Azərbaycanda hüquq idilliyası həsrəti

Tarix: 13-06-2024 00:06
Baxış sayı: 154

Qardaşlar, Azərbaycanda şər yenə fəallaşdı, hüquq aktuallaşdı. Əfsus, bizdə hüquq
qazı təcrübəsindən formalaşıb. Çağdaş qazılarımız cinayət və cəzanı kasıb-kusuba,
yetim-yesirə aid işlər bilir. Bizdə əsl canilər müqəddəs kimidilər. Bizdə müqəddəs
cinayət edib cəza görməyən insana deyilir. Əlbəttə, bu heç.
 
Həri, Azərbaycanın baş prokuroru timsalında hüquqi profanasiyanın da şahidi
olduq. O, təqsirsizlik prezumpsiyasından bixəbərmiş. Ona qalsa, 1913 təvəllüdlü,
prezumpsiyadan bixəbər nənəmin də baş prokuror olması mümkündür. Təqsiri
yox, ən birinci təqsirsizliyi əsas götürməsi baş prokurorun əxlaq göstəricisi sayıla
bilərdi. Görün ki, hüquq pompadurumuz hələ təsdiqlənməyənlər barəsində  -
“onlar cəzadan qurtula bilmərəm: cinayətim vacib deyil. Yox ancaq, onsuz
cinayətim var: bu, insan haqlarını tapdalayan padşahın əməllərinə göz
yummağımdır.
 
Azərbaycana hüquq Avropadan gətirilib; bu alabəzək toyuq yerli şəraitdə heç cür
yumurtlamır.
Onun Avropa Şurasına girməklə demokrat olacağı mənim haçansa dönüb erməni
olacağım ehtimalı qədərdir. Bilən bilir, bilməyən bilsin, kommunist heç vaxt
dəyişməz. Həm də onu desəm olar, deməsəm olmaz ki, əsl kommunist güləndə də
iblis kimi gülür. Mən kommunistləri qıdıqlamaqla onlara həqiqi gülüş öyrətmək
istərdim.
 
Həri, qardaşlar, üstəlik, bacılar, dövlət başçısı tutdu-basdı kommunizm nostaljisinə
düçardır... Gözlədiyim kimi də, zəhmətkeşlər yenə qabağa çıxmada, dövlət
başçısından hərəkət tələb etmədə...Ə, bu “zəhmətkeşlər” nə tərbiyəsiz şeydilər!
Həm də həyasız. Mən “zəhmətkeş” dilinə düşməyi düşmənimə də rəva bilməzdim;
düşmənin də bala-bulası var. Azərbaycanda “zəhmətkeş” demək nə demək: şər
xidmətçisi. Bu “zəhmətkeşlər xalqımın əxlaqsızlaşması əlamətidir. Bizim indiki
“zəhmətkeşlər” keçmiş Sovet zəhmətkeşlərinin törəmələri və həm onların
oxşarıdırlar. Bir az gedək o yana. Padşahımızda totalitarlığa imkan yox. Buna onun

gümanı da yox. Respublikamızın bir-iki bombalıq canı var. Həm də yeriyəndə
güllələməyələr, sərhədlərimizi beş-üç günə piyada gəzib qurtarmaq olar.
Padşahımızın qismətinə balaca respublika düşüb; onun Allahı tanımamağa ixtiyarı
var. Azərbaycanda güc strukturları yalnız öz xalqının başında qoz sındırmağa
qadirdir. Bunun texnolojisi belədir: qozu qoyurlar adamın başına, çırt, üstdən
vurub sındırırlar. Düzdü, bu zaman qoz başın içinə də girə bilər. Hərbçilərimiz atəşi
havaya yağdıranlardır; güllələrimiz yalnız oksigen atomlarını dəlib keçir. Polisimiz
sanki xırda işləri açmaq üçün yaradılıb. MTN-in şakəri yalançı dövlət çevrilişləridir.
Ancaq mağıl onun “tapdığı” “krupnı” cinayətlər ölkəmizi Avropa dövlətlərinə
bənzədir. İndi də gələk bu yana.
 
“Azərbaycanda məhkəmə xalq teatrı növüdür” – haçansa dediyim, sonra da
yazdığım bu köhnə fikrin üstünə təzədən qayıdıram. Sosrealizm üslubunda
olacaqsa da, vodevil səciyyəli bu təzə tamaşanın personajları artıq seçilib. Burda
bizim işimiz nə: baxmaq, zar-zar ağlayıb, qah-qah gülmək...
 
 
“Üç nöqtə”, xüsusi buraxılış, 27.08.2000

Digər xəbərlər

Şərq – Qərb əsəb tarixi (unudulası yazı)

“Azərbaycan ədəbiyyatşünaslığında riya elementləri” İntibah həsrəti.

PAR­LAQ QUŞ

Kurort zonasında müharibə

Eklektik fikirlər

Şərhlər