Qış gəldi

Tarix: 22-07-2017 16:32
Baxış sayı: 2165

Qış gəldi

Qış gəldi,

                                Balam,

boynu qalxdı

                     paltoların...

Tələbələr üşüdü

                yataqxanalarda.

Bu qırğında

                      görüş olmaz,

                                   gülüm,

Gəl taksi saxlayaq...

Balkonlarda

                yellənir xəzri,

Sərili köynək kimi.

Paltodan keçir

                                külək.

Soyuq dəyməsə

                                Yaxşıdır

Növbətçi milisionerə

Qış gəldi,

                                Balam,

burnunun ucu qızardı

                      arıq qızların...

Digər xəbərlər

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

TOĞ­­RUL­­NƏ­­Rİ­­MAN­­BƏ­­YOV RƏS­­SAM­­LAR

Yazıçı Rafiq Tağının Kulis.az-a müsahibəsi

Həmid Herisçi - bizdə postmodernizmin sahibi

"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı yazıçı Rafiq Tağıdır

Şərhlər