Şahzadə Dipendranın məhəbbəti

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 2399


Xəritədə Nepal Çindən aşağıda, Hindistandan yuxarıdadır. Oranın öyrənilməyə layiq flora-faunası fonunda məhəbbət fa­­­natikcəsinə olurmuş. Hamı televiziyadan xəbər tutdu: Nepal şahzadəsi Dipendra eşq yolunda qətllər yapıb, öz kral ailəsi­­­nicə qırıb-çatıb. Baho, özü də bu, qart kişi olanda sevib ki. Otuz - az yaş deyil. Bur­­­da bircə şey qaranlıq qalır: nə əcəb, indiyəcən sevgini-zadı dadmayıb.

Əlbəttə, müəmmalar sonrakı təhqiqatların mövzusudur. Allah bilir, bəlkə otuzunacan min cür fırıldaqdan çıxıb. Bu eşq fırıldaqları əslində Nepal xalqının sirridir. Düzdü, nə­­­zəri cəhətcə vəliəhdin adı fırıldaqlarda hallana bilməz. Ancaq biz - yer dibindən çıxan­­­lar, dor dibindən qaçanlar, hallandırırıq. Bizə nə var! Araz aşığımızdandır, Kür - topu­­­ğumuzdan. Hər şeyi öz arşınımızla ölçür, heç düşünmürük də ki, otuz yaşındakı sevgi əvvəlki illərin fərz olunan bütün lotuluqlarını istisna edir. Sevgidən əvvəlki - yalnız tə­­­mizlik-paklıq dövrüdür. Fırıldaqlardan sonra sevgi - mümkünsüzdür. Fırıldaq sevgi­­­dən sonra bəlkə ola da bilər, ancaq əvvəl - qətiyyən.

Dipendranın ilk məhəbbəti, mənim fərziyyələrimə görə, 16-17 yaşlarına, bəlkə bir az da əvvələ, düşməli idi. Onda da sual doğur: məhəbbət olubsa, bə niyə səs-sorağı çıx­­­mayıb? Axı, sevgililər qovuşmayıblarsa (otuzunacan subaylıq bunun sübutudur), orta­­­da bir faciə baş verməli idi. Çünki söhbət elə-belə adamdan yox, şahzadədən gedir. Şahzadənin qovuşmayacağı sevgili təsəvvürə gəlmir. Ya da faciə olmağına olub, an­­­caq bunu çataçat ört-basdır ediblər. Kral ailəsinə faciə yaraşmaz deyə, informasiyanı saraydan dışarıya sızmağa qoymayıblar. Millət kral ailəsindəki faciələrdən xəbər tut­­­mamalıdır.

Xəbər tutmadısa da, demək, faciə yerli-dibli yoxdur. İnformasiyaya çevrilməyən hadi­­­sə yox hesab edilməlidir. Kim bilir, bəlkə də şahzadə Dipendranın 16-17 (ya 14-15) yaşlarından 30-na qədər sevdiyi gözəlləri, alimənsəb kral ailəsi üzvlərinin öz tapşırığıy­­­la, xüsusi xidmət orqanları boğub öldürüb.

Ya Şərq üslubunda - zəhərləyiblər. Dipendra təmiz baladır, bəlkə sonra kimi görüb, yenə sevib də. Hər dəfə də oxu daşa dəyib: sevgililərini ona layiq bilməyiblər. Onları ləkələməyə ehtiyac duymayıblar da, sadəcə, qətlə yetiriblər, qurtarıb gedib. Şahzadə Dipendra bəlkə sonralar qəbirlərinin yerini bildiyi sevgililərini ziyarət edib də. Xarak­­­teri lirik-emosional tərzdə formalaşıb. Dipendra otuz yaşınacan ölən (öldürülən) sevgi­­­lilərinin xatirəsi ilə yaşayıb.

Bu xatirələr heç vaxt saralıb-solmayıb. Şahzadə könlü sevən gözəlləri qarışıq salma­­­yıb. Əfsanələr yaranmayıbsa da, saray salnaməçiləri onlar haqqında hökmən xronika­­­lar yazmış olar. Uzaq gələcəklərdə bu xronikalardan agah olan kimi xalq onları dər­­­hal bədiiləşdirəcək. Katmandu arxivləri hələlik hamı üçün qapalıdır. Nepal xalqı öz kral ailə üzvlərindən bixəbərdir. Yoxsa onları ən azı kiçik nağıllara salardı.


Gələcək təhqiqatlar hər şeyi aşkarlayar, inşallah.


Şahzadə həyatının hələ başqa yozumları da mümkündü. Ola bilsin ki, xüsusi tapşırıq üzrə, mürəbbiyələri ona xala-bibiləri, cici-bacılarından savayı bir mələksima göstər­­­məyiblər. O, gözəl-göyçək qızları yalnız fərz edə bilib. Ya onlarla kitablarda-roman­­­larda rastlaşıb. Yaxşıdı ki, xala-bibilərinə heyran olmayıb, onlara vurulmayıb. Hamısı da yeyib-yatmış, totuq-motuq, işarə qanan xanımlardı.

Odey, məmələri - şiş durub. Qocalmırlar da. Ola bilsin, şahzadə Dipendra onlardan bir-ikisiylə mazaqlaşıb da. Ayrı-ayrılıqda. Gizlində. Hərçənd tərbiyəli bir vəliəhdin öz xala-bibilərinə tamah salmasını, onları qucaqlayıb altına basmasını xəyala gətirmək mümkün deyil. Ancaq bir iş var, iki əməl, dünyada olmayan şey yoxdur.

Düzdü, vəliəhdin min göz altında tərbiyəsindən yalnız sevgi doğula bilər. Olsa-olsa xala-bibilər özləri onu eşq oyunlarına sürükləyər, onu günaha batırardı. Biclik onlar­­­dan keçərdi. Bu gözəl balanın, igid uşağın sarayın hər hansı küncündə, kol dibindəki kimi, altına yıxılmağını onların hər biri özü üçün həyatın şirin neməti biləcəkdi. Bir söz­­­lə, Nepalın kral sarayı sirlərlə dopdolu idi. Hə, ya da xala-bibilər hələlik özlərini qı­­­sar, ehtiraslarını cilovlayar, dombalan eşqlərinə kilid vurardılar.

Şahzadənin də ehtimal olunan istəklərinə yasaq qoyardılar. Hərə öz qızının dodaqları allanana, şamamaları çıxanacan. Onlardan hər biri şahzadəni böyük, ya kiçik - istəni­­­lən qızı üçün qapazlamağa hazırdı. Şahzadə evlənəndən sonra - hə, bu, başqa məsə­­­lə, arada hər şey gözlənilə bilər. Şahzadəyə hərəmxana nə lazım - xala-bibi və cici-bacı xanımlar ölüb bəyəm? Bəh, onda eyş-işrət xirtdəyə çıxacaq: inşallah, çimdikləş­­­mədən tutmuş Dipendranı hər şeyə öyrədəcəklər. Gələcəkdə qurulası təzətər müqəd­­­dəs bir ailə naminə əxlaq hələlik vacibdən vacib olmuşdu. Guya gözlər toxdu.


Ancaq qızıyla ailə baş tutmayası ana vay-şivənə, fitnə-fəsada amadə durub. Saray saçyoldusuna hazırlaşırdı. Qırğın hələ qarşıdaydı.


Bu siçan-pişik oyunu vəliəhdin "yarı" yaşınacan çəkdi. Otuzunda Dipendranın gözü tamam yad bir qızı tutdu. Axı, bu onu haçan gördü? Haçan sevdi? Yox, nəzarət yarıt­­­maz olub. Onu yaxşı əyləndirməyiblər. Başını yaxşı qatmayıblar. Saray içrə başqasını şahzadəyə sevdirməklə "cinayət işlədənlər" var.

Onlar cəzalarına hökmən çatacaq. Sən təsadüfə bax: vəliəhd yad qızını xalalardan bi­­­ri yatanda, ya bibi hamamda ikən görüb... Görüb və gözü tutub. Kombinasiyalar ən müxtəlif cürdü. Bu sevgi xala-bibilər üçün bir fəlakət kimi gəlmişdi. Qəzavü-qədər on­­­larla aşıq-aşıq oynayırdı. Onsuz onlardan birinin qızı seçiləndən sonra da araları dəyə­­­cək, pozuluşacaqdılar. Dipendranın toyundan sonra qapqara faciələr ehtimal olunur­­­du. Bütün hallarda Dipendranın xoşbəxtliyi şübhə altındaydı.


Vallah, Dipendra yaşın 17-də də sevib. Eynən mənim kimi. Ola bilməzdi ki sevmə­­­sin. Sadəcə, ilk gənclikdəki bu sevgisi faciəsiz ötüşüb. Onu ağrısız keçirib. Hər şeyi içində çəkib. Mən də Töhfəmi olmazın sevərdim. Amma nə olsun? Gözlərimin qaba­­­ğındaca eşşəyin birinə getdi.

Faktiki olaraq, o, «eşşəy»i məndən üstün tutdu. Ancaq heç cınqırımı da çıxarmadım. Cınqırımı çıxarsaydım, artıq mənim yox, təzəbəyin namusu tapdanmış sayılacaqdı. Ar­­­tıq mənim onu yox, onun məni öldürməsi borc olacaqdı. Əndrabadi bir situasiyaya düşmüşdüm. Deməliyəm ki, gənc insanda düz-əməlli namus-qeyrət olmur. Namus-qeyrət yaşnan gəlir, kimlərisə təqliddən doğur. Ya siftədən elə şey bir balaca olursa da, ölüb-öldürməyə bəs eləmir. Onun "inkişaf"ınacan da lələ köçür, yurdu qalır.

Belə çıxırdı ki, Dipendra da 16-17 (ya 14-15) yaşlarındakı ayrılığa dözə bilib. Fakt göz qabağındaydı: dözüb ki, canı salamat qalıb da-a. Qaraçuxası üstündə, gözmuncu­­­ğu boynunda - gəzib-dolanıb, oxuyub-tərbiyə alıb. Vəliəhdin də tərbiyəsi, o, taxta çı­­­xanacan çəkir.


Dipendranın ilk gənclikdəki nəzəri, fantaziya səciyyəli sevgisi mənim üçün bir təsəlliyə çevrildi. Yoxsa Töhfəyə sevgilərimin əlacsızlığına görə indiyə kimi özümü danlamış, in­­­dən belə də danlayacaqdım. Xəlvətdə özümə itin sözünü deyirdim. Acizliyimə yanır­­­dım. Mənim Töhfəyə olan münasibətim zahirən Məcnunun Leyliyə məhəbbətinə bən­­­zəmişdisə də, eşq başıma vurmamışdı. Ağlım-məntiqim yerindəydi. Məncə, Leyli də, Məcnun da təxəyyül obrazlarıdır. Uydurma və reallıqdan uzaq bir şey.

Kəllə suyu. Dipendra və mən - biz Məcnundan da bərk sevmişik. Ancaq dəli olma­­­mışıq. Məcnun sənətkar təxəyyülündə dəli olub. Hətta sevgililərimiz ərə gedəndə də bizim ağlımız tərpənmədi, beynimiz yerindən oynamadı. İlk sevgisinə qovuşmağa heç kəsin yaşı çatmır. Yaşı da yox - təcrübəsi. "Təcrübəsi" deyəndə - taktiki gedişlər üçün müvafiq bacarıq və vərdişləri.


30-na qədər Dipendranın hər sonrakı sevgisi əvvəlkindən ağrılı olub. Yaş üstə yaş gəldikcə, sevgilərdəki dramatizm, şekspiranəlik artıb.


Mən Dipendra kimi olmadım; otuz yaşımda eşqdən-zaddan yan keçdim. Düzünü de­­­yəcəyəm, başım kəsbkarlığa qarışdı. Eşq - vaxt tələb edir. Kral ailəsində doğulmadı­­­ğımdan, ömrümün çoxu xırda-mırda işlərə gedib. İş-peşəm əngəlləri dəf etmək olub. İndi də eləyəm. Yox, əslində kral ailələri də əngəllərlə rastlaşır. Sadəcə, əngəllər key­­­fiyyəti və miqyasına görə fərqlənir. Üstəlik, bəlkə kral ailələrindəki əngəllərdən daha böyük dərdlər törənir. Yəqin kral ailələrindəki dərdlər ümumbəşəridir; onlar daha tez, özü də bütün dünyadan görünür. Belə baxanda, dünya çox kiçikdir; hamı kral ai­­­ləsinin dərdinə yaxındır.

Kasıb üçün əngəl məyusluqdan özgə bir şey verməz. Yaxud kasıbların münaqişələr zamanındakı şillə-qapazları kral ailəsindəki atəşlərə bərabər şeydir. Əlbəttə, mən ata­­­mı padşahdan-kraldan əskik tutan deyiləm (hamısı rədd olacaq). Sözümün canı ayrı­­­dır: Dipendranın məhəbbətə gen-bol vaxtı olub, mənimsə yox. Həm də vətənində mü­­­haribə gedən bir insanın sevgi yadına düşməz. Az-buçuq qeyrəti olan kəs müharibə­­­də sevgini ikinci plana keçirər, onun üçün belə şey gülünc görsənərdi. Hə, müharibə­­­də sevgi - məsuliyyətsizlikdir. Ümumiyyətlə, sevgi bekarçılıq sənətidir. Ən çox da sülh dövrünə aid - planlaşdırılmamış bir şey.

Bəşəriyyət bekarçılıqdan doğub-törənir. İnsanı sevgisinə görə öyüb-şişirtməyə dəy­­­məz. Üstəlik, axı, sevgi - hədsiz mübhəm işdir. Onun kollektivə, ya kollektivlərə nə dəxli. Sevgidə sosiolojilik, hətta patriotizm də, yox həddindədir. Mən ölkəmdəki mü­­­haribəni hər şeydən üstün tutmuşdum. Müharibəyə uyğun da qəlbimdə nifrətlər qay­­­nayırdı. Müharibədə nifrətlər daha təbiidir, nəinki sevgilər. Nifrət müharibədə nə qə­­­dər realistikdisə, məhəbbət bir o qədər sürrealistcəsinədir. Sevgi sərt və acı həqiqət­­­ləri, eləcə qaranı da, çəhrayı göstərir. Çəhrayı - yanlışlıq rəngi, səhv yoldur.

Qoy ürəyimdə qalmasın, deyəcəyəm: müharibələrdə sevgilər bəlkə bir az da kəmağıl­­­lığa dəlalət edir. Mən müharibədə vaxtımı sevgilərdənsə nifrətlərə sərf edərəm! Sevgi - vaxt aparır, tüfeyli həyata sövq edir. Nifrətsə yaradıcı və konkretdir; onun ünvanı dəqiqdir, məram qətidir. Nifrətdə yenilməzlik var. Müharibədə tankı-topu olan yox, insanların vaxtını bir yerə cəm edən tərəf udur.


Güman, Nepalda müharibə-sülh problemləri Azərbaycandakından heç də az aktual deyil. Ancaq yəqin orda bütün bunlarla kral özü məşğuldur. Heç vaxt da şahzadə Di­­­pendranın qulağı belə şeylərlə doldurulmayıb, ona müharibələrlə əziyyət verməyiblər. Ona müharibələrdən informasiyalar çatdırmaqla kifayətləniblər. Düzdü, bəlkə mühari­­­bə dərsləri keçilib də. Müharibə - vəliəhd üçün tədris fənnidir.

Hə, krallıq şahzadənin daha təbii-normal yaşamına şərait yaradıb. Müharibələr onun həyatını deformasiyaya uğradardı. Bir krallıqda barı təkcə şahzadənin həyatında har­­­moniyanın təminatı olduqca vacibdir. Birdən ölkəyə harmoniyanı görmüş insan gərək oldu. Harmoniya içərisində də - sevgilər... Hərçənd bu harmoniyanı da daxildən qurd yeyir: hər sonrakı sevgi əvvəlkindən facianə olmaqla. İlk sevgilər olsa-olsa kim­­­lərdənsə küskünlüklərlə müşayiət olunursa, sonrakılar - kəskin münaqişələrlə keçir. Faciələr mənhus təcrübələrin məcmusu və yekunudur.


Hə, atam hər hansı müharibəyə laydivar övladları, Nepal kralısa upuzun, məzmunu çətin anlaşılan fərman və sərəncamlarıyla kömək edib. Əslində mənim atam Nepal kralıyla müqayisədə daha böyük işlər görüb. Miqyas ölçüyə gəlmir. Övlad ölümü nə­­­həng humanitar qəza sayılardı. Atamın övladlarını həmişə şəhidlik gözləyib, kralınkıla­­­rısa - təmiz-tarıq bir həyat. Nepal kralı şəhidliyi öz ailə üzvlərinə rəva görməyib. Zira, ona həmişə elə gəlib ki, şəhid cənnətə-zada getmir; şəhidliyin əxlaqa zərrəcə dəxli yoxdur.

"Şəhidlik Comolunqma zirvəsidir", "şəhid ölmür" - bu cür-bu sayaq boş söyləmələr yalnız millətin saqqız kimi çeynəməsi üçündür; psixoloji treninqdən başqa bir şey de­­­yil. Yoxsa kim göz-görəsi ölümə gedər! Kim canından bezib! Ölümə guya əbədiyyət eşqinə gedirlər. Amma, ala-ey! Halvadı əbədiyyət! Əslində atam da şəhidliyi yaşa­­­maqdan üstün tutmurdu. Nağdı qoyub nisyənin quyruğuna niyə düşəsən: həyatın mü­­­vəqqəti olanı var ikən, "əbədi"sini neynirsən. Ancaq onun oğlanları "şəhidlik zirvə­­­si"nə məhkumdular; bundan qaça bilməzdilər də. Şəhidlikdən qaçan - fəraridir, di qurtardı getdi. Artıq cinayət məcəlləsinin bir neçə maddəsi belindədir. Kral taxt-tacı­­­nı itirərsə belə, bu, övlad itkisinə tay ola bilməz.

Zənnimcə, kral öz övladlarını nəinki müharibələrdən, hətta güclü sevgilərdən də qoru­­­yurdu. Müharibə və sevgi - bunların hər ikisində od-alov və atəşlər var. Bəzən sevgi müharibədən dəhşətli olur. Şahzadə üçün sevgi əvvəlcədən qurulmuş plan çərçivəsin­­­də mümkündü. Kral ailələrində belə işlərin kökündə qeyri-insani, hətta şeytani məq­­­sədlər durur. Burda irqi ayrı-seçkilik taparsan, hətta sinfilik də. Əslində sinfilik icti­­­mai-siyasi formasiyaların hamısında var. Sinfilik - heç vaxt itmir.


Bayaq dedim, yenə deyirəm, mənim atam kraldan üstündür: ondan cəfakeşdir. Evlən­­­mək işində də varlı-kasıblığa yox, mərifətə-əxlaqa qiymət qoyandır. İnsaniyyəti vacib sayır, adam insan olar, deyir. Düzdü, onun başqa "üstünlük"ləri də var: dövlətin bü­­­tün qanunları sanki onun adına yazılıb. Qanunlardan bir addım qırağa çıxarsa, adına cinayət işi açılar. Ona münasibətlər 180 dərəcə dəyişə bilirdi. Qanunlar içində öyülən atamı qanunlar dışında "söyər və döyər"dilər.

Qanunların dışında onu həbslər gözləyirdisə, qanunların "həbsində" - azaddı. Nepal kralı şahzadəni müharibəyə göndərə də bilər, göndərməyə də - külli-ixtiyar sahibidir. Göndərmir. Çünki kefi belə istəyir. Ancaq bax, elə burada da korlayır. Atamın qa­­­nunlardan çıxmağa, kralınsa qanunlara girməyə qüdrəti çatmır. Onlar bu qüdrətsizlik­­­də bir-birinə taydılar.


Heyhat, sevgi faciəsi mənə nəsib olmadı. Düzü, mənim Dipendraya paxıllığım tutur­­­du. O, bir tək atasının gicgahına güllə çaxsaydı belə, bu, dünyada böyük rezonans doğurar, hay-küy törədərdi. Bir adamla 11-n zurnası təxminən eyni cür çıxardı. La­­­kin o, aləmi qatdı bir-birinə, bir sürü adamı leş eləyib qoydu ora. Göz qızdısa, bə neyləməlisən. Din qaçdı, iman itdi.

Ya hirs gəldi, iman qaç. Kral, ya qeyri-kral - o, ailənin cəmi üzvlərini yerə sərmişdi. Qalın xalılar üzərində hamı biədəb tərzdə uzanmışdı. Ömrü boyu şahanə oturub-dur­­­muş, qızılı libasları göz utandıran insanlar, üstəlik, əlahəzrət özü də - güllələnib hər cür etiketdən vaz keçmişdilər. Kübar rolu artıq vecsizdi; onlar aktyorluğu qəfildən ye­­­rə qoymuş, bir-birinin böyründə azad-asudə tirrənmişdilər. Qəti ayıb-zad qanmırdı­­­lar. Xalı-xalçalardakı qırmızı ilmələr onların qanını olduğundan da parlaq göstərirdi. Kral uzun qıçını baldızının budu üzərinə rahatca aşırmışdı. Özü də - bir budunun.

Sanki ikincisinə - ədəb gözləmişdi. O, namus həddini haracan bilirdisə, oracan gedib dayanmışdı. Yaxud, bu ehtimal azdısa da, iki buda cürəti çatmamışdı. Qızların qırçın­­­lı-qəşəng alt tumanları açıqca görsənirdi. Qana bulaşmasaydılar, xala-bibilərin qara­­­buğdayı, sürahi budlarını da aşkar görmək olacaqdı. Özü də baxan üçün artıq hansı­­­nın xala, hansının bibi olmasının heç bir fərqi yoxdu. Bud buddu - onlar dadlı və qə­­­şəngdilərsə, ta ölən haqda digər məlumatlara nə hacət. Təptəzə mərhumələrin budla­­­rında yuxarıya getdikcə azalan nöqtə-nöqtə incə tüklər nəzərə çarpırdı. Tüklü yerlə­­­rin öz erotik effekti vardı, tüksüz yerlərin də - öz. Ola bilsin ki, dünya hələ bu cür gö­­­zəl budlar görməmişdi; teleekranlardan görəsi oldu. Hamı gördü və qiyabi olaraq da onların ləzzətini duydu. Ekrandan fotolarını aldılar. Onanistlər çataçat öz işlərini gör­­­dülər.


...Kopoyoğlunun gülləsi kralın şirin canına adi adamlardakı sayaq girmişdi. Güllə üçün kastaların yuxarı-aşağılığının fərqi yox imiş. Hamı şoka eyni tərzdə düşürmüş. Dipendra atasını saxlayıb, təkcə anasını gəbərtsəydi belə, əfsanə üçün elə bu da kifa­­­yət edəcəkdi. Ata kimi ana da əfsanəlikdi. Düzdü, xala-bibilər əfsanələrə ayrı-ayrılıq­­­da heç cür girə bilməzdilər.

Xalq onların zərif və yumşaq dərilərinəsə qiymət qoymaz, şahzadənin onları öldürmə­­­si bəlkə adi cinayət də sayılmazdı. Kimdi onlara görə şahzadəyə cinayət işi açan. Ki­­­min başı bədəninə ağırlıq edir! Kral ailəsində cinayət məcəlləsi işləmir. Ya tutaq ona iş kəsilərdisə də, uzaq başı növbəti milli bayramların birində əlbəəl əfv olunardı. Kral üçün əfv fərmanı nədir - bəzək-düzəkli oyuncaq bir kağız parçası. Bu fərman blankın­­­dan atası Dipendraya uşaqlıqda gəmicik düzəltmişdi.


Nepalda "leyli-məcnun"ları çox-çox arxada buraxacaq təptəzə bir məhəbbət əfsanə­­­sinin özülü artıq qoyulmuşdu. Kral ailəsi tam tərkibdə cəhənnəmə, ya ola bilsin, cən­­­nətə vasil olmuşdu. İndi artıq bircəciyinin sağ qalması yeni tipli əfsanənin yaranışına xələl gətirə bilərdi.

Yox, kiminsə təsadüfən sağ qalması da yaramazdı. Yaralanıbsan, zəhmət çəkib ölmə­­­lisən. Kim ölməsə - işlər korlanacaq. Yaralıların böyük bir əfsanə xatirinə tezliklə öl­­­məsi vacibdən vacibdi. Deyirəm, Allaha çox şükür, heç kəs sağ qalmadı. Şərqdə tə­­­zə və yanıqlı, daha təsirli məhəbbət əfsanəsi naminə bir kral ailəsinin qurban getməsi olduqca vacib imiş. Qəşəng bir əfsanə kral ailəsi həyatından qat-qat maraqlı və də­­­yərlidir. Yoxsa Şərq paslanmaqdaydı. Gec-tez oradakı yeknəsəqliyə son qoyulmalı idi. Qoyuldu da.



Mənim atam Allah rəhmətinə xəstəlikdən getdi. Çifayda, uzun ömründə mən ona bir çırtma da vurmadım. Düzdü, vursaydım da, kərəni kürə eləməyəcəkdim. Bircə çırt­­ma nəmənə şeydi; əfsanəyə çevriləsi deyildi ki. Amma hər halda, cəmiyyətdə səs-sə­­­da doğurardı. Ən azı qəzetlər ağız-ağıza verəcəkdilər. İlahi, şöhrətin bu cürəsi də mə­­­nə qismət deyilmiş. Mən ümummilli ədəb qaydaları çərçivəsində özümü neytrallaşdır­­­dım, məhvə uğratdım. Əlbəttə, atamla bağlı mən də bir iş görüb, əfsanəyə dönmək is­­­təyərdim.

Əfsanə qəhrəmanı olmağı kim istəməz. Atamın qətli ən əvvəl onun özünə, sonra da həm ailəmiz, həm də millətimizə gərəkdi. Neyləyim, əlim qalxmadı. Buna karlı səbəb görmədim. İş tutmayanda tutmur. Dipendra mənimlə müqayisədə dahi imiş. Yox, kişi oğlunun əfsanədə yaşamağa haqqı çatır. Dili də var, dilçəyi də, qoy getsin irəli. Xalq suyu mənim kimi üfürə-üfürə içənləri nağıla-dastana doldurası deyil ki. Düzdü, haçan­­­sa mənim də Dipendranınkına bənzər tərzi-hərəkətlərim olub. Bir dəfə atamı zəhərlə­­­məklə nələrəsə çatmaq istəmişəm. Qoy özümü tərifləyim, elə zəhərləmək də ataya münasibətdə fantastik addımdır.

Ata qatili - bu, bütün hallarda şöhrət gətirir. Sadəcə, məqsədə yetmək üçün heç və­­­də fövqəladə bir ideyam olmayıb. Niyyətlərim kiçikdən kiçik, cılızdan cılızdı: atanı öl­­­dürməyə bəs etməyən səviyyədə. Nə olsun, Dipendra da ömrü boyu atasına bir çırt­­ma vurmayıb, bəlkə ona güldən ağır söz deməyib də. Lakin altdan-altdan yığırmış. Şahin kimi birdən üstünə şığıyıb. Öz aramızdı, çırtma nədir?

Ən əvvəl özün üçün təhqiramiz bir şey. Əfəllik və səfehlik. Güllələmədəsə ağayanalıq var. Əsilzadələr tarixlər boyu hər cür müşkül və tul işi atəşlərlə həll edib. Çırtmanı ke­­­çələ vurarlar. Həm də çırtmadansa, krala güllə yaraşar; kral keçəl olmuş olsa belə. Yaraşdı da. Nepal kralı çırtmayla təhqirdən yaxşı qurtuldu. Çırtma ehtimalı dərhal sıfı­­­ra endi. Gicgaha güllə - bu, fundamental bir əməldir.

Onunla cinayət məcəlləsinin uyğun maddəsinə birbaşa soxulur, orada çataçat öz yeri­­­ni tutursan. Yeri gəlmişkən, Allah haqqı, mənim atamla rəftarımın ən qaba çağlarında da çırtma yadıma düşməyib. Zəhərləmənisə güllələməyə tay bilmişəm; elə bu da uca ölümlər sırasındadır. Atamın ölümü kralınkına oxşayacaqdı, bir az dəqiq desək, kra­­­lın ölümü - atamınkına. Axı, mən iyirmi il əvvəlin sözünü danışıram. Hə, atamın üstünə xoruzlanmalarım, mənim ona hərbə-zorbalarım hər hansı sevgiliyə-zada görə deyildi.

Elə olsaydı, nə vardı ki. Üstündən illər keçib: indi onların səbəbini heç xatırlamıram da. Hər halda, bir vaxtlar "dolu" olmuş olsa da, indi "boş" görünürdü. Görün, qız üs­­­tündə də ataya əl qaldırarlar! Bu, azərbaycanlı üçün yuyulması müşkül ləkə olardı. Biz bu cür əfsanələrə qara qəpikcə qiymət qoymarıq. Bizlərdə milli əxlaqa zidd mif­­­lər yeriməz. Leyli-məcnunlarla fərhad və şirinlərə baxma, onlar ümumşərq həftəbecər şeylərdir. Durub onları da təmiz araşdırsan, bir heçə dönərlər.

Belə əfsanələr Qafqaz altına uzaq-uzaq məmləkətlərdən gətirilib. Görərsiniz, gələcək­­­də Azərbaycana şahzadə Dipendra haqqında əfsanə də gəlib çıxacaq. Gəlib köhnələ­­­ri sıxışdıracaq. Bə nə, dünya hərtərəfli təzələşir. Həmin əfsanə artıq Nepalda yaran­­­ma prosesindədir. Katmanduda məhəbbət Comolunqma zirvəsinə uyğun ucalıb. De­­­yəsən, Comolunqma nepallıları zirvələrə öyrədib. Hə, artıq əfsanə "istehsalat"ı işə dü­­­şüb. Bu, nepallıların pıç-pıçından, çömbələtmə ixtilatlarından törənir. Bu iş ölü nöqtə­­­dən

2001-ci ilin 1 iyununda çıxıb. Di gəl, indi mən burda sizə bir əfsanəyə gedəsi vaxtı sə­­­hih hesablayıb deyə bilməyəcəyəm. Hər halda, yüzillərlə ölçüləndir. Mən bir neçə yü­­­zildən sonrakı nəsillərə qibtə edirəm. Şahzadə Dipendra haqqında əfsanə dünyadakı oxşar əfsanələrə böyük bir əlavə olacaq: sanballı və gözəgəlimli. Hə, mən atamı vax­­­tında zəhərləsəydim, indi bəlkə biz də bir günə çıxar - əfsanələşərdik. İnan, əfsanələş­­­məkdən ötrü ölürəm. Özüm türmədə oturacaqdımsa da, bayırdakı əfsanədə asudə dolaşacaqdım. Mən həmin əfsanənin içində türməyə - öz yanıma gələcəkdim.

Lakin Dipendradan fərqli, mən bu əfsanədə mənfi obraz sayılacaqdım. Nepalda ilahi­­­ləşdirilən ata qatili Azərbaycan şəraitində yamanlanasıdır; çox da bu qətl məhəbbət yolunda baş verib. Məhəbbət atadan üstün ola bilməz və olmamalıdır. Doğrudan da, bir mamlımatandan ötrü də atanı öldürərlərmi? Haşa və kəlla! Ata bir də ələ düşər­­­mi? Dünya gözəlinin yüzü, hələ mən az deyirəm, atanın bir dırnağına qurban. Ata - öz varlığında yeganədir. Ata - bir fenomendir. Arvadları konveyer üsuluyla al da boşa, al, boşa. Bəyəm azalasıdır? Müsəlman dünyasında siğədən də asan nə var? Sən arva­­­dı boy-buxununa, köklük-arıqlığına görə də seçə bilərsən. İxtiyar sahibisən.

İşdi-şayəd, bizdə "Dipendra əhvalatı" baş verərsə də, ata əfsanədə ancaq müsbət qə­­­ləmdə gedəcək. Bax, mən buna beşəlli razıyam. Faciə qaçılmaz olacaqsa, barı qoy atam əfsanəyə müsbət obraz kimi düşsün. Dipendra haqqında əfsanədəsə ata (kral) idbar qəhrəman tipində görsənəcək. Kaftardan kaftar! Kral həyatda nə qədər huma­­­nistdisə də, artıq xeyri yoxdur, əfsanədə ifritəyə bənzəyəcək. Onun ömrü boyu etdiyi yaxşılıqlar yelə getdi. Hər şey kufənkuf oldu. Bizdəsə atam get-gedə ideallaşdırılar, hətta əfsanədə get-gedə göyçəkləşər, üzündəki gənclik çibanlarından qalma çapıq yerləri hamarlaşardı. Əfsanə kosmetoloji effektlidir.

O, əfsanədə şəkillərdəkindən hökmən göyçək alınacaq. Bəlkə onu heç tanımadım da. Kişi şəkillərdə həmişə eybəcər, bəzən hətta qorxunc düşərdi. Uşaqlıqda düşünər­­­dim ki, anam bunu necə sevib. Sonra da öz-özümə deyirdim: mən necə sevirəmsə, o da elə sevib. Bir tərəfdən də yanıb-tökülürəm: hayıf, atamı öldürmədim. Mağıl kişi cə­­­mi bir neçə yüzildən sonra təptəzə qiyafədə üzə çıxardı.

İlahi tərzdə. Artıq o, yaddaşların qızıl səkilərində gəzişəcəkdi, küçədə-bazarda yox. Bu fürsət əlimizdən çıxdı. Mən atama qıymadım; o bundan sonra cəmi 20 il yaşadı. Yedi-içdi, gəzdi-dolaşdı - sürdüyü bütün dəmlərdən sonra hamı kimi yatağa düşdü, dünyadan sakitcə köçdü. Yasında bir kəsin ağlamayacağını duyub, gələnləri ağı de­­­yib zorla və zar-zar ağlatmaqdan ötrü məxsusi ləçər arvadlar tutmuşduq.

Onun ölməyi gözləniləndi, əbədiyyətə çatmağısa - yox. Onu əbədiyyətə mən göndə­­­rəcəkdim. Bu işi oğuldan başqa kim görər. Lakin alınmadı. Bacarmadım. Əlimdən gəlmədi. Çünki maymağam. Əbədiyyət mənim ona hədiyyəm olardı; oğulluq borcun­­­dan əməllicə çıxardım. Mənə verilən ucuz bir həyatın müqabilində - buyur, əbədiy­­­yət! Bununla mən atamı şişirtmiş olacaqdım. Əbədiyyət mənim həyatımla müqayisə­­­də, həqiqətən, bahalı idi. Çifayda, o, 20 ilin badına getdi. Millət şanslı bir əfsanəni, atamsa təsadüfən ortaya çıxmış əfsanələşmək şansını itirdi. Eh, yazıq atamın qisməti­­­nə haçan yaxşı şey düşdü ki!

Bir xoş gün görmədi. Daim zillət içində yaşadı. Axı, mən əfsanədəki müsbət qəhrə­­­man obrazına zəmanət verirdim. Bu elə-belə şey deyil. O, əbədiyyətdə seviləcəkdi. Quru canına dəymədim, nə oldu, indi onu beş-üç nəfərdən savayı hamı unudub. Bu, yaxşıdı bəyəm? Qalır anam... - onun əfsanələşmək şansı hələ durur. Bəlkə onusa əbədiyyətə çatdırdım. Ürəyim atlanırdı. Ancaq bu imkan da sonsuz deyil ha, beş-on illikdir. Lakin o, müqavimətsiz, incə və zərif bir məxluqdur. Dişləri - inci sırası; özüm düzəltdirmişəm. İndiyəcən də bir qarışqanı tapdamayıb. Onu lappadan necə öldürə­­­sən.

Vallah, onun da qətlinə heç bir səbəb görmürdüm. Barı hərdən adamı cinləndirə! Am­­­ma yox, acı sözü bal dadır. Üstəlik, axı, dişlər də gərək bir az gedə... Xərc batma­­­sın. "Can-bala" sözündən bezmişəmsə də, o da əbədiyyətdən qaldı. İndi mənim oğul­­­luq borcum onun ömrünü bir balaca uzatmaq, quru-taxta canını indən belə beş-üç il də yaşatmaq olacaq. Mənim olsa-olsa buna gücüm çatar. Beş-üç də yox, tutaq lap 5-10, ya 10-15 il, di vəssalam. Ayrı neyləyə bilərəm: əbədiyyətə düşsün deyə, durdu­­­ğu yerdə gözlərini deşməyəcəyəm ki. Yox, anam da əfsanəlik deyilmiş, mən bu halət­­­lə barışmalıyam. ...Gözlərinə döndüyüm Dipendra anasını o dünyaya bir neçə göz qır&

Digər xəbərlər

Rafiq Tağı - 63

Azərbaycanda hüquq idilliyası həsrəti

Komediya düsturunda yazı

Əsəd və Zeynəb

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Şərhlər