Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Tarix: 25-03-2015 11:24
Baxış sayı: 2074

İslam Şərqi Qərbdən geri qoydu    II yazı

İslama şübhələr onun təşəkkülünün ilk çağlarından mövcud olub. Çünki insan təbiətinə yad olan bu böyük yalan naşıcasına uydurulmuşdu. Həri, is­lam Allahla bağlı fantastik yalanlar silsiləsidir. İstənilən millət başlanğıcda islamı bir faciə kimi qavrayıb, ona yox deyib, Zorla ictimai həyata yeridilən bir nəsnə artıq sonradan azad vicdan atributu kimi qələmə verildi. Halbuki tutalım, Azərbaycanda islam vicdan azadlığı təzahürü kimi yox, daşlaşmış ənənə formasında üzə çıxır. Bu ictimai yalanla mübarizə, hətta mübahisə cəhdləri həmişə də qəddarlıq və zorakılıqlarla üzləşib. Həzrəti-Məhəmməd birtərəfli və birmənalı şəkildə müqəddəs sayılmalıdır, qurtardı getdi. İkinci bir söhbət, hər hansı tənqidi baxış mürtədlikdir. Yad fikir daşıyıcıları ölümə məhkumdur. Salman Rüşdünün acı və ibrətamiz-açınacaqlı təcrübəsi hamıya bəlli. İraqla müharibədə 1,5 milyon müsəlmanı «şəhidlik zirvəsi»nə yüksəldən, «aftava-ləyən» ayətüllahlarından olan Ruhulla Xomeyni beynəlxalq hüququ, ümumiyyətcə, hüququ anlamayan bu ruhani, yad ölkənin vətəndaşına qiyabi ölüm hökmü kəsməmişdimi? Ölüm və qan islamın vacib komponentləridir. İs­lam Yer üzündə ölüm- qanla bərqərardır. Şəriət qanunları məntiqsiz və bütünlüklə antibəşəri mahiyyətlidir. Şəriət dünya malını insandan üstün tutur və əslində dünya malını insandan qorumaq üçündür.

İslama bir rəmz olaraq yaşıl yox, qırmızı daha çox uyğun gəlir.

Qardaşlar, A.Şopenhauerin mənim fikrimi təsdiqləyən fikrini təsdiqləyərək, deməliyəm ki, «Quran» indiyəcən oxuduğum ən maraqsız kitablardandır. «Qorxunamədir» (Asif Ata). «Zülm, istibdad, cəza, qisas; müftəxorluq, varidatçılıq, şəhvətpərəstlik... «Quran»da təbliğ olunur» (Soylu Atalı).

«Quran» insana yalnız pessimizm aşılayır, onun nisbi optimistlik anlarına da yasaq qoyur. İslam yaradıcılığın qənimidir və insanı yaradıcılıq sevinclərindən məhrum edir. Yaradıcı ruh islam üçün açıq təhlükədir. Əlbəttə, yaradıcılıq - azadlığı təxmin edir. Azadlıq isə islamda «vacibat»dan deyil. Bəs nəyə görə hələ ilk müsəlmanlar şairlərə gülür, onları ələ salırdılar? Hər bir poetik misra əslində vəhy bənzərlidir. Vəhy də, belə hesab olunur ki, Məhəmməd «peyğəmbər»dən savayı bir kimsəyə verilə bilməz. Bir sözlə, vəhylər erası Məhəmmədlə bitib. Nə əcəb, Allahın bəşəriyyətə sözümü qurtarıb?.. Yoxsa Allah artıq heç bir ideyaya malik deyil? Yainki Allahın əbədi-sonsuz yaradıcılıq imkanlarını islam inkar edir? Üstəlik, «Quran»da Allah qəzəbli-qəddar, mücərrəd-qorxunc bir varlıq kimi ortaya çıxır və çaşqın bəşər - «ondan nə qədər uzaq olsan yaxşıdır», düşünür. Belə çıxır, Allah köləlik aşiqidir, çünki insandan yalnız itaət tələb edir. «Quran» insana hətta arvad alıb-boşamaq  azadlığını da çox görür. Əcəba, Allah niyə bu qədər xırdaçıdır? Niyə hicab, zifaf, qüsl kimi «elm» sahələri onu da çəkir? İtaət ona niyə bu qədər vacib olub? Mən insan itaətinə möhtac Allahı təsəvvür edə bilmirəm.

Qardaşlar, bütün başqa dinlərdəki kimi, islamda da Allahın interpretasiyası səhvdir. Bir dəfə yazmışam, yenə yazıram ki, dinlər Allah adından şarlatanlıqdır. Dinlərin yalan olması onların müxtəlifliyindən bəlli. Qədim yunanların çoxsaylı allahları indi bizə gülməli göründüyü kimi, mövcud dinlər də gələcəkdə hökmən gülünc görsənəcək. Dinlər bəşəriyyətin ibtidai-metafizik durumunun bariz göstəricisidir. İndiki dinlər gələcəkdə olsa-olsa tarixi əhəmiyyət kəsbedəcək. Bunun üçün get-gedə toplanan elmi biliklərin kifayət həddə çatması, müəyyən kondisiyaya yetişməsi vacibdir.

Gəlin, hər ictimai görüntüyə mədəniyyət adı verməyək. İslam Azərbaycanda mədəniyyət hadisəsi yox, zor və istila qalığıdır. İslam Azərbaycanda həyatı, onun bütün qatlarını təcridlərə məruz qoydu, iflic vəziyyətinə saldı. Hər hansı inkişafın qabağını aldı. «Allah bədəvi psixologiyasının məhsulu kimi təzahür edir» (Soylu Atalı). Qardaşlar, üstəlik, bacılar, «Quran» bir nağıl effektlidir. Əlbəttə, ərəblərin nağıl uydurmaq qabiliyyəti danılmazdır, bu onlarda daim güclü olub. Amma ən güclü nağılı da həmişə ən gopçu xalqlar uydurub. Ona qalsa, Azərbaycanda öz doğma gopçu xalqımız yaşayır, yaxşı olardı, elə onun yaratdıqlarına etiqad edək.

Yalnız öz içindən doğulan mədəniyyət millətə doğma ola bilər. Tərəqqiyə aparmayan islam adlı yad bir mədəniyyətdən qurtulmağın vaxtı çoxdan çatıb. Onun Azərbaycanda ləğvi vacib. İnsanlarımızın qəlbində bu tələbat hədsiz güclüdür. İntəhası, kim qorxudan bunu dilə gətirə bilər? Yəqin qəhrəmanlıq haləli sözləri demək ancaq bizim alnımıza yazılıb. Bizi cəmiyyətin indiki nə ət, nə balıq miyanələri yox, gələcəyin başqa cür insanları - azmanları hökmən başa düşəcək. «Вaşqa insanlar həmişə S О N R A doğulur» (F.Nitsşe).

Qardaşlar, dinini dəyişmək heç də millətin məhvinə gətirib çıxarmaz. Milli orqanizm tamam fərqli qanunauyğunluqlarla yaşayır. Təbii harmonik qanunlar arasında dinə qəti yer yoxdur. Heç bir din bəşəriyyət üçün həyati vacib şərt deyil. Din - bekar- çılıq sənəti, zəkanın bihudə məsrəfidir. Adətən, is­lam Azərbaycan insanının boş və avara vaxtına, əsasən də onun qocalığına təsadüf edir. İslama sərf edilən əmək ictimai faydasızdır. İslam dəyərləri milli əxlaqın təqlidi olmaqla ikincili, beləliklə də, gərəksiz, hətta ziyanlıdır. İslamın ləğvi tərəqqimizə, Azərbaycanda madəniyyət sıçrayışlarına səbəb olardı.

Di yaxşı, Allah «günah» qabiliyyətini ilk-başlanğıcda özü insana vermişdisə, «Quran»da bu qabiliyyəti niyə yasaqlamalı idi? Yoxsa Allah kamil insan yarada bilməyib? Ya yaratdığına peşiman olub? Əstəğfürullah, bəlkə onun öz əməllərində naqislik var? Ancaq qardaşlar, Allah bəşəri dəyər meyarlarından nəhayətsiz dərəcədə üstündür. Allah yalnız bəşər məntiq dairəsində eybəcər görsənir. Əslində «günah» - yoxdur. «Günah» deyilən şey - insanın dolğun həyatıdır. Yəni «dolğun həyat» islamda «günah» kimi tövsif olunur. «Günah» bəşərin boynundan asılmış parlaq bir yarlıqdır. «Günah» - insanın insanı ləkələmək cəhdidir. «Günah» - insanın insanı ram eləməsi metodudur. Halbuki insan yalnız «günah»larıyla güclü və harmonikdir. 

İslam dünya quruculuğunda əngəldir. Bəşəriyyətin enerjisi islamla tükənir. İslam Şərqi Qərbdən geri qoydu. Çünki Şərq «Quran»dakı elmi «nailiyyət»lərlə kifayətləndi. Daim yüksəlişdə olan Qərb mədəniyyəti islamsız inkişaf nümunəsidir. Xristianlıq islamdan fərqli olaraq bəşər yaradıcılığına mane olmayıb. İslamçıların fikri-zikri «peyğəmbər» dövrünün antisanitar «təmiz»liyinə - VII əsrə qayıtmaqdır. Gələcəkdən qorxan islam həmişə keçmişə, yəni geriyə can atır. Həyat geridə güman edilir.  

Dünya malı ilə müqayisədə insan həyatı islamda heç bir əhəmiyyət kəsb etmir. Oğurluğa görə qol dibindən kəsilib atıla bilər. Ozü də bu nə məntiqsizlikdir: axı niyə məhz qol? Ona qalsa, oğurluqda qol yox, baş günahkardır. Naqis niyyət başdan sü- zülür. İnsan islamda sevilmir, ona zərrə qədər də hörmət qoyulmur.  

Bir az gedək о yana. Peyğəmbərlik nəhəng yəhudi-semit fırıldağıdır. Əksər dinlər praqmatik yəhudilərin dünyaya uyğunlaşma reaksiyasıdır. Yəhudilər özlərinə əsasən dinlərlə təsdiq tapıblar. Din - cinayət xarakterli düşüncə halıdır. Fikir veribsinizsə, hələ heç bir əxlaqlı xalqda peyğəmbər görsənməyib. Yeri gəlmişkən, axtarsan, Avropa Birliyi, Dünya Bankı və bu kimi başqa beynəlxalq qürumlar da yəhudi-mason qardaşlığı filiallarıdır.              

Tez də gələk bu yana. Həri, Azərbaycan türkü islamda özünü naqolay hiss edir. Özünü tapmağa gedən bütün yollar islamla kip bağlanıb. İslam - mənəviyyat dalanıdır. İslam Azərbaycanda fatal bir bədbəxtlik kimi qavranılır. Babəki indiyə qədər qəhrəman saymağımız da bunun əlamətidir. Azərbaycanda islam - babəkizm uğursuzluğudur.    

Qardaşlar, həm də bacılar, dünyada islam həmrəyliyi yerli-dibli yalandır. Bu bir mifdir. İslamda olsa-olsa müvəqqəti terror qardaşlaşması sezilə bilər. Ərəb dünyasının çağdaş acınacaqlı durumu bunu düşünməyə və deməyə əsas verir. Zaman-zaman Azərbaycan işğallara məruz qalıb: hansı islam ölkəsindən ciddi kömək görmüşük? İranın Azərbaycana ədyal-palaz köməyi şər diktəsi, məkr nümunəsi idi. Türkiyənin köməyisə heç vaxt «kardeşlik» elanından uzağa getməyib. İslam dünyası Azərbaycan faciələrinin dördgöz tamaşaçısıdır. Xoş günün dostu olan Azərbaycan müsəlmanlarının da İraqdakı faciələrdən tükü tərpəndimi?

Ümumiyyətlə, İslam sosial yararsız insanların fəaliyyət dairəsidir. İslam yüzillər boyu tüfeylilər sürüsü yetirib. İndilikdə islam ən çox siyasətdir, ən az - din. İslamdan kənarda hər hansı xomeyni cılız, boş, mənasız və gülünc, bir heçlikdir. İnsanın qüdrəti (əgər varsa) yalnız dinin dışında üzə çıxa bilər. Din müstəvisində hər hansı yüksəliş patetik bir yalandır, hap-gopdan savayı bir şey deyil. İslam əxlaqı bir zindan, insan təbiətinə münasibətdə zinadır. «İslam əxlaqı» insanı dünya sevinclərindən məhrum edir. İslam insanı əxlaqdan çiyrindirir. İnsan islam­da öz xislətiylə uyuşmayan qondarma bir əxlaq dairəsinə sürüklənir. İnsan «Quran» «şparqalka»sına baxıb da hərəkət etməli olur.    

Şərqdə tiraniya - islam əxlaqının törəməsidir.                

Qardaşlar, bayaq dediyim kimi, insanların mənəviyyatını deformasiyaya uğradan islam adlı yad mədəniyyətdən Azərbaycanın qurtulması mənə olduqca vacib görünür. Nəhayət, gəlin başa düşək, «Quran»dan elm sızdıranlar yanılırlar. Orada elmdən əsər-əlamət yoxdur. Allah «Quran» adlı kitabdan xəbərsizdir. Allah «Quran»dakı cılız fikirlər səviyyəsinməhdud deyil.

«Quran» - hiyləgər bəşər təfəkkürünün məhsuludur.    

Z.Freyddən təxmini iqtibasla deməliyəm ki, «in­san dindən söhbət düşəndə, həmişə qeyri-səmimi olur». Azərbaycan insanı da islama münasibətdə səmimi deyil. Bir qrup Azərbaycan insanı gəlir mənbəyi kimi islamdan beşəlli yapışıb. Azərbaycanda is­lam mafiya strukturludur və Heydər Əliyev kimi bir şəxsiyyət də onunla hesablaşmağa məcbur idi. Heydər Əliyev islamı sevməsə də, «sevirdi». Amma əksəriyyətimiz üçün islam yersiz-məcburi islah əməyidir. Azərbaycan insanının islamdan kənarda işıqlı bir iç dünyası var ki, yalnız orada tam azad və rahatdır. Zahiri islamdan batini özümlüyünə - dışdan içə qaçış onun amalıdır. Gəlsənə, onun bu işıqlı dünyasına sayğıyla yanaşaq, «göydən düşən» və göydəndüşmə xarakterli islam adlı çoxəsrlik kötü bir ağılsızlığa yox deyək.

 

                                                                                     2004, iyul - avqust

 

Digər xəbərlər

Başının üstündə buynuz kimi ay

STAN­­­Sİ­­­YA AP­­­TEK­­­Çİ­­­Sİ

Kənddə qar

Geriyə transformasiyalar (iki hissəli məqalə)

Azərbaycanda hüquq

Şərhlər