Kənddə qar

Tarix: 22-07-2017 16:32
Baxış sayı: 2441

Kənddə qar

Qar yağır,

                papağım ağrayır...

Əskər meyitlərinə

                yağardı vaxtilə,

                uzun şinelli...

Tələbə daxmamıza

                yağardı bir vaxt

                                üstü qırlı,

Karvansara ətrafında

Qar

                qəlbimə düşərdi,

                                gülüm,

Güləndə sən

Təcrübəsiz bir oğlana.

...Atasına söydülər

                bayaq

Kəndli qızlar,

Şit bir kişinin.

Qar yağır

                və qəflətən

oraq kimi it hürüşü

biçir səssizliyi,

biçir düşüncələrimi.

Rafiq Tağıyev

Həsənli kənd xəstəxanasının baş həkimi

Digər xəbərlər

Boz inqilab

"ÖLÜ ƏDƏBİYYATIN ƏLAMƏTLƏRİ" Tehran Əlişanoğluna

Mədəniyyət və sivilizasiya mövzusuna qayıdış (Nikolay Berdyayevlə mübahisə cəhdi) /İntibah həsrəti/

Faciə: şərq-qərb konteksti

Köhnəlmiş mədəniyyətlər səmtində düşüncələrim

Şərhlər