Yadlar

Tarix: 21-05-2019 12:22
Baxış sayı: 185

İn­di tək­­cə ciz­­gi­­lə­­ri qa­­lır­­sa da, ol­ma­ğına Fat­­ma­­da da gö­­zəl­­lik olub. Hər­­çənd ar­­tıq bu gö­­zəl­­lik onun an­­caq keç­­miş şə­­kil­­lə­­rin­­də du­­rur. Əf­­sus, bu Al­­lah pa­­yı onu bəx­­tə­­vər elə­­mə­­di, ağ gü­­nə çı­­xar­­ma­­dı.

Ərə get­­mə­­yi ilə qa­­yıt­­ma­­ğı bir ol­­du. "Qa­­yıt­­dı" de­­yən­­də, elə get­­di­­yi yer­­də - Ba­­kı­­da­­ca ev tut­­du. "Pa­­pa­­nin"də. Əl­­vi­­da, ey kənd. Hə, "ər" de­­yi­­lən şe­­yi di­­şi­­nə vur­­du da, di­­şi­­ni sın­­dır­­dı da. Hə­­lə bu­­ça­­ğa­­can bir kəs ona vu­­rul­­ma­­mış, heç kəs onu vur­­ma­­mış­­dı. Bu na­­nə­­cib oğ­lu daş ki­­mi yum­­ru­­ğu­­nu ağ­­zı­nın üs­­tə ne­­cə qoy­­du­­sa, qa­­baq diş­­lə­­ri mun­­cuq olub qar­­nı­­na tö­­kül­­dü. Diş ye­­rin­­də di­­li­­ni də­­lib-kə­­sən kö­­tük­­lər qal­­dı. Pəl­­tək­­li­­yi göy­­çək üzüy­­lə heç cür uyuş­­mur­­du. Ye­­ri­­nə qı­­zıl çək­­dir­­di­­sə də, qı­­zıl onun çöh­­rə­­sin­­də xi­­laf gö­­rün­­dü: ana­­dan­­gəl­­mə al­­ma ya­­naq­­la­­rı­­na ya­­raş­­ma­­dı, zə­­nəx­­dan­­la­­rı­­nı şit gös­­tər­­di. Gu­­ya diş­­lər­­dən qo­­pan sa­­rı şü­­a­­lar ib­­lis ba­­xış­­la­­rı ki­­mi ada­­mın gö­­zü­­nə san­­cı­­lır­­dı. Üs­­tə­­lik, son­­ra­­dan bi­­lə­­si ki, qı­zıl di­ş ar­­tıq həm ayıb­ sa­yı­lır, həm də şə­­hər­­də dəb de­­yil.

Fat­­ma otu­­rub-du­­rub özü­­nə haqq qa­­zan­­dı­­rır: ara­­da ne­­cə və nə cür sev­­gi ola, iş yum­­ruq­­suz ötüş­­mə­­yə­­cək. "Mən Ley­­li-Məc­­nun­lu­­ğu axı­­ra­­can get­­dim", - ba­­cı­­ma de­­yər­­miş. Gu­­­ya Ley­­li də, Məc­­nun da bu yo­­lun heç dörd­də bi­­ri­­ni get­­mə­­yib­­lər. Get­­səy­­di­­lər, gec-tez Ley­­li acıq edə­cək, bo­­şa­­na­­caq, hök­­mən mi­­til-şi­­ti­­li­­ni gö­­tü­­rüb də­­də­­si evi­­nə qa­­yı­­da­­caq­­dı.

On il­­dən çox­­du ki, iş yeri kör­­pü al­­tın­­da­­kı dü­­kan­­dır. "Dü­­kan" bir az tən­­tə­­nə­­li çı­­xır - içə­­ri­­si "yüz­lük" lam­­pa­­dan çı­­raq­­ban olan "toç­­ka". Ti­­ca­­rət tə­­bəs­­süm tə­­ləb edir­­sə də, Fat­­ma bu­­nu ix­­ti­­sa­­ra sa­­lıb. Tə­­bəs­­süm cür­­bə­­cür yo­­zu­­lan­­dır. De­­yir­­lər, onun tə­­bəs­­sü­­mü­­nü in­­di an­­caq qo­­hum-əq­­rə­­ba­­sı gö­­rür. Qis­­mət olar, biz də gö­­rə­­rik. "Biz" de­­yən­­də - mən.

Mən ca­­van­­lı­­ğın­­da Fat­­ma­­nın üzü­­nə düz-əməl­­li ba­­xa bil­­mə­­miş­­dim. Öl­­mü­şün gö­zəl­liyi göz­qay­ta­ran­dı. Ha­­çan­­sa bir­­cə yol gö­­zu­­cu gö­­rüb, bu­­nun­­la qur­­tar­­mış­­dım. Çə­­pər qon­­şu­­muz ola-ola, onun yum­­ru­­ca si­­fə­­ti­­ni gör­­mə­­yi­­mə san­­ki ya­­saq qoy­­muş­­du­­lar. Fat­­ma­­nın göy­çəy­­li­­yi­­nə bir də çox-çox son­­ra­­lar - ba­­cı­­mın al­­bo­­mun­­da rast gəl­­dim. Onun gənc­li­­yi ara­­da­­ca itib get­­di. Vax­­tın­­da sev­­gi­­lər tö­­rə­­də­­si çöh­­rə­­yə "qo­­ca ay­­ğır" ça­­ğım­­da, ayıb­­dı­­sa da, ar­­tıq şor­­göz­­cə­­si­­nə ba­­xır­­dım. Ba­­cım da alt­dan-alt­dan mə­­ni sü­­züb qı­­mı­­şır­­dı. Qar­­daş­­la­­rın şor­­göz­­lü­­yü ba­­cı­­la­­ra gül­­mə­­li gə­­lir. Həm də on­­lar bu­­nu an­­caq ev­­lən­­mək is­­tə­­yi­­nə yo­­zur­­lar.

Kök adam bu "toç­­ka"da heç cür tər­­pə­­nə bil­­məz. Ora elə Fat­­ma ki­­mi arıq­­la­­rın ye­­ri­­dir. Bay, çaş­­dım, "arıq" yox, zə­­rif. İn­­cə bel piş­­tax­­ta­­ya iliş­­məz. Hə, Fat­­ma köşk için­­də fır­­la­­na bi­­lə­­si həcm­dəy­­di. Bur­­dan-bu­­ra­­yıq­sa da, onun söz-so­­ra­­ğı mə­­nə kənd­dən ça­­tır­­dı: gu­­ya şə­­hər­­də onun is­­tə­­yən­­lə­­ri ye­­nə var. Düz­­dü, bir az ey­­ham­­lı da­­nı­­şır­­dı­­lar: hə, şə­­hər­­də is­­tə­­yən hə­­mi­­şə olur. An­­caq üs­­tün­­dən de­­mə­­yə bil­­mir­­di­­lər də ki, ar­­tıq onu gö­­zəl-göy­­çək­­li­­yi­­nə gö­­rə yox, ən çox abır-hə­­ya­­sı­­na, "ağır tə­­bi­­ə­­ti"nə gö­­rə is­­tə­­yir­­lər. Ağız­­bü­­zən­­lər­sə hə­­mi­­şə ayaq üs­tə­dir, ha­­zır du­­rub­lar: qı­­zı tək­­cə "ağır tə­­bi­­ə­­ti"nə gö­­rə is­­tə­­di­­lər­­sə, de­­yir­­di­­lər, at get­­sin, ona an­caq dul ki­­şi­­lər, "qa­l­mış" oğ­­lan­­lar su­sa­yar. Guya ətə­­yin­də na­maz qıl­mağa, həm də "Pa­­pa­­nin"də düz-əməl­­li adam var? Guya nü­munə üçün belə or­da bir əməli-sa­leh tap­maz­san.  An­­caq on­­lar qə­­lət edir: hər ye­­rin yax­­şı­­sı da var, pi­­si də. Meşə çaq­qal­sız ol­maz. De­­dik­­lə­­ri də hə­­lə qo­­ca sa­­yıl­­mır; ol­­sa-ol­­sa qo­­ca­­lı­­ğa na­­mi­­zəd­­di­­lər. Sev­­gi­­lə­­ri də - ca­­van­­la­­rın­­kı­­na bən­­zər. Yox, hə­­qi­­qə­­tən, nə yax­­şıdı ki, onu hə­­lə qo­­ca-mo­­ca­lar is­­tə­­mir. Qo­­ca onu eks­po­­nat ki­­mi al­­mış olar­­dı. De­­yir, Fat­­ma söz ve­­rib, onu hər han­­sı qo­­ca is­­tə­­yən gü­­nü özü­­nü asa­­caq. Bay, bu da az aşın du­­zu de­­yil: ca­­nı-cis­­mi ca­­van is­­tə­­yir. Hə, Fat­­ma­­ya tez-tez el­­çi dü­­şür. Bu­­nun ye­ganə na­­qo­­lay cə­­hə­­ti mal sat­­dı­­ğı yer­­də­­cə ba­­şı­­nın üs­­tü­­nü kəs­­dir­­mə­­lə­­ri­­dir. Həm də kör­­pü­­nü aşan ma­­şın­­lar­­dan qu­­laq tu­­tu­­la-tu­­tu­­la. Üz-gö­­zü­­nə əl gəz­­dir­­mə­­yə də ma­­cal tap­­mır. Bir də­­fə gö­­zü­­nə it­­dir­­sə­­yi çı­­xan­­da gəl­­miş­­di­­lər. Hə­mişə də şey­­tan ki­­mi düz bur­­nu­­nun ucun­­da­­ca şön­­gü­­yür­­lər. Am­­ma de­­yə­­sən, ona nə­­zər qı­­lan­­lar ədəb­­li adam­­lar­­dı: qar­­daş­­lar ya­nına ba­­cı­­la­­rı­­nı gön­­də­­rir­­di­­lər. Fat­­ma heç bil­­mir də, ya­­rəb, bu el­­çi kim­­dən ola. Yad­­da­­şı­­nı ha ələk-və­­lək edir, bir şey anış­­dır­­mır. Bu bir-iki ay­­da uzaq­­dan-uza­­ğa kim ona çox ba­­xıb­­sa, yə­­qin el­­çi on­­dan ol­­muş olar. ...Yaş­­laş­­dıq­­ca da, üzün­­də qə­­şəng na­zik xət­­lər gör­sə­nir. "Qə­­şəng" de­­yən­­də - sim­­met­­rik və har­­mo­­nik. Ciz­­gi­­lər qa­­lın və ko­­bud de­­yil­­di­­lər. Elə bil Al­­lah-ta­­a­­la onun çöh­­rə­­sin­­də qra­­vü­­ra çə­­kir­­di. Bir növ, gö­­zəl­­lik özü ge­­dir­­di, ye­­rin­­də izi qa­­lır­­dı. Am­­ma qar­­daş­­la­­rın öl­­müş ba­­cı­­la­­rı ya­­man xa­­nım-xa­­tın­­dı­­lar. Uc­­dan­­tut­­ma ha­­mı­­sı - ipək xa­­siy­­yət­­li. Tə­­sa­­dü­­fən bi­­ri­­nin də adı Fat­­ma. Bu Fat­­ma qır­­saq­­qız olub onun ya­­xa­­sın­­dan ya­­pış­­ma­­dı bə: bax, mən də Fat­­ma­­yam, sən də, sə­­nə ha­­mı­­dan ya­­xı­­nı mə­­nəm, bi­­zim­­sən, qur­­tar­­dı get­­di. Fat­­ma ba­­cı­­la­­rın yax­­şı­­lı­­ğıy­­la qar­­daş­­la­­rın da yax­­şı­­lı­­ğı­­nı fərz edir­­di. Be­­lə ba­­cı­­la­­rın qar­­daş­­la­­rı heç vaxt "tü­­rem­­şik" ol­­maz. La­­kin on­­la­­rı ba­­rı uzaq­­dan­­sa bir ba­­la­­ca o da gö­­rəy­­di. Fat­­ma­­nın öz qar­­da­­şı qal­­mır - ev­­lə­­nib ara­­dan çıx­­mış­­dı­­lar. Yox­­sa dinc dur­­maz, bun­­lar­­dan bi­­ri­­ni qa­­paz­­la­­yar­­dı. Elə onu is­­tə­­yən Fat­­ma­­nın özü­­nü­­cə. On­­da fat­­ma­­lar də­­yiş-dü­­yüş olar­­dı.

Mən hər gün işə onun bur­­nu­­nun ucun­­dan şü­­tü­­yüb ke­­çi­­rəm. Nə­­dən­­sə, qə­­ti is­­tə­­mi­­rəm mə­­ni gör­­sün. Hə­­lə bir­­cə kə­­rə ona sa­­rı çön­­mə­­mi­­şəm­­sə də, kör­­pü­­dən ke­­çən­­də hə­­mi­­şə gö­­zü­­mün qa­­ba­­ğı­­na ba­­cı­­mın al­­bo­­mun­­da­­kı şə­­kil­­lə­­ri gə­­lir. Əl­­bət­­tə, o mə­­nim üzü­­mü hər də­­fə yan­­dan gör­­müş olar. Tərs­lik­­dən də, üzüm gənc­lik­­dən bə­­ri çi­­çək ke­­çi­­rən­­lər sa­­yaq ça­­la-çu­­xur­du. Qı­­raq­­dan gör­­dü­­yü sağ gö­­züm də iti bu­­caq ki­­mi ona mil­­lə­­nir. Qu­­la­­ğım qı­­za­­rıb ya­­nır­­sa, de­­mək, Fat­­ma mə­­ni ar­­tıq gö­­rüb və bu sa­­at da­­lım­­ca da­­nı­­şır. Ən azı, ürə­­yin­­də mə­­ni qı­­na­­yır. Düz­­dü, dal­­ca da­­nış­­ma­­ğı ona ya­­raş­­dır­­mı­­ram, an­­caq da­­nı­­şır­­sa, haqq elə­­yir. Mə­­nim ki­­mi­­si­­nə bu da az­­dır. Axı, ba­­ba­­la­­rı­­mız hə­qiqi qar­­daş olub; biz onun­­la yad de­­yi­­lik. Di gəl, yad biz­­dən min qat yax­­şı­­dır.

Fat­­ma­­nın ba­­ba­­sı baq­­qal idi, həm də dər­­zi. Pu­­lu­­nu bal­­ta kəs­­mə­­yib. "Qı­­zıl on­­da, bir də in­­gi­­lis­­də", - de­­yər­­di­­lər. Ar­­vad­­la­­rı da əl­­cək ki­­mi də­­yi­­şər­­di. On­­da ar­­vad bir il­­dən ar­­tıq "get­­məz­­di". "Pul­­nan dö­­yül? Tə­­zə­­si­­ni alı­­ram". Ha­­mı­­sı da to­­tuq-mo­­tuq. Mən hə­­lə uşaq­­lı­­ğım­­la gö­­rən ki­­mi on­­la­­rı qu­­caq­­la­­maq is­­tə­­yir­­dim, on­­da qal­­mış o ya­­zıq ola. Hə, özü get-ge­­də qo­­ca­­lır­­dı­­sa da, ar­­vad­­la­­rı hə­­mi­­şə­­ca­­van­­dı, hər­­çənd yə­­qin bo­­şa­­dıq­­la­­rı gör­­mə­­di­­yim baş­­qa yer­­lər­­də qo­­ca­­lır­­dı­­lar. Bir də­­fə nə­­nəm əlim­­dən tu­­tub mə­­ni onun ya­­nı­­na - şal­­var biç­­dir­­mə­­yə apar­mış­dı. "Gö­­rək, xoş da­­ma­­rı­­na düş­­sə, ti­­kər də". Nə­­nəm ərk elə­­yir­­di; yox, bö­­yük qa­­yın ay­­rı şey­­di. An­­caq ki­­şi bi­­zi ha­­va­­yı müş­təri bi­­lib, mız-mız elə­­di. Tik­­mək bir ya­­na, qay­­çı­­sı­­nı par­­ça­­ya heç gös­­tər­­mə­­di də. Eləcə bu gün-sa­­ba­­ha sal­­dı, ağ­­zı­­mı­­zı bo­­za ver­­di.

Onun hü­­zü­­rün­­də yox­­la­­maq üçün mən ca­­ma­­a­­tın dik gö­­zü içi­­nə ba­­xır­­dım; gö­­zü­­yaş­­lı bir it oğ­­lu­­nasa rast gəl­­mə­­dim. Heç özüm də, uşaq ola-ola, ağ­­la­­mır­­dım. Yas­­dan ya­­dım­­da qa­­la­­nı toy məc­­lis­­lə­­rin­­də­­ki sa­­yaq ye­­mək-iç­­mək tə­­da­­rü­­kü idi.

Xır­­da­­vat dü­­ka­­nı ki­­çik oğ­­lu­­na - Fat­­ma­­nın ata­­sı­­na qal­­dı. Bay, adı imam Rza­­nın adın­­dan - bö­­yük qar­­daş gə­­lib part­la­­ma­­dı bə, elə-be­­lə adı olan ki­­çi­­yə qə­­nim kə­­sil­­mə­­di bə! İşə düş­­dük, ara­­la­­rın­­da tez-tez "er­­mə­­ni-mü­­səl­­man" da­­va­­sı qo­­pur, ar­­vad ki­­mi də elə öz ölü­­lə­­ri­­nicə qə­­bir­­dən çı­­xa­­rıb qo­­yur­­du­­lar or­­ta­­lı­­ğa.

Can­­la­­rı cə­­hən­­nə­­mə, mən get­dim Ba­­kı­­ya - oxu­­ma­­ğa. Bir gün or­­da eşi­­dəm ki, tə­­zə­­dən bö­­yük bi­­a­­bır­­çı­­lıq­­la­­rı dü­­şüb. Ba­­cı­­la­­rı Şəh­­rə­­ba­­nı ara­­la­­rın­­da­­kı düş­­mən­­çi­­li­­yin ba­­dı­­na ge­­dib. Qız kor ba­­ğır­­sa­­ğın­­dan ya­­tan­­da, kər­­pic ki­­mi dörd­bu­­caq­­lı bir feld­şer, ge­­cə qa­­ra-cü­­cə qa­­ra, ona "sa­­ta­­şıb". Diq­­qət, feld­şer ha - ye­­nə hə­­kim ola, dərd ya­­rı­­dır. Ke­­çi can ha­­yın­­da, qəs­­sab piy ax­­ta­­rır­­mış. An­­caq bu­­nu eşi­­dən­­də, tü­­küm heç tər­­pən­­mə­­di də. Ata­­sı mə­­nə şal­­var biç­­mə­­yib - mə­­nə nə dü­­şüb ge­­dib feld­şe­­ri ta­­pam, qar­­nı­­na bı­­çaq­­dan-zad­­dan so­­xam. Bu heç xə­­ya­­lı­­ma gəl­­mə­­di də. Tu­­tul­­sam, kim­­di mə­­ni iti­­rib-ax­­ta­­ran! Hə, qar­­daş­­la­­rın iki­­si də öz xa­­ra­­ba­­la­­rın­­da­­ca boş otu­­rub, qey­­rə­­ti bir-bi­­ri­­nin üs­­tü­­nə atıb­­lar. Əl­­bət­­tə, mən on­­la­­ra de­­di­­yim ki­­mi bəl­­kə on­­lar da mə­­nə "bi­­qey­­rət" de­­yir­­di. Am­­ma yox, on­­la­­rın bu­­na haq­­qı çat­­mır. Üs­­tə­­lik, nə­­zə­­ri cə­­hət­­cə mən özü­­mə bə­­ra­­ət qa­­zan­­dı­­rır­­dım: ola bil­­sin ki, feld­şer onu se­­vib. Əgər se­­vib­­sə, ar­­tıq bur­­da qey­­rət­­siz­­lik­­dən söh­­bət ge­­də bil­­məz. Sev­­gi bi­­qey­­rət­­li­­yi is­­tis­­na edir. Mən hər şe­­yi hu­­ma­­nist məc­­ra­­ya yö­­nəl­­dir­­dim. La­­kin so­­ru­­şan gə­­rək: axı, xəs­­tə­­xa­­na­­da ya­­tan bir qı­­zın qar­­nı­­nın "ilan vu­­rub" qalx­ma­­sın­­da nə hu­­ma­­nizm...

Yay tə­­ti­­lin­­də adı imam adın­­dan ol­­ma­­yan ki­­çik qar­­daş gəl­di­yimi eşi­­dib ya­­nı­­ma gəl­­di.

- Oxu­­muş oğ­­lan­­san, hə­­lə oxu­­yur­­san da, - da­­nış­­dıq­­ca diş­­lə­­ri­­ni ağar­­dır­­dı. - Xət­­tin də yax­­şı... Bir xa­­hi­­şə gəl­­mi­­şəm.

- Bu­­yur, - ha­­çan­­sa ata­­sı mə­­nə so­­yuq bax­­mış bu ada­­ma mən də so­­yuq bax­­ma­­lı ol­­dum.

- Adı­­bat­­mış Şəh­­ri mə­­nə ba­­cı­­dı­­sa, sə­­nə də bi­­bi­­li­­yi ça­­tır.

- De­­yə­­sən. Yə­­qin.

- İs­­tər­­dim baş pro­­ku­­ro­­ru­­mu­­za daş­­dan ke­­çən bir mək­­tub ya­­zaq. İki­lik­də. Ne­­cə söz­­dü?

Ca­­nı­­mı di­­şi­­mə tut­­ub - "yax­şı", - de­dim. Yaz­­ma­­ğı­­na yaz­­­dım da. Tək özüm. An­­caq in­­di hə­­min mək­­tu­­bun söz­­lə­­ri ya­­dı­­ma dü­­şən­­də, is­­tə­­yi­­rəm yer ay­­rı­­la, gi­­rəm ye­­rə.

"Hör­­mət­­li Baş Pro­­ku­­ror!

Özü­­nüz mən­­dən də yax­­şı bi­­lir­­si­­niz ki, hər bir Azər­­bay­­can qa­­dı­­nı alın­­maz qey­­rət qa­­la­­sı­­dır. Ələl­­xü­­sus, qız­­la­­rı­­mız. Azər­­bay­­can xal­­qı­­nın ya­­rı­­dan ço­­xu bu qa­­la­­lar­­dan iba­­rət­­dir. Mən ya­­zıb Si­­zə aşa­­ğı­­da­­kı­­la­­rı mə­­lum edi­­rəm ki, Azər­­bay­­can­­da­­kı bu qa­­la­­lar­­dan bi­­ri ar­­tıq alın­­mış­­dır. Biz onu yax­­şı ta­­nı­­yır­­dıq: qa­­la da yox, qəsr idi. Özü də bu­­na kim cü­­rət et­­sə yax­­şı­­dı: dıl­­ğır bir feld­şer. Ye­­nə Si­­zin ki­­mi bir pro­­ku­­ror ola, adam bir söz de­­məz. Ya müs­­tən­­tiq ola, dərd ya­­rı­­dır..."

Ayıb­­dan-ayıb hə­­min po­­ta mək­­tu­­bu "əmi"m çox tə­­rif­­lə­­miş­­di. Onun tə­­rif­­lə­­ri "bəh-bəh"lər­­dən iba­­rət idi. "Bəh-bəh" qı­­zıl diş­­lə­­rin­­də bərq vu­­rub ha­­va­­ya mil­­lə­­nir­­di. Mən onun ata­­sın­­da da qı­­zıl diş­­lər gör­­müş­­düm. De­­yən, bu ai­­lə­­də hör­­mə­­tə-nü­­fu­­za san­ki an­caq ir­si ke­çən qı­­zıl diş­­lər­­lə ça­­tır­­dı­­lar.

Mən ge­­dib feld­şe­­ri ta­­pıb qar­­nı­­nı cır­­ma­­dım. Üs­­tə­­lik, ək­­si­­nə, "bəl­­kə onu se­­vir­­miş", - de­­dim. Am­­ma Şəh­­ri­­nin ata­­sı mə­­nə şal­­var bi­­çib-tik­­səy­­di, yə­­qin ge­­dib ta­­pıb cı­­ra bi­­lər­­dim. Şal­var - qey­rət tö­rə­də­cək­di. Onu da bil­dir­mə­li­yəm ki, mən­­də qey­­rət təd­­ri­­cən ya­­ran­­ıb: əv­­vəl­­lər­ qə­­ti yox­­du, in­­di-in­­di cü­­cə­­rir­­di. Bil­­səy­­dim sağ­­dır, de­­yir­­dim, ge­­dib hə­min feld­şe­­rin ora­­sı­­na bir yum­­ruq, bu­­ra­­sı­­na - bir tə­­pik! İm­kan dai­rə­sin­də pota ba­lası kimi çır­par­dım da. Öl­­dü­­rər­­dim onu! Sə­­nə­­ti-və­­zi­­fə­­si bö­­yü­­yüb­­sə, ta yax­­şı: qət­li qiy­­mət­­li olar. Mən ha­­çan­­sa şal­­va­­rı­­mın ba­la­ğına dü­­şən ağ lə­­kə­­ni "xim­­çist­ka"da gö­­tüz­­dür­­müş­­düm; bir­­cə üs­­tüm­­də­­ki bu qa­­ra "Şəh­­rə­­banı" lə­­kəsi qa­­lır­­dı. Əf­­sus, feld­şer in­­di­­yə qo­­cal­­mış olar. Qo­­ca­­nı öl­­dür­­mək də bi­vec­dən-bi­­vec iş­­di. Gör ha, de­­yə­­cək­­di­­lər, ca­­van­­lı­ğın­­da gü­­cü çat­­ma­­yıb, göz­­lə­­yib qo­­cal­­sın. Vay, vay, mən­­də bu ya­zıq qəsd ide­­ya­­sı ya­­lan-doğ­­ru tez-tez do­­ğu­­lur­­du­­sa da, tez-tə­­lə­­sik onu özüm­­dən uzaq­­laş­­dı­­rır­­dım. Hər dəfə - "bəl­­kə Şəh­­ri özü onu is­­tə­­yib", de­­yir­­dim. Ya da Şəh­­ri zor­­lan­­ma­­sı­­nı sev­­gi bi­­lib. Zor­­la­­yan­­da "kər­­pic" qu­­la­­ğı­­na nə pı­­çıl­­da­­yıb­­sa, za­­lım qı­­zı onu sat­­ma­­dı. Ba­­rı qı­­na­­ma­­dı da. Ha­­mı şi­­ka­­yət­­çi düş­­dü, ar­­tist­lik elədi, də­­li ol­­du, özü­­nü öl­­dür­­dü, bir­­cə on­­dan sa­­va­­yı.

Düz­­dü, on­­da Fat­­ma uşaq i­di, am­­ma bu əh­­va­­la­­tı eşit­­mə­­miş ol­­maz­dı. Ata­­sı mə­­nim baş pro­­ku­­ro­­ra mək­­tu­­bu­­mu bəl­­kə on­­la­­ra oxu­­yub da; gə­lə­cək­də belə mək­tub­lar yaz­mağı in­di­dən öy­rən­sin­lər deyə. Hə­­lə bu heç, çöl­­də nə eşit­­sə, qa­­çıb ev­də ar­­va­­da da­­nı­­şan­­dı. Yox, in­di mən Fat­­ma­­nın gö­­zün­­də hök­­mən yo­­xam, va­­ram­­sa da -  xoş­­qey­­rət mi­­sa­­lın­­da. Bu­­nu hər gün kör­­pü­­nü vız­­za­­dan aşıb ke­­çən­­də bi­­li­­rəm; qu­­laq­­la­­rı­­mın od tu­­tub yan­­ma­­ğın­­dan. Yə­­qin qa­­ra­­ma de­­yi­­nir, köl­­gə­­mi qam­­çı­­la­­yır. Heç nə is­­tə­­mi­­rəm, ba­­rı mək­­tu­­bum­­dan­­sa bi­­xə­­bər ola, ya xə­­bə­­ri olub­­sa, unu­­da. Ümi­­dim ba­­cım­­la ya­­xın­­lı­­ğı­­na­­dır; mə­­ni al­­çaq bil­­sə, onun­­la şi­­rin-şə­­kər ol­­maz­­dı. Ax­­şa­­ma­­can iş-pe­­şə­­lə­­ri bir-bi­­ri­­nə şə­­kil ba­­ğış­­la­­maq­­dı.

Fat­­ma ba­­cı­­mın al­­bo­­mun­­dakı zə­rif-xə­­fif gö­­zəl­­lik­­dən san­ki qra­fik xət­lər­dən iba­rət qı­rış­lı üzə­cən qo­­cal­­mış­­dı. Bir növ, qra­fika on­­da­­kı gö­­zəl­­li­­yin ske­­le­­ti idi. Hər­­çənd onu se­­vən­­lər ye­­nə ta­­pı­­lır­­dı. "Ağır tə­­bi­­ət"i onun xi­­la­­sı idi. İşə bax, Fat­­ma­­nı se­­vən­­lər mə­­ni hə­­mi­­şə qa­­baq­­la­­yır. Düz­­dü, on­­suz Fat­­ma on­­la­­ra inan­­mır, yə­qin ar­­tıq onun qəl­­bi­­nə sev­­gi­­lər­­lə gir­­mək müm­­kün de­­yil.

...Ha­­­­­­yıf,  feld­şer öz əcə­­liy­lə ölə­­cək. Elə mən də. Qar­­şı­­da an­­caq dinc ölüm­­lər du­­rur.

 

30.V. - 13.X.2000

Digər xəbərlər

Elnarə Akimova: "Rafiq Tağı haqqında elegiya"

Rafiq Tağı - Sabirə müharibə elan etdi

Eklektik fikirlər

Parlaq quş

"Xəstəxanada öləcəyini hiss etdim, hər yandan mühasirəyə alınmışdı..."

Şərhlər