Yarımçıq tarixçələr

Tarix: 20-05-2019 15:46
Baxış sayı: 145

Hər kə­­­­sin hə­­­ya­­­tı qəh­­­rə­­­man­­­lıq, ya ona bən­­­zər bir-iki ha­­­di­­­sə ilə mə­­na­­­la­­­nır.  Qəh­­­rə­­­man­­­lıq, ya ona bən­­­zər ha­­­di­­­sə­­­lər­­­dən hət­­­ta ki­­­tab­­­lar bağ­­­la­­­nır. Hər şey axı­­­ra­­­can de­­­yi­­­lir və ya­­­zı­­­lır. Mən hə­­­ya­­­tım­­­da­­­kı qəh­­­rə­­­man­­­lıq da yox, qəh­­­rə­­­man­­­lı­­­ğa bən­­­zər ye­­­ga­­­nə xoş ha­­­di­­­sə­­­ni hə­­lə bir Al­­lah bən­­də­­si­­nə axı­­ra­­can da­­nı­­şa bil­­mə­­miş­­dim. Qəh­­rə­­man­­lıq özü qis­­mət de­­yil­­di­­sə də, qəh­­rə­­man­­lı­­ğa bən­­zər ha­­di­­sə­­ni ta­­le mə­­nə çox gör­­mə­­miş­­di. Ol­muş­du elə bir şey, di gəl, onu ki­­mə da­­nı­­şa­­san. Ça­­ta­­çat sö­­zü ağ­­zım­­dan vu­­rur­­du­­lar. Hal­­bu­­ki qəh­­rə­­man­­lıq da yox, ona bən­­zər ki­çik bir ha­­di­­sə mə­­nim ki­­mi­­si­­nin öm­­rü­­nə bə­­zək ol­­ma­­ğa ki­­fa­­yət­­di. Əşi, an­­caq hamı, hət­­ta mə­nim ar­­va­­da­­ğam - qu­­ru qur­­ba­­ğam üçün də qəh­­rə­­man­­lıq, ya ona bən­­zər hər han­­sı ha­­di­­sə ta­­mam boş söh­­bət­­di. Bi­zim "qur­bağa" qəh­­rə­­man­­la­­ra açıq-açı­­ğı­­na "gic­­gi­­cə" de­­yir­. Onun di­­lin­­də­­ki "gic­­gi­­cə" sözü qəh­­rə­­man­­la­­ra da­­ir mə­­nim lek­­si­­ko­­num­­da­­kı "ide­­a­­list" kəl­­mə­­sin­­dən san­ki tər­­cü­­mə idi.

Mə­­nim tək oğ­­lum da hə­­ya­­tım­­da­­kı qəh­­rə­­man­­lı­­ğa bən­­zər ye­­ga­­nə ha­­di­­sə­­yə oğul kimi axı­­ra­­can mə­­həl qoy­­ma­­dı: özü uşaq olan­­dan ta öz uşa­­ğı ola­­na­­can. Düz­­dü, mən bu ha­­di­­sə­­ni ona çat­­dır­­ma­­ğa xey­­li tə­­ləs­­miş­­dim. Əs­­lin­­də tək­­cə bö­­yük­­lər xö­­rə­­yi ola­­sı bu söh­­bət­­dən uşaq tez də çiy­­ri­­nib-be­­zib im­­ti­­na et­­miş­­di. On­­da ağ­­saq­­qal sö­­zü­­nə in­­di­­dən al­­ler­­gi­­ya ya­­ran­­mış­­dı. Bir də­­fə ona "ha­­di­­sə"mi ye­­ni­­dən tə­­zə­­cə da­­nış­­ma­­ğa baş­­la­­mış­­dım ki, lap­­pa­­dan, "kak"ı var, de­­di. Muş­­tu­­lu­­ğun borc ol­­sun. Əl­­bət­­tə, mən on­­da bu­­nu tə­­bii , an­­caq stan­­dart bir tə­­bəs­­süm­­lə so­­vuş­­dur­­dum. Ar­­vad da hə­­lə on­­dan və uşaq­­dan nə is­­tə­­di­­yi­­mi anış­­dı­­ra bil­­mir­­di. Evin "çöl"ü onu tük qə­­dər ma­­raq­­lan­­dır­­maz­­dı. De­­yir­­di gu­­ya evin "çöl"ü ba­­rə­­sin­­də rəh­­mət­­lik ata­­sı ana­­sı­­na heç nə da­­nış­­maz­­mış. Elə bu­­nu da qız­­lıq­­dan üzü bəri ki­­şi­­lik əla­­mə­­ti san­­ıb. Evin "çöl"ünə da­­ir söh­­bət­­lər içə­­ri­­də qey­­bə­­tə bən­­zə­­yir­­di­­lər. "Çöl"də­­ki qəh­­rə­­man­­lıq söh­­bə­­tə çev­­ri­­lən­­də, qiy­mə­tini iti­rir­di. Uşaq "kak"dan son­­ra fi­­qur­­lu, diş-diş tax­­ta­­la­­rı bir-bi­­ri­­nə gey­­di­­rə-gey­dirə ev­­cik qu­­raş­­dır­­ma­­ğa gi­­riş­­di. Qəh­­rə­­man­­lıq onun üçün ta­­mam yad bir şey­­di; bun­­da heç bir konk­ret­­lik yox­­du. Am­ma yeri gəl­sə, ev ti­k­mək­lik qəh­­rə­­man­­lıq­­dan da yük­­sək iş­­di. Ney­­nək, göz­­lə­­yək baş­­qa mə­­qa­­mı: bö­­yü­­yər, di­­lin­­də söz­­lər ço­­xa­­lar, on­da söh­­bə­­ti­­miz də tu­­tar. Hər­­çənd yax­­şı bi­­lir­­dim də ki, on­­suz hər ya­ş­da in­­sa­­­nın özü­­nə­­məx­­sus an­­la­­maz­­lıq­­la­­rı olur. O, üç­­dən dör­­də ad­­­la­­yan­­da, hə­­ya­­tım­­da­­kı qəh­­rə­­man­­lı­­ğa bən­­zər ha­­di­­sə­­ni onun yax­­şı "həzm et­­mə­­si" üçün keç­­dim yü­­yü­­rək na­­ğıl di­­li­­nə: də­­rə­­lər­­dən yel ki­­mi, ne­­cə de­­yər­­lər, tə­­pə­­lər­­dən sel ki­­mi, ba­­de­­yi-sər­­sər ki­­mi... Elə bil mü­­rək­­kəb mət­­ni sa­­də­­ləş­­dir­­miş­­dim; uşaq­­la­­rın xa­­ti­­ri­­nə ta­­rix­­də be­­lə təc­­rü­­bə­­lər çox olub.

- Bi­­ri var­­dı, bi­­ri yox­­du... Oğ­­lum, - onu sil­­kə­­lə­­dim, - baş­­la­­mı­­şam. Bir ata var­­dı... Bir gün bu ata adı­­na "şir­­kət" de­­yi­­lən na­­ta­­raz bir ida­­rə­­də...

- Ata, gəl dom­­ba­­laq aşaq!

Vay, də­­dəm vay, bu hə­­lə ye­­tiş­­mə­­yib. Har­­da­­san-bur­­da­­san, bu­­nun üçün «dom­­ba­­laq» hə­­lə va­­cib­­dən va­­cib şey­ ola­raq qa­lır. Ar­­vad mə­­nim bu uğur­­suz tər­­bi­­yə cəh­­di­­mə şey­­tan ki­­mi göz­­lə­­ri­­ni qı­­yıb ba­­xır, üs­­tə­­lik, şit-şit gü­­lür­­dü. Onun özü də elə ilk çağ­­lar­­dan, mən bu söh­­bə­­ti baş­­la­­yar-baş­­la­­maz, mət­­bəx­­də­­ki iş­­lə­­ri bə­­ha­­nə gə­­ti­­rər­­di. Bir gün ix­­ti­­la­­tın şi­­rin ye­­rin­­də mət­­bə­­xə yü­­yü­­rə­­si ki, vay, ölə­­sən ca­­nım, boz­­baş daş­­dı. Ari­­fə işa­­rə, kö­­tü­­yə bal­­ta -  bun­­dan son­­ra di­­li­­mi yı­ğ­dım qar­­nı­­ma. Hə­­ya­­tım­­da­­kı qəh­­rə­­man­­lı­­ğa bən­­zər ye­­ga­­nə ha­­di­­sə­­nin ev şə­­ra­­i­­tin­­də, ba­­taq­­lıq bən­­zər­­li yer­­də, bir he­­çə dön­­mə­­si­­nə mən heç cür ra­­zı ola bil­­məz­­dim. Boz­­baş­­dan əs­­kik tu­­tu­­lan bir əməl sa­­hi­­bi­­nin kön­­lün­­dən ölüm ke­­çər. Gö­­rən, no­­xu­­du-əti, ya di­­gər kom­­po­­nent­lə­­ri ça­­tış­­maz­­dı­­sa, boz­­baş qəh­­rə­­man­­lı­­ğa bən­­zər ha­­di­­sə­­ni ye­­nə üs­­tə­­lə­­yər­­di­­mi? Əl­­bət­­tə, yox. Gü­­nah özüm­­dəy­­di. Mən boz­­ba­­şa da­­ir bəzi şey­lə­­ri al­­ma­­say­dım, bir növ, onu şi­­kəst et­­miş olar, ar­­vad ya­­nın­­da on­­dan üs­­tün olar­­dım. Əli­nin al­tın­da boz­başa sal­mağa bir şeyi ol­ma­say­dı, məc­­bur qa­lıb söh­bət­lə­rimi din­lə­yər­di. Mən hə­­ya­­tım­­da­­kı qəh­­rə­­man­­lı­­ğa bən­­zər ha­­di­­sə­­dən bərk ya­­pış­­mış­­dım. Ta­­le­­yim on­­dan ası­­lı idi. Bu ya­­rış­­da bir­­cə bu boz­­ba­­şa qə­­lə­­bə ça­­la bil­­səm, qa­­lan hər iş yağ ki­­mi ge­­dər­­di. İn­­di­­ki hal­­da ar­­vad mə­­nə "ma­­mığ", ya "məğ­­mun" de­­səy­­di, haq­­lı idi. An­­caq eh, el di­­lin­­də do­­laş­­ma­­yan, qa­­nun­­la mə­­nim ta­­be­­çi­­li­­yim­­də olan ar­­va­­dın­ di­­li­­nə, özü də min cür fit­­nə-fel­nən sa­­lı­­na­­sı, qəh­­rə­­man­­lıq­­dan nə çı­­xa­r­dı.

Uşaq bö­­yü­­dük­­cə, lek­­si­­ko­­nun­­da­­kı də­­yi­­şi­b-tə­­zə­­lə­­şən söz­­lər­­lə, ta­­rix­­çə­­mi hə­­mi­­şə ya­­rı­­da­­ca kə­­sər­­di. Bə­zən heç ona da yox, özüm özü­­mə da­­nış­­dı­­ğım söz­­lə­­rə­­sə aman ver­­məz­­di. Onun ta­­ri­­xə in­­di­­dən gö­­rü­­nüb-bi­­li­­nən la­­qeyd­li­­yi də, yə­­qin mə­­nim ma­­raq­­sız ta­­rix­­çə­­mə bi­­ga­­nə­­li­­yin­­dən, şədd elə­­miş­­di. Hər­­dən ba­­şı oyun­­ca­­ğa qa­­rı­­şan­­da, ya qa­­zın üs­­tün­­də küf­­tə­­dən-pi­­ti­­dən ol­­ma­­yan­­da, ta­­rix­­çə­­mi öz ha­­lal­­ca ar­­va­­dı­­ma­­sa da­­nı­­şıb ta­­mam­­la­­ma­­ğa ça­­lı­­şar­­dım. Ar­­vad həm şə­­ri­­ət, həm də elə-be­­lə dün­­ya qa­­nun­­la­­rı üz­­rə, cə­­fən­­giy­­yat ol­­sa da, mə­­nim hər sö­­zü­­mü diq­­qət­­lə din­­lə­­mə­­yə borc­lu idi. Axı, mən - onun üçün məc­­bu­­ri idim. Bə­zən söh­­bət, ola bil­­sin, ya­­rı­­dan bir az ötür­­dü­­sə də, oğ­­lan san­ki yu­­xu­­dan ayı­lar, şa­­hin ki­­mi üs­­tü­­mə şı­­ğı­­yar­­dı. Qəh­­rə­­man­­lı­­ğa bən­­zər ha­­di­­sə­­ni is­­tə­­məz­­di ana­­sı da eşit­­sin. Bəl­­kə də mə­­ni nə qəh­­­rə­­man, nə də qəh­­rə­­ma­­na bən­­zər bir in­­san ki­­mi gör­­mək is­­tə­­yir­­di. Yə­­qin uşaq ağ­­lı ona de­­yir­­di ki, qəh­­rə­­man­­lıq, ya ona bən­­zər ha­­di­­sə ölüm-itim­­lə bağ­­lı bir iş­­dir. Söz­­süz, oğ­­lum mə­­nim ölü­­mü­­mü is­­tə­­məz­­di. Mən onun tərz-hə­­rə­­kət­­lə­­rin­­də ata­­sı­­na ya­­lan-pa­­lan sev­­gi­­lər fərz edib, xey­­li xoş­­nud ol­­dum. O mə­­nim qəh­­rə­­man, ya ona bən­­zər bir adam ola­­ca­­ğı­­ma bəl­­kə heç inan­­mır­­dı da. San­­ki ata olan kə­­sə be­­lə şey ya­­raş­­maz­­dı. De­­nən, ay qu­­rum­­saq, bu xır­­da ha­­di­­sə nə­­mə­­nə şey­­dir ki, ona axı­­ra­­can qu­­laq as­­mır­­san! Qar­­nı­­na nə ağ­­rı do­­lub!

Oğ­­lu­­mun söz­ eh­ti­yatı ço­­xal­­dıq­­ca mə­­nim "na­­ğıl"ım onun üçün kə­­sər­­dən dü­­şür­­dü. Yox, bu, Azər­­bay­­can xalq na­­­ğıl­­la­­rı­­nı xoş­­la­­ma­­ya­­caq. Na­­ğıl-zad qı­­dana ox­­şa­­mır­­dı. An­­caq na­­ğıl-das­tan eşit­­mə­­miş uşaq da pey­­vənd al­­ma­­mış ki­­mi olur. Uşaq­­lıq­­da na­­ğıl xoş­­la­­ma­­yan­­lar bö­yü­yən­də ikia­yaq­lı eş­­şə­­yə çev­­ri­­lir­­lər. Bu mə­­nim üçün tə­­zə na­­ra­­hat­­çı­­lıq­­dı. Odur ki, mən na­­ğı­­lı ona zor-xoş ye­­dirt­mə­­li, ba­­car­­dıq­­ca da sev­­dir­­mə­­li idim. Na­­ğıl­­dan ge­­ri­­yə yol yox­­du. Çox de­­mi­­rəm, oğ­­lum ən azı mə­­nim ki­­mi ol­­ma­­lı idi. Ədə, ma­­ğıl mən hır-zır qa­­nı­­ram, ki­­şi ol­­ma­­yan yer­­də ki­­şi sa­­yı­­lı­­ram. Bir vaxt kənd­də ar­vad­lar to­yuq kəs­məyi mən­­dən xa­hiş edər­di­lər. Mən kə­­nar­­da xo­­sun­­la­­şan iki ar­va­dın mə­­nim haq­­qım­­da "ki­­şi" de­­mə­­lə­­ri­­ni öz qu­­laq­­la­­rım­­la eşit­­mi­­şəm. Ba­­rı ata­­sı ki­­mi ol­­sun; ata­­dan da aşa­­ğı ol­­maq, sa­­də­­cə, ayıb­­dır. Mən in­­sa­­na da­­ir mi­­ni­­mum şey­­lə­­rə mak­­si­­mum yi­­yə­­lən­­miş­­dim. Heç bir ça­­tış­­maz­­lı­ğım yox­­du. Ha­­mı şa­­hid­­dir, daş­­dan ol­­sa da, çö­­rə­­yi­­mi özüm çı­­xa­­rı­­ram. Ai­­lə ham­­bal­­çı­­lı­­ğı­­nı şə­­rəf­­li iş sa­­yı­­ram. Uşaq­­lıq­­da qu­­la­­ğı­­ma do­­lan na­­ğıl­­lar hal-ha­­zır­­da öz bəh­­rə­­si­­ni ve­­rir, çö­­rə­­yə çev­­ri­­lir­­di­­lər. Na­­­ğıl in­­sa­­nı düm­­bə­­lən­­düz, "mos­­to­­voy" yo­­la sa­­lan­­dır. Adı­­­na in­­san de­­yi­­lən kəs­­də daha mən­­də­­kin­dən də az şey ola bil­­məz­­di. Mən­­də cüzi nəsə ça­­tış­­maz­­dı­­sa, ar­­tıq ha­­mı tə­­rə­­fin­­dən bi­­vec sa­­yı­­lar, rədd edi­­lər­­dim. Çıx­­daş olu­­nar­­dım. Mə­­nim möv­­cud­­lu­­ğu­­mun xət­­lə­­ri fə­­la­­kət həd­­din­­də cı­­zı­­lır­­dı. Gün­­də­­lik iki-üç qə­­zet oxu­­ma­­say­­dım, res­­pub­­li­­ka üçün ya­­rar­­sız bir məx­­lu­­qa çev­­ri­­lər­­dim. İki-üç qə­­zet mə­­nim pat­­ri­­ot­­lu­­ğu­­mun mi­­ni­­mal do­­za­­sı idi.

Özü də mə­­nim "ha­­di­­sə"m ma­­raq­­sız ola, ye­­nə dərd ya­­­rı­­dır. Get­­dik­­cə də ta­­rix­­çəm oğ­­lu­­mun lek­­si­­ko­­nun­­da­­kı təp­­tə­­zə söz­­lər­­lə asan­­ca kə­­si­­lir­­di. Xır­pa­dan. Ya­­rı­­da da yox, ar­­tıq ya­­rı­­nın ya­­rı­­sın­­da. Onun söz­­lə­­ri ço­­xal­­dıq­­ca mə­­nim söz­­lə­­rim aza­­lır­­dı. Ba­­la-ba­­la "ha­­di­­sə"min əv­­və­­li­­nə­­cə qıs­­na­­nır­­dım. Onun lek­­si­­ko­­nu mə­­nim fi­­kir­­lə­­ri­­min üs­­tün­­dən qa­­­lın və qa­­ra xətt çək­­mə­­yə çox­­dan bəs edir­­di. Üs­­tə­­lik, söz ba­­qa­­jı hə­­lə da­­im tək­­mil­­ləş­­mək­­də. Lek­­si­­kon­­da­­kı ci­­la­­lan­­ma­­lar ba­­şa ça­­tar­­sa, mə­­nim evim yı­­xı­­lar, ta­­rix­­çə­­min kö­­kü kə­­si­­lər­­di. Oğ­­lum bö­­yü­­yüb ağ­­zı­­mı aç­­ma­­ğa da mə­­nə ya­­saq qo­­ya bi­­lər­­di. Ar­­tıq tər­­bi­­yə­­sin­­də mən­­lik heç nə yox­­du. Bu mə­­nim üçün təh­­qi­­ra­­miz­­di. Qor­­xur­­dum da bir gün mə­­nə mə­­də­­ni tərz­də "ağ­­zı­­nı yum", hə­­lə bir az da uza­­ğa ge­­dib "mum­­la" de­­yə. On­­da öl­­mək mə­­nə qal­­maq­­dan yey olar­­dı. Əsə­­bi­­li­­yi və kəm­­höv­­sə­­lə­­li­­yi­­nə gö­­rə də ar­­vad de­­yi­­nib-dan­­sa­­nır­­dı ki, mə­­nim "ta­­rix­­çə"m axır bu uşa­­ğı də­­li edə­­cək.

- Qu­­laq asıb ki, də­­li də ola?

- Ucun­­dan-qu­­la­­ğın­­dan eşi­dib...

- Eh, özüm öz ta­­rix­­çə­­mi az qa­­la unut­­maq­­da­­yam.

- Elə unut­­san yax­­şı­­dır.

Fil­­hə­­qi­­qə, mən onil­­li­­yi­­ni bu ya­­xın­­lar­­da qeyd edə­­cə­­yim "ta­­rix­­çə"min əv­­və­­li­­ni əz­­bər bi­­lir­­dim­­sə də, son­­ra­­sı­­nın tə­­fər­­rü­­a­­tı­­nı get­-gedə unut­­maq­­da­yam. Hər­­çənd du­­man­­lı şə­­­kil­­də xa­­tır­­la­­yı­­ram da ki, bu ha­­di­­sə­­nin qəh­­rə­­man­­lı­­ğa bən­­­zə­­ri çox­­du. Di gəl, tə­­fər­­rü­­a­­tı mən ar­­tıq "iki"yə da­­nı­­şar­­dım. Düz­­dü, ilk dörd­də bi­­ri "beş"ə, son­­ra­­kı dörd­də üçü  - "iki"yə.

Qəh­­rə­­man­­lı­­ğa bən­­zər ha­­di­­sə­­ni ilk vaxt­lar­­daca üç-dörd yad ada­­ma da­­nı­­şıb, ar­tıq hə­­vəs­­dən düş­­müş­­düm. Bi­­ri or­­ta­­da əs­­nə­­miş­­di. Di­­gə­­ri­­nin­­sə gö­­zü gu­­ya mən­­dəy­­di, am­ma fik­­ri - öz­­gə yer­­də. İn­­di yal­­nız ai­­lə­­də da­­nı­­şıl­­ma­­ğa gü­­man qal­­mış­­dı. Əs­­lin­­də ha­­di­­sə çox­­dan olub keç­­miş, ak­­tu­­al­­lı­­ğı­­nı itir­­miş­­di, hər­­çənd tər­­bi­­yə­­vi ro­­lu hə­­lə qal­­maq­­day­­dı. Bu, məhz uşaq tər­­bi­­yə­­si üçün - sırf ai­­lə­­yə da­­ir klas­sik bir ha­­di­­sə idi. Mə­­nim ki­­mi ad­­sız-san­­sız bir ada­­mın res­­pub­­li­­ka əhə­­miy­­yət­­li bir şir­­kə­­tin bir­­ba­­şa 1-ci rə­­is mü­­a­­vi­­ni­­nə ca­­vab qay­­tar­­ma­­ğı ba­­la­­ca iş de­­yil­­di. Mü­­a­­vin 1-ci yox, 2, ya 3-cü ol­­say­­dı, oğ­­lu­­mu qı­­na­­maz, hət­­ta onu haq­­lı sa­­yar­­dım. 2-ci, 3-cü mü­­a­­vin­­lər əs­­lin­­də rə­­is­­dən son­­ra 3-cü, 4-cü adam­­lar­­dı. 1-ci mü­­a­­vin­­sə - 2-ci idi! 2 - çox uca yer­­di və əl­­bət­­tə, 3 və 4-cü yer­­lər­­dən üs­­tün­­dü. Müa­vin­lər­dən 3, hət­­ta 2-ci də küt­­lə­­yə ya­­xın­­dı­­lar. On­­suz ha­­mı küt­­lə için­­də bir-bi­­ri­­nə xo­­ruz­­la­­nır. Bu­­nun nə ləz­­zə­­ti - bu elə bir qo­­ğan igid­­lik də de­­yil. Mü­­a­­vin­­lə­­rin adı qa­­ba­­ğın­­da­­kı rə­­qəm­­lər bö­­yü­­dük­­cə, və­­zi­­fə­­lər ki­­çi­­lir və on­­lar­­la hər han­­sı de­­yiş­­mə ma­­raq­­sız gö­­rü­­nür­­dü. 1-ci mü­­a­­vin mü­­a­­vin­­lə­­rin iki­­sin­­dən də bö­­yük, tək bir rə­­is­­dən ki­­çik­­di. Tək­­cə rə­­is­­dən ki­­çik olan in­­san mə­­nim gö­­züm­­də çox bö­­yük­­dü. Nö­­zən­­bil­­lah, 1-ci mü­­a­­vin Al­­la­hın əmisi oğ­lu ki­­mi bir şey­­di. Onun rə­­is­­dən ki­­çik­­li­­yi mə­­nim üçün ayıb sa­­yıl­­ma­­ya­­caq­­dı. Gör ha, mən şir­­kət­­də ikin­­ci, mü­­a­­vin­­lər için­­də bi­­rin­­ci bö­­yük ada­­ma bo­­yun əy­­mə­­miş­­dim! İkin­­ci adam olan 1-ci mü­­a­­vi­­nə ca­­vab qay­­tar­­maq elə rə­­i­­sin özü­­nə ca­­vab qay­­tar­­maq qə­­dər hü­­nər­­li bir iş­­di. Ca­­vab mə­na­­sın­­da 1-ci mü­­a­­vin elə rə­­i­­sə bə­­ra­­bər­­di. Bir az ke­­çər­­sə, mən rə­­i­­sin özü­­nə də ca­­vab qay­­ta­­ra bi­­lə­­cək­­dim. 1-ci mü­­a­­vin üzə­­rin­­də məş­­qim rə­­i­­sin ba­­şın­­da çat­­la­­ya­­caq­­dı. 1-ci mü­­a­­vin­­dən rə­­i­­sə­­cən­ki mə­­sa­­fə, mə­­ca­­zi de­sək, bir­­cə ad­­dım­­dı. Hər­­çənd re­­al ka­­bi­­net­­lər ara­­sın­­da­­kı mə­­sa­­fə bir qə­­dər çox, yəni iki-üç, ya üç-dörd ad­­dım olar­­dı. Uzun­qıç adam­­lar­­da­­sa hələ on­dan çox da az. Hə, 1-ci mü­­a­­vi­­nin mə­­nə "ba­­şın­­dan bö­­yük qə­­lət elə­­mə" de­­mə­­si elə bir əla­­hid­­də zi­­rək­­lik de­­yil­­di­­sə, ya elə bir əhə­­miy­­yət kəsb et­­mir­­di­­sə də, mə­­nim ona ey­­ni söz­­lə­­ri qay­­tar­­ma­­ğım zi­­rək­­lik və əla­­hid­­də bir ha­­di­­sə idi. Bu­­nu de­­yən baş­­qa bi­­ri­­si­­nin bö­­yük ti­­kə­­si qu­­la­­ğı boy­­da olar­­dı. Be­­lə söz­­lə­­rin ca­­vabı qa­­nun­­dan kə­­nar yer­­lər­­də, bam­­baş­­qa üsul­­lar­­la ve­­ri­­lir. Keç­­mi­­şi yada sa­laq, xən­­cə­­rin qa­­rı­­na yor­­tul­­ma­­sı və ba­­ğır­­saq­­la­­rın onun ucu­­na do­­lan­­dı­­rıl­­ma­­sı hə­­min üsul­­lar­­dan bi­­ri­­dir. Həd­rə­ca­vab­lıq üçün ca­­na­­var ürə­­yi ye­­mə­­li idin. Mən öz­­lü­­yüm­­də öz söz­­lə­­ri­­mi ana­­liz edir, hər­­dən də oğ­­lu­­ma de­­yi­­rəm ki, bəl­­kə də uşaq­­lıq­­da mə­­nə ca­­na­­var ürə­­yi ye­­dir­­dib­­lər. Ca­­na­­var ürə­­yi­­ni, ola bil­­sin, cız­­bız­­xa­­na­­da so­­xuş­­dur­­muş­­du­­lar. Mən uşaq­­lıq­­da atam­­la tez-tez get­­di­­yim ba­­zar ti­­nin­­də­­ki cız­­bız­­xa­­na­­dan şüb­­hə­­lən­­miş­­dim. Ra­­yon mər­­kə­­zi­­nin ka­­bab­­xa­­na, ələl­­xü­­sus ye­­mək­­xa­­na­­la­­rı­­na şər ata bil­­məz­­dim.

Əsas kəs­­kin yer söh­­bə­­ti­­min or­­ta­­la­­rın­­da ola­­caq­­dı ki, özü­­mü-sö­­zü­­mü ora heç cür çat­­dı­­ra bil­­mir­­dim.

- Ay ata, bəs­­dir, qoy bir te­­le­­vi­­zo­­ru­­mu­­za ba­­xaq!.. - de­­yə­­cə­­yim söz­­ün dörd­də bi­­rin­­də oğ­­lu­­mun səb­­ri tü­­kə­­nir.

Qu­­du­­ra­­san qur­­ba­­ğa!

- Bax, ba­­la, bax! O te­­le­­vi­­zor, o da sən, - kü­­süb ke­­çi­­rəm ya­­na­­kı ota­­ğa. An­­caq küs­­mə­­yi­­min kə­­sə­­ri-za­­dı ol­­mur­­du. Hör­­mət­­siz ada­­mın küs­­mə­­yi­­nə kim­­di vız atan. Onun əx­­la­­qın­­da ba­­rış ele­­men­­ti yox­­du: gə­lib boy­numu qu­caq­­la­­ya, üzr is­təyə, ay-hay... Düz­­dü, səhv özüm­­də­dir, ona bu ko­­du özüm qoy­­ma­­mış­­dım. Bu gə­­də heç bir  ha­­di­­sə­­nin təf­­si­­la­­tı­­nı sev­­mir­­di. Bu xa­­siy­­yət­­lə in­­san­­lıq ta­­ri­­xin­­də na­­dir nüs­­xə idi. Bir də­­fə mək­­təb­­lə­­ri yan­­mış­­dı. On­­dan cə­­mi bir-iki otaq­­da­­kı alov ba­­rə­­sin­­də xə­­bər qo­­pa­­ra bil­­dim. Gə­­rək sö­­zü on­­dan maq­­qaş­­la çə­­kə­­sən. "Təf­­si­­la­­tın nə əhə­­miy­­yə­­ti?" - qır­­mı­­zı-qır­­mı­­zı o da mən­­dən so­­ru­­şur.

"Bay, doğ­­ru­­dan, nə əhə­­miy­­yə­­ti?"

Mən bil­­mək is­­tə­­yər­­dim: mək­­təb bü­­töv ya­­nıb, ya elə si­­nif­­lər­­dən bir-iki­­si?

- Tu­­taq ki - bü­­töv.

- Sən gəl mə­­nim­­lə mə­­ca­­zi da­­nış­­ma.

- Dü­­zəlt­dir­­mək is­­tə­­yir­­sən mək­təbi?

- Yox.

- Bə on­­da ni­­yə so­­ru­­şur­­san?

Onun fik­­rin­­cə, təf­­si­­la­t - öm­­rün boş-bo­­şu­­na iti­ril­məsi, ye­­lə ve­­ril­­mə­­si­­dir. Təf­­si­­lat ha­­di­­sə­­nin tək­­rar­­lan­­ma­­sı qə­­dər uzun və da­­rıx­­dı­­rı­­cı­­dır. Lü­­zum­­suz­­dur. Gə­­lən əsr­lər­­də, de­­yir, təf­­si­­la­­tı sev­­mə­­yə­­cək­­lər. Mək­­təb ya­­nıb­­sa, bu pro­­ses ar­­tıq da­­nı­­şıl­­ma­­ğa la­­yiq de­­yil. Ta­­rix - əhə­­miy­­yət­­siz­­dir. Mən şir­­kət rə­­i­­si­­nin 1-ci mü­­a­­vi­­ni ilə de­­yiş­­mə­­min dörd­də bi­­ri­­ni hə­­mi­­şə ona gö­­rə da­­nı­­şa bi­­lir­­dim ki, oğ­­lu­­mun ba­­şı qa­­rı­­şıq olur­­du. Ayı­­lan sa­­at­­da­­ca söz­­lə­­rə dər­­hal nöq­­tə qo­­yul­­ma­­lı idi. Yox­­sa ev­­də mü­­ha­­ri­­bə qo­­par­­dı. Də­­li­­di də-ə - də­­li­­nin buy­­nu­­zu ol­­mur ki! Mən boy­­da ki­­şi, gö­­zü­­mün ağı-qa­­ra­­sı olan əziz-xə­­ləf bir zür­­yə­­tə, 1-ci mü­­a­­vi­­nə de­­di­­yim qı­­zıl ki­­mi - "özün ba­­şın­­dan bö­­yük qə­­lət edir­­sən" söz­­lə­­ri­­mi hə­­lə heç cür çat­­dı­­ra bil­­mə­­miş­­dim. Adam ya­­nıb-tö­­kü­­lür, lap cız­­da­­ğı çı­­xır. Üs­­tə­­lik, ata qəl­­bim döz­­mür: ta­­rix­­çə­­min ya­­rım­­çıq­­lı­­ğı onun ha­­fi­­zə­­sin­­də fa­­ci­­a­­nə iz­­lər bu­­ra­­xa bi­­lər­­di. Ya­­rım­­çıq­­lıq on­­da heç vaxt hər han­­sı bü­­töv­­lü­­yə gə­­ti­­rib çı­­xar­­ma­­ya­­caq­. Am­­ma o, ve­­ci­­nə də al­­mır. Əl­­bət­­tə, bu bir ak­­si­­o­­ma­­dır ki, an­­la­­ma­­zın dər­­di­­ni an­­la­­yan çək­­mə­­li­­dir. Həm də be­­lə çı­­xır, mən ölüb ge­­də­­cək, ta­­rix­­çə­­mi özüm­­lə apa­­ra­­caq­­dım. Bə­­di­­iy­­ya­­tı sev­­səy­­di, əh­­va­­la­­tı ki­­mə­­sə yaz­­dı­­rıb ona oxut­­du­­rar, ata­­lıq bor­­cun­­dan çı­­xar­­dım. Ci­­yər­­pa­­rə­­min dün­­ya­­sın­­da har­­mo­­ni­­ya mon­­ta­­jı mə­­nim boy­­num­­da­­dır. Hər hal­­da, bə­­di­­iy­­ya­­tı eh­­ti­­yat va­­ri­­ant ki­­mi sax­­la­­mış­­dım.

* * *

Bir ax­­şam ye­rimə uza­­nıb, elə in­­di­­cə ya­­rım­­çıq kə­­sil­­miş ta­­rix­­çə­­min ağ­­rı-acı­­sı­­nı çə­­kər­­kən, ata­­mın ya­­rım­­çıq ta­­rix­­çə­­si ya­­dı­­ma düş­­dü. Da­­la­­ğım sanc­dı: ba-ho, vay-vay, sə­­bəb bu imiş. Əv­­vəl se­­vin­­dim­­sə də, son­­ra mə­yus ol­­dum. Se­­vin­­cim bir, uzaq ba­­şı iki-üç də­­qi­­qə çək­­di. Düz­­dü, sə­­bəb  ta­­pıl­­mış­­dı. Am­­ma nə ol­­sun. Nə fay­­da­­sı. Ata­­mın ya­­rım­­çıq ta­­rix­­çə­­si qəl­­bim­­də zoq­­qul­­da­­ma­­ğa, nəbz ki­­mi at­­ma­­ğa baş­­la­­dı. Ya­­dı­­ma gə­­lir, on­­da təf­­si­­la­­tı mən də xoş­­la­­ma­­mış­­dım. Ata­­mın ta­­rix­­çə­­si pik ye­­ri­­nə ça­­tan­­da kə­­sil­­mə­­li idi. Mən də ata­­mın ta­­rix­­çə­­si­­nin an­­caq ma­­raq­­sız yer­­lə­­ri­­ni eşit­­miş­­dim. Onu yük­­səl­­də­­si qəh­­rə­­man­­lıq yer­­lə­­ri­­nə ça­­tan­­da sö­­zü hə­­mi­­şə ağ­­zın­­da qoy­­muş­­dum. Oğ­­lum bu xa­­siy­­yə­­ti mən­­dən gö­­tü­­rüb­­müş. Xa­­siy­­yə­­tim ona qan­­la ke­­çib. Bəl­­kə nə­­vəm də oğ­­lu­­mun hə­­ya­­tın­­da baş ve­­rə­­si qəh­­rə­­man­­lıq, ya ona bən­­zər ha­­di­­sə­­nin ta­­rix­­çə­­si­­ni ya­­rı­­da­­ca dur­­du­­ra­­caq­­dı. De­­yir, et­­mə - edər­­lər. Ta­­rix ya­­rım­­çıq­­lı­­ğı ai­­lə ənə­nə­­si­­nə çev­­ril­­mək­­dəy­­di. Bi­­zim ai­­lə­­də­­ki ən yax­­şı və mü­­hüm ha­­di­­sə­­lər ya­­rım­­çıq, həm də ma­­raq­­sız ta­­rix­­çə­­lər şək­­lin­­də nə­­sil­­dən-nəs­­lə ötü­­rü­­lə­­cək­­di. Biz­­də ko­­roğ­­lu­­luq bü­­töv tərz­də müm­­kün de­­yil­­di.

Əcəb baş­­da­­şın­dakı şə­k­lini dil­­lə­n­dirə bi­­ləm, ge­­dib bir vaxt ya­­rım­­çıq kəs­di­yim, ağ­zın­da qoy­du­ğum ta­­rix­­çə­­si­­ni atam­­dan da­­nış­­ma­­ğı xa­­hiş edəm. Axı­ra­can. Gec­­di­­sə də. Qı­­lın­­cı­­nın da­­lı da, qa­­ba­­ğı da kə­­sən bir ray­­kom iş­­çi­­si­­ni o, ha­­çan­­sa "Krım tül­­kü­­sü" ad­­lan­­dı­­rıb­­mış. Ray­­kom iş­­çi­­si döv­­lə­­tin yun pla­­nı üçün al­­tı­­mız­­da­­kı yor­­ğan-dö­­şək­­lə­­ri sök­­mə­­yi ona əmr edib­­miş. Atam da, ay qo­­çaq, döz­­mə­­yib, dər­­hal sağ əlin baş bar­­ma­­ğı­­nı şə­­ha­­dət və üçün­­cü bar­­maq­­lar ara­­sın­­dan qa­­ba­­ğa itə­­lə­­mək­­lə "bu­­nu alar­­san" de­­yib­­miş. Əl­­bət­­tə, bu ədəb­­siz, la­­kin cə­sa­rət­li re­­ak­­si­­ya­­nın qəh­­rə­­man­­lı­­ğa bən­­zə­­ri çox­­du. Əf­­sus, əh­­va­­la­­tın son­­ra­­kı təf­­si­­la­­tı­­nı bil­­mi­­rəm, çün­­ki onu axı­­ra­­can din­­lə­­mə­­mi­­şəm. Bəl­­kə son­­ra ata­­mı tut­­muş­­du­­lar da - nə bi­­lim. Ma­raq­lan­ma­mı­şam. Mən on­­da uşaq ol­­mu­­şam; san­­ki eş­­şək ol­­ma­­ğa hü­­qu­­qum ça­­tıb. Həm də mü­­əy­­yən vaxt­da eş­­şək­­lik adama şi­­rin gə­lir. Bu­­nun uşaq hü­­qu­­qu prob­­lem­­lə­­ri içə­­ri­­sin­­də məx­­su­­si ye­­ri var. Uşaq­­lar­­da eş­­şək­­lik to­­xu­­nul­­maz­­dır, mü­­qəd­­dəs­­dir. Son­­ra nə qə­­dər bö­­yü­­düm­­sə də, ata­­mın ta­­rix­­çə­­si­­ni axı­­ra­­can din­­lə­­mək is­­tə­­mə­­dim. Eş­şək­li­yim vər­diş halı al­mış­dı. Bir növ, qür­­rə­­lən­­mə­­yi ona ya­­saq elə­­miş­­dim. Ki­­şi­­nin öm­­rün­­də­­ki qəh­­rə­­man­­lı­­ğa bən­­zər ye­­ga­­nə iş da­­nı­­şıl­­ma­­mış qal­­dı - ya­­rım­­çıq. An­­caq atam ha­­di­­sə­­ni ədə­­biy­­yat yo­­lu ilə mə­­nə çat­­dır­­maq ba­­rə­­sin­­də bir şey dü­­şü­­nə bil­­mə­­miş­­di. Bu sa­­hə­­də mən on­­dan bir, ya bir ne­­çə ad­­dım irə­­li­­də idim. Əh­­va­­la­­tı­­mı oğur­­luq-do­­ğur­­luq yol­­lar­­la oğ­­lu­­ma so­­xuş­­dur­­ma­­ğa da həd­­siz qə­­rar­­lı idim. Çə­­ti­­ni on­­da bə­­di­­iy­­ya­­ta hə­­vəs oyat­­maq­­dı. Mən də ata­­mın ta­­rix­­çə­­si­­nin yal­­nız əv­­və­­lin­­ci dörd­də bi­­ri­­ni xa­­tır­­la­­yır­­dım. Son­­ra­­sın­­dan xə­­bər­­siz­­dim. Qəh­­rə­­man­­lı­­ğa bən­­zər ha­­di­­sə da­­nı­­şıl­­ma­­yıb mə­na­­sız ol­­muş­­du. Təf­­si­­la­­tı bir kəs eşit­­mə­­miş, gö­­rən­­lər­­sə ar­­tıq onu unut­­muş­­du­­lar. Ata­­­mın ta­­rix­­çə­­si­­ni, Al­­la­­hın oğ­­lu gə­­lə, bər­­pa edə bil­­məz­­di.

 

Ta­­rix­­çə­­lə­­ri­­miz ya­­rım­­çıq­­lı­­ğa məh­­kum­­du­­lar. Biz­­də­­ki tə­­zə ai­­lə ənə­nə­­si ar­­tıq də­­mir-be­­ton ki­­mi möh­­kəm­­di. Ənənə ya­­ran­­dı­­sa da, de­­mon­­taj olun­­mur və di­­gər də­­mir-be­­ton ənə­nə­­lə­­rə pa­­ra­­lel tərz­də son­­suz­­luq səm­­ti­­nə uza­­nır. Dün­­ya­­da heç də hər şey in­­sa­nın öz əlin­­də de­­yil. İx­­ti­­ya­­rı­­mız az şe­­yə ça­­tır.

 

11.X.1998 - 17.II.1999

Digər xəbərlər

Düzbucaqlı “QİRYƏT” yazısı

54 ziyalı Rafiq Tağı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Sabir polemikası davam edir

Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb

Azərbaycan Türklərində Esxataloji Duyum

Şərhlər