İran və qloballaşma qaçılmazlığı

Tarix: 28-05-2024 12:54
Baxış sayı: 370

İslamı dünyada ifşa edən, həyat tərzini dini-fantastik süjetlərlə quran, elmin az qala ancaq Quran təfsirlərindən ibarət olduğu İran adlı bir dövlət artıq bəşəriyyət üçün dözülməz olmuşdur. Bu dövlət müharibələr zibilliyi olan tarixi ilə mütəkəbbir görsənməkdə, mədəni dünyanı hədələməkdə davam edir.

İran mədəniyyəti humanizmdən xəbərsiz və uzaqdır.

Türklüyün mahiyyətini anlamamış, gözümüzə soxduqları Firdovsi belə insanlıq üçün ideal ola bilməz.

Müasir İran – asanlıqla dağılası mifdir.

İsraili yer üzündən silməyə çağıran, nəhəng kəşfləri ilə bəşəriyyəti gələcəyə tullamış, peyğəmbərlər milləti yəhudilərə daim nifrət aşılayan, Nürnberqdə Beynəlxalq Hərbi Tribunalın, hətta indiyəcən yəhudilərə təzminat ödəyən almanların da, tanıdığı Holokostu heç cür tanımaq istəməyən, imam Mehdi sahib-əz Zamanı İran ərazisində şəxsən özü qarşılamağa hazırlaşan bir dövlət başçısına, konkret olaraq Mahmud Əhmədinejada, ya bahar bayramı Novruzu islama uyğun saymayan, edam olunandan sonra təqsirsizliyi-günahsızlığı bilinənlərin birbaşa cənnətə gedəcəyini bəyan edən, qadına boşanmaq hüququnu yalnız kişinin cinsi alətinin yoxluğu sübuta yetirildiyi halda tanıyan, inkişafı çoxarvadlılıq yolu ilə – həşərat kimi çoxalmaqda görən, öz millətlərinin belə yazıb-oxumaq haqqını tapdalayan dini ölkə rəhbərlərinə qətiyyən ağıl sahibi demək olmaz.

Teokratiyaya insanlıq çoxdan yox deyib; bu sayaq mübahisələrə yüzillərdir nöqtə qoyulub.

Çağdaş dünyada teokratik dövlət eybəcər və qorxuncdur.

Şəriət qanunları sivil hüquqla dissonans təşkil edir.

İran öz ambisiyaları ilə mədəni dünyada təcrid vəziyyətindədir. Təəssüf, əldə olunacağı təqdirdə atom silahını da yuxular, ya vəhylərlə idarə edəsi İran mədəniyyətlə yox, artıq yalnız vəhşiliklərlə dünya üzünə çıxmaqdadır.

Daha bilmirlər ki, indi ən nəhəng vəhşiliklər də ram ediləndir.

İnsanlıq dünyəvi ədalət istehsal edən gücə malikdir.

Müstəqil Azərbaycan Respublikasına İrandan gələn təhdidlər gülünc görsənir. Kobud bir məsəl: eşşəyə gücü çatmır, palanı döyür. Dediyim kimi, İran bizi barı korşalmış bir mədəniyyətləsə də yox, zoru ilə təəccübləndirir.

Onsuz da arxaik olan İran mədəniyyəti artıq barbarlıq həddinə çatmışdır.

Cənnət-cəhənnəm tərbiyəsi görmüş mənəviyyat yoğun bağırsaq kimi buynuzlu soxulcanlar yetirər.

***

İran kimi totalitar dövlətlər yada düşdükcə, qloballaşmanın vacibliyinə, onun qaçılmazlığına bir daha əmin olursan. Qloballaşma artıq fəsadlar törətməkdə olan mədəniyyətləri lüzumsuz edir. İrandakı hərbi təkəbbür doğuran, insanları təhdid edən mədəniyyət bəşər sivilizasiyası üçün atavizm sayılmalıdır.

Qloballaşma bütün dünyada inkişafı ləngidən milli ənənələrin ləğvi demək olardı.

“Yer kürəsi bəşəriyyətin təkotaqlı mənzilidir,” – bir vaxt mən yazmışdım. Dünyadakı bütün insanlar yerdaşlardır.
Qloballaşma totalitarlığı istisna edir.

Qloballaşmada dinlər Allah adından yalanlar kimi üzə çıxır, rahat və təhlükəsiz həyatı şərtləndirən açıq cəmiyyətlər bütün dünyada bərqərar olur, insanlar bir-biri ilə asanlıqla anlaşır. Dünyanın yalnız elmi dərki vacib görsənir. Milli-dini naqisliklər birdəfəlik tarixin arxivinə gömülür. Ziyanlı tarixi biliklər utilə çevrilmiş olur.

Yeri gəlmişkən, tarix qarı düşmənçilik mənbəyidir.

…Gəlsənə, qloballaşmanın nəfinə fikirlər yürüdək.

10 noyabr 2011-ci il

Digər xəbərlər

Qarışıq fikirlər – Müharibə

Mirzə Ələkbər Sabir haqqında gecikmiş sözlər Rafiq Tağı - Sabirə müharibə elan etdi

Rafiq Tağı ittihamlara cavab verdi

Şərq – Qərb əsəb tarixi (unudulası yazı)

Nigaranlıq

Şərhlər