SAL­­YAN "DUS­­TA­Ğ"I

Tarix: 25-06-2021 16:37
Baxış sayı: 760

 

Ə

f­sa­­nə­­də de­­yi­­lir ki, sər­­həd­­lə­­rin ha­­mı­­sı təp­­tə­­zə məf­­til­­lər­­dən­­di. Gün­­lü gün­­lər­­də tə­­zə məf­­til­­lər­­dən hər iki düş­­mən səm­­ti­­nə işıq­­lar sa­­çı­­lır. İşıq­­la­­rın gö­­yə dü­­şə­­ni alt­dan quş qa­­nad­­la­­rı­­nı işıq­­lan­­dı­­rır, ye­­rə dü­­şən­­lə­­ri­­sə çar­­paz­­la­­şıb nə­­həng kar­­kas ya­­ra­­dır.

Tə­­zə sər­­həd­­lər hət­­ta ul­­duz işıq­­la­­rı­­nı da çə­­kib ye­­ri çı­­raq­­ba­­na dön­­də­­rir.

* * *

O tik­­di­­yi evi uzu­­nu­­na yox, hün­­dü­­rü­­nə xoş­­la­­yır. Nə qə­­dər də hün­­dür si­­fa­­riş edə­­lər, onun üçün bir elə yax­­şı­­dır. Uca ev is­­tə­­yən­­lə­­ri "şa­­ir" ad­­lan­­dı­­rır. Çox sı­­na­­yıb-so­­ru­­şub - on­­la­rın ha­­mı­­sı tel­­lə­­ri­­nin sün­­bül vax­­tı şer­lər ya­­zıb. Onun üçün yas­­tı ev sa­­hib­­lə­­ri qa­­nad­­sız in­­san­­lar­­dı. Gör ha, in­­di­­dən gə­­lə­­cək zəl­­zə­­lə­­lər­­də sağ qal­­maq məq­­sə­­di gü­­dür­­lər.

Quş­­lar "onun" ev­­lə­­ri­­nə çır­­pıl­­ma­­maq üçün uca­­dan uç­­ma­­ğa məc­­bur­­du­­lar. Düz­­dü, bu­­nun­­la da qa­­nad­­la­­rı bər­­ki­­yir. Həm də sər­­çə qar­­ta­­la bən­­zə­­yir, sı­­ğır­­çın - şa­­hi­­nə. An­­caq on­­suz bə­­zi­­lə­­ri ça­­tış­­dır­­ma­­yıb di­­var­­la­­rın za­­va­­lı­­na gə­­lir. Fə­­rə­­cin ucalt­dı­­ğı ev­­lə­­rin di­­bin­­də hər vaxt quş me­­yi­­ti ta­­par­­san. Onun ev­­lə­­ri­­nin di­­bi qatı köl­­gə­­li, qə­­bi­­ris­­tə­­na­­nə və qor­­xunc­dur. Hər hal­­da, bu ye­­rin quş­­la­­rı Fə­­rə­­cin sa­­yə­­sin­­də uca­­lı­­ğa öy­­rəş­­miş­­di­­lər. On­­lar ən azı iki­­qat quş­­du­­lar.

Fə­­rəc is­­tə­­ni­­lən evin ba­­nı­­na bir göz qır­­pı­­mın­­da dır­­ma­­nar. Yer­­də du­­rub ba­­şı­­nı onun da­­lın­­ca hər­­lən­­dir­­mək də çə­­tin pe­­şə­­dir: dün­­ya gö­­zün­­də çarx ki­­mi fır­­la­­nır. O, ayaq­­la­­rı­­nı qar­­şı di­­var­­la­­ra di­­rə­­mək­­lə yu­­xa­­rı qal­­xır. Al­­pi­­nizm onun di­­var­­lar­­da ye­­ri­­şi mü­­qa­­bi­­lin­­də heç nə­­dir. Cər­­cə­­nək olan­­da ayaq­­la­­rı upu­­zun gö­r­sə­nir. Fə­­rə­­cin bə­­də­­ni ota­­ğın tən or­­ta­­sı ilə, dö­­şə­­mə­­yə xə­­ya­­li per­­pen­­di­­kul­­yar xətt üz­­rə hə­­rə­­kət edir. Ya­­lan-doğ­­ru, bi­­ri de­­yə­­si, o, uça da bi­­lir. Am­­ma bu­­nu ha­­mı təs­­diq­­lə­­mir. Ha­­mı onu "adam di­­li bi­­lən mey­­mun" ad­­lan­­dı­­rır. Gu­­ya us­­ta­­lı­­ğı da elə mey­­mun­­lu­­ğu ilə əla­­qə­­dar­­dır. Ba­­şın­­da­­kı bir ba­­lış­­lıq tük­­lə daş üs­­tün­­də də ya­­tar. Si­­nə­­si - qa­­ra bir zə­­mi. Qol­­la­­rın­­da par­­laq sa­­çaq­­lar hör­­mək müm­­kün­­dü. İma­­rət sal­­dı­­ran köh­­nə lo­­tu­­lar­­dan bi­­ri onun qol­­la­­rın­­da­­kı tü­­kü yan-ya­­na saç ki­­mi hör­­dü­­rüb nü­­fu­­zunu ar­tır­maq na­­mi­­nə özü ilə gəz­­mə­­yə apa­­rıb­­mış. Mey­­mun­­lu­­ğu­­na çox adam kü­­rə­­yin­­də­­ki qıv­­rım­­lar­­dan ina­­nıb. Bu gə­­də­­nin hə­­lə bəl­­kə quy­­ru­­ğu da var­­dı. Ol­­ma­­mış ol­­maz. Bi­r nə­fər and içir ki, qə­­sə­­bə ha­­ma­­mın­­da onun quy­­ru­­ğu­­nu öz göz­­lə­­riy­­lə gö­­rüb.

Gü­­man və eh­­ti­­mal­­lar çox­­du: gu­­ya us­­ta­­lıq­­da qa­­ba­­ğa get­­mə­­si mey­­mu­­nun in­­sa­­na çev­­ril­­mə­­si pro­­se­­sin­­də da­­la qal­­ma­­ğın­­dan­­dı. "Fə­­rəc" mey­­mu­­nun in­­san adı idi. Bu cür "mey­­mun"lar dün­­ya­­ya us­­ta şək­­lin­­də sə­­pə­­lə­­nib və heç nə­­zə­­rə çarp­mır­­lar da. De­­yən­­lə­­rin bi­­ri ağ elə­­yib uza­­ğa ge­­dir­­di: dün­­ya­­da­­kı bü­­tün uca ev­­lə­­ri mey­­mun­­lar ti­­kib. İn­­san­­da elə hü­­nər nə gə­­zir! Av­­ro­­pa­­nın dür­­lü mə­­bəd­­lə­­ri, ka­­to­­lik kil­­sə və or­­na­­ment­li pən­­cə­­rə­­lə­­ri göy­­lə­­rə mil­lə­nən ar­xi­tek­­tur-qo­­tik bi­­na­­la­r da mey­­mun­­la­­rın əlin­­dən çı­­xıb. Bur­­da bə­­zi qa­­ran­­lıq mət­­ləb­­lər öz-özü­­nə ay­dın­­la­şır­­dı. Gu­­ya mey­­mun-adam­­lar əsa­­sən me­­şə­­lər­­də ya­­şa­­yır və da­­im ev həs­­rə­­tin­­də ol­­duq­­la­­rın­­dan, elə onu da yax­­şı ti­­kir­­lər. Me­­şə dün­­ya­­da­­kı iş­­lə­­rin baş­­lan­­ğı­­cı­­dır. Yer üzün­­də­­ki qa­­pı-pən­­cə­­rə­­lər, hət­­ta dörd­­künc nə­­fəs­­lik­­lər - işı­­ğa, hə­­ya­­ta tay­­ba­­tay açı­­la­­sı bü­­tün şey­­lər me­­şə­­lər­­lə bağ­­lı­­dır.

- Kim de­­miş, ha­­ra­­lı­­san?

On­­dan şüb­­hə­­lən­­miş­­di­­lər.

- Konk­ret - har­­dan­­san?

O, ca­­vab əvə­­zi­­nə əli­­ni yel­­lə­yən­də, bu, ca­­ma­­a­­tın şüb­­hə­­si­­ni bir az da ar­­tır­­dı. Həm də hirs­lə­­nir­­di­­lər. Bu cür azər­­bay­­can­­lı öm­­rün­­də ola bil­­məz! An­­caq ar­­tıq onun mey­­mun­­dan dön­­mə ol­­ma­­sı şək­­siz­­di.

* * *

Əf­­sa­­nə­­nin için­­də­­ki adam üzü­­nü sər­­hə­­də di­­rə­­yib na­­rın­­cı ba­­xış­­la­­rı­­nı itir­diyi uzaq­­la­­ra zil­­lə­­yir. Göz­­lə­­ri doğ­maca-ya­­şıl qə­­bi­­ris­­tan­­lıq­­la­­rını ax­­ta­­rır. Cən­­nət də ya­­şıl­­dır, fi­­kir­­lə­­şir. Du­­rub-du­­rub qə­­fil­­dən hön­­kür­­mə­­yi var. Ye­­rə göz­­lə­­ri boy­­da yaş­­lar tö­­kü­­lər. Göz ya­­şı daş-kə­­sək üs­­tü­­nə dü­­şən­­də, ət­­ra­­fa min­­lər­­cə ul­­duz sıç­­ra­­yır. Sər­­həd dib­­lə­­ri onun göz yaş­­la­­rın­­dan şo­­ran bağ­­la­­yıb. Dur­­bin­­li ke­­şik­­çi­­lər onu sər­­sə­­ri bi­­lir. Təh­­lü­­kə­­li in­­san - ağ­­la­­ma­­yan­­dır. Ağ­­la­­yır­­sa, de­­yir­­di­­lər, təh­­lü­­kə­­siz­­dir. Va­cib olar­sa da, elə­sinə gül­­lə at­­ma­­ğa dəy­məz. On­­suz düş­­mən­­çi­­li­­yi an­­la­­mır. Düş­­mən­­çi­­li­­yə li­­ri­­ka­­dan vaxt tap­­mır.

* * *

Qey­­bul­­la bu "mey­­mun"u Neft­ça­­la­­dan tut­­muş­­du. Ni­­şan ver­­miş­­di­­lər, o da gə­­lib onu uca bir evin kəl­­lə­­sin­­də haq­­la­­mış­­dı. Ye­­rə düş­­mə­­si­­ni, ya­­lan ol­­ma­­sın, dörd-beş sa­­at göz­­lə­­miş­­di. Gö­­yə ba­­xa-ba­­xa əs­­nə­­yən­­də, hət­­ta ağ­­zı­­na uzun bir mis­­mar dü­­şüb­­müş. Nə­­nə­­si na­­maz üs­­tə olub ki, mis­­mar gö­­zü­­nə gir­mə­­yib. Həm də gu­­ya iş­­lə­­yən vax­­tı ona "aşa­­ğı düş" de­­sən, or­­dan tə­­pə­­nə kər­­pic­­lər tul­­la­­ya­­caq. Hə, ona alt­dan yu­­xa­­rı nə qə­­dər bax­­mış­­dı­­sa, boy­­nun­­da da­­mar da­­ma­­rın üs­­tü­­nə min­­miş­­di. Axır us­­ta öz xo­­şuy­­la ye­­rə dü­­şən­­də, Qey­­bul­­la­­nı tə­­əc­­cüb­­lən­­di­­rən əsas şey onun göz­­lə­­ri ət­­ra­­fın­­da­­kı dörd­çev­­rə qıv­rım tük­­lər ol­­du. Elə bi­­lir­­din də göz­­lə­­ri iki yum­­ru tə­­kər­­di.

Fə­­rə­­cin tik­­di­­yi ev­­lər Sal­­ya­­nı ya­­ra­­şı­­ğa min­­di­­rir. Ucalt­­dı­­ğı ima­­rət­­lər dün­­ya­­nın işı­­ğı­­nı tu­­tub Sal­­ya­­na gə­­ti­­rir­­di. Hət­­ta Ayın şöv­­qü­­nü də. Ar­­tıq Sal­­ya­­na ba­­xan ha­­yıl-ma­­yıl olur­­du. Onun ev­­lə­­ri tə­­zə tax­­ta­­lar­­la ətir­­lə­­nir­­di. Mə­­həl­­lə­­lə­­rin han­­sın­­da­­sa tə­­zə tax­­ta qo­­xu­­sun­­dan məst olan iki qız tap­­mış­­dı­­lar. Fə­­rə­­cin özün­­dən də da­­im tax­­ta iy­­si gə­­lər­­di.

Sə­­ni ya­­na­­san, Sal­­yan!

Cə­­nub ra­­yon­­la­­rın­­dan gə­­lib Sal­­yan­­dan ke­­çən­­lər­­lə Ba­­kı­­dan gə­­lib or­­dan so­­vu­­şan­­la­­rın boy­­nu hə­­mi­­şə bu­­ruq qa­­lır. On­­lar ta­ma­şa­sın­dan doy­ma­dığı ima­­rət­­lə­­rin üs­­lu­­bu­­nu qi­­ya­­bi bə­­yə­­nir­­di­­lər. Kim­­di­­sə, sa­­vad­­lı­­lar de­­yir­­di, Sal­­yan­­da ar­­xi­­tek­­tu­­ra dü­hası ya­­şa­­yır.

Həm də sən de­­mə, bü­­tün res­­pub­­li­­ka onu Sal­­yan­­da ax­­ta­­rır.

Hə, "mey­­mun" iş­­lə­­yən­­də əli­­ni gör­­mə. İki­­cə də­­fə gup-gup - bay, mis­­mar yox ol­­du. O, əlin­­də mis­­mar əyi­­lən us­­ta­­nı us­­ta say­­maz­­dı. Hət­­ta ya­­ğış­­lar­­da da işıq sa­­çan pa­­rıl­­tı­­lı mis­­mar­­la­­rın ölü­­sü idi. Onun mis­­mar­­la­­rı ge­­cə­­lər də fos­­for ki­­mi cil­və­lə­nir. Hər han­­sı əş­­ya­­dan ha­­ra­­sa köl­­gə dü­­şər, bu­­nun mis­­mar­­la­­rın­­dan­sa işıq dü­­şür­­dü. Bu­­nun mis­­mar­­la­­rı­­nın köl­­gə­­si - işıq­­dı. O, göy­­də iş­­lə­­yən­­də, yer­­də mis­­mar­­la­­rın­­dan "zay­­çik"lər gə­­zər. Pas­­lı şe­­yi öm­­rün­­də sev­­mə­­yib. Pas­­lı mis­­mar sa­­hib­­lə­­ri­­ni "pis adam" sa­­yır. On­­lar axır­­da zəh­­mət­­haq­­qın­­dan kə­­sir­­lər də. Ham­­bal ki­­mi iş­­lə­­dir, yü­­kü tə­­pə­­yə vu­­ran­­da, "pul çat­­ma­­dı", de­­yir­­lər. On­­la­­rın üzün­­də tə­­bəs­­süm ak­­va­­ri­­um­­da ölü ba­­lıq­­lar ki­­mi gə­­zir. O, işı­­ğı özü­­nə çə­­kən ev­­lə­­rin için­­də bu cür qa­­ra məx­­luq­­la­­rın gə­­ziş­­mə­­si­­ni özü­­nə dərd edir. Bir növ, "ba­­la" sa­­yı­­lan sə­­nət əsə­­ri­­ni qur­­ba­­ğa­­la­­ra ba­­ğış­­la­­yıb qı­­ra­­ğa çə­­ki­­lir­­sən. O, zəh­­mə­­ti­­ni ha­­lal elə­­mə­­di­­yi in­­san­­la­­rı bir olan Al­­la­­ha tap­­şı­­rıb. "Mey­­mun" Al­­la­­hı­­nı yax­­şı ta­­nı­­yır. Cə­­za­­nı da yal­­nız onun işi bi­­lir.

* * *

Tə­­zə sər­­həd­­lə­­ri də köh­­nə­­lər sa­­yağı an­­caq quş­­lar aşa bi­­lər, in­­san yox. Əf­­sa­­nə­­də hər şey hə­­yat­­da­­kı ki­­mi idi. Sər­həd­çi­lər­dən ol­­sa, sər­­sə­­ri­­ni bu­­ra­­xar­­dı­­lar keçə. Ke­çib ney­­­­lə­­yə­­cək? Uzaq ba­­şı, beş-üç qə­­bir ta­­pıb, üs­­tün­­də qız ki­­mi ağ­­la­­ya­­caq. Baş­­daş­­la­­rı ilə öpü­­şüb-gö­­rü­­şüb ge­­ri qa­­yı­­da­­caq.

* * *

Qey­­bul­­la­­nın ima­­rə­­ti kül­­li-Sal­­yan­­a, üs­tə­lik, Azər­­bay­­ca­­na nü­­mu­­nə idi. "Mey­­mun"un əlin­­dən çı­­xan ilk ima­­rə­­tin sa­­hi­­bi ra­­yon­­da özü­­nü Qa­­qa­­rin ki­­mi apa­­rır­­dı. Sal­­yan­­da, elə bü­tün Azər­­bay­­can­­da ev niy­­yə­­ti­­nə dü­­şən­­lər va­­ci­­bən gə­­lib Qey­­bul­­la­­nın saq­­qa­­lı al­­tın­­dan keç­­mə­­li olur­­du. Bəh-bəh­­lə dal­­dan-qa­­baq­­dan evə ba­­xar, hən­­də­­və­­ri do­­la­­nar, alt-üst otaq­­­la­­rı gə­­zər­­di­­lər. Axır­­da da hə­­yət­­də­­ki tə­­nək­­lər köl­­gə­­sin­­də çay içə-içə - Qey­­bul­­la müş­­tə­­ri­­lə­­rə, müş­­tə­­ri­­lər də Qey­­bul­­la­­ya - bir ağız­­dan "mey­­mun"un tə­­ri­­fi­­ni söy­­lə­­yər­­di­­lər. Son­­ra da xə­­bər­­lə­­şib-so­­raq­­la­­şar, çə­­kic-mi­­şar sə­­si­­nə ge­­­də-ge­­də axır "mey­­mun"u ta­­par­­dı­­lar. "Mey­­mun" on­­la­­rın ya­­nı­­na naz­­la gə­­lər­­di. Naz­­la gəl­­dik­­cə, bun­­lar da az qa­­la tu­­tub oğ­­la­­nı maç elə­­mək is­­tə­­yir­­di­­lər.

Gör ne­­çə il­­di: Fə­­rə­­ci Sal­­yan­­dan bu­­rax­­mır­­lar. O, Sal­­yan "dus­­ta­ğ"ı ol­­muş­­du. Ev­­lər­­dən göz aç­­mır­­dı. An­­caq hər evin axı­­rın­­da fo­­to­­a­­pa­­ra­­tı­­nı is­­tə­­ni­­lən ada­­ma ve­­rib tə­­zə ev­­lə bir­­gə şək­­li­­ni at­­dır­­ma­­ğı var­­dı. O, tə­­zə ev­­lə ya­­di­­gar şə­­kil çək­­dir­­mək aza­­rı­­na müb­­tə­­la idi. Çək­­dir­­mə­­sə, ölüm­­cül xəs­­tə­­lə­­nər. Qey­­bul­­la özü onun al­­bo­­mu­­nu gö­­rüb: ha­­mı­­sı ev­­lər­­lə şə­­kil­­lər­­di. Yaş fər­­qi də hər şə­­kil­­də bi­­li­­nir. Ar­­dı­­cıl bax­­san, hət­­ta bı­­ğı da get-ge­­də ağa­­rır­­dı.

- İn­­şal­­lah, bur­­da da qa­­lar­­san, - Sal­­yan ar­­vad­­la­­rı ona elə bu­­ra­­da­­ca ar­­vad al­­ma­­ğı ay­­dı­­rır­­dı­­lar. Biri var, qı­­zıl diş­­lə­­ri al do­­daq­­la­­rın­­da əks edir­. Döş­­lə­­ri üst do­­da­­ğın­­da şə­­kil tər­­zin­­də səy­­ri­­yər­­di.

- Ev ol, - bu, ki­­şi­­lər­­di. On­­lar belə de­yən­də həm də bir az uta­­nır­­dı­­lar: bir­­dən "mey­­mun" on­­la­­rın öz qı­­zı­­nı is­­tə­­di.

An­­caq Fə­­rə­­cin hər­­dən üç-beş gün­­lü­­yə ara­­dan çıx­­maq­­lı­­ğı da var. Gö­­rün­­mə­­yən­­də, bi­­ri - "Sal­­ya­­nın aşa­­ğı ba­­şın­­da­­dı", de­­yə­cək, bi­­ri - "yu­­xa­­rı ba­­şın­­da". Son­­ra­­dan bəl­­li ola­­sı ki, ta­­mam baş­­qa yer­­də­­dir. An­­caq bu "ta­­mam baş­­qa yer" ca­­ma­­at üçün bir sir­­ri-xu­­da idi. "Mey­­mun" ye­­ri­­ni de­­məz­­di. Onun sə­­fər­­lə­­rin­­dən baş açan yox­­du. Göz­­dən us­­ta­­lıq­­la ov­­la­­nar­­dı. Get­­di­­yi yer na­­mə­­lum, gəl­­di­­yi yer - Sal­­yan. Kom­­bi­­na­­tın mü­­ha­­si­­bi bu­­nu dər­hal öz di­­li­­nə çe­­vi­­rər­­di: get­­di­­yi yer məc­­hul, gəl­­di­­yi - mə­­lum. Ədə­­biy­­yat mü­­əl­­li­­mi də bir də­­fə ona:

- Fə­­rəc, mən sə­­ni Puş­­ki­­nə bən­­zə­­di­­rəm, - de­­miş­­di.

- Ler­­mon­­to­­va bən­­zət­­mir­­sən?

Bu ki­­çik sor­­ğu-su­­al­­dan bi­­lin­­miş­­di ki, əl­­bət­­tə, Fə­­rəc ha­­ra­­da­­sa or­­ta mək­­təb təh­­si­­li gö­­rüb. An­­caq har­­da? Təh­­sil bir az qan­­qa­­ra­­çı­­lıq tö­­rət­­di: üç ba­­dam, bir qoz - bu da bi­­zim ta­­yı­­mız imiş. Elə-be­­lə us­­ta­­nın ba­­şı­­na kül! Ev tik­­di­­rən­­lər nor­­mal us­­ta tə­­rəf­­da­­rı de­­yil­­di­­lər. Gö­­zəl­­lik us­­ta­­nın məc­­hul­­lu­­ğun­­da­­dır. Mə­­lum şey göz­­dən tez dü­­şər. An­­caq bax­­ma, ca­­ma­­at hər də­­fə Fə­­rəc­­də əca­­ib-qə­­ra­­ib xü­­su­­siy­­yət­­lər ta­­pıb ruh­­la­­nar­­dı. On­­lar Fə­­rə­­ci da­­im məc­­hul­­lu­­ğa itə­­lə­­yir­­di. Sən de­­mə, o, na­­rın­­cı tax­­ta­­lar­­da­­kı dü­­yün­­lə­­rin fo­­to­­su­­nu da alır­­mış. Pən­­cə­­rə şü­­şə­­lə­­rin­­də­­ki­­lə­­ri­­nin də. Ye­­nə ədə­­biy­­yat mü­­əl­­li­­mi de­­yir­­di ki, bu dü­­yün­­lər us­­ta­­ya öz hə­­ya­­tın­­da­­kı dü­­yün­­lə­­ri xa­­tır­­la­­dır. Əl­­bət­­tə, o, bə­­dii şey­­lər bi­­li­­ci­­si­­dir: bəl­­kə də düz de­­yir. Ümu­­mən, dü­­yün ta­­le­­yin ob­­raz­­lı ifa­­də­­si­­dir. Hər dü­­yün­­də ul­­duz və bürc­lə­­rin dəst-xət­­ti var. İn­­san öm­­rün­­də­­ki dü­­yün­­lər mə­­na­­ca ağac öm­­rün­­də­­ki­­lər­­lə bir­­di. Dü­­yün­­lər bir-bi­­ri­­nin ox­­şa­­rı­­dır.

La­­lın di­­li­­ni ana­­sı bi­­lər, ca­­ma­­at otu­rub-du­rub Qey­­bul­­la­­ya tap­şı­rıq­lar ve­rir - on­­dan söz al­­sın. Am­ma sö­­zü də Fə­­rəc­­dən gə­­rək maq­­qaş­­la çə­­kə­­sən. Da­­im fan­­ta­­zi­­ya­­lar alə­­min­­də­­dir. O, qə­­dim Ro­­ma­­da ya­­şa­­say­­dı, ya­­ra­­da­­ca­­ğı abi­­də­­lər­­də bu gün də gö­­rü­­nər­­di. Ro­­ma abi­­də­­lə­­rin­­dən üç-dör­­dü nağ­­dı onun əlin­­dən çı­­xa­­caq­­dı. Fə­­rəc bir az gec, an­­caq on­­suz da gə­­lə­­cə­­yə get­­mək üçün dün­­ya­­ya gə­­lib. Ha­­yıf, çı­­raq ki­­mi ya­­nan Sal­­yan ev­­lə­­ri Ro­­ma abi­­də­­lə­­ri ki­­mi bərk ma­­te­­ri­­al­­dan de­­yil. On­­lar əbə­­diy­­yə­­tə an­­caq fo­­to­­lar və ki­­tab­­lar­­la ça­­ta bi­­lər. Mər­­mə­­ri ol­­ma­­dı­­ğın­­dan, Sal­­yan qə­­dim Ro­­ma­­nın ye­­ri­­şi­­ni heç cür ye­­ri­­yə bil­­məz. Fə­­rəc bur­­da hər evin əziz qo­­na­­ğı­­dır. Hə­­lə meh­­man­­xa­­na üzü gör­­mə­­yib. Ki­­ra­­yə­çi­lik ona yad­­dır. Öz tik­­di­­yi ev­­lər­­də­­cə otu­­rar. Onun dost­la­­rı ev tik­­di­­yi adam­­lar­­dan­­dı. Baş­­qa yer­­də, öl­­dür, qa­­la bil­­məz. Çim­­çə­­şir. Həm də "baş­­qa" ev­­lər­­də ya­­rı­­qa­­ran­­lıq künc­lər həd­­siz çox­­dur. "Ala­­qa­­ran­­lıq", "ya­­rı­­qa­­ran­­lıq" de­­dik­­lə­­ri isə evin evi­­ni yı­­xan şey­­lər­­di. Ev kün­­clə­rin­­dən da­­ğı­­lar. O hər han­sı ti­­ki­­li­­də künc­lə­­rin oval­­laş­­dı­­rıl­­ma­­sı tə­­rəf­­da­­rı idi. Künc an­­qut ki­­mi in­­sa­­nı ud­­ma­­ğa mə­­qam göz­­lə­­yir. Gu­­ya qar­­da­­şı­­nı da ata­­sı evin­­də­­ki künc­lər ye­­yib. Qar­­da­­şı Gü­­nəş­­siz­­lik­­dən ölüb. Odu-bu­­du qə­­bir ki­­mi qa­­ran­­lıq ev­­lə­­ri gör­­mə­­yə gö­­zü yox­­du. On­­lar Kox çöp­­lə­­ri­­nin mə­­ka­­nı­­dır. Fə­­rəc köh­­nə us­­ta­­la­­rı qan­­maz sa­­yır. İn­­di­­yə­­cən qar­­da­­şı­­nın ölü­­mün­­də ev­­lə­­ri­­ni ti­­kib gor­­ba­­gor ol­­muş us­­ta­­nı gü­­nah­­kar bi­­lir.

Ha­­mı Qey­­bul­­la­­dan dö­­nə-dö­­nə tə­­vəq­­qe edir: qa­­da­­sı, hər şe­­yi Fə­­rəc­­dən tə­zə­dən öy­rən, bir də so­ruş. Tər­­cü­­me­­yi-ha­­lı­­na ət­­raf­­lı gir. Ta ürək­­lər part­la­­dı ki: axı, kim­­dir o? Han­­sı yu­­va­­nın qu­­şu­­dur? Di gəl, bu Qey­­bul­­la dil­­siz-ağız­­sız hey­­van çıx­­dı. Söz de­­yir­­sən, mal ki­­mi üzü­­nə ba­­xır. Ha­­yıf, in­­di­­yə­­cən onun kə­­ma­­ğıl­­lı­­ğı­­nı ağır­­ya­­na­­lıq bi­­lib­­lər. Axı, ilk şa­­i­­ra­­nə evi sə­­nə ti­­kib, ona de­­yir­­di­­lər, bi­­rin­­ci dos­­tu sən­­sən! Ay Qa­­qa­­rin, sən ca­­nın, gör ney­­nir­­sən! Su­­bay­­dı­­sa, nox­­ta­­la­­yaq. Bəl­­kə ona ma­­şın alaq? Baş­­qa ra­­yo­­nun əli­­nə keç­­mə­­sin - qoy "mey­­mun" Sal­­ya­­na qal­­sın...

* * *

Tə­­zə əf­­sa­­nə sər­­sə­­ri­­nin bax­­dı­­ğı uzaq­­lıq­­lar­­da uca ima­­rət­­lər gös­­tə­­rir. İma­­rət­­lər üfüq­­də səh­­nə ob­­raz­­la­­rı­­nı xa­­tır­­la­­dır. Sər­­həd­­lə­­rə söy­­kə­­nən in­­san - "On­­la­­rı mən ti­k­mi­şəm", - de­­yir. Go­­pa bax. Am­­ma tə­­zə sər­­həd­­lər get-gedə məf­­til­­lər­­lə na­­xış­­la­­nır da. Üs­­tün­­də dü­­ra­­lü­­mi­­ni­­um gül­­lər - sər­­həd­­lə­­rə də in­­cə­­sə­­nət va­­cib olub.

 

25.07.1999 - 03.02.2000


 

Digər xəbərlər

Rafiq Tağı və Qan Turalının Sabir davası

Mirzə Cəlillə ayrılıq məqamı

Yanaşı ulduzlar

Fİ­­KİR­­CİL

Yazıçı Rafiq Tağının Kulis.az-a müsahibəsi

Şərhlər