"KAS­­PAR" EVİ

Tarix: 25-06-2021 16:27
Baxış sayı: 769

 

M

ən Gü­­nə­­şə "fo­­toq­­raf" de­­yi­­rəm. Tez-tez ye­­ri­­ni də­­yiş­­mək­­lə də, o hər an baş­­qa cür gör­sə­nən "Kas­­par" evi­­nin san­­ki şək­­li­­ni çək­­mək is­­tə­­yir. Bu ev­­dəki doq­­quz mər­­tə­­bə­­nin doq­­qu­­zu da, an­baan tər­­pə­­şib-say­­rı­­şan ası­­lı pal­­tar­­lar­­la qu­­ra­­ma jan­­rın­­da bə­­zək­­lə­­nib.

Kü­­lək­­lər­­də pal­­tar­­lar kön­­də­­lə­­ni­­nə yel­­lə­­nir; köy­­nək­­lər adam­­lar ki­­mi rəqs edir. Üzün­­də tə­­bəs­­süm­­lər çi­­çək­­lə­­miş cub­­bu­­lu qız bir də gör­­dün "beş"də­­ki ey­­van­­da gö­­rü­­nüb yox ol­­du. Si­­çan­­quy­­ru­­ğu hö­­rük­­lə­­ri bu evin ən zə­­rif na­­xış­­la­­rın­­dan­­dır. Ya gö­­rür­­sən dör­­dün­­cü mər­­tə­­bə­­dən ye­­rə top dü­­şür. Bəl­­kə də evə rəs­­sam köç­­dü­­yün­­dən, tə­­zə­­lik­­cə də "doq­­quz"dan ha­­va­­ya rəng­li ka­­ğız­­lar uçur. Xəz­­ri hər­­dən ör­­tü­­lü pən­­cə­­rə­­lə­­ri qə­­fil açır, iç qa­­pı­­la­­rı na­­qa­­fil ör­­tür. Bu ev­­dən də­­fə­­lər­­lə şü­­şə sı­­nıb ye­­rə tö­­kü­­lüb. İn­­cə­­va­­ra, hə­­lə bir sı­­nıq­­lıq gör­­sən­­mə­­yib. Ke­­çən yay da mü­­ba­­rək bur­­nu­­mun ucun­­da­­ca hə­­yə­­tə bir tas su ən­­dər­­miş­­di­­lər. Ney­­nək, de­­dim, mə­­də­­niy­­yət­­lə­­ri ora­­can ça­­tır.

"Kas­­par" evi­­nin köl­­gə­­si ən azı bir hek­­tar sa­­hə­­ni tu­­tur. Bu "hek­­tar" də­­yiş­­kən, qar­­mon ki­­mi də yı­­ğı­­lıb-açı­­lan­­dır. Köl­­gə gün ər­­zin­­də cür­­bə­­cür hən­­də­­si fi­­qur­­lar şək­­li alır: pa­­ra­­le­­le­­pi­­ped­­dən tut­­muş tra­­pe­­si­­ya­­ya qə­­dər. Qə­­ri­­bə­­dir, priz­­ma for­­ma­­lı evin köl­­gə­­si bə­­zən hət­­ta üç­­bu­­ca­­ğa ox­­şa­­yır. Bəl­­kə də köl­­gə­­ni iş­­lə­­dən han­­sı­­sa mo­­tor möv­­cud­­dur. Gü­­nəş ze­­ni­­tə qal­­xan­­da köl­­gə dörd­bu­­ca­­ğa çev­­ri­­lib ye­­rə gö­­mür. On­­da ev ayaq üs­­tə dur­­muş me­­yi­­də çev­­ri­­lir. Köl­­gə­­siz ev vəh­­şət do­­ğu­­rur. Sən de­­mə, köl­­gə də hə­­ya­­ta də­­la­­lət edən şey­­dir.

İn­­di "Kas­­par" evi­­nin ən hə­­rə­­kət­­siz ye­­ri bi­­zim mər­­tə­­bə­­dir. Ar­­tıq or­­dan pal­­tar-pa­­laz  şə­fəq­lən­məz.

Mən oğ­­lu­­ma hən­­də­­sə­­ni evi­­miz üzə­­rin­­də öy­­rət­­mi­­şəm. Köl­­gə­­si­­ni ey­­van­­dan ona gös­­tə­­rər, tez də içə­­ri dar­­tıb zor­­la rəs­­mi­­ni çək­­di­­rər­­dim. Onun köl­­gə­­lə­­rə da­­ir ay­­rı­­ca rəsm dəf­­tə­­ri var­­dı. Mən ya­­şın yed­­di­­si­­ni tə­­zə­­lik­­cə ad­­la­­mış bir uşa­­ğın az qa­­la sı­­xıb su­­yu­­nu çı­­xa­­rır­­dım. An­­caq hən­­də­­si fi­­qur­­lar­­la bir çox mə­­nə­­vi prob­­lem­­lər də üzə çıx­­mış­­dı. "Üç­­bu­­caq"da, nə­dən­sə, oğ­­lum mə­­ni adam ye­­ri­­nə qoy­­ma­­dı. "Bu­­ra gəl", de­­dim, qa­­çıb "ora" get­­di. Hök­­müm ye­­ri­­mə­­di. "Dörd­bu­­caq"da onun zır sə­­feh­­li­­yi­­nin şa­­hi­­di ol­­dum: bey­­nin­­də bir çev­­rə san­­ki ba­­şı­­nın yum­­ru­­lu­­ğu­­na uy­­ğun çarx ki­­mi fır­­la­­nır­­mış - gö­­tü­­rüb elə onu da çək­­di. De­di­yimi elə­yib dörd­bu­­caq­­lı­ çək­səy­di, on­dan çev­­rə dü­­zəlt­mək elə də çə­tin iş ol­ma­ya­caq­dı. Yan­­la­­rı dart, bu­­caq­­lar ha­mar­la­nıb it­­sin, dörd­­bu­­caq­­lı ol­­sun çev­­rə. Di gəl, tra­­pe­­si­­ya onun üçün gir­­mə­­li kol de­­yil­­di. Onu hə­­mi­­şə dörd­­bu­­caq­­lı ki­­mi çək­­di­­yin­­dən, bir-iki yol qu­­la­­ğı­­nı çək­­miş­­dim.

Ti­­fa­­ğı da­­ğı­­lan, çı­­ra­­ğı sö­­nən, ai­­lə­­si pe­­rik dü­­şən in­­san­­da xa­­ti­­rə­­lər əsa­­sən ay­­rı­­lı­­ğın sə­­bəb­­lə­­ri səm­­tə yö­­nə­­lir.

...Hən­­də­­si fi­­qur­­la­­rın yax­­şı gö­­rün­­dü­­yü ye­­ga­­nə yer evin da­­lın­­da­­kı "fut­­bol mey­­dan­­ça­­sı" idi. Evin qa­­ba­­ğın­­da bir-iki qa­­raj, on­­la­­ra bi­­ti­­şik daş ha­­sar, bi­­ri­­nin­sə ti­­nin­­də sol­­ğun bay­­raq yel­­lə­­nən, al­­çaq-hün­­dür də­­mir yo­­lu ida­­rə­­lə­­ri yer­­lə­­şir. Əl­­bət­­tə ki, fi­­qur­­lar on­­lar üzə­­rin­­də sı­­nıb for­­ma­­sı­­nı iti­­rə­­cək. Uşaq da bu de­­for­­ma­­si­­ya­­lı şey­­lər­­dən heç nə gö­­tür­­məz.

Bir sə­­hər "mey­­dan­­ça"nı di­­a­­qo­­nal kə­­sib ap­­te­­kə də­­yə­­si ol­­dum. "Pa­­ra­­le­­le­­pi­­ped" gö­­rən sa­­at ana­sına qo­şu­lub get­miş, məni tərk et­miş oğ­­lu­­mun ha­vası ba­­şı­­ma vur­­du. Onu yam­­sı­­la­­yıb, pa­­ra­­le­­le­­pi­­pe­­din qı­­raq­­la­­rı ilə ad­­dım­­la­­dım. Qol­­la­­rım da yan­­la­­ra qa­­nad ki­­mi açı­­lı. Bir qo­­lum işıq­­lı, bi­­ri köl­­gə­­li idi. Elə­­cə qə­dim Ro­­ma mi­­fin­­də­­ki Ya­­nus ki­­mi - üzüm də. İni­­şi­­lə­­cən oğ­­lum işıq-köl­­gə xət­­lə­­ri üzə­­rin­­də ak­­ro­­bat­­lar ki­­mi hop­­pa­­na­­raq ye­­ri­­yər, mü­­va­­zi­­nə­­ti­­ni də qol­­la­­rı ilə tən­­zim­­lə­­yər­­di. ...Kim pən­­cə­­rə­­dən boy­­lan­­sa, mə­­ni də­­li bi­­lə­­cək. De­­yə­­cək, ya­zığı ar­­va­­dı atıb, ha­­va­­la­­nıb. Tək bir ta­­la­­ğı ve­­ril­­miş ar­­va­­da gö­­rə də ağ­­lın baş­­dan çıx­­ma­­sı ayıb­­dan ayıb iş­­di. Əs­­lin­­də mən xa­­ti­­rə­­ni tək­­cə içim­­də çək­­mə­­yib, onu hə­­yat­­da da əya­­ni və mən­­zə­­rə­­li tərz­də ya­­şa­­maq is­­tə­­yir­­dim.

Bu ev­­də xəz­­ri hər­­dən ör­­tü­­lü pən­­cə­­rə­­lə­­ri qə­­fil açır, iç qa­­pı­­la­­rı na­­qa­­fil ör­­tür. İn­­cə­­va­­ra, bun­­dan hə­­lə bir sı­­nıq­­lıq gör­­sən­­mə­­yib.

Ai­­lə­­mi­­zin ki­­çik alış-ve­­riş iş­­lə­­ri­­ni oğ­­lum tin­­də­­ki dü­­kan­­da edər­­di. İki­­lik­­də ona ad ver­­miş­­dik - "kənd dü­­ka­­nı". On­­da­­kı hər şey oğ­­lu­­mun ya­­dın­­da qal­­mış olar: pe­­çen­­ye-vaf­­li qo­­xu­­sun­­dan tut­­muş, pən­­cə­­rə qa­­ba­­ğı­­na dü­­zü­­lü rəng­­bə­­rəng "mey­­və şi­­rə­­lə­­ri"nə­­cən.

Ya­­lan ol­­ma­­sın, azı bir ki­­lo­­metr uzun­­lu­­ğun­­dakı "Kas­­par" evi­­mi­­zin bu, ya di­­gər üzü­­nü mən ay­­lar­­la gör­­mü­­rəm. Yo­­lum ək­­sə­­rən gün­­ba­­tan­­dan dü­­şür - də­­mir yo­­lu­­na çı­­xıb "elekt­riç­­ka"yla özü­­mü şə­­hə­­rə çat­­dı­­rı­­ram, bu­­nun­­la da iş bi­­tir. Üs­­tə­­lik, ev­­dən çı­­xan­­da, bir də qa­­yı­­dan­­baş ye­­yin ge­­dir, bə­­zən hət­­ta yü­­yü­­rü­­rəm. San­­ki mə­­ni ev­­dən çö­­lə, çöl­­dən də evə qo­­vur­­lar. Boy­­nu­­ma alı­­ram, qa­­ra­­qa­­ba­­ğam, qız ki­­mi də - utan­­caq. Qərb­də "mi­­zant­rop" ad­­la­­na­­sı ada­­ma­­yo­­vuş­­ma­­­zam. Ev­­də qay­­da-qa­­nun bir ba­­la­­ca po­­zul­­du­­mu, göz­­lə­­rim hə­­də­­qə­­dən çı­­xar. Mən ai­­lə­­də də­­mir in­­ti­­zam tə­­rəf­­da­­rı­­yam. Ayaq­­qa­­bı­­la­­rı gi­­riş­­də cüt gör­­mə­­dim­­sə, ev­də­ki­lə­rin işi fı­­rıq­­dı. Sa­vaş tə­­bil­­lə­­ri ça­­lı­­na­­caq. Dəf­­tər bur­­da, ki­­tab or­­da, ya qə­­ləm mi­­zin al­­tın­­da - be­­lə şey­­lə­r­lə qəti yo­­xam.  Al­lah gös­tər­mə­sin, çan­­ta ye­rin­də əy­­ri dura! Mən qa­­pı­­dan içə­­ri ayaq ba­­san ki­­mi də süf­­rə­­ni ha­­zır gör­­mə­­dim­­sə, "41-45" baş­­lan­­ma­­lı­­dır.

İn­­disə dam­­cı­­la­­yan kra­­na bax­­dıq­­ca, ürə­­yim san­­cır. Oğul ki­­mi axı­ra­can onu dü­­zəlt­dir­­mə­­dim. "Nəğ­­mə­­li" kran mə­­nə bü­­tün kəm-kə­­sir­­lə­­ri­­miz ki­­mi, elə on­lar­­la bağ­­lı da çox əziy­­yət­­lər gör­­müş, ar­­tıq "keç­­miş" sa­­yı­­lan ar­­va­­da­­ğa­­nı xa­­tır­­la­­dır. İçim­­də bir da­­mar var, da­­im onun ba­­rə­­sin­­də atır. Zoq­­qul­­da­­yır. Rən­­gi hə­­lə onun vax­­tın­­da sol­­muş ətənə dəs­­mal­­lar, qul­­pu sı­­nıq çay­­nik, hət­­ta iri­­li-xır­­da­­lı iç-içə boş­­qab­­lar da onu ya­­da sa­­lır. İşə bax, bax­ma­ya­raq ki, onun ki­­mi su­­la­­yı­­ram­, dib­­çək gül­­lə­­ri­­nin yar­­paq­­la­­rı be­­cid tö­­kü­­lür. San­­ki mə­­nə eti­­raz edir­­di­­lər. Onun gör­­dü­­yü - elə hə­­mi­­şə qa­­ra iş­­lər olub. Dün­­ya­­da pal­­tar yu­­maq­­dan da əc­­laf iş yox­­muş. Qəd­ri­bi­lin­məz, həm də da­­rıx­­dı­­rı­­cı­­dan da­­rıx­­dı­­rı­­cı. O in­­di­­yə­­dək ar­­va­­dım yox, sa­­­də­­cə, ham­­ba­­lım olub. İx­­ti­­ya­­rı özü­­nə çat­­ma­­yıb. Eti­raza iq­ti­darı ol­ma­yıb. Adi­­cə qa­­tıq al­­ma­­ğı da mə­­nim­­lə məs­­lə­­hət­­lə­­şər­­di. Əti­­ni did­­mək­­də, ba­şını dö­­yəc­­lə­­mək­də heç özüm də bil­­mi­­rəm on­­dan nə is­­tə­­yir­­mi­­şəm. Qı­­zım da beş ya­­şı­­na­­can ana­­sı­­nı döy­­dü­­yüm bü­­tün mə­­­qam­­la­­rı gör­­müş­­dü. Ay nə ola, ha­­mı­­sı­­nı unu­­da. Ana­­sı­­nı eş­şək­cə çır­­pıb, san­­ki əvə­­zin­­də onun üzün­­dən maç edər­­kən, çöh­­rə­­sin­­də məc­­bu­­ri-ür­­kək, sar­­do­­nik tə­­bəs­­süm­­lər gör­­­sə­­nər­­di. Hət­­ta yet­­kin akt­yor­­lar ki­­mi, mə­­ha­­rət­­lə gü­­lər­­di də.

İn­­di hər han­­sı film­də qa­­dın dö­­yü­­lən­­də, göz­­lə­­ri­­mi dö­­yə-dö­­yə qa­­lı­­ram. Hər də­­fə öz vəh­­şi­­lik­­lə­­rim göz önü­­nə gə­­lir.

Ayın 7-də evin qa­­ba­­ğı ilə ATS-ə də­­yə­­si ol­­dum. Bu­­ra­­lar­­dan çox­­dan keç­­mə­­yib­­mi­­şəm. Hər şey tə­­miz də­­yi­­şi­­lib. Ha­­çan­­sa uşaq gör­­dü­­yüm qız­­lar san­­ki qə­­fil bö­­yü­­müş­­dü­­lər. Hət­­ta bir-iki­­si qız­­lar bu­­la­­ğın­­dan su da iç­­miş­­di. Bay, şa­­ma­­ma ki­­mi mə­­mə­­lə­­ri çı­xıb. Tin­­dən baş kü­­çə­­yə bu­­ru­­lan­­da, mo­­to­­sikl­çi­­lər es­­kor­­tu bur­­nu­­mun ucun­­dan­­ca vı­­yıl­­tı ilə öt­­dü. Gü­­man, döv­­lət baş­­çı­­sı ha­­ra­­dan­­sa qa­­yı­­dır. Ya öl­­kə­­yə bö­yük­lər­dən kim­sə qo­­naq gə­­lir­. Əl­­bət­­tə, mə­­nim üçün  ar­­tıq belə şey­lə­rin bir is­­ti-so­­yu­­ğu yox­­du. Ya­­dı­­ma gör nə dü­­şür: ha­­çan­­sa oğ­­lum­­la ana­­sı­nın ya­­nın­­da dö­­şü­­mə dö­­yüb öyün­­mə­­yim. Bəh, ae­­ro­­port yo­­lu evi­­mi­­zin ya­­nın­­dan ke­­çir! Res­­pub­­li­­ka­­ya hör­­mət­­li qo­­naq­­lar məhz bu yol­­la gə­­lir. Bir da­­ya­­nın, mən hə­­lə gül­­lə ki­­mi sə­­kən es­­kort fo­­nun­­da şə­­kil də çək­­dir­­mi­­şəm. Ar­­xam mo­­to­­sikl­çi­­lə­­rə, üzüm - hə­­yə­­tə. Fo­­toq­­raf va­­cib anı yax­­şı tu­­ta bil­­miş­­di. İn­­di hər­­dən şək­­lə ba­­xı­­ram: əcəb gün­­lə­ri­miz var­­mış. Düz­­dü, fo­­to­­da­­kı es­­kort əha­­tə­­sin­­də or­­dan ki­­min keç­­di­­yi bəl­­li de­­yil. On­­suz in­­di bu­­nun elə bir əhə­­miy­­yə­­ti yox­­du da. Hər hal­­da, öz öl­­kə­­si­­nin nü­fuz­lu şəx­­siy­­yə­­ti idi. Həm də bu cür şey­­lə­­rə mən­­də ar­­tıq hə­­vəs qal­­ma­­yıb. Hər şey sö­­nüb. Ruh ölüb (onu apa­­rıb bas­­dır­­maq gə­­rək­). Tək­­cə xa­­ti­­rə­­lər qal­­maq­­da­­dır. Evi­­min hər ti­nin­də bir xa­­ti­­rə ya­­tır və tək­­cə mən ora ça­­tan­­da oya­­nır­­dı.

Kü­­lək­­lər­­də pal­­tar­­lar kön­­də­­lə­­ni­­nə yel­­lə­­nir; köy­­nək­­lər adam­­lar ki­­mi rəqs edir.

Am­­ma res­­pub­­li­­ka­­ya gə­­lən qo­­naq­­la­­ra gö­­rə oğul-uşaq ya­­nın­­da ki­­şi­­ləş­­mə­­yi­­min xə­­ca­­lə­­ti­­ni in­­di də çə­­ki­­rəm. Özü­­mü ba­­ğış­­la­­ya bil­­mi­­rəm. Gə­­lə­­cək­­də uşaq­­la­­rı­­mın bu cür din­­gi­­liş və mis­­kin ata­­nın go­­ru­­na söy­­mə­­yə ix­­ti­­ya­­rı ça­­ta­­caq. Di gəl, go­­ru­­ma söy­­mək üçün on­­lar mə­­nim ha­­çan öl­­dü­­yü­­mü ne­­cə bi­­lə­­cək? Gör­səm ölü­rəm, gə­rək on­lara xə­­bər gön­­­də­rəm; bunu ki­­mə­­sə və­­siy­­yət edəm. Go­­ru­­ma sö­­yül­­mə­­­si­­nə şə­­ra­­it ya­­rat­­maq mə­­nim ata­­lıq bor­­cum­­du. Qoy on­­lar heç də tər­­bi­­yə­­li qal­­ma­­sın­­lar: ata­­la­­rı­­nı yax­­şı söy­­mək na­­mi­­nə yax­­şı da sö­­yüş­­cül ol­­sun­­lar. Al­­lah ha­­yan­­da­­dı, kaş o vax­­ta­­can doq­­quz­­mər­­tə­­bə­­li sö­­yüş­­lər öy­­rə­­nə­­lər.

Kü­­çə­­ni aşıb iki cüt bir tək ağa­­cı olan par­­ka ad­­la­­dım. Or­­da qı­­zı­­mın su­­rə­­ti içi­­mi yan­­dı­­ran dörd­bu­­caq­­lı kö­­zə çev­­ril­­di. Mən ət­­cə ba­­la­­mın ör­­dək ki­­mi yan ba­­sa-ba­­sa ye­­ri­­mə­­yi­­nin sə­­bə­­bi­­ni ni­­yə gec bil­­dim. O, park­da qa­­çı­­şan uşaq­­la­­rın heç bi­­ri­­nə ça­­ta bil­­məz­­di. Qo­­hum-dost, əmi-da­­yı - əf­­sa­­nə şey­­lər­ imiş. Onun mü­­a­­li­­cə­­sin­­də ha­­mı ya­­xa­­sı­­nı qı­­ra­­ğa çək­­di. Mən qı­­zım­­la tək qal­­dım. On­­da qı­­zım mə­­nim­­lə iki­­lik­­də tək­­di, ay­­rı­­lı­­ğı­­mız­­dan son­­ra isə - tək­­lik­­də tək­­di. Qı­­zım şi­­kəst ikən on­­lar­­dan ay­­rıl­­ma­­ğı­­mın dər­­di mə­­nim axı­­rı­­ma çı­­xa­­caq. Pa­­lıd ki­­mi lap­­dan yı­­xı­­la­­ca­­ğam. ...Əl-ələ gə­­zi­­şən­­də, bir-bi­­ri­­mi­­zə nə­­lər da­­nış­­maz­­dıq. Şey­­ta­­nın di­­li də şi­­rin. Hə­­lə bə­­bə sa­­yı­­la­­sı uşa­­ğın da xa­­ti­­rə­­lə­­ri olar­­mış. Mə­­nim xa­­ti­­rə­­lə­­rim acı, onun­­ku­­lar - şi­­rin­­di. An­­caq mən də ona xa­­ti­­rə­­lə­­ri­­min acı­­la­­rı­­nı yox ki - şi­­rin­­lə­­ri­­ni da­­nı­­şar­­dım. San­­ki əvəz-əvəz olur­­duq. Yox, elə de­­di­­yim­­di, park mə­­ni öl­­dü­­rə­­cək. Bəl­­kə də bu heç park de­­yil, "Kas­­par" evi­­nin ti­­nin­­də Əz­­ra­­yıl­­ın məni güd­düyü yer­di.

..."Kas­­par" evi­­nin dörd ya­­nı­­nı bir gün­­də gə­­zib ba­­şa çıx­­maq müş­­kül iş­­di. Bu­­na heç lü­­zum yox­­du da. Üs­tə­lik, hər tin­­də bir xa­­ti­­rə oya­­nıb mə­­ni al­­tı­­na ba­­sır­sa. Ən ar­­xa­­yı­­nı, şə­­hə­­rə xa­­ti­­rə­­lə­­rin qıt ye­­rin­­dən si­­vi­­şib keç­­mək­­di; bu yeri də hələ ax­ta­rıb tap­maq gə­rək.

Bu saat "Kas­­par" evin­­də ən ölü yer mə­­nim mən­­zi­­lim­­di. Ar­­tıq onun ey­­va­­nın­­dan pal­­tar-pa­­laz şə­fəq­lən­məz. An­­caq əs­lin­də ölü yer­­lər də qu­­ra­­ma jan­­rın­­ın sə­­nət ça­­la­­rı sa­­yı­­la bi­lər.

 

13.VIII. - 11.XII.1999

 

Digər xəbərlər

Rafiq Tağı - 63

Millətin qaçqına çevrilməsi halı

Xuraman - kapoeyra uçuşlu qız

Pyotr Çaadayev ruhunda yazı (tryuizmlərlə)

Böyük bacı

Şərhlər