba­­şı­­mı­­za daş düş­­dü!

- Nə­­di yenə, nə şi­vən qo­pa­rıb­san? Bir söz de­­sə­­nə!

- Sə­­da­­qət qo­­şu­­lub qa­­çıb!

Üzdə Gü­­la­­rə bu söz­­lə­­ri so­­yuq qar­­şı­­la­­dı. An­caq birdən-birə havası çatmadı. Yı­­xıl­­ma­­maq üçün çıxacağın üst pilləkənlərindən birinə çök&

Digər xəbərlər

AV­­QUST VƏ ƏLİ KƏ­­RİM­­Lİ

Rafiq Tağı kulis.az ("Yazıçı laboratoriyası") saytına müsahibəsi

Fİ­­KİR­­CİL

Azərbaycan türklərində esxatoloji duyum

Bir neçə anlıq macəra

Şərhlər