ŞAH­ZA­DƏ Dİ­PEND­RA­NIN MƏ­HƏB­BƏ­Tİ

Tarix: 26-05-2024 18:00
Baxış sayı: 155

Xəritədə Nepal Çindən aşağıda, Hindistandan yu­­xarıdadır. Oranın öyrənilməyə layiq flora-faunası fonunda məhəbbət fanatikcəsinə olurmuş. Hamı televizi­­yadan xəbər tutdu: Nepal şahzadəsi Dipendra eşq yolunda qətllər yapıb, öz kral ailəsinicə qırıb-çatıb. Baho, özü də bu, qart kişi olanda sevib ki. Otuz – az yaş deyil. Burda bircə şey qaranlıq qalır: nə əcəb, indiyəcən sevgini-zadı dadma­­yıb. Əlbəttə, müəmmalar sonrakı təhqiqatların mövzusu­­dur. Allah bilir, bəlkə otuzunacan min cür fırıldaqdan çıxıb. Bu eşq fırıldaqları əslində Nepal xalqının sirridir. Düzdü, nəzəri cəhətcə vəliəhdin adı fırıldaqlarda hallana bilməz. Ancaq biz – yer dibindən çıxanlar, dor dibindən qaçanlar, hallandırırıq. Bizə nə var! Araz aşığımızdandır, Kür – topu­­ğumuzdan. Hər şeyi öz arşınımızla ölçür, heç düşünmürük də ki, otuz yaşındakı sevgi əvvəlki illərin fərz olunan bütün lotuluqlarını istisna edir. Sevgidən əvvəlki – yalnız təmiz­­lik-paklıq dövrüdür. Fırıldaqlardan sonra sevgi – mümkün­­süzdür. Fırıldaq sevgidən sonra bəlkə ola da bilər, ancaq əvvəl – qətiyyən. Dipendranın ilk məhəbbəti, mənim fərziyyələrimə görə, 16-17 yaşlarına, bəlkə bir az da əvvələ düşməli idi. Onda da sual doğur: məhəbbət olubsa, bə niyə səs-sorağı çıxma­­yıb? Axı sevgililər qovuşmayıblarsa (otuzunacan subaylıq 6 bunun sübutudur), ortada bir faciə baş verməli idi. Çünki söhbət elə-belə adamdan yox, şahzadədən gedir. Şahzadə­­nin qovuşmayacağı sevgili təsəvvürə gəlmir. Ya da faciə olmağına olub, ancaq bunu çataçat ört-basdır ediblər. Kral ailəsinə faciə yaraşmaz deyə, informasiyanı saraydan dışa­­rıya sızmağa qoymayıblar. Millət kral ailəsindəki faciələr­­dən xəbər tutmamalıdır. Xəbər tutmadısa da, demək, faciə yerli-dibli yoxdur. İnformasiyaya çevrilməyən hadisə yox hesab edilməlidir. Kim bilir, bəlkə də şahzadə Dipendranın 16-17 (ya 14-15) yaşlarından 30-na qədər sevdiyi gözəlləri, alimənsəb kral ailəsi üzvlərinin öz tapşırığıyla, xüsusi xid­­mət orqanları boğub öldürüb. Ya Şərq üslubunda – zəhər­­ləyiblər. Dipendra təmiz baladır, bəlkə sonra kimi görüb, yenə sevib də. Hər dəfə də oxu daşa dəyib: sevgililərini ona layiq bilməyiblər. Onları ləkələməyə ehtiyac duymayıblar da, sadəcə, qətlə yetiriblər, qurtarıb gedib. Şahzadə Dipend­ra bəlkə sonralar qəbirlərinin yerini bildiyi sevgililərini zi­­yarət edib də. Xarakteri lirik-emosional tərzdə formalaşıb. Dipendra otuz yaşınacan ölən (öldürülən) sevgililərinin xa­­tirəsi ilə yaşayıb. Bu xatirələr heç vaxt saralıb-solmayıb. Şahzadə könlü sevən gözəlləri qarışıq salmayıb. Əfsanələr yaranmayıbsa da, saray salnaməçiləri onlar haqqında hök­­mən xronikalar yazmış olar. Uzaq gələcəklərdə bu xroni­­kalardan agah olan kimi xalq onları dərhal bədiiləşdirəcək. Katmandu arxivləri hələlik hamı üçün qapalıdır. Nepal xal­­qı öz kral ailə üzvlərindən bixəbərdir. Yoxsa onları ən azı kiçik nağıllara salardı. Gələcək təhqiqatlar hər şeyi aşkarlayar, inşallah. Şahzadə həyatının hələ başqa yozumları da mümkün­­dü. Ola bilsin ki, xüsusi tapşırıq üzrə, mürəbbiyələri ona xala-bibiləri, cici-bacılarından savayı bir mələksima gös­­­ 7 tərməyiblər. O, gözəl-göyçək qızları yalnız fərz edə bilib. Ya onlarla kitablarda-romanlarda rastlaşıb. Yaxşıdı ki, xa­­la-bibilərinə heyran olmayıb, onlara vurulmayıb. Hamısı da yeyib-yatmış, totuq-motuq, işarə qanan xanımlardı. Odey, məmələri – şiş durub. Qocalmırlar da. Ola bilsin, şahzadə Dipendra onlardan bir-ikisiylə mazaqlaşıb da. Ayrı-ayrılıq­­da. Gizlində. Hərçənd tərbiyəli bir vəliəhdin öz xala-bibi­­lərinə tamah salmasını, onları qucaqlayıb altına basmasını xəyala gətirmək mümkün deyil. Ancaq bir iş var, iki əməl, dünyada olmayan şey yoxdur. Düzdü, vəliəhdin min göz altında tərbiyəsindən yalnız sevgi doğula bilər. Olsa-olsa xala-bibilər özləri onu eşq oyunlarına sürükləyər, onu gü­­naha batırardı. Biclik onlardan keçərdi. Bu gözəl balanın, igid uşağın sarayın hər hansı küncündə, kol dibindəki ki­­mi, altına yıxılmağını onların hər biri özü üçün həyatın şi­­rin neməti biləcəkdi. Bir sözlə, Nepalın kral sarayı sirlərlə dopdolu idi. Hə, ya da xala-bibilər hələlik özlərini qısar, ehtiraslarını cilovlayar, dombalan eşqlərinə kilid vurardılar. Şahzadənin də ehtimal olunan istəklərinə yasaq qoyardılar. Hərə öz qızının dodaqları allanana, şamamaları çıxanacan. Onlardan hər biri şahzadəni böyük, ya kiçik – istənilən qızı üçün qapazlamağa hazırdı. Şahzadə evlənəndən sonra – hə, bu, başqa məsələ, arada hər şey gözlənilə bilər. Şahzadə­­yə hərəmxana nə lazım – xala-bibi və cici-bacı xanımlar ölüb bəyəm? Bəh, onda eyş-işrət xirtdəyə çıxacaq: inşallah, çimdikləşmədən tutmuş Dipendranı hər şeyə öyrədəcəklər. Gələcəkdə qurulası təzətər müqəddəs bir ailə naminə əxlaq hələlik vacibdən vacib olmuşdu. Guya gözlər toxdu. Ancaq qızıyla ailə baş tutmayası ana vay-şivənə, fitnəfəsada amadə durub. Saray saçyoldusuna hazırlaşırdı. Qır­­ğın hələ qarşıdaydı. 8 Bu siçan-pişik oyunu vəliəhdin «yarı» yaşınacan çəkdi. Otuzunda Dipendranın gözü tamam yad bir qızı tutdu. Axı, bu onu haçan gördü? Haçan sevdi? Yox, nəzarət yarıtmaz olub. Onu yaxşı əyləndirməyiblər. Başını yaxşı qatmayıb­­lar. Saray içrə başqasını şahzadəyə sevdirməklə «cinayət işlədənlər» var. Onlar cəzalarına hökmən çatacaq. Sən təsa­­düfə bax: vəliəhd yad qızını xalalardan biri yatanda, ya bibi hamamda ikən görüb... Görüb və gözü tutub. Kombinasiya­­lar ən müxtəlif cürdü. Bu sevgi xala-bibilər üçün bir fəlakət kimi gəlmişdi. Qəzavü-qədər onlarla aşıq-aşıq oynayırdı. Onsuz onlardan birinin qızı seçiləndən sonra da araları də­­yəcək, pozuluşacaqdılar. Dipendranın toyundan sonra qap­­qara faciələr ehtimal olunurdu. Bütün hallarda Dipendranın xoşbəxtliyi şübhə altındaydı. Vallah, Dipendra yaşın 17-də də sevib. Eynən mənim kimi. Ola bilməzdi ki sevməsin. Sadəcə, ilk gənclikdəki bu sevgisi faciəsiz ötüşüb. Onu ağrısız keçirib. Hər şeyi içində çəkib. Mən də Töhfəmi olmazın sevərdim. Amma nə ol­­sun? Gözlərimin qabağındaca eşşəyin birinə getdi. Faktiki olaraq, o, «eşşəy»i məndən üstün tutdu. Ancaq heç cınqı­­rımı da çıxarmadım. Cınqırımı çıxarsaydım, artıq mənim yox, təzəbəyin namusu tapdanmış sayılacaqdı. Artıq mənim onu yox, onun məni öldürməsi borc olacaqdı. Əndrabadi bir situasiyaya düşmüşdüm. Deməliyəm ki, gənc insanda düz-əməlli namus-qeyrət olmur. Namus-qeyrət yaşnan gə­­lir, kimlərisə təqliddən doğur. Ya siftədən elə şey bir balaca olursa da, ölüb-öldürməyə bəs eləmir. Onun «inkişaf»ına­­can da lələ köçür, yurdu qalır. Belə çıxırdı ki, Dipendra da 16-17 (ya 14-15) yaşlarındakı ayrılığa dözə bilib. Fakt göz qabağındaydı: dözüb ki, canı salamat qalıb da-a. Qaraçu­­xası üstündə, gözmuncuğu boynunda – gəzib-dolanıb, oxu­­­ 9 yub-tərbiyə alıb. Vəliəhdin də tərbiyəsi, o, taxta çıxanacan çəkir. Dipendranın ilk gənclikdəki nəzəri, fantaziya səciyyəli sevgisi mənim üçün bir təsəlliyə çevrildi. Yoxsa Töhfəyə sevgilərimin əlacsızlığına görə indiyə kimi özümü danla­­mış, indən belə də danlayacaqdım. Xəlvətdə özümə itin sözünü deyirdim. Acizliyimə yanırdım. Mənim Töhfəyə olan münasibətim zahirən Məcnunun Leyliyə məhəbbətinə bənzəmişdisə də, eşq başıma vurmamışdı. Ağlım-məntiqim yerindəydi. Məncə, Leyli də, Məcnun da təxəyyül obrazla­­rıdır. Uydurma və reallıqdan uzaq bir şey. Kəllə suyu. Di­­pendra və mən – biz Məcnundan da bərk sevmişik. Ancaq dəli olmamışıq. Məcnun sənətkar təxəyyülündə dəli olub. Hətta sevgililərimiz ərə gedəndə də bizim ağlımız tərpən­­mədi, beynimiz yerindən oynamadı. İlk sevgisinə qovuş­­mağa heç kəsin yaşı çatmır. Yaşı da yox – təcrübəsi. «Təc­­rübəsi» deyəndə – taktiki gedişlər üçün müvafiq bacarıq və vərdişləri. 30-na qədər Dipendranın hər sonrakı sevgisi əvvəlkin­­dən ağrılı olub. Yaş üstə yaş gəldikcə, sevgilərdəki drama­­tizm, şekspiranəlik artıb. Mən Dipendra kimi olmadım; otuz yaşımda eşqdənzaddan yan keçdim. Düzünü deyəcəyəm, başım kəsbkarlı­­ğa qarışdı. Eşq vaxt tələb edir. Kral ailəsində doğulmadı­­ğımdan, ömrümün çoxu xırda-mırda işlərə gedib. İş-peşəm əngəlləri dəf etmək olub. İndi də eləyəm. Yox, əslində kral ailələri də əngəllərlə rastlaşır. Sadəcə, əngəllər keyfiyyəti və miqyasına görə fərqlənir. Üstəlik, bəlkə kral ailələrində­­ki əngəllərdən daha böyük dərdlər törənir. Yəqin kral ailələ­­rindəki dərdlər ümumbəşəridir; onlar daha tez, özü də bütün dünyadan görünür. Belə baxanda, dünya çox kiçikdir; hamı 10 kral ailəsinin dərdinə yaxındır. Kasıb üçün əngəl məyus­­luqdan özgə bir şey verməz. Yaxud kasıbların münaqişə­­lər zamanındakı şillə-qapazları kral ailəsindəki atəşlərə bə­­rabər şeydir. Əlbəttə, mən atamı padşahdan-kraldan əskik tutan deyiləm (hamısı rədd olacaq). Sözümün canı ayrıdır: Dipendranın məhəbbətə gen-bol vaxtı olub, mənimsə yox. Həm də vətənində müharibə gedən bir insanın sevgi yadı­­na düşməz. Az-buçuq qeyrəti olan kəs müharibədə sevgini ikinci plana keçirər, onun üçün belə şey gülünc görsənərdi. Hə, müharibədə sevgi – məsuliyyətsizlikdir. Ümumiyyətlə, sevgi bekarçılıq sənətidir. Ən çox da sülh dövrünə aid – planlaşdırılmamış bir şey. Bəşəriyyət bekarçılıqdan doğubtörənir. İnsanı sevgisinə görə öyüb-şişirtməyə dəyməz. Üs­­təlik, axı, sevgi – hədsiz mübhəm işdir. Onun kollektivə, ya kollektivlərə nə dəxli. Sevgidə sosiolojilik, hətta patriotizm də yox həddindədir. Mən ölkəmdəki müharibəni hər şeydən üstün tutmuşdum. Müharibəyə uyğun da qəlbimdə nifrətlər qaynayırdı. Müharibədə nifrətlər daha təbiidir, nəinki sev­­gilər. Nifrət müharibədə nə qədər realistikdisə, məhəbbət bir o qədər sürrealistcəsinədir. Sevgi sərt və acı həqiqətləri, eləcə qaranı da çəhrayı göstərir. Çəhrayı – yanlışlıq rəngi, səhv yoldur. Qoy ürəyimdə qalmasın, deyəcəyəm: müha­­ribələrdə sevgilər bəlkə bir az da kəmağıllığa dəlalət edir. Mən müharibədə vaxtımı sevgilərdənsə nifrətlərə sərf edə­­rəm! Sevgi – vaxt aparır, tüfeyli həyata sövq edir. Nifrətsə yaradıcı və konkretdir; onun ünvanı dəqiqdir, məram qəti­­dir. Nifrətdə yenilməzlik var. Müharibədə tankı-topu olan yox, insanların vaxtını bir yerə cəm edən tərəf udur.­­Güman, Nepalda müharibə-sülh problemləri Azərbay­­candakından heç də az aktual deyil. Ancaq yəqin orda bütün bunlarla kral özü məşğuldur. Heç vaxt da şahzadə Dipend­­ 11 ranın qulağı belə şeylərlə doldurulmayıb, ona müharibələr­­lə əziyyət verməyiblər. Ona müharibələrdən informasiyalar çatdırmaqla kifayətləniblər. Düzdü, bəlkə müharibə dərslə­­ri keçilib də. Müharibə – vəliəhd üçün tədris fənnidir. Hə, krallıq şahzadənin daha təbii-normal yaşamına şərait yara­­dıb. Müharibələr onun həyatını deformasiyaya uğradardı. Bir krallıqda barı təkcə şahzadənin həyatında harmoniyanın təminatı olduqca vacibdir. Birdən ölkəyə harmoniyanı gör­­müş insan gərək oldu. Harmoniya içərisində də – sevgilər... Hərçənd bu harmoniyanı da daxildən qurd yeyir: hər sonra­­kı sevgi əvvəlkindən facianə olmaqla. İlk sevgilər olsa-olsa kimlərdənsə küskünlüklərlə müşayiət olunursa, sonrakılar – kəskin münaqişələrlə keçir. Faciələr mənhus təcrübələrin məcmusu və yekunudur. Hə, atam hər hansı müharibəyə laydivar övladları, Ne­­pal kralısa upuzun, məzmunu çətin anlaşılan fərman və sərəncamlarıyla kömək edib. Əslində mənim atam Nepal kralıyla müqayisədə daha böyük işlər görüb. Miqyas ölçü­­yə gəlmir. Övlad ölümü nəhəng humanitar qəza sayılardı. Atamın övladlarını həmişə şəhidlik gözləyib, kralınkılarısa – təmiz-tarıq bir həyat. Nepal kralı şəhidliyi öz ailə üzv­lərinə rəva görməyib. Zira, ona həmişə elə gəlib ki, şəhid cənnətə-zada getmir; şəhidliyin əxlaqa zərrəcə dəxli yox­­dur. «Şəhidlik Comolunqma zirvəsidir», «şəhid ölmür» – bu cür-bu sayaq boş söyləmələr yalnız millətin saqqız ki­­mi çeynəməsi üçündür; psixoloji treninqdən başqa bir şey deyil. Yoxsa kim göz-görəsi ölümə gedər! Kim canından bezib! Ölümə guya əbədiyyət eşqinə gedirlər. Amma, alaey! Halvadı əbədiyyət! Əslində atam da şəhidliyi yaşamaq­­dan üstün tutmurdu. Nağdı qoyub nisyənin quyruğuna ni­­yə düşəsən: həyatın müvəqqəti olanı var ikən, «əbədi»sini 12 neynirsən. Ancaq onun oğlanları «şəhidlik zirvəsi»nə məh­­kumdular; bundan qaça bilməzdilər də. Şəhidlikdən qaçan – fəraridir, di qurtardı getdi. Artıq cinayət məcəlləsinin bir neçə maddəsi belindədir. Kral taxt-tacını itirərsə belə, bu, övlad itkisinə tay ola bilməz.­­Zənnimcə, kral öz övladlarını nəinki müharibələrdən, hətta güclü sevgilərdən də qoruyurdu. Müharibə və sevgi – bunların hər ikisində od-alov və atəş var. Bəzən sevgi mü­­haribədən dəhşətli olur. Şahzadə üçün sevgi əvvəlcədən qu­­rulmuş plan çərçivəsində mümkündü. Kral ailələrində belə işlərin kökündə qeyri-insani, hətta şeytani məqsədlər durur. Burda irqi ayrı-seçkilik taparsan, hətta sinfilik də. Əslində sinfilik ictimai-siyasi formasiyaların hamısında var. Sinfi­­lik – heç vaxt itmir.­­Bayaq dedim, yenə deyirəm, mənim atam kraldan üs­­tündür: ondan cəfakeşdir. Evlənmək işində də varlı-kasıblı­­ğa yox, mərifətə-əxlaqa qiymət qoyandır. İnsaniyyəti vacib sayır, adam insan olar, deyir. Düzdü, onun başqa «üstün­­lük»ləri də var: dövlətin bütün qanunları sanki onun adına yazılıb. Qanunlardan bir addım qırağa çıxarsa, adına cina­­yət işi açılar. Ona münasibətlər 180 dərəcə dəyişə bilirdi. Qanunlar içində öyülən atamı qanunlar dışında «söyər və döyər»dilər. Qanunların dışında onu həbslər gözləyirdisə, qanunların «həbsində» – azaddı. Nepal kralı şahzadəni mü­­haribəyə göndərə də bilər, göndərməyə də – külli-ixtiyar sa­­hibidir. Göndərmir. Çünki kefi belə istəyir. Ancaq bax, elə burada da korlayır. Atamın qanunlardan çıxmağa, kralınsa qanunlara girməyə qüdrəti çatmır. Onlar bu qüdrətsizlikdə bir-birinə taydılar. Heyhat, sevgi faciəsi mənə nəsib olmadı. Düzü, mənim Dipendraya paxıllığım tuturdu. O, bir tək atasının gicgahına 13 güllə çaxsaydı belə, bu, dünyada böyük rezonans doğurar, hay-küy törədərdi. Bir adamla 11-n zurnası təxminən eyni cür çıxardı. Lakin o, aləmi qatdı bir-birinə, bir sürü ada­­mı leş eləyib qoydu ora. Göz qızdısa, bə neyləməlisən. Din qaçdı, iman itdi. Ya hirs gəldi, iman, qaç. Kral, ya qeyrikral – o, ailənin cəmi üzvlərini yerə sərmişdi. Qalın xalılar üzərində hamı biədəb tərzdə uzanmışdı. Ömrü boyu şahanə oturub-durmuş, qızılı libasları göz utandıran insanlar, üs­­təlik, əlahəzrət özü də – güllələnib hər cür etiketdən vaz keçmişdilər. Kübar rolu artıq vecsizdi; onlar aktyorluğu qə­­fildən yerə qoymuş, bir-birinin böyründə azad-asudə tirrən­­mişdilər. Qəti ayıb-zad qanmırdılar. Xalı-xalçalardakı qır­­mızı ilmələr onların qanını olduğundan da parlaq göstərirdi. Kral uzun qıçını baldızının budu üzərinə rahatca aşırmışdı. Özü də – bir budunun. Sanki ikincisinə – ədəb gözləmişdi. O, namus həddini haracan bilirdisə, oracan gedib dayan­­mışdı. Yaxud, bu ehtimal azdısa da, iki buda cürəti çatma­­mışdı. Qızların qırçınlı-qəşəng alt tumanları açıqca görsə­­nirdi. Qana bulaşmasaydılar, xala-bibilərin qarabuğdayı, sürahi budlarını da aşkar görmək olacaqdı. Özü də baxan üçün artıq hansının xala, hansının bibi olmasının heç bir fərqi yoxdu. Bud buddu – onlar dadlı və qəşəngdilərsə, ta ölən haqda digər məlumatlara nə hacət. Təptəzə mərhumə­­lərin budlarında yuxarıya getdikcə azalan nöqtə-nöqtə incə tüklər nəzərə çarpırdı. Tüklü yerlərin öz erotik effekti vardı, tüksüz yerlərin də – öz. Ola bilsin ki, dünya hələ bu cür gö­­zəl budlar görməmişdi; teleekranlardan görəsi oldu. Hamı gördü və qiyabi olaraq da onların ləzzətini duydu. Ekrandan fotolarını aldılar. Onanistlər çataçat öz işlərini gördülər. ...Kopoyoğlunun gülləsi kralın şirin canına adi adam­­lardakı sayaq girmişdi. Güllə üçün kastaların yuxarı-aşa­­­ 14 ğılığının fərqi yox imiş. Hamı şoka eyni tərzdə düşürmüş. Dipendra atasını saxlayıb, təkcə anasını gəbərtsəydi belə, əfsanə üçün elə bu da kifayət edəcəkdi. Ata kimi ana da əf­­sanəlikdi. Düzdü, xala-bibilər əfsanələrə ayrı-ayrılıqda heç cür girə bilməzdilər. Xalq onların zərif və yumşaq dəriləri­­nəsə qiymət qoymaz, şahzadənin onları öldürməsi bəlkə adi cinayət də sayılmazdı. Kimdi onlara görə şahzadəyə cina­­yət işi açan. Kimin başı bədəninə ağırlıq edir! Kral ailəsin­­də cinayət məcəlləsi işləmir. Ya tutaq ona iş kəsilərdisə də, uzaq başı növbəti milli bayramların birində əlbəəl əfv olu­­nardı. Kral üçün əfv fərmanı nədir – bəzək-düzəkli oyuncaq bir kağız parçası. Bu fərman blankından atası Dipendraya uşaqlıqda gəmicik düzəltmişdi. Nepalda «leyli-məcnun»ları çox-çox arxada buraxacaq təptəzə bir məhəbbət əfsanəsinin özülü artıq qoyulmuşdu. Kral ailəsi tam tərkibdə cəhənnəmə, ya ola bilsin, cənnə­­tə vasil olmuşdu. İndi artıq bircəciyinin sağ qalması yeni tipli əfsanənin yaranışına xələl gətirə bilərdi. Yox, kiminsə təsadüfən sağ qalması da yaramazdı. Yaralanıbsan, zəhmət çəkib ölməlisən. Kim ölməsə – işlər korlanacaq. Yaralıların böyük bir əfsanə xtirinə tezliklə ölməsi vacibdən vacibdi. Deyirəm, Allaha çox şükür, heç kəs sağ qalmadı. Şərqdə təzə və yanıqlı, daha təsirli məhəbbət əfsanəsi naminə bir kral ailəsinin qurban getməsi olduqca vacib imiş. Qəşəng bir əfsanə kral ailəsi həyatından qat-qat maraqlı və dəyər­­lidir. Yoxsa Şərq paslanmaqdaydı. Gec-tez oradakı yeknə­­səqliyə son qoyulmalı idi. Qoyuldu da. Mənim atam Allah rəhmətinə xəstəlikdən getdi. Çifay­­da, uzun ömründə mən ona bir çırtma da vurmadım. Düzdü, vursaydım da, kərəni kürə eləməyəcəkdim. Bircə çırtma nə­­mənə şeydi; əfsanəyə çevriləsi deyildi ki. Amma hər halda, 15 cəmiyyətdə səs-səda doğurardı. Ən azı qəzetlər ağız-ağıza verəcəkdilər. İlahi, şöhrətin bu cürəsi də mənə qismət de­­yilmiş. Mən ümummilli ədəb qaydaları çərçivəsində özü­­mü neytrallaşdırdım, məhvə uğratdım. Əlbəttə, atamla bağ­­lı mən də bir iş görüb, əfsanəyə dönmək istəyərdim. Əfsanə qəhrəmanı olmağı kim istəməz. Atamın qətli ən əvvəl onun özünə, sonra da həm ailəmiz, həm də millətimizə gərək­­di. Neyləyim, əlim qalxmadı. Buna karlı səbəb görmədim. İş tutmayanda tutmur. Dipendra mənimlə müqayisədə dahi imiş. Yox, kişi oğlunun əfsanədə yaşamağa haqqı çatır. Dili də var, dilçəyi də, qoy getsin irəli. Xalq suyu mənim kimi üfürə-üfürə içənləri nağıla-dastana doldurası deyil ki. Düz­­dü, haçansa mənim də Dipendranınkına bənzər tərzi-hərə­­kətlərim olub. Bir dəfə atamı zəhərləməklə nələrəsə çatmaq istəmişəm. Qoy özümü tərifləyim, elə zəhərləmək də ataya münasibətdə fantastik addımdır. Ata qatili – bu, bütün hal­­larda şöhrət gətirir. Sadəcə, məqsədə yetmək üçün heç vədə fövqəladə bir ideyam olmayıb. Niyyətlərim kiçikdən kiçik, cılızdan cılızdı: atanı öldürməyə bəs etməyən səviyyədə. Nə olsun, Dipendra da ömrü boyu atasına bir çırtma vurmayıb, bəlkə ona güldən ağır söz deməyib də. Lakin altdan-altdan yığırmış. Şahin kimi birdən üstünə şığıyıb. Öz aramızdı, çırtma nədir? Ən əvvəl özün üçün təhqiramiz bir şey. Əfəl­­lik və səfehlik. Güllələmədəsə ağayanalıq var. Əsilzadələr tarixlər boyu hər cür müşkül və tul işi atəşlərlə həll edib. Çırtmanı keçələ vurarlar. Həm də çırtmadansa, krala güllə yaraşar; kral keçəl olmuş olsa belə. Yaraşdı da. Nepal kralı çırtmayla təhqirdən yaxşı qurtuldu. Çırtma ehtimalı dərhal sıfıra endi. Gicgaha güllə – bu, fundamental bir əməldir. Onunla cinayət məcəlləsinin uyğun maddəsinə birbaşa so­­xulur, orada çataçat öz yerini tutursan. Yeri gəlmişkən, Al­­­ 16 lah haqqı, mənim atamla rəftarımın ən qaba çağlarında da çırtma yadıma düşməyib. Zəhərləmənisə güllələməyə tay bilmişəm; elə bu da uca ölümlər sırasındadır. Atamın ölümü kralınkına oxşayacaqdı, bir az dəqiq desək, kralın ölümü – atamınkına. Axı mən iyirmi il əvvəlin sözünü danışıram. Hə, atamın üstünə xoruzlanmalarım, mənim ona hərbə-zor­­balarım hər hansı sevgiliyə-zada görə deyildi. Elə olsaydı, nə vardı ki. Üstündən illər keçib: indi onların səbəbini heç xatırlamıram da. Hər halda, bir vaxtlar «dolu» olmuş olsa da, indi «boş» görünürdü. Görün, qız üstündə də ataya əl qaldırarlar! Bu, azərbaycanlı üçün yuyulması müşkül ləkə olardı. Biz bu cür əfsanələrə qara qəpikcə qiymət qoymarıq. Bizlərdə milli əxlaqa zidd miflər yeriməz. Leyli-məcnun­­larla fərhad və şirinlərə baxma, onlar ümumşərq həftəbecər şeylərdir. Durub onları da təmiz araşdırsan, bir heçə dönər­­lər. Belə əfsanələr Qafqaz altına uzaq-uzaq məmləkətlər­­dən gətirilib. Görərsiniz, gələcəkdə Azərbaycana şahzadə Dipendra haqqında əfsanə də gəlib çıxacaq. Gəlib köhnə­­ləri sıxışdıracaq. Bə nə, dünya hərtərəfli təzələşir. Həmin əfsanə artıq Nepalda yaranma prosesindədir. Katmanduda məhəbbət Comolunqma zirvəsinə uyğun ucalıb. Deyəsən, Comolunqma nepallıları zirvələrə öyrədib. Hə, artıq əfsanə «istehsalat»ı işə düşüb. Bu, nepallıların pıç-pıçından, çöm­­bələtmə ixtilatlarından törənir. Bu iş ölü nöqtədən 2001-ci ilin 1 iyununda çıxıb. Di gəl, indi mən burda sizə bir əfsanə­­yə gedəsi vaxtı səhih hesablayıb deyə bilməyəcəyəm. Hər halda, yüzillərlə ölçüləndir. Mən bir neçə yüzildən sonrakı nəsillərə qibtə edirəm. Şahzadə Dipendra haqqında əfsanə dünyadakı oxşar əfsanələrə böyük bir əlavə olacaq: sanbal­­lı və gözəgəlimli. Hə, mən atamı vaxtında zəhərləsəydim, indi bəlkə biz də bir günə çıxar – əfsanələşərdik. İnan, əf­­­ 17 sanələşməkdən ötrü ölürəm. Özüm türmədə oturacaqdım­­sa da, bayırdakı əfsanədə asudə dolaşacaqdım. Mən həmin əfsanənin içində türməyə – öz yanıma gələcəkdim. Lakin Dipendradan fərqli, mən bu əfsanədə mənfi obraz sayıla­­caqdım. Nepalda ilahiləşdirilən ata qatili Azərbaycan şərai­­tində yamanlanasıdır; çox da bu qətl məhəbbət yolunda baş verib. Məhəbbət atadan üstün ola bilməz və olmamalıdır. Doğrudan da, bir mamlımatandan ötrü də atanı öldürərlər­­mi? Haşa və kəlla! Ata bir də ələ düşərmi? Dünya gözəlinin yüzü, hələ mən az deyirəm, atanın bir dırnağına qurban. Ata – öz varlığında yeganədir. Ata – bir fenomendir. Arvadları konveyer üsuluyla al da boşa, al, boşa. Bəyəm azalasıdır? Müsəlman dünyasında siğədən də asan nə var? Sən arvadı boy-buxununa, köklük-arıqlığına görə də seçə bilərsən. İx­­tiyar sahibisən. İşdi-şayəd, bizdə «Dipendra əhvalatı» baş verərsə də, ata əfsanədə ancaq müsbət qələmdə gedəcək. Bax, mən bu­­na beşəlli razıyam. Faciə qaçılmaz olacaqsa, barı qoy atam əfsanəyə müsbət obraz kimi düşsün. Dipendra haqqında əfsanədəsə ata (kral) idbar qəhrəman tipində görsənəcək. Kaftardan kaftar! Kral həyatda nə qədər humanistdisə də, artıq xeyri yoxdur, əfsanədə ifritəyə bənzəyəcək. Onun öm­­rü boyu etdiyi yaxşılıqlar yelə getdi. Hər şey kufənkuf oldu. Bizdəsə atam get-gedə ideallaşdırılar, hətta əfsanədə get-ge­­də göyçəkləşər, üzündəki gənclik çibanlarından qalma ça­­pıq yerləri hamarlaşardı. Əfsanə kosmetoloji effektlidir. O, əfsanədə şəkillərdəkindən hökmən göyçək alınacaq. Bəlkə onu heç tanımadım da. Kişi şəkillərdə həmişə eybəcər, bə­­zən hətta qorxunc düşərdi. Uşaqlıqda düşünərdim ki, anam bunu necə sevib. Sonra da öz-özümə deyirdim: mən necə sevirəmsə, o da elə sevib. Bir tərəfdən də yanıb-tökülürəm: 18 hayıf, atamı öldürmədim. Mağıl kişi cəmi bir neçə yüzil­­dən sonra təptəzə qiyafədə üzə çıxardı. İlahi tərzdə. Artıq o, yaddaşların qızıl səkilərində gəzişəcəkdi, küçədə-bazar­­da yox. Bu fürsət əlimizdən çıxdı. Mən atama qıymadım; o bundan sonra cəmi 20 il yaşadı. Yedi-içdi, gəzdi-dolaşdı – sürdüyü bütün dəmlərdən sonra hamı kimi yatağa düşdü, dünyadan sakitcə köçdü. Yasında bir kəsin ağlamayacağını duyub, gələnləri ağı deyib zorla və zar-zar ağlatmaqdan öt­­rü məxsusi ləçər arvadlar tutmuşduq. Onun ölməyi gözlə­­niləndi, əbədiyyətə çatmağısa – yox. Onu əbədiyyətə mən göndərəcəkdim. Bu işi oğuldan başqa kim görər. Lakin alın­­madı. Bacarmadım. Əlimdən gəlmədi. Çünki maymağam. Əbədiyyət mənim ona hədiyyəm olardı; oğulluq borcundan əməllicə çıxardım. Mənə verilən ucuz bir həyatın müqabi­­lində – buyur, əbədiyyət! Bununla mən atamı şişirtmiş ola­­caqdım. Əbədiyyət mənim həyatımla müqayisədə, həqiqə­­tən, bahalı idi. Çifayda, o, 20 ilin badına getdi. Millət şanslı bir əfsanəni, atamsa təsadüfən ortaya çıxmış əfsanələşmək şansını itirdi. Eh, yazıq atamın qismətinə haçan yaxşı şey düşdü ki! Bir xoş gün görmədi. Daim zillət içində yaşa­­dı. Axı mən əfsanədəki müsbət qəhrəman obrazına zəmanət verirdim. Bu elə-belə şey deyil. O, əbədiyyətdə seviləcəkdi. Quru canına dəymədim, nə oldu, indi onu beş-üç nəfərdən savayı hamı unudub. Bu, yaxşıdı bəyəm? Qalır anam... – onun əfsanələşmək şansı hələ durur. Bəl­­kə onusa əbədiyyətə çatdırdım. Ürəyim atlanırdı. Ancaq bu imkan da sonsuz deyil ha, beş-on illikdir. Lakin o, müqa­­vimətsiz, incə və zərif bir məxluqdur. Dişləri – inci sırası; özüm düzəltdirmişəm. İndiyəcən də bir qarışqanı tapdama­­yıb. Onu lappadan necə öldürəsən. Vallah, onun da qətlinə heç bir səbəb görmürdüm. Barı hərdən adamı cinləndirə! 19 Amma yox, acı sözü bal dadır. Üstəlik, axı, dişlər də gə­­rək bir az gedə... Xərc batmasın. «Can-bala» sözündən bez­­mişəmsə də, o da əbədiyyətdən qaldı. İndi mənim oğulluq borcum onun ömrünü bir balaca uzatmaq, quru-taxta canını indən belə beş-üç il də yaşatmaq olacaq. Mənim olsa-olsa buna gücüm çatar. Beş-üç də yox, tutaq lap 5-10, ya 10- 15 il, di vəssalam. Ayrı neyləyə bilərəm: əbədiyyətə düş­­sün deyə, durduğu yerdə gözlərini deşməyəcəyəm ki. Yox, anam da əfsanəlik deyilmiş, mən bu halətlə barışmalıyam. ...Gözlərinə döndüyüm Dipendra anasını o dünyaya bir neçə göz qırpımında göndərdi. Heç «uf» da demədi. Heç mən buna cürət edərdim? Ürəyim nazikdir. Ürək deyil ki – yuxadır, yuxa! Özü də Dipendranın anası mənimki kimi laqqa-taraqqa deyildi. Atmaralı bir şeydi. Yeriyəndə, aya­­ğı altında yer titrəyirdi. Dalı şişək quyruğu kimi yırğalanır, sağa-sola yellənirdi. Sağlığında yanaqlarından qan damar­­dısa, ölüm anlarında yırtıq kran kimi ora-burasından qan fışqırırdı. Ölüm qaşla göz arasında imiş. Oğlu ona onun oğ­­luna sevgilərini dəlib keçən güllələr atdı. Güllə anaya onun xəfif təbəssümlərinəcə bulaşıb dəymişdi. Güllələrin giriş yerlərində narıncı-işıqlı halələr yaranmışdı; deyilənlərə gö­­rə, bu, məhz təbəssümlərdən ola bilərdi. Bunun başqa yo­­zumu yoxdu. Hə, ana bircə anda göylərə milləndi, quş kimi əfsanəyə səmt götürdü. Ata da, bacılar və qardaş, xala və bibilər də – bir-birinə qoşulub getdilər. Hamısı birdən. Göy üzündə elə bil boz bir durna qatarı süzürdü. Videokadrlara çəkilmədiyindən, hansının əvvəl, hansının bir az sonra gül­­lələnməsi hələlik qaranlıqdı. Düzdü, gələcək əfsanə üçün belə şey sən deyən önəm kəsb etmir. Önəmlisi budu ki, ha­­mısı leş olmuşdu. Özü də gör kimdən ötrü – bir nazənindən, bir canandan. Bu qətllər nepallıları yeni əxlaq parametrlə­­­ 20 rinə çıxartdı. Elə san, Nepalda humanitar bir inqilab baş verdi. Onlar cəhalətdən, ətalətdən qurtuldular. Nepal xalqı işıqlaşdı, gözəlləşdi. Şərq Qərbi ötüb keçdi. Nepal ən azı terror sarıdan Qərb ölkələrinə oxşadı. Qoy Qərb eşitsin və bilsin: qüvvətli insanlar hər yerdə var! Gücü və gözəlliyinə görə, Qərbdə belə məhəbbət hadisəsi haçan görünmüşdü? Şahzadə Dipendra Nepalın tərəqqisi üçün qığılcım törətdi. O bir vəliəhd kimi gələcəkdə 30-40 il kral olacaqdısa da, bu bir neçə dəqiqədəki qədər böyük iş görməyəcəkdi. Fərman və sərəncamlar içində itib-batacaqdı. Hə, onun haqqında gələcək əfsanə «Şahzadə Dipendranın məhəbbəti» adlana bilər. Ad hökmən romantik olmalıdır. Onsuz Dipendranın sonda özünə qıyması da bu romantikanı şərtləndirir, hət­­ta onu gücləndirir də. Məhəbbət əfsanələri romantikasız mümkün deyil. Qəzetlərdə Dipendranın aşiq olduğu qız həqiqətən gö­­zəldi; gələcəkdə kral xanımı olmağa layiqdi. Adam hərdən fikirləşir ki, kral xanımı hökmən gözəl olmalıdır. Niyə də yox? Dünyada gözəllər dura-dura yazıq kral gedib kifiri seç­­məyəcək ki! Kral xanımının gözəlliyi həm də dövlət atribu­­tu kimi bir şeydir. Hə, o, döşlü-başlı, bununla belə zərif və lətafətli bir məxluqdu. Adam hələ onu ağ-qara qəzetlərdən happ eləyib udmaq istəyir, onda qalmış rəngli jurnallardan ola. Dipendrada nə günah. Happ eləyib uda bilmədiyimdən, mən də ona qəzetdən aşiq olmaq zorunda qalmışam. Görən, o, əfsanədə necə alınacaq. Elə şəkildəki kimi döşlü-başlı­­mı? Hələ qəzet səhifəsindən də onun dodaqlarının balı-şə­­kəri üzə çıxırdı. Gəl gör mən onu həyatda görəm: ansızın şoka düşərdim. Heç mən ona barmaq toxundura bilərəm: dərhal ürəyim dayanar. Gözlərində hiylə yox, məkr yox... Dipendra o gözləri necə unudaydı! O gözlər uğrunda kül­­­ 21 li-Nepalı qurban vermək də olar. Mistik planda nepallıların cümləsinin dəyəri bir məhəbbətcə deyil. Bu saat mən sözləri yan-yana düzə-düzə Dipendra haq­­qında məhəbbət əfsanəsini qabaqlamaqdayam. Şəkk gətir­­məyin, indi bəlkə mən əfsanədən də qüdrətli bir şey yarat­­maqdayam. Qoy 300-500 il müddətində əfsanəni də düzübqoşsunlar, onu mənim bu hekayətimlə tutuşdursunlar. Bəlkə də zaman mənim yazdığımı əfsanədən üstün tutacaq. Düz­­dü, mənim hekayətimdə sənədlilik güclü görsənəcək; bəlkə bu bir qədər nöqsana da bənzəyəcək. Hekayətim ona görə sənədlidir ki, özüm zamanca fakta yaxınam. Faktı buraxıb uydurmalar yazmayacaqdım ki. Onsuz fantaziya həyat fakt­ları mürəkkəbliyində şeyləri uydura bilmir. Əlimə halva bir material düşmüşdü. Həyat qatmaqarışıqlıqda qarabasmalar­­dan da irəlidir. Bu hekayətimi indidən Nepalda dərc elətdir­­miş olsam, əlbəttə, xalq əfsanəsi daha yetkin alınar. Filhə­­qiqə, xalq gördüyü faktlara sənədli hekayəti də əlavə etsə, onun əfsanə təcrübəsi fısqırıq gözəl olar. Xalqa bədii nümu­­nə həmişə vacibdir, çünki o, əslində küt bir varlıqdır. Onun qulaqları bədii informasiyalarla mütəmadi doldurulmalıdır. Hə, ya da bu hekayəti internetə saldırsam, kral ailəsi faciəsi faktına əlavə kimi nepallılara ərməğan edərdim. İnformasi­­ya bolluğunda millət yaxşı düşünər. Düşünüb-daşınar. Öz həyatını bir daha götür-qoy edər. Qoy Dipendra haqqında əfsanə bu yazımdan «qidalanmaq»la, dünyanın şah əsərinə çevrilsin. İnsanlıq köhnə məhəbbət əfsanələrindən bezib, artıq onlardan çiyrinib. Hər halda, mənim bu bədii versi­­yamın heç kəsə ziyanı dəyməz. Axı mən nə deyirəm ki. Bir kəsə dərd demirəm, çor demirəm. Hekayətim sayəsində gə­­ləcək əfsanə daha təsirli alınar, üstəlik, onun içində mənim də ruhum yaşayar. 22 Dipendranın sevgilisi qaçıb Hindistanda gizlənibsə də, onsuz əfsanədə onu hamı görəcək. Onun fotorobotu mənim hekayətimdə artıq görünməkdədir. Adı Devyani olan qız əfsanədə dünyanın hər yerindən Günəş kimi görsənəcək. Onu yalnız əfsanədən tutub cinayət məsuliyyətinə cəlb et­­mək mümkündü. Onun tutulmağına da minimum 300-500 il vaxt lazımdı. Gərək gözləyəsən ki, əfsanə tam yetişib üzə çıxa, ordakı obrazları fərqləndirmək ola. Əfsanə hekayə de­­yil ki – becid yazıla. Əlbəttə, mən hekayəmə var gücümlə proteje eləyərəm. Kompüterçidən tutmuş qəzet-jurnal baş redaktorlarınacan – hamıya zor göstərəcək, bir növ, onları hər dəfə dümsükləyəcəyəm. Hər hansı millət özlüyündə bu sayaq əməlləri bacarmır. Onlarınkı qocafəndidi; əl-ayaqları tərpəşincə dağ-daş dilə gəlir. Xalqlar daim eyni üslubda – hadisəni dildən-dilə ötürməklə işləyir. Ancaq indi bu üslub bir qədər bəsit və primitiv görünürsə də, əsaslı şeydir. Mən buna primitivlik də yox, primitivizm deyərdim. Dastanlarsaqalar, ələlxüsus əfsanələr, primitivizm janrında yazılır. Əvət, mən hekayətimin arxasında durmuşam. Onu tez də öz layiqli mərtəbəsinə ucaldacağam. Hə, Dipendra haqqında əfsanə tədricən yaranacaq. Be­­lə baxanda, əfsanə başsız-sahibsiz şeydir. Lakin yarandısa, artıq əbədidir. Mənim bu hekayətimi yəqin hamı müvəqqəti sayacaq, hərçənd məhəbbət mövzusunda əbədi də ola bilər. Sınaq – qabaqdadır. Əfsanə də əbədi, mənim hekayətim də – bu, xeyli gülməli çıxacaq. Onlar əbədiyyətdə yarışacaq­­lar. İlahi, görən, Nepal xalqının gələcək nəsilləri bunlardan hansına üstünlük verər! Hayana dönə, əfsanə də mənim he­­kayətim kimi faktologiya üzərində qurulacaq. Kim nə de­­yir-desin, əfsanələr də sənədli əsərlər sırasındadır. Ədəbilik əbədiliyin təminatçısıdır. 23 Boynuma almalıyam ki, Dipendra məhəbbətdə məni ya­­man üstələyib. İndi onunla fərqimiz yerlə göy qədərdir. Bu saat o, göylərdə qanad çalır, mən isə, ay budu-ha, yerdəyəm və sanki dəftərxanaçılıqla məşğulam. Özü də özümdən he­­kayət quraşdırıram. Bu hətta bir mühasibat işi kimi nəzərə çarpır. Necə güclü hekayə yazmış olsam da, bu, məhəbbət uğrunda ölməyin yerini verməyəcək. Dipendranın əhvalatı olub da, qurtarıb da, burda mənim rolum olanların burunqulağını kəsib-düzəltmək, quraqları yamamaqdı. Elə san naşı bir kosmetoloqam; real və gözəl faciəni əslində defor­­masiyaya uğradır, birini deyib, birini deməməklə gələcək insanları indidən çaş-baş salıram. Elə xalq özü də daim özü­­nü aldadır. Əfsanələr həmişə təhriflərlə başa varır. Bəyəm reallıq belə gözdən düşüb? Folklor reallığın dəyişdirilməsi, qol-qabırğasının sındırılmasıdır. Dayan, deyən, mən burda ucunu tutub ucuzluğa gedi­­rəm. Dipendra bir tək məni yox, Məcnunu da, Fərhadı da üstələyib. Fərhad onun yanında kimdi – qara bir fəhlə, Məcnunsa – bambılı bir şey: sərsəri, səfeh-sərgərdan. İndi­­yəcən Şərq leyli və məcnunlar, fərhad və şirinlərlə forma­­laşıb. Şərq elə ona görə Qərbdən geri qaldı da-a. Heç cür irəli getmir; elə bil kəl-arabası palçığa batıb. Sız-sız sızılda­­maqla hara uçmaq olar? Belədə yalnız kəllə-mayallaq aşağı gəlmək, gedib qəbrə girmək mümkündü. Şərqdə mühari­­bələrin təkmilləşdirilməsi də bu sızıltılar ucundan müşkülə düşüb. Ağlayıb-sıtqamaq nə qədər olar! İncəvara, 2001-ci ilin 1 iyunundakı hadisə mənzərəni kökündən dəyişdi. Bu «cinayət» Şərqi xeyli irəli atdı. Bay, 11 adamın qətlinə ça­­şıb «cinayət» dedim. Vərdişdəndi: axı biz qətlə binayi-qə­­dimdən «cinayət» demişik. On bir ölüm – bir sevgini əbə­­diləşdirmək üçündü. Bir məhəbbət kral ailəsini yastılatdısa 24 da, Şərqin başını uca elədi. Bu məhəbbət Şərqə mədəniy­­yətlərin hıqqana-hıqqana yüzillər boyu verdiyindən çox şey verdi. Dillər əzbəri olan məhəbbət süjetləri ildırım sürətilə köhnəldi. Gələcək nəsillər daha gözəl bir məhəbbət əfsanə­­sinin fakturasını əldə etdi. Bu, bəşəriyyət üçün göydəndüş­­mə oldu. İndiyəcən o, ideoloji qətllərə ilişib qalmışdı, heç nə yaradıb-yapa bilmirdi. Faşizm və kommunizm dövrünün qurbanları havayıcana fələyin badına getdilər. Onlardan ro­­manlar-zadlar yazıldısa da, barı sonradan-sonraya dərin əf­­sanələrə keçilmədi. Dipendra faciəsinin yalnız faktoloji materialı bizim ol­­du. «Bizim» deyəndə – külli-insanlığın. Hə, görək faktura­­da nəyimiz var: 11 ölü, kral sarayının güllələnmiş divarla­­rı (dəlik-deşiklərin sayı dəqiqləşdirilir), Hindistana qaçan sevgili (Devyani adında), bir də qəfildən peyda olan, hara­­dansa Nepala dönən dozanqurdu bir əmi. Beləliklə, hamı gördü ki, fakturadan ölülərlə yanaşı bir dənə də diri keçir. Bu yeganə diri tezliklə kral olası idi. Şahzadə Dipendra özü ənənə üzrə üç-dörd gün kral oldu: yəni ölənəcən, şok halın­­da, «cani» durumunda. Devyani də hayana qaça, artıq xeyri yoxdur – gec-tez əfsanəyə məsrəf ediləsidir. İndiki bəşəriy­­yətin bəxtinə sənədli material düşüb; əslində buna da şükür. Əfsanə isə gələcək nəsillərin qismətidir; bədii şey onların­­dır. Hərçənd mən də «bədii şey» adına bu hekayətimi indiki bəşəriyyətə sırımaqdayam. Bir yandan da, axı sənədli əsər bədiidən belə aşağıdır? Ondan belə hörmətsizdir? Ancaq yenə ürəyim dinc durmur, arxadan sinəmi döyəcləyib məni hey insafa çağırır. Əfsanə faktologiyadan həmişə üstün bi­­linib, indi də bilinir. Mən fikir vermişəm, hər hansı əfsanə illər keçdikcə daha da dərinləşir, onun məna qatları getdik­­cə çoxalır. Dipendra nəinki Nepalı, hətta bütün Şərqi yeni 25 yaradıcılıq üfüqlərinə tulladı. Bir tək Şərqi yox, elə Qərbi də. Lakin Dipendra əhvalatının Qərb təcrübəsində necə üzə çıxacağını heç cür anışdıra bilmirəm. Hərçənd Qərb mühafizəkarlığı da Dipendranın faciəsi­­nə göz yuma bilməyəcək. Qərb gec-tez öz uydurma Romeo və Cülyettasından utanacaq, usanıb onlardan əl götürəcək. Onsuz artıq hamı bezikib. «Dipendra və Devyani» «Romeo və Cülyetta»dakı saxtalıqları aləmə faş edəcək. Qərb öz ya­­lançı eşq macəralarına nöqtə qoyacaq. Axı hap-gop nə qə­­dər olar! Mən gələcəyin gül kimi əfsanəsini indidən gün kimi aydın görürəmsə də, əfsus, özüm onun içində bulun­­mayacağam. Kimdi məni sayan, bəh-bəhlə ora salan. Mən gələcək əfsanədən bilmərrə əlimi üzmüşəm. Yazım səhv ya­­zılıb. Ancaq bir tək mənim yox, elə hamının. Qismətimizə ölüvay insanların gülünc sevgi nağılları düşüb. Başlarına qapaz vur, çörəklərini əllərindən al. Şərqdə qüvvətli insan­­ların güclü məhəbbətləri olubsa da, indiyəcən dünyaya qa­­palı qalıb. Qüvvətli insanlar, sadəcə, evləniblər, bununla qurtarıb gedib. Durub arvaddan ötrü ağlamayacaqdılar ki. Gözlərinin müzüyünü axıdaydılar? Bir də kimin ağzı nəydi, deyiklilərini onlara yasaq buyuraydı! Ancaq budur, təsadü­­fən bəşəriyyətə qüvvətli insan haqqında qüvvətli də bir fa­­ciə nəsib olur. Ədə, sən bu qara-qura nepallıların qızıl bəx­­tinə bax da-a. Gələcək insanlar indikilərdən fərqlənəcək; təzə əfsanə sayəsində onlar daha gözəl və mənalı olacaqlar. Mən hələ də gələcək şəxsi faciəm barəsində ümidliyəm. Qocalıqda yorğalıq edib coşğun bir sevgiyə düçar olmuş olsam, əngəlləri aşmaq üçün cinayətə də əl ataram. Niyə atmıram ki. Kimdən əskiyəm. Mənim cinayət yaşım bəlkə də qocalıqdadır. Ancaq görən, mən də 11, ya barı 7-8 adamı birdən qanına qəltan edə bilərəmmi? Vay-vay, hoqqa çıxdı 26 ki: ailəmizdə heç onun yarısı qədər adam yoxdur. Bə mən öldürməyə adamı hardan tapım! Üstəlik, indiki zəmanədə əfsanəyə silahsız girmək mümkünsüzdür. Yox, yox, məndən əfsanə qəhrəmanı çıxmaz. İndidən özümə badalaq gəldim, prokurordan-müstəntiqdən qabaq görəcəyim işə özüm «ci­­nayət» adı verdim. «Cinayət» sözünün bəri başdan işlədil­­məsi insanın əlini hər işdən soyudur. Həm də bu «cinayət»ə görə gec-tez tutula bilərdim; əfsanənin içində olsam belə. Əfsanənin «sərhəd»ləri şəffafdır. Hə, kimisə öldürməyə qə­­mədən-bıçaqdan savayı nə tapa bilərəm? Heç nəyə güma­­nım gəlmir. Soyuq silahla uzağa getmək olmaz. Onların ən itisi də yarıtmaz sayılmalıdır. Dipendranın silahlarısa növ­­bənöv, hamısı da qəttəzə. Silahla oynamağı, onunla jonq­lyorluğu da gözəl bacarırdı. Kral ailələrində ilk-öncə silah­­la davranmağı öyrənirlər; onların buna ixtiyarı çatır. Onlar üçün silah – həm humanitar, həm də dəqiq elmlər əvəzidir. Adam öldürmək aristokratların yaraşığı, onların başucalığı­­dır. Onlar adam öldürməsələr, yazıq görsənərlər. Dipendra­­nın əsas üstünlüyü faciənin cəld icraatındaydı. Yəqin bunun üçün hökmən kral ailəsində doğulmalısan. Gərək lap siftə­­dən silah sarıdan sıxıntı çəkməyəsən. Hə, nepallılar əfsanəni yaratmağa başlayıblar; artıq start götürülüb. Bunun üçün də nə ibtidai, ya orta məktəbə, nə də bir darülfünuna ehtiyac duyurlar. Əksinə, hər hansı təh­­sil ocağı əfsanəni paymal edər, onu yaman günə qoyardı. Darülfünun uzaq başı filoloq buraxa bilər. Hələ bəlkə Ne­­paldakı ingilislər ingiliscə, almanlarsa almanca da əfsanə yapdılar. Hərçənd əfsanə həm bunların, həm də ölkədəki bütün digər yabançı və azsaylıların dilində mükəmməl alın­­maz. Yalnız yerli iri xalqların əfsanələri yetkin olur. Hər halda, bu ayrı-ayrı, bir-birinin tərcüməsi olmayan əfsanələr 27 bəlkə özlüyündə maraqlı alınardı. Onlar tutuşdurula da bi­­lər. Bu əfsanələr yalnız faktoloji material baxımından oxşar görünəsidir. Hər xalq məhəbbəti bir cür interpretasiya edir. Almanlar məhəbbət əfsanəsini riyazi dəqiqliklə işləyərdi: sevginin müddəti, gücü, parlaqlığı və sair orada bittə-bittə əks edər, hər şey beynəlxalq ölçü vahidləriylə qiymətləndi­­rilərdi. Mən cəsarətdə Dipendraya çata bilmədimsə, barı Məc­­nun ola bilərdim. Onu da bacarmadım. Mən Məcnundan aşağıdakı, Dipendrasa ondan yuxarıdakı yarusları tuta bil­­dik. Dipendranın Devyanisi də artıq gələcək əfsanənin içə­­rilərinə inamla addımlayırdı. O artıq Hindistanda tropik bir xəstəlikdən ölsə də ölər; əfsanədəsə diriləcək. Mənim Töhfəm ondan geri qaldı; heç vaxt da diriləsi deyil. Onun başdaşı danılmaz həqiqətdir. Onu həyatda mən geri saldım: gözlərimin qabağındaca ərə getdi, ayıb-ayıb qarnı şişdi (bu cür şəkil də çəkdirib), sonra uşaq üstə öldü də. Bu prose­­sin bütün mərhələlərində mən seyrçi mövqe tutdum. Artıq Töhfəni min at gücüylə də çəkib, əfsanə içinə sala bilməz­­sən. Məndən başqa onu hamı unudub, hətta keçmiş əri də. Unutmamağım da maymaqlığımın nişanəsidir. Denən, olan olub, torba dolub – qız kimi xatirələrə dalmağın nədir! Sə­­nə nə düşüb? Doğmaca əri arvadı çoxdan təzələyib; hələ beş-altı meymun balasını da yan-yana düzüb. Mənsə burda nalanam. O, Töhfəni xatırlamağa lüzum görmür də. Ta ke­­çib, mən də qəbahətimi boynuma almalıyam: indinin indi­­sinəcən Töhfəmin qəbrinə də baş çəkməmişəm. Günü günə satdım, getmədim. Həmişə də qəbir üstünə itirəcəyim vaxtı başqa işlərə sərf etdim. O mənim dilimdə barı yarımçıq bir söhbətəsə çevrilmədi. Bu söhbət əfsanənin analoqu olmuş olardı. Elə bu hekayətimdə də ona çox yer vermədim – bu­­­ 28 rada onun rolu epizodikdir. Töhfə epizodikliyə məhkumdur. Bax, bu saat mən Töhfə haqqında adicə bir qəzet müxbiri kimi yazıram. Gücüm hələlik ömrümə balaca bir məhəbbət xatirəsi yerləşdirməyə çatıb. Qəlbimdə məhəbbətə yer tək­­yə taxçası kimi kiçik imiş. Neyləyim, mən cana od salası məhəbbəti sağlamlıq üçün həmişə ziyanlı bilmişəm. Tərbi­­yəm belə olub. Ey fələk, Dipendranın məhəbbəti haqqında hər hansı il­­kin versiyaya haqq-nahaq mən də özümü dürtə bilsəydim... Ayıb da danışıram, mən özümü əbədiyyətə soxuşdurmaq niyyətindəyəm. Gələcəkdə mənim barəmdə niyə də bir şey bilməsinlər. Kim məndən artıqdır! Mən kimdən əskiyəm! Axı, həm də bu, insafsızlıq olardı. Yox, «Şahzadə Dipend­ranın məhəbbəti»ndən tamam əl götürmüşəm. Bəlkə yalnız fikir çəkə-çəkə şirin cana qəsd etməkləsə, bu əfsanənin da­­lına düşə biləm. Hərçənd yenə gözüm su içmir. Əbədiyyət eşqinə intihar heç vaxt planlaşdırıla bilməz. İntihar yüz öl­­çülüb, bir biçildisə – tulla getsin. Onun kəfəni qabaqcadan hazırdır. Əfsanələrin bir qısa cümləsi, ya bircə sətri də plan­­lı yazılmaz. Xalqın qəlbi planlı işlərə qapalıdır. ... Əlvida, əfsanə! 2.VII. – 7.X.2001

Digər xəbərlər

Həyatın Dibində

KƏND DƏFN­LƏ­­Rİ TƏC­­RÜ­­BƏ­­Lİ ADAM

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Aqşin Yenisey : "Rafiq Tağı üçün misralar"

Ədəbiyyatda azadlığım həyatımda azadlıq illuziyası yaradır

Şərhlər