Professor Feldman

Tarix: 21-05-2019 12:21
Baxış sayı: 1524

Ka­­fed­­ra­­nın şe­­fi qır­­mı­­zı adam çıx­­dı. Tə­­zə ay gi­­rər-gir­­məz pro­­fes­­sor Feld­ma­­nı ka­­bi­­ne­­ti­­nə ça­­ğı­­rıb:

- Çıx tə­­qa­­ü­­də, - de­­di. Tək­­bir­­lik­­də, əmr for­­ma­­sın­­da.

- Ni­­yə və nə üçün?

- Tə­­qa­­ü­­də çıx­­maq nə vaxt­dan tə­­əc­­cüb­­lü iş olub?

- Axı, əv­­vəl bu ba­­rə­­də söh­­bət yox idi?

- Əv­­vəl heç nə ol­­mur. Hər şey son­­ra olur.

Am­­ma gu­­ya tez də yum­­şal­­dı: onu qı­­na­­ma­­sın, bu qə­­rar on­­luq de­­yil. Yu­xa­rı­dan gə­lib - rek­­to­r­dan. Mən­cə, sor­ğu-sual yer­siz və ar­tıq­dır, dedi. Əm­rin nöq­­tə-ver­­gü­­lü­­nə to­­xun­­­maq da ol­­maz. Ya­­ra­­ya məl­­həm ola, rek­tor de­­yib, in­­sti­­tut­­da bir qo­­ca be­­lə qal­­ma­­ma­­lı­­dır. Hə­­şə­­rat ki­­mi ar­­tıb-ço­­xa­­lıb­­lar. Si­­zin­­ki ka­­fed­­ra de­­yil, bir şe­f kimi ona da tə­­pi­­nib, qo­ca­lar evi, mü­­a­­vi­­nət ida­­rə­­si­­dir. Bu, qa­­nan üçün ölüm­­dən be­­tər­­dir.

- Bəs ona de­­yə bil­­mir­­di­­niz ki, öl­­kə­­nin rəh­­bər­­lə­­ri də uc­­dan­­tut­­ma qo­­ca­­lar­­dır?

- Mən­­dən elə qəh­­rə­­man­­lı­­ğı çıx.

- Eş­­şə­­yə gü­­cü­­nüz çat­­mır, pa­­la­­nı dö­­yür­­sü­­nüz.

Ka­­fed­­ra mü­­di­­ri bir­­dən-bi­­rə, otur­­du­­ğu yer­­də­­cə sim­­met­­rik-rəs­­mi gör­­kəm al­­dı. Yə­­ni gö­­rüş bit­­di, ge­­də bi­­lər­­sən. Əc­­laf sa­­man alt­dan su ye­­ri­­dən­­dir. Rek­­to­­ra heç kim də yox, ge­dib özü­­ci­­yəz qar­­ğa, qar­­ğa, mən­­də qoz var, de­­yib. Nə­­fə­­si ya­­lan­­la ge­­dib-gə­­lir. Pam­­bıq­­la baş kə­­sər. Ca­­ma­­at çö­­rə­­yi bur­­nu­­na ye­­mir.

Pro­­fes­­sor Feld­man bu gün ge­­dib elə sa­­bah işə qa­­yı­­da­­na­­can an­­la­­dı ki, döv­­lət­­lə qoz-qoz oy­­na­­maq ya­­ra­­maz. So­­vet hö­­ku­­mə­­ti dov­­şa­­nı ara­­bay­­la tu­­tur. Qa­­nun qa­­ba­­ğın­­da atı­­lıb-dü­ş­­mə­­yi­­nə dəy­­məz; hət­ta onu dıl­­ğır­­lar ya­­ra­­dır­­sa da. Çəm-xəm yer­­siz­­dir. Ta­­be­­çi­­lik va­­cib və qa­­çıl­­maz­­dır.

Hə, düz­dü, qu­­ru ad­­lar üs­­tün­­də qa­­la­­caq­, an­caq tut­du­ğun və­­zi­­fə­­lə­­ri tərk et­­mə­­li­­sən. Or­­den-me­­dal­­la­rın gə­­rək­­siz me­­tal par­­ça­­sı­­na dö­­nə­­cək. Elə şe­­yi nə­­və­­lə­­rə də oy­­nat­­ma­­ğa ve­­rir­­sən, bə­­yən­­mə­­yib bir kə­­na­­ra tul­­la­­yır­­lar. Dö­­nür­­sən lə­­lək­­lə­­ri yo­­nul­­muş qart xo­­ru­­za. İn­­san­­lar­­la ün­­siy­­yə­­tin yal­­nız dü­­kan-ba­­zar­­da olur. Am­­ma elə ilk gün­­lər­­də­­cə də­­ri­­dən-qa­­bıq­­dan çı­­xır­­san ki, iş­­də sə­­ni unut­­ma­­sın­­lar. Hər də­­fə bir bə­­ha­­nəy­­lə keç­­miş nöm­­rə­­lə­­ri yı­­ğır­­san. Vay səni, sə­­nin te­­le­­fo­­nun­­da baş­­­qa­­sı otu­­rub. Bağ­­rın çat­­la­­yır, az qa­­lır ha­­va­­la­­na­­san.

Əl­­bət­­tə, adam is­­tə­­yər ki, dost-ta­nış, yar-yol­­daş hə­­lə öl­­mə­­di­­yi­­ni bil­­sin.

Öl­­səm, ya­­sı­­ma gə­­li-in-n!..

Am­­ma zəng­lə­­ri get-ge­­də sey­­rəl­­dir­­sən. Çün­­ki hər də­­fə sə­­nin­­lə bir az da so­­yuq da­­nı­­şır­­lar. Bə­­zi­­lə­­ri hət­­ta sa­­lam-ka­­lam­­sız so­­ru­­şur: "Si­­zə nə la­­zım­­dır?" Qa­­lır­­san mat-mə­­ət­­təl. De­­yə­­cək­­sən "heç nə", de­­yə­­cək­­lər bu­­nun ba­­şı iş­­lə­­mir. On­­la­­ra nə var, bu­­nu üzü­­nə­­cə de­­yə bi­­lər­­lər - "Ba­­şın çat­­mır". Ya­­man sır­­tıq bir nə­­sil dün­­ya­­ya gə­­lib. Elə vax­­tın­­da tə­­qa­­ü­­də çı­­xır. Yox, tə­­qa­­ü­­də çıx­mır, ara­­dan çı­­xır.

Pro­­fes­­sor dün­­ya­­nı gö­­rə-gö­­rə gə­­lib. Bir vaxt onun öz iş­­ti­­ra­­kıy­­la tə­­qa­­ü­­də ötür­­dük­­lə­­ri də baş-bey­­ni­­ni çox apa­­rıb.

"Nə var, nə yox?"

"Hər şey var, heç nə yox".

"Yax­­şı­­san?"

"Tu­­taq ki".

Sor­­ğu-su­­al­­dan hey­­lər çə­­ki­­lir, can üzü­­lür. Bir ay be­­lə, beş ay be­­lə, axır hey­­van­­cı­­ğaz özü­ci­yəz ba­­şa dü­­şür ki, de­­yən, ar­­tıq ayıb­­dır. Zəng­lə­­ri ta­­mam kə­­sir. Bu­­nun­­la da san­­ki qey­­bə çə­­ki­­lir. Onun öl­­dü-qal­­dı­­sın­­dan bir kəs xə­­bər tut­­mur da. Get­­dik­­cə ad-fa­­mi­­li­­ya­­sı, hət­­ta si­­fət qu­­ru­­lu­­şu unu­­dul­­ma­­ğa baş­­la­­yır. Rast gə­­lər­­sə, hət­­ta onun­­la tə­­zə­­dən ta­­nış ol­­maq olar. Onu hü­­zür­­lər­­də gör­­mə­­yə də lü­­zum gör­­mür­­lər. Hü­­zür­­də yal­­nız pers­pek­­tiv­­li in­­san­­lar ar­­zu­­la­­nır. Bir iş var ki, tə­­qa­­ü­­də ge­­də­­nin öz ya­­sı­­na da ayaq qoy­­mur­­lar. Öl­­mü­­sən - əcəb elə­­mi­­sən. Tə­­qa­­üd­­çü­­dən can qur­­tar­­maq üçün onu hə­­mi­­şə çox­­dan öl­­müş bi­­lir­­lər. Bu ka­­fed­­ra­­nın keç­­miş iş­­çi­­lə­­ri bü­­tün­­lük­­lə keç­miş­də öl­­müş­­lər cər­­gə­­sin­­də­­dir.

İn­­di bu oyun­­lar öz ba­­şı­­na gə­­lə­­cək.

Ka­­bi­­ne­­tin­­də­­cə bir al­­ma gö­­tü­­rüb xar­tıl­tıy­la di­­şi­­nə çək­­­di. Ar­­vad onu yax­­şı öy­­rə­­dib: tez-tez də­­mi gə­­lir al­­ma­­nın. "Mə­­nim də si­­qa­­re­­tim - bu­dur", - tə­­lə­­bə­­lə­­ri qar­­şı­­sın­­da öyü­­nər­­di. Hər sə­­hər ar­­vad çan­­ta­­sı­­na beş-al­­tı­­sı­­nı qo­­yar, bərk-bərk də tap­­şı­­rar­: ha­­ra get­­sə, har­­da otur­­sa, çək­sin di­şinə. "Al­­ma bə­­də­­nə xe­­yir­­li­­dir", - onun hik­­mə­­ta­­miz söz­­lə­­rin­­dən ol­­maz. Ap­­tek­­lə­­rin vi­­ta­­mi­­ni rədd ola­­caq. On­­lar ha­­ya­­na dö­­nə, dər­­man sa­­yı­­lır. Uda­­na­­can da ödün ağ­­zı­­na gə­­lir.

Sə­­nəd­­lə­­ri al­­ma­­lar­­dan dom­­ba-dom­­ba əzik olur­.

Hə, na­­nay-na­­nay qur­­tar­­dı, vax­­tı ayın axı­­rı­­na­­can­­dı. Ney­­lə­­mə­­li? Ayıb-ayıb şi­­ka­­yə­­tə­­mi get­­sin? Ge­­də­­cək­­sə, nə de­­sin? De­­sin­­mi mü­­ha­­ri­­bə ve­­te­­ra­­nı­­dır? Yox­­sa tə­­lə­­bə­­lə­­ri­­nə sev­­gi­­si­­ni önə çək­­sin? Bu lap yal­­var­­maq çı­­xar, şit gö­­rü­­nər. Həm də ürək­­lə­­rin­­də dü­­şü­­nə­­cək­­lər: ayı­­nın min oyu­­nu bir ar­­mu­­dun ba­­şın­­da­­dır - hə­­rif yük­­sək ma­­a­­şı əl­­dən bu­­rax­­maq is­­tə­­mir.

An­­caq kor-kor, gör-gör, saç ağa­­rıb, diş tö­­kü­­lüb - bur­­da ki­­min nə gü­­na­­hı? Bəl­­kə axır gü­­nü­­nə­­cən ka­­fed­­ra­­da yu­­xu­­la­­maq niy­­yə­­tin­­də­­sən? Ya­­tıb xo­­rul­­da­­maq? Bax, bu nöm­­rə keç­­məz! Keç­mə­yə­cək!

Heç vaxt da ya­­şa­­ma­­dı. Elə­­cə ya­­şa­­ma­­ğa ha­­zır­­laş­­dı. Mək­­təb, ins­ti­­tut - gün­­lə­­ri-ay­­la­­rı gü­­və ki­­mi ye­­yən şey­­lər. Üs­­tə­­gəl, dörd il mü­­ha­­ri­­bə. Mü­­ha­­ri­­bə hə­­ya­­tı­­nın ən lü­­zum­­suz əla­­və­­si idi. Son­­ra da göz­­lə­­ri­­nin nu­­ru­­nu fə­­nər ki­­mi ar­­xiv sə­­nəd­­lə­­ri­­nə iş­­lət­­di. İn­­di bir şey oxu­­yan­­da, az qa­­lır ey­­nə­­yi­­ni ya­­zı­­ya ya­­pış­­dır­­sın, sə­­tir­­lər üzə­­rin­­də sü­­rüş­­dür­­sün.

Di xoş gəl­­din, pro­­fes­­sor!

Yox, gö­­rü­­nür, lax adam­­dır. Alim - şefi ki­­mi olar. Ma­­sa­­sı üzə­­rin­­də gü­­nə­­ba­­xan lə­­çə­­yi, so­­ğan pər­­də­­si, ya zə­­fə­­ran gü­­lü rən­­gin­­də beş-al­­tı te­­le­­fon apa­­ra­­tı. Bül­­bül ki­­mi cəh-cəh vu­­rur­­lar. Qa­­pı­­sı üs­­tün­­də­­ki löv­­hə­­ni, ya­­lan ol­­ma­­sın, bir sa­­a­­ta güc­­lə oxu­­yar­­san. Mə­­qa­­lə boy­­da bir şey­­dir. İla­­hi, in­­san­­da nə qə­­dər ti­tul, ad-san olar! Fo­­toq­­ra­­fa löv­­hə­­nin şək­­li­­ni at­­dı­­rıb. Ço­xal­dıb qo­­naq­­la­­ra pay­­la­­yır: qoy ayaq üs­­tə zəh­­mət çək­­mə­­yib, ev­­də ra­­hat­ca oxu­­sun­lar. Ali­­mə kəşf­lər yox, ad­­lar da­­ha va­­cib­­dir. Həm də on­­suz in­di hər şe­­yi bil­­mək sar­­saq­­lıq əla­­mə­­ti­­dir.

Qa­­nun pro­­fes­­sor Feld­ma­­na göz ağar­­dan­­da, şe­­fə diş ağar­­dır.

"Ayın axı­­rı­­na nə qal­­dı ki?"

Ar­­tıq bir­­gə de­­yib-gül­­dü­­yü kol­­lek­­tiv­­də sı­­xın­­tı ke­­çi­­rir. Uşaq ki­­mi də ha­­mı­­dan uta­­nır. Elə bi­­lir, tə­­lə­­bə­­lə­­ri ona gü­­lür. Tə­­qa­­ü­­də get­­mək on­­la­­rın nə­­zə­­rin­­də kurs­da qal­­maq ki­­mi ayıb bir iş­­di. Yə­­qin otu­­ru­­şu-du­­ru­­şu, da­­nı­­şı­­ğı da köh­­nə­­lib. Özü özü­­nü Nuh əy­­ya­­mın­­dan qal­­ma adam ye­rin­də gö­­rür. Cəb­­hə yol­­daş­­la­­rı haq­da söh­­bət­­lə­­ri­­ni qə­­fil tər­­gi­­də­­si ol­­du. Gə­­rək bu­­nu çox­­dan elə­­yəy­­di. On­­lar­­dan da­­nı­­şan­­da, ha­­mı­­nı əs­­nə­­mək tu­­tar, ca­­ma­­at bir­­bə­­bir da­­ğı­­lı­­şar­­dı - hələ sağ ol­­sun­­lar ki, da­ğı­lı­şan­da, san­ki bir az uta­­nır­dı­lar.

Tə­­ləb­­kar­­lı­­ğı­­nı ta­mam ye­­rə qoy­­du. Tə­­ləb­­kar­­lıq əs­­lin­­də de­­ma­­qoq­­lu­­ğun bir for­­ma­­sı­­dır.

İn­­dən be­­lə toy­­du onun işi. O, xəs­­tə­­lik­­dən-zad­­dan yox, bəl­­kə də da­­rıx­­maq­­lıq­­dan ölə­­cək. Ye, iç, yat - xoş­­bəxt­li­­yin bu son gö­­rün­­tü­­lə­­ri onu bəd­­bəxt­li­­yə yu­­var­­la­­da­­caq. Şi­­şib por­­su­­ğa dö­­nə bi­­lər. Otaq­­lar, mət­­bəx, ar­­vad... Hə, ar­­vad tə­­qa­­üd adı eşi­­də­­li, onun­­la hü­­quq di­­lin­­də da­­nı­­şır. Ke­­çən həf­­tə di­­lin­­dən qa­­çı­­ra­­sı ki, hət­ta ona nif­­rə­­ti var. Mü­­ba­­rək­­dir! Ni­­gah­­la­­rı ol­­ma­­sa, de­­yir, onun­­la bir­­cə gün də qal­maz. Am­­ma gör ha, qırx il qala bi­lib!

Ar­­tıq mə­­də­­ni təd­­bir­­lə­­rin də ləz­­zə­­ti qaç­­dı. Ki­­no­­lar ləğv olu­­nur. Ev­­lə­­ri­­nə gəz­­mə­­yə ge­­də­­cə­­yi cəb­­hə dost­la­­rın­­dan so­­nun­­cu­­la­­rı da bil­dir-ini­şil qı­­rı­­lıb-ça­­tıl­­dı. Mü­­ha­­ri­­bə­­dən sağ qa­­yı­­dan­­lar­­dan axıra bir tək özü qa­­lıb. Ölü­­mə ye­­ga­­nə na­­mi­­zəd özü­­dür. İn­­di cəb­­hə­­daş­­la­­rı­­nın bir­­cə qə­­bir­­lə­­ri­­nə baş çə­­kə bi­­lir. Əs­­lin­­də bu da gəz­­mək­­dir. Qə­­bir üs­­tü­­nə get­­mək dün­­ya kef­­lə­­rin­­dən bi­­ri­­dir.

"Tə­­lə­­bə­­lə­­ri­­mə kim­­lər dərs de­­yə­­cək?"

Pro­­fes­­sor hər gün evə dö­­nən­­də, beş-üç ki­­tab gö­­tü­­rür. Ha­mısı şəx­si ki­tab­la­rı­dır. Döv­lə­tin de­yil. Elə bil yal­­nız işin axı­­rın­­da kö­­çür. Bu köç­­mə­­yi­ də nə bir it bi­lir, nə qurd. Ni­­yə də bil­­sin­­lər? An­­caq köç­­mək­­dən təh­­qi­­ra­­miz şey yox­­muş dün­­ya­­da. Ha­çan­sa gör­­dü­­yü kö­­çən ai­­lə­­lə­­ri, ələl­­xü­­sus on­­la­­rın açıq ha­­va­­da­­kı yor­­ğan-dö­­şək­­lə­­ri­­ni xa­­tır­­la­­yan­­da, in­di­yə­cən bir­­tə­­hər olur. Hə, elə plan cı­­zıb ki, iş­­də­­ki ki­­tab­­la­­rı­­nı ayın axı­­rı­­na­­can da­­şı­­yıb qur­­ta­­ra­­caq. Axı, ni­­yə də aşa­­ğı­­da tak­­si sax­­lat­­dır­­sın? Qu­­tu-qu­­tu ki­­tab­­lar aşa­­ğı­­ya ge­­dən­­də, ni­­yə də sı­ra­la­nıb ta­­ma­­şa­­sı­­na dur­sun­lar?

Ya­­zı ma­­ki­­na­­sı­­nı bir qı­­ra­­ğa qoy­­du. Bax, bu, döv­­lə­­tin­­di. Təh­­vil ve­­rə­­cək. Me­­bel - ye­­rin­­də qa­­lır. O da döv­­lə­­tin­­ki­­di. Bir­­cə şi­­rə­­si çə­­ki­­lib, cə­­cə­­yi qal­­mış can sə­­nin­­di - bu­­yur, onu özün­­lə gö­­tür.

Güz­gü qa­ba­ğına ke­­çib, qa­dın kimi azı yü­­zün­­cü də­­fə özü­­nə bax­­dı - gah ya­­xın­­dan, gah uzaq­­dan. Qa­­baq­­dan-dal­­dan. Üzün­dəki xır­­da ça­­pıq yer­­lə­­ri­­ni diq­­qət­­lə süz­dü. Yox, za­­ra­­fat­­sız, ya­­man dü­­şüb. Hö­­ku­­mə­­ti nə qı­­na­­ya­­san! Qı­­rış­­la­rıy­­laca uşaq qor­­xut­­maq olar. Ey­­nə­­yi­­nin şü­­şə­­lə­­ri dur­­bin ki­­mi­­dir.

Qar­­şı­­da Çin səd­­di ki­­mi tə­­qa­­üd du­­rur­­du­­sa, özü­­nü di­­dib-tök­­mə­­yə də­­yər­­di­­mi? O, zır avam olub. Da­­im özü­­nü qı­­sa-qı­­sa, kor­­luq çə­­kə-çə­­kə ya­­şa­­dı. Hə­­yat ne­­mət­­lə­­rin­­dən yan keç­­di. San­­ki on­­la­­rın ona dəx­­li yox­­muş. Ar­­va­­dın­­dan sa­­va­­yı bir ar­­vad gör­­mə­­di. Əsas da bu­­na ya­­nır. Ölü­­vay­­lı­­ğı­­na sə­­da­­qət adı qoy­­du.

Hər­­dən də tə­­səl­­li üçün özü­­nü sor­­ğu-su­­a­­la tu­­tur: pro­­fes­­sor Qri­­qo­­rov­­dan nə­­yin ar­­tıq­­dır? İşə gəl­­di­­yi yer­­də­­cə in­fark­t tut­du, dom­­ba­­laq aş­­dı. Öz ma­­şı­­nın­­da­­ca ke­­çin­­di. Özü yol­­nan ge­­dir­­miş, de­­di­­lər, Əz­­ra­­yı­­lı kol­­nan. Am­ma cər­­ra­­hiy­­yə ka­­fed­­ra­­sın­­da sə­­si gə­­lən­­də, əmək­­daş­­lar si­­çan de­­şi­­yi­­ni sa­­tın alar­­dı­­lar. Va­­qan­­kov qə­­bi­­ris­­tan­­lı­­ğın­­da tor­­pa­­ğa elə quy­­la­­dı­­lar ha, cın­­qı­­rı da çıx­­ma­­dı. "Bu da öl­­mə­­yə vaxt tap­­dı!" - as­­pi­­rant­la­­rı ya­­sın­­da­­ca de­­yi­­nir­­di­­lər. İn­­di­­yə­­cən də adı çə­­ki­­lən­­də, üz-göz­­lə­­ri­­ni tur­­şu­­dur­­lar. Bir növ, öl­­dü­­yü­­nə gö­­rə on­­dan in­­ci­­yib­­lər. İn­ci­yib­lər də yox, zəh­lə­ləri ge­dir.

Qri­­qo­­ro­­vun bəx­­ti bir on­­da gə­­tir­­di ki, onu tə­­qa­­üd adıy­­la iş­­dən qov­­ma­­dı­­lar.

Xa-arr­t - pro­­fes­­sor al­­ma­­dan bö­­yük bir diş­­dəm gö­­tür­­dü.

Gör onun ye­­ri­­nə nə qə­­dər diş qı­­ca­­yan ta­­pı­­la­­caq. Bü­­tün Mosk­va­­nı çax­­naş­­dı­­ra­­caq, yük­­sək da­­i­­rə­­lə­­ri bir-bi­­ri­­nə vu­­ra­­caq­­lar.

Ada­­mın ana­­sı­­nı be­­lə ağ­­la­­dar­­lar. Dis­­ser­­ta­­si­­ya mü­­da­­fi­­ə­­lə­­rin­­də ha­­mı­­nı it ki­­mi qa­­par­­dı. Su­­al su­­al üs­­tün­­dən! Hə, nə olub? Dün­­ya­­nı dü­­zəlt­mək bir sə­­nə qa­­lıb? Şe­­fə quy­­ruq bu­­la­­maq hər oğu­­lun işi de­­yil. De­­ma­­qoq­­lu­­ğusa xa­lam da ba­­ca­­rar.

Axı­­rın­­cı ki­­tab­­la­­rı­­nı qol­­tu­­ğu­­na vu­­rub hə­­yə­­tə enən­­də, bir­­dən ağ­­lı­­na gəl­­di ki, gü­­nü sa­­bah nə­­və­­lər­­dən bi­­ri­­ni dar­­tıb ya­­nı­­na gə­­tir­­sin. Beş­­cə ad­­dı­m at­­ma­­mış da çə­nə­dən özü­­nə ox­­şar şey­­ta­­nın üs­­tün­­də da­­yan­­dı. Gə­­rək ona di­­li­­ni bal elə­­yə...

 

1983 - 2003


 

Digər xəbərlər

Millətin qaçqına çevrilməsi halı

İki qardaş

Zəminə Rəhimqızı ilə söhbət

Mədəniyyət və sivilizasiya mövzusuna qayıdış (Nikolay Berdyayevlə mübahisə cəhdi) /İntibah həsrəti/

Molla

Şərhlər