ALMANLAR HAQQINDA HƏQİQƏTLƏR Alman (faşist xalqının psixoloji portreti)
Bəşəriyyət almanlara münasibətdə böyük etik çərçivələr gözləmədə. Amma nahaq.
Bir vaxt faşizmi milli firavanlıq vasitəsinə çevirmiş millətə yüksək etik yanaşmalar
yersizdir. Faşizm alman xalqının XX yüzilin birinci yarısında üzə çıxmış milli
keyfiyyətidir. Faşizm – tarixdə görünməmiş, dözülməz bir əxlaqsızlıq idi və alman
xalqı bu əxlaqsızlığa həvəslə qurşanmışdı. İnsanlığa qarşı cinayətlərin almanlarda
gələcəkdə də, yeni modifikasiyalarda bir daha boy göstərməyəcəyini heç kəs deyə
bilməz. Qaçılmaz qlobal cinayətlər alman ruhunun məntiqi nəticəsidir. Xolokosta
görə Almaniya yəhudilərə təzminat ödəyirsə də, günahların bu cür
materialistcəsinə yuyulması, yaxud günahların maddiyyatla bu cür ləğvi
mümkünsüzdür. Cinayətkar bir millət niyə də hələ öz layiqli cəzasını almasın?
“Faşist” və ”alman” – bunlar sinonimik sözlərdir. İndilikdə “faşist”lə ”alman”ı
fərqləndirmək və ayırmaq riyakarlıq olardı. Alman xalqının faşizmlə bircə dəfə
vüsəti onun əbədi lənət obyekti olması üçün kifayətdir. Alman xalqı antibəşəri
ideyalar daşıyıcısıdır. İnsana nifrət – alman xalqının kəşfidir. Avropada İntibah
dövrünün məhsulu olan, XVIII əsrdə zirvə həddinə qalxmış humanizmin axırına
alman xalqı çıxmadımı? Öz milli ədəbiyyatındakı humanizmi də almanlar ayıb bir
şey kimi rədd elədilər. XVIII yüzil romantik ədəbiyyatındakı humanizmin sonrakı
dövrlərdə davamı olmadı. “Romantik və xəyalpərəst almanla qəddar və qəsbkar
alman arasında bağlılıq tapmaq müşkül işdir” (N.Berdyayev). Alman ədəbiyyatında
humanizm artıq yalnız tarixi faktdır. Bütün bəşəri nəsnələr arxivlərə gömülüb;
qapılarından da ağır kilidlər sallanır.
Bəşəriyyətin almanlara münasibətdə təzahür edən etika riyakarlığı, çox güman,
yeni germanizm təhlükəsindəndir. Germanizmin məntiqi nəticəsi müharibələrdir.
Germanizm – humanizmin məhvindən törənib. A.Şveytserin təbirincə desək,
almanlarda hazırkı “psevdoetika humanizm qurtaran yerdə yaranıb”.”Germanizmin
yenilməsi – Avropa mədəniyyətinin qələbəsi olardı” (F.Nitsşe). Almanlar tez
aqressivləşən, ekstremal vəziyyətlərdə tez də cəzm olub özündən çıxan, insanlıq
simasını itirərək, vəhşiyə çevrilən insan kütləsidir. Almanın uşaqlıqdan ən çox
sevdiyi şey silahdır. Almanlar hədsiz darıxdırıcı, cansıxıcı millətdir. Alman –
böyük Avropa bürokratıdır. Alman xalqının bütün uğurları əslində onun mənəvi
köləliyindən nəşət tapır. “Qanun diktaturası” – onun köləliyinin mədəni adı budur.
Alman Roma imperiyasında layiqli qul olardı. Almanlarda demokratiya riayət
olunmaması qəbahət bilinən bir Avropa dəbidir. Alman dövlətində həqiqi
demokratiya yoxdur və ola da bilməz. Demokratiya alman xarakterinə ziddir.
Demokratiya alman xalqının yuvarlanacağı uçurumdur. Almaniyanın texniki
yüksəlişini həmişə yalnız diktatura təmin edə bilər. Faşizm dövründə olan və elə
indiki texniki tərəqqi də diktatura göstəricisidir.
Hə, cinayətkar bir millət hələ cəzasına çatmayıb. Yox, II Dünya müharibəsindən
sonra Almaniyanın parçalanması çox yüngül cəza idi. Alman (faşist) millətinə
xristiancasına rəhm bəşəriyyətin ən böyük səhvlərindəndir. Cəzasıqlıq hər hansı
millətdə aqressivliyi şərtləndirən və onu gücləndirən haldır. Əlbəttə, bu başqa bir
söhbətin mövzusudur ki, canilərə rəhm aşılayan xristianlıq özlüyündə anormal
düşüncə tərzidir və əslində növbəti cinayətlər üçün əlverişli şərait yaradır.
Xristianlıq cəmiyyətdə və fərddə antiinsani meylləri gücləndirir. Xristianlıq yəqin
ən çox canilərin xoşladığı və elə onların da yaydığı dindir.
Almanlar instinktlər səviyyəsində manipulyasiyaları xoşlayır və milli varlıq olaraq
da instinktlər gücünə mövcuddur. Müharibələr onun sifətidir. Dağıdıcılığı
quruculuğundan qat-qat üstündür. Almanlar üçün hazırkı sülh bir Avropa
imperatividir və müharibə ruhu hələlik milli alt-şüurda konsentrasiya olub. II
Dünya müharibəsindən almanlar sülhə məhkum olunmaqla çıxdı. Sülh alman
xalqının həbs halıdır. Alman iç dünyasında azad deyil və o, heç azadlığı xoşlamır
da. “Alman özünü ancaq kazarmada azad sanır. Azadlığın dərkində biz heç zaman
almanla ümumi rəyə gələ bilmərik” (F.Nitsşe). Almanlar ən uca insanları da
qanunlar çərçivəsində neytrallaşdırır və bir heçə döndərir. Parçalanmış Almaniyanı
birləşdirən Helmut Kol kimi böyük bir şəxsiyyət kiçik bir xətaya görə
obskurasiyaya məruz qoyulmamışdımı? Az qaldı da ona həbs kəsilə. Alman
qanundan yana heç bir dəyər tanımır. Qədirbilməzlik onun ən gözə girən
xüsusiyyətidir. Alman ədəbiyyatı da əksərən qanun və onun pozulmaları
ətrafındadır. Alman ədəbiyyatındakı az-çox nəzərə çarpan bütün bəşəri dəyərlər
başqa xalqlardan əxz olunmadır və təqlidi səciyyə daşıyır. Almanlar bəşəri
dəyərlərə yalnız nəzəri cəhətcə bələddir və bu barədə olan nə varsa, onu ucdan-
qulaqdan eşidib. İ.V.Hötedə süjetlər də ideyalardan sızdırılır və ondakı hər şey
tamam uydurmadır. “Alman təfəkkürü həmişə normativdir” (F.Nitsşe). Alman
mədəniyyəti bu normativlər daxilində həddən artıq məhdud və bəsit görsənir.
Alman şəhərinin hər kərpicindən, alman bağçalarının hər yasəmən salxımından
qanun qoxusu gəlir. Ona görə də bu şəhərlər boğucu, hətta öldürücüdür. İntiharlar
həmişə qupquru qanunlardan – üfüqdə qanundan savayı insani bir şey
görsənməyəndə, törənir. Təkcə qanunlardan doğulan perspektivlər insana azlıq
edir. Alman üçün sevgi də yabanı bir şeydir; sevgi dərhal yuridik məqamlarda
təsbit olunmalıdır. N.Berdyayev yaxşı deyirdi ki, almanlar Berlini kazarma tipində
qurub. Arxitekturaları düz xətlər və düz bucaqlarla zəngindir. Lüteran kilsələrinin
iti şpilləri sanki göyləri dəlmək üçündür.
Bəşəriyyətdə tərəqqi prosesi mütəmadi olaraq alman xalqı tərəfindən ləngidilib.
İnsanlıq bütün dövrlərdə almanlardan olmazın əzab-əziyyətlər görüb. Alman xalqı
dünyəvi faciələr yaradıcısıdır. Ondan texniki qabiliyyət etiraf olunarsa da, mənəvi-
əxlaqi qabiliyyətsizlik aşkardır. İnsanlığın ən uca nailiyyəti olan əxlaqa qarşı ən
çox da alman filosofları təpkilər göstərib. Humanizm və əxlaq mücəssiməsi olan
İsa peyğəmbəri daş-qalaq etməyə çalışmış, burada da fikirlərinə bol-bol istinad
etdiyimiz, F.Nitsşe bir düşkünlük nümunəsi sayıla bilər. İnstinktlər “məntiq”ini
bəşəriyyətə ancaq almanlar yeridib. İnsan mövcudluğun ən alt mərtəbəsinə
qısnadılır, instinktlərlə davranış səviyyəsinə endirilir. Z.Freydin antipoetik alt-şüur
nəzəriyyəsində əxlaqa qətiyyən yer yoxdur. Volyuntarizm (A.Şopenhauer) meşə
qanunlarına yaxındır. Alman təfəkkürü və fəlsəfəsi eklektikdir. Alman antoqonistik
məfhumlarla işləyir və dialektikanı da yalnız onda görür. Bu məntiqlə faşizmin
kommunizmlə toqquşması bəşəriyyəti xoşbəxtliyə gətirib çıxarmalı idi. Ya başqa
misal. Materializm (idealizm) həqiqətdirsə, onda idealizm (materializm) nəyə
gərəkdir? Bunlardan biri həqiqət deyilsə, bəşəriyyətin enerjisi yarıbayarı yalanlara
sərf olunmuş sayılmalıdır.
Alman xalqı, dediyimiz kimi, bəşəriyyət qarşısında günahlarını heç vaxt yuya
bilməyəcək. Faşizm aldanış yox, praqmatik və kobud realist almanların iç
dünyasının mənzərəsi idi. Psixopat-paranoik A.Hitlerə etiqad göstərmiş, onu
görəndə vəcdə gəlmiş almanlar dünyanın ən tərbiyəsiz millətidir. Zorakılığa,
sadizmə meyllik alman millətinin ən xarakterik cəhətidir. Almanlarda mədəniyyət
istehsalat kimi bir şeydir və zaman-zaman qorxunc hədlərə çatır. Almanlarda
mədəniyyət silah növüdür. Sivilizasiya almanları yaxşılaşdırmır, əksinə, ondakı
barbar ruhunu bir daha qabardır, onu cilalayır. Sivilizasiya almanlarda, uzaq başı,
zərif ölüm üsullarının icadına yarayır. Onlarda barbar ruhu fəlsəfə və sənətdə daim
görünməkdədir. Bircə misal: üst-insan ideyası. Bu, zorakılığın əsaslandırılması,
sadəcə, onun qanuniləşdirilməsidir.
Bayaq dedik: alman xalqı böyük Avropa bürokratıdır. Almanlarda əminamanlıq
bürokratiyadan doğur, elə ona görə də süni və müvəqqətidir. “Almanlarda
formalistik pafos” (N.Berdyayev) həmişə güclü olub. Bu millətdə yüksək
qiymətləndirdiyimiz texnisizm qabiliyyəti ümumbəşəri varolma müqabilində bir
heçdir. Texnisizm bəşəriyyəti irəli dartdığı qədər də geri atır. Bəşəriyyət əslində
həmişə yerində sayır.
Alman üçün partiyalaşmaq, təşkilatlanmaq milli yaşayış şərti, ictimai həyatın ən
parlaq çalarlarıdır. Alman təbiətə əl qatırsa, hökmən onu da romb və düzbucaqlılar
şəklinə salmalıdır. Əlbəttə, təbiət də təşkilatlanmalıdır. Alman ruhu təbiəti gözəl
qəbir formasına salmayınca, ondan əl çəkməz. Simmetriya alman ruhunun vacib
harmoniya ünsürüdür. Simmetriya alman üçün estetika rəmzidir.
Alman – gözəllikləri öz təfəkküründə eybəcərləşdirir.
Bəli, almanlar Avropanın ən təhlükəli xalqıdır və indilikdə Avropanın ən böyük
uğuru da onu sülhə məhkum etməsindədir. Sülh - əzabdırsa, qoy elə almanlar bu
əzabı əbədi çəksin.
2005, aprel
Xural – Qıl körpü
19 (133) 8-14 may 2005-ci il