Yazıçı Rafiq Tağının ölümünün 40-cı günü tamam oldu

Tarix: 25-03-2015 11:10
Baxış sayı: 1769

Yanvarın 2-də yazıçı Rafiq Tağının ölümünün 40-cı günü tamam olub. 
 

Həmkarları, jurnalist dostları Rafiq Tağının qəbri üstündə anım mərasimi keçiriblər.

Yazıçı-publisist Əjdər Ol və filosof Asif Atanın davamçılarından İşıqlı Atalı çıxış edərək Rafiq Tağının Azərbaycan üçün əhəmiyyətindən danışdılar, ümid etdilər ki, yazıçının qatili tezliklə tapılacaq.
 

Noyabrın 19-da Rafiq Tağını naməlum şəxs bıçaqlamışdı. O, çoxlu bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxa bilmişdi. Noyabrın 23-də isə yazar xəstəxanada keçinib.


Rafiq Tağı həm İran rejimi, həm də hakimiyyət əleyhinə tənqidi yazılarla tanınırdı.
 
Yazıçı-publisist Rafiq Tağı xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.
 
Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.
 

http://www.azadliq.org/content/article/24439863.html

Digər xəbərlər

Rafiq Tağının kulis.az-a müsahibəsi

"Qafqazın qartalı Şaumyan belə..(S.Vurğun)

Azərbaycanda hüquq idilliyası həsrəti

QO­­­CA OĞ­­­LAN

MOL­­LA

Şərhlər