Qış gəldi

Tarix: 22-07-2017 16:32
Baxış sayı: 1716

Qış gəldi

Qış gəldi,

                                Balam,

boynu qalxdı

                     paltoların...

Tələbələr üşüdü

                yataqxanalarda.

Bu qırğında

                      görüş olmaz,

                                   gülüm,

Gəl taksi saxlayaq...

Balkonlarda

                yellənir xəzri,

Sərili köynək kimi.

Paltodan keçir

                                külək.

Soyuq dəyməsə

                                Yaxşıdır

Növbətçi milisionerə

Qış gəldi,

                                Balam,

burnunun ucu qızardı

                      arıq qızların...

Digər xəbərlər

Mirmehdi Ağaoğlu: "Rafiq Tağı və Sabirin heyrətamiz oxşarlığı"

Rafiq Tağının kulis.az-a müsahibəsi

İlk düşmənim. Memuar

Rafiq Tağı ilə Ayxan Eyvaz söhbətləşdi

Bacımın rəng duyğusu

Şərhlər