Rafiq Tağı mükafatının qalibləri bəlli oldu

Tarix: 25-03-2015 11:10
Baxış sayı: 592

 

Dalğa Gənclər Hərəkatı 2012-ci ildə təsis etdiyi və mərhum yazıçı Rafiq Tağının  xatirəsini əbədiləşdirmək məqsədi ilə “Rafiq Tağı Mükafatı”nın builki qalibləri müyyənləşib.  


Qaynar.info xəbər verir ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnistutunun mətbuat zalında baş tutan mükafatın təqdimetməsində Azərbaycan cəmiyyətinin aydınlaşması istiqamətində göstərdikləri xidmətə görə Zahir Əzəmət, Rasim Qaraca, Günel Mövlud və Fəxri Hacıbəyli mükafata layiq görülüblər.

Presdura uyğun olaraq Mükafat üzrə birinci yerə layiq görülən Zahir Əzəmətin hərəkat tərəfindən kitabı çap olunacaq. Digər qaliblər olan Rasim Qaraca, Günel Mövlud və  Fəxri Hacıbəyli isə diplom və pul mükafatı ilə mükafatlandırılıblar.

Qeyd edək ki, ötən il bu mükafata Ağalar Məmmədov, Elnur Astanbəyli və Seymur Baycan layiq görülüb.

Qaynar.info


http://qaynar.info/xeber-rafiq-ta-mukafatnn-qaliblri-blli-oldu-t21271.html

Digər xəbərlər

Gənc Qraf Kenterberiyski

Hadi Qaraçay "Ölüm elçiləri"

Azərbaycanda siyasi idilliya ərəfəsi

Şahzadə Dipendranın məhəbbəti

Britaniyalı jurnalist Qərbi R.Tağıyla bağlı susqunluğa görə "yıxıb-sürüdü"

Şərhlər