Tarix: 25-03-2015 10:54
Baxış sayı: 2112
- Rafiq Tağı, Azərbaycan ədəbiyyatının diaqnozu nə göstərir?
- Azərbaycan ədəbiyyatı inkişafdadır: özü də nə yaxşı ki ənənələrdən uzaq istiqamətlərdə.
Bu niyə belə olur? Bir: ənənə içində inkişaf mümkünsüzdür.
Ənənə hətta yayğın bir qafiyəni də şairə bağışlamır. Deyim ki, bu inkişaf fəhmlədir. Təbiət hadisəsi kimi bir şey. Planlı ola bilməzdi, qoymazdılar.
Başqa bir səbəb: cəmiyyətdə insan azadlıqlarının getdikcə artması.
Artıq ənənəvi ədəbiyyat insan azadlıqları kontekstində geri qalır və lüzumsuz görsənir. Azadlıq daşlaşmanı və insan yaşamının bütün əngəllərini rədd edir. Dünya qloballaşmaya doğru getmədə.
Onsuz da Yer kürəsi kosmosdan baxanda yumru və qlobaldır. Qloballıq Yerin mahiyyətindədir.
İlkinində bəşəriyyət, bunu dərk etmədən belə, indi can atdığımız qlobal prinsiplərlə yaşayıb. Sivilizasiyalar yaranıb məhv olduqca, qlobal dəyərlər də itib gedib.
Uzun sözün qısası, bu saat Azərbaycan ədəbiyyatı ənənədən qopma məqamında qiymətlidir.
- Ədəbiyyatda yenilik deyəndə nəyi nəzərdə tutursunuz?
- Yenilik deyəndə... şair – bir nüsxədə, yazıçı – bir nüsxədə və sair. Bu “nüsxə” sözü sizi çaşdırmasın. Andrey Platonov kimi yazmaq mümkünmü, yox.
Demək, o, yenidir. Onu hətta təqlid edə də bilməzsən.
Şərq bataqlığında Mirzə Fətəli Axundovun təfəkkürü yeni idi. Mirzə Cəlilin yaradıcılığı bir nüsxədən ibarətdir. Nümunələr hədsizdir.
Yeri gəlmişkən, bu sonsuz müxtəliflik və təkrarsızlıqlar Allahın təzahürüdür.
- Umberto Eko deyir ki, yaradıcı adam heç bir quruma üzv olmamalıdır. Sizcə, bu nə dərəcədə düzgündür?
- Deyir-deyir də. Ağzını bağlamaq olmaz ki. Söz söyləməkdə hamı azaddır. Ancaq metodoloji cəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceətcə düz demir.
Onun bu fikri hazır resept kimi həyata tətbiq oluna bilməz. İnsan bayquş deyil - hansı cəmiyyətəsə üzv ola da bilər, olmaya da. Həm də bu onun psixoloji tipindən asılıdır.
Melanxoliklər qaynar həyatın içində uğur qazana bilməz. İnqilabları xolerik, ya sanqviniklər törədir.
Hansı bir qurumasa üzv olmaq, məsələn, depressiyaya düşmüş insanın ağlına da gəlməz. Ola bilsin də, Umberto Eko mizantropdur.
Əslində o, insanları sevmir və hamı da yaxşı bilir, onunla ünsiyyət yalnız kapital köçürmələri ilə baş tutur.
Eko yaradıcılığının tədqiqatçısı, sevimli Nərmin Kamalımız xüsusi olaraq İtaliyaya gedib ki, onunla görüşsün, Azərbaycan oxucusu üçün müsahibə alsın, ona böyük məbləğdə pul oxuyublar, gərək ki, 7 min dollar. Bax, açıq cəmiyyətdə bu qapalılıq yazıçı əxlaqsızlığıdır.
Ümumiyyətlə, mən əxlaqı və bu konuda improvizələri yaman xoşlayıram. Bir dəfə yazmışdım da: əxlaq bəşəriyyətin ən uğurlu tapıntısıdır.
- Daha çox hansı şeir misrasını taleyinizlə oxşadırsınız?
- “Все прогрессы
реакционны,
если рушится
человек”.
Andrey Voznesenskinin bu misraları mənim taleyimin düsturudur. Dinlərin və ideologiyaların yalanları mənə bu misralardan aydın görsənir.
Bir də Vladimir Sokolovun bu bəndində taleyimlə uyğunluqlar var.
“Я устал от ХХ века,
От его окровавленных рек,
Не надо мне прав человека,
Я давно уже не человек”.
- İtirdiyiniz illəri qaytarsalar, nə edərdiniz?
- Əlbəttə, hərdən mümkün olmayan şeylərdən danışmaq da lazımdır.
Məni təzədən aparıb 16 yaşda oturtsaydılar, Tibb İnstitutuna daxil olmazdım. Bəlkə heç Dövlət Universitetinə də getməzdim. Müstəqil şəkildə vaxtın qənaəti elminə yiyələnməyə çalışardım.
- “Uşaqlıq” sözünü eşidən kimi xatırladığınız ilk şey.
- Oyuncaqlarım, sevinclərim olmayıb deyə, uşaqlığım az qala yadımdan çıxıb. Yaxud ən böyük sevinclərim belə şeylər idi: odey, xalam bizə gəlir! ana, atam qənd alıb! 1961-də: stansiya dükanına çörək gəlib! Bircə Yuri Qaqarinin kosmosa uçması məni qanadlandırmışdı.
Hə, daim istəmişəm velosipedim olsun, olmayıb. Velosipeddə gəzən uşaqlara həsəd aparardım. Qardaşım İlqar da istəyərdi gitarası olsun, olmadı. Özündən gitara düzəltmişdi.
Musiqi məktəbində oxuyan, ancaq musiqini qanmayan, barmaqlarını öyrəndiyi nöqtələrə qoymaqla təsadüfən ordan melodiya qoparan varlı bir kəndçi uşağı həmişə gəlib ondan nəsə öyrənərdi. İlqarın talantı vardı. Ancaq məktəb keçmədiyindən, eləcə bir barmaqla çalası oldu. Onda bu, Sovet dövlətinin pis vərdişi kimi indi də qalır.
Bunlar mənim “Sokolniki parkı” və “Gitara” hekayələrimdə əks olunub.
...Litvanın Klaypeda şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceərində əsgərlik çəkən Rafət əmimə yazdığım məktublara görə indi də xəcalət çəkirəm. Zərf almağa pulumuz yoxdu.
Dəftər kağızlarından, ora-burasını xəmirlə yapışdırmaqla, zərf düzəldərdim.
Əmim də orda mənim bu xəmirli məktublarımdan utanırmış. Axır məcbur qalıb, özü bir paçka zərf alıb, mənə iri bir məktubla göndərəsi oldu. O zərflər sonradan məktuba çevrilib yavaş-yavaş özünə qayıdırdı.
SSRİ-nin günahı üzündən, çatdırammırdı atam: müəllim maaşı ilə yeddi uşaq boyütmək sizə asan gəlməsin.
Biz indi dünyanın bu düz vaxtında bir-iki uşağı güclə dolandırırıq. Alnımız düz yazılmayıb.
- Dinlərə və Allaha inanırsınızmı?
- Allaha inanıram, dinlərə yox. Sadəcə, dinlərin Allahı interpretasiyalarını səhv sayıram. Allah dinlərin aşıladığı kimi düşünə bilməz. Müqəddəs saydığımız kitablarda Allah insandan da bəsit düşüncələrə malikdir. Məncə, həmin kitablar Allahın obrazını təhrif edir.
İnsanlığın həyatındakı bütün qatı düşmənçiliklərin kökündə də dinlər dayanır. Müharibələr əslində dini ayrı-seçkiliklərin fəsadı deyilmi?
- Sizcə, kənd mövzusunu yazmaq asandır, yoxsa şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceər?
- Məndə kənd-şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceər fərqlənməsi yoxdur. Özü də bunu həmişə naqis tendensiya saymışam. “Kənd nəsri”, “şəh stacktrace: n/a; see opera:config#UserPrefs|Exceptions Have Stacktraceər nəsri” - bu diferensiasiya Sovet dövlətinə sərfəli idi: təbliğat və təşviqatı asanlaşdırmaq baxımından.
Bir vaxt “Sovetski pisatel” nəşriyyatında çıxası kitabıma rəy yazmış Çingiz Hüseynov da məndə bu əlamətin olmamasını təqdir etmişdi. Həmin yazının surəti məndə durur.
- Hansı məqamlarda yaza bilmirsiniz?
- Hərdən özümü bilərəkdən “boş” buraxıb, buna “dincəlmək” adı verəndə. Tamam formadan düşürəm və olur ki, bu hal xroniki hala keçir. Düzdü, əvvəlki hala qayıtmağı bacarıram da.
Bir iş var ki, ekstremal vəziyyətlərdə iş qabiliyyətim artır. ...bu barədə mən tək deyiləm. Misal. Moskvada yaşadığımda, belorus ədəbiyatından tərcüməçi olan dostum İnna Sergeyevanın əri rəssam Varpexovski vəfat etmişdi.
Kremasiyadan sonra evə qayıdan kimi işini davam etdirməyə başladı. Sabahı gün də elə.
Yadımdadır, tərcümə etdiyi material İvan Çiqrinovun romanı idi. Gördünüz, biz dost olaraq özümüzü öldürürük, o isə yaradıcılıqla məşğuldur.
Başqa misal. Cərrahlıq müəllimimiz İbrahim Topçubaşov cavan yaşda rəhmətə getmişdi. Dedim, atası akademik Mustafa Topçubaşov bir daha özünə gəlməz. Amma “üç” mərasimindən sonra gəlib bizə dərs deməyə başladı.
Öz işinin fanatları heç vaxt sınmır.
- İçəndə özünüzü necə hiss edirsiniz?
- Mən içmirəm. Yüz il də içməyəm, yadıma düşməz. Amma dost məclislərində imitasiyalar edirəm. İçkini həyatın mənasına çevirmək faciədir.
- Dünyanın dağılacağı haqqında söhbətlər gedir. Sizcə, bu gerçəkləşə bilərmi?
- Yer planetində təbii proseslər həmişə gedib, gedəcək də. Bunun heç bir dini əsası yoxdur və dünyanın sonuna da dəlalət etmir. Yalnız elmlə əsaslandırıla bilər. Təbii fəlakətlərə dini əfsanələri soxmasınlar.
Nə İsa peyğəmbərlik, nə Mehdi Sahib-əz Zamanlıq iş var burda. Xızır peyğəmbər haqqında yeni Misir nağılı isə kifayət qədər gülməli çıxdı. “Min bir gecə”nin müəllifi ərəblər həqiqətən nağılbazdır.
Hərdən də qədim mayyalıların sözünü arqument gətirirlər: guya onlar 2012-də dünyanın sonunu görüblər.
Di yaxşı, sivilizasiyanın bu yüksəlişi dövründə, Firuz Haşımov demiş, it iyi vermiş mayyalıların yanlış təsəvvürləri ilə oturub-duraqmı?
- İnsanların içini oxumağı bacarırsınız?
- Həkim olaraq xəstə yanına gedəndə, ailədəkilərin xasiyyətini bircə baxışla tuturam. Ancaq çox vaxt “bu içi oxumaq” məsələsindən vaz keçirəm. Yorucudur.
Bəzən sevirəm aldanmağı. Aldadan aldatmaqdan xoşbəxt olacaqsa, aldan. Kiçik xoşbəxtliklərisə insanlardan əsirgəməyək.
- İkinci peşənin yaradıcılığa təsiri varmı?
- Həkimlik peşə yox, sənətdir.
Təsiri də odur ki, məni yaşadıb: acından ölsəydim, nə yazardım. Digər tərəfdən, həkimlik bütün ömrümü zəbt elədi. Yaradıcılığa sərf edə biləcəyim bir ömürlük vaxt havaya sovrulmuş kimidir.
- Deyəcək son sözünüz...
- Ayxan, ata-ananız ard-arda dünyalarını dəyişdi. Açığı, sarsılmışdım. Eyvaz Əlləzoğlu dünyanın ən tikansız adamı, yaradıcılığı da sövqi-təbii gəlişmiş bir yazıçı idi.
Ölüb getdi, mən ona heç nə edə bilmədim. Dostlar dünyasını dəyişdikcə, bir həkim, ya elə bir insan olaraq, gərəksizliyimi hiss edirəm.
Təsəllim budur ki, bu dünyada Eyvaza son salamı, deyəsən, mən yolladım: saat 22 radələrində, “facebook”da, sizinlə. O da - “Rafiqə salamlar”, deyib, sonra yatıb, gecə keçinib.
Etiraf edirəm: bu təsəllidə məkr və iblisanəlik var...
Söhbətləşdi: Ayxan Eyvaz