Rasət Pirisoyu : "Yazıçı hərəkatının ilk şəhidi"

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 208837

 

YAZIÇI HƏRƏKATININ İLK ŞƏHİDİ


Hər şeyə əl atmışdılar.

Hədələmədən tutmuş, məhkəməyə qədər,  təkləməkdən tutmuş,  şantaja qədər, həbsdən tutmuş, ölkədən qovmağa qədər, hər şeyə əl atmışdılar.

Bütün bunları yazıçıya yazıdığı sözə görə  tətbiq  etmişdilər..

Bircə  öldürməyə əl atmamışıdılar.

Öldürməyə də əl atdılar.

Rafiq Tağının əvvəl bıçaqladılar, sonra  isə  öldürdülər.

Rafiq Tağı da yeddi  bıçaq yarası aldı.

Yeddi güllə yarası alan  Elmar Hüseynov kimi…

Rafiq Tağı  ölümə  Azərbaycan yazıçısı kimi  getdi..  Son nəfəsini  də  yazıçı kimi yaşadı..

Rafiq Tağının sonuncu fiziki hərəkəti də mənə simvolik görünür.

Son  nəfəsində Rafiq Tağı qardaşı  İlqar Tağıya deyib:

- Ürəym bulanır. Qaytarmaq istəyirəm.

Amma Rafiq Tağı son nəfəsində  bulanan ürəyini boşalda bilməyib və keçinib. 

Bulanan ürəyi boşalda bilməmmək; bu hiss mənə çox tanışıdır.

Bu hiss hətta mənim  şeirlərimə də gəlib çıxıb:

«Biz daha şeir yazmırıq.
İçimizi, içalatımızı qaytarırıq vərəqlərə…»

Rafiq Tağı mənim dostum idi; həm ürək dostum idi, həm də qələm yoldaşım.

Mən  Rafiq Tağıdan tez - tez ürəyimin vəziyyəti haqqında  məlumat alırdım.

Rafiq Tağı ilə mənim qələm yoldaşlığım  isə  ən mürəkkəb mülahizələr, mövzular, qənaətlər üzərində qurulmuşdu.

Biz bir-birimizi dinləməyi bacarırdıq.

Bu mənada  mən Rafiq Tağının  bir çox  fikirlərinin  onun yazılarına  necə gəlib  çıxmasınının  anatomiyasıyla  yaxşı  tanışdım.

Rafiq Tağı bir yazçı olaraq böyük  dialoqa  can atırdı.

O,  təkcə opponent  hesab etdiyi  adamlarla deyil, ideyalarla, ideallarla, dünya haqqında ən müxtəlif təsəvvürlərlə,  zamanla, əsrlərlə,  bütövlükdə  cəmiyyətlə  böyük  müzakirlər açmaq  arzusunda idi.

Bəzən bu istək ona baha başa gəlsə də,  Rafiq Tağı bu yolu tərəddüdsüz gedirdi.

Qarşı tərəfi dinləmək üçün Rafiq Tağı bəzən  sərt ifadələr işlətməkdən, çətin qəbul olunası  arqumentlər  gətirməkdən çəkinmirdi.

Rafiq Tağı  son  iyirmi ildə  Azərbaycanda meydana  çıxan yazıçı hərəkatının ən görkəmli nümayəndələrindən biri idi.

Xarakterinə görə impulsiv olan  bu  hərəkat  ən nəhayət, uzun illər boyu irticanın və qaragüruhun təsiri altında olan  icimai fikrə  yazıçı  ab-havası gətirə bildi..

Bu  işdə Rafiq Tağının esseləri müstəsna rol oynadı.

Rafiq Taığı unikal esselər müəllifi idi.

Rafiq Tağının esseləri başdan-ayağa Azərbaycan yazıçısısının esseləridir.

Bu esselərdə Azərbaycan  insana ovcunun içi kimi görünür.

Mən Rafiq Tağının yaradıcılığı ilə bağlı həmişə nigarançılıq keçirmişəm.

Çünki Rafiq Taığ bir yazıçı kimi bu günki  yazıçı anlayışından qırağa  çox çıxırdı.

Azərbaycanda ənənəvi yazıçı anlayışı  çoxdan iflasa uğrayıb

Bizdə yazıçılıq  təhlükəli peşəyə çevirilib.

Yeni yazıçı anlayışı isə hələ formalaşmayıb.

Rafiq Tağı bu  prosesin ilk şəhidi oldu.

Proses isə davam edir.

Yəqin ki, biz  yaxın gələcəkdə  müxtəlif yazıçı olaylarıyla  üzləşməli olacağıq.  Bu porosesdə  ən müxtəlif hadisələr baş verə bilər.

İntiharlar da istisna olunumur.

Mənim  arxivimdə Rafiq Tağı ilə bağlı bir sənəd var.

Bu sənəd Rafiq Tağının senzuraya məruz qalan əsərləri haqqındadır.

Sənədi Rafiq Tağı özü hazırlayıb.

Mən  bu  yazının sonunda  həmin sənədin surətini   Rafiq Tağının oxucularına  təqdim edirəm.

Rafiq Taığya Allahdan rəhmət diləyirəm.


P.S.

Əziz İlqar bəy.

Mən çox təəssüflənirəm Rafiq Tağının hüzurunda qədərincə Sizinlə ola bilmədim. Çox güman ki,  Rafiq Tağının qırx məclisində də iştirak edə bilməyəcəyəm.

Yanvarın 2-də, saat 2-də «Medservis»də  icra sturkturlarının, qanunların, dəfələrlə müraciət etsəm də  Azərbaycan  prezidentinin unutduğu   (Rafiq Tağı da  belə laqeydliyin  qurbanı oldu)  qəyyumu olduğum,  valideyn himayəsindən mərhum Məhəmməd Mehdizadə yenidən əməliyyat  olunacaq;  damarlarına dördüncü dəfə katetr yerləşdiriləcək.

Məni bağışlayın.

Digər xəbərlər

Hadi Qaraçay "Ölüm elçiləri"

AV­­­RO­­­PA­­­DAN GƏ­­­LƏN PAT­­­Rİ­­­Sİ­­­YA KA­­­AS

Ədəbiyyatşünaslıq etüdləri

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Qoca oğlan

Şərhlər