Başının üstündə buynuz kimi ay

Tarix: 21-05-2019 12:30
Baxış sayı: 34

Nə­­sir mü­­əl­­lim necə qo­­ca­­lmışdısa, ada­­ma elə gə­­lir­­di ki, əl atıb də­­ri­­si­­ni pa­­lıd qa­­bı­­ğı ki­­mi qo­­par­­maq olar. Bı­­ğı üzün­­də tən­­ha şib­­yə­­yə bən­­zə­­yir­­di.

O, uşaq­­lı­­ğı ke­­çən yer­­də qo­­ca­­lı­­ğı da ke­­çən adam nü­­mu­­nə­­si idi.

Həm­­yaş­­la­­rı da baş-göz ağar­­dıq­­ca, fil­­lər sa­­ya­­ğı öl­­kə­­nin ora-bu­­ra­­sın­­dan - Rusyətdən-Ukraynadan ölə­­cək­­lə­­ri ye­­rə - vətənə dönürdülər. Yad yer qo­­ca sax­­la­­maz.

Bir uc­­dan ölür­­dü­­lər­­sə də, qo­­ca­­lar də­­mir yo­­lu stan­­si­­ya­­sın­­dan hey çeş­­mə­­lə­­nib üzə çı­­xır­­dı­­lar. Hər gün də gah bi­­ri xəs­­tə­­lə­­nir, gah o bi­­ri. Gah o, gah bu.

Çöl di­­var­­la­­rı əhəng­dən işıl­­da­­yan ap­­tek uçan boş­­qab ki­­mi kən­­din or­­ta­­sı­­na qon­­muş­­du.

Hə, qo­­ca­­lar san­­ki mü­­ha­­si­­rə­­dəy­­di­­lər. Gözəgö­­rün­­məz gül­­lə­­lərdən də hər ay, hər həf­­tə bir-ikisi ye­­rə sərilirdi.

Nə­­sir mü­­əl­­lim sə­­hər yu­­xu­­dan du­­ran sa­­at:

- Nə tə­­zə xə­­bər? - so­­ruş­­du.

Yə­­ni ölən var­­mı? Hə­­mi­­şə­­ki bu adi­dən adi su­­al san­­ki ar­­tıq ar­­vad­­la sa­­lam­­laş­­maq əvə­­zi idi. Vər­­diş elə­­di­­yin­­dən, key­­və­­ni­­si də ke­­fi­­ni-ha­­lı­­nı poz­­ma­­dan, sə­­si­­ni-zadı ucalt­ma­­dan:

- Da­rıx­ma, hə­­lə­­lik ha­­mı­­nın nə­­fə­­si ge­­dib-gə­­lir, - de­­di.

- Heç kə­­sə heç nə ol­­ma­­yıb?

- Ol­malı idi?

- Bə yox?..

- Heç bu­­run­­la­­rı da qa­­na­­ma­­yıb.

- Can­­la­­rı bərk­di də-ə... Rus­­yət­­də bər­­ki­­yib­­lər.

Elə ki so­­ruş­­ma­­dı, tərs­lik­­dən kim­­sə ölür­­dü. Ha­­çan­­dan-ha­­ça­­na qu­­la­­ğı­­na ça­­tar­­dı ki, tu­­ta­­lım, İm­­ran çox­­dan əfn-dəfn olu­­nub, ya Fət­­ta­­hın qır­­xı bir qırx bun­­dan əv­­vəl çı­­xıb; Sər­­da­­rın­­sa na­­rın­­cı so­­xul­­can­­la­­ra yem ol­­du­­ğu heç ya­­da gəl­­mir. Nə­­sir mü­­əl­­li­­min fik­­rin­­cə, bə­­zi adam­­lar, hət­­ta se­­yid­­lər də, bic­­lik iş­­lə­­dib dün­­ya­­dan giz­­lin­­cə kö­­çür ki, on­­la­­rı hə­­lə sağ bil­­sin­­lər. Ölən­­dən son­­ra da "hə­­yat­­da qal­­maq" on­­la­­ra xoş­­dur.

İş bu­­ra­­sın­­da­­dır ki, Nə­­sir mü­­əl­­lim qo­­ca­­la­­rın öl­­mə­­lə­­ri­­ni eşi­­dən­­də də, hə­­min ölüm­­lə­­ri tez unu­­dur; elə ona gö­­rə uc­­dan­­tut­­ma ha­­mı­­nı sağ bi­­lir. Bəli, hamı "sağdır". Axı, bir mək­­tə­­b oxu­­yub, bir mü­­ha­­ri­­bə­­nin iş­­ti­­rak­­çı­­sı olublar - on­­la­­rı ne­­cə öl­­müş bi­­lə­­sən!

Amma ca­­van­­lar­­dan­­ kim öl­­dü­­sə, elə­­cə bir­­yol­­luq ölür. O, ca­­van­­la­­rın ölə­­ni­­ni hə­­qi­­qə­­tə uy­­ğun öl­­müş bi­­lir, öl­­mə­­yə­­ni­­ni - di­­ri.

Bir gün ge­­dib yad­­da­­şın­­da­­kı ölü­­lər­­lə qə­­bi­­ris­­tan­­lıq­­da­­kı­­la­­rı tu­­tuş­­dur­­du. Qə­­fil yox­­la­­ma­­la­­rın hər sa­­hə­­də fay­­da­­sı var. Am­­ma  qə­­bi­­ris­­tan­­lıq­­da­­kı­­lar yad­­da­­şın­­da­­kı­­lar­­dan ar­­tıq çıx­­dı. Ba­­ho, in­­san­­la­­rın on­­dan xə­­bər­­siz gə­­lib qəb­­rə gir­­mə­­lə­­ri nə de­­mək ola?.. Ya bəl­­kə kənd­də si­­ya­­si ter­­ror-zad var, adam­­la­­rı leş elə­­yib, lal-din­­məz gə­­ti­­rib quy­la­yır­lar bura? 

Qo­­ca­­la­­rın ha­­mı­­sı­­nı sağ bil­­di­­yin­­dən, hət­­ta ölən­­lə­­rin də iş-gücünü on­­la­­rın oğul-uşa­­ğın­­dan so­­ru­­şa­­caq. Xa­­siy­­yə­­ti­­nə bə­­ləd ol­­ma­­yan­­lar da­­ha du­­rub de­­mə­­yə­­cək ki, yox, ölən - sağ­­dır, elə­­cə de­­yir­­di­­lər ölüb. On­­da ki­­şi evə cu­­mub ar­­va­­da çat­­dı­­ra­­caq:

- Qur­­ba­­nın öl­­dü­­yü­­nü bi­­lir­­din?

- Bə yox? Gu­­ya sən bil­­mir­­din!

Ya:

- Bi­­nə­­va Di­­la­­və­­rin getdiyini mə­­nə ni­­yə de­­mə­­mi­­sən?

- Qor­­xur­­dum ürəyin tutar.

Ar­­va­­dın do­­la­­maq üçün de­­di­­yi söz­­lə­­ri o, hə­­qi­­qət ki­­mi gö­­tü­­rür.

- Sə­­nə min yol de­­mi­­şəm: kim öl­­sə, mə­­nə də de. Ürək - mə­­nə kar elə­­məz.

- Ədə, ay huşsuz, Di­­la­­və­­ri də de­­mi­­şəm, özü də bir də­­fə yox.

- Sən­­cə, bə ya­­sı­­na ni­­yə get­­mə­­mi­­şəm?

- Get­­mi­­sən.

- Get­­mi­­şəm­­sə, on­­da sə­­ni do­­la­­yı­­ram?

- Elə çı­­xır.

An­­caq sa­­ba­­ha­­can ölən­­lər tə­­zə­­dən "di­­ri­­lir­­di­­lər". Elə olur­­du ki, "di­­ri­­lən" gü­­nü bə­­zi­­si ye­­nə ölür­­dü - bir gün­­lü­­yə. Axır ca­­ma­­at Nə­­sir ki­­şi­­nin boş da­­ma­­rı­­nı tut­­du: o, ölən­­lə­­rin kef-əh­­va­­lı­­nı so­­ru­­şan­­da, "ca­­nı­­na du­­a­­sı var", de­­yir­­di­­lər. Yə­­ni sağ bi­­lir­­sən­­sə, onu elə sağ bil. Bu min­­val­­la ölən­­lə­­rin ço­­xu da­­ha öl­­mə­­yi "tər­­git­­di". Qa­­baq­­lar hər gün üç-dör­­dü "ölür­­dü­­sə", in­­di ölən bi­­rə-beş də yox, bi­­rə-on beş azal­­mış­­dı. Bə­­zən heç ol­­mur­­du. Ölən olur­­du­­sa da, gü­­nü sa­­bah il­­lik-ömür­­lük "di­­ri­­lir­­di".

"Yə­­qin xal­­qın ri­­fa­­hı yax­­şı­­la­­şır".

Çaş­­baş qal­­ma­­maq üçün Nə­­sir mü­­əl­­lim da­­ma-da­­ma şa­­gird dəf­­tə­­rin­­dən iki-qoşa və­­rəq qo­­pa­­rıb ölən­­lə­­rin, bir də qa­­lan­­la­­rın si­­ya­­hı­­sı­­nı tut­­du. O gün ca­­ma­­at ya­­tı­­şa­­na­­can qə­­lə­­min ucu­­nu ağ­­zı­­na sa­­la-sa­­la hey fi­­kir­­lə­­şib yaz­­dı. Onun öz sta­­tis­­ti­­ka­­sın­­da da ölən­­lər qa­­lan­­lar­­dan ar­­tıq çıx­­dı. Ba­­şı­­nın üs­­tün­­də tək buy­­nuz ki­­mi ay, si­­ya­­hı­­ya bir də ba­­xan­­da, ki­­şi­­ni ağ­­la­­maq tut­­du. Do­­yun­­ca ağ­­la­­dı da. Do­­yun­­ca ağ­­la­­maq­­sa lüt gəz­­mək ki­­mi ayıb bir şey­­dir; yax­­şı ki bu­­nu gö­­rən ol­­ma­­dı.

- Sən­­də ölən ni­­yə ar­­tıq çı­­xıb? - sa­­ba­­hı ar­­vad so­­ruş­­du.

- Bə ne­­cə "çıx­­ma­­lı" idi?

- Axı, qa­­lan­­lar çox­­du...

- Elə şey yox­­du. İn­­di­­yə­­cən­­ki ölən­­lər he­­sab­­lan­­sa, qa­­lan­­lar­­dan yüz qat, min qat ar­­tıq olar.

- Sən it ili ölən­­lə­­ri də bu­­ra qa­­tır­­san?

- Əl­­bət­­tə, qa­­tı­­ram. Öz ara­­mız­­dı, sən di­­ri­­lə­­rə ya­­man üs­­tün­­lük ve­­rir­­sən ha! Elə əv­­vəl­­lər də be­­lə xarab iş­­lə­­rin çox olub.

Ar­­tıq Nə­­sir mü­­əl­­lim rast­laş­­dı­­ğı adam­­la xoş-beş elə­­mə­­miş­­dən qa­­baq ci­­bin­­dəki bü­­kü­­lü si­­ya­­hı­­ları çı­­xa­­rıb ba­­xar­­dı. Di­­ri­­lə­­ri so­­ruş­­maq üçün. San­­ki onun ölü­­lər­­lə ara­­sı dəy­­miş­­di. Bu xa­­siy­­yət yo­­lu­­xu­­cu xəs­­tə­­lik ki­­mi ona ar­­vad­­dan keç­­di. Əl­­bət­­tə, arası də­yər: ço­­xu on­­dan giz­­lin ölüb. Gu­­ya giz­­lin öl­­mə­­səy­­di­­lər, Nə­­sir öl­­mə­­yə qoy­­ma­­ya­­caq, quy­­ruq­­la­­rın­­dan ya­­pı­­şıb, onları bu dünyada sax­­la­­ya­­caq­­dı.

An­­caq ki­­şi get­­dik­­cə si­­ya­­hı­­lar­­la "iş­­lə­­yə" bil­­mir­­di. Gə­­rək olan vaxt on­­lar ya evin üst gö­­zün­­də­­ki pen­­cə­­yin alt ci­­bin­­də qa­­lır­­dı, ya alt göz­dəki do­la­bın üst gö­zün­də. Bun­dan sui-is­ti­fadə edən ölü­lər qo­­hum­­lar­­dan kef-əh­­val­­la­­rı so­­ru­­şu­­lan­­da "di­­ri­­lir­­di­­lər". O da gə­­lib ya üst göz­­də­­ki pen­­cə­­yin ci­­bin­­dən, ya do­­la­­bın alt gö­­zün­­dən si­­ya­­hı­­la­­rı ta­­pıb üzə­­rin­­də dü­­zə­­liş­­lər apa­­rır­­dı: "di­­ri­­lən­­lər"i ölən­­lər cər­­gə­­sin­­dən si­­lir­­di. İki-üç həf­­tə­­yə ölən­­lə­­rin ək­­sə­­riy­­yə­­ti di­­ri­­baş­­lıq edib di­­ril­­di­­lər. Di­­ri­­lər ölən­­lə­­ri say­­ca üs­­tə­­lə­­di; ar­­va­­dın sö­­zü düz çıx­­dı. Si­­ya­­hı­­la­­rı özüy­­lə gö­­tür­­mə­­yə vər­­diş edən­­də­­sə, köh­­nə "kef-əh­­val vax­­tı" di­­ri­­lən­­lər tə­­zə "kef-əh­­val vax­­tı" tə­­zə­­dən ölür­­dü­­lər. Gü­­nah ölən­­lə­­rin özün­­dəy­­di. Əşi, Al­­lah sə­­nə can ver­­mə­­miş­­di­­sə, ni­­yə di­­ri­­lir­­din, axı? Lo­­tu­­luq ya bu dün­­ya­­da olar, ya da bəl­­kə o dün­­ya­­da - da­­ha iki dün­­ya­­nın ara­­sın­­da yox ki. Üç-dörd həf­­tə müd­­də­­tin­­də bö­­yük bir "qır­­ğın" düş­­dü. Sax­­ta­­kar­­lıq­­la di­­ri­­lən­­lə­­rin ha­­mı­­sı tə­­zə­­dən yas­­tı­­lan­­dı.

Nə­­sir ki­­şi­­nin si­­ya­­hı­­la­­rı qa­­ra­­la­­ma ki­­mi cı­­zıq-cı­­zıq­­dı­­lar.

Hər gün be­­kar­­çı­­lıq­­da qı­­raq­­la­­rı get-ge­­də ye­­yi­­lən və­­rəq­­lə­­ri çı­­xa­­rıb ba­­xar­­dı: ça­­şıb özü də ölər. Ölən­­lər cər­­gə­­sin­­də özü­­nü gör­­mə­­yən­­də se­­vi­­nir­­di­­sə də, "qa­­lan­­lar"a göz gəz­­dir­­dik­­cə ürə­­yi­­ni ye­­yər­­di: ça­­şıb sağ qa­­lar. İşə bax, nə öl­­mə­­si­­ni is­­tə­­yir, nə qal­­ma­­sı­­nı. Nə et­­mə­­li? Bu ba­­rə­­də ki­­mə nə de­­mə­­li? Nə bu dün­­ya­­nı is­­tə­­yir, nə o dün­­ya­­nı. An­­caq gah bu dün­­ya­­da qal­­maq is­­tə­­yir, gah da o dün­­ya­­da. Əl­­bət­­tə, kim eşit­­sə, de­­yə­­cək bun­­lar qo­­ca­­lıq­­dan­­dı. Qo­­ca­­la­­rı­­sa ya­­vaş-ya­­vaş apa­­rıb yum­­ba­­la­dır­dı­­lar o dün­­ya­­ya.

İş­­lət­­di­­yi gü­­nah­­lar ne­­cə bö­­yük­düsə, in­­san axır­­da hə­­mi­­şə yox­­luq­­la cə­­za­­la­­nır. La­­kin Nə­­sir mü­­əl­­lim bu cə­­za­­nı ya­­şa­­maq cə­­za­­sın­­dan yün­­gül bi­­lir.

- Hü­­seyn­ba­­la­­dan nə xə­­bər? - ki­­şi bu sə­­hər də dü­­nən­­ki, sra­­ğa­­gün­­kü su­­a­­lı­­nı ver­­di. Ar­­vad na­­ma­­za er­­tə­­dən du­­rur, odur ki, ki­­şi­­si oya­­na­­na­­can kənd­də nə xə­­bər ol­­sa, yı­ğa­caq çə­­tə­­nə­­si­­nə.

- Ötən ge­­cə ke­­çi­­nib.

- Yə­­ni in­­di yu­­xu­­dan dur­­du­­ğu­­muz ge­­cə?

- Da­­ha mən sö­­zü­­mü de­­dim.

- On­­da ki­­şi­­ni dirilər siyahısından po­­zu­­ram.

- Özün bi­­l.

- Bax, işdi, di­­ri­­lər­­sə, gü­­nah boy­­nun­­da qa­­la­­caq.

- Sə­­ni elə ci­­bin­­də­­ki si­­ya­­hı­­lar­­la - də­­li­­xa­­na­­ya bas­­dır­­maq gə­­rək!

- Ni­­yə du­­rub­­san, get bas­­dır! On­­suz sən­­də qa­­baq­­lar da elə mur­­dar əməl­­lər gör­­mü­­şəm!

Qa­­nı it qa­­nı­­na dön­­dü­­sə də, o, Hü­­seyn­ba­­la­­nın adı­­nı "di­­ri­­lər"dən çı­­xa­­rıb ölü­­lər cər­­gə­­si­­nə qo­­şa­­na­­can, hər şe­­yi unut­­du. Skle­­ro­­zun zi­­ya­­nı çox­­du­­sa da, xey­­ri də var: kin-kü­­du­­rət yad­­da qal­­mır. Ki­­şi Hü­­seyn­ba­­la­­nın adı­­nı "ölən­­lər"ə ona gö­­rə sal­­dı ki, oğul-uşa­­ğıy­­la rast­la­­şan­­da, bir də əh­­va­­lı­­nı so­­ruş­­ma­­sın. Yax­­şı çıx­­mır. Hət­­ta ayıb­­dır da. Du­­rub ada­­ma ağır söz de­­yər­­lər. O bu işi dü­­züb-qo­­şub xey­­laq se­­vin­­di də.

Hü­­seyn­ba­­la­­nın adı bəl­­kə də son də­­fə ha­­ra­­dan­­sa si­­li­­nib ha­­ra­­sa ya­­zıl­­dı.

- Nə­­sir ki­­şi ne­­cə­­dir?

- Han­­sı Nə­­sir?

- Biz­­də bə­­yəm ne­­çə Nə­­sir var? Sə­­nin əri­­ni de­­yi­­rəm.

- Yə­­ni özü­­nü.

- Sə­­nin mən­­dən baş­­qa ərin də var?

- Axı, bu beş par­­ça kənd­də Nə­­si­­rin sən­­dən baş­­qa­­sı yox­­dur.

- Atan rəh­­mət.

- On­­da özü­­nü mən­­dən ni­­yə so­­ru­­şur­­san?

- Doğ­­ru­­dan ha... Yox, ola bil­­sin, sən mə­­nim haq­­qım­­da elə şey bi­­lir­­sən, heç mən özüm onu bil­­mi­­rəm. Bəl­­kə elə bu sa­­at ölü­­rəm? Ya artıq öl­­mü­­şəm?

- Sən ölən­­sən? - ar­­vad do­­da­­qal­­tı de­­di.

- ...Adə­­tən ada­­mın ölə­­cə­­yi­­ni özün­­dən baş­­qa ha­­mı bi­­lir. Hə, mən sa­­ğam, yox­sa yox?

- Yox, ölüb­­sən. Hə.

- Ha­­çan? Bə mə­­nə ni­­yə de­­mə­­mi­­sən?

- Öz ya­­sı­­na ge­­də­­cək­­din?

- Ni­­yə get­­mir­­dim? Rəh­­mət­­lik yax­­şı adam­­dı.

Tez əli­­ni qo­­yun ci­­bi­­nə at­­dı ki, Nə­­sir öz adı­­nı ölən­­lər si­­ya­­hı­­sı­­na ke­­çir­­sin, ar­­vad qoy­­ma­­dı.

- Bir da­­yan. Tə­­ləs­­mə.

- De­­yir­­sən bəl­­kə öl­­mə­­mi­­şəm?

- Hər şey ola bi­­lər.

Ki­­şi öz sağ­­lı­­ğı eh­­ti­­ma­­lı­­na se­­vin­­mə­­di. Am­­ma bil­­səy­­di hə­­qi­­qə­­tən ölüb və adı­­nı ölən­lər cər­gə­sinə yaz­­say­­dı, se­­vi­­nər­­di. Onun­­ku - si­­ya­­hı­­nın "sa­­at ki­­mi düz iş­­lə­­mə­­si" idi.

- İn­­di­­cə gə­­li­­rəm, - ar­­vad hə­­yə­­tə dü­­şüb iş­­lə­­ri­­nin da­­lın­­ca get­­di. Qoy ki­­şi hə­­lə "sağ qal­­sın".

- Mən o dün­­ya­­da­­yam, yox­­sa bu? Bax, qa­­yıt mə­­nə axır bir söz de! - ki­­şi uşaq ki­­mi pən­­cə­­rə­­ni şil­­lə­­lə­­yə-şil­­lə­­lə­­yə qış­­qır­­dı. Hər­­dən öz si­­fə­­ti­­nə də şil­­lə çə­­kir­­di.

Son­­ra ara­­ya arı vı­­zıl­­tı­­sı­­na bən­­zər bir sü­­kut çök­­dü. Beş­­cə də­­qi­­qə keç­­mə­­miş ki­­şi özü pil­­lə­­kən­­lə­­ri en­­mə­­yə baş­­la­­dı: de­­yən, öl­­dü­­yü­­nü unut­­muş­­du.

* * *

Nə­­sir mü­­əl­­li­­min bö­­yük oğ­­lu Qa­­lib Ba­­kı­­da hü­­zür yer­­lə­­ri­­nə ya­­man ayaq açıb. Bi­rini də bu­rax­maz. Çün­­ki qar­­şı­­da on­­lar­­da da elə bi­risi göz­­lə­­ni­­lir. On­­lar­­da, yə­­ni kənd­də. Toy­­lar­­dan da qal­­maz. Xe­­yir­­lə şər qar­­daş­­dır, de­yir. To­­ya ge­­dər­­sən, ya­­sa gə­­lər­­lər, ya­­sa ge­­dər­­sən, to­­ya gə­­lər­­lər. Hə, qu­­la­­ğı­­na çat­­dı­­rır­­dı­­lar ki, da­­ha ki­­şi gü­­nü-gün­­dən dü­­şür. Əri­­yir. Özü­­nü-sö­­zü­­nü bil­­mir. Adam­­la­­rı ta­­nı­­mır. Hər­­dən öz-özü­­nə da­­nı­­şır, mü­­ha­­ri­­bə­­də­­dir, de­yir, gu­­ya mü­­ha­si­rə­­yə dü­­şüb. On­­la­­rı bir-bir, iki­­bir apa­­rıb, har­­da­­sa baş­­la­­rı­­na gül­­lə ça­­xır, o bi­­ri dün­­ya­­ya gön­­də­­rir­­lər.

Bir də­­fə on­­dan:

"Siz­­də qo­­ca­­lar ba­­tal­­yo­­nu­­dur?" - məs­­xə­­rəy­­lə so­­ru­­şub­­lar.

"Bə­­li, qo­­ca­­lar­­dır..." - de­­yib.

"Qa­­çıb-elə­­sən ça­­lış yı­­xıl­­ma ha, qo­­ca­­nın qol-qı­­çı tez­sı­­nan olur".

"Bə... gö­­rən bi­­zim­­ki­­lər düş­­mə­­ni mü­­ha­­si­­rə­­yə al­­mır?"

"Ni­­yə al­­mır? Hər­­dən alır".

"On­­da bi­­zi də­­yiş­­dir­­sin­­lər də-ə. Bur­­da tə­­ləf ol­­duq-getdik..."

Ona elə gə­­lir­­di ki, də­­yiş­­di­­ril­­sə, mü­­ha­­si­­rə­­dən çıx­­sa, heç vaxt öl­­məz.

 

Bir gün Qa­­lib on­­dan mək­­tub al­­dı:

"...41-45-də­­ki mü­­ha­si­rə­­dən çıx­­a bilmişik, in­­şal­­lah, in­­di də çı­­xa­­rıq. Sən da­­rıx­­ma. An­­caq oğul, Ba­­kı ki­­mi iri şə­­hər­­də­­sən, özün or­­da bir təd­­bir gör­­sə­­nə. Evi­­niz­­dən Mü­­da­­fiə Na­­zir­­li­­yi­­nə beş ad­­dım yol­­dur..."

Bu­­nu oxu­­yar-oxu­­maz oğul hü­­zür təd­­bir­­lə­­ri­­ni tez­­ləş­­dir­­di. Onsuz va­­rıy­­dı, götürüb dal gü­­nə bir az da pul at­­dı. Ba­­kı­­da­­kı ki­­çik qar­­daş­­la­­rı­­na, hət­­ta ba­­cı­­la­­rı­­na da, tap­­şı­­rıq­­lar ver­­di: yubatmadan tə­­da­­rük gör­­sün­­lər. San­­ki ata­­la­­rın­­dan bir həm­­lə­­yə, qə­­ti hü­­cum­­la ay­­rı­­la­­caq­­dı­­lar.

An­­caq ölüm xə­­bə­­ri əvə­­zi­­nə ki­­şi­­dən elə hey hə­­tə­­rən-pə­­tə­­rən sağlıq mək­­tub­­ları gə­­lir­­di.

Bir gün bö­­yük oğul və­­ziy­­yə­­ti ye­­rin­­də­­cə öy­­rən­­mək üçün kən­­də gəl­­di. Bay, ki­­şi doq­­qaz­­da du­­rub. Onun harası xəstədir? An­­caq hə­­lə onu gör­­mür­­dü. Yol­­la ke­­çə­­nin bi­­ri­­siy­­lə əv­­vəl sa­­lam­­la­­şıb, son­­ra kim­­li­­yi­­ni bi­­lən­­də, gö­­zü­­nü zil­­lə­­di ka­­ğı­­za.

"Hə, ba­­ba­­sı hə­­lə sağ­­dır".

- Hə, ba­­ban ne­­cə­­dir?

- Bir sa­­at bun­­dan qa­­baq so­­ruş­­mu­­san. An­­caq qoy ye­­nə de­­yim: yax­­şı­­dır, du­­a­­sı var.

- Mü­­ha­­si­­rə­­dən ha­­çan çı­­xa­­caq?

- Əşi, sən de­­di­­yin "mü­­ha­­si­­rə" yox, "əsir­­lik" ad­­la­­nır. Elə ya­­pı­şıb­­san "mü­­ha­­si­­rə"dən. Mü­­ha­­ri­­bə­­ni yax­­şı bil­­mir­­sən.

- Ol­­sun "əsir­­lik". Onu ha­­çaq qur­­ta­­rır­­sı­­nız?

- Əsir­­lik onun xo­­şu­­na gə­­lir. Qoy qa­lıb orda, - o, ar­­xa­­dan gə­­lən Qa­­li­­bi bir­­dən gö­­rüb, ki­­şiy­­lə acıq­­lı-kön­­də­­lən da­­nı­­şı­­ğın­­dan utan­­dısa da, tez-tə­­lə­­sik xoş-beş elə­yib, çar­­paz yo­­la bu­­rul­­du.

- Ne­­cə­­sən, əşi? Ay sa­­lam, sa­­lam, - Qa­­lib ya­­xın­­la­­şıb ata­­sı­­na əl ver­­di. Ata­­sı da ona sağ əlini, am­ma san­­ki qu­­ru bir ağac par­­ça­­sını uzat­­dı. Nə­­zə­­ri cə­­hət­­cə, hə­­min ağac par­­ça­­sı­­nın ha­­ra­­sın­­da­­sa nəbz at­­ma­­lı idi.

- Sən Qa­­lib de­­yil­­sən?

- Bə Qa­­lib ol­­ma­­mış, ki­­məm?

- Ay on­­da xoş gə­­lib­­sən!.. - ki­­şi göz­­lə­­ri­­nə inan­­ma­­yıb bir də so­­ruş­­du. - Öz oğ­­lum de­­yil­­sən?

- Elə­­dir ki var.

- On­­da bir ata­­nın da adı­­nı de gö­­rüm.

- Nə­­sir­­di.

- Nə­­sir mə­­nəm də-ə. Ya yox?..

Qa­­li­­bin eşit­­dik­­lə­­ri düz çıx­­dı. Ya­­sa gə­­rək çox­­dan tə­­da­­rük gö­­rü­­ləy­­di. Bir az ge­­ci­­kib. Yax­­şı, in­­di bə­­zi şey­­lə­­ri ça­­tış­­dı­­ra bi­­lə­­cək­­di­­mi?

Ki­­şi si­­ya­­hı­­ya ba­­xıb, "ölən­­lər"də "Nə­­sir"i tap­­ma­­yan­­da, keç­­di "qa­­lan­­lar"a.

- Ura, Nə­­sir du­­rur... Ay za­­lım, hə­­lə atan qa­­lır, muş­­tu­­lu­­ğu­­mu ver!

- Bi­­li­­rəm.

- "Bi­li­rəm" yox, "ve­rə­rəm" de.

- Yax­şı.

- Ne­­cə­­dir?

- Onu sən­­dən so­­ruş­­maq la­­zım­­dır.

- Sən ata­­nı mən­­dən ni­­yə so­­ruş­­ma­­lı­­san, əb­­ləh adam! Gə­­rək onu özün ge­­dib yo­­lu­­xay­­dın.

Bax, bu­­ra­­sı­­nı düz de­­yir. Əs­­lin­­də də, ki­­şi­­yə kö­­mək əli uzat­­maq­­dan­­sa, onun ölü­­mü­­nə ha­­zır­­la­­şır: ya­­slara-to­­ylara ge­­dir. Gu­­ya yas­­ı­­na-toyu­­na get­­dik­­lə­­ri bu­­nun ya­­sı­­na-toyuna gəl­­di­­lər­­sə, ağ­­lı ar­­ta­­caq!

- Gəl, gəl ge­­dək ağac­­la­­rın al­­tı­­na, - ki­­şi özü qa­­ba­­ğa düş­­dü. - Köl­­gə­­li­­yə ke­­çək.

Hə­­yət­­də köl­­gə­­si mey­­və­­sin­­dən bol üzüm­­lük­­də Qa­­li­­bin adı­­nı bil­­mə­­di­­yi çox­­dan­­kı bir ağac da du­­rur­­du.

- Yax­­şı, mə­­nim atam heç. Sən özün ne­­cə­­sən?

- Mü­­ha­­si­­rə­­də adam ne­­cə olar?

- Mü­­ha­­si­­rə yox, əsir­­lik. Ba­­yaq sə­­nə de­­di­­lər.

Bir­­dən ki­­şi­­nin gö­­zü ye­­nə yol­­da ki­­mə­­sə sa­­taş­­dı. Qa­­li­­bə heç nə de­­mə­­dən, cib­­lə­­ri­­ni ax­­ta­­ra-ax­­ta­­ra, gedənə sa­­rı səmtlən­­di.

- Ə, ki­­min oğ­­lu­­san? - "da­­yan" işa­­rə­­siy­­lə əl­­lə­­ri­­ni yel­­lə­­mək­­lə də onu sax­­la­­dı.

- Rəh­­mət­­lik Qə­­ri­­ba­­ğa­­nın.

Tezcənə kağıza bax­­dı: hə, Qə­­ri­­ba­­ğa "ölən­­lər"də­­dir.

- ...Ev-eşik­­də nə var, nə yox?

- Sa­­la­­mat­­çı­­lıq­­dır. Sağ olun.

- Bəs Qə­­ri­­ba­­ğa özü ne­­cə­­dir? - bir­­cə əla­­və su­­a­­lın ca­­va­­bı­­na­­can o, ölə­­nin öl­­dü­­yü­­nü unut­­muş­­du.

Oğ­­lan hə­­yət­­də Qa­­li­­bi gö­­rüb, ca­­vab əvə­­zi­­nə onun­­la sa­­lam­­la­­şdı və so­­vuş­­ub get­­di.

Qa­­lib sakitcə qo­­lu­­na gi­­rib ata­­sı­­nı evə apar­­dı. Fi­­kir­­lə­­şir­­di ki, görən, ya­­sın təş­­ki­­la­­ti iş­­lə­­ri­­nə in­di­dən başlasın, ya hə­­lə tez­­dir...

Qu­­yu­­nun ba­­şın­­da­­kı ağ sa­­mo­­var xəs­­tə üs­­tü­­nə gəl­­miş tosqun bir hə­­ki­­mə bən­­zə­­yir­­di.

 

31.05. - 13.07.1992

Digər xəbərlər

Rus imperiyası Axundova, Sabirə, Mirzə Cəlilə qəsdən meydan verirdi?

Kurort zonasında müharibə

Sülh mentalitetli xalq

Travmatoloji korpusda heykələ dönməkdə olan yaralı

Yazıçı Rafiq Tağının Kulis.az-a müsahibəsi

Şərhlər