QA­­RA­­ÇU­­XA

Tarix: 25-06-2021 16:34
Baxış sayı: 634

Baba Və­zi­roğ­luna

 

Y

a­­man za­­yı çı­­xıb - son ma­­cal Məm­­mə­­də­­li­­nin za­­ra­­fat­­la­­rı həm yer­­siz, həm də şit olur. Bir bu­­nun at­­ma­­ca­­sı­­na bax:

- Əlim be­­li­­nə çat­­mır, Na­­zı. Sə­­ni qu­­caq­­la­­maq üçün məc­­bu­­ram baş­­qa ki­­şi­­lər­­lə əl-ələ tu­­tam.

Gö­­rün kim öz kə­­bin­­li­­si­­nə be­­lə hər­­ca­­yi söz de­­yər!

- Val­­la­­hi, sə­­nin ağ­­lın ça­­şıb! Hət­­mən!

- Ay Na­­zı, köh­­nə ko­­sa­­ra­­san da-a! Boy­­nu­­na al.

- Heç bu da söz­­dü - nə ol­­sun ki?..

- Elə bil İsa ye­­yib-Mu­­sa tə­­pib­­sən. Şo­­ğə­­rib mü­­ha­­ci­­rət də sə­­ni arıq­­lat­­ma­­dı!

Düz yed­­di il­­di Ber­­lin­­də­­di­­lər. İn­­di İran hə­­ya­­tı on­­la­­ra yu­­xu ki­­mi gə­­lir. Hər­­dən on­­dan elə yu­­xu ki­­mi də da­­nı­­şır­­lar. Məm­­mə­­də­­li bir müd­­dət si­­nə­­si­­ni qa­­bar­­dıb öyün­­dü­­yü in­­qi­­lab­­çı­­lı­­ğı­­nı ye­­rə qoy­­muş­­du. Həm də vi­­ra­­nə İran­­da əqi­­də­­si­­nə uy­­ğun si­­ya­­si du­­rum unu­­dul­­du­­ğun­­dan, onun özü­­nü də unut­­muş­­du­­lar. De­­yir ta Ber­­li­­nə lo­­tu-po­­tu in­­qi­­lab iş­­lə­­ri­­nə gö­­rə yox, in­­san ki­­mi ya­­şa­­ma­­ğa gə­­lib. Çi­­fay­­da, bu­­nun üçün əlin­­də ala-ba­­bat bir sə­­nə­­ti də yox. Avara in­­qi­­lab qu­­ru­­ca çö­­rək qa­­zan­­ma­­ğa­­sa ya­­ra­­ma­­dı. Bun­­lar bir ya­­na. Ney­­lə­­di­­yin­­di, kor­­luq çə­­kir­­di­­lər­­sə də, Fə­­rəh­­naz gü­­nü-gün­­dən şi­­şir­­di. Məm­­mə­­də­­li də onu sanc­ma­­ğa bə­­ha­­nə gə­­zir.

- Sən bu fil cüs­­sən­­lə dün­­ya­­ya zür­­yət gə­­ti­r­sən, adı­­mı də­­yi­­şə­rəm!

- Nə qo­­ya­r­­san?

- Onu özüm bi­­lə­­rəm.

Bü­­tün iran­­lı­­lar sa­­ya­­ğı Məm­­mə­­də­­li­­nin ikin­­ci pe­­şə­­si (bi­­rin­­ci - yox­­du) xal­­ça­­çı­­lıq­­dı ki, Ber­­lin­­də az-çox da­­dı­­na ça­­tır. "Bu Al­­man - qı­­zıl öl­­kə­­di, - de­­yir, - əlin gə­­ti­­rə, il bo­­yu xal­­ça­­nın bir­­cə­­ci­­yi­­ni əri­­də bi­­lə­­sən! Bax, bu­­ra­­can bəs­­di". Xa­­lı-xal­­ça eş­­qiy­­lə ara­­da özü­­nü vu­rur "ikin­­ci və­­tən"i Ba­­kı­­ya. İra­­nın tər­­ki­­ni qı­­la­­lı, Məm­­mə­­də­­li­­nin "və­­tən"lə­­ri get-ge­­də ço­­xa­­lır­­dı. İkin­­ci bəl­­li ol­­du; bi­­rin­­ci­­sə - Təb­­riz­­di, üçün­­cü - Ber­­lin... Hər­­dən də ara­­la­­rın­­da Teh­­ran-Təb­­riz toq­­quş­­ma­­sı baş ve­­rir. Bu­­nun əla­­mə­­ti şil­­lə-qa­­paz­­dı. Fə­­rəh­­na­­zın sö­­zü­­nə bax: Teh­­ran Təb­­riz­­dən gö­­zəl ol­­du­­ğun­­dan, onun xa­­ti­­rə­­si də Təb­­ri­­zin­­kin­­dən gö­­zəl­­dir. Məm­­mə­­də­­li­­sə "ha­­şa, - de­­yir, xa­­ti­­rə­­nin gö­­zəl­­li­­yi şə­­hə­­rin gö­­zəl­­li­­yin­­dən bil­­mər­­rə ası­­lı de­­yil. Öm­­rün­­də be­­lə iliş­­gi ola bil­­məz".

Ney­­lə­­di­­yin­­di, Ba­­kı "və­­tən"lər­­dən ən qa­­zanc­lı­­sı çıx­­dı. İn­­di­­yə­­cən Məm­­mə­­də­­li ora üç yol sə­­fər edib: üçün­­də də Fə­­rəh­­naz­­la bir­­gə. O bir olan uca Al­­la­­hın say­­ğı­­sın­­dan, əli­­boş da qa­­yıt­­ma­­yıb­­lar. Gə­­bə­­di, xa­­lı-xal­­ça­­dı - bun­­lar heç, hə­­mi­­şə də Ber­­lin azər­­bay­­can­­lı­­la­­rı üçün səs­­lə­­ri ən ya­­nıq­­lı (ri­­ca be­­lə i­di) azə­­ri mü­­ğən­­ni­­lə­­ri­­nin ka­­set­­lə­­ri­­ni gə­­ti­­rib­­lər. Am­­ma si­­fa­­riş­­çi­­lər get-ge­­də qə­­dim mu­­si­­qi­­yə ke­­çir­­di­­lər. Bir gün də gör­­mə­­zə-bil­­mə­­zə elə Mə­­şə­­di İba­­da bən­­zə­­yən bi­­ri­­si "Mə­­şə­­di İbad"ı on­dan is­­tə­­di. Bəh, "Mə­­şə­­di" bağ­­lı qa­­pı­­la­­rı Məm­­mə­­də­­li­­nin üzü­­nə tay­­ba­­tay aç­­ma­­dı bə!.. Pul-pa­­ra üs­­tü­­nə sel olub ax­­dı, ba­­şın­­dan xə­­zəl ki­­mi yağ­­dı. "Məş­­di­­bad əmi" - bu sa­­də­­lövh ki­­şi onun ai­­lə­­si­­nin yat­­mış qa­­ra­­çu­­xa­­sı imiş, axır-axır­­da oyan­­mış­­dı. Ber­­lin­­li­­lər ona elə va­­leh ol­­muş­­du­­lar ki, fil­­mə ağız­­la­­rı açıq hal­­da ba­­xır­­dı­­lar. Zal­­da arı vı­­zıl­­da­­sa, kə­­pə­­nək qa­­nad çal­­sa, eşi­­di­­lər­­di. Sa­­na­­san bu­­ra heç Ber­­lin de­­yil­­di, XX əsr Ba­­kı­­sı­­nın əv­­və­­li idi. Qə­­ri­­nə­­lər öt­­müş­­dü­­sə də, Üze­­yir bəy dün­­ya­­nın bu uzaq gu­­şə­­sin­­də­­ki azər­­bay­­can­­lı­­la­­rın da nəb­­zi­­ni tu­­ta bi­­lir­­di.

* * *

Ba­­kı hə­­kim­­lə­­ri Fə­­rəh­­na­­za Ber­­lin­­də­­ki­­lə­­rin sö­­zü­­nü de­­di: uşaq­­lı­­ğı ba­­la­­ca­­dır, çə­­tin öv­­la­­dı ola. Elə bil on­­lar bu cür de­­mə­­yi şərt­ləş­­miş­­di­­lər. Ma­­ğıl Ber­­lin hə­­kim­­lə­­ri az-çox ümid ye­­ri qo­­yur­­du­, Ba­­kı­­da­­kı­­lar bal­­ta­­nı kö­­kün­­dən vur­­du­­lar. Ona gö­­rə də Fə­­rəh­­na­­zın Ba­­kı ad­­lı şə­­hər­­dən ta­­mam sid­­qi sıy­­rıl­­dı. Ta Məm­­mə­­də­­li ora­­la­­ra tək­­ba­­şı­­na ge­­də­­si ol­­du.

Bu, Fə­­rəh­­lə ay­­rı­­lı­­ğa bən­­zə­­yir­­di.

Hiy­­lə­­gər su­­al­­la­­rı onun al­­nı­­na elə Ba­­kı­­da­­ca nal­­la­­dı­­lar:

- Bə Fə­­rəh xa­­nım ha­­nı?

- Na­­zı - Ber­­lin­­də. Har­­da ola­­sı­­dı?

Ber­­lin­­də ay­­dır­­mış­­dı­­lar­­sa da ki, hə­­lə öv­­la­­da gü­­ma­­nı var, bu­­nun qəm­­bər­­qu­­lu­­su­­nu da unut­­ma­­mış­­dı­­lar. Ər ər ye­­rin­­də, gə­­rək­­di hər han­­sı baş­­qa ki­­şi ilə də, özü də bir ayın ma­­bə­­din­­də ba­­car­­dıq­­ca tez-tez ya­­ta. Nə? "Hər han­­sı ki­­şi?!" Bəl­­kə yu­­xu gö­­rür - bun­­lar nə hər­­ca­­yi söz­­lər­­di! Yox, be­­lə tul iş­lər əlin­­dən gəl­­məz, be­­lə şey­­ta­­ni əməl­­lər onun adı­­na ya­­zıl­­ma­­yıb - çox da öz arıq-tu­­ru­­ğun­­dan ya­­rı­­ma­­yıb, qəl­­bi on­­dan in­­cik­­di, çox da on­­dan bir fə­­ra­­sət göz­­lə­­mir.

İşə bax, bir ilin ma­­bə­­din­­də Məm­­mə­­də­­li­­nin işi hər ba­­rə­­də bir­­cə də­­fə olur. İl­­də xa­­lı-xal­­ça­­nın bir­­cə­­ci­­yi­­ni xı­­rıd edər; bir­­cə kə­­rə Azər­­bay­­can de­­yi­­bən ge­dər. İlin on iki ayı onun­­la ya­­tış­­la­­rı da he­­sab­­lan­­sa, ye­­nə 1-dən ar­­tıq rə­­qəm alın­­maz. Ney­lə­di­yin­di, bu da Fə­­rəh­na­­za qə­­bul­­du. Özü gö­­rür­­dü ki, ki­­şi­­si can­­dər­­di ol­­sa da, ilin ta­­ma­­mı­­na­­can ai­­lə bor­­cun­­dan çıx­­ma­­ğa ça­­lı­­şır. De­­kab­­rın or­­ta­­la­­rın­­da özü­­nü qoz lə­­pə­­si­­nə tu­­tuz­­du­­rur; hər sə­­hər bir qa­­şıq fın­­dıq to­­zu qa­­tış­­dı­­rıl­­mış bal içir. Fə­­rəh­­na­­zın ya­­nı­­na gir­­mə­­yə şövq ta­­pa­­na­­can yüz hən­­ga­­mə­­dən çı­­xır. Mə­­qam ye­­ti­­şən­­də, əli be­­li­­nə çat­­ma­­sa da, ar­­va­­da­­ğa­­nı elə­­cə yö­­nü dü­­şən səmt­dən bas­­mar­­la­­yır.

"Uşaq­­lı­­ğı ba­­la­­ca­­dır, qoy uşa­­ğın da ba­­la­­ca­­sı ol­­sun, - hər­­dən Fə­­rəh Al­­la­­ha da asi olur. Am­­ma son­­ra üzü göy­­lə­­rə, dua dua üs­­tün­­dən - asi­­lik­­dən qur­­tul­­mağa ça­lı­şır. - Ya­­ra­­da­­nım­­san, qu­­ru-qa­­va­­ra bir­­cə öv­­la­­dı­­sa mən­­dən əsir­­gə­­mə! Ra­­zı ol­­ma ki, bu yad məm­­lə­­kət­­də yal­­qu­­zaq olum, tək qa­­lım! Ələl­­xü­­sus Məm­­mə­­də­­li ka­­set da­­lın­­ca ge­­dən­­də..."

Xoş çağ­­la­­rın­­da otu­­rub vax­­tı çöt­­kə­­lə­­yir: onun he­­sa­­bıy­­la ça­­ğa­­sı sent­yabr­da dün­­ya­­ya gə­­lə­­si­­dir, çün­­ki Məm­­mə­­də­­li onun­­la əsa­­sən de­­kabr­da ya­t-yat elə­yir. Yəni de­­kabr, üs­­tə­­gəl doq­­quz ay. ...İn­­di­­dən sent­yabr­da gö­­rə­­cə­­yi bal­lı ba­­la­nın ul­­duz fa­­lı­­na da bax­­dı­­rıb:

"Qız bür­­cü. Bu işa­­rə al­­tın­­da do­­ğu­­lan­­lar iti zə­­ka­­lı, də­­rin xa­­rak­­ter­­li olur, uzun ömür sü­­rür­­lər..."

Hə, uşaq ava­­ra­­gor­­lar­­dan ol­­ma­­ya­­caq. Üs­­tə­­lik də, uzun ömür sür­­mək­­lə, ona­­can qo­­ca­­la­­sı ana­­sı­­na da əl tu­­ta­­caq.

Bu də­­fə Məm­­mə­­də­­li dar­­tıb onu da Ba­­kı­­ya apar­­dı, özü də tərs­lik­­dən - de­­kabr­da. Bir növ, bu­­nun­­la da Fə­­rəh­­lə yat­­ma­­ğı boy­­nun­­dan at­dı - sə­­fər­ üs­tə nə hay gə­lib! Buil­­ki de­­kabr­da gü­­ma­­nı gəl­­di­­yi bir­­cə ge­­cə­­lik eşq ma­­cə­­ra­­sı ye­­nə qal­­dı gə­­lən de­­kab­­ra. Çöt­­kə tə­­zə­­dən işə dü­­şür: gə­­lən de­­kabr­da bu öl­­müş onun­­la it ki­­mi im­­si­­nə­­si, ye­­nə üs­­tə­­gəl doq­­quz ay. Bu ge­­dib dü­­şür alt­da­­kı ilin sent­yab­­rı­­na. Eh, an­caq bir-iki ilin nə zi­­ya­­nı - əsas bu­­dur ki, kör­­pə­­si­­nin al­­nı­­na sent­yabr ya­­zı­­lıb. Yəni onun xa­­siy­­yə­­ti bil­­mər­­rə də­­yi­­şi­­lən de­­yil. Fə­­rəh hər han­­sı sent­yabr­da dün­­ya­­ya göz aça­­sı ağıl­­lı ba­­la­­sı­­nı in­­di­­dən sev­­miş­­di. Bəl­­kə ar­tıq ay­­rı bir ay­­dan, ay­­rı bir xa­­siy­­yət­­də öv­­lad is­­tə­­məz də. İş­­di-şa­­yəd ha­çan­sa öz­­gə bi­­ri­­ni öv­­lad­­lı­­ğa gö­­tür­­müş ol­­sa da, hət­­mən sent­yabr tə­­vəl­­lüd­­lü­­sü­­nü se­­çər.

Am­­ma bu gə­­də Mə­­şə­­di İba­­da doğ­maca ar­va­dın­dan daha çox hə­­vəs­­li­­di. "Gə­­rək sə­­ni baş­­qa ki­­şi­­lər­­lə əl-ələ qu­­caq­­la­­yam", - bu­­nu de­­yən­­də, di­­li ağ­­zın­­da­­sa qu­­ru­­mur. Am­­ma əcəb il bo­­yu, xü­­su­­sən uzun qış ge­­cə­­lə­­rin­­də sə­­nin­­lə ma­­zaq­­la­­şan bir ki­­şin ola. Be­­hişt ləz­­zə­­ti bu­­dur. Elə­­si bəx­­ti­­nə ya­­zıl­­ma­­dı. Ya da hər ge­­cə fik­­rin­­də bir bı­­ğı­­bə­­növ­­şə tu­­ta­­san (aş­­kar­­da cə­­hən­­nəm ol­­sun­­lar); ba­­rı xə­­yal­­dan­­sa zür­­yə­tin ola.

"Mə­­şə­­di" sə­­ra­­sər gör ne­­çə il­­di fır­­la­­nır, Mə­m­mə­­də­­li­­yə dür­­lü də qa­­zanc gə­­ti­­rir. La­kin son ma­­cal lent tez-tez qı­­rı­­lır­­dı. Gə­­rək­­di tez­­ba­­zar tə­­zə­­si da­­lın­­ca ge­­di­­lə. Məm­­mə­­də­­li yu­­bat­­ma­­dan sə­­fə­­rini okt­yab­­ra sal­­dı. Yox, Mə­­şə­­di­­siz Ber­­lin əh­­li­­nin bağ­­rı çat­­lar. On­­da Nazı no­­yab­­rı atır, ki­­şi­­si bəl­kə an­caq de­­kabr­da ər tim­­sa­­lın­­da onun­la baş-ba­­şa uza­­na­­sı. Ürə­­yi­­nə da­­mıb, buil­­ki "de­­kabr" qa­­çıl­­maz­­dır. Məm­­mə­­də­­li ye­­nə əv­­vəl özü­­nü qoz lə­­pə­­si­­nə tu­­tuz­­du­­ra­­caq, Na­­zı­­nın özü­­nü iş­­ta­­hı çək­­məz­­sə, xə­­ya­­lın­­da ona gü­­nü sa­­yıl­­a­­sı is­­tə­­ni­­lən naz­­lı-duz­­lu bir xa­­nı­­mı can­­lan­­dı­­ra­­caq... Çox­­dan­­dı Məm­­mə­­də­­li san­­ki şə­­ri­­ə­­tə föv­­rən ço­­xöv­­rət­­li idi: bi­­ri aş­­kar­­da, qa­­la­­nı - xə­­yal­­da. Fə­­rəh­­na­­zın xə­­ya­­li gü­nü­­lə­­ri həd­­dən ar­­tıq­­dı; hər də­­fə də də­­yi­­şi­­lir­­di­­lər. Bəl­­kə hə­­min xa­­nım­­lar Məm­­mə­­də­­li­­yə ha­­çan­­sa uşaq da əta elə­­yib­­lər. Hər­­çənd Məm­­mə­­də­­li in­­di nə hə­­min tə­­sa­­dü­­fi xa­­nım­­la­­rı, nə də on­­lar­­dan olan öv­­lad­­la­­rı­­nı xa­­tır­­la­­yır.

Qız işa­­rə­­si al­­tın­­da do­­ğu­­lan uşa­­ğın ul­­duz fa­­lı Fə­­rəh­­na­­zı qa­­ne edir.

Məm­­mə­­də­­li­­nin bü­­tün xə­­ya­­li uşaq­­la­­rı sent­yabr­da dün­­ya­­ya gə­­lib. Hə­­min uşaq­­lar Na­­zı­­nın öz xə­­ya­­li ba­­la­­sı ilə ba­­cı-qar­­daş­­dı­­lar. Bir ul­­duz al­­tın­­da do­­ğul­­duq­­la­­rın­­dan, xa­­siy­­yət­­lə­­ri tu­­ta­­caq - bir-bi­­ri­­nə şi­­rin ola­­caq­­lar. Hət­­mən.

 

26.VI. - 31.VII.1995

Digər xəbərlər

Zaur Qasımov: "Rafiq Tağının İran mədəniyyəti haqda fikirləri təəssüfedicidir"

Qələm yoldaşları Rafiq Tağı barədə...

Rafiq Tağının qətli niyə araşdırılmır?

Keçmiş və gələcək nağılı. Korrida

Tehran Əlişanoğlu - “XX yüzilin son hekayələri”ndən Rafiq Tağının hekayəti

Şərhlər