Bir neçə anlıq macəra

Tarix: 22-07-2017 16:29
Baxış sayı: 1912

Bir neçə anlıq macəra

Hava abunəçisi oldum

hələ yaşım olmayanda.

Əl-qol ata-ata

yaş toplamağa başladım

                özümə.

Ömrümün uşaqlıq dayanacağında

                                düşdüm

«Yuxu» markalı beşik

                maşınımdan.

Gənclik qatarına tələsən

                bir dəstə uşaq keçdi

                                yanımdan

Başqasına satdım maşınımı

dəyər-dəyməzinə

bir bacı həvəsimə,

bir körpə səsinə

heyranlıqla rastlaşdım

                                ilk dəfə

Nə yaxşı, itib-batmamışam

                Qayğısızlıq içində -

Uşaqlığımı təhvil verdim

                xatirə arxivində.

Suçəkən kağız kimi

Özümə ağıl çəkməyə başladım,

Ağıldan «ağırlıq» doğuldu

                                                içimdə,

Fikrimdə «ağır oturub

                batman gəlmək»

                məsəli alışdı.

Ömrümün girişini

                yaşamamışam hələ,

İndi fikirlərimlə

                gələcəyə lağım atıram

                                                hərdən

Sevə biləcəyəmmi görəsən?..

                                                                                                                                                                16 avqust, 1969-cu il

Digər xəbərlər

“Azərbaycan ədəbiyyatşünaslığında riya elementləri” İntibah həsrəti.

Rafiq Tağı - Sabirə müharibə elan etdi

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Millətin qaçqına çevrilməsi halı

"Qoy bir dəfə də məni çəksinlər.." fotojurnalist Elxan Kərimov haqqında elegiya

Şərhlər