Qardaşxan Əzizxanlı Rafiq Tağıya şeir

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 3845

 

Haqqarar

***
 
Rafiq Tağıya
 
Ay sarvanı ulduz karvanı
karvansaray oldu göy üzü
qaranlığı alaq eləmək
əldən saldı ayı ulduzu
 
tum ağ çıxdı qara qabıqdan
günəbaxan gün baxdı yerə
çırtlayan kim bu günü tum tək
toxum kimi əkən kim ömrə
 
bir-birinə buta verildi
gün yerə yer günə vuruldu
günbatanda yerlə qol boyun
olan yerdə günəş vuruldu
 
***
 
Dünya beş gündür
19-dan 23-nə kimi
özü də 2011-ci il noyabr ayının
əlbəttə hicri şəmsi yox
miladi
lap sadə mil mil adi
 
hicri qəməri
hicranı Qəmərin
 
yanı njdesi
at ilinin müjdəsi
icra atı dayanıb
icra gəmisi batıb
 
ey qatil
ey qafil
ey batil
ey baxil
naqafil çıx üzə
 
süni qəsdçi
süst araşdırıcıları yanılt
məst qızışdırıcıları soyut
et icrasızlara qarşı bunt
çıx yaşıl düzə
milsiz qəhrəman ol
mil mil tarixdə qal
 
ən əsl mükafat
Lebon Nobeli
bütün ölkələrin bəbələri
nə edir etsin
kütlə psixologiyasına
 
hə dostlar mən deyim
siz məsələni necə qoyun
soldan sağa yazılanı
sağdan sola oxuyun

Digər xəbərlər

Başının üstündə buynuz kimi ay

XX yüzildə qərbə son baxış konturları

Mİ­­­KE­­­LAN­­­CE­­­LO­­­NUN SƏHV­­LƏ­­­Rİ

Rafiq Tağının Milli.Az xəbər portalına müsahibəsi

Sürreallıqlarımız

Şərhlər