Qatardan düşən kimi

Tarix: 22-07-2017 16:30
Baxış sayı: 1933

Qatardan düşən kimi

Gözlərimə doldurmağa

                                başladım

                                kəndimizi.

Onun qoynuna atılacağam

                                indicə.

Əllərimdən hərarət

                bağışlayacağam

Evimizin qapılarına,

Səsim divarlara

                sürtəcək özünü.

Anama özüm boyda

                Sevinc verəcəyəm.

Bəlkə də namazı üstünə

                çıxacağam nənəmin,

Nənəmin fikrində

                Yanaşı duracağam

«O bir olan allaha».

Bilirəm,

    təbəssüm açılıb indi

gül kollarımızda,

     təbəssümlə nəfəs-nəfəsə

                                dayanacağam

                                         bir azdan.

Xatirələr dolaşmır daha

                                əl-ayağıma,

Evimiz indicə

                atamın qayğısı əkilmiş

bir ətək vətən

çıxaracaq qabağıma

16 avqust, 1969-cu il

Digər xəbərlər

Оt tayası ili

Qatilə didaktika dərsləri

Keçmiş və gələcək nağılı. Korrida

YA­­­­RIM­­­­ÇIQ TA­­­­RİX­­­­ÇƏ­­­­LƏR

Düzbucaqlı “QİRYƏT” yazısı

Şərhlər