Əks-səda ilə oyun

Tarix: 20-05-2019 16:12
Baxış sayı: 1073

Bədi­­rin ti­­kə­­si Rus­­yə­­tə atı­­lıb. Ya­­rəb, il bo­­yu kən­­də bir yol gə­­lə, ya gəl­­mə­­yə. Gə­­lib beş-üç həf­­tə­­si­­ni əs­­nə­­yə-əs­­nə­­yə qa­­lıb ge­­dən­­də, ca­­ma­­at de­­yir, hə, tə­­zə bir bə­­bə onun evi­­nə səmt gö­­tür­­dü. Bu ki­­şi ne­­cə in­­san­­dı­­sa, beş-üç gün qal­­dı­­ğı yer­­də son­­ra hök­­mən uşaq pey­­da olur. Onun ye­­di­­yi-iç­­di­­yi əv­­vəl-axır can­­lı­­ya çev­­ri­­lir. Hə, doq­­quz ayın ta­­ma­­mın­­da bir də gö­­rür­­dün, bu­dey, son­­be­­şik bəh-bəh­­lə gə­­lib çıx­­dı. Onun son­­be­­şik­­lə­­ri­­nin vax­­t cəd­vəli bu­­ra qa­­tar­­la­­rın­­kın­­dan də­­qiq­­di. On­lar ba­­lıq ki­­mi de­­kabr­lar­­da sa­­pa dü­­zü­­lür, çün­­ki  Bə­dir özünü ar­­va­d ya­­nı­­na hə­­mi­­şə an­caq Nov­­ruz bay­­ram­­la­­rın­­da sa­­la­­sı olur. Ca­­ma­­at onun mart­da­­kı gə­­liş­­lə­­ri­­nin de­­kabr­da "sə­­si çı­­xa­­cağ"ına ar­­tıq vər­­diş­­kar­­dı. Hət­­ta bir də­­fə müs­­tən­­tiq mart­da kənd­də ol­­du­­ğu­­nu ona de­­kabr­da cıl­­ba­­ğa­­sı­­nın do­­ğul­­ma­­sı ilə is­­bat elə­­miş­­di. ...Uşaq do­­ğu­­lan ki­­mi də, de­­yir­­di­­lər, hə, in­­di bu ava­­ra­­nın özü­­nü göz­­lə­­yin. Gə­­lə­­cək, gə­­lən ki­­mi də tə­­zə­­si­­ni əkə­­cək. Bə­­dir uşa­­ğı­­nın ol­ma­sını te­­leq­­ram­­sız-zad­­sız bi­­lir. Ək­­si­­nə, ata­­lıq bor­­cun­­dan çıx­­maq üçün hə­­mi­­şə özü te­­leq­­ram gön­­də­­rir: təb­­rik, təb­­rik. Elə bil yad­­dı. Düz­­dü, bə­zən te­­leq­­ram kən­­də kör­­pə­­dən əv­­vəl ye­­ti­­şir. Hət­ta bir də­­fə onu uşaq olub ölən­­dən son­­ra al­­mış­­dı­­lar. Belə çıx­mış­dı ki, o, uşa­ğın öl­mə­sini təb­rik edir. "Mart­da gə­­li­­rəm", - ax­­tar­­san, 10-15 ilin bü­­tün te­­leq­­ram­­la­­rı bu söz­­lər­­lə qur­­ta­­rır. Gə­­lən ki­­mi də uşa­­ğın yaş ka­­ğı­­zı­­nı özü dü­­zəl­­tdi­rər - "do­­ku­­ment" mə­­sə­­lə­­lə­­rin­­də pər­­gar­­dı. So­­vet hö­­ku­­mə­­tin­­dən it ki­­mi qor­­xur. Həm də ar­­va­­dın sə­­nə­dat işi­­nə qo­­şul­­ma­­ğı­­nı is­­tə­­mir - ni­­yə yad-yad adam­lar ara­­sı­­na çıx­­sın. Ha­çan ayaq qoy­san, kənd so­­ve­­ti arı pə­­tə­­yi ki­­mi ay­ğır­lar­la do­­lu­dur. O, bir ilin na­­mu­­su­­nu iki-üç həf­­tə göz­­lə­­yir, ye­­nə çı­­xıb ge­­dir. El onun ar­­va­­dın­­da­­kı tə­­miz­­li­­yi kən­­din də­­mir ənə­nə­­lə­rin­­dən bi­­lir­­di­­sə, ər özü bu­­nu üç-beş il gəl­­mə­­sə, elə­­cə üç-beş il uşa­­ğı ol­­ma­­ma­­sın­­dan gü­­man edir­­di.

Bə­­dir əs­­gər­­lik­­dən Rus­­yət­­də­­dir: bu­­ra­­sın­­dan vu­­rub, ora­­sın­­dan çı­­xır. Hər ye­rin öz ləh­­cə­­sin­­də bül­­bül ki­­mi ötür. Ya­­lan ol­­ma­­sın, ar­tıq Fe­­de­­ra­­si­­ya­­nın it­­lə­­ri də onu ta­­nı­­yır­ və bu söz heç də mə­­ca­­zi de­­yil. Kam­­çat­­ka­­dan Ka­­li­­ninq­ra­­da­­can, me­­ri­­di­­an­­lar və pa­­ra­­lel­­lər bo­­yu doğ­­ma-ta­­nış it­­lə­­ri var ki, onu gö­­rən­­də quy­ruq bu­la­yır, az qa­­lır qu­­ca­­ğı­­na atı­­la­­lar. Bi­­ri onu gö­­rən­­də, Vol­­qa­­nın o ta­­yın­­dan bu ta­­yı­­na uç­­muş­­du. İt­­də se­­vinc in­­san­­da­­kı ki­­mi de­­yil - hə­­qi­­qi və saf olur. Hə, sən de­­mə, Rus­­yət­­də elə it nö­­vü var ki, hə­­yə­­can vax­­tı qa­­baq ayaq­­la­­rı qa­­na­­da çev­­ri­­lir. Xa­­ri­­ci alim­­lər tək­­cə bu fak­­­ta əsa­­sən Ru­­si­­ya­­da­­kı güc­­lü ra­­di­­a­­si­­ya ba­­rə­­sin­­də bar-bar ba­­ğı­­rır­­dı­­lar. On­­la­­rın fər­­ziy­­yə­­si­­nə gö­­rə Ru­­si­­ya­­nın ha­­ra­­la­­rın­­da­­sa uçan in­­san­­lar da möv­­cud ol­­ma­­lı idi. Uçan in­­san­­lar ta­­pı­­la­­sı yer­­də ra­­di­­o­­ak­­tiv şey­­lər bas­­dı­­rıl­­ma­­sı­­na şəkk elən­­mə­­mə­­li­­dir.

Bə­­dir Rus­­yə­­tin XIX əs­­ri­­nə ge­­cik­­mə­­si­­nə hə­­mi­­şə tə­­əs­­süf­­lə­­nib.

Hə, it­ "ta­­nış"­la­r onu gör­­mə­­yən­­də həs­­rət­­dən zin­­gil­­də­­şir. Har­­da tək otu­­rur­­sa, Rus­­yət it­­lə­­ri­­nin zin­­gil­­ti­­si qu­­laq­­la­­rı­­nı də­­lir. On­­da Bə­­dir qu­­bar­­la­­nır. Bə­­dir in­­di­­yə­­cən cəmi iki-üç şer ya­­zıb ki, elə iki-üçü də itə da­­ir.

...Bə­­dir ha­­ra­­lar­­da­­sa hök­mən ci­­na­­yət də iş­­lə­­dib. Heç ola bil­­məz ki, gə­­zə­­yən ada­­mın əlin­­dən bir xa­­ta çıx­­ma­­sın. Çox gə­­zən axır bir gün nə­­lə­­rə­­sə şir­­ni­­kir. An­­caq elə ci­­na­­yəti eh­­ti­­ma­­lı­­na gö­­rə də ca­­ma­­at onu is­­tə­­yir, hör­­mə­­ti­­ni tu­­tur. Ca­­ni­­lə­­rin ba­­şı üzə­­rin­­də daim ca­zi­bəli, ma­gik-ro­­man­­tik ha­­lə­lər fır­la­nır. Fərz edi­­lən ci­­na­­yət Bə­­di­­rə gö­­zəl­­lik gə­­ti­­rir­­di. On­­da­­kı zi­­rək­­lik də elə ci­­na­­yət­­dən xə­­bər ve­­rir; axı, ca­ni­lər ta­ri­xən hə­mişə zi­rək olub.

Ci­­na­­yət tö­rət­­mə­­yən yal­­nız hey­­kəl­­lər­­dir.

Bə­­dir tə­­sa­­dü­­fən bə­­bə­­si­­ni beş-on gün qa­­baq­­la­­yır da. Am­­ma gə­­liş­­lə­­ri­­ni ba­­car­­dıq­­ca on­­dan son­­ra­­ya sa­­lır. Bu­­nun­­la da bir gül­­lə­y­lə iki dov­­şan vur­­muş olur. Həm gə­­lib elə bir zəh­­mət çək­­mə­­dən ya­­rat­­dı­­ğı nağd ba­­la­­sı­­nı gö­­rür, həm də yer­­li lo­­tu­­lar de­­miş, gə­­lə­­cək nis­­yə ba­­la­­nın "fun­­da­­ment"ini qo­­yur.

Am­­ma kən­­də uşaq­­dan əv­­vəl gəl­­mək ona heç cür sərf elə­­mir. Həm uşa­­ğı gör­­mür­­sən, da­rıx­dı­rıcı olur, həm də tə­­zə­­si­­nin "fun­­da­­ment"ini qo­­ya bil­­mir­­sən. Qa­­lır­­san ava­­ra. Özü də lap uşaq­­lıq­­dan ba­­taq­­lıq san­­dı­­ğı kən­­dis­­tan ye­­rin­­də vaxt itir­­mək də ta ona ya­­raş­­maz. Kən­­din­­ki - qo­­ca­­lar­­dır; or­­da mıx­­la­­nıb qal­­dı­­ğı vax­­tı o, ömür-gün it­­ki­­si sa­­yır.

Hər "toç­­ka"sın­­da ol­­du­­ğun­­dan, tə­­zə ye­­rin­­də da­­im ürə­­yi Rus­­yə­­tin köh­­nə yer­­lə­­ri­­ni çə­­kə­cək. De­­yi­­lən­­lər düz­­dü­­sə, o, Rus­­yə­­tin hər bu­­ca­­ğın­­da ən azı iki uşaq əkib. Uşaq - yəni oğ­­lan. İki oğ­­lu yox­­sa, qız­­la­­rı 10-a çat­­sa­­lar da, he­­sab­­dan de­­yil­­di. De­­yir­­lər, za­­lım yer-zad ək­­mir ki - elə uşaq əkir. Ça­­lı­­şır hər ya­­şa­­yış mən­­tə­­qə­­sin­­də qo­­çu­­ba­­la­­la­­rı iki­­dən az ol­­ma­­sın ki, bö­­yü­­yən­­də bir-bi­­ri­­nə da­­yaq dur­­sun­­lar. Axı, ba­­cı­­la­­rı da üs­­tü­­nə dü­­şə­­si - tək oğ­­lan son­­ra əziy­­yət çə­­kər. Ya­­lan-doğ­­ru, bir ilin ma­­bə­­din­­də Ru­­si­­ya­­nın cür­­bə­­cür yer­­lə­­rin­­də onun sək­­kiz-doq­­quz uşa­­ğı olur. Ha­­mı­­sı­­na da rəh­­mət­­lik­­lə­­rin - ata­­sıy­­la ana­­sı­­nın ad­­la­­rı­­nı ve­­rib. Oğ­­lan­­lar Qə­­dir­­di­­lər, qız­­lar - Gül­­ni­­sə. Qa­­rı­­şıq düş­­mə­­sin­­lər de­­yə, dəf­­tər­­çə­­sin­­də yer­­lər gös­­tə­­ril­­mək­­lə qeyd­lər apa­­rır: Perm - 2 (iki) oğ­­lan, 1 (bir) qız; Qor­­ki - 3 (üç) oğ­­lan, 2 (iki) qız. Vaxt­lar da - yan­­la­­rın­­da. Ul­­ya­­novs­k - hə­­lə­­lik 1 (bir) oğ­­lan, qız - yox­­dur. An­­caq oğ­­la­­nı 2-yə çat­­dır­­ma­­mış Ul­­ya­­novs­kdan əl çə­­kən de­­yil; ata­­sı­­nın qəb­­ri­­nə and içib. Çün­­ki tək­­li­­yi­­nə gö­­rə oğ­­la­­na ya­­zı­­ğı gə­­lir­­di. O ya­­dı­­na düş­­dü­­mü, dur­­du­­ğu yer­­də göz­­lə­­rin­­dən yaş sü­zü­lə­cək. Bö­­yü­­yən­­də yer­­li al­­kaş­­lar onu şil-küt elə­­yə bi­­lər­­di­­lər. Düz­­dü, be­­lə şey­­lə­­rin qa­­ba­­ğı­­nı al­­maq üçün hər yer­­də uşaq­­la­­rı­­na al­­kaş­­la­­ra qo­­şul­­ma­­ma­­ğı tap­­şı­­rıb. Am­­ma çox­­dan ge­­də bil­­mə­­di­­yi Qa­­zan­­da bir, yox­­sa iki uşa­­ğı, yəni oğ­­lu ol­­ma­­sı özü­­nə qa­­ran­­lıq­­dı. Blok­­no­­tun hə­­min ye­­ri cı­­rıl­­mış­­dı. Ne­­çə­­li­­yi mə­lum de­­yil­­di­­sə də, or­­da çox­­lu qı­­zı ol­­du­­ğu­­nu nağd bi­­lir­­di. Bax, be­­lə. Onun bir blok­­not­­ca uşa­­ğı var­­dı. Uşaq­­la­­rın "met­­ri­­ka"la­­rı­­nı ana­­la­­rı­­na sax­­la­­yıb­­sa da, "ko­­pi­­ya"la­­rı­­nı özü ilə gö­­tür­­müş­­dü. O, dün­­ya­­nı bir bağ­­la­­ma uşaq sə­­nə­­diy­­lə gə­­zir­. Xəs­­tə­­xa­­na­­ya-za­­da dü­­şən­­də, sə­­nəd­­lə­­ri ba­­şı­­nın al­­tı­­na qo­­yur - on­­da ba­­şı dik qa­­lır. Uşaq­­la­­rın­­dan bə­zi­­lə­­ri şi­­kəst do­­ğul­­muş­­du­­lar: bi­­ri Ma­­qa­­da­­nın qı­­zıl mə­dən­­lə­­rin­­də iş­­lə­­yən­­də, bi­­ri­­sə cu­­hu­­du çox ol­­du­­ğun­­dan, qı­­zı­­lı da çox olar de­­yə, Lvov­­da ya­­şa­­yan­­da. Həm Lvov, həm də Ma­­qa­­dan ar­­vad­­la­­rı­­nın içi çü­­rük çıx­­dı. Bir də yə­­qin uşaq­­la­­rın şi­­kəst­li­­yi qı­­zıl­­la bağ­­lı bir şey­­di. Hər hal­­da, qı­­zıl­­dan xe­­yir göz­­lə­­mək əb­­ləh­­lik­­dir. La­­kin yün­­gü­­lün­­dən ol­­muş ol­­sa da, qa­­lan­­la­­rı­­nın da hə­­rə­­sin­­də bir il­­lət var­­dı: uşaq xəs­­tə­­lik­­lə­­ri­­nə az­­dan-çox­­dan bə­­ləd­­di. Uşaq­­lar bö­­yü­­dük­­cə də, ke­­çir­­di bö­­yük­­lə­­rin­­ki­­nə. ...Ba­­la­­la­­rı hey do­­ğu­­lur­­du­­sa, bir uc­­dan ölür­­dü­­lər də: blok­­no­­tun­­da ölən­­lə­­rin ay­­rı­­ca sta­­tis­­ti­­ka­­sı­­nı apa­­rır. Hər­­çənd vic­­dan əza­­bı çək­­di­­yi, uşaq­­la­­ra diq­­qət­­cil ol­­du­­ğu il­­lər­­də ölüm fa­­i­­zi bi­­rə­­beş aşa­­ğı enir­­di.

* * *

Bə­­di­­rin kənd­də­­ki ye­­ga­­nə oğ­­lu Qə­­dir, beş-al­­tı gül­­ni­­sə­­dən son­­ra, mə­­nim­­lə bir ay­­da dün­­ya­­ya gəl­­miş­­di. Rus­­yət­­də­­ki ba­­cı-qar­­daş­­la­­rın­­dan da xə­­bər­­siz­­di. Bə­­dir  uşaq­­lar­­la jonq­lyor­­luq üçün is­­ti­­nad nöq­­tə­­si seç­­di­­yi kənd­də qə­­dir­­lə­­ri heç cür iki­­yə çat­­dı­­ra bil­­mir­­di. Am­­ma zor-xoş çat­­dır­­maq niy­­yə­­tin­­dəy­­di. Nə ol­­sun ki, bur­­da ha­­mı özü­­nün­­kü­­lər­­di; in­­san əsas da elə özü­­nün­­kü­­lər için­­də tən­­ha qa­­lır. Hə­­lə­­lik bi­­ri ol­­muş, bi­­ri də ola­­sı qə­­dir­­lər Rus­­yət­­də­­ki qə­­dir­­lə­­rə baş­­çı ola­­caq­­dı­­lar. Bur­­da­­kı­­la­­rın nə­­zə­­ri or­­da­­kı­­la­­rın üs­­tün­­dən əs­­kik ol­­ma­­ma­­lı idi. Ha­­ya­­na dön­­ə, bur­­da­­kı­­lar və­­tən­­də­­di­­lər. Am­­ma yox, əs­­lin­­də elə or­­da­­kı­­lar da - hər kəs öz və­­tə­­nin­­də­dir.

Qə­­dir Rus­­yət­­də­­ki ba­­cı-qar­­daş­­la­­rın­­dan bir­­cə­­ci­yi­nin də üzü­­nü gör­­mə­­yib: on­­la­­rı sev­­mə­­di­­yi­­ni de­­yə bil­­mə­­sə də, sev­­di­­yi­­ni də de­­yə bil­­məz­­di. On­­la­­rın şə­­kil­­lə­­ri, nə­­dən­­sə, sev­­gi tö­­rət­­mir. Ya­­xud Qə­­dir on­­la­­rı gah se­­vir, gah sev­­mir. Bir gün də mə­­nə tap­­ma­­ca de­­yə­­si: o kim­­di ki, həm se­­vir­­sən, həm də yox. Ta­­pa bil­­mə­­di­­yi­­mi gö­­rən­­də, elə özü - "mə­­nim ba­­cı-qar­­daş­­la­­rım", de­­di. Hər­­dən də ba­­cı-qar­­daş­­la­­rı­­nın bir çan­­ta şək­­li­­ni qa­­ba­­ğı­­ma tö­­küb gös­­tə­­rə­cək. On­­la­­rın için­­də qa­­ra­­göz­­lü­­lər çox­­du­­sa da, göy­­göz­­lə­­ri, ya­­şıl­­göz­­lə­­ri, qo­­nur­­la­­rı da az de­­yil. Hə­­rə­­sin­­də Bə­­dir əmi­­nin bir əla­­mə­­ti gör­­sə­­nir. San­­ki Bə­­dir əmi his­­sə-his­­sə bu uşaq­­la­­ra pay­­lan­­mış­­dı. Hə­­min əla­­mət­­lə­­ri yı­­ğıb - qu­­raş­­dır­­san, mo­­za­­ik bir Bə­­dir alı­­nar­­dı. Ha­­çan­­sa o şə­­kil­­lər ba­­rə­­sin­­də kənd lo­­tu­­la­­rı­­nın da­­nı­ş­­dıq­ları in­­di­­yə­­cən qu­­laq­­la­­rım­­da­­dır: "Bun­­la­­rın heç də ha­­mı­­sı Bə­­dir­­dən de­­yil". "Bə nə, elə­­si var, ha­­zır xo­­xol­­dur". "Yox, ha­­mı­­sı özü­­nün­­küdü, bu şə­­kil­­lə­­ri özü gə­­ti­­rib, axı..." Bur­­da lo­­tu­­lar ağ­­zın­­dan avam söz qa­­çır­­mış yol­­daş­­la­­rı­­nı məs­­xə­­rə­­yə qoy­­du­­lar: "Ay-hay, bu hə­­lə be­­lə şey­­lər ba­­rə­­sin­­də an­­la­­maz qa­­lıb".

Bə­­dir öv­­lad­­la­­rı­­nı ha­­çan­­sa bir ye­­rə cəm elə­­mək xə­­ya­­lın­­day­­dı. Bəl­­kə on­­lara uto­­pik bir yer-məs­­kən dü­­zəlt­di də. Bu­­nun üçün Azər­­bay­­ca­­nın dü­­zən­­gah bir ra­yo­nun­da, Kür, ya Araz bo­­yun­­da tor­­paq gö­­tür­­mək müm­­kün­­dü. Or­­da ha­­mı Qə­­dir və Gül­­ni­­sə ola­­caq. Ev­­lə­­ri də cür­­bə­­cür ar­­xi­­tek­­tu­­ra üs­­lub­­la­­rın­­da. Rus­­yə­­tin, bir az da Azər­­bay­­ca­­nın ar­­xi­­tek­­tu­­ra üs­­lub­­la­­rı güz­­gü ki­­mi or­­da əks olu­­na­­caq. Qo­­ca­­la­­na­­can bu işi gör­­mə­­sə, öv­­lad­­la­­rı fə­­lə­­yin ba­­dı­­na ge­­də­­si­­di­r: avara-gi­­rif­­tar qa­­la­­caq, hə­yat­da tək­­lə­­nə­­cək, yad-yad öl­­kə­­lər­­də qənd ki­­mi əri­­yib itə­­cək­­­lər. Am­­ma in­­di­­dən tez-tez gö­­rüş­­sə­­lər, gə­lə­­cək­də ana­­la­­rı bir ye­­rə yı­­ğış­­ma­­ğa qoy­­ma­­sa­­lar da, uşaq­­lar ən azı bir-bi­­ri­­nə is­­ni­­şər, bir-bi­ri­nin yer-yur­dunu öy­rə­nər­di­lər. Bu ona ya­­zar, o bu­­na. Qar­­daş­­lar ba­­cı qey­­rə­­ti çək­­mə­­yi öy­­rə­­nər, ba­­cı­­lar qar­­daş dər­­di çək­­mək­­lə tər­­bi­­yə­­lə­­nər­­di­­lər. Gə­­lə­­cək­­də on­­la­­rın için­­dən ölüb-itə­­ni, hət­­ta tu­­tu­­la­­nı hök­­mən ola­­­caq. On­­da ha­­mı­­sı ol­­ma­­sa da, uşaq­­la­­rın bir qis­­mi öl­kə­nin hər tə­rə­fin­dən bir-bir, iki-bir hü­­zü­­rə, ya dus­tağa dəy­məyə get­­mə­­li­­dir. Bə nə! Ya da ge­­dib pro­­ku­­ror­­la dil tap­­ma­­lı, tu­­tu­­la­­nı bu­­rax­­dır­­ma­­lı­­dır­­lar. Adam öl­­dü­­rüb­­sə be­­lə, bu qə­­dər ba­­cı-qar­­da­­şı olan tür­­mə­­də çü­­rü­­yə bil­­məz. Çü­­rü­­yə­­cək­­sə, on­­la­­rın mil­­çək ki­­mi qı­­rıl­­ma­­la­­rı yey.

Bə­­dir uşaq­­la­­ra tək­­cə Qə­­dir və Gül­­ni­­sə ad­­la­­rı qoy­­maq­­da  pe­­şi­­man­­dı da. Ha­­mı­­sı ya Qə­­dir Bə­­dir oğ­­lu, ya da Gül­­ni­­sə Bə­­dir qı­­zı idi. Bö­­yü­­yən­­də çaş-baş qa­­la bi­­lər­­di­­lər: on­­da gə­­rək tə­­xəl­­lüs ki­­mi hər kəs adı­­nın böy­­rün­­də do­­ğul­­du­­ğu ye­­ri­ də gös­tərə. Bir­­cə­­ci­­yi ci­­na­­yə­­tə gö­­rə Ümu­­mit­­ti­­faq ax­­ta­­rı­­şın­­da olar­­sa, ha­­mı­­sı sax­­la­­nıb din­­di­­ri­­lə­­cək­. Bir ci­­na­­yət üs­­tün­­də, Al­­lah gös­­tər­­mə­­sin, oğ­­lan­­la­­rı­­nın ha­­mı­­sı tu­­­tu­­la bi­­lər. Am­­ma ha­­mı boy­­nun­­dan ata bi­­lər­­sə də, əf­­sus, qar­­daş­­lar­­dan bi­­ri hök­­mən tu­­tu­­la­­caq­­dı. An­­caq bu, şü­­kür elə­­nə­­si, qur­­ban kə­­si­­lə­­si va­­ri­­ant­dı. Hər­­çənd be­­lə də çı­­xa­­caq­­dı ki, cə­­mi qar­­daş­­lar bir qar­­da­­şın tu­­tul­­ma­­ğı­­na ba­­is ol­­du­­lar. Haqq öz ye­­ri­­ni tut­­muş ola­­caq­­dı­­sa da, qar­­daş­­lar öz qar­­da­­şı­­na sat­­qın sa­­yı­­la­­caq­­dı­­lar. ...Həm də ata­­la­­rı­­nın şor­­göz­­lü­­yü alə­­mə faş ola­­caq­. Pro­­ku­­ror­­la­­rın göz­­lə­­ri kəl­­lə­­lə­­ri­­nə çı­­xa­­caq: üz­­dən ye­rə­ba­xan, lal gö­­rü­­nən bir in­sa­nın ərəb əmir­­lə­­rin­­dən çox ar­­va­­dı var. Ən azı onu ali­­ment üs­­tün­­də iliş­dirə, cə­­za­­lan­­dı­­ra bi­­lər­­di­­lər. Bir də axı, ki­­mə və ne­­cə ali­­ment kə­­­sil­­sin. Elə bir iş olar­­sa, uşaq­­la­­rın hə­­rə­­si­­nə 1-2 qə­­pik­­dən əs­kik dü­şər ki, ar­­tıq düş­­məz.

Qə­­dir və gül­­ni­­sə­­lər bir-bi­­ri­­ni dəf­­tər­­çə­­lə­­rin­­də­­ki yer qey­­diy­­ya­­tı ilə ayırd edə bi­­lər­­di­­lər. Bə­­di­­rin çe­­bok­­sa­­rı­­lı, rya­zan və sa­­ra­­tov­­lu, hət­­ta Mosk­va al­­tın­­da­­kı - met­­ro va­­qon­­la­­rı bu­­ra­­xı­­lan Mı­­tiş­­şi­­dən olan qə­­dir və gül­­ni­­sə­­lə­­ri var­­dı. De­­yi­­lən­­lə­­rə gö­­rə, hər də­­fə met­­ro­­ya mi­­nən­­də, Bə­­di­­rin göz­­lə­­ri do­­lur. "Bu va­­qon­­lar bu­­ra­­xı­­lan yer­­də mə­­nim ba­la­­la­­rım olur..."

O, əs­

Digər xəbərlər

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

İnkarçılarımız

Klassiklərdən sonra, Pərvizdən əvvəldə

Tehran Əlişanoğlu – Bizdə “şeytan ayələri”

Qan Turalı: Rafiq Tağının Sabirə münasibəti diletant, vəziyyəti gülüncdür

Şərhlər