Ramin Cabbarlı: "Bəlkə Rafiqi "bəlkə"lərinə görə öldürdülər?!"

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 2534

 

Ramin Cabbarlı
"Laçın" dərgisi

Yeddi bıçaq zərbəsi almış Rafiq Tağının xəstəxanadakı musahibəsinə baxdım. Qısa danışığında dəfərlərlə təkrarlanan bir sözcük eşitdim; “Bəlkə”!

Yaşamını itirməyə doğru gedən anlarda da ortada terrorun kimlər tərəfindən ola biləcəyi haqda güclü nədənlər olduğunda belə Rafiq, kəsinliyin qaranlığına qapanmır.

Deyir “ola bilsi...n”, “bəlkə deyirəm yazılarıma görə ola bilər”! Rafiqin düşüncəsinin əsas qurucusu bu sözcüklərin arxasında yatan düşüncədir. Kəsinliyin qarşısında durub, inama çatmaq üçün inancları sorğulayan insanların daha çox qullandığı bir sözcük. Hüseyn Cavid, “Şübhə artarsa, yəqin artar” söyləmiş. Rafiqdə inanclara bu şübhə var idi. Çünki, o inanc deyil, inam insanı idi. Bunların fərqinə varmış birisi. O üzdən dinə də aydın insanın baxışını ortaya qoyurdu. Dinin, “bu belə idi”, “bu belədir”, “belə olmalıdır” söylədiyi anda Rafiq, “bəlkə belə deyil imiş”, “bəlkə də belədir”, “bəlkə də belə ola bilər” deyə bilən birisidir (birisi idi).

Rafiqi, kökdənçilərin gözündə dözülməz birisi edən də bu oldu. Çünki, kökdənçilik, daşıtlaşmaqdır, toxunulmazlıqdır, dəyişimdən qaçdığı halda ona qarşı çıxmaqdır. Rafiqi inamla inancın savaşında inancın qaranlığı öldürdü. Bəlkələrin sorğulayan əlindən yaxa qurtara bilməyən kökdənçilərin qorxusu əllərində bıçaq oldu. Aydının kürəyinə sancıldı...

Və sən, Azərbaycan aydını; qaranlıq küçələrdən sovuşanda Rafiqin bıçaq zərbəsindən ucalan səsini unutma. Arxadan gələn insanın əlində bıçaq ola bilər....

Digər xəbərlər

“Moskva dəftəri”

Mirzə Cəlillə ayrılıq məqamı

Rafiq Tağı: " Bəlkə təklif edək: yazıçı yaşmaq da vursun?" söhbətləşdi Ayxan.

ƏLİF­­BA MƏN­­ZƏ­­RƏ­­LƏ­­Rİ

54 ziyalı Rafiq Tağı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Şərhlər