Molla

Tarix: 20-05-2019 16:13
Baxış sayı: 649

Bu dün­­ya fa­­ni­­dir - ha­­mı­­ya çox­­dan gün ki­­mi ay­­dın olan şe­­yi aka­­de­­mik Mə­­lik Na­­ma­­zov an­­caq ölüm aya­­ğın­­da an­­la­­dı. İn­­di­­yə­­cən onun aka­­de­­mik ağ­­lı boş bir fa­­ni­­li­­yin dər­­ki­­nə­­sə çat­­ma­­mış­­dı. Belə çı­xır, fa­­ni­­lik elm­dən-zad­­dan də­­rin və mü­­rək­­kəb imiş. Mol­­la Mər­­dan bir­başa gə­­lib onun fa­­ni­­lik duy­­ğu­­la­­rı üs­­tü­­nə çıx­­dı. Mol­­la­­nın fik­­rin­­cə, ar­­tıq Na­­ma­­zo­­va "keç­­miş aka­­de­­mik" de­­mək da­­ha düz­­gün olar­­dı. Ölüm aya­­ğın­­da, is­­tər kos­­mo­­navt ol - gö­­yə uç­­maq­­lıq bit­­di, kə­­fən­­dən ska­­fand­r gey­­mə­­yin məs­­lə­­hət­­di. "Tez ol, tez!" - hə, onu elə də tə­­ləs­­di­­rir­­di­­lər, elə bil hə­­kim­­di, bu sa­­at ge­­dib ki­­mi­­sə ölü­­mün ağ­­zın­­dan qur­­ta­­ra­­caq. Az qal­­mış­­dı da şal­­va­­rı dal-qa­­baq ge­­yə. Di yax­şı, bu da "tez". Ha­­nı ölü? Oğ­lan, bu ki hə­­lə di­ri­dir. Ac­qa­rına azı min kərə de­­yib: ça­­ğı­­ran­­da onu ölü üs­­tü­­nə ça­­ğı­r­­sın­lar, di­­ri üs­­tü­­nə yox. An­­caq de­­yir­­sən bu­­nu sa­­ğol­­muş­­la­­ra yox, da­­şa-di­­va­­ra de­­yir­­sən. Özün­­dən ası­­lı de­­yil, o, tez­­lik­­lə ölə­­si di­­ri üs­­tün­­də ça­­şır, bil­­mir ney­­lə­­sin, ki­­mə nə de­­sin. Əl­­lə­­ri-bur­­nu da özü­­nə ar­­tıq­­lıq elə­­yir. Bə­­zi­­lə­­ri bu xü­­su­­siy­­yə­­ti onun aya­­ğı­­na nöq­­san ki­­mi ya­­zır. De­­mək, mol­­la­­lı­­ğı ba­­car­­mır.

Hə, "keç­­miş aka­­de­­mik" gec­­dən-gec, tə­­zə­­lik­­cə an­­la­­dı­­ğı "fa­­ni­­lik"lə də göz­­lə­­ri­­ni yum­­du. De­­yə­­sən, "fa­­ni­­lik" bu  gic­­gi­­cə­­nin hə­­ya­­tı­­nı bir ba­­la­­ca mə­­na­­lan­­dır­­dı da. Heç­­dən­­sə ye­­nə gec yax­­şı­­dır. Ümu­­miy­­yət­­lə, yo­­xa lə­nət. Aka­­de­­mik öm­­rü bo­­yu adam ye­­ri­­nə qoy­­ma­­dı­­ğı mol­­la­­ya in­­di qar­­daş ki­­mi ba­­xır­­dı. O, uç­­du­­ğu göy­­lər­­dən ya­­ra­­la­­nıb­­mış ki­­mi mol­­la­­nın bə­­ra­­bə­­ri­­nə­­cən en­­miş, yan ötüb hə­­lə bir az da aşa­­ğı yum­­ba­­lan­­maq­­day­­dı.

Mol­­lay­­la haq dün­­ya­­nın ara­­sı göy­­lər­­lə mol­­la ara­­sın­­da­­kı mə­­sa­­fə­­dən qı­­sa idi.

Fa­­ni­­lik duy­­ğu­­su aka­­de­­mik­­də ya­­rım­­ca sa­­at­­lı­­ğa par­­la­­yıb sön­­dü. Bu ba­­rə­­də qu­­la­­ğı­­na pı­­çıl­­da­­dı­­ğı ba­­rı bir­­cə nə­­fər­­sə gör­­dü ki, o, dün­­ya­­dan dəm­­də­­mə­­ki şək­­lin­­də köç­­mə­­di. Qorx­du­­ğu şey - dün­­ya­­dan dəm­­də­­mə­­ki şək­­lin­­də köç­­mək­­di. İn­­di ölür­­dü­­sə də, boy­nun­dan san­­ki pud­­luq daş gö­­tü­­rül­­müş­­dü. Öm­­rü­­nün son ya­­rım sa­­a­­tın­­da hey­­van­­dar­­lıq aka­­de­­mi­­ki in­­sa­­na da­­ir bu kəş­­fin­­dən vəc­­də gəl­­miş­­di. İn­­sa­­na da­­ir kəşf nə gö­­zəl olur­­muş! O, "fa­­ni­­lik"dən elm­də gör­­mə­­di­­yi ya­­ra­­dı­­cı­­lıq se­­vin­­ci du­­yur­­du. Hər­­çənd vəcd - ölə­­nə zi­­yan­­dı, öm­­rü bir az da qı­­sal­­dır. On­­suz ölər­­kən do­­ğu­­lan bu se­­vinc axır onun çöh­­rə­­sin­­də pas­­lı tə­­bəs­­süm ha­lın­da çö­­kün­­tü ver­­di.

Haq­­qı, aka­­de­­mi­­kin oğ­­lan­­la­­rı mol­­la Mər­­da­­nı hü­­zür məc­­­li­­si­­nə öz­­lə­­ri la­­yiq bil­­miş­­di. Ka­­sıb adam­­dır - ölü­­dən çı­­xan gə­­lir di­­ri­­nin nə­yini gö­rür; ha­­ra­­sı­­na ça­­ta­caq. Onun ka­­sıb­­lı­­ğı ömür­­lük­­dür, barı qoy bu xe­­yir öz­­gə­­si­­nə çat­­ma­­sın. Bə­­yəm onun oxu­­du­­ğu da Qu­­ran de­­yil­­mi? Üs­tə­lik, bu ki­­şi­­ni in­­­sa­­­niy­­yət cə­­hət­­cə yax­­şı söy­lə­­yir­­di­­lər. Ver­­di­­yi bor­­cu ge­­ri is­­tə­­məz, al­­dı­­ğı­­nı de­­di­­yi vaxt qay­­ta­­rar. Hü­­zür­­lər­­də ov­­cu­­na kim nə bas­­dı - Al­­lah bə­­rə­­kət ver­­sin. Bir­­cə onun qız-gə­­li­­nə pey­­dər­­pey "ba­­cı" de­­mə­­si şüb­­hə­­li gö­­rü­­nür­­dü. Həf­­tə­­ba­­şı da Sa­­bi­­ra­­ba­­da - ye­­tim­­dar qı­­zı­­nın ya­­nı­­na qa­ça­­caq. Ya­­rı ca­­nı onun­­la­­dır. Hə, gə­­rək in­­sa­­nın için­­də ça­­ğır­­dı­­ğı mol­­la­­ya bir ba­­la­­ca eh­­ti­­ram ola. Həm də lo­­tu-bam­­bı­­lı­­sı gə­­lib ai­­lə­­nin adı­­nı ba­­tı­­rar. Ke­­çən il tə­­kə­­saq­­qal bi­­ri yas ye­­rin­­də adam­lar­la "vor-za­­kon" di­­lin­­də da­­nı­­şır­­mış. Nə­­yə la­­zım­­dı bu - qoy rədd ol­­sun.

Mol­­la da­­lın­­ca uşaq qa­­çır­­dı­­lan­­da ar­tıq ki­­şi­­ni öl­­müş bi­­lib­­miş­­lər. Cə­­mi bir də­­fə gö­­zü da­­la qat­­la­­nıb - qa­­ra­­sı ge­­dib, ağı qa­­lan­­da, qa­­dın­­lar­­dan "vax­­sey, get­­di", qış­­qı­rığı qo­pub. Elə hə­­min qış­­qır­­tı­­dan da ki­­şi ölə bil­­mə­­yib, ayı­­lıb. Bəl­­kə də ölən­­lə­­rin ha­­mı­­sı­­nı be­ləcə, yan­­la­­rın­­da bərk­dən qış­­qır­­maq­­la ayılt­maq olar. Mol­­la­­nı tə­­ləs­­di­­rən­­lə­­rin məq­­sə­­di ölü­­nün boş da­­yan­­ma­­ma­­sı idi. O, tum çırt­la­­yır­­mış ki­­mi, gə­­rək ya­­sin su­­rə­­sin­­dən qə­­də-qə­­də kəl­­mə­­lər "eşi­­də". Həm də ya­­sin mu­­ğam­sa­yağı bir şey­­di - xo­­şa­­gə­­lən­­dir. Ölü­­nün boş da­­yan­­ma­­sı­­nı aka­­de­­mi­­kin oğ­­lan­­la­­rı öz­­lə­­ri­­nə təh­­qir bi­­lər­­di. Bu, ölü­­yə mü­­na­­si­­bət­­də ölü­­vay­­lıq olar­­dı.

Düz­­dü, mol­­la bir az ye­­yin, an­­caq həm də ürə­yin­də sa­­kit gə­­lir­­di ki, on­­suz gə­­lib ölü üs­­tü­­nə çı­­xa­­caq. Yox, ya­­dı­­na gəl­­mir, in­­di­­yə­­cən üs­­tün­­də Qu­­ran oxu­­ya­­ca­­ğı bir kə­­si di­­ri gör­­mək is­­tə­­mə­­yib. Mü­­səl­­man­­çı­­lı­­ğa yax­­şı ri­­a­­yət et­­mək is­­tə­­yən qo­­hum-əq­­rə­­ba adə­­tən ça­­lı­­şır can-ci­­yə­­ri ölən sa­­at ba­­şı­­nın üs­­tü­­nü mol­­la-zad kəs­­dir­­sin. San­ki o dün­yaya tər­­sinə gedə bi­lər deyə. Ara­­da­­kı fa­­si­­lə­­yə bur­­da pis ba­­xır­­lar. ...De­yir­din, lam­pa­dır, ya­­ğı qur­­ta­­rıb - aka­­de­­mi­­kin göz­­lə­­ri çə­­tin­­lik­­lə yu­­mu­­lub-açı­­lır­­dı. Mol­­la az qa­­la bir əsr sa­­lam-ka­­lam elə­­di­­yi in­­sa­­nı di­­ri gö­­rən­­də qa­­nı it qa­­nı­­na dön­­dü. Doğ­ru­dan da, öz ara­­mız­­dı, bu ol­­ma­­dı. Onun sə­­nə­­ti elə­­di ki, üs­­tü­­nə gəl­­di­­yi­­ni ölü gör­­mə­­li­­di, di qur­­tar­­dı get­­di. Yox­­sa göz­­lə bu ha­­çaq ölər. Bəl­­kə heç öl­­mə­­di? Tərs­lik­­dən bə­­zən öl­­mür də. On­­da gün­­lər­­lə ya­­nın­­da şön­­gü­­yüb, su­­yu sü­­zü­­lə-sü­­zü­­lə ge­­ri qa­­yı­­dır­­san. Yox, di­­ri onun sə­­nə­­ti­­nə heç cür uy­­ğun gəl­­mir. Di­­ri - hə­kimə, hə­­kim­­li­­yə aid­­di. Bir yan­­­dan da bu "pi­­ya­­da" aka­de­mik ölüm aya­­ğın­­da fa­­ni­­lik söh­­bə­­ti­­ni sa­­lıb - bu­­nu gec­dən-gec fəl­­sə­­fi bir şey bi­­lib. Bu boy­­da eş­­şək ve­­lo­­si­­pe­­di tə­­zə­­dən ix­­ti­­ra edir­­di. İn­­dən be­­lə özü­­nə söz ve­­rir: ölü­­lər­­lə bağ­­lı sə­­nə­­ti­­ni bir daha di­­ri­­lər­­lə kor­­la­­ma­­ya­­caq. On­­suz hər gün gör­­dü­­yü - din­­siz-iman­­sız di­­ri­­lər­­di. İn­­tə­­ha­­sı, ta bur­­da da yox ki. O, di­­ri ya­­nın­­da özü­­nü iy­­nə üs­­tə otur­­muş ki­­mi bi­­lir.  Axı, di­­ri­­yə "sa­­la­­mə­­leyk", bir də "nə var, nə yox"dan sa­­va­­yı nə de­­yə­­sən. Həm də in­san can üs­tün­də da­rıx­dıcı olur. On­­la­­rın sə­­nə mü­­na­­si­­bə­­ti də bo­­ğaz­­dan yu­­xa­­rı­­dır. Məc­­lis­­də-zad­­da di­­li qa­­bar­­dı de­­mək­­dən: bax, mə­­ba­­da onu di­­ri üs­­tə ça­­ğı­­ra­­lar. Har­­da­­san-bur­­da­­san, hə­­ya yox, abır yox - ye­­nə ça­­ğı­­rır­­dı­­lar. Tez də bə­­­ha­­nə ta­­pır­­lar: gu­­ya ney­lə­sin­lər, on­­lar onu ölü gö­tür­­mə­­yə ça­­ğı­­rır, bu gə­­lib di­­ri üs­­tü­­nə çı­­xır. Özün­­dən küs­­sün. Gü­­nah özün­­də­­dir ki, bəx­­ti yox­­dur. Yox, in­­san­­la­­rın ək­­sə­­riy­­yə­­ti ölüy­­lə di­­ri­­ni ayırd et­­mir: ya­­ta­­nı ölü, ölü­­nü ya­­tan bi­­lən­­lər var. Qar­­daş, da­nış­ma, bu dün­­ya eş­­şək­­lə do­­lu­­dur. Zə­manə eş­şək­lər zə­ma­nə­si­dir. Ha­mıya az qala bir-bir de­­yib: can üs­­tə olan kəs mol­­la gö­­rən­­də qor­­xar. Açığı, axi­­rət söh­­bət­­lə­­ri ölən üçün əla­­və ba­­şağ­­rı­­sı­­dır.

- Bə can ve­­rə­­nə oyun ha­­va­­sı çal­­dı­­raq? - hər­­dən mol­­la­­nın bos­­ta­­nı­­na daş atır, qa­­ba­­ğı­­na tərs su­­al­­lar di­­yir­­lə­­dir­­lər.

- İs­­tək­­li­­lə­­rim, yox olub get­­mək­­lik on­suz da qəl­­bə ya­­tan bir iş de­­yil. İl­­lah da ki, tez-tez onun­­la be­­yin­­lə­­ri qa­­za­­san.

- Bay, bu, tə­­zə xə­­bər­­di. Bə­­yəm ölən­­də adam yox olur?

- Bə yox?

- Əl­­bət­­tə, yox. İn­­san özü ölür­­sə də, hə­­ya­­tı da­­vam edir. Bə­yəm ruh ölür?

- Si­­zə ba­­xı­­ram, gül­­mə­­yim tu­­tur.

- Əta­­ğa cəd­­di, bi­­zim mol­­la ma­­te­­ri­­a­­list­dir, - kən­­din ye­­ga­­nə uni­­ver­­si­­tet qur­­ta­­ra­­nı yan­­dan söz atır.

- Əziz­­lə­­rim, ölən­­dən son­­ra­­kı hə­­ya­­tı bu dün­­ya­­nın lo­­tu­­la­­rı uy­­du­­rub.

- Mən­­de­­yən­­di. Bu ki­­şi tər­­tə­­miz ma­­te­­ri­­a­­list­dir.

- A mol­­la, can­­la əl­­bə­­ya­­xa bir ada­­mın ya­­nın­­da imam­­la­­rı­­mı­­zın-za­­dın adı­­nın çə­­kil­­mə­­sin­­dən nə zi­­yan ola bi­­lər?

Mər­­dan bu yer­­də özü­­nü kar­­lı­­ğa vur­­du.

Bəl­­kə aka­­de­­mik öl­­dü­­yü­­nü bil­­mir­­di də, an­­caq ar­­tıq ölə­­cə­­yi ona mol­­la Mər­­da­­nın gə­­li­­şin­­dən əyan ol­­du. Mol­­la heç­­li­k mü­­cəs­­sə­­mə­­si ki­­mi gör­­sə­­nir­­di. M.Na­­ma­­zov özü hə­­mi­­şə boy­­nu­­na alıb ki, ölüm iş­­lə­­rin­­də zır avam­­dır. Əz­­ra­­yı­­lı gör­­sə, ta­­nı­­maz. Uzaq başı, onu qə­­fil qo­­naq sa­­nar. Əz­­ra­­yıl onun gö­­zü­­nə yal­­nız qo­­na­­ğı sev­­mə­­di­­yi­­nə gö­­rə na­­qis gör­­sə­­nə bi­­lər. O in­­di­­yə­­cən ölü­­mü dərk elə­məyə bir­­cə də­­qi­­qə də vaxt ayır­­ma­­yıb. Hü­­zür­­lə­­rə get­­mə­­yib. Ca­­ma­­at da bun­­dan in­­ci­­mə­­yib; çün­­ki yas­­la­­rı­­na get­­mə­­dik­­lə­­ri­­nin toy­­la­­rın­­da son­­ra hər şe­­yin əvə­­zi­­ni çı­­xar­­dı. Aka­­de­­mik adam ağır otu­rub bat­­man gə­lər, am­­ma bu, ma­­ğa­­rın or­­ta­­sın­­da elə­­dən-elə­­yə sü­­zər­­di, be­­lə­­dən-be­­lə­­yə. Qır­­mı­­zı si­­fə­­ti­­lə də de­­yər­­din or­­ta­­da­­kı - tə­­zə cəm­­dək­­dir.

Hə­­yat­­se­­vər­­lər­­də cəm­­dək qa­ba­rıq var.

Hə, Mə­­lik Na­­ma­­zo­­vun­­ku - hey­­van­­dar­­lıq­­dı. İn­di­yə­cən bir hey­­va­­nın tü­­kü­­nə əl çək­­mə­­yib - hey­­van­­la­­rı sev­­məz­­di­­sə də, ya­­lan-doğ­­ru hey­­van­­dar­­lı­­ğı bərk se­­vər­­di. İs­­tə­­yər­­di Azər­­­­bay­­can­­da ət bol ol­­sun. Res­pub­lika bay­raq al­sın. Onun hu­­ma­­niz­­mi ət­­də üzə çı­­xır­­dı. Hu­­ma­­nizm tə­­ləb edər­sə, ət ba­­rə­­sin­­də şü­­ar da de­­yər. İn­­sa­­na ət­­ye­­yən bir hey­­van ki­­mi mə­­həb­­bət­­lə ya­­na­­şar­­dı. Kim də ət ye­­məz, və­­rə­­mə tu­­tu­­lar. Yəni və­­rəm çox olan yer­­də hey­­van­­dar­­lıq hə­­mi­­şə zə­­if­­dir. Hey­­van­­dar­­lı­­ğı sev­­mə­­dik­­lə­­rin­­dən­­di ki, və­­rəm­­li­­lər­­dən zənd-­zəh­­lə­­si ge­­dir­­di. On­­lar elə öl­­sə yax­­şı­­dır. Qo­­duq­ uşağı qo­duq­lar!

Mol­­la Mər­­dan bir də­­fə aka­­de­­mi­­ki hey­­van­­dar­­lıq alim­­lə­­ri ara­­sın­­da gör­­müş­­dü: İla­­hi pər­­vər­­di­­ga­­ra, uşaq­­lıq­­da onun və elə ha­­mı­­nın şal­­laq­­la­­dı­­ğı inə­­yə-za­­da da­­ir, axır nə­­ti­­cə­­si ət və süd olan bir elm­də nə qə­­dər söz olar­­mış! On­­lar "söz"ə "ter­­min" de­­yir. Ame­­ri­­kan­­lar, həm­­çi­­nin skan­­di­­nav­­lar ət-süd is­­teh­­sa­­lı­­na nə qə­­dər bi­­lik sərf edib. Ən çox da - avs­tra­­li­­ya­­lı­­lar. Nağ­­dı, ora­­la­­rın aka­­de­­mik­­lə­­ri Mə­­lik­­dən güc­­lü­­dür. Həm də gü­­man, Avs­tra­­li­­ya­­dan hey­­va­­nat iy­­si gə­­lir. Hər qo­­yun is­­ti­­lər­­də ba­­şı­­nı aşa­­ğı sa­­lıb qaz bu­­ra­­xa-bu­raxa gedə, bu gör ha­­ra vu­­rur. Avs­tra­­li­­ya­­da bu­­lud­­lar qaz­­­dan olur. Mol­­la Mər­­dan Avs­tra­­li­­ya­­da do­­ğul­­ma­­dı­­ğı­­na hə­­mi­­şə se­­vi­­nib: or­­da kar­­bon qa­­zın­­dan bo­­ğu­­la bi­lər­di. On­­dan ol­­sa, kar­­bon qa­­zı­­nı Avs­tra­­li­­ya­­nın qır­­mı­­zım­­tıl-na­­rın­­cı rəm­­zi­­nə çe­­vi­­rər. Düz­­dü, in­­di ora da mü­­a­­sir yer­­di - elə-be­­lə­­də bur­­nu­­nu töv­­lə­­yə sox­­san da, iy eşi­­dil­­mə­­yə­­cək, di gəl, ora­­da­­kı qo­­yun iy­­si ada­­mın ba­­şı­­nı nə­­zə­­ri cə­­hət­­cə çat­­la­­dır. Ye­­ri gə­­lən­­də onun­­la fəxr edən kənd­çi­­lə­­ri bə­­zən aka­­de­­mi­­kə lağ edər, "onun el­­mi sa­­yə­­sin­­də Azər­­bay­­can­­da ka­­bab­­xa­­na­­lar ar­­tıb", de­­yər­­di­­lər. An­­caq bu­­nu elə özü də de­­yir: ət­­dən bol res­­pub­­li­­ka­­lar­­da ka­­bab­­xa­­na çox olar. Nə­­dir ət - bə­­dən üçün va­­cib amin­­tur­­şu­­lar məc­­mu­­su. Amin­­tur­­şu bə­­dən üçün qır­­mı­­zı kər­­pic ye­­rin­­də­­dir.

Mol­­la Mər­­dan So­­vet döv­­rü­­nün ate­­ist ai­­lə­­sin­­dən çıx­­mış­­dı de­­yə, adı nə is­­mi-mü­­ba­­rək pey­­ğəm­­bə­­ri­­mi­­zin, nə də baş­­qa qur­­ba­­nol­­duq­­la­­rı­­mı­­zın adın­­dan­­dı. Düz­­dü, Mər­­dan özü adı­­nı ata­­sı­­nın za­­hir­­də ate­­ist, mol­­la­­lı­­ğı­­nı­­sa onun ba­­tin­­də mö­­min ol­­ma­­sı­­na yo­­zur­­du. İn­­san­­da əsas da - ba­­tin­­di. Za­­hir - boş şey­­dir. Mas­­ka­­dır. Həm də axı adı heç də pis de­­yil, in­­sa­­ni bir xü­­su­­siy­­yə­­tə - mərd­li­­yə aid­­di. Hər­­çənd xey­­li ib­­ti­­da­­i­­dir. Boy­­nu­­na alır, sə­­nə­­ti də­­rin, adı sət­­hi idi. Fa­­ni­­lik­­lə­­rin də hər üzü­­nü gö­­rüb; on­­la­­rın ci­­ki­­nə-bi­­ki­­nə bə­­ləd­­di. Hət­­ta ca­­nı buz bal­­ta­­sı ki­­mi olan in­­san­­lar­­dan da fa­­ni­­lik ni­­da­­la­­rı eşit­­miş­­di. An­­caq ya­­lan­­çı­­ya min lə(apost­­rof)nət! Fa­­ni­­lik­­dən ağız do­­lu­­su da­­nı­­şan bi­­ri­­ni ini­­şil zor­­la­­ma üs­­tün­­də bas­­ma­­dı­­lar­­mı? Fa­­ni­­li­­yi an­­la­­yan za­­hid­­lik yo­­lu­­nu tut­­ma­­lı­­dır, lo­­tu-po­­tu­­luq yox. An­­caq de­­yir­­lər on­­suz bu dün­­ya­­nın lo­­tu­­la­­rı elə be­­hişt­də də hu­­ri-mə­­lək mə­­mə­­si əl­­ləş­­di­­rə­­cək. Fa­­ni­­lik söh­­bə­­ti ço­­xu­­na el için­­də hör­­mət-iz­zət qa­­zan­­maq üçün gə­­rək­­di. Tək bir mol­­la Mər­­dan on­­dan, pe­­şə­­si­­nə uy­­ğun­­du de­­yə, da­­nı­­şar­­dı. Yox­­sa onu di­­lə gə­­tir­­məz də. Ata­­sı üz­­də ate­­ist, alt­da ək­­si­­nəy­­di­­sə, bu, alt­da ate­­ist, üz­­də ək­­si­­nə idi. Din - avam­­lıq­­dan tö­­rə­­nən əf­­sa­­nə­­dir. Qı­­na­­ma­­yan ola, onu tir­­yək də yox, Mark­sdan irə­­li ge­­dib, he­­ro­­in ad­­lan­­dı­­rar­­dı. Dörd-beş də ar­­vad al­­mış­­dı. On­­da nə gü­­nah - ar­­vad­­la­­rı qal­­mır, ta­­un tu­­tur­­muş ki­­mi tez yas­­tı­­la­­nır­­dı­­lar. Öl­­mə­­səy­­di­­lər, de­­yir­­di, bir kə­­sə gö­­zü­­nün ucuy­­la bax­­maz­­dı da. Əs­­lin­­də onun da­­im yek-bir­­cə ar­­va­­dı olub. Nə­dən­sə, ar­­vad­­la­­rın ha­­mı­­sın­­da uşaq kön­­də­­lən gə­­lir, kən­­dis­­­tan ye­­ri­­dir, elə uşaq üs­­tün­­də­­cə ölür­­dü­­lər də. "Yə­­qin mol­­­la­­mız kön­­də­­lə­­ni­­nə qu­­caq­­la­­yır, ona görə də ya­­zıq­­la­­rın ba­­şı­­na bu oyun gə­­lir", - ca­­ma­­at onun ba­­rə­­sin­­də at­­ma­­ca­­la­­rı xoş­­­la­­yır. Hə, şə­­ri­­ət on­­dan, seç­­di­­yi pe­­şə&

Digər xəbərlər

TRAV­­­MA­­­TO­­­LO­­­Jİ KOR­­­PUS­­­DA HEY­­­KƏ­­­LƏ DÖN­­­MƏK­­­DƏ OLAN YA­­­RA­­­LI

Siyasətdə əxlaq

Rafiq Tağının "Yanaşı ulduzlar"ı

"Alma" qəzeti kollektivinin Rafiq Tağı ilə müsahibəsi

Anna Karenina ilə məhkəmə çəkişməsi perspektivləri

Şərhlər