Kİ­­­ÇİK Aİ­­­LƏ XRO­­­Nİ­­­KA­­­SI: XAN­­­HÜ­­­SEYN, GÜL­­­LÜ, SƏ­­­DƏF, ƏLİ­­­HÜ­­­SEYN

Tarix: 29-04-2021 13:16
Baxış sayı: 591

 

O

, bur­­­nun­­­da da­­­nı­­­şır­­­dı­­­sa da, hər hal­­­da, ai­­­lə baş­­­çı­­­sı idi. An­­­caq tın-tın Xan­­­hü­­­seyn öm­­­rün­­­də hə­­­ki­­­mə get­­­mə­­­di, özü­­­nə bax­­­dır­­­ma­­­dı. "Bur­­­nu­­­na bi­­­ga­­­nə­­­sən", - onu za­­­ra­­­fat­­­la san­­­car­­­dı­­­lar. "İki­­­sin­­­dən bi­­­ri­­­dir: sən­­­də ya bu­­­run çə­­­pə­­­ri­­­nin əy­­­ri­­­li­­­yi var, ya da po­­­lip", - bir hü­­­zür­­­də kənd hə­­­ki­­­mi ona əl­­­bə­­­əl di­­­aq­­­noz qoy­­­muş­­­du. Xan­­­hü­­­seyn isə bur­­­nun­­­da­­­kı "ət"i alın ya­­­zı­­­sı ki­­­mi qə­­­bul et­­­di: bu cür do­­­ğu­­­lub, bu cür də ölə­­­cək. Əs­­­lin­­­də o, yal­­­nız bur­­­nu­­­na gö­­­rə hə­­­yat­­­da irə­­­li get­­­mə­­­di, kar­­­ye­­­ra qa­­­zan­­­ma­­­dı. Öm­­­rü­­­nü mal-qa­­­ra­­­ya həsr et­­­di. "Mal-qa­­­ra ağ­­­saq­­­qa­­­lı", - tay-tuş­­­la­­­rı da hər­­­dən onu do­­­la­­­yar­­­dı­­­lar. Am­­­ma hər ne­­­cə ol­­­sa, inək-ca­­­mış­­­la­­­rı­­­nın ya­­­nın­­­dan yel ötən ki­­­mi onun üs­­­tü­­­nə cu­­­mu­­­şar­­­dı­­­lar. Bəd ayaq­­­da Xan­­­hü­­­seyn özü də - on­­­la­­­rın ya­­­nın­­­day­­­dı. Ada­­­mın ba­­­şı üs­­­tün­­­də Al­­­lah var, hey­­­van­­­lar­­­la rəf­­­ta­­­rın­­­da ağıl­­­lı-mən­­­tiq­­­li idi. Bir də­­­fə qon­­­şu inə­­­yi­­­nin do­­­ğa­­­ca­­­ğı gü­­­nü sa­­­a­­­tı­­­na­­­can də­­­qiq de­­­miş­­­di; hör­­­mə­­­ti də elə on­­­da qalx­­dı.

- Xan­­­hü­­­seyn da­­­yı, sən­­­dən yax­­­şı ri­­­ya­­­ziy­­­yat­­­çı çı­­­xar­­­dı, - mən də onun tə­­­ri­­­fi­­­ni göy­­­lə­­­rə qal­­­dır­­­dım.

- Ri­­­ya­­­ziy­­­yat­­­çı öl­­­mür? - bu da onun kön­­­də­­­lən ca­­­va­­­bı.

Bir gün Ba­­­kı­­­dan kən­­­də gə­­­lən­­­də, eşit­­­dim Xan­­­hü­­­seyn ki­­­şi dün­­­ya­­­sı­­­nı də­­­yi­­­şib. Yə­­­qin "po­­­lip"dən də baş­­­qa xəs­­­tə­­­lik­­­lə­­­ri var­­­mış. Di gəl, bu xəs­­­tə­­­lik­­­lə­­­ri hə­­­yat tər­­­zi bi­­­lib, on­­­la­­­rı yax­­­şı ayırd et­­­mə­­­yib. Yed­­­di­­­si tə­­­zə­­­cə çıx­­­mış­­­dı. Mə­­­nim də vax­­­tım dar. Ölü­­­mü­­­nə uzun-uza­­­dı vay­­­sın­­­ma­­­dan, həm də ba­­­cı­­­mın ya­­­nın­­­da bu­­­nun elə bir əhə­­­miy­­­yə­­­ti yox­­­du, tez on­­­la­­­ra get­­­dim. Get­­­mə­­­səy­­­dim, mən tə­­­rəf­­­dən eş­­­şək­­­lik alı­­­na­­­caq­­­dı. Hə­­­yət­­­lə­­­rin­­­də Gül­­­lü xa­­­la qa­­­ba­­­ğı­­­ma çıx­­­dı. Din­­­məz­­­cə­­­nə ətir­­­siz-bə­­­zək­­­siz ba­­­şı­­­nı qu­­­caq­­­la­­­dım. Da­­­rıx­­­dı­­­rı­­­cı baş­­­sağ­­­lı­­­ğı söz­­­lə­­­ri­­­ni "tə­­­bii" bir kə­­­dər­­­lə ifa et­­­dim. De­­­mə­­­li­­­yəm ki, baş­­­sağ­­­lıq­­­la­­­rı in­­­san­­­dan hə­­­mi­­­şə ar­­­tis­­­tizm tə­­­ləb edir. Süf­­­rə­­­yə çay gə­­­lən­­­də, sı­­­xın­­­tı ara­­­dan gö­­­tü­­­rül­­­dü. Stə­­­kan-nəl­­­bə­­­ki cin­­­gil­­­ti­­­si şən ov­­qat ya­­rat­­dı.

- Rəh­­­mət­­­lik heç özü­­­nə bax­­­ma­­­dı, - al­­­nı­­­mı ovuş­­dura-ovuş­­dura axır ki de­­­mə­­­yə bu söz­­­lə­­­ri tap­­­dım.

- İçi çü­­­rü­­­yə­­­nə­­­cən hə­­­kim-zad ta­­­nı­­­ma­­­dı.

- Hə, elə­­­lə­­­ri olur.

- Ney­­­lə­­­di­­­sə, özü özü­­­nə elə­­­di.

Du­­­rub ge­­­dən­­­də, nəl­­­bə­­­ki­­­nin al­­­tı­­­na pul qoy­­­dum. Uzun ba­­­şağ­­­rı­­­sı ola­­­caq­­­dı: Gül­­lü xa­­la­­dan onun öz azar-be­­za­­rını so­­­ruş­­­ma­­­dım. Am­­­ma elə üzün­­­dən­­cə gö­­­rü­­­nür­­­dü ki, rast­­laş­­­ma­­­dı­­­ğı­­­mız bu bir il­­­də ya­­­man dü­­­şüb. Şam ki­­­mi əri­­­miş­­­di. Üç-beş il əv­­­və­­­lə­­­cən ət­­­li-can­­­lı bir ar­­­vad­­­dı. Top­­­puş döş­­­lə­­­ri­­­nə bax­­­ma­­­ğa­­­sa uta­­­nar­­­dım. Ye­­­ri­­­yən­­­də yer sil­­­kə­­­lə­­­nir­­­di. Dü­­­zü, mən­­­dən yaş­­­lı ol­­­sa da on­­­dan keç­­­məz­­­dim. Kə­­­sir­­­dim on­­­dan. Gü­­­lən­­­də, çöh­­­rə­­­sin­­­dən şə­­­fəq sa­­­çı­­­lar­­­dı. Nə­­­zə­­­ri cə­­­hət­­­cə do­­­daq­­­la­­­rı bal ki­­­mi ol­­­ma­­­lı idi. İn­­­di­­­sə rəng-ru­­­hu so­­­lub. İrə­­­li get­­­mir­­­di, get­­­mə­­­sin, ba­­­rı ge­­­ri get­­­mə­­­yəy­­­di. Çi­­­çə­­­yin atı­­­­lan döv­­­rü­­­nü ya­­­şa­­­yır­­­dı. Bəl­­­kə xif­­­fət çə­­­kir­? Am­­­ma yox, xif­­­fət­­­dən in­­­san bu qə­­­dər ge­­­ri get­­­məz. Ək­­­si­­­nə, hüzn qa­­­dı­­­nı da­­­ha da qə­­­şəng gös­­­tə­­­rir. Yox, ca­­­nı üzül­­­mək­­­də - xər­­­çən­­­gə ox­­­şa­­­yır. Ar­­­tıq bu­­­nun qı­­­çı-qı­­­çı­­­na do­­­la­­­şır­­­dı. Al­­­lah bi­­­lir, ağart­­­dı­­­ğı Ba­­­kı yol­­­la­­­rın­­­da ne­­­çə-ne­­­çə xəs­­tə­­lik­­lərə tu­­­tu­­­lub. Böy­­rək­­ləri çü­­rü­­yüb. Qış vax­­­tı va­­­qon­­­lar­­­da ada­­­mın di­­­şi-di­­­şi­­­nə də­­­yir. Gə­­­lin­­­li­­­yin­­­dən al­­­ver­­­də­­­dir. Əri­­­nin tın-tın­­­lı­­­ğı ba­­­şı­­­na daş sa­­­lıb, de­­­yər­­­di. "Mən də ev­­­lər­­­də xa­­­nım­­­lıq edə bil­­­məz­­­dim­­­mi?" - əsas şi­­­ka­­­yə­­­ti bu idi.

Xan­­­hü­­­seyn po­­­li­­­pi­­­ni kəs­­­dir­­­səy­­­di, inan­­­dı­­­rım, na­­­tiq ola bi­­­lər­­­di. Bəl­­­kə hər han­­­sı par­­­ti­­­ya xət­­­tin­­­də uca­­­la­­­caq­­­dı da.

Mən­­­cə, Gül­­­lü xa­­­la sə­­­fər­­­lər­­­də sev­­­gi­­­lə­­­rə dü­­­çar olur­­­du. Yox­­­sa ba­­­şın­­­da-çiy­­­nin­­­də göy-gö­­­yər­­­ti ki­­­sə­­­lə­­­ri - yol­­­la­­­rı cəh-cəh vu­­­ra-vu­­­ra ge­­­dib-gəl­­­ər­­dimi? Yad yer­­­lər­­­də onu qu­­­caq­­­la­­­ma­­­mış-öp­­­mə­­­miş ol­­­maz­­­dı­­­lar. Şor­­­göz­­­lər sev­­­gi söz­­­lə­­­riy­­­lə hök­­­mən qu­­­laq­­­la­­­rı­­­nı dol­­­du­­­rub. Mə­­­nim on­­­la­­­ra pa­­­xıl­­­lı­­­ğım tu­­­tur­­­du. Xan­­­hü­­­seyn ki­­­şi də düz elə­­­mir­­­di: onu heç vaxt qıs­­­qan­­­maz­­­dı. Eləcə - "Get­­­din? Get". Ya­­­xud - "Gəl­­­din? Gəl. Gö­­­rək nə al­­­mı­­­san?"

Ba­­­kı­­­ya qa­­­yı­­­dıb, qış­­­da tə­­­zə­­­dən kən­­­də dö­­­nən­­­də - "Gül­­­lü xa­­­la ölüb", - ev­­­də ba­­­cım mə­­­nə dedi. Se­­­vin­­­cək­­­li­­­yin­­­dən, ol­­­ma­­­ya, bu, muş­­­tu­­­luq is­­­tə­­­yir­­­di? Mən də tez ona, ya elə boş ha­­­va­­­ya, av­­­to­­­ma­­­tik-me­­­xa­­­ni­­­ki tərz­­də - "Al­­­lah rəh­­­mət elə­­­sin", - de­­­dim.

- Xan­­­hü­­­seyn ki­­­şi­­­ni... bi­­­lir­­­din? - ba­­­cım so­­­ruş­­­du.

- Bə ke­­­çən sə­­­fər baş­­­sağ­­­lı­­­ğı­­­na get­­­mə­­­miş­­­dim?

- Bay, düz­­­dü.

- Gə­­­rək bu ax­­­şam da vaxt ta­­­pıb on­­­la­­­ra ge­­­dəm.

- Ye­­­nə - get­­­mək? Ke­­­çən də­­­fə­­­ki bəs de­­­yil?

Mən tə­­­əc­­­cüb­­­lə ba­­­cı­­­mın üzü­­­nə bax­­­dım.

- Ba­­­şa düş­­­mə­­­dim? Bu­ ölə­­nin o ölənə nə dəx­­­li?

- De­­­yi­­­rəm, bun­­­lar­­­da gün­­­də bi­­­ri dom­­ba­­laq aşa­­caq... Biz də boş xər­­­cə düş­­­mə­­­li­­­yik?

Bir­­­dən Gül­­­lü xa­­­la­­­nın hə­­­ya­­­tı ki­­­no len­­­ti ki­­­mi göz­­­lə­­­rim önün­­­dən keç­­­di. Elə bil ürə­­­yi­­­mi sı­­­xıb-bu­­­rax­­­ma­­­ğa baş­­­la­­­dı­­­lar. Mən ba­­­cı­­­mın əvə­­­zi­­­nə vic­­­dan əza­­­bı çə­­­kir­­­dim.

- Mal-döv­­­lə­­­ti­­­nin in­­­di­­­dən qəd­­­ri­­­ni bil, - ba­­­cım üyü­­­düb-tök­­­mə­­­yin­­­də. - Ev­­­lən­­­mə­­­yin də hə­­­lə du­­rur. Ağıl­­­lı ol.

- Ol­­­du. Ola­­­ram, - de­­­səm də, özümü də­­­li­­liyə vu­­rub, onun qu­­­la­­­ğı­­­nın di­­­bi­­­ni alış­­­dır­­­maq keç­­­di kön­­­lüm­­­dən.

Hü­­­zü­­­rə ge­­­dən­­­də, qor­­­xur­­­dum ev­­lə­­rin­­­də bir ins-cins tap­­­ma­­­yam. Am­­­ma elə uzaq­­­dan­­­ca ey­­­van­­­da işıq gö­­­rüb se­­­vin­­­dim. Tən­­ha lam­­pa işıq­­la bə­­ra­­bər hə­­yətə qa­­ran­­lıq da sa­­çır­­dı; ona sa­­­rı get­­­dim. Gü­­­man, gə­­­lin ev­­­dəy­­­di. Hə, zən­­­nim düz çıx­­­dı.

Əli­­­hü­­­seyn qır­­­xı ve­­­rib, hə­­­mi­­­şə­­­ki ki­­­mi tez də at­­la­­nıb öz Rus­­­yə­­­ti­­­nə get­­miş­­di. Onun da çö­­­rə­­­yi di­­­dər­­­gin­­­di.

- De­­­mi­­­şəm, o elə "Şko­­­da"da ölə­­­cək, - ça­­­yı qa­­­ba­­­ğı­­­ma qo­­­yar-qoy­­maz Sə­­­də­­­fin dər­­­di açıl­­­dı. - Bə­­­də­­­nin­­­də sağ-is­­­la­­­hat yer yox­­­du. Hər ye­­­ri "vos­­­pa­­­len­­­yə"di.

- Gəl­­­sin, Ba­­­kı­­­da yox­­­lat­­­dı­­­rım.

- Sən Al­­­lah, on­­­da ba­­­şı­­­na ağıl da qo­­­yar­­­san.

- Baş üs­­­tə.

Am­­­ma ağıl son­­­ra­­­kı iş­­­di, hə­­­lə­­­lik nəl­­­bə­­­ki­­­nin al­­­tı­­­na pul qo­­­yub, ya Al­­lah, ayağa dur­­dum.

- Bax, elə gə­­­lən gü­­­nün­­­də­­­cə ya­­­nı­­­ma gön­­­dər, - qa­­­pı ağ­­­zın­­­da bir də tap­­­şır­­­dım.

- Gö­­­rüm ney­­­ni­­­rəm. Am­­­ma tərs­­di, çə­­­tin yo­­­la gə­­­lə.

- Mə­­­nim adı­­­mı ver, işin yox­­­du.

Mən onun bəd xə­­­bə­­­ri­­­ni hə­­­lə Ba­­­kı­­­da al­­­mış­­­dım: Əli­­­hü­­­seyn Mosk­­va­­­da in­­­fark­­ta tu­­­tu­­­lub. De­­­mək, ar­­­tıq ölüm üçün xəs­­­tə­­­lik­­­dən "za­­­pas­­­ka"sı var­­­dı. O, vax­­­tın­­­dan qa­­­baq qo­­­ca­­­lan­­­lar­­­dan­­­dı. Hər­­­çənd qo­­­ca­­­lı­­­ğı ey­­­ni­­­nə al­­­mır­­­dı. San­­­ki qo­­­ca­­­lan heç də o de­­­yil­­­di. Bəl­­­kə də qə­­­ti güz­­­gü­­­yə-za­­­da bax­­­mır. Çün­­­ki bax­­­say­­­dı, özün­­­dən hür­­­kər, əv­­vəl də­­­li ol­­­muş ol­­sa da, son­­ra bir təd­­bir gö­­rər­­di. Gənc­­li­­­yin­­­də bir ba­­­la­­­ca par­­­la­­­dı. Toy­­­lar­­­da dost-ta­­­nı­­­şın ba­­­şı­­­na pul sə­­­pə­­­lə­­­mək­­­lə ad çı­­­xar­­­dı. Xey­­­ir-şə­r­­lə hör­­­mət qa­­­zan­­­dı. Bir iş var ki, "xe­­­yir-şər"i tər­­­git­­­sə, ye­­­nə hör­­­mət­­­dən dü­­­şə­­­cək­­­di.

Nov­­­ruz bay­­­ra­­­mı gü­­­nü sübh tez­­­dən qa­­­tar­­­dan dü­­­şüb, ev­­də ha­­zır çay-çö­­­rəyə əl vur­­ma­­mış, qə­­­bir üs­­­tə axı­­­şan ca­­­ma­­­a­­­ta qo­­­şul­­­dum. Mə­­­ni qar­­­şı­­­la­­­yır­­­mış ki­­­mi, qə­­­bi­­­ris­­­tan­­­lıq­­­da ça­­yır və tor­­­paq ət­­­ri ve­­­rən təp­­­tə­­­zə bir qə­­­bir qa­­­ba­­­ğı­­­ma çıx­­­dı.

- Bu ki­­­min­­­ki­­­dir?

- Sə­­­dəf­­­di də-ə. Əli­­­hü­­­sey­­­nin yol­­­da­­­şı.

- Vay evin­­­nən, bun­­­lar qı­­­rı­­­lıb-ça­­­tıl­­­dı ki.

Əli­­­hü­­­sey­­­ni gö­­­züm ax­­­tar­­­dı. Ça­­­şıb o da bu dün­­­ya­­­da ol­­­maz. Dü­­­zü, mən ilk əv­­­vəl onun ölü­­­mü­­­nü göz­­­lə­­­yər­­­dim. Ona ba­­­xan­­­da, Sə­­­də­­­fin yüz il ya­­­şa­­­ya­­­ca­­­ğı gü­­­man edi­­­lər­­­di. Gör­­­düm oğ­­­la­­­nı tap­­­mı­­­ram, qor­­­xa-qor­­­xa onu ya­­­nım­­­da­­­kı­­­lar­­­dan so­­­ruş­­­dum. Uzaq­­­da dur­­­muş "ba­­­bam ya­­­şın­­­da" bir ki­­­şi­­­ni gös­­­tər­­­di­­­lər. Din­­mə, Əli­­­hü­­­seyn­­di­­­mi o? Si­­­qa­­­ret kö­­­tü­­­yü­­­nü ye­­­­rə atıb tap­­­da­­­la­­­yır­­­dı. As­­­ta-as­­­ta ona sa­­­rı get­­­dim. Nə­­zər­­­lə­­ri­­miz toq­­qu­­şan kimi, sa­­­kit­­­cə­ qu­­­caq­­­laş­­­dıq.

- Al­­­lah rəh­­­mət elə­­­sin.

O, ra­­­zı­­­lıq­­­la ba­­­şı­­­nı tər­­­pət­­­di.

 - Xəs­­­tə idi?

Bay, su­­­a­­­lı düz­­­gün ver­­­mə­­­dim. Xəs­­­tə olub ki - ölüb də-ə. Sağ­­­lam ni­­­yə öl­­­mə­­­li­­­dir? Hər­­­çənd mən onu xəs­­­tə san­­­maz­­­dım. Əli­­­hü­­­seyn dərs­­dən "iki" al­­­mış şa­­gird ki­­­mi göz­­lə­­rini ye­­­rə dik­­­miş­­­di.

- Bu gün ev­­­də­­­sən?

- Bə har­­­da­­­yam?

Gö­­­rən, ata-ana­­­sı­­­nın hü­­­zür­­­lə­­­rin­­­də ol­­­ma­­­ğı­­­mı ona çat­­­dı­­­rıb­­­lar­? Xə­­­bə­­­ri yox­­­du­­­sa, ürə­­­yin­­­də elə bi­­­lir eş­­­şə­­­yəm. Bəl­­­kə elə ona gö­­­rə də su­­­al­­­la­­­rı­­­mın bi­­­ri­­­nə ca­­­vab ve­­­rən­­­də, o bi­­­ri­­­nə ver­­­mir.

Mə­­­ra­­­sim qur­­­ta­r­­caq evə dön­­­düm.

- Ay nə var, nə yox? - bay­­­quş ki­­­mi tək ya­­­şa­­­yan ba­­­cım­­­la ya­­­lan­­­dan xoş-beş elə­­­dim. O hər­­dən özünü mənə şən gös­­tə­­rir; mən də borc­­dan çı­­xıb özümü ona şən gös­­tə­­ri­­rəm. Düz­­­dü, qəl­­­bi sı­­­nıq­­­dı - öv­­­la­­­dı yox­­­du. Hə­­­yat yol­­­da­­­şı­­­nı da "hə­­­yat düş­­­mə­­­ni" ad­­­lan­­­dır­­­maq da­­­ha düz­­gün olar­­­dı. "Veç­­­ni" Rus­­­yət­­­də­­­dir.

- Ça­­­şıb bu gün də hü­­­zü­­­rə ge­­­dər­­­sən...

- Bə yox? Get­­­mə­­­yim? Bu gün qara bay­­ram de­­yil?

- Xə­­­bə­­­rin var xə­­­bər­­­dən?

- Yo-ox.

- Sə­­­dəf də get­­­di.

- Ar­­­tıq qəb­­­ri üs­­­tə ol­­­mu­­­şam. İn­­­di ge­­­dib ev­­­lə­­­ri­­­nə də də­­­yə­­­rəm.

- Qar­­­daş ca­­­nı, bez­­­mi­­­şik lap. Gün­­­də bi­­­ri ölür.

- Ba­­­cı, sən nə ax­­­maq adam­­­san­­­mış! - döz­­­mə­­­yib çım­­­xır­­­dım. - Ca­­­ma­­­at ke­­­fin­­­dən ölür?

- Nə bil­­­mək olar?

- Da­­­ha sə­­­nə sö­­­züm yox­­­dur.

"An­­­caq elə mən də sə­­­nin ta­­­yı­­­nam. Hü­­­zür­­­lə­­­rə can­­­dər­­­di ge­­­di­­­rəm".

- ...Öz­­­lə­­­ri­­­ni mü­­­a­­­li­­­cə elət­­­dir­­­sin­­­lər. Yax­­­şı qa­­­zanc ye­­­ri ta­­­pıb­­­lar! Bun­­­la­­­rın­­­kı ölüb ca­­­ma­­­at­­­dan pul qo­­­par­­­maq­­­dı.

"Ay Al­­­lah, bu ağıl­­­nan ba­­­cı­­­mın axı­­­rı ne­­­cə ola­­­caq?"

- Uşa­­­ğı ol­­­ma­­­dı, uşaq­­­lı­­­ğın­­­da uşaq boy­­­da şiş tap­­­dı­­­lar...

Əli­­­hü­­­seyn hə­­­yət­­­də gə­­­zi­­­nir­­­di. Mə­­­ni uzaq­­­dan gö­­­rən ki­­­mi si­­­qa­­­re­­­ti ya­­­rım­­­çıq ye­­­rə atıb ayaq­­­qa­­­bı­­­sı­­­nın bur­­­nuy­­­la əz­­­di. Yax­­­şı ki, ye­­­nə be­­­lə edir. Bir də­­­fə ata­­­sı sağ­­­lı­­­ğı ot ta­­­ya­­­la­­­rı­­­nı alış­­­dır­­­mış­­­dı. İn­­­di kö­­­tü­­­yü ça­­­ya-gö­­­lə at­­­mış ol­­­sa da, az qa­­­lır gi­­­rib su­­­da tap­­­da­­­la­­­sın.

- Əli­­­hü­­­seyn, Sə­­­dəf ba­­­cı­­­nı bir də Al­­­lah rəh­­­mət elə­­­sin, - yə­­­qin na­­saz­­lıq­­dan is­­­ti olan əli­­­ni sı­­­xıb, ona də­­­lən­­­ga­­­vaz bir baş­­­sağ­­­lı­­­ğı ver­­­dim.

- Hər yas­­da da du­­rub bi­­­zə gə­­­lib­­­sən. O nə zəh­­­mət­­­lər­­­di elə?..

Vay sə­­­ni, nəl­­­bə­­­ki al­­­tı­­­na qoy­­­du­­­ğum pul­­­la­­­ra işa­­­rə vu­­­rur. Arif imiş. Yax­­­şı­­­dı özü de­­­di. Ürə­­­yi­­­mi ye­­­yir­­­dim ki, bəl­­kə bil­­mir. Cüb­­­bəm də dar. Döz­­­mə­­­yib so­­­ru­­­şa­­­caq, bi­­­a­­­bır ola­­­caq­­­dım.

Otur­­­duq. Əli­­­hü­­­seyn sa­­­mo­­­va­­­rı to­­­ka sal­­­dı.

- Bu­­­ra ma­­­lı de­­­yil ha-a! "Tuls­­ki"di? - sa­­­mo­­­va­­­rı gös­­­tə­­­rib, söz de­­mək xa­­­ti­­­ri­­­nə so­­­ruş­­­dum.

- Ya­­­dım­­­da de­­­yil.

- Yox, dö­­­yər-öl­­­məz şey­­­di. Rus­­­yə­­­tin­­­ki­­­di.

Am­­­ma bu sa­­­mo­­­var-çay­­­nik­­­lər söh­­­bət möv­­zusu kimi məc­­­lis­­­lər­­­də ca­­­nı­­­mı sı­­­xın­­­tı­­­dan əməl­­­li­­­cə qur­­­ta­­­rır.

- Mə­­­nim evi­­­mi Rus­­­yət yıx­­­dı.

Bay, mən nə de­­­yi­­­rəm, bu nə de­­­yir. Mən dağ­­­dan da­­­nı­­­şı­­­ram, o - bağ­­­dan.

- Rus­­­yət də ol­­­ma­­­sa, ac qa­­­la­­­rıq.

- Düz­­­dü, çö­­­rə­­­yi­­­miz or­­­dan çı­­­xır.

- Atan rəh­­­mət. Anan da. Sə­­­dəf ba­­­cı da.

- ...Heç bi­­­ri­­­nin xəs­­­tə­­­li­­­yin­­­də ev­­­də ol­­­ma­­­dım. On­­­la­­­rı bas­­­dır­­­ma­­­ğa­­­sa ça­­­tış­­­ma­­­dım.

- Bu dün­­­ya­­­nı kim tu­­­tub ge­­­dib, ay Əli­­­hü­­­seyn? - mən  bas­­­ma­­­qə­­­lib söz­­­ləri san­­ki ha­­va­­dan də­­rib, at­­­dım or­­­ta­­­lı­­­ğa.

- Da­­­ha be­­­lə dal­­­ba­­­dal yox ki. Bi­­­zi qar­­­ğa­­­yıb­­­mış­­­lar.

Son­­­ra keç­­­dik in­­­fark­­ta. Am­­­ma in­­­fark­­tın­­­dan bül­­­bül ki­­­mi öt­­­mə­­­yə baş­­­la­­­dı. Bu söh­­­bə­­­tə hə­­­vəs­­­li imiş. De­­­nən, nə yax­­­şı, o zəh­­­ri­­­ma­­­ra Mosk­­va­­­ya ça­­­tıb tu­­­tul­­­mu­­­şam, de­­­di. Gu­­­ya yol­­­da tu­­­tul­­­say­­­mış, ye­­­rin­­­də­­­cə ca­­­nı çı­­­xa­­­caq, qurd-qu­­­şa yem ola­­­caq­­­dı. Par-par ya­­­nan re­­­a­­­ni­­­ma­­­si­­­ya şö­­­bə­­­si xo­­­şu­­­na gə­­­lib. Axır mi­­­ti­­­li­­­ni evə sa­­­la­­­mat gə­­­ti­­­rib çı­­­xa­­­rıb. Qa­­­yı­­­dan ki­­­mi də qur­­­ban kə­­­sib. Kənd­­çi­­­lə­­­ri onu arı pə­­­tə­­­yi ki­­­mi bü­­­rü­­­yüb­­­müş. Yox, ba­­­lam, ca­­­ma­­­at ti­­­fa­­­ğı da­­­ğı­­­lan­­­la­­­rın xət­­­ri­­­ni ya­­­man is­­­tə­­­yir. Yax­­­şı­­­ca hör­­­mə­­­tə mi­­­nib. Al­­­lah gös­­­tər­­­mə­­­sin, yal­­­nız onun ki­­­mi tən­­­ha qa­­­lan­­­lar be­­­lə şe­­­yin da­­­dı­­­nı bi­­­lər. Bu­­­ra­­­sı ar­­­tıq də­­­qiq­­­di ki, onu tor­­­pa­­­ğa kənd özü quy­­­la­­­ya­­­caq.

- Yax­­­şı, gəl ölüm­­­dən da­­­nış­­­ma­­­yaq. Hə­­­yat hə­­­lə irə­­­li­­­də­­­dir, - bu cür-bu sa­­yaq bir-iki boş söz də de­­­yib, aya­­­ğa dur­­­dum.

- No­­­ol­­­sun? İrə­­­li­­­də­­­ki hə­­­ya­­­tın nə əhə­­­miy­­­yə­­­ti...

Ge­­­dən­­­də ye­­­nə nəl­­­bə­­­ki al­­­tı­­­na pul qoy­­­dum. Elə et­­­dim ki, bu­­­nu Əli­­­hü­­­seyn gör­­­mə­­sin. Gör­­­səy­­­di, qoy­­­ma­­ya­­caq­­dı. Ney­­­nək, son­­­ra gö­­­rər.  

Növ­­bəti yay tə­­­ti­­­li­n­­də uşaq­­ları kən­­də gə­­­ti­­­rən­­­də, ba­­­cım hə­­­yə­­­tin ağ­­­zın­­­da­­­ca ba­­­şı­­­mın üs­­­tü­­­nü kəs­­­dir­­­di.

- Əli­­­hü­­­seyn də get­­­di.

- Ha­­­ra? Rus­­­yə­­­tə?

O, şaq­­­qa­­­naq çək­­­di:

- Yox bir. Ame­­­ri­­­ka­­­ya.

- Vay də­­­dəm vay, ölüb?

- Bə yox? - o hə­­­lə də gü­­­lür­­­dü.

- Nə gü­­­lür­­­sən? Bur­­­da gül­­­mə­­­li nə var?

- Bə ney­­­lə­­­yim? Ağ­­­la­­­yım?

- Ağ­­­la­­­mır­­­san, ba­­­rı gül­­­mə. Özü də sən gül­­­mür­­­sən, hı­­­rıl­­­da­­­yır­­­san.

- Yax­­­şı, bun­­­dan son­­­ra ağ­­­zı­­­mı­­­zı aç­­­ma­­­rıq.

- Ca­­­nı­­­na azar­­­dı. Rədd ol!

Əl-üzü­­­mə su vur­­­ma­­­dan dər­­­hal hü­­­zü­­­rə get­­­mək is­­­tə­­­dim. Bay, an­­­caq ge­­­dib kim­­­dən hü­­­zür gö­­­tür­­­mə­­­li­­­yəm? Ki­­­mə baş çə­­­kə­­­cə­­­yəm? Yə­­­qin hə­­­yə­­­tin or­­­ta­­­sın­­­da boş ev hey­­­kəl ki­­­mi du­­­rub. Hey­­­siz-hə­­­rə­­­kət­­­siz stu­­­la çök­­­düm. Mə­­­lum ol­­­du ki, ağ­­­saq­­­qal­­­la­­­rın məs­­­lə­­­hə­­­tiy­­­lə mal-qa­­­ra­­­nı da qo­­­num-qon­­­şu­­­ya da­­­ğı­­­dıb­­­lar. Ha­­­mı uzaq qo­­­hum­­­lar­­­dan ki­­­min­­­sə Rus­­­yət­­­dən qa­­­yı­­­dıb evə sa­­­hib dur­­­ma­­­sı­­­nı göz­­­lə­­­yir. Yox, hə­­­qi­­­qə­­­tən də, Əli­­­hü­­­sey­­­nin hü­­­zü­­­rü­­­nə get­­­mə­­­yə heç bir eh­­­ti­­­yac yox­­­du. Bu­­­nun əvə­­­zi­­­nə tə­­­ci­­­li Ba­­­kı­­­ya dön­­­mə­­­li. Ma­­­şın tu­­­tub, uşaq­­­la­­­rı ar­­­xa otu­­­ra­­­ca­­­ğa dol­­­dur­­­dum.

- Ədə, bi­­­bi­­­si öl­­­müş­­­lə­­­ri ha­­­ra apa­­­rır­­­san? - gö­­rün­­­mə­­­yən iş, ba­­­cım qə­­­hər­­­lən­­­miş­­­di. - Mən nə qə­­­lət­­­di elə­­­dim!

An­­­caq onun üzü­­­nü bir da­­­ha gör­­­mək is­­­tə­­­mir­­­dim. Ba­­­rı da­­­nış­­­ma­­­ğa­­­sa hə­­­və­­­sim qal­­­ma­­­mış­­­dı. Bir də kən­­­də üz tut­­­ma­­­ma­­­lı, qur­­­tar­­­dı get­­­di.

Uşaq­­­lar Ba­­­kı yo­­­lun­­­da bu tez­­­lik­­­də şə­­­hə­­­rə dön­­­mə­­­lə­­­ri­­­nə gö­­­rə ağ­­­la­­­şır, həm də bu­­­nun­­­la elə bil Əli­­­hü­­­sey­­­nə yas sax­­­la­­­yır­­­dı­­­lar.

 

1 sent­­yabr - 2 okt­­yabr 2003-cü il

Digər xəbərlər

BIÇAQLANMIŞ QƏLƏM (Elşən Böyükvənd)

Demokratiya - Diktatura oyun növü

Mariya xala

PSİ­­Xİ­­AT­­RİK KLİ­­Nİ­­KA­­DA FOR­­TE­­Pİ­­A­­NO OTA­­ĞI

Satiraya Rafiq Tağı baxışı

Şərhlər