Düşmən dostlar
İran və Yəhya Taşdələn
Azərbaycanımızın təhqirlərinə dözməyək!
...Düşmənlərimizin də əksəriyyəti dostlarımız.
Biri bu İran. Apardığı müharibələrdə taktiki hərbi gedişlərlə yox, ancaq insan
qırğını ilə Pirr qələbələri çala bilən dövlət. İran özünü teokratik islam dövləti elan
etməklə indiyəcənki dəyərlərinin üstündən elə özü xətt çəkmiş oldu.
İran tarixi, sadəcə, nağılvari hadisələr yığnağına çevrildi. Onsuz da bu tarix gələcəyi
ehtiva etmirdi. Gələcəyə işıq ötürmədiyindən darıxdırıcıdır. İran tarixi yalnız
lokallıqda əhəmiyyət kəsb edir.
İran tarixçiləri narsisizmə yuvarlanıb. Farsların türklərə sürrealistcəsinə yuxarıdan
aşağı baxmağa qəti ixtiyarı yoxdur.
Türklər onlardan fərqli Yer üzündə uçuşlar etmiş, düşdüyü torpaqlarda ən yeni
mədəniyyətlər yarada bilmişdir.
Türklər dünyaya yeni əxlaq nümunələri verib. Türklər dünya tarixinin inkişaf
gələcəyidir.
İran çağdaş dünyada qorxunc bir mif olaraq mövcuddur. Halbuki ən qorxunc
miflər bir uşaq barmağı ilə də dağılandır.
İran yalnız öz vətəndaşının başına daş salmağa qadirdir. İrandakı dini rejim insan
təbiətinə ziddir.
Azadlıqlar dini postulatlarla, olmayan müqəddəsliklərlə əldən alınır.
Bahar bayramını islama zidd sayan ali dini liderindən tutmuş, zəlzələlərin səbəbini
hicabsızlıqda görən ayətullahına qədər, on ikinci imam Mehdi Sahib əz-zamanı
İranda şəxsən özü gözləyən Mahmud Əhmədinejaddan tutmuş, Azərbaycan
Prezidentinə hədə biçən qoçu generalına qədər – mücərrəd dəyərlərlə yaşayan bir
dövlət uzun yaşaya bilməz. Zikrləri sonraya saxlamaq da olar, kəfən-papaqlarını
qabaqlarına qoyub düşünməyin çoxdan vaxtı çatıb.
Dini dəyərlərlə dövlət idarəçiliyinin absurdluğu dünya tarixində çoxdan sübuta
yetirilib. İranda savad barı bunasa da çatmadı?
Gündə milyon kərə “inşallah”-“maşallah” deməklə Allah sənə mehr salmayacaq.
Ona qalsa, səhərdən axşama namaz qılan, “inşallah-maşallah” deməkdən dili
köndələn durmuş Somali vətəndaşlarının balaları skeletə dönməz, bir tikə çörəyə
möhtac qalmazdı. Somali vətəndaşı zikr və dualara itirdiyi vaxtı Allaha xoş gələn
real faydalı əməllərə sərf etsəydi, qarnı dalına yapışmazdı.
Dua etməklə həyat qurulmaz. Pozitiv dövlət quruculuğu Allaha dualardan daha
yeydir.
***
Düşmən dostun biri də Türkiyə məskunu Yəhya Taşdələndir.
Hələ məqsədə yetmək üçün bütün vasitələri məqbul sayan digər
makiavellistlərimizi, nifrin və zəqqum dolu yazılarına bol-bol yer ayıran başqa
qəzetlərimizi demirəm, 24 iyulda “Xural”ın 166,85 kv.sm-də marığa durub,
Azərbaycana köhnə və paslı bir tapança tuşlamış bu insanın”xalqım” adlandırıb da
bizə ürəyi yanır. “Artık uyanmalısın” – ardınca da “!!!”. Yəhya Taşdələn
Azərbaycan xalqını dövlət çevrilişlərinə səsləyir. Azərbaycanda hərc-mərclik ona
və onun kimilərə sərf edər, gümanındayam.
Sülh və dinclikdə yox, yalnız hərc-mərclikdə, dövlət çevrilişinə bu səsləyişində artıq
cani sayılası, taşdələnlərə qazanc var. Azərbaycan sivil tərəqqi yoluna düşdükcə
fırıldaqçıların imkanı azalır, getdikcə də tükənir.
Azərbaycanda mütərəqqi həyat yəhyataşdələnlərin faciəsidir.
Mikrobların inkişafı üçün münbit “aqar-aqar” mühiti Azərbaycanda yoxa çıxır,
“arkadaş”!
***
Qəzetlərimizdən gileyim var. Sensasiyanın da Azərbaycana gərəkli olanı
seçilməlidir.
Qonşu ölkələrdən Vətənimizə sarmaşan dılğırlara münasibətdə qəzetçilikdən
üstün vətəndaşlığımız yadda saxlanmalıdır, məncə.
Sən, qəzetçi olaraq, söz və mətbuat hüquqlarını pırpız saçların üzərinə qaldırıb da,
Azərbaycanı yıxmalı deyilsən.
Azərbaycan hüquqlardan üstündür.
13 avqust 2011-ci il