MOL­­LA

Tarix: 25-06-2021 16:31
Baxış sayı: 487

 

B

u dün­­ya fa­­ni­­dir - ha­­mı­­ya çox­­dan gün ki­­mi ay­­dın olan şe­­yi aka­­de­­mik Mə­­lik Na­­ma­­zov an­­caq ölüm aya­­ğın­­da an­­la­­dı. İn­­di­­yə­­cən onun aka­­de­­mik ağ­­lı boş bir fa­­ni­­li­­yin dər­­ki­­nə­­sə çat­­ma­­mış­­dı. Belə çı­xır, fa­­ni­­lik elm­dən-zad­­dan də­­rin və mü­­rək­­kəb imiş. Mol­­la Mər­­dan bir­başa gə­­lib onun fa­­ni­­lik duy­­ğu­­la­­rı üs­­tü­­nə çıx­­dı. Mol­­la­­nın fik­­rin­­cə, ar­­tıq Na­­ma­­zo­­va "keç­­miş aka­­de­­mik" de­­mək da­­ha düz­­gün olar­­dı. Ölüm aya­­ğın­­da, is­­tər kos­­mo­­navt ol - gö­­yə uç­­maq­­lıq bit­­di, kə­­fən­­dən ska­­fand­r gey­­mə­­yin məs­­lə­­hət­­di. "Tez ol, tez!" - hə, onu elə də tə­­ləs­­di­­rir­­di­­lər, elə bil hə­­kim­­di, bu sa­­at ge­­dib ki­­mi­­sə ölü­­mün ağ­­zın­­dan qur­­ta­­ra­­caq. Az qal­­mış­­dı da şal­­va­­rı dal-qa­­baq ge­­yə. Di yax­şı, bu da "tez". Ha­­nı ölü? Oğ­lan, bu ki hə­­lə di­ri­dir. Ac­qa­rına azı min kərə de­­yib: ça­­ğı­­ran­­da onu ölü üs­­tü­­nə ça­­ğı­r­­sın­lar, di­­ri üs­­tü­­nə yox. An­­caq de­­yir­­sən bu­­nu sa­­ğol­­muş­­la­­ra yox, da­­şa-di­­va­­ra de­­yir­­sən. Özün­­dən ası­­lı de­­yil, o, tez­­lik­­lə ölə­­si di­­ri üs­­tün­­də ça­­şır, bil­­mir ney­­lə­­sin, ki­­mə nə de­­sin. Əl­­lə­­ri-bur­­nu da özü­­nə ar­­tıq­­lıq elə­­yir. Bə­­zi­­lə­­ri bu xü­­su­­siy­­yə­­ti onun aya­­ğı­­na nöq­­san ki­­mi ya­­zır. De­­mək, mol­­la­­lı­­ğı ba­­car­­mır.

Hə, "keç­­miş aka­­de­­mik" gec­­dən-gec, tə­­zə­­lik­­cə an­­la­­dı­­ğı "fa­­ni­­lik"lə də göz­­lə­­ri­­ni yum­­du. De­­yə­­sən, "fa­­ni­­lik" bu  gic­­gi­­cə­­nin hə­­ya­­tı­­nı bir ba­­la­­ca mə­­na­­lan­­dır­­dı da. Heç­­dən­­sə ye­­nə gec yax­­şı­­dır. Ümu­­miy­­yət­­lə, yo­­xa lə­nət. Aka­­de­­mik öm­­rü bo­­yu adam ye­­ri­­nə qoy­­ma­­dı­­ğı mol­­la­­ya in­­di qar­­daş ki­­mi ba­­xır­­dı. O, uç­­du­­ğu göy­­lər­­dən ya­­ra­­la­­nıb­­mış ki­­mi mol­­la­­nın bə­­ra­­bə­­ri­­nə­­cən en­­miş, yan ötüb hə­­lə bir az da aşa­­ğı yum­­ba­­lan­­maq­­day­­dı.

Mol­­lay­­la haq dün­­ya­­nın ara­­sı göy­­lər­­lə mol­­la ara­­sın­­da­­kı mə­­sa­­fə­­dən qı­­sa idi.

Fa­­ni­­lik duy­­ğu­­su aka­­de­­mik­­də ya­­rım­­ca sa­­at­­lı­­ğa par­­la­­yıb sön­­dü. Bu ba­­rə­­də qu­­la­­ğı­­na pı­­çıl­­da­­dı­­ğı ba­­rı bir­­cə nə­­fər­­sə gör­­dü ki, o, dün­­ya­­dan dəm­­də­­mə­­ki şək­­lin­­də köç­­mə­­di. Qorx­du­­ğu şey - dün­­ya­­dan dəm­­də­­mə­­ki şək­­lin­­də köç­­mək­­di. İn­­di ölür­­dü­­sə də, boy­nun­dan san­­ki pud­­luq daş gö­­tü­­rül­­müş­­dü. Öm­­rü­­nün son ya­­rım sa­­a­­tın­­da hey­­van­­dar­­lıq aka­­de­­mi­­ki in­­sa­­na da­­ir bu kəş­­fin­­dən vəc­­də gəl­­miş­­di. İn­­sa­­na da­­ir kəşf nə gö­­zəl olur­­muş! O, "fa­­ni­­lik"dən elm­də gör­­mə­­di­­yi ya­­ra­­dı­­cı­­lıq se­­vin­­ci du­­yur­­du. Hər­­çənd vəcd - ölə­­nə zi­­yan­­dı, öm­­rü bir az da qı­­sal­­dır. On­­suz ölər­­kən do­­ğu­­lan bu se­­vinc axır onun çöh­­rə­­sin­­də pas­­lı tə­­bəs­­süm ha­lın­da çö­­kün­­tü ver­­di.

Haq­­qı, aka­­de­­mi­­kin oğ­­lan­­la­­rı mol­­la Mər­­da­­nı hü­­zür məc­­­li­­si­­nə öz­­lə­­ri la­­yiq bil­­miş­­di. Ka­­sıb adam­­dır - ölü­­dən çı­­xan gə­­lir di­­ri­­nin nə­yini gö­rür; ha­­ra­­sı­­na ça­­ta­caq. Onun ka­­sıb­­lı­­ğı ömür­­lük­­dür, barı qoy bu xe­­yir öz­­gə­­si­­nə çat­­ma­­sın. Bə­­yəm onun oxu­­du­­ğu da Qu­­ran de­­yil­­mi? Üs­tə­lik, bu ki­­şi­­ni in­­­sa­­­niy­­yət cə­­hət­­cə yax­­şı söy­lə­­yir­­di­­lər. Ver­­di­­yi bor­­cu ge­­ri is­­tə­­məz, al­­dı­­ğı­­nı de­­di­­yi vaxt qay­­ta­­rar. Hü­­zür­­lər­­də ov­­cu­­na kim nə bas­­dı - Al­­lah bə­­rə­­kət ver­­sin. Bir­­cə onun qız-gə­­li­­nə pey­­dər­­pey "ba­­cı" de­­mə­­si şüb­­hə­­li gö­­rü­­nür­­dü. Həf­­tə­­ba­­şı da Sa­­bi­­ra­­ba­­da - ye­­tim­­dar qı­­zı­­nın ya­­nı­­na qa­ça­­caq. Ya­­rı ca­­nı onun­­la­­dır. Hə, gə­­rək in­­sa­­nın için­­də ça­­ğır­­dı­­ğı mol­­la­­ya bir ba­­la­­ca eh­­ti­­ram ola. Həm də lo­­tu-bam­­bı­­lı­­sı gə­­lib ai­­lə­­nin adı­­nı ba­­tı­­rar. Ke­­çən il tə­­kə­­saq­­qal bi­­ri yas ye­­rin­­də adam­lar­la "vor-za­­kon" di­­lin­­də da­­nı­­şır­­mış. Nə­­yə la­­zım­­dı bu - qoy rədd ol­­sun.

Mol­­la da­­lın­­ca uşaq qa­­çır­­dı­­lan­­da ar­tıq ki­­şi­­ni öl­­müş bi­­lib­­miş­­lər. Cə­­mi bir də­­fə gö­­zü da­­la qat­­la­­nıb - qa­­ra­­sı ge­­dib, ağı qa­­lan­­da, qa­­dın­­lar­­dan "vax­­sey, get­­di", qış­­qı­rığı qo­pub. Elə hə­­min qış­­qır­­tı­­dan da ki­­şi ölə bil­­mə­­yib, ayı­­lıb. Bəl­­kə də ölən­­lə­­rin ha­­mı­­sı­­nı be­ləcə, yan­­la­­rın­­da bərk­dən qış­­qır­­maq­­la ayılt­maq olar. Mol­­la­­nı tə­­ləs­­di­­rən­­lə­­rin məq­­sə­­di ölü­­nün boş da­­yan­­ma­­ma­­sı idi. O, tum çırt­la­­yır­­mış ki­­mi, gə­­rək ya­­sin su­­rə­­sin­­dən qə­­də-qə­­də kəl­­mə­­lər "eşi­­də". Həm də ya­­sin mu­­ğam­sa­yağı bir şey­­di - xo­­şa­­gə­­lən­­dir. Ölü­­nün boş da­­yan­­ma­­sı­­nı aka­­de­­mi­­kin oğ­­lan­­la­­rı öz­­lə­­ri­­nə təh­­qir bi­­lər­­di. Bu, ölü­­yə mü­­na­­si­­bət­­də ölü­­vay­­lıq olar­­dı.

Düz­­dü, mol­­la bir az ye­­yin, an­­caq həm də ürə­yin­də sa­­kit gə­­lir­­di ki, on­­suz gə­­lib ölü üs­­tü­­nə çı­­xa­­caq. Yox, ya­­dı­­na gəl­­mir, in­­di­­yə­­cən üs­­tün­­də Qu­­ran oxu­­ya­­ca­­ğı bir kə­­si di­­ri gör­­mək is­­tə­­mə­­yib. Mü­­səl­­man­­çı­­lı­­ğa yax­­şı ri­­a­­yət et­­mək is­­tə­­yən qo­­hum-əq­­rə­­ba adə­­tən ça­­lı­­şır can-ci­­yə­­ri ölən sa­­at ba­­şı­­nın üs­­tü­­nü mol­­la-zad kəs­­dir­­sin. San­ki o dün­yaya tər­­sinə gedə bi­lər deyə. Ara­­da­­kı fa­­si­­lə­­yə bur­­da pis ba­­xır­­lar. ...De­yir­din, lam­pa­dır, ya­­ğı qur­­ta­­rıb - aka­­de­­mi­­kin göz­­lə­­ri çə­­tin­­lik­­lə yu­­mu­­lub-açı­­lır­­dı. Mol­­la az qa­­la bir əsr sa­­lam-ka­­lam elə­­di­­yi in­­sa­­nı di­­ri gö­­rən­­də qa­­nı it qa­­nı­­na dön­­dü. Doğ­ru­dan da, öz ara­­mız­­dı, bu ol­­ma­­dı. Onun sə­­nə­­ti elə­­di ki, üs­­tü­­nə gəl­­di­­yi­­ni ölü gör­­mə­­li­­di, di qur­­tar­­dı get­­di. Yox­­sa göz­­lə bu ha­­çaq ölər. Bəl­­kə heç öl­­mə­­di? Tərs­lik­­dən bə­­zən öl­­mür də. On­­da gün­­lər­­lə ya­­nın­­da şön­­gü­­yüb, su­­yu sü­­zü­­lə-sü­­zü­­lə ge­­ri qa­­yı­­dır­­san. Yox, di­­ri onun sə­­nə­­ti­­nə heç cür uy­­ğun gəl­­mir. Di­­ri - hə­kimə, hə­­kim­­li­­yə aid­­di. Bir yan­­­dan da bu "pi­­ya­­da" aka­de­mik ölüm aya­­ğın­­da fa­­ni­­lik söh­­bə­­ti­­ni sa­­lıb - bu­­nu gec­dən-gec fəl­­sə­­fi bir şey bi­­lib. Bu boy­­da eş­­şək ve­­lo­­si­­pe­­di tə­­zə­­dən ix­­ti­­ra edir­­di. İn­­dən be­­lə özü­­nə söz ve­­rir: ölü­­lər­­lə bağ­­lı sə­­nə­­ti­­ni bir daha di­­ri­­lər­­lə kor­­la­­ma­­ya­­caq. On­­suz hər gün gör­­dü­­yü - din­­siz-iman­­sız di­­ri­­lər­­di. İn­­tə­­ha­­sı, ta bur­­da da yox ki. O, di­­ri ya­­nın­­da özü­­nü iy­­nə üs­­tə otur­­muş ki­­mi bi­­lir.  Axı, di­­ri­­yə "sa­­la­­mə­­leyk", bir də "nə var, nə yox"dan sa­­va­­yı nə de­­yə­­sən. Həm də in­san can üs­tün­də da­rıx­dıcı olur. On­­la­­rın sə­­nə mü­­na­­si­­bə­­ti də bo­­ğaz­­dan yu­­xa­­rı­­dır. Məc­­lis­­də-zad­­da di­­li qa­­bar­­dı de­­mək­­dən: bax, mə­­ba­­da onu di­­ri üs­­tə ça­­ğı­­ra­­lar. Har­­da­­san-bur­­da­­san, hə­­ya yox, abır yox - ye­­nə ça­­ğı­­rır­­dı­­lar. Tez də bə­­­ha­­nə ta­­pır­­lar: gu­­ya ney­lə­sin­lər, on­­lar onu ölü gö­tür­­mə­­yə ça­­ğı­­rır, bu gə­­lib di­­ri üs­­tü­­nə çı­­xır. Özün­­dən küs­­sün. Gü­­nah özün­­də­­dir ki, bəx­­ti yox­­dur. Yox, in­­san­­la­­rın ək­­sə­­riy­­yə­­ti ölüy­­lə di­­ri­­ni ayırd et­­mir: ya­­ta­­nı ölü, ölü­­nü ya­­tan bi­­lən­­lər var. Qar­­daş, da­nış­ma, bu dün­­ya eş­­şək­­lə do­­lu­­dur. Zə­manə eş­şək­lər zə­ma­nə­si­dir. Ha­mıya az qala bir-bir de­­yib: can üs­­tə olan kəs mol­­la gö­­rən­­də qor­­xar. Açığı, axi­­rət söh­­bət­­lə­­ri ölən üçün əla­­və ba­­şağ­­rı­­sı­­dır.

- Bə can ve­­rə­­nə oyun ha­­va­­sı çal­­dı­­raq? - hər­­dən mol­­la­­nın bos­­ta­­nı­­na daş atır, qa­­ba­­ğı­­na tərs su­­al­­lar di­­yir­­lə­­dir­­lər.

- İs­­tək­­li­­lə­­rim, yox olub get­­mək­­lik on­suz da qəl­­bə ya­­tan bir iş de­­yil. İl­­lah da ki, tez-tez onun­­la be­­yin­­lə­­ri qa­­za­­san.

- Bay, bu, tə­­zə xə­­bər­­di. Bə­­yəm ölən­­də adam yox olur?

- Bə yox?

- Əl­­bət­­tə, yox. İn­­san özü ölür­­sə də, hə­­ya­­tı da­­vam edir. Bə­yəm ruh ölür?

- Si­­zə ba­­xı­­ram, gül­­mə­­yim tu­­tur.

- Əta­­ğa cəd­­di, bi­­zim mol­­la ma­­te­­ri­­a­­list­dir, - kən­­din ye­­ga­­nə uni­­ver­­si­­tet qur­­ta­­ra­­nı yan­­dan söz atır.

- Əziz­­lə­­rim, ölən­­dən son­­ra­­kı hə­­ya­­tı bu dün­­ya­­nın lo­­tu­­la­­rı uy­­du­­rub.

- Mən­­de­­yən­­di. Bu ki­­şi tər­­tə­­miz ma­­te­­ri­­a­­list­dir.

- A mol­­la, can­­la əl­­bə­­ya­­xa bir ada­­mın ya­­nın­­da imam­­la­­rı­­mı­­zın-za­­dın adı­­nın çə­­kil­­mə­­sin­­dən nə zi­­yan ola bi­­lər?

Mər­­dan bu yer­­də özü­­nü kar­­lı­­ğa vur­­du.

Bəl­­kə aka­­de­­mik öl­­dü­­yü­­nü bil­­mir­­di də, an­­caq ar­­tıq ölə­­cə­­yi ona mol­­la Mər­­da­­nın gə­­li­­şin­­dən əyan ol­­du. Mol­­la heç­­li­k mü­­cəs­­sə­­mə­­si ki­­mi gör­­sə­­nir­­di. M.Na­­ma­­zov özü hə­­mi­­şə boy­­nu­­na alıb ki, ölüm iş­­lə­­rin­­də zır avam­­dır. Əz­­ra­­yı­­lı gör­­sə, ta­­nı­­maz. Uzaq başı, onu qə­­fil qo­­naq sa­­nar. Əz­­ra­­yıl onun gö­­zü­­nə yal­­nız qo­­na­­ğı sev­­mə­­di­­yi­­nə gö­­rə na­­qis gör­­sə­­nə bi­­lər. O in­­di­­yə­­cən ölü­­mü dərk elə­məyə bir­­cə də­­qi­­qə də vaxt ayır­­ma­­yıb. Hü­­zür­­lə­­rə get­­mə­­yib. Ca­­ma­­at da bun­­dan in­­ci­­mə­­yib; çün­­ki yas­­la­­rı­­na get­­mə­­dik­­lə­­ri­­nin toy­­la­­rın­­da son­­ra hər şe­­yin əvə­­zi­­ni çı­­xar­­dı. Aka­­de­­mik adam ağır otu­rub bat­­man gə­lər, am­­ma bu, ma­­ğa­­rın or­­ta­­sın­­da elə­­dən-elə­­yə sü­­zər­­di, be­­lə­­dən-be­­lə­­yə. Qır­­mı­­zı si­­fə­­ti­­lə də de­­yər­­din or­­ta­­da­­kı - tə­­zə cəm­­dək­­dir.

Hə­­yat­­se­­vər­­lər­­də cəm­­dək qa­ba­rıq var.

Hə, Mə­­lik Na­­ma­­zo­­vun­­ku - hey­­van­­dar­­lıq­­dı. İn­di­yə­cən bir hey­­va­­nın tü­­kü­­nə əl çək­­mə­­yib - hey­­van­­la­­rı sev­­məz­­di­­sə də, ya­­lan-doğ­­ru hey­­van­­dar­­lı­­ğı bərk se­­vər­­di. İs­­tə­­yər­­di Azər­­­­bay­­can­­da ət bol ol­­sun. Res­pub­lika bay­raq al­sın. Onun hu­­ma­­niz­­mi ət­­də üzə çı­­xır­­dı. Hu­­ma­­nizm tə­­ləb edər­sə, ət ba­­rə­­sin­­də şü­­ar da de­­yər. İn­­sa­­na ət­­ye­­yən bir hey­­van ki­­mi mə­­həb­­bət­­lə ya­­na­­şar­­dı. Kim də ət ye­­məz, və­­rə­­mə tu­­tu­­lar. Yəni və­­rəm çox olan yer­­də hey­­van­­dar­­lıq hə­­mi­­şə zə­­if­­dir. Hey­­van­­dar­­lı­­ğı sev­­mə­­dik­­lə­­rin­­dən­­di ki, və­­rəm­­li­­lər­­dən zənd-­zəh­­lə­­si ge­­dir­­di. On­­lar elə öl­­sə yax­­şı­­dır. Qo­­duq­ uşağı qo­duq­lar!

Mol­­la Mər­­dan bir də­­fə aka­­de­­mi­­ki hey­­van­­dar­­lıq alim­­lə­­ri ara­­sın­­da gör­­müş­­dü: İla­­hi pər­­vər­­di­­ga­­ra, uşaq­­lıq­­da onun və elə ha­­mı­­nın şal­­laq­­la­­dı­­ğı inə­­yə-za­­da da­­ir, axır nə­­ti­­cə­­si ət və süd olan bir elm­də nə qə­­dər söz olar­­mış! On­­lar "söz"ə "ter­­min" de­­yir. Ame­­ri­­kan­­lar, həm­­çi­­nin skan­­di­­nav­­lar ət-süd is­­teh­­sa­­lı­­na nə qə­­dər bi­­lik sərf edib. Ən çox da - avs­tra­­li­­ya­­lı­­lar. Nağ­­dı, ora­­la­­rın aka­­de­­mik­­lə­­ri Mə­­lik­­dən güc­­lü­­dür. Həm də gü­­man, Avs­tra­­li­­ya­­dan hey­­va­­nat iy­­si gə­­lir. Hər qo­­yun is­­ti­­lər­­də ba­­şı­­nı aşa­­ğı sa­­lıb qaz bu­­ra­­xa-bu­raxa gedə, bu gör ha­­ra vu­­rur. Avs­tra­­li­­ya­­da bu­­lud­­lar qaz­­­dan olur. Mol­­la Mər­­dan Avs­tra­­li­­ya­­da do­­ğul­­ma­­dı­­ğı­­na hə­­mi­­şə se­­vi­­nib: or­­da kar­­bon qa­­zın­­dan bo­­ğu­­la bi­lər­di. On­­dan ol­­sa, kar­­bon qa­­zı­­nı Avs­tra­­li­­ya­­nın qır­­mı­­zım­­tıl-na­­rın­­cı rəm­­zi­­nə çe­­vi­­rər. Düz­­dü, in­­di ora da mü­­a­­sir yer­­di - elə-be­­lə­­də bur­­nu­­nu töv­­lə­­yə sox­­san da, iy eşi­­dil­­mə­­yə­­cək, di gəl, ora­­da­­kı qo­­yun iy­­si ada­­mın ba­­şı­­nı nə­­zə­­ri cə­­hət­­cə çat­­la­­dır. Ye­­ri gə­­lən­­də onun­­la fəxr edən kənd­çi­­lə­­ri bə­­zən aka­­de­­mi­­kə lağ edər, "onun el­­mi sa­­yə­­sin­­də Azər­­bay­­can­­da ka­­bab­­xa­­na­­lar ar­­tıb", de­­yər­­di­­lər. An­­caq bu­­nu elə özü də de­­yir: ət­­dən bol res­­pub­­li­­ka­­lar­­da ka­­bab­­xa­­na çox olar. Nə­­dir ət - bə­­dən üçün va­­cib amin­­tur­­şu­­lar məc­­mu­­su. Amin­­tur­­şu bə­­dən üçün qır­­mı­­zı kər­­pic ye­­rin­­də­­dir.

Mol­­la Mər­­dan So­­vet döv­­rü­­nün ate­­ist ai­­lə­­sin­­dən çıx­­mış­­dı de­­yə, adı nə is­­mi-mü­­ba­­rək pey­­ğəm­­bə­­ri­­mi­­zin, nə də baş­­qa qur­­ba­­nol­­duq­­la­­rı­­mı­­zın adın­­dan­­dı. Düz­­dü, Mər­­dan özü adı­­nı ata­­sı­­nın za­­hir­­də ate­­ist, mol­­la­­lı­­ğı­­nı­­sa onun ba­­tin­­də mö­­min ol­­ma­­sı­­na yo­­zur­­du. İn­­san­­da əsas da - ba­­tin­­di. Za­­hir - boş şey­­dir. Mas­­ka­­dır. Həm də axı adı heç də pis de­­yil, in­­sa­­ni bir xü­­su­­siy­­yə­­tə - mərd­li­­yə aid­­di. Hər­­çənd xey­­li ib­­ti­­da­­i­­dir. Boy­­nu­­na alır, sə­­nə­­ti də­­rin, adı sət­­hi idi. Fa­­ni­­lik­­lə­­rin də hər üzü­­nü gö­­rüb; on­­la­­rın ci­­ki­­nə-bi­­ki­­nə bə­­ləd­­di. Hət­­ta ca­­nı buz bal­­ta­­sı ki­­mi olan in­­san­­lar­­dan da fa­­ni­­lik ni­­da­­la­­rı eşit­­miş­­di. An­­caq ya­­lan­­çı­­ya min lə(apost­­rof)nət! Fa­­ni­­lik­­dən ağız do­­lu­­su da­­nı­­şan bi­­ri­­ni ini­­şil zor­­la­­ma üs­­tün­­də bas­­ma­­dı­­lar­­mı? Fa­­ni­­li­­yi an­­la­­yan za­­hid­­lik yo­­lu­­nu tut­­ma­­lı­­dır, lo­­tu-po­­tu­­luq yox. An­­caq de­­yir­­lər on­­suz bu dün­­ya­­nın lo­­tu­­la­­rı elə be­­hişt­də də hu­­ri-mə­­lək mə­­mə­­si əl­­ləş­­di­­rə­­cək. Fa­­ni­­lik söh­­bə­­ti ço­­xu­­na el için­­də hör­­mət-iz­zət qa­­zan­­maq üçün gə­­rək­­di. Tək bir mol­­la Mər­­dan on­­dan, pe­­şə­­si­­nə uy­­ğun­­du de­­yə, da­­nı­­şar­­dı. Yox­­sa onu di­­lə gə­­tir­­məz də. Ata­­sı üz­­də ate­­ist, alt­da ək­­si­­nəy­­di­­sə, bu, alt­da ate­­ist, üz­­də ək­­si­­nə idi. Din - avam­­lıq­­dan tö­­rə­­nən əf­­sa­­nə­­dir. Qı­­na­­ma­­yan ola, onu tir­­yək də yox, Mark­sdan irə­­li ge­­dib, he­­ro­­in ad­­lan­­dı­­rar­­dı. Dörd-beş də ar­­vad al­­mış­­dı. On­­da nə gü­­nah - ar­­vad­­la­­rı qal­­mır, ta­­un tu­­tur­­muş ki­­mi tez yas­­tı­­la­­nır­­dı­­lar. Öl­­mə­­səy­­di­­lər, de­­yir­­di, bir kə­­sə gö­­zü­­nün ucuy­­la bax­­maz­­dı da. Əs­­lin­­də onun da­­im yek-bir­­cə ar­­va­­dı olub. Nə­dən­sə, ar­­vad­­la­­rın ha­­mı­­sın­­da uşaq kön­­də­­lən gə­­lir, kən­­dis­­­tan ye­­ri­­dir, elə uşaq üs­­tün­­də­­cə ölür­­dü­­lər də. "Yə­­qin mol­­­la­­mız kön­­də­­lə­­ni­­nə qu­­caq­­la­­yır, ona görə də ya­­zıq­­la­­rın ba­­şı­­na bu oyun gə­­lir", - ca­­ma­­at onun ba­­rə­­sin­­də at­­ma­­ca­­la­­rı xoş­­­la­­yır. Hə, şə­­ri­­ət on­­dan, seç­­di­­yi pe­­şə­­yə uy­­ğun, fa­­ni­­li­­yi tu­­tu­­qu­­şu ki­­mi mü­­tə­­ma­­di di­­lə gə­­tir­­mə­­yi tə­­ləb edir. Mol­­la­­lı­­ğı on­­dan hə­­mi­­şə bu cür əc­­laf xü­­su­­siy­­yət­­lər is­­tə­­yib. Gə­­rək vaxt-bi­­vaxt ca­­ma­­a­­tın bey­­ni­­ni eşib ora hə­­tə­­rən-pə­­tə­­rən şey­­lər dol­­du­­ra­­san. Əl­­bət­­tə, bir az əmin­­di ki, fa­­ni­­lik söh­­bət­­lə­­riy­­lə ya­­lan-doğ­­ru in­­san­­la­­ra ədəb-ər­­kan da əta edir. Şə­­ri­­ət onun is­­tər-is­­tə­­məz düş­­dü­­yü ədəb-ər­­kan yo­­lu idi.

Aka­­de­­mik Mə­­lik Na­­ma­­zov elə­­cə öl­­mə­­li yaş­­da öl­­dü: nə tez, nə gec. Fa­­ni­­li­­yi tez an­­la­­ma­­dı­­sa da, gec də an­­la­­ma­­dı: elə bu dün­­ya­­da­­ca. Ya­­rım sa­­at heç də az de­­yil. Əf­­sus, fa­­mi­­li­­ya­­sı "Na­­ma­­zov" olan kə­­sin al­­nı mö­­hür gör­­mə­­di. Mək­­kə-Mə­­di­­nə­­yə ge­­dib-gə­­lən dost-ta­­nı­­şı ona nə qə­­dər mö­­hür-ca­­na­­maz, cür­­bə­­cür təs­­beh­­lər ba­­ğış­­la­­mış­­dı­­sa, o, cüm­­lə­­si­­ni san­­dı­­ğın kün­­cü­­nə tul­­la­­mış­­dı. Hər də­­fə san­­dı­­ğın ye­­ri də­­yiş­­di­­ri­­lən­­də, içə­­ri­­dən mə­­şum səs­­lər gə­­lər­­di. Onun üçün hə­­dis folk­lor nü­­mu­­nə­­si, Qu­­ran baş qat­­maq va­­si­­tə­­si idi. Bu söz­­lə­­ri üs­­tün­­də Qu­­ran onu qu­­rut­­mur­­du da. "Al­­lah" - ca­­nı ağ­­rı­­yan­­da di­­li­­nə tə­­sa­­dü­­fən gə­­lən boş bir söz­­dü. Amin­­tur­­şu­­la­­ra da­­ir on­­lar­­ca mə­­qa­­lə yaz­­mış bir ali­­mi-bi­­ə­­mə­­lin Al­­lah ya­­dı­­na düş­­məz­­mo­­la? Bə o cür mü­­rək­­kəb qu­­ru­­luş­­lu şe­­yin bir ya­­ra­­da­­nı-za­­dı ol­­maz­­mo­­la? Aka­­de­­mik mol­­la Mər­­da­­na sirr gəl­­di­­yi beş-üç fa­­ni­­lik kəl­­mə­­sin­­dən dər­­hal son­­ra ca­­nı­­nı tap­­şır­­dı. On­­da fa­­ni­­li­­yin bir növ ikin­­ci döv­­rə­­si işə düş­­dü. Vay-şi­­vən, qış­­qı­rıq-ba­­ğır­­tı, hət­­ta bə­­yir­­ti­­lər alə­­mi ba­­şı­­na al­­dı. Adı Aka­­de­­mi­­ya ilə bağ­­lı bu ai­­lə­­də mə­­də­­niy­­yət ad­­lı şey yox­­muş. Bu ai­­lə­­də də elə ən mə­­də­­niy­­yət­­siz ai­­lə­­lər­­də­­ki ki­­mi bo­­ğaz yır­­tır­­dı­­lar. Bə­­yəm ağ­­la­­maq­­dı - ba­­ğır­­maq? Axı, ba­­ğır­­maq­­lıq­­la nə­­yi sü­­but edir­­di­­lər? Sev­­gi­­ni­­mi? Baho, bi­­ri­­nin ürə­­yi get­­di. Am­ma ina­­nan da­­şa dön­­sün. Bax, be­­lə şe­­yi xoş­­la­­mır da-a. Onu bu xa­­ra­­ba­­ya gə­­ti­­rir­­di­­lər, bir az gec gə­­ti­­rəy­­di­­lər. Dün­­ya da­­ğıl­­maz­­dı ki. Oğ­­raş­­lar­­da hər şey bas­­məm­­mə­­di­­di. Eh, bəl­­kə mol­­la­­lı­­ğı at­­dı da. Bu­­du, ağ­­saq­­qal adam - zə­­nən­­lər ara­­sın­­da gi­­rinc-gi­rif­tar qa­­lıb. Özü də çox mü­­şa­­hi­­də elə­­yib: yas­­da ən bərk qış­­qı­­ran - göy­­çək ar­­vad­­lar­­dı. Nə­dən­sə, göy­­çək­lər özü­­nə gü­­və­­nən olur. On­­la­­rın ki­­şi­­lə­­rə bə­­ləd­­li­­yi hə­mişə yax­­şı­­dır. Üs­­tə­­lik, göy­­çək­­lər ki­­şi­­lə­­rə çox da hör­­mət gös­­tər­­mir. Ki­­şi­­lə­­ri yal­­nız ki­­fir qa­­dın­­lar ide­­al­­laş­­dı­­rır. Hə, tə­­zə­­cə aç­­dı­­ğı otuz-cüz­­vü Qu­­ran ya­­rım­­çıq qal­­dı. Yox, be­­lə yer­­də Qu­­ran oxun­­maz. Bu­­ra ko­­me­­di­­ya te­­at­­rı­­dır, yas yeri de­­yil. "Keç­­miş aka­­de­­mik"i ota­­ğın or­­ta­­sı­­na çə­­kə-çə­­kə üzü qib­­lə­­yə çe­­vir­­di­­lər. Bu hay-hə­­şir­­də kim­­sə hə­­kim ça­­ğı­­rıb­­mış. Bu­­dur, hə­­kim per­­so­­na­­jı ota­­ğa da­­xil olur. O, əziz­­lə­­yir­­miş ki­­mi me­­yi­­din ora-bu­­ra­­sı­­na əl gəz­­di­­rir. Axır­­da bar­­maq­­la­­rı­­nı onun göz­­lə­­ri­­nə di­­rə­­yir - san­­ki on­ları deş­­mək is­­tə­­yir­­di.  Muş­­tu­­lu­­ğun borc ol­­sun, ha­­mı­­nın çox­­dan bil­­di­­yi­­ni bu da təs­­diq­­lə­­di - "ölüb". Bu­­nun ar­­dın­­ca - bir "Al­­lah rəh­­mət elə­­sin". Əl­­bət­­tə, "sə­­nin də ölən­­lə­­ri­­nə rəh­­mət" və xoş get­­din. Son­­ra küt­­lə­­vi səh­­nə hə­­rə­­kə­­tə gə­­lir, aka­­de­­mi­­ki məs­­ci­­də ilk və son dəfə - "ha­­mam­­lat­ma­­ğa" apa­­rır­­lar. Pak­­­lan­­ma­­ğa.

Mə­­lik Na­­ma­­zo­­vun aka­­de­­mik adı­­na la­­yiq abır­­lı məc­­lis­­lə­­ri sa­­bah­­dan baş­­la­­dı. Ge­­cəy­­kən otaq­­la­­ra xa­­lı-xal­­ça dö­­şən­­­miş­­di; "qır­­xo­­taq" ima­­rət­­də boş yer yal­­nız ta­­van­­lar­­dı. Bur­­da özü­­nü is­­tər-is­­tə­­məz tən­­tə­­nə­­li şə­­ra­­it­­də hiss edir­­sən. Ar­­mu­­du stə­­kan­­la­­rın saf cin­­gil­­ti­­sin­­də şa­­ha­­nə­­lik var­­dı. Rəh­­­mət­­lik ya­­şa­­dıq­­ca al­­tı­­na yı­­ğır­­mış. O, "mil­lət"-"xalq" de­­dik­­cə, onun bir alim ba­­la­­sı ola­raq da, özü­­nü unut­­mur­­muş. Bəl­­kə heç Azər­­bay­­can xal­­ça­­çı­­lıq mu­­ze­­yin­­də bir be­­lə çeş­nili xalı-xal­ça yox­­du. Oğ­­lan­­la­­rı - qa­­ra kost­yum­­lar­­da. Baş­­la­­rı da kər­­pi­­ci - san­­ki can­gü­dən­di­lər. Elə bil sehr­li lə­­lək yan­­dır­­mış­­dı­­lar - aka­­de­­mi­­kin yaş­­da bö­­yük, boy­­da ki­­çik və boy­­da bö­­yük, yaş­­da ki­­çik iki qar­­da­­şı da qə­­fil­­dən pey­­da ol­­muş­­du. Bö­­yük ki­­çi­­yin ya­­nın­­da uşa­­ğa bən­­zə­­yir­­di. Bi­­ri Daş­­kənd­də olur, bi­­ri elə be­­şad­­dım­­lıq­­daca - Ba­­kı­­nın Bi­­nə­­sin­­də. Ba­­kı­­da­­kı­­nın qu­­laq­­la­­rı təy­­ya­­rə mey­­da­­nı ya­­xın­­lı­­ğın­­da ya­­man­­ca ağır­­laş­­mış­­dı. Onun­­la da­­nı­­şan iri bir cön­­gə ye­­mə­­li - yal­­nız qış­­qır­­ma­­lı idi. Daş­­kənd­də­­kisə, nə­­dən­­sə, get-ge­­də öz­­bə­­yə ox­­şa­­yır. Bu il öz­­bək­­li­­yi bil­dir­kin­­dən çox­. Qu­­ra­­ni-Kə­­rim ara­­sın­­da­­kı fa­­si­­lə­­lər­­də də, für­­sət dü­­şən ki­­mi İs­­veç-Nor­­ve­­çə ərə ver­­di­­yi iki qı­­zı­­nın ya­­şa­­yı­­şın­­dan da­­nı­­şır­­dı. Əşi, əsl in­­san hə­­ya­­tı ora­­lar­­da­­dır. MDB yer de­­yil ki. Xü­­su­­sən cə­­nub res­­pub­­li­­ka­­la­­rı­. On­la­rın qu­­ruca adı var. İs­­veç-Nor­­veç­­də heç kəs xəs­­tə­­lən­­mir, xəs­tə­lə­nəni də öl­­mə­­yə qoy­­mur­­lar. Hər­­çənd bi­l­mək is­tər­di: axı, gec-tez or­­da da ölən­­­lər olur; bə on­lar ne­­cə ölür? Qa­­tar al­­tın­­da qa­­lır, yox­­sa av­­to­­mo­­bil qə­­za­­sı­­na dü­­şür­­lər? "Binə" qar­­daş ye­­ri düş­­dü-düş­­mə­­di id­­ma­­nın ca­­na xey­­rin­­dən söh­­bət açır­­dı. Guya id­­man pi­­yi əri­­dir. Gim­­nas­­ti­­ka gö­­bə­­yin düş­­mə­­ni­­dir. Pi­­yin əsas düş­­mə­­ni - vo­­ley­­bol­­dur. Atı­­lıb-dü­­şən­­dəsə əri­­mə işi lap yax­­şı ge­­dir. Gü­­nor­­ta­­ya ya­­xın da qıl­­ça­­la­­rı­­nı ota­­ğın tən or­­ta­­sı­­na­­can uza­­dıb bu­­nun ca­­na fay­­da­­sı­­nı xır­­da­­la­­dı. Qıç uza­­dı­­lan­­da da­­mar­­lar düz qa­­lır. "Me­­yit­­lər­­də­­ki ki­­mi", - aşa­­ğı baş­­dan uni­­ver­­si­­tet mə­­zu­­nu söz atır. Son­­ra qar­­daş mol­­la­­ya qı­­zıl­­dan qiy­­mət­­li bir məs­­lə­­hət ver­­di: no­­ol­­sun oxu­­du­­ğun Qu­­ran­­dı, ümu­­miy­­yət­­cə, onu çox oxu­­ma. Oxu­­maq gö­­zün evi­­ni yı­­xır.

Ca­­ma­­at mat qal­­mış­­dı. İraq-iraq, elə bil məc­­li­­sə bir cüt eş­­şək gir­­miş­­di.

Bu­­dur, ha­­mı yer­­də diz-di­­zə - ye­­nə mol­­la Mər­­da­­nı din­­lə­­yir. Pa­­yız­­dı. Ha­­va çöl­­də də so­­yuq, hə­­lə­­lik ev­­də də. Odur ki, bir-bi­­ri­­nə to­­xu­­nan diz­­lər­­dən xoş is­­ti­­lik du­­yu­­lur­du. Tək­­cə bu­­ra­­lı qar­­daş du­­rub stul­­da otur­­muş­­du. De­­yir, elə bu cür də ayaq­­lar­­da qan yax­­şı iş­­lə­­yir: ar­­te­­ri­­ya­­lar­­la - aşa­­ğı, ve­­na­­lar­­la - yu­­xa­­rı. Ayaq heç də yığ­­ma bı­­çaq de­yil, onun­ku - onu qat­­la­­ma­­maq­­dı. O öz­­lü­­yün­­də yer­­də otu­­ran­­la­­rı, yer­­də­­ki­­lər də onu eş­­şək sa­­nır. Onun fik­­rin­­cə, avam­­lıq­­dı­­sa eş­­şək­­lik, ca­­ma­­a­­tın fik­­rin­­cə - qa­­na­­caq­­sız­­lıq­­dı. Hə­­rə­­də bir cür eş­­şək­­lik olur və hər kəs eş­­şək­­li­­yi bir cür ba­­şa dü­­şür. Bu məc­­li­­sə də san­­ki ha­­mı bir-bi­­ri­­nin eş­­şək say­­ma­­ğa gəl­­miş­­di. Ara­­da bu dün­­ya­­nın fa­­ni­­li­­yi ba­­rə­­sin­­də dü­­şü­­nən də ol­­ma­­mış ol­­maz­­dı. An­caq onun kim­­li­­yi­­ni gəl tap. Bi­­ri ba­­şı­­nı di­kinə tut­­du­­ğu di­­zi üs­­tə qo­­yub şi­­rin yat­­mış­­dı. Dib­­də eşə­­lə­­nən bir baş­­qa­­sı da xəl­­və­­tə sa­­lıb di­­zi­­ni onun ki­­mi elə­­mək­­də, de­­yə­­sən, yat­­maq niy­­yə­­tin­­dəy­­di. Əcəb məc­­lis­­lər­­də yor­­ğan-dö­­şə­­yi dəb sa­­la­­lar. Bi­­rin­­ci ya­­tan çək­­di­­yi xor­­na­­dan həm özü oyan­­dı - oya­­nan ki­­mi göz­­lə­­ri­­ni sa­­ğa-so­­la hər­­lət­­di, zən­­lə-qı­­naq­­la ona ba­­xan­­la­­rın üzü­­nə o da eləcə zən­­lə, an­­caq qı­­naq­­sız ba­­xıb gü­­­lüm­­sün­­dü, həm də yu­­xu­­la­­yan­­la­­rın yu­­xu­­su­­nu qa­­çırt­dı. Sək­kiz-doq­­quz bar­­ma­­ğıy­­la saç­­la­­rı­­nı da­­raq­­la­­yan kim, əs­­nə­­mə­­yi­­ni giz­­lət­­mək üçün əli­­ni ağ­­zı­­na tu­­tan kim: elə bil də­­mir yo­­lu vağ­­za­­lın­­da sə­­hər açıl­­mış­­dı. İla­­hi, pər­­vər­­di­­ga­­ra, be­­lə də Qu­­ran məc­­li­­si olar? Bu hə­­rə­­kət­­lə­­ri­­nə gö­­rə Qu­­ra­­ni-Kə­­rim­­dən çə­­kin­­mir­­lər­­sə, ba­­rı xa­­lı-xal­­ça­­dan utan­­sın­­lar. Sə­­nət əsə­­ri ya­­nın­­da eş­­şək­­lik ya­­ra­­maz, axı. Dam boy­­da qa­­ra­­gül pa­­paq qoy­­maq­­la de­­yil ki. Ək­­si­­nə, bu boy­­da pa­­paq qoy­­ma­­ğın özü ax­­maq­­lıq­­dır. Ax­­maq­­lıq da yox, sar­saq­lıq. Sar­saq­lıq da yox, zır­ra­ma­lıq. An­­caq in­­saf di­­nin ya­­rı­­sı­­dır, hələ ki­­şi­­li­­yin-za­dın sü­­bu­­tu­­na ki­­fa­­yət elə­­mir­­di­­sə də, bu yer­­də pa­­pa­­ğı is­­ti-so­­yuq­­lu­­ğa gö­­rə qoy­­mur­­du­­lar.

Bis­­mil­­lah, bu nə iş­­di - ya­­si­­nin şi­­rin ye­­rin­­də ta­­but qo­­yu­­lan otaq­­dan mər­­hu­­mun sə­­si gəl­­di. Mol­­la Mər­­dan dik­­si­­nən-üşə­­nən ki­­mi ol­­du. Bu ya yu­­xu­­dur, ya da ki­­şi hə­­qi­­qə­­tən di­­ril­­miş­­di. Əgər elə­­di­r­sə, hə­­kim bat­­dı. Də­­ri­­si­­ni so­­ya­­caq­­lar. Vax­­sey, ki­­şi­­ni di­­ri-di­­ri bas­­dı­­ra­­caq­­mış­­lar. Bis­­mil­­lah-ir­­rəh­­ma­­nir-rə­­him, bu fa­­ni dün­­ya­­da hər şey ola bi­­lər. Ağ­­zın­­da "fa­­ni" de­­yir­­sən. Mər­­dan aka­­de­­mi­­kin tək-tək cüm­­lə­­si­­ni öz qu­­laq­­la­­rıy­­la açıq­­ca­­na eşit­­di: "Bir-bi­­ri­­ni­­zin ma­­lı­­na göz dik­­mə­­yin; və­­siy­­yət­­na­­məm üz­­rə hə­­rə­­kət edin. Bax, Mər­­də­­kan­­da­­kı bağ şi­­kəst qı­­za ça­tır. Mo­­noq­­ra­­fi­­ya­­mın rə­­yi­­ni hök­­mən Len­­ba­­xa yaz­­dı­­rın". De­­mə­­miş­­kən, bun­­lar ata­­la­­rı­­nın sə­­si­­ni len­­tə ya­­zıb, in­­di də maq­­ni­­to­­fo­­nu ta­­bu­­tun baş səm­­tin­­də oxu­­dur­­du­­lar. İraq ol­­sun, de­­yir­­din bəs, me­­yit özü da­­nı­­şır. Bu, və­siy­yətə, və­­siy­­yə­­tə də yox, yax­­şı bir mü­­sa­­hi­­bə­­yə ox­­şa­­yır­­dı. Son­­ra­­dan eşi­­də­­si ki, gu­­ya bü­­tün bun­­lar ata­­la­­rı­­nı bir da­­ha can­­lı tə­­səv­­vür et­­mək is­­tə­­yin­­dən­­miş. Ya­­lan­­çı­­nın ata­­sı­­na lə(apost­rof)nət! Bə sə­­si mal-mül­­kün çox­­dan­­kı dığ-dı­­ğı məh­­kə­­mə­­yə çıx­­ma­­sın de­­yə yaz­­ma­­yıb­­lar? Bu səs məh­­kə­­mə­­lik­­di - hü­­qu­­qi sə­­nəd idi. Hər hal­­da, ata sə­­si xa­­ti­­rə üçün ya­­zıl­­ma­­mış­­dı. Na­­ma­­zov Mə­­lik dün­­ya­­nın ölən­­dən son­­ra­­kı iş­­lə­­rin­­dən də əl çək­­mir­­di. Aka­­de­­mik Len­­ba­­xın rə­­yi di­­gər­­lə­­rin­­kin­­dən üs­­tün ol­­ma­­lı idi. Ölən­­dən son­­ra bu ki­­şi­­ni əla­­və şöh­­rət göz­­lə­­yir­­di.

Bir­­dən mol­­la Qu­­ra­­nı şap­­pıl­­tıy­­la ör­­tüb qar­­şı­­sın­­da­­kı qa­­ra cild­li dua-na­maz, növ­­hə-mər­­si­­yə ki­­tab­­la­­rı­­nın üs­­tü­­nə qoy­­du. Çöl otaq­­dan sə­­si gə­­lən in­­sa­­na iç otaq­­da ya­­sin oxun­­ma­­sı yer­­siz­­di. Şə­­ri­­ət­­də be­­lə şey dü­­rüst de­­yil - Al­­la­­ha asi­­lik­­dir.

- Ca­­ma­­at, hə­­lə­­lik və­­siy­­yə­­tə qu­­laq asaq! Mər­­hum da­­nı­­şır. Qu­­ran qaç­­mır ki.

Onun sə­­sin­­də in­­cik­­lik du­­yu­­lur­­du. Ya­­tan­­la­­rın yu­­xu­­su ta­­mam qaç­­mış­­dı. Hü­­zü­­rə gə­­lə­­si va­­cib şəxs­lər də gə­­lib çıx­­mır­­dı ki, ki­­şi­­ni apa­­rıb bas­­dır­­sın­­lar - or­­ta­­lıq­­da mə­­ət­­təl­­di. Bu­­lud­­lar ye­­lin ki­­mi dol­­muş­­du; ya­­ğış yağ­­sa, dü­­nən­­dən qu­­ca­­ğı­­nı gen aç­­mış qəb­­ri gö­­lə dön­­də­­rə­­cək­­di. Şü­­kür İla­­hi­­nin kə­­ra­­mə­­ti­­nə, mil­­lə­­ti ar­­tıq üçün­­cü kə­­rə­­si oxu­­du­­lan len­­tin dör­­dün­­cü­­sün­­dən sax­­la­­dı. Fil­hə­qiqə, dör­­dün­­cü - ağ olar­­dı. Həm də ye­­mə­­yin vax­­tı çat­­mış­­dı. Əl­­bət­­tə, me­­yit hə­­lə nə qə­­dər or­ta­lıq­da­­dı - bu, eh­san yox, "ye­­mək" sa­­yı­­la­­caq­­dı. An­­caq on­­suz ki­­şi­­nin oğ­­lan­­la­­rı eh­­sa­­na da "ye­­mək" de­­yir­­di­­lər. On­­lar "ye­­məy"in "eh­­san" adıy­­la mə­­də­­ni­­ləş­­di­­ril­­mə­­si­nin əley­­hi­­nəy­­di­­lər. Yə­­qin siq­­nal ve­­ril­­miş­­di - göy­­dən ley­­san tö­­kür­­müş ki­­mi süf­­rə bir göz qır­­pı­­mın­­da naz-ne­­mət­­lə dol­­du. Bir ko­­po­­yoğ­­lu Mər­­dan­­dan so­­ruş­­ma­­dı da ki, arıq eş­­şə­­yim, har­­da ölüb­sən. Ye­mək-iç­məyə baş­­la­­yaq-baş­­la­­ma­­yaq? "Eh­­san" vəq­­ti ça­­tıb­­mo­­la? So­­ruş­­ma­­dı­­lar, ney­nək, ey­­bi yox, can­­la­­rı sağ ol­­sun. On­­da gör­­dün ye­­mək, ta nə de­­mək. Otu­­ran­­lar ac­­lıq­­dan çı­­xıb­­mış ki­­mi süf­­rə­­yə da­­raş­­dı­­lar. Hor­­tul­­tu­­lar, fın­xır­tı, fır­­çıl­­tı və mar­­çıl­­tı­­lar əs­­na­­sın­­da çü­­rük diş­­lər ara­­sın­­dan məc­­li­­sin or­­ta­­la­rı­­na bə­­zən yağ­­lı su­­lar cız­­qı­­rı­lır­­dı. Ki­­şi bas­­dı­­rıl­­ma­­ğa ge­­ci­­kir­­di. Göz­lə­ni­lən qoz­­dəs­­tə də gə­­lib çıx­­ma­­dı. Əşi, gəl­­səy­­di in­­di­­yə gəl­­miş­­di. Ya­­al­­lah, ha­­mı bir nə­­fər ki­­mi du­­rub, da­­im get­­di­­yi Mosk­va­­ya ötü­­rür­­müş ki­­mi, onu "son mən­­zil"ə yo­­la sal­­dı. "Son mən­­zil" de­­yi­­lən yer pi­­ya­­da­­lıq ol­­sa da, bur­­dan xey­­laq ara­­lı idi, an­­caq elə bu­­nun üçün tən­­tə­­nə də ki­­fa­­yət qə­­dər­­di. Ge­­dən­­lə­­rin da­­lı­­sın­­ca bir it düş­­müş­­dü; bu­­nu heç kəs heç nə­­yə yo­­za bil­­mə­­di.

Qa­­yı­­dan­­da, aka­­de­­mi­­kin "Daş­­kənd" qar­­da­­şı qə­­bi­­ris­­tan­­lıq­­da­­kı ya­­şıl­­lı­­ğın şə­­ni­­nə tə­­rif­­lər söy­­lə­­di; ora­­da­­kı ha­­va­­nın tə­­miz­­li­­yi­­ni xü­­su­­si qeyd et­­di. Kül Daş­­kən­din ba­şına - ha­­vası yox­­du ki. Var­­sa da - tək­­cə met­­ro­­da. O bu qə­­bi­­ris­­tan­­lı­­ğı hət­­ta ku­­ror­­ta bən­­zət­­di. De­­di həm də Nor­­veç­­də bir yer var (adı ya­­dın­­dan çı­­xıb), ora ox­­şa­­yır. Qar­­daş­­la­r­dan Bi­­nə­­də­­ki­­sə pi­­ya­­da bu­­ra gə­­lə­­nə­­cən qıç­­la­­rı­­nın xey­­li açıl­­ma­­sı­­nı gös­­tər­­di. Qır­­qınc ol­­muş əzə­­lə­­lər-və­­tər­­lər ye­­ri­­nə otur­­du. İn­­san ba­­car­­dıq­­ca çox ye­­ri­­mə­­li, çox gəz­­mə­­li­­dir; hə­­rə­­kət hə­­yat de­­mək­­dir. İki da­­şın ara­­sın­­da həm də onu de­­di ki, oğ­­lu tez­­lik­­lə ev­­lən­­mək niy­­yə­­tin­dədi, la­­kin bu hələ qoy­­mur. Qoy­­ma­­ya­­caq da. Çün­­ki qı­­zın ona həd­­siz mə­­həb­­bə­­ti­­ni ava­ra­lıq-poz­­ğun­­luq sa­­yır.

Üç gü­­nü Na­­ma­­zo­­vun qa­­pı­­sı­­na or­­kest­r gəl­­di. Kim­­sə de­­di, yə­qin kon­­ser­­va­­to­­ri­­ya­­nın yo­­lu­­nu azıb­­lar, bir nə­­fər on­­la­­rı ötür­­sün. Or­­kest­rant­lar­­sa di­­rə­­nib eləcə bu ün­­va­­nı gös­­tər­­di­­lər. Sən de­­mə, oğ­­lan­­la­­rı or­­kest­ri ki­­şi­­nin ate­­ist­li­­yi­­nə hör­­mət əla­­mə­­ti ola­­raq si­­fa­­riş ve­­rib. On­­da yax­­şı, bu­­yur­­sun­­lar. Or­­kest­r yan ota­­ğın bir kün­­cün­­də dörd­künc yer­­ləş­­di­­ril­­di və o, üz-gö­­zü tər­­pə­­şən in­­san­­lar­­dan iba­­rət­­di­­sə də, həm də san­­ki hə­­rə­­kət­­siz iri bir maq­­ni­­to­­la idi. Ba­­kı­­nın heç bir kən­­din­­də hə­­lə bu cür xort­da­­ma gör­­sən­­mə­­yib. Məc­­li­­si pıç­­ha­­pıç ba­­şı­­na al­­mış­­dı.

- Yə­­qin alim ya­­sı elə bu cür ke­­çər. Or­kest­rlə.

- Həri, or­­kest­r - mə­­də­­niy­­yət gös­tə­ri­ci­si­­dir.

- Kül be­­lə mə­­də­­niy­­yə­­tin ba­­şı­­na!

- Bun­­lar da hə­­zin mu­­si­­qi ça­­lır. Oyun ha­­va­­sı çal­­mır­lar ki. Siz­­də qa­­bi­­liy­­yət ol­­sa, qəm­­lə­­nər­­si­­niz.

- Mən or­­kest­rlə qəm­­lə­­nə bil­­mi­­rəm. Bil­­mə­­yə­­cəm də.

- Gö­­zü­­müz ay­­dın.

Mol­­la Mər­­dan tə­­miz­­cə­­nə yad­­dan çıx­­mış­­dı. Zə­­ma­­nə xa­­rab olub: hör­­mət-iz­zət, bö­­yük-ki­­çik­­lik  ta­mam ara­­dan  gö­­tü­­rül­­üb. Məc­­lis hə­­qi­­qə­­tən bir vağ­­za­­la dö­n­müş­dü: gi­­rən gi­­rir, çı­­xan çı­­xır­. Həm də be­­lə get­­sə, tez­­lik­­lə fa­­ti­­hə yas­­lar­­dan yı­­ğış­­dı­­rı­­la­­caq. Mol­­la Mər­­dan sra­­ğa­­gün maq­­ni­­to­­fo­­na döz­­müş­­dü, bu gün­sə or­­kest­rə tab gə­tir­mir­di. İçin­­də­­ki tə­­la­­tüm­­lər­­dən də az qa­­lır­­dı nə­­fə­­si kə­­si­­lə. Öz­­lü­­yün­­də çox gö­­tür-qoy­­dan, yüz ölç-biç­­dən son­­ra qə­­fil aya­­ğa dur­­du. Ca­­ma­­at onun su­­ba­­şı­­na get­­di­­yi­­ni zənn et­­di. Ha­­mı­­da asu­­də­­lik du­­yu­­lur­­du. Bir də on­­da ayıl­­dı­­lar ki, oğ­­lan, gü­­nor­­ta na­­ma­­zı ke­­çir. Bə bu ki­­şi har­­da bat­­dı! Qa­­yıt­­maq bil­­mir. Arada acan­­lar var­­dı - xü­­su­­sən on­­lar təş­­vi­­şə düş­­müş­­dü­lər. Bi­­ri de­­di, onun köh­­nə xa­­siy­­yə­­ti­­di - tu­­a­­let­­də ya­­rım gün otu­­ra­­caq. İma­­lə­­siz - işi şu­­luq­ olur. Baş­­qa­­sı de­­di, ki­şiyə şər atma, ək­­si­­nə, yas­­lar­­da onu ca­­van­­lar ki­­mi hə­­mi­­şə tu­­a­­let­­dən tez­­çı­­xan gö­­rüb. Gü­­man, onu or­­da in­­sult vu­­rub. Ge­dək ba­xaq. Ça­­ta­­çat ge­­dib yox­­la­­dı­­lar - yox, tu­­a­­let boş­­du. Gə­­lib "boş­­du" de­­di­lər, an­caq on­la­rın bu­r­nun­­dan vu­­rub bir də geri qay­­tar­­dı­­lar: əb­­ləh­­lər, ge­­din yax­­şı ba­­xın, ola bil­­sin ayaq­­yo­­lu­­nun "lük"ünə yum­­ba­­la­­nıb. Tez iki cib fə­­nə­­ri ta­­pıb, on­­la­­rın şüa şək­­lin­­də çar­­paz işıq­­la­­rıy­­la ət­­raf­­lı ax­­ta­­rış apar­­dı­­lar. Ol­­ma­­yan şe­­yi ne­­cə ta­­pa­­san - xeyr, üz­­də-səth­də heç kəs yox­­du. O ya bu­­ra düş­­mə­­yib, ya dü­­şüb­­sə də, di­­bə ba­­tıb. Dib­­də­­di­­sə - bat­­dı, or­­da qal oğ­­lu qal­­dır. Am­­ma elə ora­­da­­ca qal­­maq­­lı­­ğı da pis de­­yil. On­­suz tu­­a­­let də qə­­bir ki­­mi yer­­dir. Han­­dan-ha­­na ya­­da dü­­şə­­si ki, bir ev­­lə­­ri­­nə də adam qa­­çırt­sın­­lar. Baho, ay inək­­lər, ki­­şi evə də­­yib də, son­­ra Sa­­bi­­ra­­ba­­da ge­­dib də. Əc­­la­­fı gö­­rür­­sən? Gör xal­­xın məc­­li­­si­­ni ne­­cə poz­­du. An­­caq bur­­da son söz ye­­nə mər­­hu­­mun oğ­­lan­­la­­rı­­nın­­dı: "Ge­­dib - ge­­dib də-ə, - on­­lar de­­di, - on­­suz ta bur­­da onun elə va­­cib işi qal­­ma­­yıb; haq­­qı­­nı evə gön­­də­­rə­­rik".

Or­­kest­r "ye­­məy"ə otu­­ran­­da, "sə­­nəd" bir də qo­­şul­­du - "...Mər­də­kan­dakı bağ..." Ax­­şam dü­­şüb şər qa­­rış­­mış­­dı. Üç   qur­­tar­­maq üz­­rəy­­di. Kış-kış, qu­laq­la­rı­nızı dar­tın, hər şey yax­­şı keç­­di. Doğ­­ru­­dan da, ta qar­şıda nə qal­­dı ki - yed­di qırx, on­­­lar da asan şey­­lər­­di. Üçün təc­­rü­­bə­­si­­ni yed­di qırx­­da tət­­biq edə­­cək­­di­­lər, qur­­ta­­rıb ge­­də­­cək­­di.

 

Mol­­la Mər­­dan Sa­­bi­­ra­­bad­­dan qa­­yıt­­ma­­dı. De­­yir­­di­­lər xə­­rif­­lə­­yib: evin uzun tax­­ta ey­­va­­nın­­da iri qar­­pız­­la­­rı o baş-bu ba­­şa yum­­ba­­la­­dır. Qar­­pız yum­­ba­­la­­nan­­da, de­­yir­­miş, qu­la­­ğı­­na təy­­ya­­rə sə­­si gə­­lir. Gu­­ya həm də qar­­pız üzə­­rin­­də­­ki tünd xət­­lə­­rin əy­­ri-üy­­rü hə­­rə­­kət­­lə­­ri onu va­­leh edir.

...Or­­da qul­­lu­­ğu­­nu qı­­zı tu­­tur - hə­­min ye­­tim­­dar.

 

30.IX. - 27.X.1999

 

Digər xəbərlər

Yazıçılar Birliyinin “Ədəbiyyat” (divar) qəzeti

Safruh: "Rafiq Tağı bizim itkimizdir"

Kİ­­­ÇİK Aİ­­­LƏ XRO­­­Nİ­­­KA­­­SI: XAN­­­HÜ­­­SEYN, GÜL­­­LÜ, SƏ­­­DƏF, ƏLİ­­­HÜ­­­SEYN

Sivilizasiya və Azərbaycan

Rafiq Tağı üç, Samir Sədaqətoğlu isə dörd il müddətinə həbs edildi

Şərhlər