Jorj

Tarix: 21-05-2019 12:33
Baxış sayı: 156

Bir həf­­tə olar ki, Jorj it­­kin dü­­şüb. Özü də gör har­­da - Mosk­va­­da, gör nə vaxt - çoxluqdan sül­­hün az qa­­la qıc­­qır­­dı­­ğı bir dövr­də. Onu gör­­düm de­­yən yox­­du. Hə, po­­lik­­li­­ni­­ka­­da bir ştat va­­hi­­di öz-özü­­nə bo­­şa­­lıb. Ar­­tıq bu ba­­rə­­də yu­­xa­­rı sə­­hiy­­yə ins­tan­­si­­ya­­la­­rı da mə­­lu­­mat­­lı­­dı­­r. Tə­­zə hə­­kim-zad işə gö­­tü­­rü­­lə də bi­­lər. Jorj ta­­pıl­­dı-ta­­pıl­­ma­­dı, kadr mə­­sə­­lə­­si tez­­lik­­lə tən­­zim­­lə­­nə­­cək. Bu dün­­ya­­da kim­­di əvə­­ze­­dil­­məz? Jorj qa­­yı­­dar­­sa da, sa­­də­­cə, al gəl­­di - da­­lın­­dan bir tə­­pik. Di get.

* * *

Po­­lik­­li­­ni­­ka ilə mi­­lis şö­­bə­­si yan­­ba­­yan­­dır. Be­­lə de­­yək, ha­­sa­­rın bir üzün­­də ağ­­pal­­tar­­lı­­lar­­dı, o bi­­rin­­də - göy­­pal­­tar­­lı­­lar. Mü­­ğən­­ni Yu­­ri An­­to­­nov "Qaz-24"-nü mi­­li­­sin hə­­yə­­tin­­də sax­­la­­yır. Bu­­ra­­la­­ra tə­­zə­­lik­­cə kö­­çüb. Şö­­bə­­də ha­­mı onun­­la min ilin ta­­nı­­şı ki­­mi gö­­rü­­şəcək. Qəl­­bi qəlp­lik gö­­tür­­məz. Jorj hər də­­fə bu­­nu gö­­rür, bu dost­lu­­qları sü­­ni, şöh­­rət­­lə bağ­­lı ey­­bə­­cər bir hal he­­sab edir. Şöh­­rə­­tin hü­­quq­­dan-eti­­ka­­dan kə­­nar tə­­rəf­­lə­­ri də olur. Ara­­da elə bir kök­­lü sə­­bəb yox, mi­­lis­­lər də öz­­lə­­ri­­ni di­­dib-da­­ğı­­dır­­. Yu­­ri An­­to­­nov­­la dost­lu­­ğa qur­­şa­­nıb­­lar. Jorj - ayıb ol­­sun on­­la­­ra, de­­yir. Adi zəh­­mət­­keş­­lə, əli­­qa­­bar­­lıy­­la yum­­ruq-qa­­paz­­la da­­nı­­şar­­lar. Elə biri özü. Ye­­yib-içib tə­­sa­­dü­­fən kü­­çə­­də "sək­­kiz" yaz­­sa, boy­­nu­­nun kö­­kü­­nə yağ­­lı bir zo­­pa en­­di­­rər­­lər. On­­la­­rın­­kı dost­luq yox, yal­­taq­­lıq­­dır. On il­­di də az qa­­la ağız­­la­­rı­­nın için­­dən ke­­çib işə ge­­dir, bə onu ni­­yə gör­­mür­­lər? Kor­­du­­lar yoxsa? Ni­­yə onunla dost­luq elə­­mir­­lər?

An­­caq get-ge­­də Jorj da öz rəf­­ta­­rın­­da na­­xə­­ləf­­lik gö­­rür. Düz­­dü, bədəncə, "komp­lek­­si­­ya" (ter­­min Jor­­jun­­dur. Mü­­əl­­lif) eti­­ba­­rıyla bir­­di­­lər. Elə ox­­şa­­rı ola­­raq da özün­­də Yu­­ri An­­to­­no­­va doğ­­ma­­lıq-ya­­xın­­lıq du­­yur. Sanki sim­­sar­­lıq var ara­­da. Ada­­ma de­­yər­­lər, bu tə­­sa­­dü­­fi ox­­şar­­lıq­­la nə de­­mək is­­tə­­yir­­sən? Nə­­yə çat­­maq­­dı məq­­sə­­din? Za­­hi­­ri əla­­mət­­lər dost­lu­­ğa heç bir əsas ver­­mir­­sə də, açı­­ğı, Jorj onun­­la dost ol­­maq is­­tə­­yir­­di. Yu­­ra­­nın şöh­­rə­­ti onu da özü­­nə çə­­kir. De­­nən, ta nə ol­­du - mi­­lis­­lə­­rin gü­­nü­­nə düş­­dün ki! Qız ki­­mi də özü­­nü Yu­­ra­­ya gös­­tər­­mək eh­­ti­­ra­­sı qəl­­bi­­ni çul­­ğa­­yıb. Axır is­­tə­­yi­­nə çat­­dı da. Yu­­ra ma­­şı­­nı qo­­yub şö­­bə­­nin hə­­yə­­tin­­dən çı­­xa­­çıx­­da Jorj­la "rast­laş­­dı", is­­tər-is­­tə­­məz öz "ko­­pi­­ya"sı­­nı (ter­­min Jor­­jun­­dur. Mü­­əl­­lif) üz­­bə­­su­­rət gö­­rüb gü­­lüm­­sə­­di. Elə bil özü­­nü güz­­gü­­də gö­­rür­­dü. Yu­­ra Jor­­jun çiy­­ni­­ni şap­­pıl­­dat­­dı. Gö­­rü­­nür, dost­lu­­ğu iz­­har et­­mə­­yə əlin­­də şap­­pıl­­tı­­dan sa­­va­­yı elə bir va­­si­­tə yoxdu. Ya var­­dı­­sa da, hə­­lə­­lik onu açıb-ağart­ma­­ğa eh­­ti­­yac duy­­mur­­du. Jorj bun­­dan xey­­li mə­­yus ol­­du­­. Lakin ev­­də ümid­­lə­­ri tə­­zə­­dən art­ma­­ğa baş­­la­­dı. Qoy bir az keç­­sin, gö­­rər­­sən, Yu­­ra onu bir ox­­şa­­rı ki­­mi dar­­tıb özüy­­lə hər ye­­rə apa­­ra­­caq. Onu şəx­­si təd­­bir­­lə­­rin­­də nü­­ma­­yiş et­­di­­rə­­cək. Yox­­sa çü­­rü­­dü bu xa­­ra­­ba­­da! Özü yo­­ru­­lan­­da, "dub­­li­­kat" (ter­­min Jor­­jun­­dur. Mü­­əl­­lif) ki­­mi səh­­nə­­yə çı­­xa­­ra bi­­lər, onu fo­­noq­­ram­­la "oxut­­du­­rar". Vay, vay, an­­caq bü­­tün hal­­lar­­da hər şey ye­­nə Yu­­ra­­nın şöh­­rə­­ti­­nə əla­­və­­lə­­rə çev­­ri­­lə­­cək. Jorj özü öm­­rü bo­­yu bir heç olub, elə heç ki­­mi də qa­­la­­caq. Ək­­si­­nə, için­­də­­ki boş­­luq­­lar ar­­ta­­caq. Ma­­ğıl qa­­baq­­lar bir fərd ola­­raq özü də mey­­da­­na çı­­xa bi­­lə­­cək­­di­­sə, in­­di bu eh­­ti­­mal sı­­fır həd­­di­­nə enə­­sidir. Bu tərzdə Yu­­ra­­nın köl­­gə­­si ki­­mi sü­­rün­­mə­­yə məh­­kum­­du. Bir gün Yu­­ra ona nə de­­sə yax­­şı­­dır: kol­­lek­­si­­o­­ner­­lik hə­­və­­si­­nə dü­­şüb. Nə­­yin kol­­lek­­si­­o­­ne­­ri? Sən de­­mə, ox­­şar­­la­­rı­­nı "yı­­ğır". Onların ün­­van və te­­le­­fon nöm­­rə­­lə­­ri­­ni gö­­tü­­rür. On­­la­­ra da özü­­nün­­kü­­lə­­ri ve­­rir. Ha­­çan­­sa bö­­yük səh­­nə­­lə­­rin bi­­rin­­də on­­la­­rı nü­­ma­­yiş et­­di­­rə­­cək.

An­­caq ya elədə olsun, ya belədə, şöh­­rət həmişə Yu­­ri An­­to­­nov­­da qa­­la­­sı­­dır. Qa­­lan­­la­­ra "şiş" (ter­­min Jor­­jun­­dur. Mü­­əl­­lif) ça­­ta­­caq. Yu­­ra onu da, baş­­qa ox­­şar­­la­­rı­­nı da is­­ti­­fa­­də edib ata­­caq. Əl­­bət­­tə, ox­­şar­­la­­rın nü­­ma­­yi­­şi onun şöh­­rə­­ti­­nə əla­­və ça­­lar­­lar gə­­ti­­rər­­di. Am­­ma za­­ra­­fat bir ya­­na, "komp­lek­­si­­ya"sı ta­­mam Yu­­ri An­­to­­no­­vun­­ku­­dur. San­­ki bir ül­­gü­­dən çı­­xıb­­lar. "Kor­­pus" (ter­­min Jor­­jun­­dur. Mü­­əl­­lif) cə­­hət­­cə iy­­nə ucu boy­­da fərq­lə­­ri yox. Baş­­la­­rı da - for­­ma­­ca bir. Tə­­rə­­zi­­də ey­­ni çə­­ki­­də olar­­lar. Onun ba­­şı qo­­pa­­rı­­lıb ye­­ri­­nə Yu­­ri An­­to­­no­­vun­­ku ya­­pış­­dı­­rı­­lar­­sa, ta­­ma­­şa­­çı şüb­­hə­­lən­­məz də.

Jor­­ju bir tək öz işin­­də ta­­nı­­yır­­lar­­sa, Yu­­ri An­­to­­no­­vu az qa­­la bü­­tün dün­­ya ta­­nı­­yır. Ta­­nı­­yır da yox, se­­vir. Yer şa­­rı Y.An­­to­­no­­vun şöh­­rə­­ti­­ni da­­şı­­ya-da­­şı­­ya fır­­la­­nır. Ən azı SSRİ ba­­şı­­na and içir. Gö­­rən, şöh­­rət ni­­yə məhz onu se­­çib? Qur­­ba­­ğa qar­­nı­­na­­mı gö­­zü dü­­şüb? Elə­­dir­­sə, hə­­min qur­­ba­­ğa qa­­rın­­dan on­­da da var. Yu­­ra­­nı bü­­tün dün­­ya ucal­­dır­­sa, Jorj bir dıl­­ğır baş hə­­ki­­min tə­­ri­­fi­­nə­­sə la­­yiq bi­­lin­­mir. Ha­­mı ba­­şın­­dan ba­­sır, aya­­ğın­­dan çə­­kir. Dün­­ya­­nın bü­­tün tən­­qid­­lə­­ri elə bil bir tək onun üçün­­dür. Ha­­çan­­sa bir qı­­zı sev­­miş­­di, o da ona yox de­­di. İn­­di ay­­dın­­ca gö­­rür ki, "yox" ca­­va­­bı­­nı da şöh­­rə­­ti­­nin yox­­lu­­ğu sə­­bə­­bin­­dən alıb. Əgər Yu­­ra is­­tə­­səy­­di, qız ona at­­da­­na-at­­da­­na ge­­də­­cək­­di. Jorj gü­­nü bu gün də hər kəs­­dən an­­caq "yox" eşi­­dir. İş­­dən ona eks­kur­­si­­ya-sa­­na­­to­­ri­­ya düş­­mür. Nə əcəb, ana­­sı var­­mış - ar­­va­­dı da ona ana­­sı al­­dı. Ar­­vad da nə ar­­vad - gic­­bə­­sər-küt bir şey. "Sev­­gi" sö­­zü­­nə gül­­mə­­yi tu­­tur.

Onu ol­­sa-ol­­sa bi­­rin­­ci­­də oxuyan qı­­zı is­­tə­­yir.

Şöh­­rət - bəx­­tə­­bəxt şey­­dir. Alın ya­­zı­­sı­­dır.

Mi­­lis şö­­bə­­si­­nin hə­­yə­­ti po­­lik­­li­­ni­­ka­­nın pən­­cə­­rə­­lə­­rin­­dən ovuc içi ki­­mi gö­­rsənir. Qız­­lar bir də­­fə Yu­­ri An­­to­­no­­va gah otaq­­da­­kı te­­le­­vi­­zor­­da, gah da şö­­bə­­nin hə­­yə­­tin­­də ba­­xır­­dı­­lar. On­­lar hə­­yət­­də və hə­­yat­­da­­kı Yu­­ri An­­to­­nov­­la lent­də və ek­­ran­­da­­kı­­nı tu­­tuş­­du­­rur­­du­­lar. Te­­le­­vi­­zor­­da­­kı Yu­­ra arıqdı - de­­mək, ta­­ma­­şa­­çı­­la­­ra köh­­nə lent ya­­zı­­sı­­nı so­­xuş­­du­­rur­­lar. Bu­­dur, bu­­yur, Yu­­ra yo­­ğu­­na­­yıb, por­­su­­ğa dö­­nüb. "Yu­­ri An­­to­­nov on­­la­­rı sev­­məz", - qız­­lar fi­­kir­­lə­­şir. Qar­­şı­­lıq­­lı mü­­na­­si­­bət­­lər­­də on­­lar ömür­­lük ta­­ma­­şa­­çı ro­­lun­­da qa­­la­­caq. Əs­­lin­­də on­­lar da onu sən de­­yən se­­və bil­­məz. Sev­­sə­­lər də, yal­­nız bir büt ki­­mi. Onun­­la qu­­caq­­la­­şıb-öpüş­­mək na­­qo­­lay bir iş olar­­dı. Ada­­mı tər ba­­sar. Büt­­lə öpüş­­mək tə­­miz­­cə­­nə iş­­gən­­cə­­dir.

Ye­­ni il bay­­ra­­mı­­na ya­­xın po­­lik­­li­­ni­­ka­­nın kol­­lek­­ti­­vi onun ox­­şa­­rıy­­la gö­­rüş plan­­laş­­dır­­dı. Bir növ, Jor­­jun xa­­ti­­ri­­nə. Yox, hə­­qi­­qə­­tən də, bu ad­­dı­­mın atıl­­ma­­sın­­da Jorj­la Yu­­ra­­nın ox­­şar­­lı­­ğı önəm kəsb et­­miş­­di. Yox­­sa min­­lər­­cə ça­­lıb-oxu­­yan var. Heç bu kök-köt­­mə­­cə­­nin üs­­tün­­də da­­yan­­maz­­dı­­lar da. Hə, bu qə­­ra­­rın qə­­bu­­lu­­na bir az da Yu­­ra­­nın öz ma­­şı­­nı­­nı on­­la­­rın qon­­şu­­lu­­ğun­­da - mi­­lis şö­­bə­­si­­nin hə­­yə­­tin­­də sax­­la­­ma­­sı yö­­nəm ver­­di. Sən de­­mə, tə­­sa­­dü­­fi sə­­bəb­­lər də şöh­­rət me­­xa­­niz­­mi­­nin saz və iş­­lək hal­­da sax­­lan­­ma­­sın­­da yar­­dım­­çı­­dır. An­­caq Yu­­ra özü­­nü na­­za qoy­­du, bu ba­­rə­­də ona ağız aç­­mış Jor­­ja "yox" de­­di. Yə­­qin ar­­tıq onun bö­­yük şöh­­rə­­ti po­­lik­­li­­ni­­ka sə­­viy­­yə­­li sev­­gi­­lər­­dən-zad­­dan ası­­lı de­­yil. Yə­­qin ar­­tıq po­­lik­­li­­ni­­ka kol­­lek­­ti­­vi ilə gö­­rüş­­mə­­mək də olar. On­­suz be­­lə gö­­rüş­­lə­­rin onun ta­­le­­yi­­nə müs­­bət əla­­və­­lə­­ri göz­­lə­­nil­­mir­­di. La­­kin ha­­yıf, po­­lik­­li­­ni­­ka bun­­dan xey­­li röv­­nəq ta­­pa­­caq­­dı. Bu fakt pro­­to­­kol­­laş­­dı­­rı­­la­­caq, kol­­lek­­ti­­vin ta­­rix­­çə­­sin­­də əla­­hid­­də yer tu­­ta­­caq­­dı. Po­­lik­­li­­ni­­ka­­nın iş gös­­tə­­ri­­ci­­lə­­ri də yax­­şı­­laş­­mış sa­­yı­­lar, mü­­ğən­­ni bam­­bı­­lı­­nın ye­­kə­­si ol­­muş ol­­sa da, onun­­la gö­­rüş kol­­lek­­tiv­­də mə­­nə­­vi-psi­­xo­­lo­­ji du­­ru­­mun dü­­zəl­­mə­­si ha­­lı­­na yo­­zu­­lar. Ta­­le­­yi tük­­dən ası­­lı baş hə­­ki­­min iş­­dən qo­­vul­­ma­­sı eh­­ti­­ma­­lı da bi­­rə­­beş aza­­la­­caq­­dı. Əsas da Jor­­jun ba­­şı uca olar, iş­­də al­­nı açıq, üzü ağ gə­­zər­­di. Am­­ma in­­di bəl­­li olur ki, Yu­­ra öz ox­­şa­­rı­­na sən de­­yən cid­­di ya­­naş­­mır. Gö­­rən­­də üzü­­nə gü­­lüm­­sə­­mək­­dən sa­­va­­yı ona elə bir yax­­şı­­lı­­ğı keç­­mə­­yib. Be­­lə ba­­xan­­da, on­­da da bir gü­­nah yox: ox­­şa­­rın ba­­şı­­na dön­­üb, qa­­da­­sı­­nı al­­maz­­lar ki. Yox, kol­­lek­­tiv bərk ruh­­dan dü­­şüb. Öl­­kə­­nin yax­­şı ta­­nı­­dı­­ğı bir in­­san­­la gö­­rüş on­­lar üçün ar­­tıq müm­­kün­­süz-əl­­çat­­maz bir iş ki­­mi gör­­sə­­nir. Po­­lik­­li­­ni­­ka­­nın ən bö­­yük uğu­­ru hə­­kim Jor­­jun mü­­ğən­­ni Yu­­ra ilə ta­­nış­­lı­­ğı idi ki, gö­­rü­­nür, bun­­dan ar­­tı­­ğı­­na bel bağ­­la­­maq da dü­­rüst ol­­maz, hət­­ta yer­­siz və gü­­lünc çıxar.

Şöh­­rət­­li adam müd­­hiş bir var­­lıq­­dır: ya­­xın­­dasan, ça­­ta bil­­mir­­sən, əl uza­­dır, tu­­ta bil­­mir­­sən.

* * *

Jorj tə­­zə­­lik­­cə plan cı­­zıb: Yu­­ra­­nın şöh­­rə­­ti­­nə sa­­hib çıx­­maq. Şöh­­rət bəx­­tə­­bəxt şey­­di­­sə, bu, ila­­hi bir əda­­lət­­siz­­lik­­dir. Bu ila­­hi səhv re­­dak­­tə­­dən ke­­çi­­ril­­mə­­li. Bəx­­ti­­nə şöh­­rət ya­­zıl­­ma­­ya­­nın ix­­ti­­ya­­rı ça­­tır ki, bəx­­ti­­nə ya­­zı­­la­­nın əlin­­dən şöh­­rə­­ti zor­­la al­­sın. Hər­­çənd bu iş­­də mü­­əm­­ma­­lar çox­­du - mad­­di ol­­ma­­yan şe­­yi ne­­cə mə­­nim­­sə­­mək olar? Yu­­ri An­­to­­nov şöh­­rə­­tin qoy­­nun­­da gə­­mi ki­­mi üzür­­sə, Jorj onun ox­­şa­­rı ola­­raq ni­­yə də kə­­nar­­da dur­­ma­­lı­­dır? O ye­­yə­­cək, bu, ağ­­zı­­nı ayı­­rıb ba­­xa­­caq? Yu­­ri An­­to­­no­­vun ox­­şa­­rı ol­­maq ona klas­­sik tərz­də şöh­­rət  gə­­tir­­mir­­di. Hə­­lə yün­­gül ta­­nın­­ma ha­­lı üçün də müt­­ləq müt­­rüb ki­­mi səh­­nə­­yə çıx­­ma­­lı­­san. Ox­­şar­­lar yan-ya­­na dü­­zül­­mə­­li, ta­­ma­­şa­­çı­­la­­ra diş­­lə­­ri­­ni ağart­ma­­lı­­dır. Yox, bu­­nun­­la ba­­rış­­maq ol­­maz. Ya­­ra­­maz be­­lə iş! Am­­ma hər ne­­cə ol­­muş ol­­sa da, göy­­dən əli­­nə düş­­müş bu məş­­hur ada­­mın ox­­şa­­rı ol­­maq Jorj üçün ye­­ga­­nə yük­­səl­­mək-ucal­­maq şan­­sı idi. Jorj nə­­zə­­ri cə­­hət­­cə özü­­nü bü­­tün uca yer­­lə­­rə la­­yiq bi­­lir­­di. İn­­san­­dı­­sa - la­­yiq­­di. Ta­­rix­­də be­­lə şey­­lər çox olub: ox­­şar­­la­­rı pad­­şah­­la­­rı yı­­xıb ye­­rin­­də otu­­rub, bu­­nu bir kəs bil­­mə­­yib də. Hər han­­sı ox­­şar yax­­şı da pad­­şah olub. Bu fi­­kir ya­­man bey­­ni­­nə düşüb. On­­suz da Yu­­ri hə­­lə su­­bay­­dı. Tək­­dir. Onu ra­­hat­­ca öl­­dü­­rər, gi­­rib otu­­rar evin­­də. Evin­­də də yox - şöh­­rə­­ti­­nin tən or­­ta­­sın­­da. İn­­dən be­­lə fo­­noq­­ram­­la "oxu­­yar". Sə­­si ba­­tıb, de­­yər. Özü­­nə də bə­­sit və sa­­də­­lövh gö­­rü­­nən bu ide­­ya onun içi­­ni gə­­mir­­mək­­də idi. Qətl ona həd­­siz cəl­­be­­di­­ci gö­­rü­­nür­­dü. Şöh­­rət bur­­nu­­nun lap ucun­­da­­dır, əl at tut. Şöh­­rət Yu­­ri An­­to­­no­­vun boy-bu­­xu­­nu­­na bi­­çi­­lib­­sə, de­­mək, elə onun boy-bu­­xu­­nu­­na da uy­­ğun gə­­lə­­cək.

 

* * *

Jorj it­­kin dü­­şə­­li, Yu­­ri An­­to­­no­­vun cil­­di­­nə gi­­rib. An­­caq ar­­tıq şöh­­rət əlin­­dəy­­di­­sə də, ona ləz­­zət elə­­mir­­di. O, Yu­­ri An­­to­­no­­vu öldürüb, onu öz şöh­­rə­­tin­­dən qo­­pa­­rıb sel­­lo­­fan tor­­ba­­ya bas­­mış­­dı. Yu­­ra­­nın öl­­kə­­də fır­­la­­nan şöhrətini Jorj ar­­tıq özü­­nün­­kü sa­­yır­­dı. Sa­­də­­cə, bu şöh­­rə­­tin min də­­nə düy­­mə­­ci­­yi, ba­­sı­­la­­sı nöq­­tə­­si var­­dı. On­­la­­rı oy­­nat­­ma­­ğı ba­­car­­maq gə­­rək. Ba­­ca­­ra­­caq­­dı­­mı? İla­­hi, sən ni­­yə əda­­lət­­siz­­sən? Ni­­yə şöh­­rət­­dən-zad­­dan ona da az-bu­­cuq ver­­mək is­­tə­­mir­­sən? Hər an da tə­­zə prob­­lem­­lər or­­ta­­ya çı­­xır, xof­­la­­nır­­dı. Yu­­ra­­nın kon­­sert proq­­ram­­la­­rın­­dan ba­­şı çı­­xa­­caq­­mı? Har­­da han­­sı sö­­zü de­­mə­­li? Tez­­lik­­lə ba­­şı­­nın üs­­tü­­nü kəs­­di­­rə­­cək­­lər - pro­­dü­­ser­­lə­­ri kim­­dir? Bir yan­­dan da Yu­­ra­­nın qo­­hum­­la­­rı baş qal­­dı­­ra bi­­lər. On­­lar evə bas­­qın et­­sə­­lər ha, işi bit­­di.

Hə, Jorj düz bir həf­­tə­­dir yo­­xa çı­­xıb­­sa da, sap­­pa­­sağ­­dır. Yu­­ri An­­to­­nov isə ha­­mı­­nın nə­­zə­­rin­­də sağ ola-ola, öl­­müş­­dü. Jor­­jun qəl­­bi döz­­mür, hər­­dən­­bir öz evi­­nə zəng ça­­lır, tez də dəs­­tə­­yi ye­­ri­­nə qo­­yur­­du. Bir də­­fə uşaq, yə­­qin ürə­­yi­­nə da­­mıb, te­­le­­fon­­da bərk­dən qış­­qır­­dı - "Ata-a!" Jorj bir­­dən-bi­­rə şöh­­rə­­ti bu­­rax­­maq, özün­­dən rədd elə­­mək fik­­ri­­nə düş­­dü. Şöh­­rət in­­sa­­na elə də gə­­rək de­­yil­­miş. Ada­­mın kön­­lü uşa­­ğı­­nı is­­tə­­yir. Yu­­ra sel­­lo­­fan tor­­ba­­nın için­­də­­cə dəfn olu­­na­­ca­­ğı mə­­qa­­mı "göz­­lə­­yir­­di". An­­caq nə ol­­sun ki şöh­­rə­­ti var, ar­­tıq o, yal­­nız ci­­na­­yə­­tin üs­­tü açı­­la­­ca­­ğı təq­­dir­­də dəfn olu­­na bi­­lər­­di. Şöh­­rə­­ti sə­­bə­­bin­­dən onun yox­­lu­­ğu­­na şüb­­hə­­lə­­nən yox­­du. Ha­­mı elə bi­­lir ki, o ha­­ra­­lar­­da­­sa qast­rol­­da­­dır. Jorj bu cür-bu sa­­yaq tu­­tul­­ma­­ya­­ca­­ğı­­na tam ar­­xa­­yın­­laş­­dı. Qa­­pı­­nı as­­ta­­ca aç­­dı, sa­­kit­­cə­­nə çöl­­dən də bağ­­la­­dı və bar­­ma­­qu­­cu pil­­lə­­kən­­lər­­lə aşa­­ğı en­­di. Di­­var­­lar az qa­­lır­­dı üs­­tü­­nə gə­­lə. Elə bi­­lir­­di də bu sa­­at ya­­nın­­dan öt­­dü­­yü ör­­tü­­lü qa­­pı­­lar­­dan əl uza­­dıb onu tu­­ta­­caq­­lar. İn­­cə­­va­­ra, elə bir iş baş ver­­mə­­di. "Ata-a!" - hə­­yət­­də qız­­cı­­ğa­­zın sə­­si ye­­nə qu­­laq­­la­­rın­­da cin­­gil­­də­­di. Uşaq ona şöh­­rət­­dən çox-çox uzaq­­lar­­da, "idil­­lik bir are­­al­­da" (ter­­min Jor­­jun­­dur. Mü­­əl­­lif) uçan ki­­mi gör­­sə­­nir­­di.

İş­­dən çı­­xar­­ma­­yıb­­lar­­sa, əcəb sa­­bah­­dan işə çı­­xa.

 

16 av­­qust 1987 - 17 no­­yabr 2003-cü il

Digər xəbərlər

Boz inqilab

Böyük bacı

OT TAYASI İLİ

Xuraman - kapoeyra uçuşlu qız

Rafiq Tağı və Qan Turalının Sabir davası

Şərhlər