Boz inqilab

Tarix: 25-03-2015 11:25
Baxış sayı: 1897


Konspekt

Nədən başlayaq. Ən yaxın xatirələrdən.

Müxalifət Azərbaycanda bir inqilab rəsmi çəkmək istədi - yaxud çəkdi, amma boz alındı. Görünür, narıncı üçün boya çatmayıb.
Üçüncü tip dövlətlərdə impressionist üslubda yaradıcılığa vəsait həmişə azlıq edir.

İmpressionizm inkişaf etmiş, boyası çox ölkələrin məhsuludur.
Yox, rəsm şəklində izah uğursuz oldu...

Keçək teatr dilinə və belə deyək: müxalifət Azərbaycanda inqilab rolu oynamaq istədi, alınmadı. Görünür, bizimkilər inqilab aktyorluğu məktəbi keçməyib. Həm də inqilabçılıq savad tələb edir. Partiya qeybətçilərimiz ərəb inqilablarından avamcasına ruhlandılar. Onların inqilabçılığı yumşaq və bərk yerlərinə vurulan beş-on kötəklə söndü.

Demokratiya üzrə demaqoq Pənah Hüseyn inqilab təsəvvürünün yetkinliyi üçün hədsiz yumru idi.

Qardaşlar, xalq etirazları ilə müxalifətin hərəkət üslubları üst-üstə düşmür. Ülgü düz gəlmir. Həm də millət öz problemlərinin həlli üçün teatrallığı xoşlamır.

Bir vaxt Azərbaycan Xalq Cəbhəsi Mixail Qorbaçovun verdiyi müstəqilliyi öz adına çıxdı. Əbülfəz Elçibəyin hakimiyyətə gəlişi bu plagiatlığı həqiqətə oxşatdı. “KQB” arxivlərini “kliçka”larıyla bəzəyən “cəbhə”çilər bu yalançı müəllifliyə özlərini inandırdılar da.

Qardaşlar və həm bacılar, sivilizasiya gücləndikcə, siyasi inqilablara ehtiyac duyulmaz. İnqilablar bəşəriyyətin vəhşi dövrləri üçün səciyyəvi idi. Artıq inqilablar bu vəhşiliyin yenidən təzahürü olaraq qavranılır. İndi siyasi inqilablar qeyri-mədəni millətlərin dəsti-xətti olaraq qalmaqdadır. Elə bilirsiniz, ərəb ölkələrində inqilab baş verir? Əlbəttə, yox. Ərəblərin vəhşi çığırtılarına inqilab demək biz tərəfdən profanlıq olardı. Sadəcə, oralarda Qərb ölkələrindəkinə oxşar həyat qurmaq istəyirlər. Bilmirlər də ki, xoş həyat evini atılıb-düşməklə, tələsgənliklə yox, qarışqa kimi işləməklə, əməklə tikərlər.
Bəşəriyyətə yalnız evolyusion inkişaf xasdır. İnqilablar əslində əxlaqdan kənar, dediyimiz kimi, təhtəlşüurdakı vəhşi kodların ictimai həyata inikasıdır. Vəhşi kodlardan törənən həyat insana xoşbəxtlik gətirməz. İnqilabların nəticəsi həmişə müvəqqəti olub. Fransa inqilablarından yadda qalan ancaq qandır. Rusiyadakı Oktyabr inqilabı da kütlə bətnindəki qara yığıntının əcaib mənzərəsindən ibarət idi.

Ərəblərin qeyri-mədəniliyi islamdan yapışıb qalmalarındadır. Mədəni olsaydılar, ölkələrindəki diktaturalara çoxdan yox deyərdilər. Onlarda demokratiya onsuz da bərqərar olan deyil. Mən “demokratik” ərəb dövlətlərinin başında həmişə diktatorların oturacağını proqnozlaşdırıram. Ərəb ölkələrində azadlıq həmişə keyfiyyətsiz olacaq.

Tarixən Azərbaycan xalqı inqilabları sevməyib. Bu onun içindəki harmoniyadan xəbər verir. Bizi daim inqilablara sürükləyiblər.

Azərbaycan xalqına qeyri-mədəni millətlərdən nümunə götürmək yaraşmazdı.

...Narıncı yaxşı rəngdir.

17 may 2011-ci il

Digər xəbərlər

QA­­­LA­­­MİR­­­ZƏ­­­NİN ƏDƏ­­­Bİ OB­­­RA­­­ZA DÖN­­­MƏ­­­Sİ MƏ­­­QAM­­­LA­­­RI

“İki Tağıyev İlqar” Kədərli və adsız yazı

PAR­­­LAQ QUŞ

Zaur Qasımov: "Rafiq Tağının İran mədəniyyəti haqda fikirləri təəssüfedicidir"

İnkarçılarımız

Şərhlər