Boz inqilab

Tarix: 13-06-2024 00:11
Baxış sayı: 132

Konspekt

Nədən başlayaq. Ən yaxın xatirələrdən. Müxalifət Azərbaycanda bir inqilab rəsmi
çəkmək istədi - yaxud çəkdi, amma boz alındı. Görünür, narıncı üçün boya
çatmayıb. Üçüncü tip dövlətlərdə impressionist üslubda yaradıcılığa vəsait həmişə
azlıq edir.

İmpressionizm inkişaf etmiş, boyası çox ölkələrin məhsuludur. Yox, rəsm şəklində
izah uğursuz oldu... 

Keçək teatr dilinə və belə deyək: müxalifət Azərbaycanda inqilab rolu oynamaq
istədi, alınmadı. Görünür, bizimkilər inqilab aktyorluğu məktəbi keçməyib. Həm də
inqilabçılıq savad tələb edir. Partiya qeybətçilərimiz ərəb inqilablarından
avamcasına ruhlandılar. Onların inqilabçılığı yumşaq və bərk yerlərinə vurulan beş-
on kötəklə söndü.

Demokratiya üzrə demaqoq Pənah Hüseyn inqilab təsəvvürünün yetkinliyi üçün
hədsiz yumru idi. 

Qardaşlar, xalq etirazları ilə müxalifətin hərəkət üslubları üst-üstə düşmür. Ülgü
düz gəlmir. Həm də millət öz problemlərinin həlli üçün teatrallığı xoşlamır. 
Bir vaxt Azərbaycan Xalq Cəbhəsi Mixail Qorbaçovun verdiyi müstəqilliyi öz adına
çıxdı. Əbülfəz Elçibəyin hakimiyyətə gəlişi bu plagiatlığı həqiqətə oxşatdı. “KQB”
arxivlərini “kliçka”larıyla bəzəyən “cəbhə”çilər bu yalançı müəllifliyə özlərini
inandırdılar da. 
Qardaşlar və həm bacılar, sivilizasiya gücləndikcə, siyasi inqilablara ehtiyac
duyulmaz. İnqilablar bəşəriyyətin vəhşi dövrləri üçün səciyyəvi idi. Artıq inqilablar
bu vəhşiliyin yenidən təzahürü olaraq qavranılır. İndi siyasi inqilablar qeyri-mədəni

millətlərin dəsti-xətti olaraq qalmaqdadır. Elə bilirsiniz, ərəb ölkələrində inqilab
baş verir? Əlbəttə, yox. Ərəblərin vəhşi çığırtılarına inqilab demək biz tərəfdən
profanlıq olardı. Sadəcə, oralarda Qərb ölkələrindəkinə oxşar həyat qurmaq
istəyirlər. Bilmirlər də ki, xoş həyat evini atılıb-düşməklə, tələsgənliklə yox, qarışqa
kimi işləməklə, əməklə tikərlər. Bəşəriyyətə yalnız evolyusion inkişaf xasdır.
İnqilablar əslində əxlaqdan kənar, dediyimiz kimi, təhtəlşüurdakı vəhşi kodların
ictimai həyata inikasıdır. Vəhşi kodlardan törənən həyat insana xoşbəxtlik
gətirməz. İnqilabların nəticəsi həmişə müvəqqəti olub. Fransa inqilablarından
yadda qalan ancaq qandır. Rusiyadakı Oktyabr inqilabı da kütlə bətnindəki qara
yığıntının əcaib mənzərəsindən ibarət idi. Ərəblərin qeyri-mədəniliyi islamdan
yapışıb qalmalarındadır. Mədəni olsaydılar, ölkələrindəki diktaturalara çoxdan yox
deyərdilər. Onlarda demokratiya onsuz da bərqərar olan deyil. Mən “demokratik”
ərəb dövlətlərinin başında həmişə diktatorların oturacağını proqnozlaşdırıram.
Ərəb ölkələrində azadlıq həmişə keyfiyyətsiz olacaq.

Tarixən Azərbaycan xalqı inqilabları sevməyib. Bu onun içindəki harmoniyadan
xəbər verir. Bizi daim inqilablara sürükləyiblər. 

Azərbaycan xalqına qeyri-mədəni millətlərdən nümunə götürmək yaraşmazdı.
...Narıncı yaxşı rəngdir.

17 may 2011-ci il

Digər xəbərlər

Həmişəlik dinc tramvaylı şəhər

Tehran Əlişanoğlu Sabir polemikasına qoşuldu

Keçmiş və gələcək nağılı. Korrida

Elnarə Akimova: "Rafiq Tağı haqqında elegiya"

Seymur Baycan: "Doktor"

Şərhlər